Məhkəmə qərarları › İş №2(108)-40/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-40/2024

16.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-40/2024 16.02.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X1 və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(078)-1151/2023 nömrəli qətnaməsindən Cavabdeh vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtonəqliyyat vasitəsinin yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan təmir xərclərinə görə 10164.03 (on min yüz altmış dörd manat üç qə pik) manat, avtomobilin orta bazar qiymətinin aşağı düşməsinə görə vurulmuş zərərin əvəzi kimi 10000 (on min) manat, sağlamlığa vurulmuş zərərin və mənəvi zərərin əvəzi kimi 3000 (üç min) manat və əldən çıxmış faydanın əvəzi olaraq 3000 (üç min) manat olmaqla, ümumilikdə 26164.03 (iyirmi altı min yüz altmış dörd manat üç qəpik) manat məbləğində pulun və 169 (yüz altmış doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(078)-1151/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh avtonəqliyyat vasitəsinin yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan təmir xərclərinə görə 10164.03 (on min yüz altmış dörd manat üç qəpik) manat və avtomobilin orta bazar qiymətinin aşağı düşməsinə görə vurulmuş zərərin əvəzi kimi 10000 (on min) manat olmaqla, cəmi 20164.03 (iyirmi min yüz altmış dörd manat üç qəpik) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddianın Cavabdeh sağlamlığa vurulmuş zərərin və mənəvi zərərin əvəzi kimi 3000 (üç min) manat və əldən çıxmış faydanın əvəzi olaraq 3000 (üç min) manat tutulmasına dair hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan 150.50 (yüz əlli manat əlli qəpik) manatlıq hissəsinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, dövlət rüsumundan qalan 18.50 (on səkkiz manat əlli qəpik) manat hissəsinin İddiaçı qaytarılması qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh vəkili Vəkil vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Mə hkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(078)-1151/2023 nömrəli qətnaməsinin qismən ləğv olunması və avtomobilin orta bazar qiymətinin aşağı düşməsinə görə vurulmuş zərərin əvəzi kimi 10000 (on min) manat iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkili Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmırlar ona görə ki, iddiaçı avtomobilinin dəyərinin 30000 manat olduğu halda ondan 27000 manat tələb edir. İsmayıl tələbində taksi fəaliyyəti göstərdiyini, bu səbəbdən ziyan etməsini qeyd edib, İsmayılın sürücülük vəsiqəsinin yox idi, bu səbəbdən taksi fəaliyyəti göstərə bilmirdi. İddiaçının ondan əlavə tələbləri əsassızdır, avtomobilə 15000 manat xərc çəkilib, həmin avtomobilin çəkilən xərcə görə dəyərinin aşağı düşməsi mümkün deyil, qəzadan sonra avtomobilin 7000-8000 manat xərci olub, amma şişirdilmiş xərclər yazılıb, həmin marka avtomobillərin real qiyməti 32000 manatdır, ekspertizanı iddiaçı tərəfi keçirib. Qəza baş versə də, o, avtomobili sürətlə idarə etməmiş, döngə olduğundan sürət 15 km olmuşdur. İsmayıl isə avtomobili sürətlə idarə etdiyindən qəza baş vermiş, avtomobilin təmirinə çəkilmiş xərcin bir hissəsini sığortanın ödəmiş, qalmış xərc hissəsini o, qəbul etmişdir. Lakin digər tələbləri qəbul etmir, çünki həmin tələblər əsassızdır, təhqiqat zamanı sığortadan pul alınsın deyə aralarında razılıq olmuşdur, iddiaçı sonradan razı olmayacaqdısa ona bildirərdi, avtomobili o özü yoxlatdırıb real zərəri çıxarardı. 5 aydan sonra onu məhkəməyə verib real olmayan məbləği tələb edir, gündəlik 25 manata işləyir, iddiaçının tələb etdiyi 10000 manatı bir dəfəyə ödəmək imkanım yoxdur, aylıq 150 manat ödəyə bilər. O, "Prius" avtomobilə qəzadan sonra 5000 manat xərc çəkmiş, həmin məbləği kredit götürmüşdür. Övladı xəstədir. Hüquqların müdafiə etdiyi Cavabdeh birinci instansiya məhkəməsində yuxarıdakı qaydada ifadə vermişdir və 10000 manatı ödəməyə hazırdır. Qeyd olunan halları nəzərə almadan əsassız iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmaması nəticəsində verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd olunan halları (sübutları) tam, hərtərəfli araşdırmadan bu nəticəyə gəlmişdir. Məhkəmə özəl ekspertin rəyinə istinad edərək maşının qiym ətinin aşağı düşməsi qənaətinə gəlmişdir. Halbuki maşına sığorta ilə birlikdə 5000 manat ödənilib, əlavə olaraq bütün hissələri dəyişdirilib, yəni ziyan aradan qalxmışdır. Birinci instansiya məhkəməsi işin hallarına və sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Apellyator sonda Naxçıvan Şəhər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(078)1151/2023 nömrəli qətnaməsinin qismən ləğv olunması və avtomobilin orta bazar qiymətinin aşağı düşməsinə görə vurulmuş zərərin əvəzi kimi 10000 (on min) manat iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1096.1-ci maddələrinə, Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 76.1, 76.3, 88-ci maddələrinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsi istinad edilmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 2(108)-40/2024 nömrəli qərardadı ilə mümkün hesab edilərək baxılması üçün 16 fevral 2024-cü il tarixə təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclası zamanı məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 28 noyabr 2023- cü il tarixli, 2(078)-1151/2023 nömrəli qətnaməsindən Cavabdeh vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti iş materiallarına və “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumatlara əsasən cavabdeh tərəfindən imzalanmamış, şikayət yalnız cavabdehin vəkili Vəkil tərəfindən imzalanmış, lakin vəkilin etibarnaməsi şikayətə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə gönd ərilir. Həmin Məcəllənin 361.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Kollegiya daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, hazırki iş üzrə apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinin tələbinə əməl edilmədən verildiyindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 2(108)-40/2024 nömrəli icraata qəbul qərardadı ləğv edilməli, apellyasiya şikayətinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 384.0.6, 400, 402.2.5 və 405.0.2-ci maddələrini rəhbər tutaraq kollegiya qərarverdi: İddiaçı Cavabdeh qarşı dəymiş m addi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(078)1151/2023 nömrəli qətnaməsindən Cavabdeh vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 2(108)-40/2024 nömrəli mülki işin icraata qəbul edilməsi barədə qərardadı ləğv edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(078)-1151/2023 nömrəli qətnaməsindən Cavabdeh vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın. Mülki iş Naxçıvan Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildi yi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar