Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-54/2022 15.04.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(090)-13/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şahbuz Rayon Məhkəməs inin (sədrlik edən D.Y.Səfərov) 25 yanvar 2022-ci il tarixli 2(090)-13/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək iş üzrə Cavabdeh 7.703 (yeddi min yeddi yüz üç) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 97 (doxsan yeddi) manat dövlət rüsumunun cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməsi, iddia tələbinin qalmış hissədə rədd olunması qət edilmişdir. Qətnamə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək Şahbuz Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(090)-13/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Naxçıvan-Bank”-dan götürülmüş puldan yalnız 4000 (dörd min) m anat ona verilmiş, ona 8000 (səkkiz min) manat verilməmişdir. Bunu məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş şəxslərin izahatları təsdiq etməsinə baxmayaraq ona 7703 (yeddi min yeddi yüz üç) manat təyin olunmuşdur. Hesab edir ki, məhkəmə tərəfindən iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsi işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərardır. Məhkəmə qeyd olunan halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Mülki iş üzrə əsassız varlanmaya aid Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsi tətbiq edilməli idi. Məhkəmə ondan alınıb iddiaçıya verdiyi pul məbləğinin hansı əsasa görə ona verilməli olmasını, həmin pul vəsaitinin onun əldə etmə əsasının nəyə görə olmasını aydınlaşdırmamışdır. Halbuki mərhum tərəfindən b ankdan götürülən 13500 manat pul məbləği Azərbaycan Respublikası Prezidenti tərəfindən silinmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya baxışında Cavabdeh apellyasiya şikayəti ilə eyni məzmunlu izahatında mərhum İman Alməmmədovun bankdan kredit götürüb ona 8000 manat deyil, 4000 manat borc verdiyini, 4000 manatını isə özünə saxladığını göstərib Şahbuz Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və iddia tələbinin qalmış hissədə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışında İddiaçı apellyasiya şikayətini qəbul etmədiyini, apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirib Şahbuz Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışında iddiaçının vəkili Vəkil apellyasiya ş ikayətinin dəlilləri ilə razı olmadığını bildirib Şahbuz Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyas ı məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından aydın olur ki, İddiaçı Şahbuz Rayon Məhkəməsində iddia qaldıraraq oğlu İman Alməmmədovun hərbi hissədə işlədiyi müddətdə bacanağı Cavabdeh təklif və zaminliyi ilə aldığı evi təmir etmək məqsədilə "xxxx"-dan 13500 manat kredit götürüb ona verdiyini, o da həmin puldan 5140 manatını bir nəfər dostuna verdiyini, oğlunun ikinci Qarabağ müharibəsində şəhid olduğunu, Ölkə başçısının məlum Fərmanına əsasən kredit borcu olan şəhidlərin borcunun silindiyini, bir müddət sonra həmin pulun Zamindən qaytarmağı tələb etdiyini, o da yaxın qohumları ilə birlikdə, o cümlədən pul verdiyi yaxın dostu ilə onlara gəlib hər ikisinin Zaminin 8000 manat, həmin dostunun isə 5000 manat borcları olduğunu etiraf etdiklərini və maddi imkanları olmadığından 6 aya qaytaracaqlarını bildirdiklərini, bir müddət keçəndən sonra Zaminin dolayısı ilə ona pulu verməyəcəyini çatdırdığına görə məcburiyyət qarşısında qalaraq, bir çox inzibati qurumlara, o cümlədən Naxçıvan MR Hərbi prokurorluğuna pulun alınıb verilməsi ilə bağlı şikayət etdiyini, orada izahat verərkən hər ikisinin borclarını etiraf etdiklərini, lakin Cavabdeh hərdən bir bəhanə gətirib borcunu qaytarmaq istəmədiyini göstərib Cavabdeh 8000 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə əlavə edilmiş 11.09.2020-ci il tarixli İK 1109/09 nömrəli kredit müqaviləsi ilə mərhum X2 36 ay müddətinə 13500 manat istehlak kreditini Cavabdeh zaminliyi ilə "xxxx" ASC-nin Naxçıvan fi lialından alması təsdiq olunur. Sübutetmə vəzifəsinin bölgüsü baxımından iddia edilən məbləğdə pulun iddiaçının mərhum oğlu tərəfindən cavabdehə verilməsini və qaytarılmadığını sübut etmə vəzifəsi həmin halı iddia edən şəxsə-iddiaçıya aiddir. İddiaçı Cavabdeh mərhum oğlu İman Alməmmədova borclu olduğunu iddia etdiyi 8000 manat pulun Cavabdeh alınaraq ona qaytarılmasını xahiş etmiş, cavabdeh isə mərhum İman Alməmmədovla arasında borc münasibətlərinin mövcudluğunu mübahisələndirməmiş, həm birinci instansiya məhkəməsində verdiyi izahatında, həm də apellyasiya şikayətində mərhum İman Alməmmədov tərəfindən bankdan götürülmüş 13500 manat pulun yalnız 4000 manatının ona verilməsini göstərmişdir. Kollegiya qeyd edir ki, bu hal tələb olunan pulun 4000 manata aid olan hissəsinə münasibətdə iddiaçı nı sübut etmək vəzifəsindən azad edir. Borc məbləği kimi cavabdehdən tələb olunan ümumi 8000 manatın qalan 4000 manata aid hissəsinə münasibətdə kollegiya qeyd edir ki, tələbin həmin hissəsi də əsaslıdır. Belə ki, işdə olan Cavabdeh imzası ilə təsdiq edilmiş 08 aprel 2021-ci il tarixli izahatı və həmin tarixli iltizamından görünür ki, Cavabdeh İddiaçı mərhum oğlu İ.Alməmmədovdan 8000 manat borc aldığını göstərib həmin puldan qalıq qalan 7643 manat pulu altı ay ərzində İddiaçı qaytaracağı barədə iltizam verərək öhdəlik götürmüşdür. Bununla yanaşı birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri ilə Cavabdeh mərhum İ.Alməmmədova 8000 manat pul borclu olması sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh "xxxx" ASC-nin Naxçıvan filialından götürülmüş kredit üzrə 297 ma nat ödəniş etməsini nəzərə almaqla cavabdehdən 7703 manat pulun alınıb iddiaçıya ödənilməsi nəticəsinə gəlmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “Naxçıvan-Bank”-dan götürülmüş puldan yalnız 4000 (dörd min) manatının ona verilməsi, ona 8000 (səkkiz min) manat pulun verilməməsi, bunu məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş şəxslərin izahatları ilə təsdiq edilməsinə baxmayaraq məhkəmənin ona 7703 manat təyin etməsi barədə dəlillərini əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələrinə ayrı-ayrılıqda sübutların mümkünlüyü və mötəbərliyi baxımından məhkəmə tərəfindən hüquqi qiymət verilmiş, cavabdehin tələb edilən pul məbləğinə görə öhdəlik daşıması öz təsdiqini tapmışdır. Kollegiya həmçinin cavabdehin apellyasiya şika yətində qeyd olunan məhkəmənin ondan alınıb iddiaçıya verdiyi pul məbləğinin hansı əsasa görə ona verilməli olmasını, həmin pul vəsaitinin onun əldə etmə əsasının nəyə görə olmasını aydınlaşdırmaması, halbuki mərhum tərəfindən bankdan götürülən 13500 manat pul məbləğinin Azərbaycan Respublikası Prezidenti tərəfindən silinməsi ilə bağlı dəlillərini də əsassız hesab edir. Belə ki, həmin güzəşt şəhid olmuş X4 şamil olunduğundan bu hal cavabdehlə mərhum İ.Alməmmədov arasında mövcud olmuş borc münasibətlərindən irəli gələn öhdəliyə xitam verilməsi üçün əsas hesab olunmur. Odur ki, cavabdehdən mərhum İ.Məmmədov qarşısında yerinə yetirməli olan öhdəliyin icrasını mərhumun birinci növbəli vərəsəsi kimi atasının (iddiaçının) tələb etməsi qanuna müvafiqdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlı ğa götürənlər). 1254-cü maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətilə X2 10.11.2020-ci ildə döyüş meydanında vəfat etməsi təsdiq edilir. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı İman Alməmmədovun atasıdır. 15.12.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən aydın olur ki, 10.11.2020-ci ildə vəfat etmiş X2 vərəsəsi İddiaçıdur və o miras əmlakdan tam hissədə pay almalıdır. İşə əlavə edilmiş Şahbuz Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən İddiaçı adına 11.12.2020-ci ildə verilmiş 001626 nömrəli, müddətsiz vəsiqənin notarial qaydada təsdiq olunmuş sur ətindən aydın olur ki, vəsiqəni təqdim edən şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Kollegiya cavabdehin apellyasiya şikayətində qeyd etdiyi, mülki iş üzrə əsassız varlanmaya aid Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091- ci maddəsinin tətbiq edilməli olması ilə bağlı dəlillərini də əsassız hesab edir. Belə ki, həmin maddəyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.(maddə 1091.1.) Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.(maddə 1091.2). Kollegiya qeyd edir ki, işdə həmin maddədə göstərilən dispozitiv şərtlər mövcud olmadığından mübahisəyə həmin maddənin tətbiqi istisna olunur. Belə ki, iddiaçının mərhum oğlunun vərəsəsi olaraq ona məxsus pulu cavabdehdən tələb etməkdə yuxarıda göstərilən normalara uyğun qanuni əsası vardır və bu hal əsassız varlanma kimi qiymətləndirilə bilməz. Yuxarıda sadalananlara əsasən kollegiya belə nəticəyə gəlir k i, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən Cavabdeh apellyasiya şikayəti təmin edilməməli və Şahbuz Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(090)-13/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0 və 384.0.1-ci maddələrinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində qеyd olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 402.1–ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kolle giyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş üzrə cavabdeh iddia olunan pul məbləğindən 4000 manatını almasını, qət olunan qalan pul məbləğini isə almadığını, yəni qətnamənin əlavə 3703 manat pulun alınmasına dair hissəsini mübahisələndirmişdir. Göründüyü kimi qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində yəni (7703 manat (qət edilən) - 4000 manat (mübahisələndirilməyən hissə) =3703 manat (mübahisələndirilən hissə) iddianın qiyməti beş min manatdan az (3703 manat) olduğundan həmin maddənin tələbinə uyğun olaraq belə halda qətnamədən kassasiya şikayətinin verilməsi istisna olunur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 392, 393, 402.1-ci maddələrini rəhbər tutub kollegiya qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şahbuz Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(090)-13/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-54/2022
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-54/2022
15.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver