Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-53/2023 16.05.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X1 (sədrlik edən və məruzəçi), Allahverdiyev Əli Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı vəkilnümayəndəsi Nümayəndə1 və Cavabdeh vəkil-nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul, maddi və mənəvi zərərin ödənilməsi və əldən çıxmış fayda” tələblərinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin e-2(110)-24/2023 nömrəli, 30 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdehin vəkil-nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi icraat qaydasında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) aç ıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 26 avqust 2022-ci il tarixdə iddiaçı X7 Cavabdeh qarşı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 42700 manat pulun, 5000 manat əldən çıxmış faydanın, ödənilən 240 manat dövlət rüsumunun, hüquqi yardıma görə ödədiyi 110 manatın, mənəvi zərərə görə isə 2000 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 16 noyabr 2022-ci il tarixli qərardadla iş üzrə iddiaçı X7 əsl İddiaçı ilə əvəz edilmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının qonşusudur, onunla yaxşı münasibətləri və bir-birinə etibarları olmuşdur. İddiaçı cavabdehin Sədərək ticarət mərkəzində işlədiyini bildiyindən onun 2019-cu ilin avqustun sonunda iddiaçıya biznesdə şərik lik təklifinə inanmış və ona ilk dəfə xx.xx.2019-cu ildə 6500 manat, iki gün sonra 4000 manat, ondan iki həftə sonra 3500 manat, 09 oktyabrda 5000 manat, 20 oktyabrda 1200 manat, 19 noyabrda 5000 manat, 11 dekabrda 2000 manat, 22 dekabrda 5000 manat, xx.xx.2020-ci ildə 5500 manat, xx.xx.2020-ci ildə 3000 manat, xx.xx.2020-ci ildə isə 2000 manat olmaqla, cəmi 42700 manat pul vermişdir. Belə ki, cavabdeh Sədərək ticarət mərkəzində işlədiyini və Türkiyədən geyim əşyaları gətirərək satdığını, iddiaçının o işə pul qoyacağı təqdirdə yaxşı gəlir əldə edəcəklərini bildirmiş, buna iddiaçını tam inandırmış, qeyd edilən tarixlərdə, göstərilən məbləğlərdə pulunu ələ keçirmiş və əvvəllər bir az gəlir versə də, sonradan ona heç bir gəlir verməmişdir. Halbuki cavabdeh ona verdiyi 42700 manatı qazancı olm adığı təqdirdə belə iddiaçıya tam qaytarmalı idi. Lakin nəinki qazanc vermək, əsas məbləği (42700 manat) belə 2020-ci ilin oktyabr ayından müxtəlif bəhanələrlə qaytarmaqdan imtina edir. Cavabdeh iddiaçını tam əmin etmək üçün ona əl yazması və imzası ilə təsdiq etdiyi vərəq verərək həmin pulları 2020-ci ilin oktyabr ayının 10-a qədər ödəyəcəyinə, ödəməyəcəyi təqdirdə qazancı ilə birlikdə qaytaracağına da söz vermiş, lakin həmin vədini də yerinə yetirməmişdir. Ondan sonra müxtəlif yalan və bəhanələrlə (Naxçıvanda yerləşən mənzilini sataraq və ya girov qoyub kredit götürərək) iddiaçıya hər dəfə bir vaxt deyərək pulu qaytaracağına vəd versə də, vədinə əməl etməmiş və puldan bir manat belə qaytarmamışdır. Cavabdeh 2022-ci ilin yanvar ayına qədər müxtəlif bəhanələrlə iddiaçıya pul qaytarmadıqd an sonra bildirmişdir ki, o, işlə əlaqədar arvadı X3 mülki etibarnamə vermiş və arvadının Naxçıvanda yerləşən mənzili sataraq və ya girov qoyub kredit götürərək iddiaçının pulunu və qazancını qaytaracaq. Lakin buna baxmayaraq (xx.xx.2022-ci il tarixli, 39 saylı Notariat ofisində verilmiş etibarnamənin də şəklini atmaqla) həmin vədinə də əməl etməmişdir. Aralarında yaranmış narazılıqdan sonra cavabdehin özü, oğlu, qayını və iki nəfər tanımadığı şəxslə iddiaçını təhdid edərək pulu tələb etməməyini istəmiş, hədə-qorxu gəlmiş, ona qarşı fiziki zor işlətmişdir. Bundan sonra iddiaçı məcbur qalaraq cavabdehin əməlləri barədə 102 qaynar xəttinə şikayət etmiş, şikayətlə əlaqədar Sabunçu RPİ-nin 15ci PB-də araşdırma başlamış və onun izahatı alınmışdır. Sonradan həmin iş Sabunçu RPİyə istintaqa göndə rilmişdir. Sorğu verərək cavabdehin izahatını tələb etsə də, hələ də onun izahatı iddiaçıya təqdim edilməmişdir. Milli bankın 2022-ci il üçün bank uçot dərəcəsi ortalama 7.75% olmuşdur ki, 42700 manat məbləğinin 7.75 faizi gündəlik təxminən 0.92 manat edir. xx.xx.2020-ci ildə verilən 42700 manat məbləğdən xx.xx.2022-ci ilədək 654 gün (21 ay, 24 gün) gecikmə olduğundan, həmin gecikmənin (654x0.92=601.68) və cavabdeh də həmin məbləği qəsdən yubatdığından iddiaçı gecikdirimiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etməkdə özünü tam haqlı hesab edir. Beləliklə, cavabdehin iddiaçını aldadaraq vədlərinə əməl etməməsi, etibarından suiistifadə edərək aldatması ilə həm 42700 manat pulundan, həm də qazancından məhrum olmuşdur. Bu səbəbdən cavabdeh iddiaçıya 42700 manatı, əldən çıxmış faydanı, 4 2700 manat məbləğinin gecikdiıilmiş vaxt üçün illik beş faizi olan (654x0.92=) 601.68 manatı, dövlət rüsumu kimi ödədiyi 218 manatı, vəkilə ödədiyi 110 manatı və 2000 manat mənəvi zərəri ödəməlidir. Belə ki, cavabdeh bu qanunsuz hərəkətləri azmış kimi həmin pulu və qazancını istədikdə, iddiaçıya xəsarət yetirmiş və ona mənəvi sarsıntı yaşatmışdır. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 4-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.1, 21.2, 385.1, 385.2, 1096.1, 1097.1 və 1115-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” və Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarlarına, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsinə və İnsan Hüqüqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə istinad etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şərur Rayon Məhkəməsinin (hakim Seymur Qarayev) e-2(110)-24/2023 nömrəli, 30 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 26000 manat məbləğində borc, hüquqi yardıma görə vəkilə ödənilmiş 110 manat və 240 manat dövlət rüsumunun 126 manatı olmaqla, ümumilikdə 26236 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddi anın digər hissədə rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Məhkəmə tədqiqatının nəticəsində iddiaçının vəkil və nümayəndəsinin məhkəməyə təqdim etdiyi pul borcu aktı ilə Cavabdeh iddiaçıdan 04.09-da 6500 manat, 06.09-da 4000 manat, 20.09-da 3500 manat, 09.10-da 5000 manat, 20.10-da 1200 manat, 19.11-də 5000 manat, 11.12-də 2000 manat, 22.12-də 5000 manat, 18.01-də 5500 manat, 10.02-də 3000 manat, 27.02-də isə 2000 manat olmaqla cəmi 42700 manat pul aldığı, 2020-ci ilin oktyabr ayının 10-na qədər həmin pulu ödüyüb qutaracağı, əks halda 42700 manat pulun qazancını hesablayıb ona ödəniləcəyini öz imzaları ilə təsdiq etməsi müəyyən edilmişdir. Eyni zamanda iş materialında olan video görüntü ilə müəyyən edilmişdir ki, İddiaçı, iddia çının atası X7 və Cavabdeh öz aralarında könüllü olaraq video çəkiliş apardıqları zaman da iddiaçının tələb etdiyi 42700 manat pulun cavabdehə verilməsi Cavabdeh tərəfindən etiraf edilmişdir. Lakin cavabdeh tərəfindən həmin puldan 16700 manatın geri qaytarılması iddiaçının atası X7 tərəfindən təsdiq edilmiş, video çəkilişi aparan İddiaçı tərəfindən isə cavabdeh tərəfindən həmin puldan 16700 manatın qaytarılıbqaytarılmamasına dair hər hansı bir etiraz edilməmişdir. Məhz bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçının tələbi əsas borca dair hissədə qismən təmin edilməklə, Cavabdeh 26000 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. “Məhkəmə iddia tələbinin 5000 manat əldən çıxmış fayda hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən öhdəliyin icra edilməməsinə görə ona d əymiş zərərin (real zərər və əldən çıxmış faydanın) nədən ibarət olması, eyni zamanda həmin vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona ziyan vurulmasını təsdiq edən hər hansı bir sübuta istinad edə bilməmişdir. Ona görə də iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilə bilməz, rədd edilməlidir”. “Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi ilə əlaqədar qeyd edir ki, iddiaçı həmin pulu və qazancını istədikdə cavabdehin ona xəsarət yetirdiyini və mənəvi sarsıntı yaşatdığını, buna görə də mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat miqdarında mənəvi təzminatın cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, onun mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş ver məsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməmiş, eyni zamanda iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi və ya bu əməlin onun şüurunda hansı mənfi psixi reaksiyaya səbəb olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi həmin hissədə də əsassız olduğundan rədd edilməlidir”. “Həmçinin məhkəmə iddiaçının pozulmuş hüququnun bərpa edilməsi üçün hüquqi xidmətə görə vəkilə ödənilmiş pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbi ilə bağlı bildirir ki, iş materiallarına əlavə olunmuş "Arbitrium” Vəkil Bürosunun vəkili Nümayəndə1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 393 saylı "hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, tərəflər arasında hüquqi yardıma görə müqavilə bağlanmışdır, xx.xx.2022-ci il tarixli, 31192 nömrəli qəbzin surətindən isə görünür ki, İddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə 110 (bir yüz on) manat ödəniş edilmişdir. Məhkəmə... hesab edir ki, hüquqi xidmətə görə çəkilmiş xərcin əvəzi olaraq 110 (bir yüz on) manat məbləğində pulun da cavabdehdən tutularaq iddiaçıya ödənilməsi əsaslıdır”. “İddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar ödənilmiş 240 manat dövlət rüsumunun 114 manatı iddiaçıya aid edilməli, qalan 126 manat isə cavabdehdən alınaraq İddiaçı ödənilməlidir”. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Mülki Məcəllənin 21.2, 157.2, 739.1, 385.1, 427.2, 442, 445.2.1, 1091.1, 1092.1, 1096.1 və 1097-c i, Mülki-Prosesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 107, 115.0.6, 119.1, 121.1, 217.4 və 218.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin vəkil-nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətində MülkiProsessual Məcəllənin 384.0.2, 385.1.2 və 388-ci maddələrinə əsaslanaraq Şərur Rayon Məhkəməsinin e-2(110)-24/2023 nömrəli, 30 yanvar 2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilmiş 26236 manat pul məbləğinin iddiaçıya faiz şəklində qaytarıldığı üçün 20000 manat hissəsində ləğv edilməsi və iş materiallarında olan, habelə əlavə təqdim edilmiş sübutlar əsasında həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Qətnamənin fəlsəfəsindən görünür ki, birinci instansi ya məhkəməsi hər vəchlə iddianı təmin etməyə çalışmış, iddianın mahiyyətinə varmağa cəhd belə etməmiş, cavabdehin aldığı borca görə iddiaçıya faiz ödəyib-ödəməməsini, o cümlədən cavabdehin Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin rəisinə verdiyi 25 iyul 2022-ci il tarixli izahatını araşdırmamış, cavabdehin, yaxud onun nümayəndəsinin məhkəmə baxışı iclaslarında iştirakını təmin etməmişdir. Belə ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsində cavabdeh tərəfindən ona qaytarılmış borc faizləri göstərilməmişdir. Halbuki cavabdeh iddiaçıdan aldığı 42700 manat borc pula görə ona 36700 manat faiz - onun 20000 manatını hissə-hissə, 16700 manatını isə məcburiyyət üzündən ucuz qiymətə satdığı özünə məxsus torpaq sahəsinin pulundan ödəmişdir. Videogörüntüdə də söhbət məhz həmin 16700 manat puldan g edir. Bunu İddiaçı və onun həyat yoldaşı Rəfiqə xanımla olan söhbətləri də təsdiq edir. Həmin söhbətlərin yazıldığı “fleşkart” apellyasiya instansiyası məhkəməsinə təqdim ediləcəkdir. Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin rəisinə verilmiş xx.xx.2022-ci il tarixli izahatdan da görünür ki, cavabdeh həmin vaxta kimi 14000 manat faiz, bundan sonra daha 6000 manat faiz ödəmişdir. Yəni cavabdeh, ümumilikdə iddiaçıya 20000(14000+6000) manat faiz və satdığı özünə məxsus torpaq sahəsinin pulu olan 16700 manat pulu, cəmi 36700 manat pul ödəmişdir. Cavabdehin iddiaçıya yalnız 6000 manat borcu (42700-36700) qalmışdır. Beləliklə, birinci instansiya məhkəməsi yuxarıda sadalanan sübutlarla yanası aşağıdakı məsələləri araşdırmaqla tərəfsiz, qərəzsiz və ədalətli qərar qəbul edə bilərdi:
1. Məhkəmə məhkə mə araşdırmasında cavabdehin, yaxud da nümayəndəsinin iştirakını təmin etməmişdir (halbuki məhkəmə videogörüntü formatında cavabdehin izahatını ala bilərdi);
2. Məhkəmə cavabdehin Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin rəisinə verdiyi xx.xx.2022-ci il tarixli izahatını gözardı etmişdir. Halbuki həmin izahatdan da görünür ki, cavabdeh həmin vaxta kimi iddiaçıya 14000 manat faiz ödəmişdir;
3. Məhkəmə qısa interval ərzində bir neçə dəfəyə 42700 manat pulun borc verilməsinin arxasında məhz faiz dayanmasına heç bir əhəmiyyət verməmişdir. Vəkil-nümayəndə maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsində dəlil kimi Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə və “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarına, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsində isə dəlil kimi Mülki-Prosessual Məcəllənin 77.1, 88, 106.1 və 185.2-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki-Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçı və cavabdehin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını m ümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında; Cavabdehin vəkil-nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin 20000 manat təmin edilmiş hissədə ləğv edilməsini, qalan hissədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etdi. İddiaçının vəkil-nümayəndəsi Nümayəndə1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayəti üzrə MPM-in 77-ci maddəsinə istinadən hər bir tərəfin öz istinad etdiyi halları sübut etməli olduğunu, əgər cavabdeh tərəf “20000 manat məbləğində pul veribdir, yaxud qaytarıbdır” qeyd edirsə, buna dair öz sübutlarını təqdim etmək səlahiyyətinin və vəzifələrin də onun üzərinə düşdüyünü bildirməklə, məhkəmə prosesinin gedişatında, təqdim ol unmuş “fleşkart” da daxil olmaqla heç bir halda pulun qaytarılması ilə bağlı hər hansısa bir mötəbər sübut təqdim edilmədiyindən apellyasiya şikayətinin rədd edilməsini və Şərur Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Tətbiq edilən hüquq Mülki Məcəllə; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borcverən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2-445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki-Prosessual Məcəllə; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ma ddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə
393. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Apellyasiya baxışının hədləri “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hə dləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında hüquqi mövqeyinə görə “apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamə də yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Mülki Prossesual Məcəllənin 372.6-cı maddəsinin ikinci cümləsinə əsasən şikayət qərarın ləğvinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır.” Hazırki halda apellyasiya şikayətinin dəlillərinin məzmunundan görünür ki, cavabdehin vəkil-nümayəndəsi birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissədə qismən ləğv olunmasını xahiş etməklə, qətnaməni həmin hissədə mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin vəkil-nümayəndə sinin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Mülki-Prosessual Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamə nin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri, iddiaçı və cavabdehin vəkil-nümayəndələrinin izahatları üzrə araşdıraraq bu qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin cavabdehə münasibətdə ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası mülki işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mübahisə iddiaçı tərəfindən cavabdehə verilmiş 42700 manat pulla bağlıdır. Həmin məbləğdə pulu iddiaçının cavabdehə verməsi və cavabdehin həmin pulu iddiaçıdan alması iş materiallarında olan və mübahisələndirilməyən, cavabdehin yazıb imzalamış olduğu “pul borcu aktı” (iş v. 36), apellyasiya şikayəti və cavabdehin vəkil-nümayəndəsinin izahatı ilə etiraf və təsdiq edilmişdir. İddiaçı tərəf həmin pulun cavabdehə “biznesdə şəriklik məqsədilə verildiyini”, cavabdeh tərəf isə “faizlə borc alınmasını” göstərsələr də, birinci tərəf “şəriklik” müqabilində cavabdehin ona hansı müddətdə, nə qədər gəlir verməli olduğunu, cavabdeh isə iddiaçıdan “borc” aldığı pulun müqabilində ona nə zaman, neçə faizlə, hansı şərtlərlə və s. pul ödəyəcəyini, cavabdehin “pul borcu aktı”nda qeyd etdiyi “42700 manat pulun qazancı hesablanıb ödəniləcək” cümləsinin nəyi ifadə etdiyini təsdiq edə biləcək heç bir sübutu məhkəməyə təqdim etməmişlər. Cavabdeh tərəf apellyasiya şikayətində iddiaçıdan alınan pulu borc kimi qiymətləndirmiş, iddiaçı tərəf isə hansı məqsədlə verilməsindən asılı olmayaraq cavabdehə verilən pulun qazancsız və ya faizsiz qaytarılmasını tələb etdiklərini göstərmişlər. Cavabdehin iddiaçıdan 2019-cu ilin sentyabrdekabr və 2020-ci ilin yanvar-fevral aylarının müxtəlif tarixlərində 42700 manat almasını yazıb imzaladığı sənədin adı isə “pul borcu aktı” kimi ifadə olunmuşdur. Qeyd olunanlardan göründüyü kimi, tər əflər arasında borc müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış və cavabdeh öhdəliyini lazımi qaydada icra etməmişdir. Kollegiya hesab edir ki, apelyasiya şikayətinin “birinci instansiya məhkəməsinin hər vəchlə iddianı təmin etməyə çalışması, iddianın mahiyyətinə varmağa cəhd belə etməməsi, cavabdehin aldığı borca görə iddiaçıya faiz ödəyib-ödəməməsini, o cümlədən cavabdehin Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin rəisinə verdiyi xx.xx.2022-ci il tarixli izahatını araşdırmaması, iddia ərizəsində cavabdeh tərəfindən iddiaçıya qaytarılmış borc faizlərinin göstərilməməsi, cavabdehin iddiaçıdan aldığı 42700 manat borc pula görə ona 36700 manat faiz - onun 20000 manatını hissə-hissə, 16700 manatını isə məcburiyyət üzündən ucuz qiymətə satdığı özünə məxsus torpaq sahəsinin pulundan ödəməsi, videogörüntüdə də söhbətin məhz həmin 16700 manat puldan getməsi, bunu İddiaçı və onun həyat yoldaşı Rəfiqə xanımla olan söhbətlərin də təsdiq etməsi, həmin söhbətlərin yazıldığı “fleşkart”ın apellyasiya instansiyası məhkəməsinə təqdim ediləcəyi, Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin rəisinə verilmiş xx.xx.2022-ci il tarixli izahatdan cavabdehin həmin vaxta kimi 14000 manat faiz ödəməsinin görünməsi, bundan sonra daha 6000 manat faiz ödəməsi, yəni cavabdehin ümumilikdə iddiaçıya 20000 manat faiz və satdığı özünə məxsus torpaq sahəsinin pulu olan 16700 manat pulu, cəmi 36700 manat pul ödəməsi, cavabdehin iddiaçıya yalnız 6000 manat borcu qalması” barədə dəlilləri cavabdeh tərəfin subyektiv mülahizələridir və həmin qənaətə gəlməklə apelyasiya şikayəti üzrə tələblərin təmin olunması barədə müvafiq aktın çıxarılması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində iddiaçıdan aldığı 42700 manat borc pula görə sonuncuya 36700 manat ödəməsini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. 16700 manatın cavabdeh tərəfindən iddiaçıya ödənilməsini təsdiq edən sübut - iddiaçı, iddiaçının atası Adil Əliyev və cavabdehin aralarında videoçəkilişin aparıldığını özündə əks etdirən disk isə məhz iddiaçı tərəfdən məhkəməyə təqdim olunmuşdur. Apellyasiya baxışında da cavabdeh tərəfindən qeyd olunan 16700 manat istisna olmaqla, əlavə 20000 manatın iddiaçıya ödənilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdehin vəkil-nümayəndəsi tərəfindən təqdim edilən, apellyasiya şikayətində “İddiaçı və onun həyat yoldaşı Rəfiqə xanımla olan söhbətlərin yazıldığı “fleşkart” apellyasiya instansiyası məhkəməsinə təqdim ediləcəkdir” kimi ifadə olunan, məhkəmə iclasında isə “cavabdehin arvadı, 2 qızı və iddiaçının anasının səs yazıları”nın olduğu kimi göstərilən “fleşkart”ın isə sübut növü kimi qəbul edilməsi mülki-prosessual qanunvericiliyin tələblərinə görə mümkün deyil. Çünki Mülki-Prosessual Məcəllənin 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə “Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki-Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki-Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. Təqdim edilən “fleşkart”da olan səs yazıları isə birbaşa əlaqədar tərəflər, yəni iddiaçı ilə cavabdeh arasında olan danışıqları deyil, kim olduqları kollegiyaya məlum olmayan kənar şəxslər arasındakı danışıqları əks etdirir. Həmçinin həmin səs yazıları birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul olunduğu 30 yanvar 2023-cü il tarixdən sonra, 02 mart 2023-cü il tarixdə gizli yolla qeydə alınmışdır. Apellyasiya şikayətinin “birinci instansiya məhkəməsi yuxarıda sadalanan sübutlarla yanası aşağıdakı məsələləri araşdırmaqla tərəfsiz, qərəzsiz və ədalətli qərar qəbul edə bilərdi:
1. Məhkəmə məhkəmə araşdırmasında cavabdehin, yaxud da nümayəndəsinin iştirakını təmin etməmişdir (halbuki məhkəmə videogörüntü formatında cavabdehin izahatını ala bilərdi);
2. Məhkəmə cavabdehin Bakı şəhəri Sa bunçu RPİ-nin 15-ci PB-nin rəisinə verdiyi xx.xx.2022-ci il tarixli izahatını gözardı etmişdir. Halbuki həmin izahatdan da görünür ki, cavabdeh həmin vaxta kimi iddiaçıya 14000 manat faiz ödəmişdir;
3. Məhkəmə qısa interval ərzində bir neçə dəfəyə 42700 manat pulun borc verilməsinin arxasında məhz faiz dayanmasına heç bir əhəmiyyət verməmişdir” dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehin qeydiyyatda olduğu və yaşadığı ünvanlara məhkəmə bildirişləri, istifadəsində olan ********* və ********* mobil nömrələrinə SMS xəbərdarlıq göndərilərək lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, özü və ya nümayəndəsi heç bir məhkəmə iclasına gəlməmiş, 26 dekabr 2022-ci il tarixdə isə cavabdeh məhkəmə iclas katibinə zəng edərək “iddiaçıya ödədiyi məbləğlərlə bağlı sübutlarının olduğunu, səhhətində problem olduğu üçün bu günə qədər göndərə bilmədiyini, sübutlarını məhkəməyə təqdim etməsi üçün məhkəmə iclasının təxirə salınmasını” xahiş etmişdir. Cavabdehin Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin rəisinə verdiyi xx.xx.2022-ci il tarixli izahatı da birinci instansiya məhkəməsinə cavabdeh tərəfindən deyil, iddiaçı tərəfindən təqdim olunmuşdur. Cavabdeh həmin izahatında iddiaçıya 14000 manat faiz ödədiyini göstərsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. “Məhkəmə qısa interval ərzində bir neçə dəfəyə 42700 manat pulun borc verilməsinin arxasında məhz faiz dayanmasına heç bir əhəmiyyət verməmişdir” fikrinə gəlincə kollegiya bir daha qeyd edir ki, bununla bağlı sübut təqdim olunması cavabdehin vəzifəsidir. Tərəf lərin özlərinin də qeyd etdikləri kimi, Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun gəlir, maddi və prosessual hüquq normalarına (həmçinin apelyasiya şikayətində qeyd olunan Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə) birinci instansiya məhkəməsi tərəfindən riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsində qəbul edilən qətnamənin əsaslılığı apellyasiya şikayətinə müvafiq olaraq yoxlanıldığından və cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə iddianın təmin olunan hissəsinin əsassızlığına dair sübutlar təqdim edilmədiyin dən, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin xx.xx.2016-cı il tarixli 269VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüş 740-cı maddəsinə istinad olunması faktlar nöqteyi-nəzərindən qanuni və mahiyyəti üzrə düzgün olan qətnamənin yalnız formal mülahizələrə görə ləğv edilməsi üçün əsas olmasını istisna edir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının cavabdehə qarşı “pul, maddi və mənəvi zərərin ödənilməsi və əldən çıxmış fayda” tələblərinə dair iddialarını qismən təmin etməklə cavabdehdən 26000 (iyirmi altı min) manat məbləğində borc, hüquqi yardıma görə vəkil ə ödənilmiş 110 (bir yüz on) manat və 240 manat dövlət rüsumunun 126 manatı olmaqla, ümumilikdə 26236 (iyirmi altı min iki yüz otuz altı) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın digər hissələrdə rədd edilməsində düzgün nəticəyə gəlmişdir. Nəticə Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 382, 384.0-384.0.1, 392, 393, 405.0-405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh vəkil-nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin e-2(110)-24/2023 nömrəli, 30 yanvar 2023-cü il tarixli qətnaməsi Cavabdeh vəkil-nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Mu xtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla nəzərdə tutulan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.