Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-34/2024 12.03.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X2 (sədrlik edən və məruzəçi), X6 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı1, Cavabdeh2, Cavabdeh2 və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxslər - Maraqlı şəxs1, Maraqlı şəxs3 və Maraqlı şəxs2 vəkilnümayəndələri Nümayəndə, cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsinin nümayəndəsi X1 və Cavabdeh4 iştirakları ilə İddiaçı1 cavabdehlər - Cavabdeh2, Cavabdeh4 və Şahbuz rayon Torpaq və Xəritəçəkmə Şöbəsinə qarşı “müqavilənin təsdiqi, torpaq sahəsinin hüdudlarının müəyyən edilməsi və zəruri keçidin ayrılması” tələblərinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 2-xx-xx/2010 nömrəli, 26 may 2010-cu il tarixli qətnaməsindən Cavabdeh2 və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxslər - Maraqlı şəxs1, Maraqlı şəxs3 və Maraqlı şəxs2 vəkilnümayəndələri Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı1 16 aprel 2010-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şahbuz rayonu, Gömür kəndində yerləşən 0.40 hektar torpaq sahəsinə və onun üzərində yerləşən iki otaq və şüşəbənddən ibarət yaşayış evinə onunla Ca vabdeh2 arasında müqavilənin təsdiq olunması, torpaq sahəsinin hüdüdlarının müəyyən edilməsi və gedişgəliş yolunun açılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2000-ci ildə Şahbuz rayonu, Gömür kənd sakini Cavabdeh2 0.40 ha torpaq sahəsi almışdır. Həmin zamandan etibarən həmin torpaq sahəsində yerləşən evdə ailəsi ilə birlikdə yaşayır. Torpaq sahəsini 1500 ABŞ dollarına almağını və həmin pul vəsaitini Cavabdeh2 verməyini şahidlər təsdiq etmişlər. Cavabdeh2 torpaq sahəsini ona satdıqdan sonra Bakı şəhərinə köçərək orada məskunlaşmışdır. Ona dəfələrlə deməyinə baxmayaraq Cavabdeh2 Şahbuz rayonuna gəlib torpaq sahəsini sənədləşdirmələrini təşkil etmir. Digər tərəfdən iddiaçının torpaq sahəsinin hüdudları ona bəlli deyil və gediş-gəliş yo lu bağlanmışdır. Bununla bağlı Şahbuz rayon Torpaq və Xəritəçəkmə Şöbəsinə müraciət etsə də, heç bir tədbir görülməmişdir. İddiaçı iddia ərizəsində heç bir maddi və prosessual hüquq normasına istinad etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şahbuz Rayon Məhkəməsinin (sabiq hakim Allahverdi Bağırov) 2-xx-xx/2010 nömrəli, 26 may 2010-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin olunması, İddiaçı1 ilə Cavabdeh2 arasında Şahbuz rayonunun Gömür kəndində 0.13 ha torpaq sahəsi üzərində yerləşən yaşayış evinə və 0.40 ha torpaq sahəsinə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, yaşayış evinə, torpaq sahələrinə İddiaçı1 mülkiyyət hüququnun tanınması, mülkiyyət hüquqlarının qeydə alınmasının Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri X idmətinə həvalə olunması, 0.40 ha torpaq sahəsinə keçən girişdə 4 metr enində və 49,8 metr uzunluğunda olmaqla, sonda 5,6 metr olan gediş yoluna Cavabdeh4 və onun ailəsi tərəfindən edilən maneənin aradan qaldırılması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “Məhkəmə... belə hesab edir ki,iddia qismən təmin olunmalıdır. Belə ki, Cavabdeh2 Şahbuz Rayon Məhkəməsinə ünvanladığı teleqramında X4 iddiasını qəbul etdiyini, həqiqətən də ona məxsus olan torpaq sahələrini və yaşayış evini iddiaşıya satdığını, lakin Bakı şəhərində yaşadığı üçün sənədləşdirmə üçün notariat kontoruna getmədiklərini bildirmişdir. İddiya əlavə edilmiş qəbzdə Cavabdeh2 Şahbuz rayonu, Gömür kəndində özünə məxsus olan yaşayış evini və onun üzərində yerləşən torpaq sahəsini 2000-ci il də İddiaçı1 satmasını göstərmiş, qəbz tərəflər və dörd nəfər şahid tərəfindən imzalanmışdır. Şahbuz rayon Gömür kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin 15 aprel 2010-cu il tarixli 2/80 saylı arayışında İddiaçı1 2000-ci ildə Şahbuz rayonunun Gömür kəndində Cavabdeh2 məxsus evi aldığı və həmin evdə ailəsi ilə birlikdə yaşadığı göstərilir. Mülki iddiaya əlavə olunmuş JN-004 A saylı torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədə 0.40 ha torpaq sahəsinin Şahbuz rayon Aqrar İslahat Komissiyasının 07 sentyabr 1999-cu il tarixli 7/2 nömrəli qərarı əsasında Cavabdeh2 və onun ailə üzvlərinin mülkiyyətinə verilməsi göstərilir. Aqrar İslahat Komissiyasının həmin tarixli qərarı ilə 0.13 ha torpaq sahəsi də (JN004B) Cavabdeh2 ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Şahbuz rayon Torpaq və Xəritəçəkmə Şöbəsinin arayışında Cavabdeh2 həyətyanı torpaq sahəsinə JN-5A saylı və JN-6A saylı həyətyanı torpaq sahələrinin arasında girişdə 4 metr enində, uzunluğu 49,8 metr olmaqla sonda eni 5,6 metr olan gediş-gəliş yolunun kəndin yer quruluşu planına daxil edilməsi göstərilmişdir. Məhkəmə işin həqiqi hallarını araşdırıb belə hesab edir ki, tərəflər arasında Şahbuz rayonunun Gömür kəndində yerləşən 0.13 ha torpaq sahəsinin üzərində yerləşən yaşayış evinə və 0.40 ha torpaq sahəsinə müqavilə bağlanmış hesab edilməli və İddiaçı1 mülkiyyət hüququ tanınmalı, mülkiyyət hüquqlarının qeydə alınması Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə olunmalı, 0.40 ha torpaq sahəsinə keçən girişdə 4 metr enində və 49,8 metr uzunluğunda olmaqla sonda 5,6 metr olan gediş yoluna Cavabde h4 və onun ailəsi tərəfindən edilən maneə aradan qaldırılmalıdır”. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 146.1, 325.1 və 335.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 307.1-ci maddələrinə və “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarına istinad etmişdir. Cavabdeh2 və digər şəxslər - Maraqlı şəxs1, Maraqlı şəxs3 və Maraqlı şəxs2 vəkilnümayəndələri Nümayəndə 14 sentyabr 2 023-cü il tarixdə prosessual müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək apelyasiya şikayəti üçün buraxılmış prosessual müddətin bərpası barədə qərar çıxarılmasını xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin (hakim Daşqın Səfərov) 2(090)-68/2010 nömrəli, 04 oktyabr 2023-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, mülki iş üzrə Cavabdeh2, cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs1 və Maraqlı şəxs2 Şahbuz Rayon Məhkəməsinin 26 may 2010-cu il tarixli, 2(090)-68/2010 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək üçün qanunla müəyyən olunmuş müddətin buraxılmasının üzrlü hesab edilməsi və həmin qətnamədən apelyasiya şikayəti vermək üçün buraxılmış prose ssual müddətin bərpa edilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)157/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərardadına əsasən Şahbuz Rayon Məhkəməsi tərəfindən Mülki-Prosessual Məcəllənin 364.2-ci maddəsinin tələblərinə riayət olunmadığına görə apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və mülki işin birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Hazırkı mülki iş üzrə Maraqlı şəxs1, Maraqlı şəxs3 və Maraqlı şəxs2 işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxslər kimi tanınmaları və işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə Şahbuz Rayon Məhkəməsi tərəfindən 2(090)-68/2010 nömrəli, 22 dekabr 2023-cü il tarixli qərardad qəbul edilm işdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh2 və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxslər - Maraqlı şəxs1, Maraqlı şəxs3 və Maraqlı şəxs2 vəkil-nümayəndələri Nümayəndə apelyasiya şikayəti verərək Şahbuz Rayon Məhkəməsinin 26 may 2010-cu il tarixli, 2-xx-xx/2010 nömrəl qətnaməsinin 0.40 ha torpaq sahəsinə alqı-satqı müqaviləsinin bağlanmış hesal edilməsi, 0.40 ha torpaq sahəsinə İddiaçı1 mülkiyyət hüququnun tanınması, mülkiyyət hüquqlarının qeydə alınmasının Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə olunması hissəsinə münasibətdə qismən ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılaraq göstərilmişdi r ki, “Qətnamə ilə aşağıdakı əsaslara görə razılaşmırıq. Biz 1980-ci ildə Ermənistan Respublikasından köçüb Şahbuzun Gömür kəndində yerləşmişik. 1982-ci ildə sovxozdan bizə torpaq sahəsi verdilər. İslahat dövrü Aqrar İslahat Komissiyasının JN-004A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinə əsasən bizə 4 nəfər ailə üzvü (Cavabdeh2, Maraqlı şəxs1, Maraqlı şəxs3 və Maraqlı şəxs2) olmaqla 0.40 ha və JN-004B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.13 ha həyətyanı torpaq sahəsi verilmişdir. Biz 0.13 ha torpaq sahəsinin yerləşdiyi ərazidə tikilmiş fərdi yaşayış evində yaşamışıq. 2000-ci ildə Bakı şəhərinə köçməli olduq. “Burada yaşamadığımız müddətdə yaşayış evinin uçub dağılacağına, ona baxan olmayacağına görə həmin yaşayış evini və həmin evin yerləşdi yi 0.13 ha torpaq sahəsini həmkəndlim İddiaçı1 1500 ABŞ dollarına satmaq barədə razılaşdım. Əhməd həmin vaxt Türkiyədə olduğundan alqı-satqı sövdələşməsini Əhmədin qayınatası Fərman ilə danışmışdım və alqı-satqını rəsmiləşdirə bilməmişdim. Bundan sonrakı illərdə Naxçıvana yolum düşdükcə gedib bizə məxsus olan digər torpaq sahələrinə baş çəkirdim. Sonuncu dəfə 2023-cü ilin avqust ayının ortalarında Naxçıvana gəldiyim üçün gedib torpaqlara baş çəkərkən bizə məxsus olan 0.40 ha torpaq sahəsinin müəyyən hissəsinin qonşular tərəfindən zəbt olunduğunu gördüm. Buna görə də Şahbuz rayon Torpaq Şöbəsinə gedərək zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması üçün müraciət etdim. Həmin vaxt mənə bildirdilər ki, sizə məxsus olan 0.13 ha və 0.40 ha torpaq sahələri Şahbuz rayon Məhkəməsinin qətnaməsinə əsasən İddiaçı1 adına sənədləşdirilib. Bundan sonra mən Şahbuz rayon Məhkəməsinə müraciət etdim. Məhkəmədən həmin sənədlərin dövlət arxivinə təhvil verildiyini bildirdilər. 23 avqust 2023-cü il tarixdə Şahbuz rayon Dövlət Arxivinə müraciət edərək həmin qətnamənin surətini aldım. Qətnaməni oxuyarkən gördüm ki, bizə məxsus olan 0.13 ha və 0.40 ha torpaq sahələri fərdi yaşayış evi ilə birlikdə İddiaçı1 mülkiyyətinə verilib” (bu hissə Cavabdeh2 göstərdikləridir). Bizim belə bir qətnamənin olmasından 23 avqust 2023-cü il tarixədək xəbərimiz olmamışdır. Məhkəmə bizim xəbərimiz olmadan hüquqlarımızı pozaraq bizim əleyhimizə qeyri-qanuni qətnamə qəbul edib. Belə ki, məhkəmə bizi cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər qismində işə cəlb etməli oldu ğu halda bunu etməmiş, məhkəmənin vaxtı və yeri barədə bizə məlumat verməmiş, qətnamənin surətini bizə göndərməmişdir. X12 Komissiyasının qərarına əsasən mülkiyyətimizdə olan torpaq sahəsinin bizim xəbərimiz olmadan başqasının mülkiyyətinə verilməsi barədə qanunsuz qərar qəbul etmişdir. Mən (Cavabdeh2) yaşayış evinin yerləşdiyi 0.13 ha torpaq sahəsini İddiaçı1 satmaq barədə razılaşmışam. İddiaçı1 mənə zəng edib həmin yeri sənədləşdirmək istədiyini və buna görə teleqram vurmağımı xahiş edib. Mən də həmin satdığım yerin sənədləşdirilməsi üçün teleqram vurmuşam. Məhkəmə iddia ərizəsini mənə göndərməyib, vurmuş olduğum teleqramda Baki şəhəri, ünvan 2 ünvanında yaşadığımı göstərsəm də, məhkəmə işə əlavə edilən məktubdan göründüyü kimi qətnaməni Şahbuz rayonu, Gömür kəndinə göndərib, təbii ki, o rada yaşamadığım üçün qətnamə mənə çatmayıb və nəticədə belə bir qətnamənin çıxarılmasından xəbərim olmayıb. Qətnaməni aldıqdan sonra bilmişəm ki, torpaqlarımızın hər ikisi İddiaçı1 adına sənədləşibdir. Məhkəmə iclas protokolunda İddiaçı1 izahatında 2000-ci ildə Fəxrəddindən 0.40 ha torpaq sahəsini satın aldığını, həmin ildən ailəsi ilə birlikdə torpaq sahəsinin üzərində yerləşən evdə məskunlaşdığını, torpaq sahəsini 1500 manata aldığını, pul vəsaitini şahidlərin iştirakı ilə Fəxrəddinə verdiyini bildirmişdir. Bundan başqa, İddiaçı1 nə iddia ərizəsində, nə də izahatında 0.13 ha torpaq sahəsi barədə heç bir ifadə işlətmədiyi və evin 0.40 ha torpaq sahəsində yerləşdiyini iddia etdiyi halda nədənsə, məhkəmə 0.13 ha torpaq sahəsi üzərində yerləşən yaşayış evinə və 0.40 ha torpaq sahəsinə alqı- satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul etmişdir. İddiaçı1 iddia ərizəsində və məhkəmədə verdiyi izahatında torpağı 1500 manata aldığını və pulunu özünün cavabdehə verdiyini göstərsə də, tərtib olunmuş qəbzdə Əhmədin adının olmaması, pulun manat deyil ABŞ dolları olaraq qeyd olunması və məhkəmənin istər evin yerləşdiyi torpaq sahəsinə münasibətdə, istərsə də yazılmış qəbzlə bağlı yaranmış təzadların araşdırılmaması bunu deməyə əsas verir ki, məhkəmə heç bir araşdırma aparmadan iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. 0.40 ha torpaq sahəsi başqa ərazidə yerləşir və həmin torpaq sahəsində heç bir tikili yoxdur. Məhkəmə tərəfindən işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hallar ümumiyyətlə araşdırılmamış, iddiaçının mənafeyinə uyğun qətnamə qəbul edilmişdir”. C avabdeh2 və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxslər - Maraqlı şəxs1, Maraqlı şəxs3 və Maraqlı şəxs2 vəkil-nümayəndələri Nümayəndə maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsində Mülki Məcəllənin 214 və 215-ci maddələrinə istinad etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi Məhkəmə baxışı iclasında; Cavabdeh2 izahatında göstərdi ki, Şahbuz rayonu, Gömür kəndində çoxlu qar yağması və əlverişsiz hava şəraiti olduğundan çətinlik çəkdiklərinə görə ailəsi ilə birlikdə 2000-ci ilin avqust ayında Bakı şəhərinə köçməyə qərar vermişlər. İddiaçı1 həmin zaman yeni ailə qurmuş və Türkiyə Resp ublikasında işləmişdir. Bir gün Əhmədin qayınatası Fərman kişi gəlib ona demişdir ki, “eşitmişəm sən evini satırsan, mənim də qızımgilin ev almağa imkanı yoxdur, bu evi mən onlara almaq istəyirəm”. O da həmin zaman evini və onun yerləşdiyi 0.13 ha torpağını 1500 dollara Fərman kişiyə satmışdır. Fərman kişi ona “ay Fəxrəddin, bu yerin torpaq sahəsi əkin əkib-becərmək üçün azdır axı” deyəndə, o da “mənim başqa yerdə 0.40 ha torpağım var” demiş və həmin yeri həm suvarmaq, həm də əkib-becərmək nöqteyi-nəzərindən onlara vermişdir. Həmin pulun alınıb-verilməsində Əhmədgilin göstərdiyi kağıza o imza etməmişdir, kağızda göstərilən şahidlərdən də onun xəbəri yoxdur. 2000-ci ilin avqust ayında onun özünə Fərman 1500 dolları şəxsən Şirxan adlı kişi ilə evə gəlib birlikdə verib getmişlər. O yazılı o laraq onlara heç bir sənəd verməmişdir. O bir neçə dəfə xeyir-şər vaxtı Bakıdan kəndə gəlmiş, lakin Əhməd və ailəsindən bir nəfəri belə kənddə tapa bilməmişdir. Kənd camaatından Əhmədin harada olduğunu soruşan zaman ona demişlər ki, “Əhməd Türkiyədədir”. Onun hər dəfə gələndə Əhmədi axtarmaqda məqsədi torpaq komitəsinə gedib evi onun adına sənədləşdirmək olmuş, lakin Əhmədi heç vaxt evi sənədləşdirmək üçün tapa bilməmişdir. Bir dəfə Əhməd ona zəng etmişdir ki, “yol üstündə Kərəmin oğlu ilə mübahisəmiz var, məni çox narahat edirlər”, bu söhbətdən sonra o, 0.40 ha torpağın sənədini Əhmədə göndərmişdir. Məhkəmə prosesi gedən dövrdə ona zəng vurulmuşdur ki, “Evi Əhmədə satmısınız?”, o da doğrulamışdır. Sonra ona demişlər ki, “evi satmağınız barədə poçtdan məktub göndərə bilərsiniz?”, o da tele qram göndərmişdir. O, 2023-cü ildə Bakıdan məzuniyyətə çıxıb gələrək “Əhməd, şəxsiyyət vəsiqəni götür, evin sənədlərini də Bakıdan gətirmişəm, gəl gedək evi sənin adına sənədləşdirək” demişdir. Əhməd bir həftə onun başını müxtəlif bəhanələrlə qataraq torpaq komitəsinə gəlməmişdir. Sonra o torpaq komitəsinə getmiş və orada işləyən Elçin ona demişdir ki, “torpaq qətnamə əsasında Əhmədgilə verilib”. Həmin söhbətdən sonra o, Fərmangilə getmiş və bütün söhbəti ona danışmışdır. Fərman isə ona demişdir ki, “get məhkəmədə baxarıq” və arvadı ilə birlikdə onu hədələmişlər. Özü də həmin zaman təəccüb içərisində olmuşdur ki, o, evini bu insanlara satmaqla qalmayıb, 0.40 ha torpağını da onlara vermişdir ki, əkib-becərsinlər. Əhmədgil isə onun xəbəri olmadan həmin torpağını da adlarına keçirmək istəmişl ər. O, 0.13 ha torpaq sahəsi və onun üzərindəki evi mübahisələndirmir, onun mübahisəsi 0.40 ha torpaq sahəsi ilə bağlıdır. Həmin torpaq sahələri bir-birindən minimum 600 m aralıdır. Apelyasiya şikayətinin təmin olunmasını xahiş edir. Cavabdeh2 və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxslər - Maraqlı şəxs1, Maraqlı şəxs3 və Maraqlı şəxs2 vəkil-nümayəndələri Nümayəndə apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verməklə Şahbuz Rayon Məhkəməsinin çıxardığı qətnamənin 0.40 ha torpaq sahəsinə münasibətdə ləğv edilməsini və apelyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Cavabdeh4 izahatında göstərdi ki, Cavabdeh2 dediklərinin hamısı yalandır. Əhməd yol barəsində ona qarşı iddia qaldıra bilər, lakin Fəxrəddin ondan yol t ələb edə bilməz. Kənddə böyükdən-kiçiyə kimdən soruşsan, hami deyir ki, həmin torpaq sahəsi Əhmədə məxsusdur. Fəxrəddin həmin torpağı satanda onlara deyilmişdir ki, “Fəxrəddin torpağa 500 dollar, evə isə 1000 dollar istəyir”. Əhməd də Türkiyədə işləyərək 1500 dolları verib almışdır. Fəxrəddin həmin 0.40 ha torpağı 500 dollara Əhmədə satmışdır. Ancaq alqı-satqı məsələsində, pulun alınıb-verilməsində, bu söhbətlərin heç birində o orada olmamışdır. Ədalətli qərar qəbul olunmasını xahiş edir. Cavabdeh Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsinin nümayəndəsi Elçin Tarverdiyev izahatında göstərdi ki, 2023-cü ilin yay aylarında Cavabdeh2 ona müraciət etmişdir ki, “mənim torpağımı yerində mənə göstərin”. Onlar həmin yerə gedib baxan zaman məlum olmu şdur ki, həmin yer məhkəmə qətnaməsi əsasında İddiaçı1 məxsusdur. Əhmədlə Fəxrəddin arasında olan problem 0.40 ha torpaq sahəsinə münasibətdə olmuşdur. Həmin torpaq sahəsi Fəxrəddinə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilməklə onun adına sənədləşmişdir və bu gün də həmin yer Cavabdeh2 adınadır. Əhmədə “evi, torpağı sənədləşdir” deyəndə hər dəfəsində demişdir ki, “mənim maddi vəsaitim yoxdur”. Əhməd tərəfindən həmin torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı onlara heç bir rəsmi müraciət daxil olmamışdır. Qanuni qərar qəbul olunmasını xahiş edir. İddiaçı1 izahatında göstərdi ki, o, apelyasiya şikayətini qəbul etmir. 2000-ci ildə Cavabdeh2 gedib onun qayınatası Fərmana demişdir ki, “eşitmişəm siz qızınıza torpaq axtarırsınız, mən də öz evimi satmaq istəyirəm”. Qayınatas ı və Fəxrəddin aralarında razılaşmışlar, Fəxrəddin 0.13 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evini, əlavə olaraq 0.40 ha həyətyanı torpaq sahəsini 1500 ABŞ dolları müqabilində ona satmış, qayınatası Fəxrəddinə bir sənəd yazdırıb demişdir ki, “buraya şahid qoy və müddət yaz”. Fəxrəddin də həmin zaman demişdir ki, “mən həmin sənədə müddət qoymuram, torpağı sizə müddətsiz verirəm”. O, həmin vaxt Türkiyədə olmuş, özü alqı-satqıda iştirak etməmişdir. Cavabdeh2 iddia edir ki, “0.40 ha torpaq mənimdir, mən həmin torpağı Əhmədə satmamışam”. O zaman niyə həmin torpağın şəhadətnaməsi ondadır? Fəxrəddin 2000-ci ildə 0.40 ha torpağın sənədini Gömür kəndindən köçəndə onun yoldaşı və qayınanasına verib getmişdir. Bakıdan Fəxrəddinin göndərdiyi teleqram da bunu sübut edir. Bütün sənədlər, ş əhadətnamə, çeklər, qonşuların ifadələri sübut edir ki, həmin torpaq ona məxsusdur. Fəxrəddin əgər o torpağı satmamışdırsa, niyə o 24 ildir ki, həmin torpağa baxmışdır? 2010-cu ildə çıxan qətnamənin icrası ilə bağlı dəfələrlə daşınmaz əmlaka müraciət etmiş, lakin həmin yerin az-çox olması ilə bağlı mübahisə getdiyinə görə qeydiyyata saldıra bilməmiş, bu barədə rəsmi qaydada ərizə ilə daşınmaz əmlaka müraciət etməmişdir. Fəxrəddinin şikayəti əsassızdır. Ədalətli qərar qəbul olunmasını xahiş edir. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Tətbiq edilən hüquq Mülki Məcəllə; Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə
161. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Maddə 215.5. Paylı mülkiy yətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır Maddə
394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (bundan sonra Torpaq Məcəlləsi); Maddə
66. Torpaq sahələri üzərində hüquqları təsdiq ed ən sənədlər
1. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Maddə
67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Mülki-Prosessual Məcəllə; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayət in dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1, 385.1.1, 385.1.3 və 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 387.2 və 387.2.4. Məhkəmə işd ə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi... ləğv edilməlidir. Maddə
389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə... qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Maddə
390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Maddə
393. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 405.0-405.0.1. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Maddə 406.1. Kassasiya şikayəti yazılı formada apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apelyasiya baxışının hədləri “Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında hüquqi mövqeyi belədir ki, “apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Mülki-Prossesual Məcəllənin 372.6-cı maddəsinin ikinci cümləsinə əsasən şikayət qərarın ləğvinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki-Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04 №-li qərardadında məhkəmələrə tövsiyə edilmişdir ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırkı halda apellyasiya şikayətinin dəlillərinin məzmunundan görünür ki, Cavabdeh2 və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxslər - Maraqlı şəxs1, Maraqlı şəxs3 və Maraqlı şəxs2 vəkil-nümayəndələri Nümayəndə birinci instansiya məhkəməsinin qətnaməsinin 0.40 hektar torpaq sahəsinə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, 0.40 hektar torpaq sahəsinə İddiaçı1 mülkiyyət hüququnun tanınması, mülkiyy ət hüquqlarının qeydə alınmasının Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə olunması hissəsinə münasibətdə qismən ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd olunmasını xahiş etməklə, qətnaməni həmin hissədə mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası göstərilən hüquqi mövqeyi nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini qeyd olunan mübahisələndirilən hissədə apelyasiya şikayətinin dəlilləri üzrə yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından apelyatorun apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, apelyasiya instansiya məhkəmələri aşağı instansiya m əhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını apelyasiya şikayətinin dəlilləri, işdə iştirak edən şəxs və nümayəndələrin izahatları üzrə əlaqəli şəkildə araşdıraraq bu qənaətə gəlir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə qismən ləğvinin əsasını təşkil edir. Məhkəmə kollegiyası mülki işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mübahisə apelyasiya şikayətində mübahisələndirilən hissədə Şahbuz Rayon Aqrar İslahat Komissiyasının 7 sentyabr 1999-cu il tarixli, 7/2 nömrəli qərarına əsasən həmin rayonun Gömür kəndində Cavabdeh2 və onun ailə üzvlərinin (Maraqlı şəxs1, Maraqlı şəxs3 və Maraqlı şəxs2) mülkiyyətlərinə verilm iş 0.40 ha (4025.74 kv. metr) həyətyanı torpaq sahəsi ilə bağlıdır (JN-004A nömrəli, 10503018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə - iş v. 9-13). Qeyd olunan qərar əsasında adıçəkilən şəxslər göstərilən torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişlər (Mülki Məcəllə, maddə 152.1). İddiaçı1 izahatına görə onun özü alqı-satqıda iştirak etməsə də, 2000-ci ildə qayınatası Fərman ilə Cavabdeh2 aralarında olan razılaşmaya əsasən sonuncu 0.13 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evini, həmçinin 0.40 ha həyətyanı torpaq sahəsini 1500 ABŞ dolları müqabilində ona satmış, ancaq bu barədə sənədləşmə aparılmamışdır. O, 24 ildir ki, həmin 0.40 ha torpaq sahəsindən istifadə edir və hesab edir ki, həmin torpaq sahəsi ona məxsusdur. 2010-cu ildə qəbul olunmuş qətnamənin icrası ilə bağlı dəfələrlə daşınmaz əmlaka müraciət etsə də, həmin yerin az-çox olması ilə bağlı mübahisə getdiyinə görə qeydiyyata saldıra bilməmiş, bu barədə rəsmi qaydada ərizə ilə daşınmaz əmlaka müraciət etməmişdir. Cavabdeh2 izahatına görə o, ailəsi ilə birlikdə 2000-ci ilin avqust ayında Bakı şəhərinə köçdüyü üçün həmin vaxt 0.13 ha torpaq sahəsini və onun üzərində inşa edilmiş yaşayış evini aralarında olan şifahi razılaşmaya görə 1500 ABŞ dollarına Fərman kişinin vasitəsi ilə onun kürəkəninə - iddiaçıya satmış, başqa yerdə olan 0.40 ha torpaq sahəsini isə satmamış və sadəcə istifadə etmək(əkib-becərmək) üçün onlara vermişdir. O, bir neçə dəfə xeyir-şər vaxtı Bakıdan kəndə gələrkən evi iddiaçının adına sənədləşdirmək üçün onu axtarmış, lakin iddiaçı Türkiyədə işləyib yaşadığına görə bunu etmək mümkün olmamışdır. 2023-cü ilin avqust ayının ortalarında torpaq şöbəsində olarkən ona və ailə üzvlərinə məxsus 0.40 ha torpaq sahəsinin məhkəmənin qətnaməsinə əsasən İddiaçı1 mülkiyyətinə verilməsindən xəbəri olmuş və həmin qətnamənin surətini əldə etdikdən sonra şikayət etmişlər. Cavabdeh4 izahatına görə Cavabdeh2 0.40 ha torpaq sahəsini 500 ABŞ dollarına onun bacanağına - iddiaçıya satmışdır və həmin torpaq sahəsi iddiaçıya məxsusdur. Ancaq alqı-satqı məsələsində, pulun alınıb-verilməsində, bu söhbətlərin heç birində o iştirak etməmişdir. Cavabdeh Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsinin nümayəndəsi Elçin Tarverdiyevin izahatına görə 0.40 ha torpaq sahəsi Cavabdeh2 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında onun a dına sənədləşmişdir və hazırda da həmin yer Cavabdeh2 adınadır. 2023-cü ildə onun məlumatı olmuşdur ki, məhkəmə qətnaməsi əsasında həmin 0.40 ha torpaq sahəsi iddiaçıya verilmişdir. Ancaq iddiaçı tərəfindən həmin torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı onlara heç bir rəsmi müraciət daxil olmamışdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan qəbzə (iş v.8) və Cavabdeh2 25 may 2010-cu il tarixli teleqramına (iş v.26) əsaslanaraq iddia tələbini apelyasiya şikayətində mübahisə olunan 0.40 ha torpaq sahəsinə aid hissədə təmin etmişdir. Halbuki həmin sənədlərdə mübahisə olunan torpaq sahəsinin Cavabdeh2 tərəfindən iddiaçi İddiaçı1 satılması ilə bağlı heç bir təsdiqedici sübut yoxdur. Belə ki, adıçəkilən qəbzdə (qol kağızında) göstərilmişdir ki, “Mən, Cavabdeh2 aid olan şəxsi ev imi və həyətyanı torpağımı 1500 ABŞ dolları dəyərində İddiaçı1 satdım. Pulu aldım. İmzamla təsdiq edirəm”. Şahbuz Rayon Məhkəməsinə ünvanlanmış sözügedən teleqramda isə göstərilmişdir ki, “Mən, Cavabdeh2 Şahbuz rayonu, Gömür kəndində evimi və həyətyanı torpaq sahəsini 2000-ci ildə İddiaçı1 satmışam, lakin Bakı şəhərində yaşadığım üçün notariat kontoruna gələ bilməmişəm”. Cavabdeh2 qeyd olunan qəbzdən xəbəri olmadığını və onu imzalamadığını, teleqramda isə evini və həmin evin yerləşdiyi 0.13 ha torpaq sahəsini iddiaçıya satdığını qeyd etdiyini, hazırda da bunu etiraf etdiyini göstərmişdir. Həmçinin iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul olunduğu vaxtdan 13 ildən artıq müddət keçməsinə baxmayaraq, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 29 fevral 2024-cü il tarixli, 04/154 nömrəli məktubundan göründüyü kimi, Şahbuz Rayon Məhkəməsinin 2-xx-xx/2010 nömrəli, 26 may 2010-cu il tarixli qətnaməsi əsasında hüquqların qeydiyyatı aparılmamış, qətnamədə qeyd olunan əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməmişdir. Göstərilən izahat və sənədlərdən, ümumən iş materiallarından aydın olur ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, onun tərəfindən mübahisə olunan torpaq sahəsinin Cavabdeh2 alınmasını sübut edəcək heç bir dəlil yaxud apelyasiya şikayətinin dəlillərinin əsassızlığına dair sübut kollegiyaya təqdim edilməmişdir (Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə “iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”. Mülki-Prosessual Məcəllənin 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 144.1, 146.1 və 394-cü maddələrində imperativ qaydada müəyyən edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmçinin Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci hissəsinə görə xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Göstərilən qaydaya əməl edilməməsi daşınmaz əmlakla əlaqədar bağlanmış müqavilələrin etibarsızlığına səbəb olur. Çünki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (Mülki Məcəllənin 329.1-ci maddəsi). Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin (Mülki Məcəllənin 406.1-ci maddəsi). Güründüyü kimi, daşınmaz əmlaka sərəncam verilməsi ilə əla qədar müqavilələrin notariat qaydasında təsdiq olunmalı olması qanunla müəyyən edildiyindən, müqavilənin forması tərəflərin razılığı ilə dəyişdirilə bilməz. Notarial qaydaya riayət olunmamaqla tərəflər arasında bağlanmış müqavilələri qanun etibarsız hesab etdiyindən məhkəmələr həmin sənədlərə əsasən tərəflər arasındakı əqdlərin etibarlı hesab olunmasına dair qərar qəbul etməkdə haqlı deyillər. Eləcə də tərəflər arasında notarial qaydada təsdiq olunmadan tərtib olunmuş ikitərəfli və yaxud çoxtərəfli müqavilələr, daşınmaz əmlakın satılması və pulun verilməsinə dair qəbzlər və sair sənədlər daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi üçün əsas hesab oluna bilməz. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dek abr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında isə göstərilmişdir ki, “ümumiyyətlə qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir”. Mülki Məcəllənin 161-ci maddəsinə görə əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Mülkiyyətçi isə özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2-ci maddəsi). Göstərilənlərdən başqa, kollegiya birinci instansiya məhkəməsinin işə baxarkən qətnamə çıxarılana qədər, bu qətnamə Cavabdeh2 münasibətdə Maraqlı şəxs1, Maraqlı şəxs3 və Maraqlı şəxs2 hüquq və vəzifələrinə təsir edə biləcəyini iş materiallarına əlavə olunmuş torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamənin surətindən (iş v. 9-13) aşkar şəkildə görməsinə baxmayaraq onları işdə iştirak etməyə cəlb etməməsini, nəticədə məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş, onların hüquq və vəzifələrinə dair məsələni həll etməsini mülki-prosessual qanunvericiliyin tələblərinin kobud pozulması kimi qiymətləndirir. Şərh olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsi işdə iştirak etməyə cəlb olunmamış Maraqlı şəxs1, Cavanşir və Maraqlı şəxs2lərin hüquqlarının pozulması ilə nəticələnmiş onların hüquq və vəzifələrinə dair məsələni həll etmişdir, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir (MülkiProsessual Məcəllənin 387.2, 387.2.4, 389, 390-cı maddələri). Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, iş üzrə Şa hbuz Rayon Məhkəməsinin 2-xxxx/2010 nömrəli, 26 may 2010-cu il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, qətnamə apelyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə qismən ləğv edilməli və həmin hissədə iddia tələbi rədd olunmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 365, 382, 384.0 və 384.0.2, 392, 393, 402.1, 405.0-405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh2 və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxslər - Maraqlı şəxs1, Maraqlı şəxs3 və Maraqlı şəxs2 vəkil-nümayəndələri Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Şahbuz Rayon Məhkəməsinin 2-xx-xx/2010 nömrəli, 26 may 2010-cu il tarixli qətnamə si apelyasiya şikayətinə münasibətdə “İddiaçı1 ilə Cavabdeh2 arasında Şahbuz rayonunun Gömür kəndində “0.40 hektar torpaq sahəsinə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, 0.40 hektar torpaq sahəsinə İddiaçı1 mülkiyyət hüququnun tanınması və həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasının Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə olunması” hissəsində qismən ləğv edilsin. Həmin hissədə iddia tələbi rədd olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla nəzərdə tutulan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.