Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-51/2022 05.04.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Mirzəyev İlqar Məhərrəm oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(079)-23/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 05 noyabr 2021-ci ildə Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ona borclu olduğu 8700 (səkkiz min yeddi yüz) manat pulun və ödəmiş olduğu 107 (bir yüz yeddi) manat məbləğində dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(079)-23/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 8700 (səkkiz min yeddi yüz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, həmçinin 107 (bir yüz yeddi) manat miqdarında dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh 15 fevral 2022-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Babək Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(079)-23/2022 saylı qətnaməsini ləğv edərək iddianın rədd edilməsi barəsində qətnamə qəbul edilməsini kollegiyadan xahiş et mişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Belə ki, iddiaçı onunla olan ev barədə razılaşmanı pozmuş, nisyə alğı-satqı müqaviləsi barədə Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan müddəalara əməl etməmişdir. Bununla bağlı olaraq iddiaçının ona ödədiyi pul vəsaiti onun tərəfindən sağlamlığı ilə bağlı olaraq xərclənmişdir. Məhkəmə isə belə hesab etmişdir ki, aralarında olan razılaşma rəsmi qaydada tərtib və təsdiq olunmalı olduğu halda buna riayət edilməmişdir. Onların aralarında olan daşınmaz əmlakın nisyə alğı-satqısı ilə bağlı müqaviləni rəsmiləşdirə bilməmələrinə səbəb həmin daşınmaz əmlakın dövlət reyestri xidmətində qey diyyatdan keçməməsi və aralarında olan qarşılıqlı inam olmuşdur. Mülki iddia üzrə maddi hüquq normaları tətbiq edilməmişdir. Məhkəmə tərəfindən işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hallar tamamilə araşdırılmamış, cavabdehin mənafeyinə uyğun qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən iş üçün əhəmiyyət kəsb edən alğısatqının baş tutması nəzərə alınmamış və olduğu kimi qətnamədə təsbit edilməmişdir. Apellyasiya şikayətinə qarşı İddiaçı 28 mart 2022-ci il tarixdə etirazla Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək apellyasiya şikayətinin təmin olunmamaqla Babək Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(079)-23/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasındakı izahatında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək şikayətinin təmin edilməklə Babək Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(079)-23/2022 saylı qətnaməsini ləğv edərək iddianın rədd edilməsi barəsində qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasındakı izahatında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin edilməməklə Babək Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(079)-23/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlillərini müzakirə edib, mülki iş üzrə tərəflərin izahatlarını dinləyib Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yox layıb aşağıdakı nəticəyə gəlmişdir: Hazırki mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı və Cavabdeh arasında daşınmaz əmlakın alğı-satqısı ilə bağlı şifahi formada razılaşma olmuş, iddiaçı ilkin ödəniş kimi 6700 manatı, daha sonra 2000 manatı Cavabdeh vermişdir. Belə ki, Cavabdeh apellyasiya şikayətində iddiaçı ilə arasında daşınmaz əmlakın alğı-satqısı ilə bağlı razılaşma olduğunu, iddiaçının ona pul verdiyini qeyd etmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətində mübahisələndirilən hal isə iddiaçının evlə bağlı razılaşmanı pozmasının məhkəmə tərəfindən nəzərə alınmamasından, nisyə alğısatqı müqaviləsi barədə Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş müddəalara məhkəmənin əməl etməməsindən ibarətdir. Apellyasiya şikayətində qeyd olunan məhkəmənin qətnaməs inin qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassız olması, iddiaçının onunla olan ev barədə razılaşmanı pozması, nisyə alğı-satqı müqaviləsi barədə Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan müddəalara əməl etməməsi, bununla bağlı olaraq iddiaçının ona ödədiyi pul vəsaitinin onun tərəfindən sağlamlığı ilə bağlı olaraq xərclənməsi, onların aralarında olan daşınmaz əmlakın nisyə alğı-satqısı ilə bağlı müqaviləni rəsmiləşdirə bilməmələrinə səbəb həmin daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyatdan keçməməsi və aralarında olan qarşılıqlı inam olması, cavabdehin mənafeyinə uyğun qətnamə qəbul edilməsi, məhkəmə tərəfindən iş üçün əhəmiyyət kəsb edən, alğı-satqının baş tutmasının nəzərə alınmaması və olduğu kimi qətnamədə təsbit edilməməsi dəlillərin ə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə uyğun olaraq öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçı və Cavabdeh arasında 29 sot torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən evin 16500 manata alğı-satqısı ilə bağlı A zərbaycan Respublikası Mülki Məcəlləsinin 647-ci maddəsinə uyğun olaraq notarial qaydada təsdiq olunmuş yazılı müqavilə bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə uyğun olaraq bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İş materiallarında olan 28.08.2020-ci il tarixli aktdan məlum olur ki, İddiaçı və Cavabdeh 29 sot torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən evin 16500 manata alğı-satqısı ilə bağlı razılaşmışlar, iddiaçı birinci ödəniş kimi 6700 manatı Cavabdeh vermiş və aktı imzaları ilə təsdiq etmişlər. İddia ərizəsinə ə lavə olunmuş digər aktdan məlum olur ki, 29 sot torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən evin 16500 manata alğı-satqısı ilə bağlı İddiaçı ikinci ödəniş üçün 2000 manatı Cavabdeh vermiş və aktı imzaları ilə təsdiq etmişlər. Tərəflər (iddiaçı və cavabdeh) aralarında yazılı müqavilə bağlamadıqlarını istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya icraatı zamanı məhkəmə baxışı iclasındakı izahatlarında bildirmişlər. Bu da tərəflər arasında 29 sot torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən evin 16500 manata alğı-satqısı ilə bağlı hər hansı yazılı müqavilə bağlanmadığını bir daha təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan normasından da aydın olduğu kimi İddiaçı və Cavabdeh arasında razılaşma heç bir hüquqi nəticəyə səbəb ola bilməz. Bu cür razılaşma bağlandığı andan etibarsız olmuşdur. Belə ki, daşınmaz əmlakın alğı-satqısının forması ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsində konkret qayda müəyyən edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, formalaşdırılmış hüquqi təcrübəyə əsasən hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olm ası vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd ü zrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Tərəflər arasında şifahi formada bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız olsa da, birinci instansiya və apellyasiya instansiyası məhkəməsində mülki işin icraatı zamanı keçirilmiş məhkəmə baxışı iclaslarındakı izahatında Cavabdeh iddiaçının dayısının, həmçinin iddiaçının ona evin alğı-satqısı ilə bağlı 8700 manat pul verdiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsində 25 yanvar 2022-ci il tarixdə keçirilmiş məhkəmə baxışı icla sında şahid qismində Şahid iştirak etmiş və izahatında ümumilikdə onun cavabdehə iki dəfə, bir dəfə 6700 manat, sonuncu dəfə isə 2000 manat pul verdiyini, 6700 və 2000 manat pulu ona İddiaçı verdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh t ərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. İş üzrə materiallarla və tərəflərin birinci instansiya, həmçinin apellyasiya instansiyası məhkəməsindəki izahatları ilə İddiaçı Cavabdeh 8700 manat pul verdiyi bir daha təsdiq olunur. Bununla da iddiaçı iddia tələbini birinci instansiya məhkəməsində və həmçinin apellyasiya instansiya məhkəməsində sübut etsə də, cavabdeh iddia tələbinə qarşı dəlillərini, o cümlədən apellyasiya şikayətində qeyd etdiyi dəlilləri sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri ə qd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Cavabdeh apellyasiya şikayətində mülki iddia üzrə maddi hüquq normalarının tətbiq edilməməsini, məhkəmə tərəfindən işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən halların tamamilə araşdırılmamasını göstərsə də, apellyasiya şikayətində məhz hansı maddi hüquq normalarının tətbiq edilmədiyini, həmçinin hansı halların məhkəmə tərəfindən tamamilə araşdırılmadığını qeyd etməmişdir. Kollegiya belə hesab edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillər onun subyektiv mülahizəsidir, məhkəməyə isə subyektiv mülahizələr deyil, işin hallarını təsdiq edə n obyektiv faktlar təqdim olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir və qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Yuxarıda qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, İ ddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(079)-23/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Babək Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(079)-23/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 392, 402-406-cı maddələrini rəhbər tutaraq kollegiya qət e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(079)-23/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Babək Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(079)-23/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-51/2022
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-51/2022
05.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver