Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-36/2022 09.03.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Xıdırov Əhliman Mehman oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(090)-171/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 17 sentyabr 2021-ci il tarixdə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ona olan 2736 (iki min yeddi yüz otuz altı) manat borcunun və 30 manat banka ödədiyi dövlət rüsumunun, ümumilikdə 2766 (iki min yeddi yüz altmış altı) manatın alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(090)-171/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, İddiaçı Cavabdeh ona olan 2736 (iki min yeddi yüz otuz altı) manat borcunun və 30 manat banka ödədiyi dövlət rüsumunun, ümumilikdə 2766 (iki min yeddi yüz altmış altı) manat pulun alınaraq ona qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan İddiaçı 10 yanvar 2022-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Şahbuz Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(090)-171/2021 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh onun kürəkəni olmuş, 15 fevral 2020-ci il tarixdə Cavabdeh 38 ədəd qələmə ağacını kəsib vermişdir. Həmin altı metrlik qələmə ağaclarını “Kamaz” markalı maşına yığdırıb Zeynəddin kəndinə taxta-şalban çəkilən sexə aparmışdır. Həmin qələmələrdən reyka, strapil və taxta çəkdirib evinə yığmışdır. Lakin cavabdeh borclu olduğu 2736 (iki min yeddi yüz otuz altı) manatı qaytarmır. Buna baxmayaraq məhkəmə cavabdehin izahatına istinad edərək həmin qələmələrin ona lazım olmadığından Zamiqə verdiyi izahatına istinad edərək tələbini rədd etmişdir. Cavabdeh X3 aldadıb notariat kontorasında ərizə aldırmışdır. X4 28 dekabr 2021-ci iİ tarixdə Naxçıvan şəhəri 1 saylı notariat ofisində təsdiq etdirdiyi və 8İ-5372 saylı reyestrlə qeydə aldırdığı ərizəsində aldadılma səbəbindən 07 oktyabr 2021-ci ıl tarixdə Naxçıvan şəhəri 1 saylı notariat ofisində 8İ-3997 saylı ərizəsindən imtina etdiyini bildirmişdir. İddianın təmin edilməməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar hesab edir. Həmçinin hesab edir ki, məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MM-in 601.1 və 577.2-ci maddələrinin tələblərinin mövcud mübahisəyə heç bir aidiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam bax dıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə sübutlara tam və obvektiv qiymət verməmişdir. Məhkəmə belə hesab etmişdir ki, iddiaçı mübahisəli 38 ədəd qələmə ağaclarının nisyə alğı-satqı müqaviləsi əsasında cavabdehə satmağını sübut edə bilməmişdir. Halbuki cavabdeh məhkəməyə verdiyi izahatında qələmələri ondan aparmasını, qələmələrin doğranmasına görə fəhləyə və sexə pul ödədiyini etiraf etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şahid olan X2, qızının psixi vəziyyətinə görə məcburiyyət qarşısında qalıb notariusa ərizə verdiyinə düzgün qiymət verməmişdir. Belə ki, cavabdeh həmin ərizənin təsdiq olunmasında iştirak etmişdir ki, bu da cavabdehin marağı ilə həll olunmuşdur. Nəticə etibarı ilə hesab edir və inanır ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə heyəti şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdırıb qanuni və əsaslı qərar qəbul edəcəkdir. Sonda iş üzrə İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 362, 384.0.2, 385-ci maddələrinə istinad edərək Şahbuz Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(090)-171/2021 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. İddiaçı apellyasiya baxışı zamanı şikayətlə eyni məzmunlu izahat verərək Şahbuz Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(090)-171/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh apellyasiy a baxışı zamanı verdiyi izahatında şikayəti qəbul etməyərək Şahbuz Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(090)-171/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyas iya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə bor cludur. Hazırki halda iş üzrə İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə qətnaməni tam həcmdə mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi qətnamənin əsaslılığı iddiaçının apellyasiya şikayəti üzrə tam mübahisələndirildiyindən tam yoxlanılmalıdır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini İddiaçı apellyasiya şikayətinin təmin edilməsinə, iş üzrə Cavabdeh isə apellyasiya şikayətinin rədd olunmasına dair fikrlərini dinləyib, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən as ılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, kollegiya tərəfindən iş üzrə İddiaçı verdiyi apellyasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma aparılarkən müəyyən olunmuşdur ki, İddiaçı istər məhkəməyə ünvanladığı iddia ərizəsində, istərsə də məhkəmə iclasları zamanı verdiyi izahatında Cavabdeh ona borclu olduğu 2736 manat borcun alınaraq geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərin birici instansiya məhkəməsində işə baxılarkən və apellyasiya baxışı zamanı verdiyi izahatlarından məlum olmuşdur ki, İddiaçı Cavabdeh onunla qızı V.Hümbətovanın birgə nikahda olan zaman, yəni kürəkəni olduğu zaman hazırki iş üzrə mübahisə predmeti olan 38 ədəd qələmə ağacı vermiş, cavabdeh verdiyi izahatlarında həqiqətən də bu sayda qələmə ağacının sabiq qay natası tərəfindən onlara verildiyini etiraf etmişdir. Beləliklə kollegiya tərəfindən mülki işin ilkin halları ilə iddiaçı tərəfindən cavabdehə 38 ədəd qələmə ağacının verilməsi mülki işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur. Lakin iddiaçı tərəfindən irəli sürülən tələblə bağlı işin mübahisəli halı ondan ibarətdir ki, İddiaçı iddia tələbində Cavabdeh 38 ədəd qələmə ağacını satdığını və buna görə də Cavabdeh ona 2736 manat borclu olmasını bildirmiş, cavabdehin isə bu iddianı rədd edərək həmin ağacların sabiq qaynatası tərəfindən onlara (qızına) hədiyyə şəklində verilməsini qeyd etmişdir. Belə ki, Cavabdeh İddiaçı qeyd edilən qələmə ağaclarını satın almadığını, həmin qələmə ağaclarının iddiaçının qızı Vüsalə Hümbətovaya onların birgə nikahı dövründə iddiaçı tərəfindən pay verildiyini qey d etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Kollegiya ilk növbədə onu qeyd edir ki, iş üzrə İddiaçı iddia tələbində 38 ədəd qələmə ağacını Cavabdeh satdığını və buna görə də Cavabdeh ona 2736 manat borclu olmasını iddia etsə də, tələblərinin və etirazlarının əsas kimi istinad etdiyi bu halı sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 577.2-ci maddəsinin tələbinə görə əgər alğı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır. Həmin Məcəllənin 601.1-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti il ə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Mülki işin araşdı rılmış hallarından görünür ki, iş üzrə iddiaçı istər iddia ərizəsində, istərsə də verdiyi izahatlarında Cavabdeh 38 ədəd qələmə ağacını razılaşaraq satdığını və bunun müqabilində də cavabdehin ona 2736 manat borcu olduğunu iddia etmiş, lakin tərəflər arasında bununla bağlı razılaşma barədə hər hansı bir mötəbər sübut növü İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, nisyə alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri razılaşdırıldıqda müqavilə bağlanmış sayılır. İddiaçı mübahisəli 38 ədəd qələmə ağacını cavabdehə nisyə alğı-satğı müqaviləsi əsasında satdığını iddia etsə də, onlar arasında nisyə alğı-satqı müqaviləsinin bağlanmasını iddiaçı sübut edə bilməmişdir. İstər birinci instansiya məhkəməsində işə baxılarkən, istərsə də apellyasiya baxışı zamanı verilən sualları cavablandıran İddiaçı Cavabdeh qələmə ağaclarını satarkən onunla hər hansı qiymət razılaşmadıqlarını, lakin həmin dövrdə bazar qiymətinin bir metr üçün 5-6 manat həddində olduğunu, hazırda da qələmə ağaclarının metrini 6 manatdan hesabladığını, bundan başqa həmin qələmə ağaclarının neçə metr olması və cavabdehə neçə metr qələmə ağacı satmasına dair müxtəlif və ziddiyyətli ifadələr səsləndirməklə bütün bu hallara dair hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh isə həmin qələmə ağaclarının iddiaçı tərəfindən qızı V.Hümbətovaya pay verildiyini bildirmiş, bu barədə iddiaçının qızı V.Hümbətovanın notariat qaydada təsdiq olunmuş 07 oktyabr 2021-ci il tarixli ərizəsini sübut ki mi birinci instansiya məhkəməsinə təqdim etmişdir. İş materiallarından görünür ki, Şahbuz Rayon Məhkəməsində işə baxılarkən iddiaçı tərəfindən şahid kimi təqdim olunaraq dindirilmiş X4 verdiyi izahatında iddiaçının onun atası olmasını, Cavabdeh isə onun keçmiş əri olmasını, atası İddiaçılə Cavabdeh arasında olan ağac məsələsində onun iştirakı olmadığını, Cavabdeh ona qələmələrin taxta şəklinə salınmasına 700 manat xərc çəkdiyini, atasının da pulunu bazar qiymətinə uyğun ödəyəcəyini dediyini, qələmələrin qiyməti barədə ona heç nə deyilmədiyini, sadəcə cavabdehin bazar qiyməti ilə pulu ödəyəcəyini ona dediyini, bu hadisənin 2020-ci ilin fevral ayında olduğunu, hadisənin sonrası ilə maraqlanmadığını bildirmişdir. V.Hümbətova daha sonra izahatında qeyd etmişdir ki, notariat kontorunda 07 oktya br 2021-ci il tarixdə ərizəni özü şəxsən veribdir, Cavabdeh qızı ilə 06 oktyabr 2021-ci il tarixdə telefon əlaqəsi saxlayaraq psixi təzyiq etdiyindən o, məcbur qalıb həmin ərizəni veribdir, notariat kontorunda o, ərizə vermək istəməyibdir, qızının psixi vəziyyətinə görə məcbur olubdur, ərizəni verdikdən sonra notariat orqanın işçisindən ərizədən imtina edə bilməsini soruşub və ona ərizədən imtina edə biləcəyini bildiriblər. Verilən sualları cavablandıran şahid V.Hümbətova ərizəni verən zaman ona psixi təsir olduğunu, ərizənin verilməsindən bir gün qabaq, 06 oktyabr 2021-ci il tarixdə cavabdehin qızı ilə danışaraq ona bir daha onlarla görüşməyəcəyini bildirdiyini, bundan sonra qızının psixi gərginlik keçirdiyini, onun da məcbur qalaraq ərizə verdiyini, ərizəni 07 oktyabr 2021-ci il tarixd ə notariat kontorunda verdiyini, ərizəni notariat kontorunda yazan zaman orada Cavabdeh və özünün olduğunu, həmin vaxt ondan ərizənin məzmununun soruşulduğunu və məzmunun onun özü tərəfindən deyildiyini, ərizəni verdikdən sonra ərizədən imtina edə biləcəyini soruşduğunu və ona ərizədən imtina edə biləcəyinin deyildiyini, lakin ərizə verdikdən sonra onun ərizədən imtina barədə notariat kontoruna müraciət etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları ilə bağlı sübutlar qiymətləndirilərkən düzgün olaraq hesab edilmişdir ki, sübutları qiymətləndirən zaman məhkəmə əsaslı şübhələr yaratmayan sübut standartını qəbul etmişdir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məh kəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Yuxarıda qeyd olunan şahid ifadəsi kollegiya tərəfindən təhlil olunarkən dindirilən şahidin məhkəməyə verdiyi ifadəsindəki məlumatların qeyri-dəqiq olması, iddiaçı ilə şahidin ata-qız olmaqla yaxın qohum olmaları, eyni zamanda verilən izahatın ziddiyyətli və bir-birini təkzib edən məlumatlardan ibarət olması onu de məyə əsas verir ki, birinci instansiya məhkəməsi düzgün olaraq həmin şahidin verdiyi izahatı işin hallarını özündə əks etdirən mötəbər sübut növü kimi qəbul etməmişdir. Belə ki, İddiaçı Cavabdeh ondan 38 ədəd qələmə ağacını alması nəticəsində 2736 manat borcunun olduğunu iddia edərək həmin halı şahid X2 təsdiq edəcəyini bildirsə də, Cavabdeh İddiaçı 2736 manat borcunun olması şahid ifadəsi ilə öz təsdiqini tapmamışdır. Şahid V.Hümbətovanın məhkəməyə verdiyi ifadəsində Cavabdeh İddiaçı qələmə ağaclarını alması və pulunu bazar qiyməti ilə ödəyəcəyinə dair ifadəsi qeyri-müəyyən olmaqla inandırıcılıq dərəcəsinə görə qəbuledilən deyildir. Şahid V.Hümbətovanın ifadələrini şübhə altına alan daha bir hal onun 07 oktyabr 2021-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsində mübahisəli qələm ə ağaclarının atası İddiaçı ona pay verildiyini göstərməsi, eyni zamanda ifadəsində notariat kontorunda ərizənin Cavabdeh qızı ilə 06 oktyabr 2021-ci il tarixdə telefon əlaqəsi saxlayaraq psixi təzyiq etdiyindən məcbur qalıb verdiyini, notariat kontorunda onun ərizə vermək istəmədiyini, ərizəni verdikdən sonra notariat orqanın işçisindən ərizədən imtina edə bilməsini soruşması və ona ərizədən imtina edə biləcəyi bildirilsə də, şahid V.Hümbətovanın 07 oktyabr 2021-ci il tarixdə notariat kontorunda verdiyi ərizəsindən imtina etməməsi, eyni zamanda məhkəmədə şahid qismində dindirilərkən həmin ərizənin əksinə göstərən ifadə verməsidir. Bu isə şahidin verdiyi izahatın da qeyri-səmimi olmasını deməyə əsas verir. Cavabdeh birinci instansiya məhkəməsində 07 oktyabr 2021-ci il tarixdə keçirilən m əhkəmə baxışı iclasında iddiaçının mübahisəli qələmə ağaclarını qızı V.Hümbətovaya pay verdiyini bildirmiş, bundan sonra məhkəmə həmin halı təsdiq edəcək hər hansı bir sübutu təqdim etməli olduğunu bildirdikdən sonra həmin gün, yəni 07 oktyabr 2021-ci il tarixdə V.Hümbətova qeyd edilən ərizəsini notariat qaydada vermişdir. Beləliklə kollegiya hesab edir ki, bütün bu qeyd olunan xüsusatları nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçı tərəfindən təqdim olunmuş şahid V.Hümbətovanın ifadəsini iddiaçının iddia etdiyi faktları təsdiq edəcək mötəbər və əsaslılığını təsdiq edən sübut növü kimi qəbul etməmişdir. Beləliklə şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birin ci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Buna görə də İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(090)-171/2 021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şahbuz Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(090)-171/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə uyğun olaraq “Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan,... az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.” Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 392, 393-cü maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(090)-171/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Şahbuz Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(090)-171/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-36/2022
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-36/2022
09.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver