Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-57/2023 19.04.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevnanın sədrliyi və məruzəsi ilə, Quliyev Vüqar Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə iddia ərizəsinin geri qaytarılması haqqında Naxçıvan Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli e-2(078)-539/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək qeyri-əmlak hüquqlarının pozulması ilə əlaqədar olaraq maddi və mənəvi zərərin əvəzi olaraq Cavabdeh 700000 (yeddi yüz min) manat pulun alı nıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli e-2(078)-539/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ərizəsi yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilməkdən imtina edilmiş, iddiaçıya inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ilə müvafiq inzibati məhkəməyə müraciət etmə hüququ izah olunmuş, iddiaçı tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsi və ona əlavə edilən sənədlər iddiaçıya qaytarılmış və İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə X4 ********** nömrəli qəbzlə ödənilmiş 390 (üç yüz doxsan) manat döv lət rüsumu geri qaytarılmışdır. İddiaçı sözügedən qərardaddan şikayət verərək, Naxçıvan Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli e-2(078)-539/2023 nömrəli qərardadının ləğv edilərək işin məhkəmədə baxılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli e-2(078)-539/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı Naxçıvan Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli e2(078)539/2023 nömrəli qərardadından verdiyi şikayət baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdeh fiziki şəxslərdir və iddianın predmeti maddi və mənəvi ziyandan ibarətdir. İnzibati orqanın hər hansı bir qə rarı, hərəkət və hərəkətsizliyi mübahisələndirilməyib. Şikayətdə Naxçıvan MR Ali Məclisinə qarşı iddia irəli sürülməyib. İki fiziki şəxs arasında maddi və mənəvi ziyan tələbinin inzibati icraat qaydasında baxılmalı olması qənaətinə gəlinməsi yumşaq desək, qeyri-ciddidir. Bu səbəbdən də qərardadda İPM-nin normalarına və Ali Məhkəmənin Plenumunun xx.xx.2015ci il tarixli qərarına istinad edilməsi əsassızdır. İki fiziki şəxs arasında maddi və mənəvi ziyan tələbinin mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması səbəbi ilə Mülki Prosessual Məcəllənin 153.2.1 maddəsinə əsasən icraata qəbul etməkdən imtina olunması qanunsuzdur. İddiaçı şikayətdə qeyd etmişdir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunduğu halda məhkəmə hazırlıq iclasında və məhkəmə baxışında həll edilməli olan məsələlərə münasibət bildirib. Mülki Prosessual Məcəllənin 167.1.4 maddəsinə əsasən əsli olmayan tərəfin əsli olan tərəflə əvəz edilməsi məsələsinə işin məhkəmə baxışına hazırlanması zamanı baxılır. İddia ərizəsini icraata qəbul etməkdən imtina etdiyi halda əsli olmayan tərəfin əsli olan tərəflə əvəz olunmasına münasibət bildirilməsi qanunsuzdur. Həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə münasibət bildirilməsi ilə başqa bir qanunsuzluq edilmişdir. İddia ərizəsini geri qaytardığı halda iddianın hüquqi əsaslarına münasibət bildirilməsi müzakirə oluna bilməz ona görə ki, maddi hüquq normalarına düzgün istinad edilməsinə qiymət verilməsi məhkəmə baxışı zamanı həll olunan məsələlərdəndir. Mülki Prosessual Məcəllənin 218.1 maddəsinə əsasən iş üzrə hansı qanunun tətbiq edilməli olduğuna m üşavirə otağında qiymət verilməlidir. İddiaçının qeyd etdiyi başqa bir məsələ ondan ibarətdir ki, iddiaçı işin məhkəmə baxışına hazırlanması yekunlaşana qədər iddianın əsasını və predmetini dəyişə bilər. Bu konteksdən də yanaşdıqda görürük ki, məhkəmə prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozaraq cavabdehə sədaqətini nümayiş etdirmişdir. Hakim bilməlidir ki, iddia ərizəsinin icraata qəbul edilib edilməməsi prosessual məsələdir. İddia ərizəsinin icraata qəbul edilməsindən imtina edildiyi halda yuxarıda göstərilən məsələlərə münasibət bildirilməsi hakimin təcrübəsizliyi ilə əlaqədar ola bilər. Lakin iddia Naxçıvan xanı Cavabdeh qarşı, yəni fiziki şəxsə qarşı verildiyi üçün mübahisəyə daha təcrübəli hakimlərin baxması məqsədə uyğun olar. Sonda iddiaçı şikayətdə göstərilənləri və Mülki Prosessual Məcəllənin 267-269-cu maddələrini rəhbər tutaraq, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(078)-539/2023 saylı qərardadının ləğv edilib mübahisəyə baxılmasını təmin etməyi kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi verilən qərardaddan şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. İddiaçı şikayətə yazılı icraat q aydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onda olan bütün izahat və sübutların bildirişdə göstərilən tarixədək təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı sübut və ya izahatlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya İddiaçı şikayətində göstərdiyi dəlilləri mülki işin materialları ilə əlaqəli şəkildə təhlil edərək aşağıdakıla rı qeyd edir. Kollegiya İddiaçı şikayətdə göstərdiyi iddiaçı və cavabdehin fiziki şəxslər olması, iddianın predmetinin maddi və mənəvi ziyandan ibarət olması, inzibati orqanın hər hansı bir qərarı, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməməsi, şikayətdə Naxçıvan X1rşı iddia irəli sürülməməmsi, iki fiziki şəxs arasında maddi və mənəvi ziyan tələbinin inzibati icraat qaydasında baxılmalı olması qənaətinə gəlinməsinin qeyri-ciddi olması, bu səbəbdən də qərardadda İPM-nin normalarına və Ali Məhkəmənin Plenumunun xx.xx.2015-ci il tarixli qərarına istinad edilməsinin əsassız olması, iki fiziki şəxs arasında maddi və mənəvi ziyan tələbinin mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması səbəbi ilə Mülki Prosessual Məcəllənin 153.2.1 maddəsinə əsasən icraata qəbul etməkdən imtina olu nmasının qanunsuz olması dəlillərini əsassız hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə müvafiq olaraq qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati məhkəmə icraatı qaydasında həmçinin, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qə rarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 10 aprel 2015-ci il tarixli qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Həmin qərarın 5-ci bəndinin 1-ci hissəsinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati or qanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı ona vurulan maddi və mənəvi zərərin cavabdehin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olduğu vaxt onun Naxçıvan Şəhər Xalq Məhkəməsinin sədri vəzifəsindən azad edilməsi barədə 16 sentyabr 1996-cı il tarixli 126/01-S nömrəli sərəncamının qəbul edilməsinin nəticəsi kimi qeyd etsə də, lakin öz tələbinin əsası kimi istinad etdiyi halları mülki hüquq pozuntularından əmələ gələn öhdəliklərlə əsaslandırmışdır. İddiaçının sözügedən sərəncamın qanunsuz qəbul edilməsini göstərməsi həmin sərəncamın nəticəsi olaraq ona vurulmuş maddi və mənəvi zərərin mahiyyət etibarilə inzibati icraat çərçivəsində baxılmalı tələb olduğuna və bu cür tələbin iddianın mülki məhkəmə icraatında baxılmasının yolverilməz olduğuna dəlalət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddian ın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunmalıdır ki, həmin Məcəllənin 153.2.1-ci maddəsində “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” ifadəsi işə yalnız məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 153.2.1-ci maddəsinin təsir dairəsinə düşür. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Bu baxımdan əgər iddia ərizəsinin ümumiyyətlə mülki məhkəmə icraatı qaydasında baxılmasının mümkünlüyü barədə məsələ mövcuddursa, işə baxan məhkəmə ilk növb ədə həmin məsələyə hüquqi qiymət verməli və əgər iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfindən yalnız inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işin həmin icraat çərçivəsində baxılmalı olduğu halda iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin icraata qəbul edilməsindən imtina edilməli, tələbin inzibati tələb olduğu xatırladılmaqla müvafiq qaydada inzibati məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah edilməlidir. MPM-in 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. İddiaçının qeyd etdiyi iddia ə rizəsinin icraata qəbul edilməsindən imtina olunduğu halda məhkəmə hazırlıq iclasında və məhkəmə baxışında həll edilməli olan məsələlərə münasibət bildirməsi, Mülki Prosessual Məcəllənin 167.1.4-cü maddəsinə əsasən əsli olmayan tərəfin əsli olan tərəflə əvəz edilməsi məsələsinə işin məhkəmə baxışına hazırlanması zamanı baxılması, iddia ərizəsini icraata qəbul etməkdən imtina etdiyi halda əsli olmayan tərəfin əsli olan tərəflə əvəz olunmasına münasibət bildirilməsinin qanunsuz olması, iddia ərizəsini geri qaytardığı halda iddianın hüquqi əsaslarına münasibət bildirməsinin müzakirə oluna bilməməsi, ona görə ki, maddi hüquq normalarına düzgün istinad edilməsinə qiymət verilməsinin məhkəmə baxışı zamanı həll olunan məsələlərdən olması dəlillərini əsassız hesab edərək kollegiya qeyd edir ki, bi rinci instansiya məhkəməsi konkret olaraq əsli olmayan tərəfin əsli olan tərəflə əvəz edilməsi məsələsinə sadəcə izah vermiş lakin münasibət bildirməmişdir və yalnız müəyyən şərt daxilində yəni iddiaçının məhkəmənin iddianın əsli olmayan tərəfə qarşı verildiyi qənaətinə gələrsə (başqa sözlə Cavabdeh müdafiə edərsə) Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən əsli olmayan tərəfin əsli olan tərəflə əvəz edilməsi barədə qərardad qəbul etməli olacağını bildirmişdir. Kollegiya həmçinin qeyd edir ki, iddia buna cavab verməli olan şəxsə qarşı verilməlidir. Əgər iddia əsli olmayan tərəfə qarşı verilərsə məhkəmə cavabdehi əsl cavabdehlə əvəz etməsini iddiaçının yazılı razılığı ilə həyata keçirir, razılıq olmadığı halda işə irəli sürülmüş tələblər üzrə baxır və müvafiq qərar qəbul edir. İ ddia ərizəsindən də aydın olur ki, iddiaçı onun iddiasına cavab verməli olan əsl cavabdehin fərqindədir, beləliklə də iddia ərizəsində iddiaçı Mülki Məcəllənin 1100-cü maddəsini məhz bu səbəbdən qeyd etmişdir. Lakin iddiaçı bu əvəzlənməni məhkəmənin vəzifəsi kimi görməməli və ya əvəzləndiyi halda məhkəmənin cavabdeh şəxsi müdafiə etməsi ilə əlaqələndirməməlidir. Hazırki tələb ümumiyyətlə mülki qanunvericilikdə nəzərdə tutulan mülki hüquq münasibətləri çərçivəsində yaranmış tələb hesab edilmir, bu tələb mülki hüquq münasibətlərindən yaranmayan tələb üzrə inzibati akt hüquqi qüvvəsi daşıyan hakimiyyət səlahiyyəti funksiyası daşıyan fiziki şəxsin müvafiq inzibati orqanın adından qəbul etdiyi sərəncamın nəticəsində maddi və mənəvi zərərin əvəzinin ödənilməsi olduğundan cavabdehin əsl cavabde hlə əvəz edilməsi barədə məhkəmənin vəzifəsindən də söhbət gedə bilməz. İddiaçının yuxarıda qeyd etdiyi hallar qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya şikayətdə qeyd olunan iddiaçının işin məhkəmə baxışına hazırlanması yekunlaşana qədər iddianın əsasını və predmetini dəyişə bilməsi, bu konteksdən də yanaşıldıqda məhkəmənin prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozaraq cavabdehə sədaqətini nümayiş etdirməsi, iddia ərizəsinin icraata qəbul edilib-edilməməsinin prosessual məsələ olması, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edildiyi halda yuxarıda göstərilən məsələlərə münasibət bildirilməsinin hakimin təcrübəsizliyi ilə əlaqədar olması dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.2-ci maddəsinə ə sasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Halbuki hazırki iş üzrə iddia ərizəsinin mümkünlüyü haqqında ərizəyə baxılması üçün tərəflərin iştirakına heç bir zərurət yaranmamışdır. İddiaçının şikayətdə qeyd etdiyi məhkəmənin prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozaraq cavabdehə sədaqətini nümayiş etdirməsi dəlilinə münasibətdə kollegiya bu göstərilənləri formal mülahizə hesab edir. Həmin məcəllənin 151.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsini daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Birinci instansiya məhkəməsi tərəfindən İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ər izəsi yolverilməz olduğundan 16 mart 2023-cü il tarixdə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3. maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqe ilə razılaşaraq qeyd edir ki, Naxçıvan Şəhər Məhkəməsi iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina etməklə və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instans iyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda qeyd olunanları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə iddia ərizəsinin geri qaytarılması haqqında Naxçıvan Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli e2(078)-539/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli e-2(078)-539/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 284-3.5, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə iddia ərizəsinin geri qaytarılması haqqında Naxçıvan Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli e-2(078)-539/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli e-2(078)-539/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-57/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-57/2023
19.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver