Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-20/2022 25.02.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə1, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2, Cavabdeh, cavabdehin nümayəndəsi Nümayəndə2 və cavabdehin vəkili X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsində olan əşyaların çıxarılması və istifadəyə olan maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(110)-725/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı nümayəndəsi Nümayəndə1 vasitəsilə Şərur Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Şərur Rayon Aqrar İslahat Komissiyası tərəfindən JN025B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onun mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsində tikilmiş qeyri-yaşayış sahəsində olan daşınar əmlakların çixarılması və həmin tikilidən istifadəyə olan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin (sədrlik edən S.Ə.Qarayev) 20 oktyabr 2021-ci il tarixli, 2(110)-725/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Şərur rayon Gümüşlü kəndi ərazisində JN-025B nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı və ailə üzvünün mülkiyyətinə verilmiş 0.05 h a torpaq sahəsində tikilmiş qeyri-yaşayış sahəsində olan daşınar əmlaklar Cavabdeh tərəfindən çıxarılmaqla, həmin tikilidən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması, iddia qaldırılarkən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək Şərur Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(110)-725/2021 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh qarşı Şərur Rayon Aqrar İslahat Komissiyası tərəfindən JN-025B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onun mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsində tikilmiş qeyri-yaşayış sahəsində olan daşınar əmlakların çixarılması və həmin tikilidən istifadəyə olan maneələrin aradan qaldırılması tələbi ilə bağlı iddia ərizəsi iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən məhkəməyə verilmiş və onun tərəfindən imzalanmışdır. Nümayəndə1 səlahiyyətlərini təsdiq edən sənəd qismində İddiaçı və X4 tərəfindən Nümayəndə1 hüquqlarının həyata keçirilməsi üçün 30 il müddətinə verilmiş 11.01.2021-ci il tarixli, 993363 nömrəli etibarnamə məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə edilmişdir. Həmin etibarnamənin məzmunundan aydın olmuşdur ki, etibarnamədə Nümayəndə1 İddiaçı adından verilən iddia ərizəsini imzalamaq səlahiyyəti nəzərdə tutulmamışdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 150.1-ci və 150.1.3-cü maddələrinə əsasən iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tər əfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) əlavə edilir. Həmin Məcəllənin 152.1-ci və 152.1.2-ci maddələrinə görə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli, 3 nömrəli Qərarına əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq məqsədi ilə yazılı şəkildə ərizə verməklə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsi (ərizə, şikayət) müraciət edən şəxsin iradəsini müəyyənləşdirmək üçün şəxsən imza edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizənin şəxsən imzalanmaması ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Ərizə nümayəndə tərəfindən verildikdə ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə nümayəndənin işdə iştirak edən fiziki şəxsin yaxın qohumu, hüquqi şəxsin işçisi olduğunu təsdiq edən sənəd və ya vəkil orderi əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması və s. bu kimi səlahiyyətlər nümayəndəyə verilən etibarnamədə xüsusi göstərilməlidir. Həmin qaydaya əməl olunmaması ərizənin baxılmamış saxlanılması üçün qeyd-şərtsiz əsasdır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən verildikdə və bu vəziyyətdə icraata qəbul edildikdə məhkəmə prosesinin sonrakı mərhələlərində iddiaçının özünün bilavasitə iştirak etməsi və iddia ərizəsini yazılı müdafiə etməsi halında MPM-nin 259.0.3-cü maddəsində göstərilən əsasla ərizənin baxılmamış saxlanılmasını istisna edir. Kollegiya qeyd edir ki, İddiaçı birinci instansiya məhkəməsində və kollegiyadakı məhkəmə prosesində iştirak etsə də iddia ərizəsini yazılı müdafiə etməsi ilə bağlı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.3-cü maddələrinin tələbinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzif əsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 387.2-ci maddəsinə görə iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa (maddə 387.2.8.) şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Bu Məcəllənin 387.2.1—387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. (maddə 387.3). Ali Məhkəmənin yuxarıda qeyd olunan Plenum qərarında qeyd olunmuşdur ki, apelyasiya icraatı zamanı birinci instansiya məhkəməsinin elə qətnamələri MPM-nin 259-cu maddəsində sadala nan əsaslarla ləğv oluna bilər ki, həmin maddədə sadalanan halların mövcudluğuna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi icraata qəbul edilməklə və ya işə baxılmaqla prosessual hüquq normalarının pozuntusuna yol verilmiş olsun. Bu baxımdan apelyasiya icraatı qaydasında işə baxan məhkəmələr tərəfindən yalnız MPM-nin 259.0.1-259.0.4-cü və 259.0.8.-259.0.10-cu maddələrində sadalanan əsaslar olduqda məhkəmənin qətnaməsi tam və ya qismən ləğv edilməklə ərizə tam və ya qismən baxılmamış saxlanıla bilər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsində nəzərdə tutulmuş “iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda ” əsası ilə iddia ərizəsini geri qaytarmaq və ya işə baxılarkən həmin Məcəllənin 259.0.3-cü maddəsində göstərilən eyni əsasın mövcudluğuna baxmayaraq baxılmamış saxlamaq əvəzinə işə mahiyyəti üzrə baxmaqla prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Yuxarıda göstərilən əsaslara görə kollegiya belə nəticəyə gəlir ki, Şərur Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(110)-725/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Kollegiya hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından hazırkı vəziyyətdə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ü mumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də iddia qaldırılarkən Nümayəndə1 tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 259.0.3, 260.4, 263, 264, 402-ci maddələrini rəhbər tutub kollegiya qət etdi: Şərur Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(110)-725/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsində olan əşyaların çıxarılması və istifadəyə olan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış sa xlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şərur filialına 07.09.2021-ci il tarixdə, 19089 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Nümayəndə1 qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-20/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-20/2022
25.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver