Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-200/2021 11.11.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Ali Məhkəmənin hakimi Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər Mirzəyev İlqar Məhərrəm oğlu və Xıdırov Əhliman Mehman oğlunun heyətində, X1 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən azad edilməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(078)-568/2021 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi Nümayəndə verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayıb müəyyən etdi: Naxçıvan Şəhər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(078)-568/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı əmlak ın qanunsuz sahiblikdən azad edilməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iddiaçının nümayəndəsi Nümayəndə 04 oktyabr 2021-ci il tarixli apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, mülki iş apellyasiya şikayətinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə baxışı iclasında iştirak etmədiyindən kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə kollegiyada verdiyi izahatında apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdi. Kollegiya daxil olmuş apellyasiya şikayətinin mümkün lüyünü yoxlayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə əlavə və dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırki iş üzrə Naxçıvan şəhər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti 04.10.2021-ci il tarixdə tərtib olunaraq həmin tarixdə rabitə orqanına verilmiş, 06.10.2021-ci ildə Naxçıvan Şəhər Məhkəməsinə daxil olmuşdur. Görün düyü kimi, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə yuxarıda qeyd edilmiş əlavə və dəyişikliklər qanuni qüvvəyə mindikdən sonra verilmişdir. Ona görə də, hazırki iş üzrə apellyasiya şikayətinin mümkünlük məsələsi həll edilərkən Mülki Prosessual Məcəlləyə edilmiş yuxarıda qeyd olunan əlavə və dəyişikliklərin tələbləri nəzərə alınmalıdır. 01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş MPM-nin 361.1-ci maddəsinin tələbinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. (həmin forma Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuşdur). İddiaçının nümayəndəsinin apellyasiya şikayətindən görünür ki, verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilməmişdir. Belə ki, apellyasiya şikayətində mübahisələndirilən məhkəmə aktının tarixi, şikayəti verən şəxsin tələbi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar və s. göstərilməmişdir. Azərbaycan Respublikası MPM-in 361.1-ci maddəsinə (01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş yeni redaksiyada) əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı, şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti, barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı, şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar, şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirlməyən iddialara dair məhkəməyə iddia ərizəsinin verilməsi üzrə dövlət rüsumunun məbləği 100 manat müəyyən edilmiş, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilm əsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərkən həmin Qanunla müəyyən olunmuş dövlət rüsumunu ödəməmişdir. MPM-nin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Normanın tələbindən göründüyü kimi elektron məhkəmə informasiya siste minin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda iddaçının nümayəndəsi tərəfindən təqdim edilmiş apellyasiya şikayəti bu qaydaya riayət olunmadan verilmişdir. Azərbaycan Respublikası MPM-in 363.1.1-1, 363.1.2 və 363.1.5-ci maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin t ələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-in 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi verilmiş apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan həmin maddənin tələbinə cavab verməyən apellyasiya şikayətini baxılması üçün göndərmişdir. Yuxarıda qeyd olunanlara əsasən Koll egiya belə nəticəyə gəlir ki, apellyasiya şikayəti verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərinə əməl edlmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyil və buna görə də apellyasiya qeyrimümkün hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyrimümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 358.0.3, 365, 366 və 405.0.2-ci maddələrini rəhbər tutaraq kollegiya qərara alır: İddiaçının nümayəndəsi Nümayəndə Naxçıvan Şəhər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(078)-568/2021 nömrəli qətnaməsindən verdiyi şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkü n hesab edilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-200/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-200/2021
11.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver