Məhkəmə qərarları › İş №2(108)-47/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-47/2021

03.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-47/2021 03.05.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Xıdırov Əhliman Mehman oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(078)-103/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 12 dekabr 2019-cu il tarixdə vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Naxç ıvan Şəhər Məhkəməsinə müraciət edərək İddiaçı ASC-nə məxsus olan “Daewoo Gentra” markalı, **PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 3242 manat məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 3272 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(078)-103/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus olan “Daewoo Gentra” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 3242 (üç min iki yüz qırx iki) manat məbləğində pulun tutularaq iddiaçı Union Lizinq” ASC-n in xeyrinə ödənilməsi, iddiaçı Union Lizinq” ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X3 18.11.2019-cu il tarixdə, ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh2 13 iyul 2020-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(078)-103/2020 nömrəli qətnaməsini ləğv edib onun cavabdehliyinə xitam verilməsinə və iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh1 25 noyabr 2020-ci il tarixdə apellyasiya şikayə ti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(078)-103/2020 nömrəli qətnaməsini ləğv edib yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 28 avqust 2020-ci il və 04 dekabr 2020-ci il tarixli qərardadları ilə apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətlər bərpa olunaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmişdır ki, Naxçıvan Şəhər Məhkəməsi iddianı kifayət qədər araşdırmamış, qətnamə maddi və prosessual hüquq normalarına əsaslandırılmadan çıxarılmışdır. Belə ki, o, ona məxsus olan “BMW 530i” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avto mobili 26 dekabr 2018-ci il tarixdə baş etibarnamə əsasında X1. Qəza törədilən vaxt həmin avtomobil onun sahibliyində və istifadəsində olmamışdır. Bu səbəbdən Naxçıvan Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə əsassızdır və ləğv olunmalıdır. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmişdır ki, məhkəmə qətnamə qəbul edərkən işi birtərəfli qaydada araşdırmışdır. Onun məhkəmədə iştirakı təmin olunmamışdır. Yalnız "xxxx" MMC tərəfindən tərtib olunmuş 12 iyun 2019-cu il tarixli qüsur aktına əsaslanaraq 3242 manat maddi ziyanın dəyməsini əsas gətirərək məhkəmə ədalətsiz qərar qəbul etmişdir. Faktiki olaraq yol nəqliyyat hadisəsi zamanı təqsirkar “Daewoo Gentra” markalı avtomobilin sürücüsü olmuşdur. Ümumiyyətlə həmin avtomobilə maksimum 1000 manat civarında maddi ziyan dəyə bilərd i. Lakin "xxxx" MMC əsassız olaraq 3242 manat maddi ziyan hesablamışdır. Hesab edir ki, bu məbləğ həddən artıq şişirdilmiş məbləğdir. Məhkəmə iş üzrə ekspertiza təyin etmədən qərəzli qətnamə qəbul etmişdir. Hakimin maddi və prosessual hüquq normalarını kobud surətdə pozması səbəbindən məcburiyyət qarşısında qalaraq apellyasiya şikayəti etmək qərarına gəldi. Göründüyü kimi məhkəmə işə bitərəfli baxmaqla mübahisənin həllinə səthi yanaşmışdır. Bununla da obyektivsizliyə yol vermişdir. Məhkəmə mülki-prosessual maddi qanunun tələblərini pozmuş, işi qeyri-obyektiv araşdırıb, işdəki sübutlara düzgün qiymət verməyərək birtərəfli, əsassız qətnamə çıxartmışdır, nəticədə isə onun konstitusion hüquqları kobud surətdə pozulmuşdur. Apellyasiya şikayətlərinə qarşı iddiaçı təşkilat İddiaçı ASC-nin nümayən dəsi 17 fevral 2021-ci il tarixdə etiraz ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını, apellyasiya şikayətlərinin təmin edilməməsini və Naxçıvan Şəhər Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(078)-103/2020 saylı qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı ASC-nin nümayəndəsi etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə qeyd etmək istəyirlər ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə zərər vurduqdan sonra dəymiş zərər məbləğini ödəməkdən boyun qaçırmış, onlar tərəfindən xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq borcun ödənilməsi ilə bağlı şirkətə mürac iət etməmiş, dəymiş zərəri mübahisələndirməmiş, qeyd olunan iş icra şöbəsinə göndərildikdən sonra məsuliyyətdən yayınmaq və tələb olunan məbləğin qaytarılmasını gecikdirmək məqsədi ilə apellyasiya şikayəti vermişdir. Digər Cavabdeh2 apellyasiya şikayətində qeyd etdiyi mülkiyyətində olan “BMW 530i” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında 26 dekabr 2018-ci il tarixdə üçüncü bir şəxsə satması, həmin tarixdən sahiblik və istifadə etmənin olmaması dəlilinə münasibətdə qeyd edirlər ki, cavabdehin mülkiyyətində olan avtomobil üzrə hər hansı bir şəxsə etibarnamə verilməsi mülkiyyət hüququnu dəyişmir. Buna görə də Cavabdeh2 avtomobilin sahibi olduğu və avtomobili icbari qaydada sığorta etdirmədiyi üçün dəymiş zərər həmin şəxsdən də tutulmalıdır. Cavabdeh2 29 aprel 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına teleqramla müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək işə onun iştirakı olmadan baxıb qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclaslarında iştirak etməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən mülki işə iddiaçı təşkilat İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh2 iştirakları olmadan baxmışdır. Cavabdeh1 məhkəmə baxışı iclasındakı izahatında apellyasiya şikayətini müdafiə edərək Naxçıvan Şəhər Məhkəməsinin 12 ma rt 2020-ci il tarixli, 2(078)-103/2020 nömrəli qətnaməsini ləğv edib yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, apellyasiya şikayətlərin in dəlillərini müzakirə edib, Cavabdeh1 izahatını dinləyib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Kollegiya Cavabdeh1 apellyasiya şikayətində qeyd olunan məhkəmənin qətnamə qəbul edərkən işi birtərəfli qaydada araşdırması, onun məhkəmədə iştirakının təmin olunmaması, yalnız "xxxx" MMC tərəfindən tərtib olunmuş 12 iyun 2019-cu il tarixli qüsur aktına əsaslanaraq 3242 manat maddi ziyanın dəyməsini əsas gətirərək məhkəmənin ədalətsiz qərar qəbul etməsi, faktiki olaraq yol nəqliyyat hadisəsi zamanı təqsirkarın “Daewoo Gentra” markalı avtomobilin sürücüsü olm ası, göründüyü kimi məhkəmənin işə bitərəfli baxmaqla mübahisənin həllinə səthi yanaşması, bununla da obyektivsizliyə yol verməsi, işi qeyri-obyektiv araşdırıb, işdəki sübutlara düzgün qiymət verməyərək birtərəfli, əsassız qətnamə çıxartması, “Daewoo Gentra” markalı avtomobilə maksimum 1000 manat civarında maddi ziyan dəyməsi barədə dəlillərinə münasibətdə qeyd edir ki, Bakı şəhər DYPİ-nin İXP seriyalı, ******* nömrəli “İnzibati xəta haqqında” protokolundan görünür ki, qanuni əsaslarla Cavabdeh1 sahibliyində və istifadəsində “BMW 530i” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobili 10.06.2019-cu il tarixdə, saat 05:30 radələrində idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, onun idarə etdiyi avtomobil İddiaçı ASC-nə məxsus olan “Daewoo Gentra” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. İddiaçıya məxsus avtomobilə qəza nəticədə maddi zərər dəymişdir. Qeyd edilənlərə əsasən Bakı şəhər DYPİ-nin “İnzibati tənbeh vermə haqqında” 10.06.2019-cu il tarixli qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci və 327-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona müvafiq inzibatı tənbeh tətbiq edilmişdir. “İnzibati xəta haqqında” qərar qanuni qüvvəyə minmişdir. “İnzibati xəta haqqında” qərar qanuni qüvvəyə mindiyindən hazırki iş üzrə müzakirə edilmir və edilə bilməz. Göstərilənlərə əsasən mübahisəsiz şəkildə müəyyən olunur ki, Cavabdeh1 sahibliyində olan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə onun idarə etdiyi avtomobil iddiaçıya məxsus avtomobi l ilə toqquşmuşdur. Bununla da iddiaçının əmlakına münasibətdə mülki hüquq pozuntusu törətmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Törədilmiş mülki hüquq pozuntusuna görə cavabdeh iddiaçı qarşısında mülki məsuliyyət daşıyır və iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. "xxxx" MMC (Azərmaş Servis) tərəfindən verilmiş və iddiaçı tərəfindən Naxçıvan Şəhər Məhkəməsinə təqdim edilmiş 12.06.2019-cu il tarixli “Qüsur aktından” görünür ki, cavabdehin törətdiyi yol-nəqliyyat qəzası nəticəsində yararsız vəziyyətə düşmüş İddiaçı ASC-yə məxsus olan “Daewoo Gentra” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün 3242 (üç min iki yüz qırx iki) manat məbləğində vəsait tələb olunur. İddiaçı qeyd edilən sənədə əsaslanaraq cavabdehdən onun xeyrinə 3242 (üç min iki yüz qırx iki) manat məbləğində pulun tutulmasını tələb etmişdir. Bununla bağlı, Cavabdeh1 apellyasiya şikayətində qeyd edir ki, iddiaçının ödənilməsini tələb etdiyi məbləğ şişirdilmişdir. İş materiallarından görünür ki, iddiaçının ödənilməsini tələb etdiyi maddi zərərin məbləğinin real olub-olmamasını araşdırmaq üçün zərurətin mövcudluğuna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertiza təyin edilməmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh1 birinci instansiya məhkəməsində iştirakının təmin edilmədiyini əsas kimi göstərərək təqdim etdiyi, ekspertiza keçirilməsi barədə vəsatəti nəzərə alınaraq vurulmuş maddi zərərin məbləğinin real olub-olmamasını araşdırmaq məqsədilə 26 fevral 2021-ci il tarixli qərardadla məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Kollegiyaya təqdim edilmiş 09 mart 2021-ci il tarixli, 62 nömrəli ekspert rəyində, "xxxx" MMC tərəfindən təqdim edilmiş 12.06.2019-cu il tarixli qüsur aktı məlumatlarına əsasən “Daewoo Gentra” mark alı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, 1520,00 (bir min beş yüz iyirmi) manat və həmin zərərin aradan qaldırılması üçün çəkilməli olan xərcin məbləği 760,00 (yeddi yüz altmış) manat (dəyişdirilmiş hissələrin qiyməti -1520 manat, təmir-bərpa işinin qiyməti – 760 manat) müəyyən edilmişdir. Ekspert rəyinə görə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus olan “Daewoo Gentra” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan cəmi məbləğ 2280 (iki min iki yüz səksən) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını ö hdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Ekspert rəyi kollegiya tərəfindən qiymətləndirilərək mötəbər sübut kimi qəbul edilir və müəyyən edilir ki, iddia Cavabdeh1 münasibətdə qismən əsaslıdır, Cavabdeh1 iddiaçıya vurulmuş maddi zərərin əvəzini, ekspertin rəyində göstərilən məbləğdə ödəməlidir. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərə rin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə kollegiyası hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir Vurulmuş ziyanın məbləği ilə əlaqə dar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi “Daewoo Gentra” markalı, **-PZ-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş ziyan məbləği ilə əlaqədar iddiaçının təqdim etdiyi qüsur aktı ilə kifayətlənmiş və iş üzrə ekspertiza təyin etmədən, iddiaçının təqdim etdiyi qüsur aktının vurulmuş ziyan məbləğini düzgün əks etdirib-etdirmədiyini yoxlamadan, həmin sübutların əsaslılığına əsaslanaraq iddia tələbini tam təmin etmiş və zərərin əvəzi kimi Cavabdeh1 tutulmalı olan məbləğlə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, 09 mart 2021-ci il tarixli, 62 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, “Daewoo Gentra” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 152 0,00 (bir min beş yüz iyirmi) manat və həmin zərərin aradan qaldırılması üçün çəkilməli olan xərcin məbləği 760,00 (yeddi yüz altmış) manat, cəmi 2280 (iki min iki yüz səksən) manat məbləğində zərər dəymişdir və iddia bu məbləğ həddində təmin olunmalıdır. Kollegiya Cavabdeh2 apellyasiya şikayətində qeyd olunan Naxçıvan Şəhər Məhkəməsinin iddianı kifayət qədər araşdırmaması, qətnamənin maddi və prosessual hüquq normalarına əsaslandırılmadan çıxarılması, onun ona məxsus olan “BMW 530i” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobili 26 dekabr 2018-ci il tarixdə baş etibarnamə əsasında X2, qəza törədilən vaxt həmin avtomobilin onun sahibliyində və istifadəsində olmaması, bu səbəbdən Naxçıvan Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsassız və ləğv olunmalı olması dəlillərinə münasibətdə qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər... avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108-ci maddəsinə əsəsən... Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i. a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İş materialları ilə o da mübahisəsiz şəkildə müəyyən olunur ki, qəza baş verən zaman “BMW 530i” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni əsaslarla, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə onu idarə edən şəxs olaraq Cavabdeh1 sahibliyində və istifadəsində olmuşdur və qəza da onun tərəfindən törədilmişdir. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlandığı 11 fevral 2020-ci il tarixli, 016-13572/220 nömrəli məktubunda “BMW 530i” marka lı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 22.08.2019-cu il tarixdə Cavabdeh2 adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirildiyi qeyd olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən “BMW 530i” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 mülkiyyətində olması əsası ilə iddia üzrə ona qarşı yönəlmiş tələbi təmin etməklə yuxarıda sadalanan maddi hüquq normalarının təfsirində səhvə yol vermiş və bununla da Cavabdeh2 münasibətdə düzgün olmayan qətnamə çıxarılmasına səbəb olmuşdur. Eyni zamanda apellyasiya baxışı zamanı Cavabdeh2 iddiaya cavab verməli olmayan şəxs olduğu və birinci instansiya məhkəməsi tərəfindən iddia əsl olmayan cavabdehə qarşı təmin olunduğu müəyyən edilmişdir. Bununla da birinci instansiya məhkəməsi tərəfindən hər iki cavabdehə münasibətdə prosessual pozuntulara yol verməklə düzgün olmayan qətnamə qəbul edilməsi təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsi, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsini məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olaraq müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzg ün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya Cavabdeh2 apellyasiya şikayətinin onun cavabdehliyinə xitam verilməsi xahişi barədə hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh2 tərəfindən apellyasiya şikayətində qeyd edilənlər xitamın əsasını təşkil etmədiyindən apellyasiya şikayəti həmin hissədə təmin edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası son olaraq belə nəticəyə gəlir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(078)-103/2020 nömrəli qətnaməsindən Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(078)-103/2020 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası Cavabdeh1 münasibətdə qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus olan “Daewoo Gentra” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 2280 (iki min iki yüz səksən) manat və iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat vəsait Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia Cavabdeh1 münasibətdə digər hissədə rədd edilməli, Cavabdeh2 münasibətdə isə tamamilə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyas ı məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Naxçıvan Şəhər Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(078)-103/2020 nömrəli qətnaməsindən Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cava bdeh2 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(078)-103/2020 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası Cavabdeh1 münasibətdə qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus olan “Daewoo Gentra” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 2280 (iki min iki yüz səksən) manat və iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat vəsait Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia Cavabdeh1 münasibətdə digər hissədə rədd edilsin. İddia Cavabdeh2 münasibətdə tamamilə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsm i qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar