Məhkəmə qərarları › İş №2(108)-33/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-33/2024

09.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-33/2024 09.04.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X1 (sədrlik edən və məruzəçi), X3 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, iddiaçının nümayəndəsi X6, Cavabdeh, cavabdehin nümayəndəsi və cavabdeh tərəfdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə2 və cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “əmlak və yaxud onun dəyəri” tələbi barədə mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 2(090)-202/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19 ) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı 11 iyul 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3 baş inəyin, 3 baş dananın, 1 baş buzovun və yaxud onların ümumi dəyəri olan 7000 manatın və ödənilmiş 90 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 21 oktyabr 2019-cu il tarixdə iddiaçı və cavabdehin qızı Sara Məmmədli rəsmi nikaha daxil olmaqla evlənmiş və onlar Bakı şəhərində yaşamışlar. 2022-ci ildə iddiaçı Bakı şəhərində bankdan 5000 manat kredit götürmüş və məqsədi o olmuşdur ki, Naxçıvana gələrək burada həmin pulla iribuynuzlu mal-qara alıb saxlaması üçün cavabdehə versin. Naxçıvana gələndən sonra 28 iyun 2022-ci il tarixdə cavabdehlə b irlikdə Şahbuz rayonu, Aşağı Qışlaq kənd sakini Şahid2 iki baş yanı balalı inək almış və Şahid2 2400 manat pul vermiş, inəkləri Dilavərin tövləşində saxlamışlar. Həmin ilin iyun ayının 30-da isə Şahbuz rayonu, Yuxarı Qışlaq kəndinə yaşayan Şahid1 1200 manata bir baş yanı balalı inək almış, inəyi alanda sonuncunun qardaşı Əvəz də orada iştirak etmişdir. Həmin inəyi də Dilavərin tövləsinə gətirib orada saxlamışlar. Mallara cavabdeh baxmış, buna görə o cavabdehə zəhmət haqqı da ödəmişdir. Malların südünü də cavabdeh istifadə etmişdir. İnəklərdən biri keçən ilin dekabr ayının 24-də bir bala vermişdir. Hazırda iddiaçının cavabdehdə 3 baş sağmal inəyi, 3 dana və 1 buzov olmaqla, cəmi 7 baş iribuynuzlu malı vardır. 2023-cü ilin mart ayında cavabdeh Bakı şəhərinə gəlib qızı Sara Məmmədlini götürər ək evlərinə gətirmişdir. Həmin vaxtdan onlar ayrı yaşayırlar. Sara Məmmədli nikahın pozulması ilə bağlı məhkəməyə iddia ərizəsi göndərmişdir, o da bu səbəbdən aldığı malları cavabdehdən geri almaq istəyir. Lakin cavabdeh onun mallarını və yaxud onların dəyərini iddiaçıya vermək istəmir. Həmin malların qiyməti dəyişmişdir. Belə ki, inəklərin hər birinin qiyməti 1400 manat, danaların hər birinin qiyməti 800 manat, buzovun qiyməti isə 400 manat edir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 152.1, 157.1 və 157.2-ci maddələrinə istinad etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şahbuz Rayon Məhkəməsinin (hakim Daşqın Səfərov) 2(090)-202/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 1 baş inək, 1 baş dana, olmadıqda isə onların dəyəri olan 1200 manatın alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 90 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 15,40 manatının cavabdehdən alınaraq iddiaçıya qaytarılması qət olunmuşdur. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, İddiaçı Cavabdeh qarşı əmlak və yaxud onun dəyəri tələbinə dair iddia tələbi qismən təmin olunmalıdır... Cavabdeh izahatında ona qarşı verilmiş iddia tələbini qismən qəbul edərək iddiaçıya məxsus 2 baş inəyin, 2 baş dananın iddiaçı ilə qızı Nümayəndə2 birgə nikah dövründə alındığını, həmin iribuynuzlu heyvanlardan 1 baş inəyin, 1 baş dananın qızı Nümayəndə2 məxsus olmasını, 1 baş inəyi və 1 baş dananı 1200 manata özünün aldığını, həmçinin iddia tələbində göstərilən 1 baş dananın öldüyünü və həmin dananın tələf olmasında onun heç bir təqsirinin olmadığını bildirmişdir... İddiaçı iddia edir ki, 1 baş yanı balalı inəyi Cavabdeh vasitəsi ilə Şahid1 1200 manata razılaşaraq alıb və həmin malların pulunu Cavabdeh ödəyib. Bununla bağlı məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri razılaşdırıldıqda müqavilə bağlanmış sayılır. İddiaçı iddia ərizəsində mübahisəli 1 baş yanı balalı inəyi Şahid1 onun aldığını iddia etsə də, onlar arasında alqı-satqı müqaviləsinin bağlanmasını sübut edə bilməmişdir. İddiaçı Şahid1 120 0 manata razılaşaraq almasını və Cavabdeh həmin malların dəyəri olan 1200 manat pulu verdiyini göstərsə də, 1200 manat pulu Cavabdeh verməsinə də dair heç bir mötəbər sübut təqdim etməmişdir. İddiaçı həmin halın təsdiqi kimi cavabdehin nümayəndəsi Nümayəndə3 və sabiq arvadı Nümayəndə2 ilə “vatsap” danışıqlarını göstərsə də, onun tərəfindən sübut kimi təqdim edilən “flaşkart”da olan “vatsap” yazışmaların və səs yazısının tədqiqi zaman mübahisəli 1 baş yanı balalı inəyi Şahid1 iddiaçının alması öz təsdiqini tapmamışdır... Həmçinin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən dəvət olunan Şahid4 ifadəsində təxminən 1 il bundan qabaq yaz aylarında həyətdə qardaşı Elsevərlə oturan zaman Cavabdeh yoldaşı və Muradla onlara gəldiyini, tövləyə gedib mala baxdıqlarını, özünün malın qiymətini Cavabd eh 1300 manat dediyini, qardaşı Elsevərin sonradan Vəli ilə malın qiymətini 1200 manata razılaşdıqlarını ona dediyini, malı həmin vaxt apardıqlarını, pulunun isə sonra verildiyini, Elsevərə 900 manat pul göndərildiyini, qalan 300 manatı da göndərəcəklərinin deyildiyini, sonradan qalan 300 manatın onun kürəkəni Bəxtiyarla göndərildiyini bildirmişdir. Qeyd olunan şahid ifadəsi təhlil edildikdə İddiaçı Şahid1 1 baş yanı balalı inəyi alması öz təsdiqini tapmamışdır. Digər tərəfdən istər İddiaçı, istər iddiaçının nümayəndəsi Mahir Hüseynov və iddiaçının vəkili Vəkil məhkəmə çıxışlarında mübahisəli 1 baş yanı balalı inəyin Cavabdeh tərəfindən qızına bağışlanması, yəni hədiyyə edilməsi və həmin malların onlar arasında bərabər bölünməsini bildirmişlər... Beləliklə, məhkəmə araşdırması zamanı İddia çı tərəfindən istinad edilən 3 baş inəyin və 3 baş dananın onun vəsaiti hesabına alınmasına dair hallar sübuta yetirilə bilməmişdir. Bunun əksinə sübuta yetirilmişdir ki, 1 baş inək, 1 baş dana Cavabdeh tərəfindən alınmış, 2 baş inək, 2 baş dana İddiaçı ilə cavabdehin nümayəndəsi və müstəqil tələb irəli sürməyən Nümayəndə2 nikahda olduqları zaman, ər-arvadın birgə gəlirləri hesabına alınmışdır. Nümayəndə2 və İddiaçı 21 oktyabr 2019-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar ki, həmin tarixdən də onlar arasında ər-arvad kimi hüquqi münasibətlər yaranmışdır. 28 iyun 2022-ci il tarixdə mübahisəli 2 baş inək və 2 baş dana alınmış, lakin tərəflərin 11 fevral 2023-cü il tarixdən ayrı yaşamaları və həmin tarixədək birgə təsərrüfatı idarə etdikləri müəyyən olunmuşdur... Məhkəmə iddiaçı tərəfin 1 baş inəyin və 1 baş dananın Cavabdeh qızına bağışlaması, yəni hədiyyə etməsi və həmin malların onlar arasında bərabər bölünməsinə dair tələbləri ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 225.2-ci və Ailə Məcəlləsinin 34.1-ci maddələrinə əsasən nikah dövründə ər-arvadın hədiyyə şəklində, əvəzsiz olaraq əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır) və həmin əmlaklar ər-arvadın ümumi mülkiyyəti sayılmır və ər-arvad arasında bölünmür. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbində göstərilən 2 baş inək və 2 baş danadan ibarət iribuynuzlu heyvanlar birgə mülkiyyətdə olduğundan və mülkiyyətçilərin payları bərabər olduğundan həmin iribuynuzlu heyvanlara hər birinin payı ½ müəyyən edilməlidir. Məhkəmə ara şdırması zamanı müəyyən olunmuşdur ki, iddia tələbində göstərilən 3 baş danadan 1 baş dana ölübdür, yəni mövcud deyildir. İddiaçı iddia ərizəsində yuxarıda qeyd edilən mal-qaralara baxdığına görə Cavabdeh zəhmət haqqı ödədiyini göstərmiş və həmin halın təsdiqi kimi Cavabdeh hesabına 1000 manat pulun köçürüldüyünü göstərmiş, məhkəmə araşdırması zamanı həmin bir baş dana cavabdehdə olan zaman tələf olduğundan, cavabdehdən həmin dananın dəyəri olan 800 manat pulun alınaraq ona verilməsini xahiş etmişdir. Cavabdeh isə izahatında iddiaçıya məxsus 2 baş inək və 2 baş dana olan malların saxlanması üçün iddiaçıdan heç bir muzd almadığını, bu barədə onlar arasında heç bir danışığın olmadığını, iddiaçı ilə qohumluq münasibətlərində və həmin malların qızına da məxsus olduğu üçün onları saxladığını, i ddiaçının göndərdiyi 1000 manat pula 200 ot presi aldığını, hətta həmin malların saxlanılmalarına ondan da artıq pul xərclədiyini, hazırda da həmin malları öz vəsaiti hesabına saxladığını bildirmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı ilə cavabdeh arasında qeyd edilən malların saxlanmaları üçün cavabdehin hər-hansısa muzd alması, həmin malların saxlanmaları barədə onlar arasında razılaşmanın olması öz təsdiqi tapmamışdır. Cavabdeh ilə İddiaçı arasında mübahisəli olan mallara baxılması ilə əlaqədar mülki hüquq münasibətləri yaranmamış, iddiaçı tərəfindən bir baş dananın məhz cavabdehin təqsiri üzündən ölməsi barədə iddiaçı tərəfdən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir... Sonda məhkəmə hesab edir ki, İddiaçı 3 baş inəyin, 3 baş dananın, 1 baş buzovun və yaxud onların ümumi d əyəri olan 7000 manat pulun Cavabdeh alınması barədə iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1 baş inək, 1 baş dana, olmadıqda isə onların dəyəri olan 1200 manat alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı tərəfindən ödənilmiş 90 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 15,40 manatı cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır”. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Mülki Məcəllənin 157.2, 213.1, 213.2, 213.5, 223.1, 223.3, 225.1, 225.2, 405, 567, 577.2, 601.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsi) 29.1, 32.1, 32.3, 34.1, 36.1, 36.3, 37.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 9, 14.2, 77.1, 88, 119.1, 217.3 və 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Konstitusiya Məhkəməsinin Plenumu) “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il, "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il və "Nümayəndə3 şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahm udov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il və "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarlarına istinad etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayəti verərək Şahbuz Rayon Məhkəməsinin 29 noyabr 2023cü il tarixli, 2(090)-202/2023 nömrəli qətnaməsinin iddianın rədd edilmiş hissədə ləğv olunması və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apelyator apelyasiya şikayətini onunla əsaslandıraraq göstərmişdir ki, “Məhkəmə cavabdeh tərəfin də Şahid2 alınmış malların ( 2 baş inək və 2 baş buzovun), biri də yeni doğulan, cəmi 5 baş mənim pulumla alındığını təsdiq etmələrinə baxmayaraq o mallardan yalnız bir inək və balasını 1200 manat qiymətləndirərək (malların alınmasından keşən 1 il 6 ay ərzində qi ymət artımı olmuşdur) mənə verilməsini qət etmişdir. 1 baş malın və balasının hansı əsasla Cavabdeh saxlanılması aydın deyildir. Məhkəmədə ifadə verərkən Nümayəndə3 bildirmişdi ki, “Şahid1 aldıqları inəyi südə olan ehtiyaclarını ödəmək üçün alıblar”. Cavabdeh isə bildirmişdi ki, “inəyi almaqda məqsədi biz malları satıb ev alanda bizə hədiyyə etmək idi”... Cavabdeh məhkəmədə izahat verərkən bildirmişdi ki, alınan mallardan birinin balası 2023-cü ilin sentyabr ayında tələf olmuşdur. Lakin ölən malın mənim tərəfimdən alınmış mallardan birinin balası olması ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməməsinə baxmayaraq məhkəmə həmin malı da mənim malım hesab edərək qətnamə qəbul edərkən iddiamı rədd etmişdir ki, bununla da razılaşmırıq. Məhkəmə baxışında iddia tələbimin həcmini artırara q götürdüyüm kreditdən qalan borcun və yarısının Nümayəndə2 aid edilməsi və ayrı yaşadığımız müddətdə ödədiyim məbləğin yarısının Nümayəndə2 alınıb mənə ödənilməsini əlavə etməyimə baxmayaraq məhkəmə ərizəmi qəbul etmədi və qətnaməsində buna münasibətini bildirməyibdir. Ümumiyyətlə, məhkəmə mübahisəli məqamları tam aydınlaşdırmadan, cavabdeh tərəfin maraqlarına uyğun gələn nəticəyə gəlmişdir. Əgər mallar mənim pulumla mənim üçün alınmasaydı, mən malların alınmasında iştirak etməzdim, məzuniyyətə gələn adam kimi daha maraqlı işlərlə vaxtımı keçirərdim. Hər iki satıcı ilə malların alqı-satqısı üzrə şifahi olaraq razılığa gəlinmiş və razılaşdığımız pul məbləği satıcılara ödənilmişdir. Mən də aldığım malları Cavabdeh tələb edirdim. Məhkəmə də malların mənim vəsaitimlə birgə nikah dövründə alın ması nəticəsinə gəlirsə, mənə aydın olmur, hansı əsasla bir baş inək balasını Cavabdeh saxlayır. Məhkəmənin iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq, hərtərəfli araşdırılmadığının nəticəsi kimi hesab edirdik. Məhkəmə qeyd etdiyimiz halları tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. “Məhkəmə qətnamə qəbul edərkən iddiamı ər-arvadın əmlakının bölünməsi tələbi kimi mübahisələndirərək qərar qəbul edilmişdir. Lakin bizim tələbimiz isə əmlakı özgənin qanunsuz sahibliyindən geri tələb etmək olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin Vİ fəslinin müddəaları tətbiq olunmaqla öz həllini tapmalı idi” (maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər). “Məhkəmə iddia tələbindən kənara çıxaraq cavabdehin nümayəndəsi, eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi prosesə daxil edilmiş Nümayəndə2 pay saxlamış, lakin mənim iddia tələbimin həcminin artırılması barədə ərizəmə nəticə verməmişdir” (prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər). Bildirirəm ki, 2022-ci ilin may ayında "xxxx" ASC-dən 5000 manat kredit götürüb, iyun ayında məzuniyyətə çıxıb ailəmlə Naxçıvana gəlib sabiq qayınatam Cavabdeh yaşadığı Şahbuz rayonu, Aşağı Qışlaq kəndinə getmişik. Krediti götürməkdə məqsədim kənddə iribuynuzlu mal-qara alıb saxlayıb, artırıb gələcəkdə ev almaq üçün satıb pul əldə etmək idi. Kəndə gəlib Cavabdehla mal almağı məsləhətləşib, yanı balalı malı 1200 manata almağın mümkün olduğunu öyrənib, 3 baş yanı balalı mal almağı qərarlaşdırdım. Ondan sonra cavabdeh V.X9 kənd sakini Şahid1 mal satdığını eşidib birlikdə onun evinə getdik. Onun yanı balalı malını 1200 manata almağa razılaşıb həmin günü gec olduğu üçün malı gətirməyib evə qayıtdıq. Sabahısı günü Cavabdeh verdiyim 1200 manat puldan 900 manatını mənə verib Elsevərə verməyimi, yerdə qalan 300 manata özünün ehtiyacı olduğunu deyib maaşını alanda verəcəyini bidlirdi. Mən, Sunay və Nümayəndə3 gedib 900 manatı Şahid1 verib, qalan 300 manatı Cavabdeh sonra özünün verəcəyini bildirib malı gətirdik. Məhkəmə iclasında vediyi ifadəsində Cavabdeh özünün uşağını müalicə etdirmək üçün 1500 manat pul yığdığını, həmin pula da Şahid1 inəyi aldığını bildirmişdi. Maraqlıdır hansı zərurətdən yaranır ki, uşağını müalicə etdirmək üçün yığdığı pulu mal almağa xərcləyir və pulu ola-ola (malın qi ymətindən də 300 manat çox) Şahid1 malın razılaşdığı qiymətindən 300 manat kəsərək 900 manatı ödəyir. Yerdə qalan 300 manatı isə Şahid1 ondan tələb edəndən sonra ödəyir və övladını müalicə etdirmək üçün 6 ay sonra kredit götürərək, Bakı şəhərinə aparırdı. Əgər həmin mal mənim olmasaydı, gecə saatlarında tövləyə gəlməyən malın arxasınca 2 dəfə Şahid1 həyətinə getməzdim. Tələb etdiyim 2 baş yanı balalı inəyi isə Şahid2 2400 manata almışıq. Yenə də birinci halda olduğu kimi əvvəldən mala baxılıb qiyməti razılaşdıqlarından mənimlə birlikdə gedib pulunu verib gəlmişik. Məzuniyyətim başa çatdığından biz Bakı şəhərinə qayıtdıq. Dekabr ayı idi, mənə Nümayəndə3 telefonla dedi ki, “Şahid2 aldığınız inəklərdən birinin balası olub”. Mən Nümayəndə3 aldığım inəklərin və balalarının şəkillərini və videol arını mənə göndərməsini istəmişdim. İstəyirdim ki, mallarımın necə böyümələrini, necə artmalarını görəm və həm şəkillərdə, həm də videolarda 3 malın və 3 balanın şəkilləri mənə göndərilmişdi. Əgər alınmış malların hamısı mənə məxsus deyildirsə, onda niyə 3-nün də şəkilləri mənə göndərilirdi. Bundan əlavə cavabdeh tərəfdən məhkəməyə təqdim edilmiş “vatsap” yazışmalarından, eyni zamanda mənim də məhkəməyə təqdim etdiyim “vatsap” yazışmalarından aydın olur ki, mən inəkləri bir nəfərdən deyil, 2 nəfərdən almışam, yəni Şahid1 da, Şahid2 da alınan mallar mənə məxsusdur. Məhkəmə subutları tam, hərtərəfli araşdırmadan cavabdeh tərəfin maraqlarına uyğun gələn qətnamə qəbul etmişdir”. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edə n şəxslərin izahatları, sübutların tədqiqi Məhkəmə baxışı iclasında; İddiaçı apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verməklə əlavə olaraq göstərdi ki, o, apelyasiya şikayətini müdafiə edir. Onun Cavabdeh tələbi ona verdiyi malların qaytarılmasıdır. 2 baş inək və 2 baş dananı Dilavərdən almış, pulu şəxsən Dilavərin özünə vermişdir. Bir baş inək və bir baş dananı isə Elsevər adlı şəxsdən almağa 1200 manata razılaşmışlar. Həmin vaxt qayınatası ona demişdir ki, “bu pulun 300 manatını mənə borc kimi ver, ehtiyacım var, mən sənə qaytararam”. O da qayınatası birdən-ikiyə ondan pul istəməmişdir deyə, ehtiyacı olduğu üçün vermiş, bu söhbət sadəcə Cavabdehla onun arasında gündüz vaxtı olmuş və yanlarında heç kim olmamışdır. Sonra Nümayəndə2 ona demişdir ki, “kaş atama verməzdin, sonra sə nə qaytara bilməyəcək, borca düşəcək”. Elsevərə 900 manat pulu şəxsən özü vermiş, ondan aldığı 300 manatı isə qayınatası sonradan özü Elsevərə vermişdir. Pul barəsində həssas olduğu üçün hamısını özü şəxsən etmişdir. Dekabr ayının 26-da isə həmin mallardan birinin də balası olmuşdur. İddia etdiyi heyvanlar bugün də qalır. Həmin heyvanlar alınan zaman Cavabdeh qızı ilə birgə nikahda olmuş və Bakıda yaşamışlar. Hətta yoldaşına bildirmişdir ki, “belə bir fikrim var, pul göndərsəm, atan heyvan alıb saxlaya bilər, yoldaşı isə demişdir ki, “mən qarışmıram”. O qayınatası ilə əvvəlcə əlaqə saxlamış və belə bir fikrinin olduğunu ona demiş, o da onunla qızına görə razılaşmışdır. Qayınatasının burada marağı yəqin ki, öz qızına köməklik etmək olmuşdur. O həmin zaman Xızı rayonunda Dövlət Sərhəd Xidm ətində işlədiyinə görə 780 manat maaş almış və pulunu gəlir gətirən bir yerə xərcləmək istəmişdir. Onun bunu etməkdə məqsədi ondan ibarət olmuşdur ki, 5000 manat kredit götürsün və mal-heyvan saxlayıb gələcəkdə qayınatasının köməkliyi ilə bunun sayını 20-yə qədər artırıb satsınlar və özlərinə 30000-40000 manata ev alsınlar. O bütün bunları qayınatası ilə əvvəlcədən danışıb qərarlaşdırmışdır. Əgər saxlamağa gücü çatmırdısa, deyərdi ki, “mən saxlamıram”. Qarşı tərəfin özləri də mal-heyvan saxlamışlar. O qayınatasıgilə gedəndə bir inək və onun balasını onlarda görmüşdür. O hər ay 174 manat kredit ödəmiş, qayınatası demişdir ki, “südün, qatığın qarşılığında hər ay 100 manat göndərəcəm kreditini ödəyərsən”, ancaq buna əməl etməmişdir. Qarşı tərəfə demişdir ki, gəlin mənim kreditimi bağlayacaq q ədər heyvanları sataq, mənim heç pulun artığına ehtiyacım yoxdur. Ona demişlər ki, “get məhkəmə nə qərar verərsə, onu edərik”. Ona görə də o nikahları pozulduqdan sonra heyvanları qayınatasından tələb etmək qərarına gəlmiş, bazardan maraqlanıb heyvanların həmin vaxta olan qiymətlərini öyrənmiş, həmin heyvanların 7000 manat etdiyini hesablamış və qarşı tərəfi məhkəməyə vermişdir. Yoldaşı ilə 2023-cü il sentyabr ayının 29-da nikahları pozulmuş, yoldaşı ona qarşı Naxçıvan Şəhər Məhkəməsində gətirdiyi əşyalar ilə bağlı iddia qaldırmış, sonra iddiasını geri götürmüşdür. Birgə nikahdan bir qız övladı var, anası ilə yaşayır və o, 200 manat aliment ödəyir. Qarşı tərəfin düzgün danışmadıqlarına görə 7 heyvanını tələb edir. Həmin heyvanlara görə 3600 manat bir, 1000 manat da bir xərc çəkmişdir. O də fələrlə qarşı tərəflə ortaq məxrəcə gəlmək istəmiş, demişdir ki, həmin 2-3 baş heyvanı qızına hədiyyə edir, qalanın qaytarınsınlar, yenə də razı olmamışlar. Hətta onlar heyvanın ölməyi ilə bağlı sübutu belə ona təqdim etsəymişlər, o onu da keçərdi. Apelyasiya şikayətinin təmin olunmasını xahiş edir. İddiaçının nümayəndəsi Mahir Hüseynov izahatında göstərdi ki, apelyasiya şikayətini müdafiə edir. O, 50 il kənddə yaşamış biri olaraq mal-heyvan saxlamağın bütün əziyyətlərini bilir. Əgər Cavabdeh həmin heyvanları saxlamaq istəmirdisə, qəbul etməyərdi. O həmin ərəfələrdə oğlu ilə küsülü olduğuna görə oğlu ondan xəbərsiz qayınatası ilə belə bir iş görübdür. Həmin dövrdə aralarında ailə münaqişəsi də olmamışdır. Hətta qarşı tərəf malheyvanı alan zaman onu satanlara belə deməyiblər ki, “biz bu mal ı Murada alırıq, deyiblər ki, qızımıza alırıq”. Yəni bu söhbətlərdə oğlu Muradın adını belə verməyib, oğlunu oyuna gətiriblər. Bütün kənd elə bilir ki, Vəli Məməmədov həmin mal-heyvanı qızına hədiyyə kimi alıbdır. Qayınata və kürəkən arasında belə bir münaqişə yaranandan sonra o, Dilavər adlı şəxslə görüşmüş və Dilavər ona demişdir ki, “malları Cavabdeh satmışam, tövləmi də vermişəm ki, onları orada saxlasın”. O, Şahbuz Rayon Məhkəməsinə müraciət edən zaman bildirmişdir ki, onun nəvəsi var, o istəməz ki, onun nəvəsi orada pis şəraitdə böyüsün, ona görə mal-heyvan yarıyarıya bölünsün. Dəfələrlə təklif etmişdir ki, “məhkəmələri yormayaq, öz aramızda razılığa gələk”. Qarşı tərəf isə demişdir ki, “biz bununla razılaşmırıq, verin məhkəməyə haqqınızı alın”. Lakin Şahbuz Rayon Məhkəməsi ədalətli qərar vermədiyinə görə o həmin qərardan narazıdır. Həmin məhkəmə 1 baş inək və balasını Cavabdeh, 1 baş inək və balasını isə İddiaçı vermiş, qərarda heç ölən dananın və İddiaçı məhkəməyə ödədiyi 90 manatın da aqibəti bilinməmişdir. Onlar qəti şəkildə demirlər ki, 7 baş mal onlara verilsin, sadəcə qarşı tərəf heç bir razılığa gəlmədiyinə görə məhkəmədən oğlunun haqqının qaytarılmasını istəyir. 7 malı ona görə tələb edirlər ki, bir bala öldükdən sonra yerinə bir bala daha gəlmişdir. Oğlunun ona dediyinə görə o, 3 baş inək və yanında balasına - 6 baş mala, cəmi 3600 manat pul vermiş, həmin mallar Dilavər adlı şəxsin tövləsində saxlanılmışdir. O, bu proseslərin heç birinin yaxından iştirakçısı olmamış, bütün bunları ona oğlu Murad demişdir. Apelyasiya şikayətinin təmin olunmasını xahiş edir. Cavabdeh izahatına göstərdi ki, apelyasiya şikayətini qəbul etmir. İddiaçı hələ Bakıda olarkən bir gün ona zəng etmişdir ki, “mən maşın almaq istəyirəm”. O da demişdir ki, maşın sürmək biraz təhlükəlidir və sənin işinə görə də alınmaz. Sonra Murad ondan eşitmişdir ki, o, mal-heyvan almaq istəyir. Həmin zaman onların yanı balalı bir inəkləri olmuş, amma kənd yerində onları ötüşdürməmişdir. Sonra Murad ona demişdir ki, “əgər saxlaya bilirsinizsə, mən də alım verim sizə saxlayın”. O da ona demişdir ki, ha birinə baxmış, ha beşinə, sən al, mən saxlayaram. Murad Bakıdan gələn zaman Şahbuzun Gömür kəndinə də gedib baxmışlar. Sonra o, Yuxarı Qışlaq kəndindən də maraqlanmış, Elsevərin qardaşı Əvəz kişi ilə mal-heyvan haqqında özü söhbət etmiş, demişdir ki, mal almaq istəyir, o da malın qiymətinin 1300 manat olduğunu demişdir. O isə demişdir ki, hazırda imkanı çatmır, 1200 manat verə bilər. Onun yoldaşı Nərgiz də Elsəvərin yoldaşı ilə danışmışdır. Sabah axşam bir də getmişlər, heyvanın südünə baxıb razılaşmışlar. Elsevər çoban olduğundan çox vaxt çöldə qalmışdır. O, Elsevərin mobil telefon nömrəsin almış və özü ilə danışıb demişdir ki, ona 900 manat pul verəcək, o da malı verəcək, malın 300 manatını da sonra verəcəkdir. Elsevər də razılaşmışdır. Səhərisi günü o yay vaxtı olduğuna görə ota getmiş, evdə olmamışdır. Həmin 900 manat pulu Murada verib demişdir ki, adam malı gətirəcək, 900 manat pulu ona verərsən. Həmin vaxt yoldaşı ilə birlikdə oğlunu həkimə aparacağına görə ona 1500 manat pul lazım olmuşdur. Onun tövləsində yer olmadığına görə malları Dilavərin tövləsində saxlamışdır. 250 ot presi də olmuş, Dilavər 25 presi ona olan borcuna çıxmışdır, 225 pres də 5 manatdan 1250 manat pul edir. Onlar nəzərdə tuturlar ki, 1 mal qış boyu 100 pres yeyər. Sonra Dilavər ona demişdir ki, “Bakıya getməliyəm, pulun varsa, presin pulunu ver”. O həmin vaxt Murada zəng etmiş, Murad ona demişdir ki, “səndə varsa, sən ver, mən sənə göndərəcəm”. O da bir kartdan 1000 manat çəkib Dilavərə vermiş, sonra Murad onun kartına 1000 manat pul vurmuşdur. İndi Murad deyir ki, “mən Vəliyə 1000 manat pul vermişəm”, o ona əziyyət haqqı olaraq o pulu verməyib, sadəcə aldığı malların otunun pulunu ona göndəribdir. Aralarında qohumluq olmuşdur deyə, bütün bu əziyyətlərə qatlaşmışdır. Murad 4 baş maldan ikisinin qış otunun pulunu verib, hələ heç ikisinin pulunu verməyibdir. Bu qədər vaxt o malların n ə qədər əziyyəti, yediyi otlar, onun bu qədər zəhməti hara gedir? İddia tələbində 7 baş mal, 90 manat rüsum tələb edir, bəs onun qızının, nəvəsinin payı hara gedir? Otun qiymətin hesablasalar, heç onun Murada borcu qalmır. Onun deyəcəyi bundan ibarətdir ki, 1 baş inək və balasının pulunu o vermişdir. 2 baş inək və 2 baş balanı isə Murad almışdır. 6 baş malı da Dilavərin tövləsində bir yerdə saxlamışdır. Ölən mal aprel ayında tövlədə ölmüş, həmin zaman o hətta şəkillərini də çəkmişdir. Birinci instansiya məhkəməsində ondan şəkil tələb edilməmişdir. Həmin heyvan ölən zaman polisi və baytarı çağırmışdır. Bütün kənd camaatı bilir ki, həmin ölən bala Dilavərin onlara satdığı inəyin balası olmuşdur. Hazırda 2 inək və onun 2 balası onlardadır. Həmin malları qaytarmağa etirazı yoxdur, sadəcə qızı və nəvəsinin haqqını, həmçinin onun əziyyətini qarşı tərəf oradan çıxsın. Məhkəmə bunu ədalətli şəkildə bölsün. Mal-heyvanla bağlı danışıqlar gedən bir vaxtda Murad da onun yanında olmuşdur. 2 baş inək, 2 baş bala İddiaçı məxsusdur, həmin balalardan biri ölmüş, yerinə bir bala daha gəlmiş, yenə 2 inək, 2 bala olmuşdur. Mallara qoyulan qiymətlər düzgün olmadığından həmin qiymətlərlə razı deyil, qiymətlər çox hesablanmışdır. Apelyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Cavabdehin nümayəndəsi və cavabdeh tərəfdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə2 izahatında göstərdi ki, o, apelyasiya şikayətini qəbul etmir. Həmin malları atası Cavabdeh Murada vermək istəmiş, lakin iddiaçı onun keçmiş həyat yoldaşı olduğu və həmin mallar da birgə nikah d övründə alındığı üçün iddiaçı malları gəlib götürmək istəyəndə o, malların iddiaçıya verilməsinə icazə verməmişdir. O mallar atasına aid deyil, çünki o malları iddiaçı ilə birlikdə birgə nikah dövründə almışlar. İddiaçı sadəcə pulun vermiş və onun atası da almışdır. Buna baxmayaraq iddiaçı onu yox, atasını məhkəməyə vermişdir. İddiaçı ona görə atasını məhkəməyə verib ki, sonradan o iddiaçının arxasına düşüb ona qarşı iddia qaldırsın və ondan mal tələb etsin. O da öz haqqını iddiaçıdan almaq üçün atasından etibarnamə alıb məhkəmədə iştirak etmişdir. Verilən suallara cavablarında isə göstərmişdir ki, atası dağa getdiyindən Murad onun anası və qardaşı ilə birlikdə gedib Dilavərdən 2 inək və 2 buzov almış, bu məqsədlə anasına 2400 manat pul vermişdir. 1 inək, 1 balasını isə atasının özü Elsevə rdən almışdır. O orada olmadığı üçün 1200 manat pulu Elsevərə kimin verdiyini bilmir. 300 manatla bağlı Muradla aralarında heç bir söhbət olmamışdır. Atası ona köməklik üçün deyib ki, 1 baş mal və balasını sizə hədiyyə edəcəm. Sonra bir baş inək və dananı atası onlara nikah dövründə hədiyyə etmişdir. Bir inəyin balası ölmüş və yerinə bir bala daha gəlmişdir. Dilavərin tövləsində Muradın aldığı inəyin balalarından biri ölən vaxt polis və baytarlıqdan gəlib baxmışlar. Digər heyvanlar hazırda atasıgildədir. Apelyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Cavabdehin nümayəndəsi Nümayəndə3 izahatında göstərdi ki, apelyasiya şikayətini qəbul etmir. Qızı Bakıda olan zaman ona demişdir ki, “ana, kəndə gələcəyik”. Həmin vaxt Muradla söhbətlərində Murad ona demişdir ki, “xala, şor-kərən yoxdur ?”, öz malları qısır olduğuna görə o da demişdir ki, Murad, yoxdur, ancaq istəyirik ki, mal alaq. Bu zaman evdə bir az pulları olmuş, yoldaşı Vəli ona demişdir ki, “balaca uşaq xəstədir, onu müalicəyə aparacağıq”. Lakin Saragil gələcəklərinə görə demişlər ki, ağartımız və şor-kərəmiz azdır, gedək mal alaq. Sonra Murad ona demişdir ki, “hələ almayın, mən gəlim, birlikdə görüm nə qədər pul düzəldirəm, gedib alarıq”. Murad gəldikdən sonra birlikdə mala baxmaq üçün Gömür kəndinə getmişlər. Kimdən malın qiymətin soruşmuşlarsa, onlara 1800 manat demişlər. Sonra onlar Yuxarı Qışlaq kəndinə getmiş və onlara malın qiymətini 1300 manat demişlər. O həmin zaman malın südünü sağıb görmüşdür ki, yaxşıdır. Murad demişdir ki, “mən də mal alım”. O isə demişdir ki, bizim tövlə balaca olduğundan sənin mallar ını bizdə saxlamağa yer yoxdur. Murad həmin zaman bildirmişdir ki, “bu 2400 manat pulun 1200 manatını sizə verim tövlə tikin, 1200 manatına isə inək alım, gələcəkdə torpaq alana kimi inəklərin sayı artsın”. Sonra Murad demişdir ki, “Vəli əmi, sən də işdən çıx, mən sənə pul göndərəcəm”. Yoldaşı isə cavabında ona demişdir ki, “Murad, mən işdən çıxa bilmərəm, Naxçıvanda uşaq oxuduram və ona illik pul ödəyirəm, sən imkan olsa, yenə kredit götürüb göndərsən, biz alıb baxarıq”. Hətta demişlər ki, “uşağa görə kredit götürmüşük, onun krediti qurtarsın, 5000 kredit götürəcəyik, mallar da arıqdı, ötürək dağda otlayıb kökəlsin. Birlikdə malları sataq, sizin torpaq almağınıza kömək edərik. O malı alaq, bunu da sizə hədiyyə edəcəyik”. Həmin vaxt öz inəklərinin vaxtından tez doğulan balasını da nəvələri nə hədiyyə etmişlər. Dilavərdən alınan malları o özü almış, buna görə Muradın ona verdiyi 2400 manatı Dilavərə özü vermişdir. Həmin mallardan birinin balası aprel ayında ölmüş və birinin balası olmuşdur. Muradın onlarda 4 baş heyvanı var və ümumilikdə qiymətləri 2400 manat edir. Murad ona mal verməmiş, sadəcə 2400 manat pul vermişdir. 2400 manat pulunu Murada qaytarır, amma malları vermir. O, Muradın mallarını vaxtında verirmiş, sadəcə birgə nikah dövründə alındığından qızı verməmişdir. Yuxarı Qışlaqdan alınan mallara isə o, oğlu və Murad birlikdə gedib baxmış, Elsevərdən alınan həmin yanı balalı malı 1200 manata onlar özləri almışlar. Yoldaşı Vəli ona demişdir ki, “Nərgiz, 900 manat pulu sizə verim, mən dağa gedirəm, 300 manatın da iki ay sonra verəcəm”. Səhər də həmin 900 mant deyilən pulu Vəli onun yanında Murada vermişdir, amma pulun nə qədər olduğunu o bilməmişdir. Həmin vaxt o yoldaşına demişdir ki, evdə pul var, sən niyə pulun hamısın vermirsən, Vəli də ona demişdir ki, “Saragil Bakıdan gəlib, 300 manatı ilə də gedək bazarlıq edək”. Həmin pulu Murad ya Elsevərə, ya da onun qardaşı Əvəzə vermişdir, o onları tanımır. O və yoldaşı Muradgilə demişlər ki, “aldığımız heyvanları siz nə vaxt torpaq alsanız, satıb sizə verəcəyik”. Apelyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Şahid2 göstərdi ki, yaz vaxtı ona pul ehtiyac olduğundan mallarını satmaq istəmişdir. Onun mallarını ilk dəfə öz yoldaşı ilə Nərgiz öz aralarında sövdələşmişlər. Sonra bu barədə Vəli ilə o danışmış və qonşusu olduğu üçün malları bir az ucuz satmışdır. O, 2 inək, 2 bala satmış və bir inək, bir b ala 1200 manat olmaqla, cəmi 2400 manata razılaşmışlar. Axşam İddiaçı yanında Nərgiz həmin məbləğdə pulu ona vermişdir. Ancaq o, malların kim üçün alındığını bilməmişdir. Payız vaxtı Vəli ona demişdir ki, “mənim tövləmdə yer yoxdur”. O da ona demişdir ki, aylıq 100 manat ver, tövləni sənə verim. Həmin vaxt Vəligilə 230 pres də vermiş və 1000 manat almışdır. Onun satdığı inəklərdən birinin balası yaza yaxın vaxtlarda ölmüşdür və o bunu təsdiq edir. Həmin dananın bir yaşı olmuşdur. Vəligilin özlərinin malları, həmçinin inəkləri də olmuşdur. Şahid1 göstərdi ki, onun 2 iribuynuzlu malı olmuş, onları satmaq istəmiş, bir yanı balalısını almaq üçün ona ilk dəfə Vəli müraciət etmişdir. Vəligil mallara axşam gəlib baxaraq bəyənmişlər. Onlar malı danışan zaman yanlarında Vəlinin yoldaşı Nərgiz, kürə kəni Murad və Vəlinin balaca oğlu, özünün yoldaşı və qardaşı olmuşlar. O, malı Vəli ilə sövdələşmiş, Nərgizin isə bu barədə onun yoldaşı ilə söhbəti olmuşdur. Malın qiymətini onun qardaşı ilə Vəli razılaşmışlar. Vəli ona malı kürəkəninə, yoxsa özünə alması barədə heç nə deməmişdir. Sonra Vəli ona zəng vurmuşdur ki, “sabah adam göndərəcəm gəlib malı alsınlar, 300 manat pulu da sonra göndərəcəm”. O, yanı balalı malı 1200 manata satmışdır. Səhəri günü o, bir baş yanı balalı malı kəndin ayağına endirmiş, Murad və Vəlinin oğlu orada olmuş, o, heyvanları verəndə Murad ona 900 manat pul vermiş və demişdir ki, “qalan 300 manatı Vəli əmi göndərəcək”. Ancaq Murad da həmin vaxt ona malı özünə aldığını deməmiş, pulu verəndən sonra heyvanları aparmışlar. O malı iyun ayında vermiş, Vəli isə 300 manatı o na sentyabr ayında göndərmişdir. Şahid4 göstərdi ki, qardaşı Elsevərlə evləri dədə həyətində olmaqla yaxındırlar. Elsevər malını satdığına görə, Vəli, oğlu və Murad gəlib tövlədə mala baxmış, qiymətini Elsevər ilə razılaşmışlar. Sonra qardaşı ona demişdir ki, “Əvəz, malın qiymətin de”. O da ağsaqqal kimi 1300 manat demiş, Vəli 1200 manata endirmişdir. Nərgiz demişdir ki, “ağartımız yoxdur, südünə görə alırıq”. Malın pulu kəndin ayağında Murad tərəfindən Elsevərə verilmişdir. Murad 900 manatı Elsevərə vermiş və Vəli də malın 300 manatını sonradan göndərmişdir. Vəli Elsevərə şəxsən pul verməmişdir, 300 manatın isə nə vaxt göndərildiyini bilmir. Satdıqları mal 5 yaşında, balası isə 2-3 aylıq olmuşdur. Həmin malların kimə, nə məqsədlə alındığını bilmir, heç sonradan da eşitməmişdir. Şahid X4 göstərdi ki, o, baytar texniki işləmiş və Vəligilin məhləsində heyvanlara baxmışdır. Yaz vaxtı Vəli ona demişdir ki, “mənim danam axura düşüb ölüb”. Dilavərin tövləsində mallara baxarkən 70-80 kq olan bir illik dananın öldüyünü görmüş, həmin vaxt tövlədə əlavə 5-6 mal olmuşdur. O, ölən heyvanın kimin olduğunu bilməmişdir. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Apelyasiya baxışında verilmiş xx.xx.2024-cü il tarixli sorğuya Naxçıvan MR Dövlət Statistika Komitəsinin xx.xx.2024-cü il tarixli, 09/125 nömrəli cavab məktubundan məlum olur ki, 2023-cü ilin iyul ayında Naxçıvan Muxtar Respublikası üzrə iribuynuzlu malqaranın bir başının orta bazar qiyməti aşağıdakı kimi olmuşdur: 6 aylıq buzov - 650 manat, 1 yaşda dana - 1560 manat, 2 yaşda dana - 2080 manat, inək (südlük) - 1750 manat və inək (ətlik) - 1500 manat. Tətbiq edilən hüquq Mülki Məcəllə; 135.12. Əşyanın verdiyi gəlir, artım və (və ya) üstünlük əşyanın bəhəridir. Ayrılanadək bəhər əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi kimdirsə, əşyanın təbii bəhəri də onun mülkiyyətindədir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və on a dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.10. Əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür. 152.11. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə

161. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 608.... heyvanların,... alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Ailə Məcəlləsi; Maddə 2.1. Ailə Məcəlləsi... ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir... Mülki-Prosessual Məcəllə; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qald ırmış fiziki şəxslər... iddiaçı hesab edilirlər. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki şəxslər... cavabdeh hesab olunurlar. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdi m olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0, 384.0.2 və 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bi lər; qətnaməni dəyişdirə bilər. Maddə 385.1, 385.1.1, 385.1.2 və 385.1.4. Məhkəmə aktının apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə

386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. 387.1. Prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə

388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə

390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üz rə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il, “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12 aprel 2004-cü il və “Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməs inin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 may 2012-ci il tarixli Qərarları. Apelyasiya baxışının hədləri “Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında hüquqi mövqeyi belədir ki, “apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Mülki-Prossesual Məcəllənin 372.6-cı maddəsinin ikinci cümləsinə əsasən şikayət qərarın ləğvinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır.” Hazırkı halda apelyasiya şikayətinin dəlillərinin məzmunundan görünür ki, İddiaçı qətn aməni “iddianın rədd edilmiş hissədə ləğv olunması” hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd olunan hüquqi mövqeyi nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçıya münasibətdə həmin hissədə apelyasiya şikayətinin dəlilləri üzrə yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından İddiaçı apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası iş materiallarını apelyasiya şikayətinin dəlilləri, işdə iştirak edən şəxslərin izahatları və şahidlərin ifadələri üzrə əlaqəli şəkildə araşdıraraq bu qənaətə gəlir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin mübahis ələndirilən hissədə dəyişdirilməsinin və qismən ləğvinin əsasını təşkil edir, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normaları düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün faktiki halları kifayət qədər araşdırmamış və müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası mülki işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mübahisə İddiaçı iddiasına görə 2022-ci ilin iyun ayının sonlarında onun pul vəsaiti ilə alınıb aralarında olan razılaşmaya əsasən Cavabdeh saxlamasına verilmiş 3 baş inək və 3 baş dananın, həmçinin 2022-ci ilin dekabr ayında həmin inəklərdən birindən doğulmuş 1 baş buzovun cavabdehin sahibliyindən natura şəklində geri qaytarılması və ya həmin iribuynuzlu heyvanların iddia ilə məhkəməyə mü raciət olunan vaxta bazar qiyməti ilə olan dəyərinin - 7000 manatın alınıb verilməsi ilə bağlıdır. Məlumdur ki, Mülki Məcəllənin 157-ci maddəsi ilə mülkiyyətin müdafiəsi nizama salınır. 157.2-ci maddəyə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu isə mülki-hüquqi müdafiə üsulları ilə həyata keçirilir. Mülkiyyət hüququnun mülki-hüquqi müdafiə üsulları dedikdə, mülki hüquq normalarında ifadə olunan elə vasitələr başa düşülür ki, bu vasitələrin tətbiqi nəticəsində mülkiyyətçinin pozulmuş mülkiyyət hüququ bərpa edilir, başqasının qanunsuz sahibliyində olan əmlak mülkiyyətçinin özünə qaytarılır. Bu isə özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddia (vindikasiya iddiası – latınca “vindicare” “hüquq üzrə tələb etmək” deməkdir) vasitəsi ilə həyata keçirilir və gerçəkləşdirilir. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgəsinin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Mülkiyyətçinin öz əşyası üzərində faktiki sahibliyi itirməsi, həmin əşyanın başqa şəxsin sahibliyinə keçməsi, faktiki sahibliyin qanunsuz olması, özgəsinin qanunsuz sahibliyinə keçən əşyanın naturada saxlanması, geri tələb olunan əşyanın fərdi-müəyyən əşya olması, əşyanın mülkiyyətçisi və faktiki sahibin bir-biri ilə öhdəlik hüquq münasibətlərində olmaması qeyd olunan iddianın verilməsi üçün əsas şərtlərdir. Vindikasiya iddiasının subyekt tərkibi üzrə iddiaçı - əşya üzərində sahibliyi itirən mülkiyyətçi, cavabdeh - əşyaya qanunsuz sahibliyi hyata keç irən, faktiki olaraq əşyaya sahiblik edən şəxsdir. Bu iddianın obyektini yalnız fərdi əlamətləri müəyyən edilən əşya, predmetini əşyanın özgəsinin qanunsuz sahibliyindən geri qaytarılmasını nəzərdə tutan maddi-hüquqi tələb, əsasını iddiaçının cavabdehə verdiyi tələbi şərtləndirən və əsaslandıran hüquqi hallar və faktlar təşkil edir. Kollegiya apelyasiya şikayətinin “Məhkəmə qətnamə qəbul edərkən iddiamı ərarvadın əmlakının bölünməsi tələbi kimi mübahisələndirərək qərar qəbul edilmişdir. Lakin bizim tələbimiz isə əmlakı özgənin qanunsuz sahibliyindən geri tələb etmək olduğundan Mülki Məcəllənin Vİ fəslinin müddəaları tətbiq olunmaqla öz həllini tapmalı idi, məhkəmə iddia tələbindən kənara çıxaraq cavabdehin nümayəndəsi, eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi prosesə dax il edilmiş Nümayəndə2 pay saxlamışdır” dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən onun mübahisələndirilən hissəsində Mülki Məcəllənin 213.1, 213.2, 213.5, 223.1, 223.3, 225.1 və 225.2-ci, Ailə Məcəlləsinin 29.1, 32.1, 32.3, 34.1, 36.1, 36.3 və 37.1-ci maddələrini düzgün tətbiq etməmiş, iş üzrə cavabdeh olmayan “Nümayəndə2 pay saxlamaqda” haqlı olmamışdır. Belə ki, Ailə Məcəlləsinin 2.1-ci maddəsinə görə Ailə Məcəlləsi... ailə üzvləri (ərarvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. İddiaçı isə qeyd olunan maddənin təsiri altına düşməyən, sabiq qayınatası, Cavabdeh qarşı “əmlak və yaxud onun dəyəri”, başqa sözlə “əmlakı özgənin qanunsuz sahibliyindən geri tələb etmək” tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Mülki-prosessual qanunvericiliyə görə özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki şəxslər iddiaçı, iddia tələbinin yönəldiyi fiziki şəxslər isə cavabdeh hesab olunurlar. Nümayəndə2 isə hazırkı iş üzrə prosessual vəziyyətinə görə cavabdehin nümayəndəsi və cavabdeh tərəfdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla, iddia tələbi ona qarşı yönəlməmişdir. Həmçinin Nümayəndə2 tərəfindən iddiaçıya hər hansı bir qarşılıqlı iddia verilməmiş, birgə nikah dövründə əldə olunmuş heyvanlardan ona çatası pay tələb olunmamışdır, hansı ki, bu iş üzrə belə bir iddianın qəbul edilməsi də prosessual baxımdan yolverilən olmamışdır. Mülki- Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlardan göründüyü kimi, qətnamə çıxarılarkən iddia tələblərindən kənara çıxılmışdır və bu kənara çıxmaya qanuni haqq qazandıran heç bir müstəsna hal müəyyən olunmur. Apelyatorun “bir baş inək və bir baş dananı Şahid1 alması və ya həmin heyvanların onun pul vəsaiti ilə ona alınması” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının iribuynuzlu heyvanlar almaq məqsədi ilə 25 aprel 2022-ci il tarixdə "xxxx" ASC-dən 5000 manat kredit alması (iş v.49-51), bu məqsədlə həmin ilin iyun ayında ailə üzvləri ilə birlikdə cavabdehin yaşadığı Şahbuz rayonu, Aşağı Qışlaq kəndinə ge tməsi, iddiaçının cavabdehə “əgər saxlaya bilirsinizsə, mən də alım verim sizə saxlayın” deyə təklif etməsi, cavabdehin isə “ha birinə baxmış, ha beşinə, sən al, mən saxlayaram” cavabını verməklə iddiaçının bir neçə baş heyvan almaq məqsədinin ona bəlli olmasını etiraf etməsi və alınacaq heyvanları saxlamağa razılıq verməsi, Şahid1la heyvanların alqı-satqısı üzrə sövdələşmə zamanı iddiaçının orada iştirak etməsi, səhərisi günü 1 baş inək və onun balası olan 1 baş dananı Şahid1 qəbul etməklə sonuncuya alınan heyvanların müqabilində verilməli olan 1200 manatdan 900 manatı iddiaçının şəxsən Şahid1 verməsi, Şahid1 ifadəsində qeyd olunan pul məbləğinin məhz İddiaçı tərəfindən ona verilməsini təsdiq etməsi, cavabdeh tərəf bu heyvanları “özləri üçün aldıqlarını Şahid1 dediklərini” bildirsələr də, Şahid1 “heyvanların kimə alındığını bilmədiyini” deməklə həmin fikri inkar etməsi, iddiaçının alınan mallar “gecə saatlarında tövləyə gəlmədiyinə görə onların arxasınca 2 dəfə Şahid1 həyətinə getməsi”, həmin heyvanların Şahid2 satdığı digər 4 baş heyvanla eyni vaxtda, yəni 2022-ci ilin iyun ayının sonlarında alınması (cavabdehin maddi imkanı olmuşdursa, iddiaçı onların yaşadığı yerə qeyd olunan məqsədlə gəlməmişdən əvvəl həmin heyvanları ala bilərdi), cavabdehin özünə məxsus heyvanlarından ayrı olmaqla eyni yerdə (tövlədə) saxlanması, cavabdeh tərəfdə işdə iştirak edən şəxslərin həmin heyvanların alınmasında məqsədin nə olması barədə ziddiyyətli izahatlar vermələri və s. işin faktiki halları mübahisə olunan 1 baş inək və 1 baş dananı (bir baş yanı balalı inəyi) iddiaçının almasına və ya həmin heyvanların iddiaçının pul vəsaiti ilə ona alındığına dəlalət edir. Göstərilənlərdən kollegiya belə qənaətə gəlir ki, həmin heyvanların alqı-satqısı üzrə şifahi razılaşma cavabdehlə Şahid1 (satıcı), eləcə də sonuncunun qardaşı Şahid4 arasında olmuş, lakin satıcıya münasibətdə bu müqavilə üçüncü şəxsin, yəni iddiaçının (alıcının) xeyrinə bağlanaraq icra edilmişdir. Bununla da Mülki Məcəllənin 14.2-14.2.1,152.1 və 567.1-ci maddələrinə müvafiq olaraq göstərilən heyvanlara iddiaçı mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh tərəfdə işdə iştirak edən şəxslər isə yalnız subyektiv mülahizələrindən başqa, kollegiyaya göstərilənlərin əksini təsdiq edəcək və ya qeyd olunanları təkzib edən heç bir mötəbər sübut təqdim etməmişlər, yəni cavabdeh tərəfdən apelyasiya şikayətinin dəlillərinin əsassızl ığına dair sübutlar təqdim olunmamışdır. Halbuki Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya nəzərə alır ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, alqı-satqı müqaviləsi də əqdlərin bir növüdür (Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12 aprel 2004-cü il tarixli Qərarı). Konstitusiya Məhkə məsi Plenumunun “Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 may 2012-ci il tarixli Qərarında formalaşdırdığı mövqeyə görə, mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə lazımi qaydada riayət edilməməsi şəxsin gələcəkdə həmin əmlaka faktiki sahiblikdən məhrum olunmasına səbəb ola bilər. Kollegiya bildirir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabde hin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Bu baxımdan cavabdehin Şahid1 heyvanların alınması üçün iddiaçıya 900 manat verməsi, eləcə də iddiaçının bu məqsədlə cavabdehə 300 manat verməsi sübut olunmadığından iddia tələbinin həmin hissədə təmin olunması əsaslı hesab edilmir. Apelyasiya şikayətinin “Cavabdeh məhkəmədə izahat verərkən bildirmişdi ki, “alınan mallardan birinin balası 2023-cü ilin sentyabr ayında tələf olmuşdur”. Lakin ölən malın mənim tərəfimdən alınmış mallardan birinin balası olması ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməməsinə baxmayaraq məhkəmə həmin malı da mənim malım hesab edərək qətnamə qəbul edərkən iddiamı rədd etmişdir ki, bununla da razılaşmırıq” dəlilinə münasibətdə bildirilir ki, Şahid2 alınmış və iddia qaldırılan zaman qiymətinin 800 manat olduğu qeyd edilən bir baş dananın 2023-cü ilin aprel ayında ölməsi şahid kimi dindirilmiş Şahid2 və Türbət Rüstəmovun ifadələri, eləcə də cavabdeh tərəfin izahatları ilə təsdiq olunduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir. Mülki Məcəllənin 152.10-cu maddəsinə görə isə əmlakın təsadüfən məhv olması riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçinin üzərinə düşür. İddia olunan bir baş buzovla əlaqədar tələb isə təmin olunmalıdır, ona görə ki, Mülki Məcəllənin 135.12-ci maddəsinə əsasən əşyanın verdiyi gəlir, artım və (və ya) üstünlük əşyanın bəhəridir. Ayrılanadək bəhər əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi kimdirsə, əşyanın təbii bəhəri də onun mülkiyyətindədir. Apelyasiya şikayətinin mübahisə olunan iribuynuzlu heyvanların qiyməti (dəyəri) və “iddianın rədd edilmiş hissədə ləğv olunması və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasının xahiş edilməsi” ilə bağlı dəlillərinə münasibətdə kollegiya hesab edir ki, iddia ilə məhkəməyə müraciət olunduğu vaxt tələb edilən heyvanların qiyməti həmin vaxta olan bazar qiymətlərinə mütənasib olmuşdur. Belə ki, Naxçıvan MR Dövlət Statistika Komit əsinin xx.xx.2024-cü il tarixli, 09/125 nömrəli məktubundan məlum olur ki, 2023-cü ilin iyul ayında Naxçıvan Muxtar Respublikası üzrə iribuynuzlu mal-qaranın bir başının orta bazar qiyməti aşağıdakı kimi olmuşdur: 6 aylıq buzov - 650 manat, 1 yaşda dana - 1560 manat, 2 yaşda dana - 2080 manat, inək (südlük) - 1750 manat və inək (ətlik) - 1500 manat. İddiaçı isə iddia ərizəsində “inəklərin hər birinin qiymətini 1400 manat, danaların hər birinin qiymətini 800 manat və buzovun qiymətini 400 manat” göstərmiş, heyvanların özlərinin və yaxud onların ümumi dəyəri olan 7000 manatın alınıb ona verilməsini xahiş etmişdir. Göründüyü kimi heyvanların dəyəri ilə əlaqədar iddiaçının göstərdiyi qiymətlərlə qeyd olunan məktubda göstərilən qiymətlər arasında cavabdehin ziyanına, iddiaçının isə xeyrinə əhəm iyyətli fərq müəyyən olunur. Lakin kollegiya iddiaçının 3 baş inəyi 4200 manat, 3 baş dananı 2400 manat və 1 baş buzovu 400 manat məbləğdə dəyərləndirək tələb etməsini əsas götürməklə hesab edir ki, heyvanların qeyd edilən məktubda göstərilən qiymətləri nəzərə alınmamalıdır. Çünki Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə “iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düş ür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”. Məhkəmə kollegiyası tərəfindən sübutların qiymətləndirilməsi zamanı isə MülkiProsessual Məcəllənin 88-ci maddəsi və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan hüquqi mövqeyi əsas götürülmüşdür. Beləliklə, şərh olunanlara müvafiq olaraq kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri üzrə “cavabdehdən 1 baş inəyin və bir baş dananın, olmadıqda isə onların dəyəri olan 1200 manatın alınaraq iddiaçıya verilməsi və ödənilmiş 90 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 15,40 manatının cavabdehdən alınaraq iddiaçıya qaytarılması” hissələrində ödənilməli olan pul məbləğlərinin həcmi düzgün müəyyən olunmamışdır. Ona görə də qətnamə müvafiq hissələrdə dəyişdirilməli, heyvanların qiymətinə münasibətdə 1 baş inəyin qiyməti 1400 manat və 1 baş dananın qiyməti 800 manat dəyərləndirilməklə, 1200 manat 2200 manat hesab edilməlidir. Apelyasiya şikayətində mübahisələndirilən digər 5 baş heyvana münasibətdə - 1 baş dana öldüyündən iddia tələbi həmin hissədə rədd olunmalı, 2(090)-202/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qətnamə iddia tələbinin 2 baş inək, 1 baş dana və 1 baş buzovun və ya onların dəyəri olan 4000 manata dair rədd olunmuş hissəsində ləğv edilməli və həmin hissədə tələb qismən təmin olunmalı, cavabdehdən 2 baş inək, 1 baş dana və 1 baş buzov yaxud onların ümumi dəyəri olan 3700 manat alınaraq İddiaçı verilməli, Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq ödənilmiş tələblərin (birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş 1200 manat + apelyasiya instansiyası məhkəməsində təmin olunan 4700 manat) məbləğinə mütənasib olaraq iddia qaldırılarkən ödənilmiş 90 manat dövlət rüsumunun 75,60 manatı cavabdehdən alınaraq iddiaçıya verilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməli olduğundan qətnamə “ödənilmiş 90 manat dövlət rüsumunun idd ianın təmin olunmuş hissəsinə mütənasib olaraq 15,40 manatının Cavabdeh alınaraq iddiaçıya qaytarılması” hissəsində dəyişdirilməli və ödənilmiş tələbə münasibətdə dövlət rüsumu olaraq 15,40 manat 75,60 manat sözləri ilə əvəz edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, Mülki-Prosessual Məcəllədə qətnamənin dəyişdirilməsinin əsasları müəyyən edilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin bu səlahiyyəti iddianın tam və ya qismən təmin olunması haqqında birinci instansiya məhkəməsinin qətnaməsində elə bir dəyişikliyin edilməsini nəzərdə tutur ki, bu zaman iddia həmin qətnamədə göstərilən qaydada deyil, fərqli qaydada təmin edilmiş olur. Başqa sözlə, qətnamənin dəyişdirildiyi halda apelyasiya instansiyası məhkəməsi hüquqların və vəzifələrin birin ci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş həcmini və ya həyata keçirilməsi mexanizmini (üsul və qaydalarını) dəyişdirir. Göstərilənlərdən başqa, kollegiya işə baxılması zamanı işdə iştirak edən şəxslərin irəli sürdükləri dəlillər üzrə aşağıdakıların izah olunmasını zəruri hesab edir. Belə ki, apelyasiya şikayətinin “məhkəmə baxışında iddia tələbinin həcmini artıraraq götürdüyü kreditdən qalan borcun yarısının Nümayəndə2 aid edilməsi və ayrı yaşadıqları müddətdə ödədiyi məbləğin yarısının Nümayəndə2 alınıb ona ödənilməsini əlavə etməyinə baxmayaraq məhkəmənin ərizəni qəbul etməməsi və qətnamədə buna münasibətini bildirməməsi” dəlilləri ilə əlaqədar bildirilir ki, həmin dəlillərə birinci instansiya məhkəməsinin 29 avqust 2023-cü il tarixli qərardadında hüquqi qiymət verilmişdir (İ c ild, iş v. 78-81) və bunun qətnamədə təkrarən göstərilməsinə ehtiyac olmamışdır. İşə baxılarkən Cavabdeh göstərdiyi dəlillərlə bağlı ona izah olunur ki, mübahisə olunan heyvanların yemlənməsinə və bəslənməsinə, baytarlıq müayinələrinə və qulluğuna çəkilmiş xərclərin İddiaçı tələb edilməsi ilə bağlı müvafiq birinci instansiya məhkəməsində iddia qaldırmaq hüququ vardır. Cavabdeh Nümayəndə2 dəlilləri ilə əlaqədar ona izah edilir ki, Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ona görə də hazırkı iş üzrə qəbul olunan qətnamənin nəticəsindən asılı olaraq mübahisə olunan heyvanların bölünməsi tələbi ilə məhkəməyə müraciə t etmək onun hüququdur. Həmçinin izah olunanlarla bağlı məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, işə baxıldığı müddətdə gələcəkdə qeyd edilən iddialarla məhkəməyə müraciət olunmasının qarşısının alınması və tərəflərin mənafeləri baxımından MülkiProsessual Məcəllənin 14.1, 14.3 və 52.4-cü maddələrinin tələblərinə müvafiq olaraq mübahisənin hüquqi həlli ilə bağlı məlumat və məhkəmə baxışını barışıq sazişi ilə tamamlamaq barədə kollegiya tərəfindən bir neçə dəfə təklif verilsə də, işdə iştirak edən şəxslər hazırkı mübahisənin bu vasitə ilə həll edilməsində maraqlı olmamışlar. Mülki iş üzrə qəbul edilən hazırkı qətnamənin apelyasiya instansiyası məhkəməsində mübahisələndirilən hissəsində təmin edilən iddianın qiyməti beş min manatdan az olduğundan Mülki-Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Nəticəvi hissə Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 365, 382, 384.0, 384.0.2, 384.0.3, 385.1, 385.1.1, 385.1.2, 385.1.4, 386, 387.1, 388, 390, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Şahbuz Rayon Məhkəməsinin 2(090)-202/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qətnaməsi cavabdehdən 1200 (bir min iki yüz) manatın alınması və ödənilmiş 90 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 15,40 (on beş manat qırx qəpik) manatının Cavabdeh alınaraq iddiaçıya qaytarılması” hissəsində dəyişdirilsin və “1200 manat” 2200 (iki min iki yüz) manat hesab edilsin, ödənilmiş tələbə münasibət də dövlət rüsumu olaraq “15,40 manat” 75,60 (yetmiş beş manat altmış qəpik) manat sözləri ilə əvəz edilsin. Şahbuz Rayon Məhkəməsinin 2(090)-202/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qətnaməsi iddia tələbinin 2 (iki) baş inək, 1 (bir) baş dana və 1 (bir) baş buzovun və ya onların dəyəri olan 4000 (dörd min) manata dair rədd olunmuş hissəsində ləğv edilsin və həmin hissədə tələb qismən təmin olunsun. Cavabdeh 2 (iki) baş inək, 1 (bir) baş dana və 1 (bir) baş buzov yaxud onların ümumi dəyəri olan 3700 (üç min yeddi yüz) manat alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar