Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-50/2021 12.11.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlu (sədrliyi və məruzəsi ilə), Xıdırov Əhliman Mehman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında bölüşdürülməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2(078)641/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2(07 8)-641/2020 nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 56.1 kv.m olan mənzilin açıq hərracda satılması və satışdan əldə olunacaq məbləğin 1/5 hissəsinin İddiaçı, 1/5 hissəsinin X1, 1/5 hissəsinin X2, 1/5 hissəsinin Cavabdeh1 və 1/5 hissəsinin isə Cavabdeh2 paylarına mütənasib surətdə verilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2(078)-641/2020 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh1 11 dekabr 2020-ci il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(078)-641/2020 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəm ə baxışı iclasına dəvət olunmuş Cavabdeh1, cavabdehin vəkili X7 və Naxçıvan şəhər İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayə Komissiyası”nın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikasının MPMin 376.2-ci maddəsinin tələbinə müvafiq olaraq kollegiya Cavabdeh1, cavabdehin vəkili X7 və Naxçıvan şəhər İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayə Komissiyası”nın nümayəndəsi iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki iş kollegiyada baxılarkən Cavabdeh1 və vəkili X7 10 noyabr 2021-ci il tarixdə ərizə ilə kollegiyaya müraciət edərək apellyasiya şikayətindən imtina etdiklərini bildirmiş və imtinalarının qəbul edilərək apellyasiya şikayəti üzr ə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı və Vəkil2 Cavabdeh1 və onun vəkili X4 apellyasiya şikayətindən imtinasının qəbul edilərək apellyasiya şikayəti üzrə icraata xitam verilməsini kollegiyadan xahiş etmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.3-cü maddəsinin tələbinə əsasən Cavabdeh1 və vəkili X4 apellyasiya şikayətindən imtinasının rədd edilməsi üçün Azərbaycan Respu blikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsində nəzərdə tutulmuş əsasların olub-olmaması kollegiya tərəfindən yoxlanılaraq Cavabdeh1 və vəkili X4 apellyasiya şikayətindən imtinasının qəbul edilməməsi üçün həmin maddədə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Buna görə də kollegiya belə nəticəyə gəlir ki, Cavabdeh1 və vəkili X4 apellyasiya şikayətindən imtina etməsi barədə 10 noyabr 2021-ci il tarixli ərizəsi qəbul edilərək cavabdehə münasibətdə apellyasiya icraatına xitam verilməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən cavabdeh apellyasiya şikayəti verərkən ödədiyi dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqınd a məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qərar ver d i: Cavabdeh1 Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2(078)641/2020 nömrəli qətnaməsindən verdiyi 11 dekabr 2020-ci il tarixli apellyasiya şikayətindən imtinası qəbul edilsin və cavabdehə münasibətdə apellyasiya icraatına xitam verilsin. Cavabdeh1 tərəfindən "xxxx" ASC-nin Naxçıvan MR İdarəsinə 10 dekabr 2020-ci ildə TT**********6125 nömrəli qəbz ilə AZ21NABZ******************** hesab nömrəsinə ödənilmiş 5 (beş) manat məbləğində dövlət rüsumu və "xxxx" ASC-nin Naxçıvan MR İdarəsinə 14 dekabr 2020-ci ildə TT**********78010 nömrəli qəbz ilə AZ21NABZ******************** hesab nömrəsinə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehə geri qaytarılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-50/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-50/2021
12.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver