Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-4/2022 31.03.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlu (sədrliyi və məruzəsi ilə), Mirzəyev İlqar Məhərrəm oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakları ilə İddiaçı Cavabdeh “mülkiyyətində olan evin istifadəsinə olan maneələrin aradan qaldırılması və evdən məcburi çıxarılması” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli, 2(110)-294/2019 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: Şərur Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli, 2(110)-294/2019 nömrəli qətnaməsi i lə (sədrlik edən S.Ə.Qarayev) iddia təmin edilərək Cavabdeh tərəfindən İddiaçı Şərur rayonu Danyeri kəndində mülkiyyətində olan 0.2301 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 119.13 kv.m olan 2 otaqlı yaşayış evinin istifadəsinə olan maneələr aradan qaldırılması və Cavabdeh həmin evdən məcburi çıxarılması qət edilmişdir. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh 28 iyun 2019-cu il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli, 2(110)-294/2019 nömrəli qətnaməsinin tamamilə ləğv edilərək, işə yenidən baxılmaqla idd ia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. İşə 31 mart 2022-ci il tarixdə apellyasiya qaydasında baxılması zamanı cavabdehin nümayəndəsi Eyvazov X2 Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına ərizə ilə müraciət edərək Şərur Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli, 2(110)-294/2019 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətindən imtina etdiyini göstərib apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 apellyasiya şikayətindən imtinanın qəbul edilməsinə etirazının olmadığını bildirmişdir. Kollegiya iş üzrə cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şi kayətindən imtinasına dair ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və Cavabdeh münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinin tələbinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina qəbul edildikdə apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir və bu birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.3-cü maddəsinin tələbinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Kollegiya belə nəticəyə gəlir ki, hazırkı vəziyyətdə apellyasiya şikayətindən imtinanın qəbul edilməməsi üçün Azərbaycan Respublikası MPM-in 191-ci maddəsində nəzərdə tutulan əsaslar olmadığından apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya şikayətindən imtina etmiş şəxsə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 114.1.6-cı maddəsinin tələbinə əsasən apellyasiya icraatına xitam verildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 263, 264, 369, 402ci maddələrini rəhbər tutub kollegiya q ə r a r v e r d i: İddiaçı Cavabdeh “mülkiyyətində olan evin istifadəsinə olan maneələrin aradan qaldırılması və evdən məcburi çıxarılması” tələb inə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli, 2(110)-294/2019 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətindən onun nümayəndəsi Nümayəndə2 imtinası qəbul edilsin və Cavabdeh münasibətdə apellyasiya icraatına xitam verilsin. Cavabdeh Kapital Bank ASC-nin Şərur filialına 27.06.2019-cu il tarixdə TT**********76615 nömrəli qəbzlə ödədiyi 15 (on beş) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(108)-4/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-4/2022
31.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver