Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-53/2022 25.04.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlu (sədrliyi və məruzəsi ilə), Xıdırov Əhliman Mehman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, Muradov Vüsal Hicran oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh2, Cavabdeh6 nümayəndəsi X3 və cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair Şahbuz Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(090)-08/2022 nömrəli qə tnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şahbuz Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(090)-8/2022 nömrəli qətnaməsi ilə İddiaçı paylı mülkiyyətdə olan Şahbuz rayon Kükü kəndində yerləşən 0.3871 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 87.26 kv.m olan fərdi yaşayış evindən onun 5/7 payının naturada ayrılması barədə iddiasının rədd edilməsi və İddiaçı tərəfindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Şahbuz Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(090)-8/2022 nömrəli qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh2 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət etmişdir. Cavabdeh2 a pellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə belə bir qənaətə gəlmişdir ki, paylı mülkiyyətdə olan əmlakda iddiaçının payı dəqiq müəyyən edilmiş və bölgü mübahisə predmeti olan daşınmaz əşyaya tənasübsüz zərər vurmadan iddiaçının payının naturada ayrılmasına yol verilmir, payların miqdarı ilə bağlı tərəflər arasında hər hansı bir narazılıq yoxdur. Məhkəmənin gəldiyi bu qənaət ilə nəticə uzlaşmır. Belə ki, iki otağın birinin iddiaçıya, digərinin isə onlara verilməsi mümkündür. Lakin məhkəmə belə bir qənaətə gəlmişdir ki, iki otaqdan birinin iddiaçıya veriləcəyi təqdirdə onun payına düşən yaşayış sahəsi azalacaqdır. Paylı mülkiyyət tək iki otaqdan ibarət deyildir. Evin yerləşdiyi 0.3871 ha torpaq sahəsi də paylı mülkiyyətdir ki, iddiaçının otaq sahəsində düşən az payı torpaq sah əsi ilə kompensasiyalaşa bilərdi. Məhkəmə gəldiyi nəticəni məhkəmə iclasında ekspert kimi iştirak edən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Həsən Babayevin izahatına bağlamışdır. Ekspert məhkəməyə verdiyi rəyində bildirmişdir ki, yaşayış otaqlarının ayrı-ayrı istiqamətlərdə yerləşməsi, mülkiyyətçilərin paylarına düşən sahələri az, çox və müxtəlif olması səbəbindən yaşayış evinin konstruksiyasında dəyişiklik edilmədən payların naturada ayrılması texniki cəhətdən mümkün deyildir. İzahatdan göründüyü kimi otaqlar ayrı-ayrı istiqamətlərdə yerləşir. Həmçinin ekspert belə hesab etmişdir ki, tikilinin köhnə tikili olduğu nəzərə alınsa orada hər hansı söküntü, tikinti və yenidənqurma işlərinin aparılması zamanı müəyyən fəsadlar törəyə bilər. Ekspertin izahatı həqiqətə deyil, ehtimallara söykəndiyindən ekspert rəyi ilə razılaşmır, ondan ötəri ki, otaqların ayrı-ayrı istiqamətlərdə yerləşməsi yenidənqurma işlərinin aparılmasının mümkün olması payların naturada ayrılmasını mümkün edir. Məhz bu baxımdan da ekspertin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası MM-nin 220.1-ci və 220.2-ci maddələri əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutur. Tərəflər arasında razılıq əldə olunmasa da hər bir halda məhkəmə belə razılığın əldə edilməməsinə görə iddia tələbini rədd etməməliydi. Belə ki, iki otağın və yardımçı tikililərin naturada ayrılması imkanı istisna olunmur. Məhz bu baxımdan da mad di hüquq normaları iş üzrə yanlış tətbiq edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki. daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsi nə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan "ədalətli balans" prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında "ədalətli balans" gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən.... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı. §14/148, 150: Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı. § 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəm ə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə sübutlara tam və obyektiv qiymət verməmişdir. Məhkəmənin gəldiyi nəticə payın naturada ayrılması ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqelərinə ziddir. Məhkəmənin qətnaməsində göstərilən nəticələr işin həqiqi halları ilə uzlaşmır. Yenidən ekspertiza təyin olunmalı, payların naturada ayrıla bilinməsi imkanı dəqiqləşdirilməlidir. Hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə heyəti şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdırıb qanuni və əsaslı qərar qəbul edəcəkdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin 362, 384.0.2. 385-ci maddələrini rəhbər tutaraq Şahbuz Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(090)-8/2022 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş edir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh5 məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh5 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışında Cavabdeh2 аpеllyаsiyа şikаyətini müdаfiə еdərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahatında apellyasiya şikayətinin təmin edilərək Şahbuz Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(090)-8/2022 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. Apellyasiya baxışında İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatlarında apellyasiya şikayətini qəbul etmədiklərini, apellyasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirib apellyasiya şikayətinin təmin edilməyərək Şahbuz Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il t arixli, 2(090)-8/2022 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdilər. Apellyasiya baxışında cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Cavabdeh2 аpеllyаsiyа şikаyətini müdаfiə еdərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilərək Şahbuz Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(090)-8/2022 nömrəli qətnaməsini ləğv edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdilər. Apellyasiya baxışında Cavabdeh6 və onun nümayəndəsi X1 Səlim Eldar oğlunun аpеllyаsiyа şikаyətini müdаfiə еdərək izahatlarında Cavabdeh6 düşən payın naturada ayrılıb verilməsini istədiklərini göstərərək apellyasiya şikayətinin təmin edilərək Şahbuz Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(090)-8/2022 nömrəli qətnaməs ini ləğv edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdilər. Apellyasiya baxışında cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X4 qanuni qərar qəbul olunmasını kollegiyadan xahiş etdi. Azərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsi nə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya qətnamənin əsaslılığını və qаnuniliyini yoxlayaraq işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli tədqiq etməklə iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayıb aşağıdakı nəticəyə gəlir. Kollegiya apellyasiya şikayətinin iki otağın birinin iddiaçıya, digərinin isə onlara verilməsinin mümkün olmasına baxmayaraq məhkəmənin iki otaqdan birinin iddiaçıya veriləcəyi təqd irdə onun payına düşən yaşayış sahəsi azalacağı qənaətinə gəlməsi, paylı mülkiyyətin tək iki otaqdan ibarət olmaması, evin yerləşdiyi 0,3871 ha torpaq sahəsinin də paylı mülkiyyət olması, iddiaçının otaq sahəsində düşən az payının torpaq sahəsi ilə kompensasiyalaşa bilməsi, Azərbaycan Respublikası MM-nin 220.1-ci və 220.2-ci maddələri əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutması, tərəflər arasında razılıq əldə olunmasa da hər bir halda məhkəmə belə razılığın əldə edilməməsinə görə iddia tələbini rədd etməməli olması, iki otağın və yardımçı tikililərin naturada ayrılması imkanının istisna olunmaması barədə dəlilini də əsassız hesab edərək qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında razılaşma yoxdur və iddia tələbinin rədd edilməsinə səbəb isə həmin mübahisəli evin naturada bölünməsinin mümkün olmaması olmuş, iddiaçı otaqlardan birinin cavabdehə (və ya hər iki cavabdehə) verilməsi ilə razılaşmadığını, torpaq sahəsi ilə əvəzləşdirmə ilə bağlı heç bir razılaşmaya getməyəcəyini göstərərək naturada payının qeyd-şərtsiz verilməsində israrlı olmuşdur. Mübahisəli ev cəmi 2 otaqdan ibarətdir, həmin otaqların sahəsi 27,17 və 22,67 kv.m olub onlardan hər hansı birinin 1/7 payın əvəzi olaraq verilməsi halında iddiaçının payı azalacağı mübahisəsizdir ki, iddiaçı da bununla razılaşmır. Kollegiya apellyasiya şikayətinin məhkəmənin gəldiyi nəticəni məhkəmə iclasında ekspert kimi iştirak edən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkə mə Ekspertizası Mərkəzinin eksperti Həsən Babayevin izahatına bağlaması, ekspert məhkəməyə verdiyi rəyində yaşayış otaqlarının ayrı-ayrı istiqamətlərdə yerləşməsi, mülkiyyətçilərin paylarına düşən sahələri az, çox və müxtəlif olması səbəbindən yaşayış evinin konstruksiyasında dəyişiklik edilmədən payların naturada ayrılmasının texniki cəhətdən mümkün olmamasını göstərməsi, izahatdan göründüyü kimi otaqların ayrı-ayrı istiqamətlərdə yerləşməsi, ekspertin tikilinin köhnə tikili olduğu nəzərə alınsa orada hər hansı söküntü, tikinti və yenidənqurma işlərinin aparılması zamanı müəyyən fəsadlar törəyə bilməsini hesab etməsi, ekspertin izahatı həqiqətə deyil, ehtimallara söykəndiyindən ekspert rəyi ilə razılaşmaması, otaqların ayrı-ayrı istiqamətlərdə yerləşməsi yenidənqurma işlərinin aparılmasın ın mümkün olması payların naturada ayrılmasını mümkün etməsi, yenidən ekspertiza təyin olunaraq payların naturada ayrıla bilinməsi imkanının dəqiqləşdirilməli olması barədə dəlillərinə ümumilikdə qiymət verərək əsassız hesab edir. Mülki işdən aydın olur ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin **********04-10301 reyestr nömrəli çıxarışı ilə Şahbuz rayonu, Kükü kəndində yerləşən 0,3871 ha torpaq sahəsi və ümumi sahəsi 87,26 kv.m olan fərdi yaşayış evi 5/7 hissə pay ilə İddiaçı, 1/7 hissə payı ilə X9 və 1/7 hissə payı ilə isə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 22/2 nömrəli reyestr kitabının 333 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2021-c i il tarixli, 318 nömrəli rəyi ilə İddiaçı, X9 və X5 paylı mülkiyyətlərinə verilmiş Şahbuz Rayonu, Kükü kəndində yerləşən 0,3871 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 87,26 kv.m olan yaşayış evinin İddiaçı payının 5/7 hissədə, X9 və X5 payının isə 1/7 hissədə təcrid olunmuş qaydada ayrılaraq (bölünməsi) verilməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Belə ki, mübahisəli fərdi yaşayış evinin ümumi sahəsi 87,26 kv.m, ondan yaşayış sahəsi 49,84 kv.m və yardımçı sahənin isə 37,42 kv.m olduğu halda 5/7 (yeddidə beş) payı olan İddiaçı ümumi sahə üzrə 5/7 - 62,32 kv.m, bundan yaşayış sahəsi üzrə - 35,6 kv.m, yardımçı sahə üzrə 26,72 kv.m, həyətyanı torpaq sahə üzrə isə 2765,14 kv.m payının, digərlərinin 1/7 (yeddidə bir) payının olması nəzərə alındıqda isə ümumi sahə üzrə 12, 46 kv.m, bundan yaşayış sahəsi üzrə 7,12 kv.m, yardımçı sahə üzrə 5,34 kv.m, həyətyanı torpaq sahə üzrə - 553 kv.m müəyyən olunur. İnşaat Norma və Qaydalarının 1.1.-ci bəndinə əsasən yaşayış otaqlarının hündürlüyü (döşəmədən tavana qədər olan məsafə) 2.5m-dən və yardımçı tikili daxili koridorun hündürlüyü isə 2.1m-dən az olmamalı, həmin qaydaların 2.2-ci bəndinə görə isə mənzillərdə isə yaşayış (ümumi və yataq otaqları), eyni zamanda yardımçı (mətbəx, dəhliz, hamam, tualet, koridor, şüşəbənd, təsərrüfat anbarı və s.) nəzərdə tutulmalıdır. Həmin Qaydaların 2.4. və 2.9-cu bəndlərinin tələblərinə görə yaşayış otaqlarının sahəsi 8,0 kv.m-dən və yaşayış otaqlarının eni 2,2 mdən az olmamalıdır. Mübahisəli yaşayış evinə 1/7 bir payda göstərilən mülkiyyətçiyə düşən yaşayış sahəsi 7,12 kv.m-dir, bu da normalarda göstərilən 8,0 kv.m -dən azdır. Fərdi yaşayış evinin planı texniki pasporta və mövcud vəziyyətdə iki otaqdan ibarət olması, yaşayış otaqlarının ayrı-ayrı istiqamətlərdə yerləşdirilməsi, mülkiyyətçilərin paylarına düşən sahələrin az, çox və müxtəlif olması səbəbindən yaşayış evinin konstruksiyasında dəyişiklik edilmədən payların naturada bölünməsi (ayrılması) texniki cəhətdən mümkün deyildir. Fərdi yaşayış evinin yerləşmə planını nəzərə alaraq orada mülkiyyətçilərin paylarının ayrılması zamanı həyətyanı torpaq sahəsi bir tərəfdən yol ilə üç tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunduğu, eləcə də mübahisəli fərdi yaşayış evinin bölgüsünün mümkün olmadığı hallarda onun yerləşdiyi həyətyanı torpaq sahəsi və digər texniki göstəriciləri də nəzərə alınaraq bölünməsi (ayrılması) mümkün olmamışdır. Mübahisəli yaşayış sahəsinin mövcud vəziyyətdə, eləcə də mübahisəli sahənin konstruktiv bütövlüyünə xələl gətirmədən tikinti quraşdırma işlərinin aparılması yolu ilə təcrid sahələr şəklində İddiaçı 5/7 (yeddidə beş), digərlərini isə 1/7 (yeddidə bir) hissəyə bölünməsi (ayrılması) texniki cəhətdən mümkün deyildir. Eyni zamanda mübahisəli yaşayış evi iki yaşayış otağından ibarətdir, yaşayış otaqlardan birinin iddiaçıya veriləcəyi təqdirdə, onun payı azalacaqdır, digər tərəfdən digərlərinin yaşayış sahəsinə paylarını 1/7 hissədə olmasını nəzərə alınsa bu 7,12 kv.m təşkil edir. Hazırki vəziyyətdə isə tərəflər aralarında ziddiyyət və fikir ayrılığı olduğundan, eyni zamanda mübahisəli daşınmaz əmlakların tərəflərin payların uyğun olaraq bölünməsi üçün fərdi yaşayış evinin k onstruksiyasında dəyişiklik aparılması mütləqdir və nəzərə alınsa ki, tikili köhnə tikilidir və əmlaka tənasübsüz zərər vurmadan evin konstruksiyasında dəyişiklik edilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsində ekspert X10 həmin rəyə uyğun izahat vermişdir. Kollegiya ekspert rəyini kifayət qədər əsaslı hesab edərək qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsində ekspert rəyinə etiraz etsə də təkrar ekspertiza keçirilməsi barədə vəsatət verməmişdir. Mülki işə apellyasiya qaydasında baxılarkən cavabdeh təkrar ekspertiza keçirilməsi zərurəti barədə apellyasiya şikayətində göstərdiyi dəlili əsaslandıra bilməmiş, kollegiya tərəfindən təkrar ekspertiza keçirilməsi üçün heç bir əsas olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2- ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Halbuki, iş üzrə təkrar ekspertizanın aparılması üçün həmin maddədə göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Kollegiya Cavabdeh2 Şahbuz Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(090)-08/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinə ümumilikdə nəzər yetirdikdə hesab edir ki, verilmiş apellyasiya şikayəti formal mülahizələr əsasında qurulmuş, yalnız qətnamənin qanunsuz və əsassız olması qeyd edilmiş, qətnamənin ləğv edilməsinə və iş üzrə iddia tələblərinin təmin edilməsinə dair gətirdiyi dəlillərlə bağlı sübut lar təqdim edə bilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq iddiaçı tərəfin verdiyi apellyasiya şikayətində göstərdiyi dəlillərin qətnamənin ləğv edilməsinə əsas ola bilməməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin prosessual normanın məzmunundan da göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasına görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları məhkəmədə sübut etməyə borcludur. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci nö vbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvv əsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsa n Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pl enumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməli dir.» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Bütün bunlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nətic ə ilə razılaşır və belə hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyil. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilərək İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair iddiası rədd edilmişdir. Buna görə də kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun оlduğundаn apellyasiya şikayəti təmin edilməməli, Şahbuz Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(090)-08/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402.1, 403, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Şahbuz Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(090)-08/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəs mi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-53/2022
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-53/2022
25.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver