Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-201/2024 06.12.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(110)-614/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əməlləri nəticəsində ona dəymiş 2880 (iki min səkkiz yüz səksən) manat maddi zərərin tam məbləğdə alınıb onun xeyrinə ödəniməsi barədə qətnamə ç ıxarılmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(110)-614/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Şərur rayon Vərməziyar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 1050 (bir min əlli) manat pul vəsaitinin və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 17,86 (on yeddi manat səksən altı qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1067,86 (min altmış yeddi manat səksən altı qəpik) manatın alınaraq ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(110)-614/2024 nömrəli qətnaməsinin tam ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbi üzrə səthi araşdırma apararaq əsassız iddia üzrə ondan 1050 (min əlli) manat pulun alınaraq iddiaçıya verilməsini qət etmişdir. Belə ki, o, www.turbo.az avtomobillərin satışı saytından İddiaçı “Mitsubishi” markalı, “Pajero” model minik avtomobilini 24000 (iyirmi dörd) manata satması ilə bağlı elanını oxuyub tanış olduqdan sonra, iddiaçı ilə “WhatsApp” əlaqəsi yaradaraq öz “Baic” markalı avtomobili ilə barter etməklərini təklif etmiş, həmin vaxt şifahi olaraq telefonda razılaşmışlar ki, onun “Baic” markalı avtomobili 18000 (on səkkiz min) manat dəyərində qiymətləndiri rərək dəyişirlər və əlavə olaraq o, avtomobilinin üzərində 6000 (altı min) manatı hissə-hissə iddiaçıya ödəyəcək. O, avtomobilini göndərməmişdən əvvəl razılaşmalarına görə iddiaçının “Kapital Bank” kartına 500 (beş yüz) manat da beh göndərmişdir. O, Gəncə şəhərində yaşayan Güloğlan adlı tanışından xahiş etmişdir ki, iddiaçının avtomobili üzərində baxış keçirsin. Güloğlan da baxıb ona bildirmişdir ki, avtomobil normal vəziyyətdədir. O da İddiaçı tələb etmişdir ki, “uzaq yoldu, yol pulu çox xərc aparır, maşını salon maşını deyil, üzərində gözlə görünən, müəyyən cızıq və ləkələr var, adam göndərin gəlib baxsınlar”. İddiaçı da ona bildirmişdir ki, “uzaq yoldu, adamım yoxdur, mən də gələ bilmirəm, Gəncədə ustam var, telefonla video görüntü ilə baxacaq o, təminat versə avtomobillərin barterinə r azı olacaq”. X6 adlı şəxs onun telefonuna “WhatsApp”la görüntülü yığaraq Sənanın avtomobil ustası olduğunu bildirib, onun “Baic” markalı avtomobilinə telefonla görüntülü baxış keçirmək istədiyini bildirmişdir. O da etiraz etməyərək avtomobilinin ustanın tələb etdiyi bütün hissələrini telefon kamerası ilə ustaya göstərmişdir. Usta təxminən 90 dəqiqəyə yaxın baxdıqdan sonra bəyəndiyini bildirib bu barədə Sənana bildirəcəyini deyib telefonunu bağlamışdır. Sonra Sənan onu yığaraq təcili barter etməklərini istəmişdir. Hətta onu tələsdirmişdir ki, o “TİR” tapıb avtomobilini göndərsin ki, o da həmin “TİR”-la maşınını göndərsin. Özünün bildirdiyinə görə “TİR” tapmaqda çətinlik çəkirdi. Avtomobillərin daşınması üçün isə şifahi razılıqları belə idi ki, hər kəs daşınan öz avtomobilinin pulunu ödəyə cək. Çünki hər iki istiqamət üçün daşınma qiyməti 500 (beş yüz) manat idi. Eyni zamanda həmin şifahi razılıqlarına görə əgər avtomobillər geri qaytardısa, yəni avtomobillərin barteri ilə bağlı razılığı kim pozardısa bütün yol məsrəflərini həmin tərəf çəkməli idi. İddiaçı ustanın avtomobilinə baxışından sonra onunla o qədər əminliklə danışıb onu tələsdirirdi ki, o, hətta ona 500 (beş yüz) manat beh də göndərmişdir ki, elanı www.turbo.az saytından çıxarsın. Sonra ilkin ödəniş kimi 2500 (iki min beş yüz) manat pul göndərmişdir. Qalan 3000 (üç min) manat ödənişi isə ayda 1000 (min) manat olmaqla 3 ay müddətində ödəyəcəkdi. Onlar barteri etdikdən təxminən 15 gün sonra isə Sənan ona video görüntü atmışdır ki, bu maşının rəngi dəyişilib o maşını qaytarır. Həmin video görüntüdə onun avtomobilinin necə vəhşiliklə söküldüyü də görünür. Yəni indiyə kimi eşitməmişdir ki, kimsə avtomobil alanda həmin avtomobilin damının çexolunu, qapılarının obifkasını, qabaq və arxa buferləri sökdürsün. Bu azmış kimi sökülən detalları yerində yığarkən ya qəsdən, ya da ki, naşılıq səbəbindən detalların əksəriyyəti bolt-qayka ilə yığılmışdır. O, iddiaçının israr etdiyini görüb ona razılaşmalarını xatırladıb bildirmişdir ki, kim maşını qaytaracaqsa qaytarma ilə bağlı hər iki maşının xərcini o çəkəcək. Ona görə də avtomobillərin geri qaytarılma xərclərini o çəksin. İddiaçı də razılaşıb avtomobilərin hər ikisinin daşınma xərclərini ödəmiş və hər iki avtomobil geri qaytarılmışdır. Hətta onun ödədiyi 3630 (üç min altı yüz otuz) manat pulu da geri qaytarmışdır. Göründüyü kimi işə baxan məhkəmə işə birtərəfli q aydada iddiaçının ümumiyyətlə iştirakı olmadan (Qətnamənin 2-ci səhifəsində yalandan qeyd edilib ki, iddiaçı məhkəmə iclaslarında iştirak edib) onun verdiyi sübutları araşdırmadan baxaraq ədalətsiz qətnamə çıxarmışdır. Belə ki, o, məhkəmə prosesində iştirak edərkən, hakimin tələbinə əsasən iddiaçı ilə aralarında olan bütün sübut əhəmiyyətli yazışmaları məhkəmənin ***-***-**-** nömrəli telefonunun “WhatsApp”na göndərmişdir. Onunla aralarında olan bütün razılaşmaların sübutlarını həmin nömrəyə göndərmişdir. Lakin qətnamə çıxarkən həmin sübutların heç birinə istinad olunmadığını görmüşdür. Lakin iddiaçının göndərdiyi CD və şəkillərə sübut kimi istinad edildiyi qətnamədə görünür. Əgər işə baxan hakim ondan sübutları WhatsApp”la deyil, şəkil və CD formatında tələb etsəydi, o da həmin qaydada ve rə bilərdi. İddiaçı iddia ərizəsindən də tam aydın olur ki, onunla iddiaçı arasında dəyəri qismən kompensasiya edilməklə avtomobillərin barteri ilə bağlı şifahi əqd bağlanmış, onun tərəfindən 500 (beş yüz) manat iddiaçıya beh ödənmiş, sonra bir-birləri ilə müvafiq etibarnamələr verməklə həmin şifahi əqdi təsdiqləmişdirlər. İddiaçının onunla arasında olan əqdi pozmaq üçün gətirdiyi bəhanələr tam əsassızdır. Belə ki, o, hərbi qulluqçu olduğundan avtomobillərin təmir və rəngsaz işlərindən kifayət qədər anlayışı yoxdur. Həmin özünə məxsus avtomobili alarkən də texniki pasportuna və gözlə görünən hissələrinə və “xodovoy”unu yoxladıb almışdır. Rənginin dəyişdirilib-dəyişdirilməməsini bilməmiş və marağında da olmamışdır. Əsas olan texniki pasportunda rənginin düzgünlüyüdür ki, o da qeyd edilmişdi r. Bir də güclü zərbəyə düşməməyidir ki, belə hallar da yoxdur. O, bu yaşınadək eşitməmiş və görməmiş ki, avtomobil alınanda damının çexoluna, qapılarının obifkasına, qabaq və arxa buferlərinədək sökdürülsün, özü də alınandan sonra satanın iştirakı olmadan belə hal olsun. O, iddiaçıya avtomobilləri barter edəndə təkidlə bildirmişdir ki, bir nəfər tanışını, adamını göndərib onun avtomobilini yoxlatdırsın, sonra kimin tərəfindən əqdləri pozulacaqsa bütün məsuliyyəti də o daşıyacaq. Həmçinin avtomobillərin geri qaytarılması məsələsi ortaya çıxarsa hər iki tərəfin yol xərcini də əqdi pozan çəkəcək. İddiaçı isə şərtlərlə razılaşaraq ustasına güvəndiyini və onun video görüntü ilə yoxlamasını qəbul etdiyini bildirmişdir. Bundan sonra ondan 500 (beş yüz) manat beh almışdır. Belə olan halda mülki qanunvericiliyin tələbinə görə əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Buradan da görünür ki, birbaşa iddiaçı tərəfindən əqd pozulduğuna görə behin iki misli olan 1000 (min) manat pul ona ödənilməlidir. O, Şərur Rayon Məhkəməsində işə baxan hakimin göstərişi ilə işin obyektiv həllinə birbaşa təsir göstərəcək sübutları ***-***-**-** nömrəli telefonunun “WhatsApp”na göndərmiş, hətta prosesin birində özü də iştirak edib izahat da vermişdir. Lakin həmin sübutlardan istifadə olunmayıb və bu barədə qətnamədə heç bir qeyd aparılmamışdır. İddiaçı isə məhkəməyə gəlmədiyi və iştirak etmədiyi halda qətnamədə məhkəmənin iclaslarında iştirak etdiyi göstərilərək onun təqdim etdiyi CD və digər sübutlara istinad edilməmişdi r. Bu isə tərəflərin bərabərlik prinsipinin pozulması deməkdir. Onu da qeyd etmək istəyir ki, onun avtomobili Gəncə şəhərində İddiaçı tərəfindən tamamilə söküldükdən sonra iddiaçıya təqdim edilmiş vəziyyətdə deyil, çox acınacaqlı vəziyyətdə ona qaytarılmışdır. Bunu iddiaçının ona göndərdiyi video görüntü ilə yanaşı, iddiaçının təqsiri səbəbindən Naxçıvanda maşınını təmir edən Ceyhun usta da şahidliyi ilə təsdiq edə bilər. Xahiş edir ki, ustanın məhkəmədə iştirakına köməklik göstərilsin və məhkəmə prosesində təqdim edəcəyi sübut əhəmiyyətli şəkillər, video görüntüləri və səs qeydləri tədqiq edilsin. Apellyator sonda Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(110)614/2024 nömrəli qətnaməsinin tam ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahi ş etmiş, apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 329, 491, 492-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.2 və 9.3-cü maddələrinə istinad etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə Cavabdeh apellyasiya şikayəti ilə oxşar məzmunlu izahat verərək, Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(110)-614/2024 nömrəli qətnaməsinin tam ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qayd ada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə tə sdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci və 372.6-cı maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Bu Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən ap ellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Şərur Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tari xli, 2(110)-614/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi Cavabdeh apellyasiya şikayətinin məzmununa əsasən şikayətin dəlillərində birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvinə əsas kimi “...işə baxan məhkəmənin ədalətsiz qətnamə çıxardığını, belə ki, onun məhkəmə prosesində iştirak edərkən, hakimin tələbinə əsasən iddiaçı ilə aralarında olan bütün sübut əhəmiyyətli yazışmaları məhkəmənin ***-***-**-** nömrəli telefonunun “WhatsApp”na göndərdiyini, onunla aralarında olan bütün razılaşmaların sübutlarını həmin nömrəyə göndərdiyini, lakin qətnamə çıxarkən həmin sübutların heç birinə istinad olunmadığını gördüyünü, lakin iddiaçının göndərdiyi CD və şəkillərə sübut kimi isti nad edildiyinin qətnamədən göründüyünü, əgər işə baxan hakim ondan sübutları WhatsApp”la deyil, şəkil və CD formatında tələb etsəydi onun da həmin qaydada verə biləcəyini, İddiaçı iddia ərizəsindən də tam aydın olduğu kimi, onunla iddiaçı arasında dəyəri qismən kompensasiya edilməklə avtomobillərin barteri ilə bağlı şifahi əqd bağlandığını, onun tərəfindən 500 (beş yüz) manat iddiaçıya beh ödəndiyini, sonra birbirləri ilə müvafiq etibarnamələr verməklə həmin şifahi əqdi təsdiqlədiklərini, iddiaçının onunla arasında olan əqdi pozmaq üçün gətirdiyi bəhanələrin tam əsassız olduğunu” göstərmişdir ki, kollegiya qeyd olunan bu dəlillərlə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutla rı araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə öz növbəsində iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməl idir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu h üququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Apellyasiya baxışı zamanı mülki işin müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, 2024-cü ilin yanvar-fevral aylarında tərəflər arasında internet vasitəsilə özlərinə məxsus nəqliyyat vasitələrinin dəyişdirilməsi ilə bağlı ilkin razılıq əldə olunmuş, İddiaçı video görüntülü zəng vasitəsilə cavabdehin Naxçıvandakı avtomobilinə baxış keçirmiş, Cavabdeh isə qohumu vasitəsilə Gəncə şəhərində iddiaçının avtomobilinə bax ış keçirmiş, bundan sonra iddiaçı özünə məxsus “Mitsubishi Pajero” markalı, cavabdeh isə özünə məxsus “Baic” markalı avtomobili şifahi razılaşmaya uyğun olaraq bir-birinə göndərmiş, cavabdehin avtomobilinin dəyəri iddiaçının avtomobilindən ucuz olduğu üçün tərəflər cavabdehin əlavə 6000 (altı min) manat ödəməsi barədə razılığa gəlmişlər. Cavabdeh 2024-cü ilin fevral ayında iddiaçıya 500 (beş yüz) manat beh, daha sonra 2000 (iki min) manat, sonra nəqliyyat vasitələrinin daşınması üçün 900 (doqquz yüz) manat olmaqla ümumilikdə 3400 (üç min dörd yüz) manat pul göndərmiş, tərəflər nəqliyyat vasitələrini qəbul etdikdən sonra İddiaçı usta vasitəsilə nəqliyyat vasitəsinin qüsurları barədə (qəzalı olduğunu, müxtəlif hissələrinin dəyişdirildiyini, yenidən rəngləndiyini) iddia etmiş, cavabdeh həmin hallarla bağlı onu məlumatlandırmadığından iddiaçı avtomobillərin geri qaytarılmasını tələb etmiş, cavabdeh isə iddiaları qəbul etməmiş, iddiaçıya ödədiyi 3400 (üç min dörd yüz) manatı və iddiaçının avtomobilinə çəkdiyi 230 (iki yüz otuz) manat xərci (oturacaqlara yeni üzlük), ümumilikdə 3630 (üç min altı yüz otuz) manatı ödəyəcəyi təqdirdə avtomobilin geri qaytarılmasına razı olacağını bildirmiş, bundan sonra iddiaçı cavabdeh tərəfindən irəli sürülmüş şərti qəbul edərək 3630 (üç min altı yüz otuz) manat vəsaiti cavabdehin kartına göndərmişdir. Bundan sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əməlləri nəticəsində ona dəymiş 2880 (iki min səkkiz yüz səksən) manat maddi zərərin tam məbləğdə alınıb onun xeyrinə ödəniməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Şərur Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(110)-614/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Şərur rayon Vərməziyar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 1050 (bir min əlli) manat pul vəsaiti və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 17,86 (on yeddi manat səksən altı qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1067,86 (min altmış yeddi manat səksən altı qəpik) manatın alınaraq ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən mötəbər sübutlarla təsdiqini tapmayan əsassız nəticəyə gəlmişdir. Belə ki, kollegiya ilk növbədə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçın ın üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Belə olan vəziyyətdə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Əvvəla, müəyyən edilməlidir ki, kim kimdən nəyi hansı əsasla tələb edir. İşə baxmış birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni sadalanan maddi və prosessual hüquq normalarının tələbləri, xüsusilə Mülki Prosessual Məcəllənin sübutetmə yükünün müəyyən edilməsi və sübutların qiymətləndirilməsi ilə bağlı müddəaları baxımından kifayət qədər əsaslandırmamış, işdə olan sübutları qarşılıqlı şəkildə tədqiq etmədən, yalnız iddiaçının izahatına və onun tərəfindən məhkəməyə təqdim olunmuş şahid ərizələrinə əsaslanmaqla gəldiyi nəticəni təsdiq olunmuş hal kimi qiymətləndirmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən X2 xx.xx.2024-cü il tarixli ərizəsini (iş mat. səh.60) və X3 xx.xx.2024-cü il tarixli ərizəsini (iş mat. səh.57) şahid ifadələri kimi sübut qismində qiymətləndirmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi şahid ifadələrinin mötəbər sübut qismində qəbul olunması ilə bağlı aşağıdakı qaydaları müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Həmin Məcəllənin 62.2-ci və 62.3-cü maddələrinə əsasən şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur. Şahid düzgün ifadə verməyə, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına cavab verməyə borcludur. Həmin Məcəllənin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qeyd olunan Məcəlləni n 175.1-ci maddəsinin tələbinə görə məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Mülki Prosessual qanunvericiliyin yuxarıda qeyd olunan maddələrinin tələblərindən də göründüyü kimi, şahid ifadələri onların məhkəmə zalında iştirakı təmin olunmaqla və dindirilməklə alınmalı, məhkəmə tərəfindən sübutların bilavasitə tədqiq edilməsi təmin edilməli və yalnız şahidin bilavasitə dindirilməsi ilə bağlı prosessual tələblərə əməl olunduqdan sonra onun ifadəsi sübut qismində qiymətləndirilməlidir. Lak in iş materiallarından da göründüyü kimi, birinci instansiya məhkəməsi biri notarial qaydada təsdiq olunmuş, digəri isə kserosurət olmaqla (halbuki Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinin tələbinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir.) iddiaçı tərəfindən təqdim edilmiş ərizələri şahid ifadələri kimi mötəbər sübut qismində qiymətləndirərək həmin ərizələr əsasında iddiaçının tələbini qismən təmin etmiş və qeyd olunan nəticəyə gəlmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin ayrı-ayrı qərarlarında göstərildiyi kimi, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olma masında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarında göstərilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları məhkəmənin nəticələrini əsasla ndırdığı sübutlar bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər rəhbər tutduğu, qanunlar və ya digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Göründüyü kimi həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu edə bilmədiyindən birinci instansiya məhkəməsi iddiaçının bildirdikləri və şahid ərizələri əsasında qətnamə qəbul etməkdə haqlı olmamışdır. Kollegiya eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsin in məzunundan aydın olur ki, iş üzrə iddiaçı X4 tərəflərin qarşılıqlı razılığı əsasında avtomobillərin geri qaytarılması ilə bağlı xərcləri öz üzərinə götürmüş və razılaşdırılmış məbləğ onun tərəfindən könüllü olaraq cavabdehə ödənilmişdir. Bu fakt iddiaçının birinci instansiya məhkəməsində xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı verdiyi izahatında da öz təsdiqini tapmışdır. İş üzrə Cavabdeh apellyasiya şikayətində göstərdiyi “...onun iddiaçıya avtomobilləri barter edəndə təkidlə bir nəfər tanışını, adamını göndərib onun avtomobilini yoxlatdırmasını bildirməsinə, sonra kim tərəfindən əqdləri pozulacaqsa bütün məsuliyyətin də onun daşıyacağına, həmçinin avtomobillərin geri qaytarılması məsələsi ortaya çıxarsa hər iki tərəfin yol xərcini də əqdi pozanın çəkəcəyinə, iddiaçını n isə şərtlərlə razılaşaraq ustasına güvəndiyini və onun video görüntü ilə yoxlamasını qəbul etdiyinə, bundan sonra ondan 500 (beş yüz)manat beh almasına, belə olan halda mülki qanunvericiliyin tələbinə görə əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, onun digər tərəfə behin iki mislini ödəməli olduğuna, buradan da göründüyü kimi birbaşa iddiaçı tərəfindən əqd pozulduğuna görə behin iki misli olan 1000 (min) manat pulun ona ödənilməli olduğuna” dair dəlillərini müzakirə edərək apellyatorun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.4-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Kollegiya həm çinin Cavabdeh apellyasiya şikayətində göstərdiyi “işə baxan məhkəmənin işə birtərəfli qaydada iddiaçının ümumiyyətlə iştirakı olmadan (Qətnamənin 2-ci səhifəsində yalandan qeyd edilib ki, iddiaçı məhkəmə iclaslarında iştirak edib) onun verdiyi sübutları araşdırmadan baxaraq ədalətsiz qətnamə çıxardığına” dair dəlilini əsassız hesab edərək qeyd edir ki, “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə birinci instansiya məhkəməsində xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasının fasiləsiz qeydə alınmış audio-video yazısından iddiaçının sözügedən məhkəmə prosesində iştirak etdiyi məlum olmuş, həmçinin iddiaçının həmin tarixli məhkəmə baxışı iclasında verdiyi izahat birinci instansiya məhkəməsinin iclas protokolunda və qətnaməsində öz əksini tapmışdır. Kollegiya iş üzrə Cav abdeh şikayətində göstərdiyi digər hallarla bağlı qeyd edir ki, həmin faktlar mübahisənin yaranma əsaslarını göstərən ümumi məlumatlardan ibarətdir və bu faktlara dəlil kimi qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya intansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, yuxarıda sadalanan xüsusatları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(110)-614/2024 nömrəli qətnaməsində n Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şərur Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(110)-614/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Həmçinin, kollegiya qeyd edir ki, icraatda olan iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırki qətnaməsindən kassasiya şikayəti verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan.... az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrini n mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(110)-614/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şərur Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(110)-614/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “Maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətna mə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-201/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-201/2024
06.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver