Məhkəmə qərarları › İş №2(108)-51/2025

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-51/2025

21.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-51/2025 21.04.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), X12 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X7 məhkəmə iclas katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması, qanunsuz tikililərin sökülməsi, həyətyanı sahəsindən kanalizasiya xəttinin çıxarılması tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(089)-237/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 18 iyul 2024-cü ildə iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan ünvan 1ində yerləşən 0.4323 hektar torpaq sahəsinə Cavabdeh tərəfindən mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması, cavabdeh tərəfindən qanunsuz olaraq hasarın üzərində inşa edilmiş tikililərin öz hesabına sökülməsi və həyətyanı sahədən kanalizasiya xəttinin çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə 1-3). Culfa Rayon Məhkəməsinin (sədrlik edən hakim Mehrab Məmmədov) 06 noyabr 2024-cü il tarixli, 2(089)-237/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və kanalizasiya xəttinin çıxarılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdi (iş vərəqə 102-107). Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan İddiaçı 31 yanvar 2025-ci ildə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Culfa Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(089)-237/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir (iş vərəqə 119-127). İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdi ki, Culfa Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 noyabr 2024-cü il tarixli, 2(089)-237/2024 nömrəli qətnamədə məhkəmə tərəfindən müəyyən olunaraq qiymətləndirilən xüsusatlar tamamı ilə əsassız və qanunsuz olmuşdur. Məhkəmə qətnaməsində işin araşdırılan hallarından müəyyən edilmişdi ki, onun mülkiyyətində olan tor paq sahəsini əhatə edən divar cavabdeh tərəfindən artırılmış, sonuncunun mülkiyyətində olan 220 A nömrəli torpaq sahəsində cavabdeh tərəfindən 6.4 metr uzunluğunda inşa edilmiş qarajın bir divarı və 3x4 metr ölçüdə olan yardımçı tikilinin bir divarı onun divarı kimi istifadə olunmuşdu. 09 oktyabr 2024-cü il tarixdə ünvan 1ində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət aparılmış, İddiaçı mülkiyyətində olan 284B və Cavabdeh mülkiyyətində olan 220A kadastr nömrəli həyətyanı torpaq sahələrinə naturada baxış keçirilmiş, baxış zamanı torpaq sahəsinə dair sənədlər araşdırılmış və elektron taxeometrlə müvafiq ölçü işləri aparılmış, cavabdehin mülkiyyətində olan 220 A nömrəli torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş 6.4 metr uzunluğunda olan qarajın və 3x4 metr ölçüdə olan yardı mçı tikilinin cavabdeh tərəfindən artırılan hissələrinin onun nümayəndəsi tərəfindən sökülməsi müəyyən edilmişdi. Həmin tarixdə, yəni 09 oktyabr 2024-cü il tarixdə verilmiş və iş materiallarına əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdi ki, 09 oktyabr 2024cü il tarixdə ünvan 1ində yerləşən İddiaçı mülkiyyətində olan 284B və Cavabdeh mülkiyyətində olan 220A kadastr nömrəli həyətyanı torpaq sahələrinə naturada baxış keçirilmiş, baxış zamanı torpaq sahəsinə dair sənədlər araşdırılmış və elektron taxeometrlə müvafiq ölçü işləri aparılmış, araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh mülkiyyətində olan torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi qonşu ilə ortaq divar üzərində inşa edilmiş, bəhs edilən kanalizasiya xətti qonşu ilə ortaq divarın üzərində inşa edilmiş fərdi yaşayış evin dən 0.28 metr aralı olmaqla 14.32 metr uzunluğa malik hissədə İddiaçı mülkiyyətində olan torpaq sahəsindən keçir. Belə olan halda eyni gündə naturada baxış keçirmiş məhkəmə ilə aidiyyəti orqanın mütəxəssisinin rəyi necə olur ki fərqli olur. Əgər 220 A nömrəli torpaq sahəsində, yəni mülkiyyətində cavabdeh tərəfindən inşa edilmiş 6.4 metr uzunluğunda olan qarajın və 3x4 metr ölçüdə olan yardımçı tikilinin cavabdeh tərəfindən artırılan hissələri cavabdehin nümayəndəsi tərəfindən sökülmüşdürsə bunu necə olub ki, mütəxəssis görə bilməmiş və fərqli bir rəy vermiş, buna baxmayaraq məhkəmə görərək müəyyən etmişdir? 09 oktyabr 2024-cü il tarixli mütəxəssis rəyində göstərilir ki, həmin tarixdə ünvan 1ində yerləşən İddiaçı mülkiyyətində olan 284B və Cavabdeh mülkiyyətində olan 220A kadastr nömrəli hə yətyanı torpaq sahələrinə naturada baxış keçirilmiş, baxış zamanı torpaq sahəsinə dair sənədlər araşdırılmış və elektron taxeometrlə müvafiq ölçü işləri aparılmış, araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh mülkiyyətində olan torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi qonşu ilə ortaq divar üzərində inşa edilmiş, bəhs edilən kanalizasiya xətti qonşu ilə ortaq divarın üzərində inşa edilmiş fərdi yaşayış evindən 0.28 metr aralı olmaqla 14.32 metr uzunluğa malik hissədə İddiaçı mülkiyyətində olan torpaq sahəsindən keçir. Məhkəmə aydın və tam başa düşüləcək şəkildə göstərilmiş rəydəki məlumatları nəyin əsasında, necə olur ki, təhrif edərək cavabdehin marağına uyğun şəkildə göstərmişdir. Ümumiyyətlə məhkəmənin gətirdiyi əsas heç bir reallığı əks etdirməmiş və tamamilə qanunsuz olmuşdur. Orada heç bir tikili sökülməmişdir. Həmçinin qətnamədə göstərilir ki, İddiaçı mülkiyyətində olan 284B və Cavabdeh mülkiyyətində olan 220A kadastr nömrəli həyətyanı torpaq sahələrinə naturada baxış keçirilmiş, baxış zamanı torpaq sahəsinə dair sənədlər araşdırılmış və elektron taxeometrlə müvafiq ölçü işləri aparılmış, araşdırma zamanı Cavabdeh mülkiyyətində olan torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi qonşu ilə ortaq divarın üzərində inşa edilmiş, bəhs edilən kanalizasiya xətti qonşu ilə ortaq divarın üzərində inşa edilmiş fərdi yaşayış evindən 0,28 metr aralı olmaqla 14.32 metr uzunluğa malik hissədə İddiaçı mülkiyyətində olan torpaq sahəsindən keçməsi məlum olur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırır ki, İddiaçı mülkiyyətində olan 284B nömrəli torpaq sahəsindən, Cavabde h mülkiyyətində olan 220A kadastr nömrəli həyətyanı torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə aid olan kanalizasiya xəttinin cavabdeh tərəfindən qonşu ilə ortaq divarın üzərində inşa edilmiş fərdi yaşayış evindən 0.28 metr aralı olmaqla 14.32 metr uzunluğa malik hissədə İddiaçı mülkiyyətində olan torpaq sahəsindən keçməsi İddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə maneçilik yaranmır, onun hüququnu əhəmiyyətli dərəcədə pozmur. Culfa Rayon Məhkəməsinin qətnamədə göstərdiyi nəticədən aydın olur ki, iddiaçının mülkiyyət hüququ əhəmiyyətli olmadığından pozula bilər. Yəni məhkəmə qəbul etdiyi qətnamə ilə təsdiq edir ki, şəxsin hüququ əhəmiyyətli dərəcədə pozulmursa, pozula bilər. Məhkəmənin bu cür yanaşması məhkəmənin ədalətini, obyektivliyini ciddi şəkildə şübhələr altına almış olmaqdadır. 09 oktyabr 2024-cü il tarixli mütəxəssis rəyi bir daha məhkəmənin mövqeyinin obyektiv həqiqəti əks etdirmədiyini sübut edir. Məhkəmənin özü naturada baxış zamanı mütəxəssis rolunu oynaya bilməzdi, o, ölçü işləri və sair texniki hərəkətləri aparmaq imkanına malik deyildir, dəvət olunmuş mütəxəssis müvafiq hərəkətləri apararaq rəy vermişdi. Bunu qəbul etməyən məhkəmə təkrar mütəxəssis dəvət edə və ya ekspertiza keçirilməsi barədə qərar qəbul edə bilərdi. Cavabdeh dam örtüyünün bütün sularını onun həyətinə ötürür. Ona məxsus olan həyətyanı sahəsindəki damı sökərək həmin daşlardan özünə ev tikmiş və evinin arxasındakı pəncərəsini özbaşına hörərək tikmişdir. Cavabdehin tikdiyi evin torpaq sahəsi bələdiyyəyə məxsus torpaq sahəsi idi, o, həmin torpaq sahəsini qanunsuz olaraq özəlləşdirmişdir. Bütün bu halları məhkəmə ümumiyyətlə araşdırmamışdı. Evinin arxasına bitişik olaraq ev tikdiyindən dam örtüyünə çıxa bilmir. Yekun etibarı ilə məhkəmənin naturada mübahisəli əraziyə baxış keçirməsi ilə nəticəyə gəlməsi tamamı ilə ədalətsiz bir davranışdır. Məhkəmə sübutları tam, hərtərəfli və obyektiv araşdırmadan heç bir hüquqi əsası olmayan qətnamə qəbul etmişdir. Məhkəmə qanunsuz və əsassız qətnaməsi ilə onun qanunlarla qorunan hüquqlarını pozmuşdur. O, apellyasiya şikayətinin maddi-hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 72-ci, Mülki Məcəllənin 111, 146.1, 152.1, 157.2, 178.1, 180, 238.1, 238.2, 239.2, 240.1, 240.2-ci, Torpaq Məcəlləsinin 55, 67.1, 67.3, 67.4, 111-ci, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.35, 3.0.36, 69.1, 69.2, 69.4, 69.7, 72-ci maddələrinə, prosessual əsası kimi Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 2.2, 14.1, 88-ci maddələrinə, “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “İbrahimi Türkiyəyə qarşı”, 22 sentyabr 2009-cu il tarixli qərarına, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi müddəaları haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 nömrəli qərarına istinad etmişdi. Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən 13 mart 2025-ci il tarixdə apellyasiya şikayətinə qarşı etiraz verilmiş və qeyd edilmişdi ki, apellyasiya şikayəti ilə razılaşmır, Culfa Rayon Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli, 2 (089)-237/2024 nömrəli qətnaməsini qanuni hesab edir. Apellyasiya şikayətində qeyd edilən mülki məsələ ilə bağlı mübahisələr 2023-cü ilin sonlarından yaranmışdır. Belə ki, cavabdehə məxsus yaşayış evinin tam yaxınlığında iddiaçının fərdi yaşayış evi vardır. İddiaçı həmin yaşayış evində qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq çayxana işlətmək istədiyindən həmin məsələyə narazılığını bildirmiş, daha sonra aidiyyəti orqanlara bu məsələ ilə bağlı şikayət ünvanlamış, İddiaçı həmin yaşayış evində sahibkarlıq fəaliyyəti ilə məşğul olmağına icazə verilməmişdi. İddiaçı isə bundan sonra mülkiyyət hüququndan sui-istifadə etməyə başlamışdı. Cavabdehə məxsus fərdi yaşayış evi yeni tikili deyil, 1990-cı illərin sonlarında tikilməyə başlanılmış, 2000-ci ildə son tikinti işləri yekunlaşmışdır. H əmin tarixdən iddiaçının atası Səbzalı Məmmədovun vəfat etdiyi 07 iyun 2023-cü il tarixə qədər qonşu ilə aralarında hər hansı bir mübahisə olmamışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1ində 0.4323 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 108.97 kvadrat metr tikililərə İddiaçı mülkiyyət hüququ 17 oktyabr 2023-cü il tarixdə yaranmışdır. Cavabdehə məxsus yaşayış evi İddiaçı tərəfindən mülkiyyət hüququ almadan xeyli illər əvvəl tikilmiş, 2021-ci ildə isə təmir edilmişdi. İddiaçının ona məxsus yaşayış evinə mülkiyyət hüququ 17 oktyabr 2023-cü il tarixdə yaranmışdır. Həmin tarixdən əvvəl idd iaçının hazırda mülkiyyətində olan torpaq sahəsi onun atası mərhum X8 məxsus olmuşdur. Özü və Cavabdeh Səbzalı Məmmədovla hər hansı bir mübahisəsi olmamışdır. İddiaçı 30 noyabr 2023-cü il tarixdə cavabdeh tərəfindən ona məxsus torpaq sahəsinin sərhədlərinin pozulması iddiası ilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etmiş və Xidmətin 20 dekabr 2023-cü il tarixli, 06/m-299 nömrəli məktubunda qeyd edilmişdi ki, 5 dekabr 2023-cü il tarixdə Xidmət Aparatının Torpaq Məsələləri Şöbəsinin, Xidmətin Culfa Rayon İdarəsinin mütəxəssislərinin, Culfa Rayon İcra Hakimiyyəti başçısının Kırna kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsinin, Kırna bələdiyyəsinin sədrinin, Kırna kənd sakini Rahib Məmmədovun və Nümayəndə iştirakı ilə ərizədə qeyd edi lmiş torpaq sahəsinin zəbt olunması məsələsi yerində araşdırılmış, Culfa Rayon Notariat Ofisində 02 oktyabr 2023-cü il tarixdə qeydiyyata alınmış 2V-88 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 4323,0 kvadrat metr və JN-220A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə cavabdeh mülkiyyətinə verilmiş 2400 kvadrat metr həyətyanı torpaq sahələrinin sərhəd döngə nöqtələri naturaya köçürülmüş, qonşu mülkiyyətçi tərəfindən torpaq sahəsinin zəbt olunması faktı aşkar edilməmiş, araşdırma zamanı qonşu torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinin arasındakı mövcud olan daş hasarın hündürlüyünün qonşu tərəfindən artırılaraq yardımçı binaların divarı kimi istifadə olunduğu müəyyən edilmişdi. Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 20 dekabr 2023cü il tarixli, 06/m-299 nömrəli məktubundan aydın olur ki, qonşu mülkiyyətçiyə məxsus torpaq sahəsinin sərhədləri pozulmayıb. İddiaçı bildirir ki, cavabdeh ona məxsus hasarın üzərində tikililər tikmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Cavabdehə məxsus 6.4 metr uzunluğunda inşa edilmiş qaraj 2006-cı ildə, 3mx4m ölçüdə yardımçı tikili (tövlə) 2010-cu ildə inşa edilmişdir. İddiaçın ın istinad etdiyi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi isə Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanunu ilə təsdiq edilmişdi. Cavabdehə məxsus 6.4 metr uzunluğunda qaraj və 3x4 m ölçüdə yardımçı tikilinin artırılan hissələri tərəfindən sökülmüş, ona məxsus hasarın üzərinə qoyulan dam örtüyü və dirəklər hasarın üzərindən kənara çəkilmişdi. Eyni zamanda qarajın damından axan yağıntı sularının istiqamətini dəyişdirdiyindən su artıq iddiaçının həyətinə tökülmür. Kanalizasiya xətti İddiaçı atası Səbzalı Məmmədovun sağlığında, sonuncunun həmin yaşayış sahəsinə mülkiyyət hüququ olan zaman qarşılıqlı razılıq əsasında onun həyətindən, cavabdehə məxsus evə bitişik şəkildə, qonşu ilə ortaq divarın sərhədində çəkilmişdi. Cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üçün çəkilmiş kanalizasiya xəttinin başqa istiqamətdə aparılması mümkün olmadığından, kanalizasiya xəttinin sökülməsini düzgün hesab etmir. Çünki Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.3-cü maddəsinə əsasən mühəndis-kommunikasiya təminatı xətlərinin çəkilməsi üçün başqa əlverişli həll yollarının olmadığı təqdirdə, qonşu mühəndis-kommunikasiya təminatı xətlərinin öz sahəsindən keçməsinə icazə verməlidir. Həmçinin kanalizasiya xətti fərdi yaşayış evinə bitişik, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sərhəd xəttində çəkilmişdir ki, kanalizasiya xətti fərdi yaşayış evinə bitişik çəkildiyindən xəttin çəkildiyi yerdə iddiaçı tərəfindən hər hansı bir işin görülməsi də mümkün deyil. Kanalizasiya xətti mövcud vəziyyətdə iddiaçı tərəfindən mülkiyyət sahəsində hər hansı bir işin görülməsinə mane olmur və onun hüququnu əhəmiyyətli dərəcədə pozmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulmursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Qonşu torpaq sahələrinin və yaxud daşınmaz əmlakların bir-birinin yaxınlığında yerləşməsi, onların bir-biri ilə ümumi sərhədə malik olmamalarından asılı olmayaraq qarşılıqlı təsirləri labüd edir. Bu təsirləri iki qrupa ayırmaq olar: qarşısının alınması mümkün olan və mümkün olmayan təsirlər. Elə təsirlər var ki, onların qarşısının alınması ya ümumiyyətlə mümkün olmur, ya da həmin təsirləri tamamilə aradan qaldırmaq mümkün olmur. Bu problemin həlli ilə əlaqədar Mülki Məcəllənin 171-ci maddəsində qonşu təsirinə dözmək vəzifəsi müəyyən olunmuşdu. Dam örtüyündən axan bütün suların İddiaçı həyətinə axıdılması iddiası ilə razı deyil. Dam örtüyündən axan suların bir hissəsi onun həyətinə tökülür və bunu aradan qaldırmağa heç vaxt etiraz etməyib. İddiaçıya məxsus yaşayış evinin damından axan yağıntı sularının bir hissəsi novdanların baxımsız olması səbəbindən cavabdehə məxsus həyətə tökülür və eyni zamanda cavabdehin fərdi yaşayış evinin arxa tərəfinə iddiaçıya məxsus yardımçı tikilinin damından tökülən yağıntı suları cavabdehin evinə zərər vurur. İddiaçıya qarşıl ıqlı olaraq yağıntı sularının istiqamətini dəyişməyi təklif etmiş, lakin o, cavabdehdən tələb etsə də özü verdiyi ziyana məhəl qoymayıb. İddiaçının həyətindəki yardımçı tikilinin divarı iddiaçı mülkiyyət hüququ almadan əvvəl, 2021-ci ilin aprel ayında Səbzalı Məmmədovun razılığı və iştirakı ilə tərəfindən sökülmüşdü. Divarın daşlarını razılıq əsasında istifadə edib, qarşılığında mülkiyyətçiyə pul ödəyib. Həmçinin qonşuya məxsus evin pəncərəsi həyətinə açıldığı üçün qonşusu Səbzalı Məmmədovun razılığı əsasında pəncərəni hörüb. Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malikdir. Hər bir kəs yaşadığı dövrdə əmlak əldə edə, ondan istifadə edə və onun barəsində istədiyi kimi sərəncam verə bilər. Sərəncam vermək hüququ Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Cavabdehə məxsus fərdi yaşayış evi bələdiyyəyə məxsus torpaq sahəsində inşa edilməmiş və qanunsuz olaraq özəlləşdirilməmişdir. İddiaçının bu iddiası böhtan xarakter daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasında bəyan edilmişdi ki, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Göründüyü kimi, insanın hüquq və azadlıqları onun vəzifəsindən və məsuliyyətindən ayrı ola bilməz. Vətəndaşların əsas vəzifələri və məsuliyyəti isə Konstitusiyanın 4-cü fəslində nəzərdə tutulmuşdu. Həmin fəsildə cəmləşdirilmiş maddələrdən görünür ki, hər bir şəxs konstitusiyaya və qanunlara əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunlardan irəli gələn digər vəzifələri də yerinə yetirməlidir. Konstitusiyanın və qanunların pozulması, o cümlədən konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə məsuliyyətə səbəb olur. Göründüyü kimi, konstitusiya səviyyəsində başqa şəxslərin hüquq və azadlıqlarının pozulması və öz hüquq və azadlıqlarından sui-istifadə edilməsi yolverilməz elan edilmişdi. Bu konstitusiya müddəasından çıxış edərək, şərh olunan maddədə göstərilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formada sui-istifadə edilməsinə yol verilmir. Bu hər şeydən əvvəl hüququn ancaq öz sosial təyinatına müvafiq həyata keçirilməsi ilə izah olunur. Bununla bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 17 sentyabr 2021-ci il tarixli qərarında qeyd edir ki, dürüstlük əxlaqı və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdu. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürü st, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb- sığmamasını. aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Cavabdehin nümayəndəsi Nümayəndə yekunda apellyasiya şikayətinə qarşı etirazında kollegiyadan apellyasiya şikayətinin təmin edilməməsi və Culfa Rayon Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli, 2(089)-237/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxl anılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verməmişdi. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. Apellyasiya şikayətinə baxılması ilə bağlı 10 aprel 2025-ci ildə keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən iddiaçı-apellyator İddiaçı verdiyi izahatında apellyasiya şikayətini müdafiə etdiyini, torpaq sahəsinin çıxarışında bütün d əqiqliyi ilə hər şeyin öz əksini tapdığını, heç kimin qonşusunun kanalizasiya xəttinin öz həyətindən keçməsini qəbul etməyəcəyini, cavabdehin isə evinin kanalizasiya xəttinin ona məxsus olan torpaq sahəsindən keçdiyini, özünə məxsus olan ərazidə çayxana açmaqla bağlı isə özünün Nümayəndə razılıq aldığını, ona görə də oranın açılması üçün lazım olan işləri görmək məqsədilə bankdan kredit götürdüyünü, həmin ərazidə yerləşən yaşayış obyektini qeyriyaşayış obyektinə çevirmək üçün orada xeyli işlər gördüyünü, sonradan cavabdehin nümayəndəsinin fikrini dəyişdirdiyini, buna görə işlərin yarımçıq qaldığını, bununla bağlı yaranmış borclarını ödəyə bilmədiyini, bu səbəbdən də Türkiyə Respublikasında işləməyə getdiyini, cavabdehdən tələbinin onun sökülmüş divarının bərpa olunması və evini sökərək onu n divarından uzaqlaşdırmaq olduğunu, qanunvericilikdə evlər tikilən zaman onların arasında məsafə buraxılması qeyd edilsə də, qarşı tərəfin buna əməl etmədiyini, eyni zamanda atasının həmin dövrdə dispanserdə müalicə olunduğundan tikintinin də hansı qaydada aparılmasını bilmədiyini qeyd etmişdir. İddiaçıya verilmiş suallara cavab olaraq bildirmişdi ki, cavabdehin nümayəndəsinin tikililərin hamısını atası Səbzalı Məmmədovun zamanında tikdiyini, cavabdehin onun divarını sökərək, öz evini onun tikilisinə yaxın tikdiyini və özünün düşündüyünə görə, bu divarın ortaq ola bilməyəcəyini, əvvəllər evlərin arasında 70 santimetr məsafə olduğunu, özünün oradan evin damına çıxa bildiyini, cavabdehin divarı sökərək 20 santimetr içəri daxil olub evini tikdiyini, hasarının üzərində cavabdehin ev, qaraj və tövlə tikdiyini, onların sökülməsini tələb etdiyini, iddia tələbində mülkiyyətinə olan maneənin aradan qaldırılması dedikdə, iddia tələbində qeyd etdiyi özünə məxsus divarın üzərində cavabdeh tərəfindən tikilmiş, yaşayış evinin, yardımçı tikili olan qaraj və tövlənin sökülməsini nəzərdə tutduğunu, öz evlərinin nə zaman tikildiyini dəqiq deyə bilmədiyini, bunu xatırlamadığını, özü anadan olanda o evi gördüyünü, hətta evin 15 il müddətində qanuni qaydada çörək sexi kimi fəaliyyət göstərdiyini, cavabdehin həmin ərazidə əvvəldən evi olsa da, sonradan onun evi bərpa edərək böyütdüyünü, əvvəllər cavabdehin evinin divarının öz tərəfində qaldığını, sonradan onun divarı söküb içəri daxil olaraq evini genişləndirdiyini, qarşı tərəf evini bərpa edən zaman atasının həyatda olduğunu və indi onun adına olan əmlakın özünə məxsus olduğunu, cavabdehin onun divarına söykənmiş qarajı təqribən 10 il əvvəl tikdiyini, divarına söykənən tövlənin isə qarajdan sonra təqribən 6-7 il əvvəl tikildiyini, kanalizasiya xəttinin təqribən 3 il əvvəl cavabdehin evi təmir etməyə başladığı dövrdə çəkildiyini, o zaman atasının həyatda olduğunu, mübahisələndirilən tikililərlə bağlı atası ilə qarşı tərəf arasında onun sağlığında hər hansı mübahisə olması barədə özünün məlumatının olmadığını, atası həyatda olan zaman qarşı tərəflə onun arasında qaraj tikiləndən sonra mübahisə olduğunu və atası qarajın onlara aid olan divara söykənməsini istəmədiyini, lakin bununla bağlı məhkəməyə təqdim edəcək hər hansı sübutunun olmadığını, qarşı tərəfin pəncərəni və manqalı atası həyatda ikən evini bərpa edən zaman tikdiyini, yerində baxış keçirilən zaman aktda adı qeyd edilmiş Rza Qasımov adlı şəxsin cavabdehin nümayəndəsinin oğlu olduğunu, apellyasiya şikayətində adı qeyd edilən X3 olduğunu bilmədiyini, qarşı tərəfin onun ərazisindən keçirdiyi kanalizasiya xəttinin demək olar ki, yerin üstündə olduğunu, atasının tikintinin hansı formada aparılmasından xəbərdar olmaması ilə bağlı sübut kimi dispanserdən verilmiş arayışı təqdim edə biləcəyini, atasının dispanserdən çıxdıqdan 7 ay sonra rəhmətə getdiyini, ilk dəfə qarşı tərəfin evini bərpa etdiyini biləndən sonra ondan şikayət etmədiyini, ona öz ərazisində çayxana açmaq istədiyini dediyini və cavabdeh tərəfin də onunla razılaşdığını, Nümayəndə onun çayxana işlətməsindən şikayətçi olduqdan sonra özünün onun tikililəri ilə bağlı məhkəməyə müraciət etdiyini, qarş ı tərəf onun öz evini çayxana kimi işlətməyi ilə bağlı problem yaratmazsa özünün iddiasından imtina edə biləcəyini, hazırda çayxana açmaq üçün onun qanuni icazəsinin olmadığını bildirmişdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək verdiyi izahatında cavabdeh olan bacısı Cavabdeh əlil olduğu üçün onu özünün təmsil etdiyini, məhkəməyə təqdim etdiyi apellyasiya şikayətinə qarşı etiraz ərizəsində şikayətlə bağlı bütün fikirlərini bildirdiyini, həmin ərizənin isə elan olunduğunu, başqa bir fikrinin olmadığını bildirdikdən sonra, ona verilmiş suallara cavab olaraq mübahisə predmeti olan tikililərin üzərində yerləşdiyi torpaq sahəsinin 19901991-ci illərdə əldə olunduğunu, tikintinin 1991-ci ildə başlandığını, həmin dövrdə 2 otağın tikildiyini, təməlinin qoyulduğunu, köhnə evin 2000-ci ildə tam olaraq bərpa olunduğunu, həmin evdə 10 il müddətində yaşayış olmadığını, 2020-2021-ci ildə evin üzünün başqa istiqamətə çevrilməklə təmir edildiyini, köhnə ev bərpa edilən zaman ona bir otaq əlavə olunduğunu və həmin otağın öz hasarları boyunca inşa edildiyini, mübahisə predmeti olan qarajın isə 2006-cı ildə, tövlənin isə təqribən 10 il öncə tikildiyini, mübahisəli obyektlər tikilən zaman iddiaçının atası Səbzalı Məmmədovun tikililərlə bağlı onlara hər hansı etiraz bildirmədiyini, qonşu kimi hər zaman yanlarında olduğunu, qarajın və tövlənin işə birinci instansiyada baxılarkən iddiaçının hasarı üzərindən götürüldüyünü, iddiaçı tərəfindən ləğv edilməsi tələb olunan pəncərənin 2021-ci il tarixdə tikildiyini, çayxana açmaq üçün razılıqla bağlı iddiaçı ilə aralarında hər hansı danışıq olmadığını, kiçik pəncərənin Səbzalı Məmmədovun sağlığında onun tərəfindən bağlandığını, iddiaçının atasının buna etiraz etmədiyini, artırma və təmir işlərinin 2021-ci il tarixdə yekunlaşdığını, həmin evdə 2022-ci ildən bacısı ilə birlikdə öz oğlunun yaşadığını, orada iddiaçının çayxana açmasını eşitdiyini, lakin bununla bağlı ona heç bir müraciət etmədiyini qeyd edərək, yekunda Culfa Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(089)-237/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması kollegiyadan xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş: - 02 oktyabr 2 023-cü il tarixli, 2V-88 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən X5 07 iyun 2023-cü ildə ölməsi, ondan VAZ 21063 minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, ünvan 1i ünvanında 0.4323 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 108.97 kvadrat metr, yaşayış sahəsi 41.47 kvadrat metr, yardımçı sahəsi 67.5 kvadrat metr olan 2 otaqlı fərdi yaşayış evi ilə birlikdə həyətyanı torpaq sahəsinin və ünvan 1i ünvanında 0.1831 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 116,61 kvadrat metr, yaşayış sahəsi 60.33 kvadrat metr, yardımçı sahəsi 56.28 kvadrat metr olan 3 otaqlı fərdi yaşayış evi ilə birlikdə həyətyanı torpaq sahəsinin miras qalması və həmin mirasdan İddiaçı tam pay alması (iş vərəqə 10); - Naxçıvan Muxtar Re spublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 17 oktyabr 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən ünvan 1ində yerləşən 0.4323 hektar torpaq sahəsi və onun üzərində inşa edilmiş sahəsi 108.97 kvadrat metr olan fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olması (iş vərəqə 9); - “Torpağın mülkiyyətə verilməsinə dair” JN-seriyalı, 220A nömrəli, kod nömrəsi 10604018 olan şəhadətnamənin surətindən ünvan 1ində yerləşən 0.24 hektar həyətyanı sahənin Cavabdeh mülkiyyətinə olması (iş vərəqə 58-62); - işdə iştirak edən şəxslərin izahatlarından, mütəxəssis məsləhətindən, həmçinin yerində müayinə protokolundan İddiaçı mülkiyyətində ol an ünvan 1ində yerləşən 0.4323 hektar torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan ünvan 1ində yerləşən 0.24 hektar həyətyanı sahənin qonşuluqda yerləşməsi; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 20 dekabr 2023-cü il tarixli, 06/m-299 nömrəli məktubunda İddiaçı 30 noyabr 2023-cü il tarixdə xidmətə daxil olan 28 noyabr 2023-cü il tarixli müraciəti ilə əlaqədar 05 dekabr 2023-cü il tarixdə Xidmət Aparatının Torpaq Məsələləri Şöbəsinin, Xidmətin Culfa Rayon İdarəsinin mütəxəssislərinin, Culfa Rayon İcra Hakimiyyəti başçısının Kırna kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin, Kırna bələdiyyəsinin sədrinin, Rahib Məmmədovun və qonşu torpaq mülkiyyətçisinin nümayəndəsi Nümayəndə iştirakı ilə ərizədə qeyd edilmiş torpaq sahəsinin zəbt olunması məsələsinin yerində araşdırılması, Culfa Rayon Notariat Ofisində 02 oktyabr 2023-cü il tarixdə qeydiyyata alınmış 2V-88 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 4323,0 kvadrat metr və JN-220A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə Cavabdeh mülkiyyətinə verilmiş 2400,0 kvadrat metr həyətyanı torpaq sahələrinin sərhəd döngə nöqtələrinin naturaya köçürülməsi, qonşu mülkiyyətçi tərəfindən torpaq sahəsinin zəbt olunması faktı aşkar edilməməsi, araşdırma zamanı qonşu torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinin arasındakı mövcud olan daş hasarın hündürlüyünün qonşu tərəfindən artırılaraq yardımçı binaların divarı kimi istifadə olunmasının qeyd edilm əsi (iş vərəqə 7-8); - ünvan 1ində 05 dekabr 2023-cü il tarixdə tərtib edilmiş aktın surətindən İddiaçı 28 noyabr 2023-cü il tarixdə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qonşusu X13 ona aid torpaq sahəsini zəbt etməsi ilə əlaqədar etdiyi müraciətinə yerində baxılması, Kırna kəndinin yerquruluşu planına, vətəndaşlara verilən şəhadətnamə və çıxarışa uyğun dəqiqləşmə işlərinin aparılması, 220A nömrəli həyətdə olan 6,4 metr uzunluğunda qarajın bir tərəf divarının qonşunun, yəni şikayətçinin divarının üstünə hörülməsinin, tirlər atılmasının, şifer vurulmasının müəyyən edilməsinin, şikayətçinin həyətinin aşağı hissəsində 220A nömrəli həyətin 3x4 metr olan yardımçı tikililərin də iki divarının onun divarının üstünə hörülməsi, aparılan ölçmə işlərində qonşu Nümayəndə və şikayə tçi kənddə olmadığından onun əmisi Rahib Məmmədovun iştirak etməsi (iş vərəqə 06); - 09 oktyabr 2024-cü il tarixli Məhkəmə iclasından kənar aparılmış prosessual hərəkət barədə protokolda mülki işə birinci instansiya məhkəməsində baxılması zamanı iddiaçının mülkiyyətində olan və mübahisə predmetini təşkil edən daşınmaz əmlakın yerində müayinə edilməsi, müayinə zamanı cavabdehin mülkiyyətində olan torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin qonşu ilə ortaq divarın üzərində inşa edilməsinin, kanalizasiya xəttinin isə qonşu ilə ortaq divarın üzərində inşa edilmiş fərdi yaşayış evindən 0.28 metr aralı olmaqla, 14.32 metr uzunluğa malik hissədə İddiaçı mülkiyyətində olan torpaq sahəsindən keçməsi və ortaq divarın üzərində inşa edilmiş qaraj və tövlənin sökülməsinin müəyyən edilməsinin q eyd edilməsi (iş vərəqə 76-77); - 09 oktyabr 2024-cü il tarixli mütəxəssis rəyindən ünvan 1ində yerləşən İddiaçı mülkiyyətində olan 284B və Cavabdeh mülkiyyətində olan 220A kadastr nömrəli həyətyanı torpaq sahələrinə naturada baxış keçirilməsi, baxış zamanı torpaq sahəsinə dair sənədlərin araşdırılması və elektron taxeometrlə müvafiq ölçü işləri aparılması, araşdırma zamanı Cavabdeh mülkiyyətində olan torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi qonşu ilə ortaq divarın üzərində inşa edilməsinin, kanalizasiya xəttinin qonşu ilə ortaq divarın üzərində inşa edilmiş fərdi yaşayış evindən 0.28 metr aralı olmaqla 14.32 metr uzunluğa malik hissədə İddiaçı mülkiyyətində olan torpaq sahəsindən keçməsinin müəyyən edilməsi aydın olur (iş vərəqə 90). Apellyasiya şikayətinin hüquqi həllinə gəldikd ə isə kollegiya onu mülki iş materialları ilə birlikdə, həmçinin qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir; - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; - 5.1-ci maddəsində hər hansı fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılması göstərilir; - 9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmçinin həmin Məcəllənin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözü gedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməs i tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr). Azərbaycan Respublikası Konstitusiya Məhkəməs i Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Həmçinin Mülki-Prosessual Məcəllənin 392.2-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Culfa Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(089)- 237/2024 nömrəli qətnaməsini yalnız İddiaçı mübahisələndirir. Sonuncunun verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə yönəldiyindən sözügedən qətnamə apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam yoxlanılmalıdır. İddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsinin nəticə (və ya xahiş etdi) hissəsindən aydın olur ki, o, Cavabdeh qarşı ümumilikdə bir-biri ilə bağlı olan üç müstəqil iddia tələbi irəli sürərək, ondan; - mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılmasını; - cavabdeh tərəfindən qanunsuz olaraq hasarın üzərindən inşa edilmiş tikililərin öz hesabına sökülməsini; - özünə məxsus həyətyanı sahədən kanalizasiya xəttinin çıxarılmasını tələb edir. Mülki iş materiallarını tədqiq etdikdə görünür ki, iddiaçının tələbi mahiyyət etibarı ilə mülkiyyət hüququnun müdafiəsinə yönəlmiş iddia tələbidir. Onun iddia ərizəsini məhz bu aspektdən nəzərdən keçirdikdə İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnu müdafiəsi ilə bağlı tələbini aşağıdakı faktlarla əsaslandırması müəyyən edilir: - Cavabdeh ona məxsus divarı sökməsi və 70 santimetr ölçüdə iddiaçıya məxsus olan torpaq sahəsinə qanunsuz daxil olması; - cavabdehin hasar üzərində yeni ev tikməsi; - özünə məxsus evin arxa tərəfində olan pəncərəni cavabdehin xəbərsiz hörməsi, həmin yerdə manqal tikməsi və manqalın bacasını ona məxsus dam örtüyünə çıxarması; - cavabdehin torpaq sahəsində inşa edilmiş qarajın bir tərəfinin ona məxsus divarın üstündə hörülməsi, tir atması, dam örtüyü vurm ası, dam örtüyündən axan suyu novdandan həyətinə axıtması; - kanalizasiya xəttini ona məxsus həyətdən keçirməsi; - özünə məxsus divar və həyətdəki yardımçı tikilinin cavabdeh tərəfindən sökülməsi, daşlarını özünə tikdiyi divarda istifadə etməsi; - inşa etdiyi tövlənin iki divarını ona məxsus divarın üstünə hörməsi. İddiaçı Culfa Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsinin tələb hissəsini yuxarıda qeyd etdiyi faktlarla əlaqəli şəkildə araşdırdıqda aydın olur ki, o, həmin faktlar əsasında Cavabdeh qarşı cavabdeh tərəfindən qanunsuz olaraq hasarın üzərində tikilmiş tikililərin öz hesabına sökülməsi və özünə məxsus həyətyanı sahədən kanalizasiya xəttinin çıxarılması tələbini irəli sürsə də, digər faktlarla bağlı konkret tələb irəli sürməmişdi. İddiaçı tələbində qeyd etdiyi “mülkiyyət hüqu qlarının həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması” tələbini ümumi anlayış şəklində irəli sürdüyündən (həmçinin özünə məxsus divar və həyətdəki yardımçı tikilinin cavabdeh tərəfindən sökülməsi, daşlarını özünə tikdiyi divarda istifadə etməsi faktı ilə bağlı tələbinin isə nədən ibarət olması göstərilmədiyindən), yəni Cavabdeh konkret olaraq hansı maneənin aradan qaldırmasını tələb etməsini qeyd etmədiyindən, habelə birinci instansiya məhkəməsində araşdırılma buna uyğun aparıldığından və cavabdeh tərəf tələbə uyğun öz müdafiəsini həyata keçirdiyindən kollegiya belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı olan tələblərindən cavabdeh tərəfindən qanunsuz olaraq hasarın üzərindən tikilmiş tikililərin öz hesabına sökülməsi və özünə məxsus həyətyanı sahədən kanalizasiya xəttinin çı xarılması tələblərinin hüquqi həllinə aydınlıq gətirilməlidir. Çünki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin mahiyyətindən görünür ki, iddia ərizəsində iddiaçının tələbləri göstərilməlidir. Həmçinin apellyasiya şikayətinə baxılması zamanı İddiaçı verilmiş “İddia tələbində qeyd etdiyiniz mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması dedikdə nəyi nəzərdə tutursunuz” sübut sualına cavab olaraq o, iddia tələbində qeyd etdiyi özünə məxsus divarın üzərində cavabdeh tərəfindən tikilmiş, yaşayış evinin, yardımçı tikili olan qaraj və tövlənin sökülməsini nəzərdə tutduğunu bildirmişdi. İddiaçı Culfa Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(089)-237/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətində həmin məhkə mə aktını tam mübahisələndirdiyindən, sözügedən qətnamə ilə onun tələbi rədd edildiyindən, həmçinin şikayət Cavabdeh qarşı olan tələbinin təmin edilməsinə yönəldyindən iddiaçının cavabdeh tərəfindən qanunsuz olaraq hasarın üzərindən tikilmiş tikililərin öz hesabına sökülməsi və özünə məxsus həyətyanı sahədən kanalizasiya xəttinin çıxarılması tələbnə hüquqi qiymət verilməsi ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak o la bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİİ və İV hissələri). Göründüyü kimi konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, həmin hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilir ki, “mülkiyyət hüququ” Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; - 148.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; - 152.1-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.5-ci maddəsinin tələbinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; - 153.1-ci maddəsində göstərilir ki, bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər; - 154.1-ci maddəsinin tələbinə görə qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şə xslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər; - 169.1-ci maddəsi ilə müəyyən edilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər; - 238.1-ci maddəsində qeyd edilir ki, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir; 238.2-ci maddəsinin tələbinə görə əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Mülki işi yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə tərəflərin qonşuluq münasibətlərində olması və onlar arasında olan mübahisənin məhz bu münasibətdən yaranması aydın olur. Kollegiya bildirir ki, qonşuluq hüququ torpaq sahələrinin, binaların və digər əmlak növlərinin sahiblərinin arasında münasibətləri tənzimləməklə, qonşuların bir-birinə münasibətdə olan hüquq və vəzifələrini müəyyən edir. Bu münasibətləri tənzimləyən normalar Azərbaycan Respublikası Mülki Məcəlləsinin Vİİİ fəslində öz əksini tapmışdı. Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. İddiaçının tələbindən görünür ki, o, özünə məxsus olan torpaq sahəsi ilə Cavabdeh məxsus torpaq sahəsi arasında olan hasarda cavabdeh tərəf indən inşa edilmiş yardımçı tikililərin və fərdi yaşayış evinin, həmçinin həmin yaşayış evinə çəkilmiş kanalizasiya xəttinin onun hüququnu pozmasını əsas gətirərək mübahisələndirir və həmin hasarın ona məxsus olmasını bildirərək, bu maneələrin aradan qaldırılmasını tələb edir. Kollegiya belə hesab edir ki, baxılan mübahisəyə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə bağlı müəyyən edilmiş bəzi anlayışların tərəflərin diqqətinə çatdırılması zəruridir. Həmin Məcəllənin: - 3.0.11-ci maddəsinə görə bina insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, eləcə də istehsalat sahələrinin yerləşdirilməsi və ya maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza qur uluşuna malik olan tikinti obyektidir; - 3.0.12-ci maddəsinə əsasən qurğu müəyyən funksional təyinata malik olan və bina sayılmayan sair tikinti obyektidir (yollar, körpülər, piyada keçidləri, tunellər, hidrotexniki qurğular, bəndlər, istinad konstruksiyaları, mühəndis-kommunikasiya təminatı sistemləri və sairə); - 3.0.34-cü maddəsinin tələbinə görə qonşular tikinti ərazisinin yaxınlığında mülkiyyətində, icarəsində və ya istifadəsində torpaq sahəsi olan və tikinti nəticəsində qanunla qorunan maraqlarına toxunulan şəxslərdir; - 3.0.35-ci maddəsi ilə müəyyən edilir ki, yanaşı divarlar bitişik torpaq sahələrinin sərhədində ayrı-ayrılıqda inşa edilmiş divarlardır; - 3.0.36-cı maddəsinə əsasən ortaq divar iki qonşu torpaq sahələrinin sərhədində inşa edilmiş divardır. İddiaçı iki qonşu torpaq sa həsinin arasında inşa edilən divara öz mülkiyyəti kimi yanaşaraq onun üzərində cavabdeh tərəfindən inşa edilmiş üç tikilinin sökülməsini tələb etdiyindən kollegiya sonuncu qeyd edilən maddi hüquq normasının tələbinə əsaslanmaqla bildirir ki, hasar iki torpaq sahibi arasında sərhəd rolunu oynayan və hər iki tərəfə məxsus olan ortaq divardır. O halda hasar qonşulardan birinin xüsusi mülkiyyəti hesab edilə bilər ki, o sərhəd xəttində deyil, torpaq sahibinin öz mülkiyyətində inşa edilsin. Bu dolayı yolla da olsa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 176.1-ci maddəsi ilə öz təsdiqini tapır. Belə ki, həmin normaya görə hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mər z çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 20 dekabr 2023-cü il tarixli, 06/m-299 nömrəli məktubundan isə aydın olur ki, tərəflərə məxsus olan torpaq sahələrinin sərhəd xəttində hər hansı pozuntu və ya zəbt mövcud deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1, 213.2, 215.1, 222.2-ci və Şəhərsalma və Tikinti Məcəlləsinin 71.2-ci maddələrinin mahiyyəti onu deməyə imkan verir ki, iki torpaq sahəsinin sərhədində inşa edilmiş hasar ümumi mülkiyyət olmaqla, onunla bağlı sərəncam verilməsi m ülkiyyətçilərin ortaq razılığı əsasında həyata keçirilir. Belə ki, Mülki Məcəllənin: - 213.1 və 213.2-ci maddələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; - 215.1 və 222.2-ci maddələrinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətç ilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 71.2-ci maddəsi ilə müəyyən edilir ki, tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. Yuxarıda qeyd edilənlərin mahiyyəti onu deməyə əsas verir ki, hasar hər iki qonşunun sərhəd xəttində inşa edilmişsə bu onların ümumi mülkiyyəti sayılır, həmin daşınmaz əmlakdan hər bir mülkiyyətçi bərabər şəkildə istifadə edir və onun barəsində qanunvericiliyə uyğun olmaqla birgə razılıq əsasında sərəncam verirlər. Kollegiya bildirir ki, hazırda iddiaçı qarşı tərəflə aralarınd a olan hasar üzərində inşa edilmiş üç tikilini mübahisələndirdiyindən, onların hüquqi müqəddəratı tikililərin inşa edildiyi dövrün qanunvericiliyi tətbiq edilməklə həll edilməlidir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmçinin mülki iş materiallarından müəyyən edilir ki, iddiaçı tələbində cavabdeh tərəfindən qanunsuz olaraq hasarın üzərindən inşa edilmiş fərdi yaşayış evinin sökülməsini tələb etsə də, Culfa Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(089)237/2024 nömrəli qətnaməsindən işə baxan birinci instansiya məhkəməsinin iddiaçının sözügedən tələbinə hüquqi münasibət bildirməməsi müəyyən edilir. Kollegiya İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillərin araşdırılması üçün mübahisə predmeti olan daşınmaz əmlakların yerində müayinə edilməsini zəruri hesab etmiş və bununla bağlı müvafiq qərardad qəbul edərək 10 aprel 2025-ci ildə onların müayinəsini aparmışdı. Müayinə zamanı müəyyən edilmişdi ki, ünvan 1inin içərisindəki asfalt yolla şimal istiqamətində hərəkət edərkən İddiaçı məxsus torpaq sahəsi yolun sağ hissəsində yerləşir və mişar daşı ilə hər tərəfdən hasarlanmışdır. İddiaçının daşınmaz əmlakına məxsus dəmirdən olan darvaza qapısı həmin torpaq sahəsinin şimal tərəfində yerləşir. Həyətə daxil olan zaman iddiaçıya məxsus olan tikililərin daşınmaz əmlakın solunda yerləşməsi müşahidə edilir. Vizual olaraq həmin əmlakın qapılarının plastikdən hazırlanması və şüşələrdən ibarət olması müşahidə olunur. İçəri daxil olduqda döşəməyə kafel döşənilməsi və zalın çayxanaya uyğun dekorasiya edilməsi nəzərə çarpır. Çayxananın arxa tərəfində isə iki yardımçı otaq var ki, onların pəncərələri yoxdur və arxası cavabdehə məxsus daşınmaz əmlaka tərəfdir. Üzü cənuba baxdıqda iddiaçıya məxsus torpaq sahəsinin sol tərəfində şimaldan cənuba doğru ardıcıllıqla ilkin olaraq cavabdehə məxsus olan yaşayış evinin, əl damının, üç ədəd köhnə azbez şiferdən ibarət olan çəpərin, bundan sonra isə mişar daşından olan təqribən 1.5 metr hündürlüyündə olan hasarın olması müşahidə olunur. Mişar daşından ibarət hasar, köhnə tikilidir və palçıqdan inşa edilmişdi. Həyətin sonunda şərqdən qərbə doğru olan hasarın üzərində iddiaçıya məxsus torpaq sahəsini n sxemində 11.61 x 10.19 ölçülərdə olan köhnə tövlənin cavabdehin həyətində yerləşməsi, onun hal-hazırda yarımsökülü vəziyyətdə olması, yəni üzərində olan damının sökülməsi, yan divarlarının isə hasara bitişik olması müəyyən edilir. Qaraj isə iddiaçıya məxsus torpaq sahəsindən küçəyə çıxarkən üzü şimal istiqamətində durduqda sağ tərəfdə yerləşir. Eyni zamanda həmin qarajın bir divarının tərəflərin torpaq sahələrinin arasında olan hasardan ibarət olması, hasarın alt hissəsinin mişar daşından tikilməsi, yuxarı hissəsinin isə 3 sıra pirketdən ibarət olması (sonradan artırma) görünür. Ümumi görünüşündən qarajın köhnə bina olması müşahidə edilir. Qarajla mübahisə predmeti olan hasarın birləşdiyi yerdə isə cavabdehin yardımçı tikilinin içəridən üfüqi istiqamətdə ağırlığı daşımaq üçün tir yerləşd irməsi, yerdən isə ona dayaqlar vurulması, qarajın dam örtüyündə olan tirlərin hasarın üzərindən götürülərək üfüqi istiqamətdə dayaq kimi quraşdırlımış tirin üzərinə yerləşdirilməsi müşahidə olunur. Yəni qaraj tam sökülməyib, onun dam örtüyünün hasara təmas edən hissəsi sökülmüş, yan divarları isə mübahisə predmeti olan hasara bitişik vəziyyətdə qalmaqda davam edir. Sənədlərə əsasən qarajın arxa tərəfi cavabdehə məxsus olsa da bu hissənin ümumi istifadədə olan yol kimi istifadədə olması müəyyən olunur. Cavabdehə məxsus olan həyətə daxil olarkən sağ tərəfdə manqal tikilməsi və onun da iddiaçıya məxsus tikilinin yardımçı sahələrinə bitişik olması müşahidə edilir. Kanalizasiya xəttinə gəldikdə isə onun cavabdehin evinin arxa tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə bitişik şəkildə plastik boru ilə çəkilməsi, üzərinin az miqdarda torpaqla örtülməsi və müəyyən yerlərdə isə borunun görünməsi müşahidə edilir. Kanalizasiya xətti olan hissədə və ona yaxın olan hissələrdə iddiaçının hər hansı tikilisi müəyyən edilmir və o, çayxananın yerləşdiyi yerdən aralıdır. Cavabdehə məxsus olan kanalizasiya xətti ilə bağlı göstəricilərin-məlumatların 09 oktyabr 2024-cü il tarixdə mütəxəssis tərəfindən verilən rəydə olan məlumatlarla uyğunluq təşkil edibetməməsi yoxlanılan zaman, mütəxəssis rəyində olan məlumatların düzgün olması müəyyən edildi. Həmçinin yerində müayinə zamanı müəyyən edildi ki, hazırkı vəziyyətdə cavabdehin kanalizasiya xəttinin özünə məxsus torpaq sahəsindən aparılması üçün özünə məxsus yaşayış evinə ciddi ziyan vurmadan həyata keçirməsi mümkün deyil. Yerində müayinənin nəti cəsindən görünür ki, həqiqətən də birinci instansiya məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli məhkəmə iclasından kənar ayrıca hərəkətin aparılmasına dair protokolunda olan məlumatlar yardımçı tikililərin sökülməsinə dair hissədə düzgün deyil, yəni yardımçı tikili olan qaraj və tövlə bütünlükdə sökülməmişdi. Həmin tikililərin hasarın üzərində olan hissələri sökülsə də, yan divarları mübahisə predmeti olan hasara bitişik olmaqda davam edir. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, 09 oktyabr 2024-cü il tarixli protokolda yardımçı tikililərin sökülməsinin müəyyən edilməsi qeyd edildiyi halda, mütəxəssis rəyində, həmin tikililərə toxunulmur və orada söhbət fərdi yaşayış evindən gedir. Cavabdehin nümayəndəsi Cavabdeh məxsus fərdi yaşayış evinin 1990-cı ildə tikilməyə başlad ığını, 2021-ci ildə onun bərpa edildiyini qeyd etsə də, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-seriyalı, 220A nömrəli, kod nömrəsi 10604018 olan şəhadətnamənin surətindən aydın olur ki, həmin şəhadətnamə 13 fevral 2006-cı ildə verilən zaman ünvan 1ində yerləşən 0.24 hektar həyətyanı sahənin Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin üzərində hər hansı tikili mövcud olmamışdı. İddiaçıya verilmiş “cavabdehə məxsus yaşayış evi nə zaman tikilmişdi” sübut sualının cavabında o, həmin evin atasının sağlığında tikilməsini qeyd etmişdi. Həmçinin tərəflərə verilmiş suallardan yardımçı tikililərin də inşa edilmə vaxtını dəqiq müəyyən etmək mümkün olmasa da, həmin tikililərin mərhum X1 inşa edilməsi işin mübahisəsiz halı olmuşdu. Bu göstərilənlərdən İddiaçı mübahisələndirdiyi ünvan 1ində yerləşən Cavabdeh məxsus olan fərdi yaşayış evinin və yardımçı tikililərin iddiaçıya məxsus daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi Səbzalı Məmmədovun sağlığında inşa edilməsi müəyyən edilir. Mülki qanunvericilik ümumi mülkiyyətdə olan əmlaka sərəncam verilməsini onun iştirakçılarının ümumi razılığı ilə şərtləndirdiyindən, X9 isə hazırda öldüyündən, iddiaçı mərhum atasının sağlığında belə bir razılığının olmamasını özündə əks etdirən mötəbər sübut təqdim edə bilməmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübu tetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlü k vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Bu səbəbdən də kollegiya iddiaçının hasarın üzərində cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və yardımçı tikililərin sökülməsi tələbini əsaslı hesab etmir. İddiaçı Cavabdeh qarşı olan sonuncu tələbi isə həyətyanı sahəsindən kanalizasiya xəttinin çıxarılmasıdır. Yuxarıda qeyd edilən 09 oktyabr 2024-cü il tarixli mütəxəssis rəyindən ünvan 1ində yerləşən İddiaçı mülkiyyətində olan 284B və Cavabdeh mülkiyyətində olan 220A kadastr nömrəli həyətyanı torpaq sahələrinə naturada baxış keçirilməsi, baxış zamanı torpaq sahəsinə dair sənədlərin araşdırılması və elektron taxeometrlə müvafiq ölçü işləri aparılması, araşdırma zamanı Cavabdeh mülkiyyətində olan torpa q sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin qonşu ilə ortaq divarın üzərində inşa edilməsinin, kanalizasiya xəttinin qonşu ilə ortaq divarın üzərində inşa edilmiş fərdi yaşayış evindən 0.28 metr aralı olmaqla 14.32 metr uzunluğa malik hissədə İddiaçı mülkiyyətində olan torpaq sahəsindən keçməsinin müəyyən edilməsi aydın olur. Kanalizasiya xətti ilə bağlı mütəxəssis rəyində göstərilənləri mübahisə predmetinin yerində müayinəsi zamanı kollegiya tərəfindən yoxlanılmış və həmin rəydə qeyd edilən xüsusatların düzgün olması müəyyən edilmişdi. Bu isə onu deməyə əsas verir ki, hazırda iddiaçıya məxsus olan, ünvan 1ində yerləşən 0.4323 hektar torpaq sahəsinə qonşu torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh tərəfindən müdaxilə mövcuddur. Lakin kollegiya qeyd edir ki, mülkiyyət hüququ toxunulmaz və qanunla qorunan hüquq olsa da, o mütləq hüquq deyil, yəni məhdudiyyətə məruz qalan hüquqdur ki, bu məhdudiyyətlərdən biri mülki qanunvericiliyin tələbinə görə qonşunun təsirinə dözmək vəzifəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir (maddə 169.1 və 172.3cü maddələr). Kollegiya həmçinin onu da qeyd edir ki, işə baxılması zamanı Cavabdeh qarşı tərəfin mülkiyyət hüququnu qərəzli pozması faktı da öz təsdiqini tapmır. İşdə iştirak edən şəxslərin izahatlarından görünür ki, mübahisənin məhkəmə müstəvisinə daşınması İddiaçı özünə məxsus daşınmaz əmlakı qeyri-yaşayış sahəsi, yəni çayxana etməsi ilə bağlı cavabdehin nümayəndəsi arasında olan mübahisədən, yəni sonuncunun müvafiq orqanlara etdiyi şikayətlərdən qaynaqlanmışdı. Yəni onun iddia qaldırmasına bilavasitə səbəb mülkiyyət hüququna müdaxilə deyil. Bundan başqa işdə iştirak edən şəxslərin izahatlarından o da müəyyən edilir ki, kanalizasiya xəttinin quraşdırılması mərhum X2 təsadüf edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 172.3-cü maddəsinin tələbindən çıxış edərək kollegiya bildirir ki, kanalizasiya xəttinin çəkilməsi zamanı, həmin ümumi mülkiyyətçilərdən biri olan X5 razılığının olması ehtimal edilir. Çünki iddiaçı məhkəməyə mərhum atası tərəfindən belə bir razılığın olmaması ilə bağlı sübut təqdim edə bilməmişdi. Belə olan halda kollegiya bildirir ki, ünvan 1ində yerləşən 0.4323 hektar torpaq sahəsinin vərəsəlik əsasında mülkiyyətçisinin sonradan dəyişməsi, sonuncunu miras kütləsinin yüklülüyündən, yəni qonşunun təsirinə dözmək vəzifəsindən azad etmir. Çünki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yuxarıda göstərilənlərə əsaslanaraq kollegiya qeyd edir ki, hazırda iddiaçı tərəfin onunla qonşuluqda olan Cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsi ilə bağlı təsirə dözmək vəzifəsi yarandığından, həmçin in iddiaçının torpaq sahəsinin ümumi ölçüsünə münasibətdə cavabdehin təsiri elə də mühüm hissə təşkil etmədiyindən və onun yerləşdiyi yeri nəzərə aldıqda iddiaçıya elə də ciddi məhdudiyyət yaratmadığından kollegiya iddiaçının tələbini bu hissədə də əsaslı hesab etmir. Kollegiya onu da qeyd edir ki, bu iddiaçının hüququnun həmişəlik məhdudlaşması ilə nəticələnmir. Mülki Məcəllənin 172.3-cü maddəsinə əsasən o, Cavabdeh pozulmuş hüququ ilə bağlı pul kompensasiyası tələb edə bilər. Yekunda kollegiya bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə baxılarkən İddiaçı Cavabdeh qarşı olan hasarın üzərində inşa edilmiş fərdi yaşayış evinin sökülməsinə hüquqi münasibət bildirilməsə də, ümumilikdə iddia tələbi üzrə düzgün nəticəyə gəlinmişdi. Azərbaycan Respublikası Mülki-Prosessu al Məcəllənin 385.2-ci və 387.1-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmçinin Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci in stansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız biri nci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bundan başqa Mülki-Prosessual Məcəllənin: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; - 119.5-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya və kassasiya şikayətləri v erilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. İddiaçı verdiyi apellyasiya şikayətini əsaslı saymadığından kollegiya bildirir ki, ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: - İddiaçı Culfa Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(089)-237/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli; - Culfa Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(089)-237/2024 nömrəli qətnaməsi İddiaçı mübahisələndirdiyi hissədə (tam mübahisələndirmə) dəyişdirilmədən saxlanılmalı; - məhkəmə aktından apellyasiya şikayəti verilməsi zamanı İddiaçı tərəfindən ödənil miş 50 (əlli) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməli; - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 172.3-cü maddəsinə əsasən sərhədi pozmuş qonşudan pul kompensasiyası tələb etmək hüququ İddiaçı izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəm ələr və hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı Culfa Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(089)-237/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti əsassız olduğundan təmin edilməsin. Culfa Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(089)-237/2024 nömrəli qətnaməsi İddiaçı mübahisələndirdiyi hissədə (tam mübahisələndirmə) dəyişdirilmədən saxlanılsın. Məhkəmə aktından apellyasiya şikayəti verilməsi zamanı İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı izah edilsin ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 172.3-cü maddəsinə əsasən sərhədi pozmuş qonşudan p ul kompensasiyası tələb etmək hüququ var. Qətnamədən, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Müşfiq Həsənov. Mehman Allahverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar