Məhkəmə qərarları › İş №2(108)-41/2022

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-41/2022

18.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-41/2022 18.04.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Novruzov Əsgər Novruz oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququ üzrə yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(078)-42/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 24 sentyabr 2021-ci il tarixdə Cavabdeh qarşı mülkiyyət hüququ üzrə yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh ilə birgə mülkiyyətində olan ünvan 1 ünvanında 21.1 kvadrat metr fərdi yaşayış evi və 0.0275 hektar yaşayış məntəqəsinin torpaqlarından ona çatan 9/10 hissəsinin naturada ayrılıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(078)-42/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən Qabil Məmmədov) İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququ üzrə yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(078)-42/2022 nömrəli qə tnaməsini ləğv edib, ekspertiza keçirməklə Cavabdeh ilə birgə mülkiyyətində olan ünvan 1 ünvanında 21.1 kvadrat metr fərdi yaşayış evi və 0.0275 hektar yaşayış məntəqəsinin torpaqlarından ona çatan 9/10 hissəsinin naturada ayrılıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onun adına ünvan 1 ünvanında 21.1 kvadrat metr fərdi yaşayış evi və 0.0275 hektar yaşayış məntəqəsinin torpaqları xx.xx.2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən keçərək, cavabdehin payı 1/10 hissə, onun payı 9/10 hissə olmaqla daşınmaz əmlakın dövlət reyestrində 18/39 nömrəli reyestr kitabının 7636 nömrəli vərəqində qeydiyyatdan keçməklə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 noyabr 2020-ci il tarixli, 2(108)-161/2020 nömrəli qətnaməsində mərhum atası X2 miras qalmış ünvan 1 ünvanındakı mirasdan miras almağa çağırıla biləcək 5 nəfər qanun üzrə vərəsələrin olması, vərəsələrdən yalnız o və qardaşı Cavabdeh mirası qəbul etdikləri, Cavabdeh mirasda məcburi payının olması və bu payın qanun üzrə vərəsəlik zamanı ona çatası payın yarısını (məcburi pay) təşkil etməsi, yəni Cavabdeh məcburi payının ümumi miras kütləsinin 1/10 (onda bir) hissəsi olması və onun vəsiyyətnamə üzrə vərəsəlik hüququ əsasında miras əmlakdakı payının 9/10 (onda doqquz) olması göstəril mişdir. Hal-hazırda hər ikisi həmin torpaq sahəsində yerləşən yaşayış evində yaşayırlar. Həmin yaşayış evinin və torpaq sahəsinin hansı hissəsinin onda, hansı hissəsinin isə qardaşında olması ziddiyyətli olduğundan və məhkəmə qaydasında naturada bölünmədiyindən aralarında mübahisə vardır və nəticə etibarı ilə onun mülkiyyət hüququ pozulmaqdadır. İddiaçı apelyasiya şikayətində onu da qeyd etmişdir ki, bununla əlaqədar həmin əmlakın naturada bölgüsünün aparılması barədə iddiasına Naxçıvan Şəhər Məhkəməsində baxılaraq paylı mülkiyyət hüququ üzrə ona və cavabdehə məxsus olan ünvan 1 ünvanında 21.1 kvadrat metr fərdi yaşayış evi və 0.0275 hektar yaşayış məntəqəsinin torpaqlarının naturada bölünməsi tələbi rədd edilmişdir. Naxçıvan Şəhər Məhkəməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyini n Məhkəmə Ekspertiza Mərkəzinin 20 dekabr 2021-ci il tarixdə verdiyi, 320 nömrəli rəyini-yəni ünvan 1 ünvanında 21.1 kvadrat metr fərdi yaşayış evi və 0.0275 hektar yaşayış məntəqəsinin torpaqlarında payların naturada təcrid olunmuş qaydada ayrılmasının texniki cəhətdən mümkün olub-olmamasına dair tədqiqat aparılmasının mümkün olmamasını əsas götürərək nəticəyə gəlmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 dekabr 2021-ci il tarixdə verdiyi, 320 nömrəli rəydə qeyd edilmişdir ki, tədqiq olunan 21 saylı ev üzrə tərtib olunmuş texniki pasportun surətinin göstəriciləri fərdi yaşayış evi üzrə baxış zamanı əldə olunmuş məlumatları nəzərə almadan həmin ev üzrə hazırda müəyyən konstruktiv dəyişiklik, o cümlədən söküntü, tikinti və yenidənqurma işlərin in aparılması ilə, müxtəlif təyinatlı əlavə tikililərin inşa olunması, tikililərin ilkin təyinatının dəyişilməsi, eyni zamanda həmin fərdi yaşayış evində mövcud vəziyyətdə aparılmış dəyişikliklərə dair müvafiq səlahiyyətli orqanların icazə verici sənədləri və razılıq məktubları mülki iş materiallarında öz əksini tapmadığı müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən texniki pasportun surətinin göstəricilərini və tədqiqat obyektləri üzrə baxış zamanı əldə olunmuş məlumatları nəzərə alaraq, ünvan 1 ünvanında 21.1 kvadrat metr fərdi yaşayış evi və 0.0275 hektar yaşayış məntəqəsinin torpaqlarında payların naturada təcrid olunmuş qaydada ayrılmasının texniki cəhətdən mümkün olub-olmamasına dair tədqiqat aparılmasının mümkün olmadığı göstərilmiş, cavabdehə münasibətdə birgə mülkiyyətlərində olan ünvan 1 ünvanında 21.1 kvadrat metr fərdi yaşayış evi və 0.0275 hektar yaşayış məntəqəsinin torpaqlarında payların naturada təcrid olunmuş qaydada ayrılmasının texniki cəhətdən mümkün olub-olmamasına dair tədqiqat aparılmasının mümkün olmadığı barədə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 dekabr 2021-ci il tarixdə verdiyi, 320 nömrəli rəyi ilə qanunun tələbləri pozulması apellyasiya şikayətində qeyd edilmiş, hansı səbəbdən Naxçıvan Şəhər Məhkəməsi tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 dekabr 2021-ci il tarixdə verdiyi, 320 nömrəli yaşayış evinin naturada bölünməsi barədə rəyində nəzərdə tutulan ünvan 1 ünvanında 21.1 kvadrat metr fərdi yaşayış evi və 0.0275 hekta r yaşayış məntəqəsinin torpaqlarının naturada bölünməməsi əsaslandırılmamışdır. Həmçinin şikayətdə o da göstərilmişdir ki, hazırda köhnə tikili, yəni texniki pasportda göstərilmiş torpaq sahəsi üzərində texniki pasportda göstərilmiş tikili halında yaşayış evi yerindədir və üzərində tədqiqat aparılması mümkündür. Həmin yaşayış evinin və torpaq sahəsinin birbaşa küçəyə çıxışı vardır və tədqiqat aparılaraq naturada bölgü aparılması mümkündür. Texniki pasportda göstərilməyən, sənədləşməyən tikililərin hazırkı tədqiqata aidiyyəti olmadığından ekspertin həmin tikililərlə bağlı hər hansı tədqiqat aparması əsaslı və mübahisənin predmeti deyildir. Mübahisəli yaşayış evi və torpaq sahəsində 9/10 hissə ona, 1/10 hissə cavabdehə ayırmaqla bölgü aparılması mümkündür. Məhkəmə bütün bunları nəzərə almaya raq və eyni zamanda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 dekabr 2021-ci il tarixdə verdiyi, 320 nömrəli yaşayış evi və torpaq sahəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olub-olmamasına dair tədqiqat aparılmasının mümkün olmaması barədə rəy üzrə məhkəmə prosesindəki etirazına baxmayaraq, etirazını araşdırmadan işə yekun qiymət verərək qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində obyektiv həqiqəti ifadə edən faktlar nəzərə alınmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış, habelə düzgün hüquqi qiymət verilmədən heç bir hüquqi əsası olmayan ədalətsiz bir qətnamə çıxarılmışdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 dekabr 2021-ci il tarixdə verdiyi, 320 nömrəli yaşayış evi və torpaq sahəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olub-olmamasına dair tədqiqat aparılmasının mümkün olmaması barədə rəyinə əsasən ünvan 2 ünvanında 21.1 kvadrat metr fərdi yaşayış evi və 0.0275 hektar yaşayış məntəqəsinin torpaqlarının naturada bölünüb-bölünməməsinin mümkünlüyü məhkəmə tərəfindən aydınlaşdırılmadan qərar verilmişdir. Naxçıvan Şəhər Məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını pozmaqla və düzgün tətbiq etmədən qərar qəbul etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. İddiaçı hesab edir ki, məhkəmə yuxarıda qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan və düzgün qiymətləndirmədən qətnamə qəbul etmişdir. Nəticə etibarı ilə də iş üzrə materiallar mə hkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmadan habelə düzgün hüquqi qiymət verilmədən heç bir hüquqi əsası olmayan ədalətsiz bir qətnamə çıxarılmışdır. Sonda iddiaçı hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə heyəti şikayətin dəlillərini tam və obyektiv surətdə araşdırıb qanuni və əsaslı qərar qəbul edəcəkdir. Eyni zamanda apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 20, 29 və 60-cı maddələrinə və Azərbaycan Respublikası MPM-in 14.1, 14.2, 88, 101.6, 101.7, 101.3, 152.1, 217.3, 362, 384.0.2, 385-ci maddələrinə istinad edilmişdir. Mülki iş İddiaçı apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışd ır. Məhkəmə baxışı iclasındakı İddiaçı apellyasiya şikayətini müdafiə etməklə şikayəti ilə eyni məzmunlu izahat verərək Naxçıvan Şəhər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(078)-42/2022 nömrəli qətnaməsinin ləğv olunmaqla iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh kollegiyadakı izahatında apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməklə Naxçıvan Şəhər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(078)-42/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə araşdırılmış materialları, apellyasiya şikayətinin təmin edilməklə Naxçıvan Şəhər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(078)- 42/2022 nömrəli qətnaməsinin ləğv olunmaqla iddia tələbinin təmin olunması barədə İddiaçı, apellyasiya şikayətinin təmin edilməməklə Naxçıvan Şəhər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(078)-42/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə Cavabdeh izahatlarını dinləyib, apellyаsiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb apellyasiya şikayətinin təmin olunmaması və Naxçıvan Şəhər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(078)-42/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir. Belə ki, koll egiya apellyasiya şikayətində qeyd edilmiş Cavabdeh ilə iddiaçının adına ünvan 1 ünvanında 21.1 kvadrat metr fərdi yaşayış evi və 0.0275 hektar yaşayış məntəqəsinin torpaqları xx.xx.2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən keçərək, cavabdehin payının 1/10 hissə, iddiaçının payının 9/10 hissə olmaqla daşınmaz əmlakın dövlət reyestrində 18/39 nömrəli reyestr kitabının 7636 nömrəli vərəqində qeydiyyatdan keçməklə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 noyabr 2020-ci il tarixli, 2(108)161/2020 nömrəli qətnaməsində mərhum atası X2 miras qalmış ünvan 1 ünvanındakı mirasdan miras almağa çağırıla biləcək 5 nəfər qanun üzrə vərəsələrin olması, vərəsələrdən yalnız iddiaçı və qardaşı Cavabdeh mirası qəbul etdikləri, Cavabdeh mirasda məcburi payının olması və bu payın qanun üzrə vərəsəlik zamanı ona çatası payın yarısını (məcburi pay) təşkil etməsi, yəni Cavabdeh məcburi payının ümumi miras kütləsinin 1/10 (onda bir) hissəsi olması və iddiaçının vəsiyyətnamə üzrə vərəsəlik hüququ əsasında miras əmlakdakı payının 9/10 (onda doqquz) olması, hal-hazırda hər ikisinin həmin torpaq sahəsində yerləşən yaşayış evində yaşadıqları faktlarına münasibətdə qeyd edir ki, müvafiq hallar icraatda olan işin mübahisələndirilməyən şərh edilmiş halları olduğundan kollegiya onlara dəlil qismində münasibət bildirilməsini zəruri hesab etmir. Kol legiya mübahisəli yaşayış evinin və torpaq sahəsinin hansı hissəsinin iddiaçıda, hansı hissəsinin isə qardaşında olmasının ziddiyyətli olduğundan və məhkəmə qaydasında naturada bölünmədiyindən aralarında mübahisə olması və nəticə etibarı ilə iddiaçının mülkiyyət hüququnun pozulması, cavabdehə münasibətdə birgə mülkiyyətlərində olan ünvan 1 ünvanında 21.1 kvadrat metr fərdi yaşayış evi və 0.0275 hektar yaşayış məntəqəsinin torpaqlarında payların naturada təcrid olunmuş qaydada ayrılmasının texniki cəhətdən mümkün olub-olmamasına dair tədqiqat aparılmasının mümkün olmadığı barədə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 dekabr 2021-ci il tarixdə verdiyi, 320 nömrəli rəyi ilə qanunun tələblərinin pozulması, hansı səbəbdən Naxçıvan Şəhər Məhkəməsi tərə findən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 dekabr 2021-ci il tarixdə verdiyi, 320 nömrəli yaşayış evinin naturada bölünməsi barədə rəyində nəzərdə tutulan ünvan 1 ünvanında 21.1 kvadrat metr fərdi yaşayış evi və 0.0275 hektar yaşayış məntəqəsinin torpaqlarının naturada bölünməməsinin əsaslandırılmaması, köhnə tikili, yəni texniki pasportda göstərilmiş torpaq sahəsi üzərində-texniki pasportda göstərilmiş tikili halında yaşayış evinin yerində olması, üzərində tədqiqat aparılmasının mümkün olması, həmin yaşayış evinin və torpaq sahəsinin birbaşa küçəyə çıxışının olması, tədqiqat aparılaraq naturada bölgü aparılmasının mümkün olması barədə dəlillərini müzakirə edərək əsassız hesab edir. Belə ki, İddiaçı məhkəməyə müraciət edərək ünvan 3 ünvanında 21.1 kvadrat metr fərdi yaşayış evi və 0.0275 hektar yaşayış məntəqəsinin torpaqlarından ona çatan 9/10 hissəsinin naturada ayrılıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən isə Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 20 dekabr 2021-ci il tarixli, 320 nömrəli rəyinin tədqiqat hissəsində göstərilənlər, o cümlədən, texniki pasportun surətinin göstəriciləri və tədqiqat obyektləri üzrə baxış zamanı əldə olunmuş məlumatlar nəzərə alınaraq, Səməd Vurğun küçəsi, ev 21 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0.0275 ha, ümumi sahəsi 21.1 kv.m olan fərdi yaşayış evindən payların naturada təcrid olunmuş qaydada ayrılmasının texniki cəhətdən mümkün olub-olmamasına dair tədqiqat aparılmasının mümkün olmaması barə də gəlinmiş nəticə əsas götürülərək müvafiq iddia tələbi rədd edilmişdir. İddiaçı verdiyi apellyasiya şikayətində isə Naxçıvan Şəhər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(078)-42/2022 nömrəli qətnaməsini ləğv edib, ekspertiza keçirməklə Cavabdeh ilə birgə mülkiyyətində olan ünvan 1 ünvanında 21.1 kvadrat metr fərdi yaşayış evi və 0.0275 hektar yaşayış məntəqəsinin torpaqlarından ona çatan 9/10 hissəsinin naturada ayrılıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən apellyasiya icraatı zamanı iş üzrə iddiaçının vəsatəti təmin edilərək əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmaqla müvafiq ekspert rəyi məhkəməyə təqdim edilənədək apelly asiya icraatı üzrə icraat dayandırılmışdır. 07 aprel 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2022-ci il tarixli, 76 nömrəli məhkəmə ekspertizasının rəyi məhkəməyə daxil olduğundan iş üzrə apellyasiya icraatı təzələnmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2022-ci il tarixli, məhkəmə tikinti-texniki ekspertizasının 76 nömrəli rəyində yaşayış evində və onun həyatyanı torpaq sahəsində dəqiqləşdirmə işləri aparılan zaman həmin “A” literli fərdi yaşayış evinin ilkin vəziyyətini əks etdirən texniki pasportun surəti ilə mövcud vəziyyəti müqayisə olunarkən fərdi yaşayış evində cavabdeh tərəfindən müəyyən konstruktiv dəyişikliklərin, o cümlədən söküntü tikinti-quraşdırma və təmir işlərinin aparılması əsas götürülərək ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0.0275 hektar, ümumi sahəsi 21.1 kvadrat metr olan fərdi yaşayış evindən payların naturada təcrid olunmuş qaydada ayrılması (bölünməsi) İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Belə ki, texniki pasportun surətində sahələri 14,1 m2 və 7,0 m2 olan iki yaşayış otaqları arasında olan arakəsmə divarın sökülərək otaq sahələrinin genişləndirilməsi, həmin otaqların önündə yerləşən pəncərə boşluqlarının bağlanılması, 1 ədəd pəncərənin isə qapı boşluğu ilə əvəz edilməsi, eyni zamanda sahəsi 7,0 m2 olan yaşayış otağının yan fasad hissəsindən küçəyə tərəf 1 ədəd pənc ərə boşluğunun açılması, həmin otaqların qarşısında texniki pasportun surətində sahəsi 24,8 m2 və 20,7 m2 olan zirzəmi kimi göstərilən tikililərin ön və yan fasad hissələrinin birket daşdan hörürlərək müəyyən hissələrdə pəncərə və qapı boşluqlarının açılmaqla təmir bağlı eyvan təyinatlı tikiliyə çevrilməsi, yuxarı hissədə olan zirzəminin (hazırda istifadə olunan bağlı eyvan təyinatlı tikili) daxilində təqribən (2,70x2,22) metr ölçülərdə alçıpan təbəqələr quraşdırmaqla birgə sanitarya qovşağı təyinatlı tikilinin inşa olunması və gözlə görülən digər işlərin yerinə yetirilməsi rəydə öz əksini tapmışdır. Qeyd edilənlərə əsasən kollegiya apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza üzrə rəyi mülki iş materialları ilə əlaqəli təhlili edərək rəydə müvafiq yaşayış və torpaq sahəsinin naturada bölünməsinin mümkün olmamasına səbəb kimi göstərilmiş halları əsaslı hesab etməklə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2022-ci il tarixli, məhkəmə tikinti-texniki ekspertizasının 76 nömrəli rəyini sübut qismində qəbul edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya apellyasiya şikayətinin hazırda texniki pasportda göstərilməyən, sənədləşməyən tikililərin hazırkı tədqiqata aidiyyəti olmadığından ekspertin həmin tikililərlə bağlı hər hansı tədqiqat aparmasının əsaslı olmaması, mübahisənin predmetinə aid olmaması dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı məhkəməyə müraciət edərək fərdi yaşayış evi və yaşayış məntəqəsinin torpaqlarından ona çatan 9/10 hissəsinin naturada ayrılıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, ekspert tərəfindən isə yaşayış evi və həyətyanı torpaq sahəsinin ilkin vəziyyətinə dair texniki pasport üzrə deyil, mövcud faktiki vəziyyət üzrə naturada bölgü aparılması barədə tədqiqat aparılmış və müvafiq rəy tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyət çisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələr inin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qayda ların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməsində haqlı olaraq yuxarıda sadalanan maddi hüquq normaların tələbləri əsas götürülməklə qeyd etmişdir ki, tərəflər razılıq əldə edə bilmədikdə, əşyanın mülkiyyətçisi evin naturada məhkəmə qaydasında bölünməsini tələb edə bilər. Məhkəmə araşdırmaları zamanı da tərəflərin öz aralarında razılığa gəlməmələri öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsasland ırır. Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, o nda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə kollegiya iş materiallarını işin həqiqi halları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddiaçının verdiyi apellyasiya şikayətində göstərdiyi dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir, həmçinin mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar da müəyyən edilməmişdir. Göstərilənlərə əsasən ko llegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas təşkil etmədiyindən, həmçinin apellyasiya icraatı zamanı da qətnamənin ləğvi və dəyişdirilməsi üçün əsaslar mü əyyən edilmədiyindən İddiaçı apellyasiya şikayəti təmin edilməməli və Naxçıvan Şəhər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(078)-42/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393, 403, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququ üzrə yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(078)-42/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(078)-42/2022 nömrəli qətnaməsi apellyasiya şikayəti vermiş şəxsə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnaməd ən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar