Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-35/2024 10.05.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X3 və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(111)-167/2023 nömrəli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilən apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona olan 44440 (qırx dörd min dörd yüz qırx) manat borcun və iş üzrə ödənilmiş 223,32 (iki yüz iyirmi üç manat otuz iki qəpik) manat dövlət rü sumunun əvəzinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kəngərli Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(111)-167/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 44440 (qırx dörd min dörd yüz qırx) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi 223,32 (iki yüz iyirmi üç manat otuz iki qəpik) manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh vəkili və nümayəndəsi Vəkil vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verərək Kəngərli Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(111)-167/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə qətnamə q əbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 noyabr 2023-cü il tarixli 2(108)-154/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək şikayətin cavabdehə geri qaytarılması üçün mülki işlə birlikdə Kəngərli Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək Kəngərli Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(111)-167/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmiş, Kəngərli Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 2(111)-167/2023 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, Kəngərli Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(111)- 167/2023 nömrəli qətn aməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin iş üzrə Cavabdeh münasibətdə bərpa edilməsi qərara alınmışdır. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. 10 may 2024-cü il tarixdə apellyasiya şikayətinə baxılarkən tərəflər məhkəmə iclasında kollegiyaya barışıq sazişi təqdim edərək, işi sülh yolu ilə yekunlaşdırmaq niyyətində olduqlarını, barışıq sazişini təsdiq etməklə iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdirlər. Kollegiyaya təqdim olunmuş tərəflər arasında bağlanmış barışıq sazişinin məzmunu aşağıdakı kimi olmuşdur. “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının icraatında olan İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki iş üzrə Kəng ərli Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(111)- 167/2023 nömrəli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar biz aşağıda imza edənlər: İddiaçı və Cavabdeh qarşılıqlı razılığa gələrək aşağıdakı qaydada barışıq sazişi bağlayırıq: 1.İddiaçı: Mən iş üzrə İddiaçı Cavabdeh mənə borclu olduğu və iddia tələbimdə göstərdiyim 44440(qırx dörd min dörd yüz qırx) manat borcun müqabilində mənə 38000 (otuz səkkiz min) manat ödənilməsi şərti ilə razılaşıram. Həmin 38000 (otuz səkkiz min) manat borcun Cavabdeh tərəfindən mənə 2024-cü ilin iyun ayının 1-dən hesablanmaqla hər ay 500 (beş yüz) manat olmaqla ödənilməsi, bundan əlavə 2025-ci ilin aprel ayının sonunadək ümumi borc məbləğinə daxil olan 6000 (altı min) manat əla və məbləğin verilməsi şərti ilə razılaşıram və bu şərtlər daxilində barışıq sazişinin təsdiq olunmasını və mülki işin icraatına xitam verilməsini xahiş edirəm. Barışıq sazişinin bağlanılması ilə bağlı hüquqi nəticələr mənə aydındır. İmza: İddiaçı
2. Cavabdeh: Mən iş üzrə Cavabdeh İddiaçı məndən iddia tələbi üzrə tələb etdiyi 44440 (qırx dörd min dörd yüz qırx) manat borcun müqabilində ona 38000 (otuz səkkiz min) manat ödəməyim şərti ilə razılaşıram. Həmin borcun iddiaçıya 2024-cü ilin iyun ayının 1-dən hesablanmaqla hər ay 500 (beş yüz) manat olmaqla ödəməyim, bundan əlavə 2025-ci ilin aprel ayının sonunadək ümumi borc məbləğinə daxil olan 6000 (altı min) manat əlavə məbləğin tərəfimdən iddiaçıya ödəməyim şərti ilə razılaşıram. Bu şərtlər daxilində barışıq sazişinin təsdiq olunmasını və mü lki işin icraatına xitam verilməsini xahiş edirəm. Barışıq sazişinin bağlanılması ilə bağlı hüquqi nəticələr mənə aydındır. İmza: Cavabdeh” Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında yuxarıda qeyd olunan məzmunda bağlanmış barışıq sazişi təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qoru nan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Kollegiya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar İddiaçı və Cavabdeh ərizələrini müzakirə edərək belə nəticəyə gəlir ki, hazırkı vəziyyətdə barışıq sazişinin təsdiq olunmaması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci və 191.4-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil, ona görə də tərəflər arasında 10 may 2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcə llənin 191.2-ci maddəsinin tələbinə görə tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsində göstərilmişdir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Kollegiya hesab edir ki, iş üzrə icraata xitam verildiyindən iş üzrə İddiaçı iddia qaldırarkən "xxxx" ASC-nin Kəngərli filialına 19621nömr əli qəbzlə (daxil edilən məlumat xxxxxxx), 10 may 2023-cü il tarixdə ödədiyi 223.32 (iki yüz iyirmi üç manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Kollegiya həmçinin iş üzrə keçirilmiş məhkəmə kompüter-texniki ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri olan 60 (altmış) manat ekspertiza xərcinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mü nasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə İddiaçı vəsatəti əsasında iş üzrə ekspertiza təyin edildiyindən 60 (altmış) manat məbləğində ekspertiza xərci də iddiaçıdan tutularaq büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 2, X6 MR İdarəsi, Kodu-502906, VÖEN **********, müxbir hesabı AZ88NABZ********************, S.W.İ.F.T BİK-NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ********************-ə keçirilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.5, 384.0.5, 400, 402 və 405.0.2-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı ilə Cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin. “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki k ollegiyasının icraatında olan İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(111)- 167/2023 nömrəli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar biz aşağıda imza edənlər: İddiaçı və Cavabdeh qarşılıqlı razılığa gələrək aşağıdakı qaydada barışıq sazişi bağlayırıq: 1.İddiaçı: Mən iş üzrə İddiaçı Cavabdeh mənə borclu olduğu və iddia tələbimdə göstərdiyim 44440(qırx dörd min dörd yüz qırx) manat borcun müqabilində mənə 38000 (otuz səkkiz min) manat ödənilməsi şərti ilə razılaşıram. Həmin 38000 (otuz səkkiz min) manat borcun Cavabdeh tərəfindən mənə 2024-cü ilin iyun ayının 1-dən hesablanmaqla hər ay 500 (beş yüz) manat olmaqla ödənilməsi, bundan əlavə 20 25-ci ilin aprel ayının sonunadək ümumi borc məbləğinə daxil olan 6000 (altı min) manat əlavə məbləğin verilməsi şərti ilə razılaşıram və bu şərtlər daxilində barışıq sazişinin təsdiq olunmasını və mülki işin icraatına xitam verilməsini xahiş edirəm. Barışıq sazişinin bağlanılması ilə bağlı hüquqi nəticələr mənə aydındır. İmza: İddiaçı
2. Cavabdeh: Mən iş üzrə Cavabdeh İddiaçı məndən iddia tələbi üzrə tələb etdiyi 44440 (qırx dörd min dörd yüz qırx) manat borcun müqabilində ona 38000 (otuz səkkiz min) manat ödəməyim şərti ilə razılaşıram. Həmin borcun iddiaçıya 2024-cü ilin iyun ayının 1-dən hesablanmaqla hər ay 500 (beş yüz) manat olmaqla ödəməyim, bundan əlavə 2025-ci ilin aprel ayının sonunadək ümumi borc məbləğinə daxil olan 6000 (altı min) manat əlavə məbləğin tərəfimdən iddiaçıya ö dəməyim şərti ilə razılaşıram. Bu şərtlər daxilində barışıq sazişinin təsdiq olunmasını və mülki işin icraatına xitam verilməsini xahiş edirəm. Barışıq sazişinin bağlanılması ilə bağlı hüquqi nəticələr mənə aydındır. İmza: Cavabdeh” Kəngərli Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(111)-167/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı 60 (altmış) manat məbləğində ekspertiza xərci tutularaq büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 2, X6 MR İdarəsi, Kodu-502906, VÖEN **********, müxbir hesabı AZ88NABZ********************, S.W.İ.F.T BİK-NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ********************-ə keçirilsin. İddiaçı iddia qaldırarkə n "xxxx" ASC-nin Kəngərli filialına 19621nömrəli qəbzlə (daxil edilən məlumat xxxxxxx), 10 may 2023-cü il tarixdə ödədiyi 223.32 (iki yüz iyirmi üç manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.