Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-6/2023 17.01.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlu (sədrlik edən və məruzəçi), Quliyev Vüqar Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh və mütəxəssis X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın və çəkilmiş xərcin ödənilməsi tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(110)-401/2022 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın və çəkilmiş xərcin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə 24 may 2022-ci il tarixdə Şərur Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2000 (iki min) manat dəyərində olan bir baş erkək dananın və təxminən 400 (dörd yüz) manat dəyərində olan bir baş buzovun qaytarıb vermədiyinə görə ona vurmuş olduğu 2400 (iki min dörd yüz) manat maddi ziyanı, erkək dananın müalicəsi üçün çəkdiyi 240 (iki yüz qırx) manat çəkilmiş xərcin və dövlət büdcəsinə ödənilmiş 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumu olan pulun, ümumilikdə cəmi 2687 (iki min altı yüz səksən yeddi) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin (sədrlik edən S.Ə.Qarayev) 14 sentyabr 2022-ci il tarixli, 2(110)-401/2022 nömrəli qətnaməsi ilə iddiaçı X4 Cavabdeh qarşı dəymiş maddi ziyanın və çəkilmiş xərcin ödənilməsi tələbi barədə iddiası rədd edilmiş, İdd iaçı tərəfindən ödənilmiş 47(qırx yeddi) manat dövlət rüsumu onun özünə aid edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı 17 oktyabr 2022-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(110)-401/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, qətnamə ilə razılaşmır ona görə ki, 2020ci il tarixində iribuynuzlu mallarını otarmaq məqsədi ilə Cavabdeh önünə ötürmüş, 2020-ci il ərzində müxtəlif tarixlərdə ona məxsus təxminən 2000 manat dəyərində olan 1 baş erkək dananı və təxminən 400 manat dəyərində olan 1 baş buzovu dediyinə görə canavar a yedirtmişdir. 2000 manat dəyərində olan 1 baş erkək dananı yaralı vəziyyətdə olduğundan gedib həyətinə gətirmiş və həmin erkək dananın müalicəsi üçün Şərur rayon Baytarlıq İdarəsinə müraciət etmişdir. Habelə 240 manat xərc çəkməyinə baxmayaraq dananı müalicə edə bilmədiklərindən ölmüşdür. Ondan bir müddət sonra cavabdehin dediyinə görə bu dəfə də 400 manat dəyərində olan 1 baş buzovu canavar yemişdir. Həmin buzovun nə ölüsünü, nə də ki, dirisini ona göstərməmişdir. Nəticə etibarı ilə də cavabdeh 2020-ci il ərzində ona təxminən 2640 manat ziyan vurmuşdur. Həmin vaxt Roşənlə razılaşmışdır ki, cavabdeh onun mallarını (iribuynuzlu heyvanlarını) vurduğu zərər həcmində, yəni 2640 manat dəyərində pulsuz otaracaq, iddiaçı da öz növbəsində onun vurduğu zərərin qarşılığını ödəməsini cavabdehdən tələb etməyəcək. Lakin sonradan cavabdeh ondan 1278 manat pul tələb edərək onu məhkəməyə vermişdir. Hal-hazırda da cavabdehin xeyrinə Şərur Rayon Məhkəməsinin qətnaməsi mövcuddur. Şərur Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(110)401/2022 nömrəli qətnaməsində onun və şahidlərin adından göstərilənlər kökündən yalandır və həqiqəti əks etdirmir. Şərur Rayon Məhkəməsinin qətnaməsində onun və şahidlərin məhkəmədə dedikləri istəyə uyğun şəkildə göstərilmişdir. Məhkəmə baxışı zamanı hakim ondan soruşdu ki, sənin mallarını kim otarıb? O da hakimə bildirmişdir ki, “Şərur Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(110)-701/2021 nömrəli qətnaməsinə əsasən mənim iribuynuzlu heyvanlarımı Cavabdeh otarmışdır. Mən də hazırda onun mənə vurduğu 2640 manat ziyanı ondan tələb edirəm”. On un bu cür deməyinə baxmayaraq məhkəmə onun dediklərini təhrif edərək öz istədiyi kimi, məqsədli şəkildə onun adından göstərir ki, guya o məhkəmədə göstərmişdır ki, “mən 18 baş malımı otarması üçün mərhələlərlə qaynım X5 vermişəm, Roşənlə heç bir razılaşmam olmamış, qaynım Elturanı tanımışam.” Göstərilənlər yalandır. O, Cavabdeh ona vurduğu ziyanı ondan tələb etməyi ilə bağlı məhkəmədə iddia qaldırdığı halda nə üçün məhkəmədə ona vurduğu ziyanı ondan tələb etməməlidir. Bu da hakimin ona qarşı olan növbəti qanunsuz addımı sayılmalıdır. Həmçinin məhkəmə şahidlər tərəfindən verilmiş ifadələri təhrif edərək, öz qanunsuz qərarının hazırlanması üçün zəmin yaratmış və nəticə etibarı ilə də əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Hesab edir ki, Roşən onun qarşısında ona vurduğu maddi ziyana gör ə məsuliyyət daşıyır və ona qarşı irəli sürdüyü tələb tamamilə əsaslıdır. Əgər məhkəmə təqdim olunmuş sübutları düzgün araşdırıb, əsalı şəkildə qiymətləndirsə idi, gəldiyi nəticə fərqli olmalı idi. Həmçinin məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə çəkişməsini təmin etmədən məhkəmə keçirərək yekun qərar vermişdir. Dəfələrlə cavabdehin məhkəmədə iştirakını məhkəmədən xahiş etsə də, məhkəmə bununla bağlı heç bir addım atmamışdır. Hesab edir ki, məhkəmə yuxarıda qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan və düzgün qiymətləndirmədən qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin məhkəmə baxışında iştirakını təmin etmədən, çəkişmə prinsipinə riayət etmədən və mübahisə ilə bağlı şəxsən iddiaçının və şahidlərin söylədiklərini tam təhrif edərək, həqiqətə nail o lmadan qətnamə qəbul etmişdir. Beləliklə, nəticə etibarı ilə iş üzrə materiallar məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmadan, habelə düzgün hüquqi qiymət verilmədən heç bir hüquqi əsası olmayan ədalətsiz bir qətnamə çıxarılmışdır. Hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə heyəti şikayətin dəlillərini tam və obyektiv surətdə araşdırıb qanuni və əsaslı qərar qəbul edəcəkdir. İddiaçı apellyasiya şikayətinin əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.2, 442, 443.1, 448.1, 448.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.1 və 88-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayəti baxılması üçün 11 noyabr 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının icraatına daxil olmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək eyni məzmunlu izahatında Şərur Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(110)-401/2022 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirib apellyasiya şikayətinin təmin edilməməsini, Şərur Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(110)-401/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiy a məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun o laraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli tədqiq edib, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyindən qətnamənin əsaslılığını və qаnuniliyini, Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq tam yoxlayaraq iş üzrə gəldiyi nəticə lərlə bağlı aşağıdakıları qeyd edir: Kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməsini Cavabdeh hazırki iddia tələbi üzrə tələbin yönəldiyi subyekt olmaması, iddiaçının qarşısında hər hansı öhdəlik daşımaması və onun hazırki iş üzrə əsl cavabdeh olmaması ilə əsaslandırsa da, işin araşdırılmış hallarından aydın olur ki, İddiaçı subay mallarını 2020-ci ilin may ayında, iribuynuzlu heyvanlarını isə 2020-ci ilin iyun ayında şifahi razılığa əsasən bağlanmış tapşırıq müqaviləsi əsasında otarması üçün Cavabdeh önünə ötürməsi və cavabdehin növbəsində iddiaçıya məxsus bir baş buzovun vəhşi heyvan tərəfindən parçalanması, bir baş 2 yaşlı erkək dananın isə vəhşi heyvan tərəfindən yaralanması işin mübahisəsiz halıdır. Belə ki, apellyasiya şikayətinə baxılması üzrə mə hkəmə baxışı iclasındakı izahatında cavabdeh iddiaçıya məxsus heyvanların otarılması üçün onun önünə ötürüldüyünü, bir neçə nəfərin növbə ilə heyvanları otardığını, fərqli vaxtlarda onun növbəsində iddiaçıya məxsus bir baş buzovun vəhşi heyvan tərəfindən parçalandığını, bir baş erkək dananın isə vəhşi heyvan tərəfindən yaralandığını etiraf etmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş, iddiaçının təqdim etdiyi Naxçıvan MR Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli, 2(108)-52/2022 nömrəli qətnaməsindən aydın olur ki, Cavabdeh İddiaçı ona məxsus heyvanları 2020-ci ildə otarmasına görə muzd tələb etmiş və tələbi qismən təmin edilmişdir. Kollegiya məhkəmə tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılmaması ilə bağlı İddiaçı apellyasiya şikayətində qeyd e tdiyi dəlilləri ilə razılaşaraq qeyd edir ki, iş materiallarının müqayisəli şəkildə tədqiqindən aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən düzgün araşdırılma aparılmamış, işə cavabdehin iştirakı olmadan baxılmaqla çəkişmə prinsipi təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinin tələbinə görə ədalət mühakiməsi, çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir (maddə 9.1). Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz (maddə 9.2). Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırm alıdır (maddə 9.3). Kollegiya hesab edir ki, prosessual hüquq normaları pozulmaqla düzgün olmayan qətnamə qəbul edildiyindən həmin əsasla qətnamə tamamilə ləğv edilməlidir. Belə ki, MPM-nin 387.1-ci maddəsinin tələbinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Kollegiya İddiaçı apellyasiya şikayətində qeyd etdiyi 2020-ci il tarixində iribuynuzlu mallarını otarmaq məqsədi ilə Cavabdeh önünə ötürməsi, 2020-ci il ərzində müxtəlif tarixlərdə ona məxsus təxminən 2000 manat dəyərində olan 1 baş erkək dananı və təxminən 400 manat dəyərində olan 1 baş buzovu dediyinə görə canavara yedirtməsi, 2000 manat dəyərində ola n 1 baş erkək dananı yaralı vəziyyətdə olduğundan gedib həyətinə gətirməsi, həmin erkək dananın müalicəsi üçün 240 manat xərc çəkməyinə baxmayaraq dananı müalicə edə bilmədiklərindən ölməsi, ondan bir müddət sonra cavabdehin dediyinə görə bu dəfə də 400 manat dəyərində olan 1 baş buzovu canavarın yeməsi, həmin buzovun nə ölüsünü, nə də ki, dirisini ona göstərməməsi, nəticə etibarı ilə də cavabdehin 2020-ci il ərzində ona təxminən 2640 manat ziyan vurmasına dair dəlilini müzakirə edərək həmin dəlilləri qismən əsaslı hesab edir. Belə ki, işin mübahisəsiz və araşdırılmış hallarından, iş üzrə tərəflərin izahatlarından aydın olur ki, iddiaçı həqiqətən 2020-ci ilin may ayında subay heyvanlarını, iyun ayında isə iri buynuzlu heyvanlarını otarması üçün Cavabdeh önünə ötürmüş, Cavabdeh növbədə oldu ğu vaxtda iddiaçıya məxsus bir baş buzov vəhşi heyvan tərəfindən parçalanmaqla tələf olmuş, bir baş 2 yaşlı erkək dana isə vəhşi heyvan tərəfindən yaralanmış və müalicəyə cəlb edilməsinə baxmayaraq sonradan tələf olmuşdur. Apellyasiya şikayətinə baxılması üzrə keçirilmiş məhkəmə baxışı iclasında bir baş buzovun və bir baş erkək dananın dəyərinin müəyyən edilməsi üçün Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq idarəsindən mütəxəssis dəvət olunmuş, mütəxəssis X3 tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli rəydə qeyd olunmuşdur ki, 4 aylıq buzovun real bazar dəyəri təxminən 200-250 manat dəyərində qiymətləndirilə bilər. 2 yaşı olan erkək dananın real bazar dəyəri təxminən 1200 manat qiymətləndirilə bilər. Kollegiya hesab edir ki, mütəxəssis rəyi mötəbər sübut kimi qəbul edilməklə mütə xəssis tərəfindən bir baş buzovun dəyərinin 200 manat, 2 illik bir baş erkək dananın dəyərinin isə 1200 manat olaraq qiymətləndirilməsi əsas götürülməli, iddia tələbi heyvanların tələf olmasına görə cavabdehdən 1400 manat pulun alınıb iddiaçıya verilməsi hissəsində təmin edilməli, həmin tələblə bağlı qalmış hissədə iddia rədd edilməlidir. Belə ki, cavabdeh izahatında həmin vaxt İddiaçı məxsus bir baş buzovun təxminən 200 manat, bir baş erkək dananın isə 1200 manat dəyərində olmasını göstərmiş, həmçinin kollegiyada şahid qismində dindirilmiş Şahid ifadəsində həmin vaxt gördüyü, vəhşi heyvanın yaraladığı və sonradan tələf olan bir baş erkək dananın təxminən 1200-1400 manat dəyərində olduğunu təsdiq etmişdir. Kollegiya qeyd edir ki, iddiaçı vəhşi heyvan tərəfindən yaralanmış erkək dananın m üalicəsinə 240 manat xərc çəkməsini göstərsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı cavabdeh kollegiyadakı izahatında vəhşi heyvanın yaraladığı dananın iddiaçı tərəfindən kəsilərək ətinin satıldığını göstərmiş, lakin bununla bağlı mötəbər sübutları kollegiyaya təqdim etməmişdir. Əksinə kollegiyada şahid qismində dindirilmiş Şahid ifadəsində vəhşi heyvan tərəfindən yaralanmış və müalicəyə cəlb edilən bir baş dananın ətinin yararsız olmasını təsdiq etmişdir. Ona görə də iddia tələbinin çəkilmiş xərcə aid olan hissəsi sübut olunmadığından rədd edilməlidir. Kollegiya iddiaçının apellyasiya şikayətində göstərdiyi, birinci instansiya məhkəməsində işə baxılan zaman onun və şahidlərin ifadələrinin təhrif edilməsi ilə bağlı dəlilini müzakirə edərək qeyd e dir ki, iş materiallarına əlavə edilmiş iddiaçının da iştirak etdiyi, birinci instansiya məhkəməsində keçirilmiş, 14 sentyabr 2022-ci il tarixli məhkəmə iclasının protokolundan aydın olur ki, iddiaçıya məhkəmə iclas protokolu ilə tanış olmaq və protokola dair qeydlər vermək hüququ izah edilmiş, lakin bununla bağlı iddiaçı tərəfindən məhkəmə iclas protokoluna dair qeydlər verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 273cü maddəsinə əsasən işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; -21.1-ci maddəsinə əsasən zərə rin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verilməli, iş görülməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən ç əkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya di gər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. - 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. - 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Kollegiya qeyd ed ilən maddi hüquq normalarını hazırki mübahisəyə tətbiq edərək hesab edir ki, tərəflər arasında tapşırıq müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Tərəflərin izahatlarından aydın olur ki, İddiaçı özünə məxsus heyvanları müəyyən muzd müqabilində otarmasını, onlara nəzarət etməklə qorunub saxlanılmasını Cavabdeh tapşırmış, cavabdeh isə həmin tapşırığı icra etməyi öhdəsinə götürmüşdür. Bununla da vəkalət alan cavabdeh tapşırığı qəbul etmiş və tərəflər arasında olan tapşırıq müqaviləsi qüvvəyə minmişdir. Cavabdeh tərəflər arasında olan şifahi tapşırıq müqaviləsinin icrası ilə bağlı ona tapşırılan əmlakın qorunub saxlanılmasını təmin etməmiş və nəticədə iddiaçıya bir baş buzovun və bir baş dananın tələf olması ilə əlaqədar maddi ziyan vurulmuşdur. Bununla da cavabdehin tapşırıq müqa viləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyini lazımi qaydada icra etməməsi nəticəsində iddiaçıya dəyən zərər üçün maddi məsuliyyəti yaranmışdır. Beləliklə kollegiya apellyasiya baxışı zamanı şikayətlərin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın və çəkilmiş xərcin ödənilməsi tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(110)-401/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şərur Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(110)-401/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, C avabdeh 1200 (bir min iki yüz) manat dəyərində olan bir baş erkək dananın və 200 (iki yüz) manat dəyərində olan bir baş buzovun tələf olması nəticəsində vurulmuş maddi ziyana görə ümumilikdə 1400 (bir min dörd yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 47 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 24.48 (iyirmi dörd manat, qırx səkkiz qəpik) manat məbləği Cavabdeh aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsi nə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya qeyd edir ki, qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan həmin normanın tələbinə əsasən qətnamədən iş üzrə tərəflərin kassasiya şikayəti vermək hüquqları istisna olunur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 384.0.2, 385.1.1, 387.1, 392, 402.1-ci maddələrin i rəhbər tutub kollegiya qətetdi: Şərur Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(110)-401/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(110)-401/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın və çəkilmiş xərcin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə ümumilikdə 1400 (bir min dörd yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş tələbin məbləğinə mütənasib olaraq 24.48 (iyirmi dörd manat, qırx səkkiz qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə qəbul edildiyi andan qanuni qü
Məhkəmə qərarları › İş №2(108)-6/2023
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-6/2023
17.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver