Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-41/2025 22.04.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), X14 və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, X13 məhkəmə iclas katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X8 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, X8 Cavabdeh qarşı pul tələbinə dair ilkin və Cavabdeh X10 qarşı kirayə haqqının ödənilməsinə dair qarşılıqlı iddia tələbləri haqqında mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(078)-1282/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavab deh vəkil-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X15 23 avqust 2024-cü ildə Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 9800 (doqquz min səkkiz yüz) manat borc məbləğinin və 119 (bir yüz on doqquz) manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 9919 (doqquz min doqquz yüz on doqquz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə 1-4). Cavabdeh isə 25 sentyabr 2024-cü il tarixdə kirayə haqqının ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə işə baxan birinci instansiya məhkəməsinə müraciət edərək X7 ünvan 1 ünvanında 0.02 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 79.1 kvadr at metr olan fərdi yaşayış evinə dair hər ay 300 (üç yüz) manat olmaqla, 45 aylıq müddətə (2020-ci ilin iyul ayından 2024-cü ilin aprel ayınadək (aprel ayı daxil olmaqla)) ödənilməmiş 13500 (on üç min beş yüz) manat kirayə haqqının və dövlət rüsumu üçün ödənilmiş 130.50 (bir yüz otuz manat, əlli qəpik) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi (iş vərəqə 41-45). İşə baxan birinci instansiya məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunması və mülki işə iddiaçı-cavabdeh X8 cavabdehiddiaçı Cavabdeh qarşı pul tələbi, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh X10 qarşı kirayə haqqının ödənilməsi tələbi çərçivəsində baxılması qərara alınmışdır (iş vərəqə 65-66). Naxçıvan Şəhər Məhkəməs inin (sədrlik edən hakim Gülsüm Əliyeva) 19 noyabr 2024cü il tarixli, 2(078)-1282/2024 nömrəli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pulun cavabdeh-iddiaçı Cavabdeh tutularaq iddiaçı-cavabdeh X10 ödənilməsi, ilkin iddia qaldırılan zaman X15 tərəfindən ödənilmiş 119 (bir yüz on doqquz) manat məbləğində dövlət rüsumunun cavabdeh-iddiaçı Cavabdeh alınaraq iddiaçı-cavabdeh X10 ödənilməsi, həmçinin qarşılıqlı iddianın rədd edilməsi və Cavabdeh tərəfindən ödənilmiş 130 (bir yüz otuz) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdi (iş vərəqə 135-148). Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili-nümayəndəsi Vəkil vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2(078)-1282/2024 saylı qətnaməsinin tamamilə ləğv olunaraq, X8 Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd olunması, Cavabdeh X10 qarşı kirayə haqqının ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 154-161). Apellyator müraciətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı-cavabdeh öz iddia ərizəsində tamamilə yalan və həqiqətə uyğun olmayan məlumatlardan istifadə edərək məhkəməyə iddia ərizəsi göndərmişdir. Belə ki, X20 şəhəri, Xətai məhəlləsi, döngə 2, ev 2A ünvanında 0.02 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 79.1 kvadrat metr olan fərdi yaşayış evini 2019-cu ilin iyul ayında şifa hi olaraq satmış və aralarında alqı-satqı müqaviləsi şifahi olaraq baş tutmuşdu. Əslində özünün evini onlara satmaq niyyəti olmamış, sadəcə olaraq həmin vaxt onlar köməksiz vəziyyətdə olduğundan yardım məqsədilə həmin evi satmaq qərarına gəlmişdi. Məhz bu məqsədlə də fərdi yaşayış evinin dəyəri olan 45.000 (qırx beş min) manatı 3 ilə bölmək şərtilə satılmasına razılıq verib. Aralarındakı razılaşmaya əsasən həmin məbləğ iddiaçı-cavabdeh tərəfindən ona 3 illik müddətdə ödəniləcək və bu müddətin sonunda mübahisə predmeti olan fərdi yaşayış evini X8 adına sənədləşdirəcəkdi. Həmçinin şifahi razılaşmaya əsasən bir ilin sonundan etibarən (2020-ci ilin iyul ayından etibarən) Yusifova Aybəniz ona hər ay 300 (üç yüz) manat fərdi yaşayış evində qalmaq üçün əlavə olaraq kirayə haqqı ödəməli idi. X25 n əinki kirayə haqqını, fərdi yaşayış evi üçün 3 illik müddətdə ödəməli olduğu məbləği də tam ödəmədi. Bununla bağlı aralarında dəfələrlə danışıqlar olmuş, ondan ödəməli olduğu pulları tələb etsə də, bunun bir nəticəsi olmamışdır. Məcbur qalaraq fərdi yaşayış evini başqa bir şəxsə satmaq məcburiyyətində qalmışdı. Özünün maddi sıxıntıları və Yusifova Aybənizin ödənişləri etməməsi, üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam formada icra etməməsi onu evi başqa şəxsə satmaq məcburiyyətində qoymuşdur. Ona ödəmə etməyi Aybəniz öz iddia ərizəsində də etiraf edir və buna dair yazılı sənəd də mövcuddur. Lakin o, indiyədək kirayə haqlarını, yəni 45 ay üçün (2020-ci ilin iyul ayından-2024-cü ilin aprel ayınadək olan 13.500 (on üç min beş yüz) manatı ödəməmişdir. Özü də qarşılıqlı olaraq həmin kirayə haqlarının ona ödənilməsini istəyir. Tərəfindən alqı-satqı üçün şifahi olaraq razılaşdırılmış və Yusifova Aybəniz tərəfindən ödənilən məbləğ tam olaraq ona qaytarılmışdır. Aralarında buna dair hər hansı ödəniş qalmamışdır. İşə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü və 1091-ci maddələrinə istinad etməklə, tələb olunan 9800 (doqquz min səkkiz yüz) manat pula münasibətdə cavabdeh-iddiaçının əsassız varlandığını qeyd etmişdir. Halbuki Mülki Məcəllədə əsassız varlanmanın hüquqi anlayışı verilir və burada heç bir hüquqi əsas olmadan əmlak əldə edilməsindən söhbət gedir. Məhkəmə nəzərə almalı idi ki, tərəflər arasında yazılı olmasa belə, şifahi formada daşınmaz əmlakın alqı-satqı prosesi, şərtli alqısatqı razılaşması baş tutmuş və məhz belə olmasa idi, iddiaçı-cavabdeh uzun müddət həmin fərdi yaşayış evində yaşamazdı. Bu mübahisənin təkzibolunmaz faktlarının başında gəlir. İddiaçı-cavabdeh də bunun belə olduğunu təsdiq edir. Hətta Cavabdeh iddiaçı-cavabdehin həmin fərdi yaşayış evində normal yaşaması üçün zəruri addımlar atmış, zəruri şərait yaratmış, öz maliyyə vəsaiti hesabına yol çəkmiş və digər hərəkətləri etmişdir. Cavabdehiddiaçının əsassız varlanmasına istinad edəcək heç bir hüquqi əsas yoxdur. Tərəflər arasındakı anlaşma nəticəsində həmin 30000 (otuz min) manat Cavabdeh ödənilmiş, daha sonra razılaşma pozulduğundan həmin məbləğ də ona geri qaytarılmışdır. Hətta bu pulun ödənilməsinə dair yazılı sənəd də tərəflər arasında tərtib edilmişdi. X24 9800 (doqquz min səkkiz yüz) manat alacağı var idisə, həmin müvafiq sənəddə bu qədər q alıq borcun (ödənilməli olan borcun) qalmasına dair müvafiq qeyd apara bilərdi. Bu hal məhkəmə prosesi zamanı iddiaçı-cavabdehə və şahidlərə də sual olaraq ünvanlanmış, lakin belə bir qeydin olmadığı müəyyən edilmişdi. Hətta tərəflər arasında müvafiq sənəd imzalandıqdan sonra artıq razılaşma əldə edilmiş, bütün mübahisələrə son qoyulmuş, iddiaçı-cavabdeh isə bir xeyli müddət sonra iddia tələbi ilə borcun qaytarılması ilə bağlı heç bir hərəkət etməmişdi. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə kirayə hüquq münasibətlərinə də hüquq normaları baxımından düzgün hüquqi qiymət verməmişdi. Məhkəmə bu münasibətlərin mövcud olmasını təsdiq edən sübutu təqdim etməmişdir deyə qeyd etmişdir. Halbuki, Mülki Məcəllədə kirayə müqaviləsinin yazılı olmasına dair imperativ maddi hüquq norması yoxdur, yəni kirayə münasibətləri şifahi də bağlanıla bilər. Tərəflərindən məhkəməyə təqdim edilmiş şahidlər də bunu sübut etmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi bu hala fikir verməmiş və kirayə münasibətlərinə düzgün hüquqi qiymət verməmişdi. Tərəflərindən təqdim edilmiş sübutlardan (şahidlərdən) və həmçinin işin faktiki hallarından tam sübuta yetirilir ki, tərəflər arasında kirayə münasibətlərinə dair razılaşma olmuşdur. Həmçinin işə baxan birinci instansiya məhkəməsi bu prosessual hüquq normasını da düzgün tətbiq etməmişdi. Belə ki, qətnamənin 9-cu səhifəsinin birinci abzasında Cavabdeh iddianı etiraf kimi qəbul edildiyini və iddiaçı-cavabdehin də sübut etmə yükündən azad edildiyini qeyd etmişdir. Halbuki, bu yanaşma belə deyildir. Yusifova Aybənizin özü də hər ay müxtəlif məbləğlərd ə pulu qaytardığını qeyd etmiş, nümayəndəsi olduğu şəxs də, həmçinin bu halın belə olduğuna baxmayaraq ki, aylıq konkret məbləğ üzrə razılaşdıqlarını qeyd etmişdir. Məhkəmənin bu ifadəyə ziddiyyətli hal kimi baxması, iddiaçı-cavabdehin ifadəsinə isə belə yanaşmaması düzgün deyildir. Cavabdeh tamamilə iddia tələbinə uyğun ifadə vermiş, məhkəmə isə heç bir hüquqi əsas olmadan bu halı etiraf kimi qəbul etmişdir. Prosessual qanunvericilikdə iddianın etirafının hansı formada olması və məhkəmə tərəfindən hansı hallarda qəbul edilməsi konkret olaraq göstərilməlidir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkil-nümayəndəsi Vəkil apelyasiya şikayətinə baxılması ilə bağlı 22 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında ərizə ilə kollegiyaya müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(078)-1282/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərkən texniki səhvliklə qətnamənin tarixi “05 dekabr 2024-cü il” olaraq qeyd etdiyini, bunun “19 noyabr 2024-cü il” olaraq nəzərə alınmasını xahiş etmişdi. Kollegiyanın 22 aprel 2025-ci il tarixli qərardadı ilə (yerində müşavirə etməklə qəbul edilən akt) onun müraciəti təmin edilmişdi. Şikayət edən apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 675, 1091-ci maddələrinə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1, 106.2, 106.3-cü maddələrinə istinad etmişdi. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılma sı ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verməmişdi. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında bildirmişdi ki, şikayətdə yazılan ları təsdiq edir. Naxçıvan Şəhər Məhkəməsi qətnaməsində işin faktiki hallarına əsassız varlanma kimi yanaşaraq qiymət vermişdir. Bu məsələdə əsassız varlanmadan söhbət belə gedə bilməz. Çünki tərəflər arasında faktiki alqı-satqı münasibətləri olmuşdur. Mülki Məcəlləyə görə daşınmaz əmlakın alqı-satqısı notarial qaydada həyata keçirilməlidir, lakin tərəflər buna əməl etməmiş və öz aralarında qarşılıqlı razılıq əsasında şifahi formada alqı-satqı müqaviləsi bağlamışlar. Bunun əsasında müəyyən məbləğdə ödəniş olunmuş və daha sonra 3 il müddətində hissə-hissə ödəmək şərti ilə şifahi müqavilə münasibətlərini davam etdirmişlər, yəni son nəticədə alqı-satqının həyata keçirilməsini razılaşdırmışlar. X4 tərəfindən danışıqlar əsasında götürülmüş öhdəlik pozulmuş və 30000 manat pul məbləğinin geri qay tarılması razılaşdırılmışdır. Qeyd edilən məbləğin geri qaytarılması ilə bağlı birinci instansiya məhkəməsinə sənəd təqdim edilmiş, həmin sənəddə Cavabdeh tərəfindən Yusifova Aybənizə pulun qaytarılması göstərilmişdi. Pulun geri qaytarılmasında digər şəxslər də iştirak edib və onlar sonradan birinci instansiya məhkəməsində şahid qismində dindirilib. Sənnəddə Cavabdeh X10 9800 manat borcunun olması ilə bağlı hər hansı qeyd yoxdur. Birinci instansiya məhkəməsi həmin sənədə düzgün qiymət verməyib. Digər bir məsələ isə tərəflər arasında kirayə müqaviləsi əsasında münasibətlərin olmasıdır ki, polis orqanlarına ünvanlanmış sorğularına verilmiş cavabda da tərəflər arasında kirayə münasibətlərinin olması öz təsdiqini tapır. Həmin sənəd məhkəməyə təqdim edilib. Həmçinin bu şahid ifadələri ilə də təsdiq olunur. Yusifova Aybəniz tərəflər arasında olan razılaşmaya əsasən 3 il müddətində ödəniş etməli idisə, o, həmin müddətdən artıq vaxtdan da həmin evdə yaşamışdır. Onlar sonradan öz aralarında kirayə haqqının ödənilməsi ilə bağlı razılığa gəlmişlər. İddianın etirafı məsələsinə gəldikdə isə məhkəmə qətnamədə Cavabdeh tərəfindən verilmiş izahatı ziddiyyətli hesab edərək, bunu iddianın etirafı kimi qəbul etmişdir. Nümayəndəsi olduğu şəxs tərəfindən birinci instansiya məhkəməsində verilmiş izahatda iddianın etirafından söhbət belə gedə bilməz. Tərəflər arasında 30000 manata münasibətdə razılığın olması və həmin məbləğin də geri qaytarıldığı öz təsdiqini tapmışdı. Lakin Cavabdeh qarşı tərəfə 39800 manat borcunun olması ilə bağlı hər hansı bir etiraf mövcud deyildir. Vəkil-nümayəndə ona ve rilmiş suallara cavab olaraq qeyd etmişdi ki, evi aldıqdan 1 ildən sonra kirayə haqqı ödənilməsi ilə bağlı tərəflər arasında qarşılıqlı razılıq olmuşdur. Cavabdeh qarşı tərəfin yaşayış şəraitini yaxşılaşdırmaq üçün öz həyətindən ona yol vermiş, orada yerləşən tikilisini sökdürmüşdü. Qarşı tərəfin kommunal xidmətlərin çəkməsi öz şəraitini yaxşılaşdırmaq üçün gördüyü işlərdir. Tərəflər arasında kirayə münasibətlərinin olmasını təsdiq edən yazılı sübut olmasa da, hadisədən məlumatı olan şahidlər məhkəmədə dindirilmişlər. Şifahi alqı-satqı zamanı tərəflər öz aralarında bir il ərzində kirayə haqqı ödəmədən Yusifova Aybənizin orada qalacağı və sonradan kirayə haqqının ödənilməsi ilə bağlı razılığa gəliblər. Razılıq əsasında ilkin ödəniş 15000 manat olub. Tərəflərin arasında 2020-ci ilin iyul ayı nda kirayə ödənilməsi ilə bağlı şifahi razılıq əldə edilib. Onlar arasında münasibətlər normal olduğundan hər ikisi də ödənişlə bağlı dəftərə verilən pulu qeyd etmişdir, lakin təqdim olunan pulun hansı hissəsinin kirayə, hansı hissəsinin evin alqı-satqı pulu olması ilə bağlı qeydin nəyə görə aparılmadığını bilmir. Cavabdeh şəxs razılığa görə 30000 manatı qaytarmağı 9800 manatın kirayə pulu olaraq hesablanması əsasında qəbul etmiş, lakin X21 tərəfindən məhkəmədə iddia qaldırılandan sonra o da kirayə haqqını tələb etməyə başlamışdı. Tərəflər arasındakı məsələyə 30000 manat ödəniş edildikdən sonra son qoyulacağını düşündüyü üçün Cavabdeh həmin pulun geri qaytarılmasını təsdiq edən sənədin üzərində 9800 manatın kirayə puluna tutulmasını qeyd etməyib. Məhkəmə baxışı iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X15 apellyasiya şikayətini qəbul etməyərək verdiyi izahatında bildirmişdi ki, 2019cu ilin iyul ayında qarşı tərəflə aralarında evin alqı-satqısı barədə razılıq olub. Həmin dövrdə evi yox idi və Bakı şəhərində yaşadığı üçün kirayədə qalırdı. Elektrik şəbəkəsində işləyən oğlu ona zəng vuraraq qarşı tərəfin evini ilkin ödəniş əsasında kreditlə satdığını deyib. Eyni zamanda “Bərəkət” firmasında mühasib işləyən oğlu da bunu ona bildirib. Övladları, gəlinləri və nəvələri ilə birlikdə həmin evə baxmaq üçün gedib. Ev qarşı tərəfin satdığı qiymət dəyərində olmasa da, özü evi almağa məcbur olub. Cavabdeh ona qızına toy edəcəyi üçün pula ehtiyacı olduğundan ilkin ödənişi tez etməyi bildirib. Bunun əsasında da onlar üçün oradan yol açacağını və özünü n də toya hazırlaşacağını deyib. İlkin ödəniş olaraq onlardan 15000 manat pul istəmiş və yerdə qalan 30000 manatı isə 5 ilə bölməyi təklif edib. İlkin ödəniş olaraq 15000 manat ödəməyi və qalan 30000 manatı isə 1 ildə 6000 manat olmaqla 5 ildə ödəməyi qəbul edib. 2024-cü ilin fevral ayına qədər ödəniş edib. 2023-cü ilin sentyabr ayında Cavabdeh ona zəng vuraraq, lotereya oynadığını və buna görə də təqaüd zamanı ona ödəniş etməsini istəyib. Buna qədər isə onlar aylıq ödənişi ay sonunda edib. Özü isə banka kredit ödədiyini bildirərək aylıq ödəniş olan 500 manatı təqaüd zamanı tam olaraq ödəyə bilməyəcəyini bildirib. Özü təqaüdə çıxdıqdan sonra mağazada işləyib. Özünün bütün ödənişləri dəftərinə qeyd edib. Qarşı tərəfin özünün də ödənişləri qeyd etdiyi dəftər olub. Aralarında heç vaxt kirayə söhbəti olmayıb. Daha sonra Gülmira onlara dekabr ayında qapı qoydurmuş və ona icra hakimiyyətinə 3000 manat pul verdiyini, 45000 manatdan əlavə 1500 manat pul verməli olduqlarını bildirib. Özü isə evin alqı-satqısı ilə bağlı olan ödənişin verilməsi yekunlaşandan sonra 1500 manatı ödəyəcəyini bildirib. Müəyyən müddətdən sonra ona zəng vuraraq 17000 manat pul istəmiş, özünün isə ona 5200 manat borcunun olduğunu və onu ödədikdən sonra evi adına rəsmiləşdirməsini istəyib. Gülmira özünün külli miqdarda borcunun olduğunu, oğluna maşın alacağı üçün pula ehtiyacı olduğunu bildirərək, ondan 17000 manat pul istəmiş, özü isə Gülmiraya 45000 manata razılaşdıqlarını bildirib. Evi adına rəsmiləşdirsə ona 15000 manat verə biləcəyini də deyib. Gülmira isə ona 30000 manat pulu olmadığına görə sənədləşmə apara bilməyəcəyini deyib. Ona 15000 manat verə biləcəyini dediyi zaman qarşı tərəf ona evdən çıxmağımı bildirib. Ev satıldıqdan sonra həyat yoldaşının yanında Gülmira ona 30000 manat vermiş və 9800 manatı isə ayda 500 manat olmaqla aybaay qaytaracağını bildirmişdi. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ona verilmiş suallara cavab olaraq qeyd etmişdi ki, qarşı tərəfə aid olan evdə qalan zaman evdə təmir-bərpa işləri aparmışdı. Əvvəl həmin evdə tələbələr qaldığı üçün ev baxımsız və evin divarlarında çatlar var idi. Həyat yoldaşı həmin hissələri bərpa etdirib, həmçinin evin mətbəxi olmadığı üçün mətbəx düzəlmiş, şopen qoymuş və evin kanalizasiya sistemini, kommunal xidmətlərin hər birini özü çəkdirmişdi. Əgər qarşı tərəflə arasında kirayə qalmaq söhbəti olmuş olsa idi, öz ünün başqa evə kirayəyə çıxarmış. Bazarın aşağı tərəfində tanış adamın 4 otaqlı evi var idi və 100 manat kirayə haqqı ödəyəcəkdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş: -"Elektron məhkəmə" informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsinə dair məlumatlardan Cavabdeh məxsus şəxsiyyət vəsiqəsinin AA seriyalı, ******* nömrəli, 15 iyul 2024-cü il verilmə tarixli, xxxxxxx Fin kodlu olması (iş vərəqə 24); - 08 aprel 2024-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən X11 (şəxsiyyət vəsiqəsinin AA seriyalı, ******* nömrəli, 07 noyabr 2019-cu il verilmə tarixli, xxxxxxx fin kodlu) mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı 35000 (otuz beş min) manat qarşılığında X5 (iş vərəqə 48); - Cavabdeh tərəfindən imzalanmış, şahid kimi Novruz Nəcəfov, Hüseyn Nəcəfov, Aybəniz Yusifova və Mehman Əliyev qeyd edilmiş, həmçinin onlar tərəfindən imza olunmuş 16 mart 2024-cü il tarixli sənədə “Mən X6 xala və Novruz əmi ilə razılaşma əsasında mən söz verib, əməl edirəm ki, ev satıldıqda 30000 (otuz min) manat əmanəti Hüseynin, Mehmanın, Novruz əminin, Aybəniz xalanın yanında təqdim edəcəm” qeyd edilməsi (iş vərəqə 47 və 125); - 09 aprel 2024-cü il tarixli sənəddə “X29 Novruz və Aybəniz xala ilə razılaşıb evi satdım və sözümü tutub xx.xx.2024-cü il tarixdə 30000 (otuz min) manatı onlara verirəm” yazılması, həmçinin “otuz min aldım” yazaraq imzalaması (iş vərəqə 90); - Naxçıvan Mu xtar Respublikası Daxili İşlər Nazirliyinin 23 oktyabr 2024-cü il tarixli, 313-43/2-16017/2024 nömrəli məktubu ilə verilmiş 13 iyun 2024-cü il qeydiyyat tarixli arayışın surətində ünvan 2 ünvanında yaşayan X8 xx.xx.2024-cü il tarixdə nazirliyə ərizə ilə müraciət etməsi, onun müraciətində X18 ilə ev alqı-satqısı ilə bağlı 9800 manat mübahisəsinin olduğunu bildirməsi və müraciətinə baxılmasının xahiş edilməsi, araşdırma zamanı X15 və X11 dəvət edilərək izahatlarının alınması, onların izahatlarından evin ödənişi verildikdən sonra həmin pulun 9800 manatının kirayə pulu kimi Hacıyeva Gülmira tərəfindən qəbul edildiyi, Aybəniz Yusifovanın isə bununla razılaşmadığının müəyyənləşdirilməsi, onlar arasında mübahisənin mülki mübahisə predmeti olduğundan müraciət üzrə toplanmış materialın işə alınması nın məqsədəuyğun olmasının göstərilməsi aydın olur (iş vərəqə 8889). Apellyasiya şikayətinin hüquqi həllinə gəldikdə isə kollegiya onu mülki iş materialları ilə birlikdə, həmçinin qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir; - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; - 5.1-ci maddəsində hər hansı fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılması göstərilir; - 9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmçinin həmin Məcəllənin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş süb utlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi ni yoxlayır ( 372.1, 372.2, 372.6 və 372.7-ci maddələr). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyas iya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Həmçinin Mülki-Prosessual Məcəllənin 392.2-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarş ılıqlı şəkildə yoxlayaraq bildirir ki, mülki iş üzrə ilkin iddia və qarşılıqlı iddia tələbləri mövcud olsa da, verilmiş apellyasiya şikayətindən Naxçıvan Şəhər Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(078)-1282/2024 nömrəli qətnaməsini yalnız ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfin mübahisələndirməsi aydın olur. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini Naxçıvan Şəhər Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(078)-1282/2024 nömrəli qətnaməsinin Cavabdeh vəkili-nümayəndəsi tərəfindən mübahisələndirilən hissəsi təşkil edir. Mülki prosessual qanunvericiliyin tələbini nəzərə alan kollegiya qeyd edir ki, apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə, həmçinin verilmiş qarşılıqlı iddia tələbi ilkin iddia tələbinin arad an qalxmasına yönəldiyindən həmin məhkəmə aktı apellyasiya şikayətinin dəlillərinə münasibətdə tam yoxlanılmalı və apellyasiya şikayətinin obyektinin tədqiqinə də məhz ilkin iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuniliyinin araşdırılmasından başlamaq lazımdır. Naxçıvan Şəhər Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(078)-1282/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə dəlillər isə: - işə baxan birinci instansiya məhkəməsinin maddi hüquq normasının tətbiqində səhvə yol verməsi, yəni tərəflər arasında şifahi şəkildə bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin mövcud olmasına baxmayaraq, məhkəmənin bunu əsassız varlanma kimi qiymətləndirməsi; - tərəflər arasında məhz bu münasibətdən irəli gələn mübahisə ilə bağlı olan mü vafiq sənəddə 9800 (doqquz min səkkiz yüz) manat borcun qalmasına dair qeydin olmaması; - tərəflər arasında müvafiq sənəd imzalandıqdan sonra artıq onlar razılaşma əldə edildiyindən bütün mübahisələrə son qoyulması, X8 bir xeyli müddət sonra iddia tələbi ilə məhkəməyə müraciət etməsi, yəni bu müddət ərzində borcun qaytarılması ilə bağlı heç bir hərəkət etməməsi; - kirayə müqaviləsinin yazılı qaydada bağlanması ilə bağlı Mülki Məcəllədə imperativ normanın mövcud olmaması; - həmçinin mübahisə üzrə sübut etmə vəzifəsinin düzgün müəyyən edilməməsindən ibarətdir. Kollegiya bildirir ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsində öz əksini tapıb. Həmin normaya əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqav ilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları; mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları; qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi; elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması; başqa şəxsə zərər vurulması; əsassız varlanma; fiziki və hüquqi şəxslərin digər hərəkətləri; qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquq və vəzifələrin yaranma əsası kimi müəyyən edilib. Sözügedən əsaslar sırasında əqdlər və müqavilələr də n əzərdə tutulduğundan kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.1 və 324.2-ci maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 329.1 və 329.2-ci maddələrinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 331.1-ci maddəsi ilə müəyyən edilir ki, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər t ərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər; - 334.1 və 334.2-ci maddələrinin tələbinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir; - 337.1-ci maddəsinə görə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; - 386.1-ci maddəsindən görünür ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 389.1-ci maddəsində müqavilənin anlayışı öz əksini tapıb ki, həmin normaya əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; - 394-cü maddəsindən aydın olur ki, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir; - 675-ci maddəsinin tələbinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: - 8-ci maddəsinin mahiyyətindən görünür ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol və daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; - 11.1-ci maddəsinə əsasən hüquqların möv cudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; - 19.1-19.3-cü maddələrinə görə daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin və yerin təki sahəsinin planı əlavə edilir. Binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır. Həmçinin Mülki Məcəllənin 139.1-ci maddəsindən görünür ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyy ət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Kollegiya yuxarıda qeyd edilən maddi hüquq normalarını mülki iş materialları və məhkəmədə araşdırılmış sübutlarla əlaqəli şəkildə tədqiq edərək bildirir ki, həm tərəflərin izahatlarından, iddia tələbindən, həm də qarşılıqlı iddia ərizəsindən Cavabdeh ilə X15 arasında ünvan 1 ünvanında 0.02 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 79.1 kvadrat metr olan və əvvəllər ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya məxsus olan fərdi yaşayış evinin 2019-cu ilin iyul ayında sonuncu tərəfindən X1, onun dəyərinin 45000 manat müəyyən edilməsi və Aybəniz Yusifova tərəfindən həmin məbləğin üç il müddətində mülkiyyətçiyə ödənilməsi və bundan sonra Cavabdeh həmin daşınmaz əmlakın ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin adına qeydiyyata alınması barədə razılığa gəlməsinin mübahisəsiz hallar olması müəyyən edilir. Qeyd edilən əlamətlər hüquqi baxımdan nisyə alqı-satqı müqaviləsinin dispozitiv şərtlərinə uyğun gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; - 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavi lədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 601.1-ci maddəsi ilə müəyyən edilir ki, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Lakin kollegiya hesab edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən tər əflər arasında şifahi şəkildə bağlanmış nisyə alqı-satqı müqaviləsini etibarlı müqavilə münasibətləri hesab etmək olmaz. Çünki, sözügedən qərarda qeyd edilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Daşınmaz əmlakın alqı-satqısına dair müqavilə yazılı formada bağlanmalı olmasına baxmayaraq, tərəflərin izahatından gö rünür ki, onlar qanunvericiliyin yuxarıda qeyd edilən tələbinə əməl etməmiş və daşınmaz əmlakın alqı-satqısı ilə bağlı şifahi müqavilə bağlamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 337.1 və 394-cü maddələrinin tələbini nəzərə almaqla kollegiya bildirir ki, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısına dair bağlanmış şifahi razılaşma etibarlı və ya qanuni hesab edilə bilməz. Birinci instansiya məhkəməsində iddiaçı və cavabdehin verdiyi izahatlardan X15 tərəfindən onlar arasında olan şifahi razılaşma üzrə həyata keçirilmiş ödənişlərin ümumilikdə miqdarının 39800 (otuz doqquz min səkkiz yüz) manat olması, həmçinin yuxarıda qeyd edilən sübutlardan ünvan 1 ünvanında 0.02 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 79.1 kvadrat metr olan fərdi yaşayış evinin 08 aprel 2024 -cü ildə Cavabdeh tərəfindən X3, həmin evin satılmasından əldə etdiyi məbləğin 30000 (otuz min) manat hissəsinin X10 verilməsi mübahisə edilmir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh isə Cavabdeh məhz ona ödədiyi pulun qalan hissəsinin geri qaytarılmasını tələb edir. Kollegiya bir daha bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdu ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırkı vəziyyətdə tərəflər arasında e tibarlı müqavilə münasibətlərinin olmaması müəyyən edildiyindən kollegiya bildirir ki, Mülki Məcəllənin 1091-ci maddəsinə görə hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş şəxs əsassız varlanan şəxs (varlanmış şəxs) sayılır. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İlkin iddia tələbinin araşdırılması zamanı ünvan 1 ünvanında 0.02 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 79.1 kvadrat metr olan fərdi yaşayış evinin alqı-satqısı üçün X7 aldığı pulun 9800 (doqquz min səkkiz yüz) manat hissəsini özündə saxlayan Cavabdeh hərə kətinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsasının olması sübuta yetirilmir. Belə ki, apellyasiya şikayəti verən tərəf bunu əvvəllər özünə məxsus olan və baş tutmayan alqı-satqı müqaviləsinin predmeti olan fərdi yaşayış evini aralarında olan razılaşmaya əsasən 2020-ci ilin iyul ayından 2024-cü ilin aprel ayınadək olan 45 aylıq müddət ərzində X2 verməsi ilə əsaslandırsa da, onun təqdim etdiyi sübutlardan belə faktınrazılığın mövcudluğu öz təsdiqini tapmır. Həmçinin kollegiya bildirir ki, "Elektron məhkəmə" informasiya sistemində olan və birinci instansiya məhkəməsində keçirilmiş 10 oktyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının audio-video görüntülərindən aydın olur ki, Cavabdeh izahatında kirayə haqqını 2020-ci ilin iyul ayından hesablanmalı olması ilə deyil, qarşı tərəfin 4 5000 manat məbləğində pulu vaxtında vermədiyi halda, yəni üç il müddətində öhdəliyini icra etmədikdən sonra ödəməsi barədə razılığa gəlməsi ilə əsaslandırır. Bu isə müvafiq olaraq 2022-ci ilin iyul ayından sonrakı dövrü əhatə edir ki, bu da onun qarşılıqlı iddia tələbi ilə ziddiyyət təşkil edir. Kollegiya tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq mü nasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mübahisənin araşdırılması zamanı tərəflər arasında ünvan 1 ünvanında 0.02 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 79.1 kvadrat metr olan fərdi yaşayış evi üzrə kirayə müq aviləsinin bağlanması öz təsdiqini tapmır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili-nümayəndəsi bunu şifahi kirayə müqaviləsi bağlanması ilə əsaslandıraraq, Mülki Məcəllədə daşınmaz əmlak üzrə kirayə müqaviləsinin yazılı qaydada bağlanması ilə bağlı imperativ normanın olmadığını qeyd etsə də, kollegiya bildirir ki, sözügedən müqavilənin bağlanması ilə kirayəçi müvafiq daşınmaz əmlakdan istifadə hüququ əldə edir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbinə görə bu hüququn müvafiq reyestrdə qeydə alınması üçün yazılı müqavilənin olması zəruridir. Çünki, daşınmaz əmlak üzərində hüquqlar və yüklülüklər əsasən müvafiq reyestr məlumatları ilə müəyyən edilir. Həmçinin kollegiya qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respu blikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsi ilə müəyyən edilir ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşı nın şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə və yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Göründüyü kimi, şəxsin müvafiq yaşayış yeri üzrə qeydiyyata alınması üçün hüquqi əsaslardan, həmçinin bununla bağlı təqdim etməli olduğu sənədlərdən biri kirayə müqaviləsidir. Təbii ki, bu müqavilənin şifahi qaydada bağlanması qeyd edilən hüquqi hərəkətləri mümkünsüz edir. Bu isə bir daha onu təsdiq edir ki, daşınmaz əmlakın kirayə müqaviləsi yazılı qaydada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinin məzmunundan aydın olur ki, müqavilənin forması ilə bağlı tələb birbaşa Mülki Məcəllə ilə deyil, qanunvericiliklə əlaqələndirilmişdi. Yuxarıda qeyd edilən maddi hüquq normalarından isə görünür ki, daşınmaz əmlak üzrə kirayə müqaviləsinin yazılı formada bağlanması zəruridir. Bu qeyd edilənlər isə apellyasiya şikayəti verən tərəfin işə baxan birinci instansiya məhkəməsinin maddi hüquq normasının tətbiqində səhvə yol verməsi, yəni tərəflər arasında şifahi şəkildə bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin mövcud olması və kirayə müqaviləsinin yazılı qaydada bağlanması ilə əlaqədar qanunvericilikdə imperativ normanın mövcud olmamasına dair dəlillərinin əsassız olmasını deməyə imkan verir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh X7 13500 (on üç min beş yüz) manat məbləğində kirayə haqqı tələb etsə də, 30000 (otuz min) manat məbləğində pulun s onuncuya qaytarılması zamanı belə bir borcun mövcudluğu halında həmin məbləği özündə saxlaya bilərdi. Yəni 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pulu bu əsasla özündə saxlayan biri üçün 13500 (on üç min beş yüz) manat məbləğində pulun saxlanılmasının mümkünsüzlüyü məntiqli deyil. Apellyasiya şikayəti verən tərəfin dəlil kimi qeyd etdiyi tərəflər arasında məhz bu münasibətdən irəli gələn mübahisə ilə bağlı olan müvafiq sənəddə 9800 (doqquz min səkkiz yüz) manat borcun qalmasına dair qeydin olmamasının hüquqi həllinə gəldikdə kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1 və 1092.2-ci maddələrinin tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Tərəflə r arasında baş tutmayan alqı-satqı müqaviləsi üzrə Cavabdeh X7 39800 (otuz doqquz min səkkiz yüz) manat məbləğində pul alması, daha sonra həmin razılaşmanın predmeti olan daşınmaz əmlakın ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən X10 deyil, X3 və bundan sonra isə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə 30000 (otuz min) manat məbləğində pul qaytarması öz təsdiqini tapdığından və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının bununla bağlı qarşı tərəfə təqdim etdiyi müvafiq sənəddə borcunun olmasının göstərilməməsi, X8 Cavabdeh qarşı 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pul tələbinin əsassız olmasına səbəb sayıla bilməz. Çünki, həmin məbləğin Cavabdeh tərəfindən kirayə haqqı kimi qiymətləndirilərək qaytarılmaması in kar olunmur (10 oktyabr 2024-cü ildə keçirilmiş məhkəmə hazırlıq iclasında verilmiş izahata istinadən).Buna görə də kollegiya apellyasiya şikayətinin hazırda hüquqi həllindən bəhs edilən dəlilini də əsaslı hesab etmir. Apellyasiya şikayəti verən tərəfin digər dəlili isə tərəflər arasında müvafiq sənəd imzalandıqdan sonra artıq onlar arasında razılaşma əldə edildiyindən bütün mübahisələrə son qoyulması, X8 bir xeyli müddət sonra iddia tələbi ilə məhkəməyə müraciət etməsi, yəni bu müddət ərzində borcun qaytarılması ilə bağlı heç bir hərəkət etməməsidir. İş materiallarını nəzərdən keçirən kollegiya bildirir ki, tərəflər arasında olan şifahi razılaşmanın 2024-cü ilin fevral ayında pozulması, Cavabdeh 16 mart 2024-cü ildə ünvan 1 ünvanında 0.02 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 79. 1 kvadrat metr olan fərdi yaşayış evini sataraq Cavabdeh 30000 manat məbləğində ödəniş etməsi barədə öhdəlik götürməsi, həmin daşınmaz əmlakın 08 aprel 2024-cü ildə satılması, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının qarşı tərəfə 09 aprel 2024-cü ildə 30000 manat məbləğində pul verməsi, X8 16 may 2024-cü ildə Cavabdeh ona 9800 (doqquz min səkkiz yüz) manat məbləğində borcunun olması ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə şikayət etməsi öz təsdiqini tapır ki, bu hərəkətlər arasında da elə ciddi müddət aralığı mövcud deyil. O ki, qaldı X8 iddia tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə 23 avqust 2024-cü ildə müraciət etməsinə kollegiya dispozitivlik prinsipinin mahiyyəti baxımından bunu qanuni hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili-nümayəndəsinin sözügedən dəlilini əsaslı hesab etmir. Apellyasiya şikayəti verən şəxsin sonuncu dəlili isə sübut etmə ilə bağlı olduğundan kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi mülki prosessual qanunvericilik sübut etmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübut etmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsini təsbit edir. Normaya əsasən tərəflər tələbinin əsasını və ona qarşı olan etirazını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “18” mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi, Cavabdeh 9 800 (doqquz min səkkiz yüz) manat məbləğində pulu kirayə haqqı kimi çıxması faktını etiraf etmədiyini bildirsə də, "Elektron məhkəmə" informasiya sistemində olan və birinci instansiya məhkəməsində 10 oktyabr 2024-cü ildə keçirilmiş məhkəmə hazırlıq iclasının audio-video görüntülərindən (23-cü dəqiqədən sonra) Cavabdeh həmin pulu kirayə haqqı kimi özündə saxlamasını bildirməsi müəyyən edilir ki, bu fakt özündə X12 ilkin iddia tələbi üzrə sübut etmə yükündən azad edir və qarşı tərəf üçün onlar arasında kirayə müqaviləsinin bağlanmasını sübut etmək vəzifəsi yaradır. Bu səbəbdən də kollegiya apellyasiya şikayətinin bu dəlilini də əsaslı hesab etmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq kollegiya X8 Cavabdeh qarşı 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pul tələbinə dair ilkin iddiasını əsaslı, Cavabdeh X10 qarşı 13500 (on üç min beş yüz) manat məbləğində kirayə haqqının ödənilməsi tələbinin əsassız hesab edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni sayır və ümumilikdə isə apellyasiya şikayətini əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ə razi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da i craata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bundan başqa Mülki-Prosessual Məcəllənin 119.5-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: - ilkin iddia üzrə cavabdeh, qarşılıq lı iddia üzrə iddiaçı Cavabdeh vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli; - Naxçıvan Şəhər Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(078)-1282/2024 nömrəli qətnaməsi ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmalı; - məhkəmə aktından apellyasiya şikayəti verilməsi zamanı Cavabdeh tərəfindən ödənilmiş 130 (bir yüz otuz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olma qla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq qətetdi: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(078)-1282/2024 nömrəli qətnaməsi ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə aktından apell yasiya şikayəti verilməsi zamanı Cavabdeh tərəfindən ödənilmiş 130 (bir yüz otuz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev Hakimlər: Əli Allahverdiyev Vera Kuimova
Məhkəmə qərarları › İş №2(108)-41/2025
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-41/2025
22.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver