Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-60/2022 18.04.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Məmmədov Fəxrəddin Rüstəm oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən azad edilməsi və torpaq sahəsinin boşadılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin “Apellyasiya şikayətinin qaytarılması barədə” 14 mart 2022-ci il tarixli, 2(078)-568/2021 nömrəli qərardadından iddiaçının nümayəndəsi Nümayəndə və iddiaçının vəkili Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 469 kvadrat metr torpaq sahəsinin Cavabdeh qanunsuz istifadəsində olan 109 kvadrat metr hissəsinin cavabdehin sahibliyindən azad edilməsi, torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən: G.X.Səfərəliyeva) 13 sentyabr 2021-ci il tarixli, 2(078)-568/2021 nömrəli qətnaməsi ilə iddia əsassız olduğundan rədd edilmişdir. İş üzrə iddiaçının nümayəndəsi Nümayəndə 04 oktyabr 2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Naxçıvan Şəhər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(078)568/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddia ərizəsinə mahiyyəti üzrə baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Mülki iş apellyasiya şikayəti ilə birlikdə 26 oktyabr 2021-ci il tarixdə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasın a göndərilmiş, Naxçıvan MR Ali Məhkəməsi mülki kollegiyasının 11 noyabr 2021-ci il tarixli 2(108)-200/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək Naxçıvan Şəhər Məhkəməsinə geri qaytarılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 361 və 363-cü maddələrinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmışdır. İddiaçının nümayəndəsi Nümayəndə 01 mart 2022-ci il tarixdə apellyasiya şikayəti verərək, Naxçıvan Şəhər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(078)-568/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 03 mart 2022-ci il tarixli qərardad ı ilə apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 361 maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmışdır. Sözügedən qərardadda iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətində yol verilən nöqsanlar ərtaflı şəkildə göstərilmiş və həmin nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən apellyasiya şikayəti ilə müraciət etmək hüququ ona izah edilmişdir. 11 mart 2022-ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilən sənədlər Naxçıvan Şəhər Məhkəməsinə daxil olmuşdur. Sonuncu apellyasiya şikayətinə əlavə edilən dövlət rüsumunun ödənilməsi barədə qəbzdən aydın olmuşdur ki, iddiaçının nümayəndəsi məhkəmənin 03 mart 2022-ci il tarixli qərardadında qeyd edilən nöqsanlar ı qismən aradan qaldırmış, əlavə olaraq Naxçıvan Şəhər Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qərardadında qeyd etdiyi nöqsanın rüsuma münasibətdə hissəsini aradan qaldırmamış və 5 (beş) manat dövlət rüsumu ödəmişdir. Məhkəmənin 15 dekabr 2021-ci il tarixli qərardadında dövlət rüsumu ilə bağlı qanunvericilik normaları iddiaçının nümayədəsinin diqqətinə çatdırılmaqla göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 mart 2011-ci il tarixli, 3 nömrəli Plenum qərarının 19-cu bəndində qeyd olunur ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə müvafiq olaraq apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu tutulmalıdır Naxçıvan Şəhər Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(078)-568/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən azad edilməsi və torpaq sahəsinin boşadılması tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə Naxçıvan Şəhər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(078)-568/2021 nömrəli qətnaməsindən verdiyi 10 mart 2022-ci il tarixli apellyasiya şikayəti geri qaytarılmış və iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən “X1 28.02.2022-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 5 (beş) manat dövlət rüsumu geri qaytarılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin qərardadından narazı qalan iddiaçının nümayəndəsi Nümayəndə və iddiaçın ın vəkili Vəkil 20 mart 2022-ci il tarixli apellyasiya şikayəti ilə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(078)-568/2021 nömrəli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(078)-568/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən azad edilməsi və torpaq sahəsinin boşadılması tələbinə dair mülki iş üzrə “Apellyasiya şikayətinin qaytarılması barədə” 14 mart 2022-ci il tarixli, 2(078)-568/2021 nömrəli qərardadından iddiaçının nümayəndəsi Nümayəndə və iddiaçının vəkili Vəkil verdiyi şikayət əsaslı hesab edilməyərək, şikayət mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. İddiaçının nümayəndəs i Nümayəndə və iddiaçının vəkili Vəkil şikayəti onunla əsaslandırmışlar ki, şikayətdə qeyd olunanlara əsasən hesab edirlər ki, Naxçıvan Şəhər Məhkəməsinin 14 mart 2022-ci il tarixli qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284- 5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülk i-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, şikayət Naxçıvan Şəhər Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(078)-568/2021 nömrəli qərardadının ləğvinə yönəldiyinə görə qərardadın əsaslılığı tam yoxlanılmalıdır. Kollegiya şikayətin dəlillərinə münasibətdə eyni zamanda onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddəsinin tələbinə əsasən məhkəmə icraatı işə baxı lan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Həmçinin kollegiya iddiaçının şikayətində iddia ərizəsini məhkəməyə 2020-ci ildə verdiyindən, həmin vaxt məhkəməyə 10 manat dövlət rüsumu ödədiyindən, hazırki halda qətnamədən apellyasiya şikayəti vermək üçün 10 manatın 50%-i miqdarında, yəni 5 manat dövlət rüsumu ödəməli olduğundan 5 manat dövlət rüsumu ödədiyini, lakin Naxçıvan Şəhər Məhkəməsinin maddi hüquq norması olan Dövlət rüsumu haqqında Qanununu, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli, № 364-VİQD nömrəli Qanununun 2.2.ci bəndini görməzdən gələrək düzgün tətbiq etmədiyinə dair dəlillə rinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişiklik 2021-ci ilin 1 oktyabr tarixindən qüvvəyə mindiyindən həmin dəyişikliklərin apellyasiya şikayətinə münasibətdə tətbiqi üçün zəruri şərtlərin mövcud olub-olmamasını birinci instansiya məhkəməsi araşdırıb düzgün dəyərləndirməmişdir. Belə ki, məhkəmənin istinad etdiyi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə” Qanunun keçid müddəalarında nəzərdə tutulmuşdur ki, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrinə və şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir. Hazırki iş üzrə iddiaçı iddia ərizəsini məhkəməyə 2020-ci ildə vermiş və buna görə dövlət rüsumunu 2021-ci ilin 25 yanvar tarixində 10 manat məbləğində ödənilmişdir (İ cild, i/v 15). Ona görə də həmin iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumunun 50 faizi düzgün olaraq 5 manat məbləğində ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırki iş üzrə apellyasiya şikayəti 26 oktyabr 2021-ci il tarixdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərildiyindən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 11 noyabr 2021-ci il tarixli 2(108)-200/2021 nömrəli qərardadı ilə apellyas iya şikayəti qeyri-mümkün hesab edildiyindən və həmin qərardad qanuni qüvvəsini aldığından Kollegiya hesab edir ki, məhz həmin əsasa görə Naxçıvan Şəhər Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(078)-568/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənləri və Аzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 397, 400 və 402-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara a l ı r: Naxçıvan Şəhər Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(078)-568/2021 nömrəli qərardadından iddiaçının nümayəndəsi Nümayəndə və iddiaçının vəkili Vəkil tərəfin dən verilmiş şikayət təmin olunmasın. Naxçıvan Şəhər Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(078)-568/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-60/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-60/2022
18.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver