Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-61/2024 26.02.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Ali Məhkəmənin hakimləri X2 (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 2(079)-34/2022 nömrəli, 29 yanvar 2024-cü il tarixli qərardadından iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayətinin mümkünlüyünü yoxlayıb müəyyənetdi: İddiaçı 26 noyabr 2021-ci il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 84000 (səksən dörd min) manat pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu olaraq ödədiyi 343 (üç yüz qırx üç) manat pulun alınıb ona verilməsi barədə qətn amə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(079)-34/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 84000 (səksən dörd min) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, həmçinin Cavabdeh 342 (üç yüz qırx iki) manat miqdarında dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh 17 yanvar 2024-cü ildə ərizə ilə məhkəməyə müraciət edərək Babək Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(079)-34/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli 2(079)-34/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh Babək Rayon Məhkəməsinin 1 9 aprel 2022-ci il tarixli, 2(079)-34/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəsi təmin edilməmiş və buraxılmış prosessual müddətin bərpasından imtina edilmiş və ərizəyə əlavə edilmiş apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər cavabdehə qaytarılmışdır. İş üzrə Cavabdeh 12 fevral 2024-cü il tarixli şikayəti ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 13 fevral 2024-cü ildə məhkəməyə müraciət edərək Babək Rayon Məhkəməsinin 2(079)-34/2022 saylı 29 yanvar 2024-cü il tarixli qərardadının ləğv edilməklə apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin Cavabdeh münasibətdə bərpa edilməsini xahiş etmişdir. Şikayətə Babək Rayon Məhkəməsi tərəfindən 13 fevral 20 24-cü il tarixdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsində nəzərdə tutulmuş qaydada baxılmış, şikayət əsaslı hesab edilmədiyindən mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir. Azərbaycan Respublikası MPM-in 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Prosessual müddət dedikdə, qanunla müəyyən edilən və yaxud məhkəmə tərəfindən təyin edilən elə bir zaman kəsiyi nəzərdə tutulur ki, həmin müddət ərzində məhkəmə, tərəflər, prosesin digər iştirakçıları və məhkəmə qərarını icra edən orqanlar müəyyən prosessual hərəkətlər etmək hüququna malik olurlar və yaxud onları etmək vəzifəsi daşıyırlar. Azərbaycan Respublikası MPM-in 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ ke çmiş olur. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədləri n göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki işin kollegiyada araşdırılmış hallarından və məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” X1 çıxarışdan məlum olur ki, Babək Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(079)-34/2022 nömrəli qərardadının surəti 29 yanvar 2024-cü ildə, saat 1032-də Cavabdeh elektron kabinetinə yerləşdirilməsi təmin edilmişdir. Şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, Babək Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(079)-34/2022 nömrəli qərardadı 29 yanvar tarixində Cavabdeh elektron kabinetinə yerləşdirilməklə həmin qərardad dan şikayət verilməsi müddəti 8 fevralda başa çatdığı halda o, məhkəmənin qərardadından qanunla müəyyən edilmiş müddətdə deyil 13 fevral 2024-cü il tarixdə şikayət vermiş və bununla əlaqədar prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Şikayətinin mümkünlüyünün yoxlanaılması ilə əlaqədar kollegiyadakı izahatında Cavabdeh şikayəti vəkilin tərt ib etdiyini, özünün bu barədə hüquqi biliyinin olmadığını, vəkilin ona bildirdiyinə görə elektron sistemdə problem olduğundan şikayətin vaxtında göndərilmədiyini bildirərək, şikayətin mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 2(079)-34/2022 nömrəli, 29 yanvar 2024-cü il tarixli qərardadından iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayətə baxılması üçün prosessual əsaslar yoxdur. Kollegiya cavabdehin izahatında göstərdiklərinə münasibətdə qeyd edir ki, Cavabdeh şikayəti vaxtında verməməsinin səbəbi ilə əlaqədar heç bir sübutunu təqdim etməmişdir və işdə şikayətin vaxtında verilməsinə mane olan hall ar mövcud olmamışdır. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Mülki işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi şikayətinin verilməsi müddətinin buraxılıb-buraxılmaması məsələsini müzakirə etmədən, işi prosessual əsaslar olmadan baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərmişdir. Azərbaycan Respublikası MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiy ası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, hazırkı vəziyyətdə mülki işə baxılması üçün prosessual əsaslar yoxdur. Ona görə də, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 2(079)-34/2022 nömrəli, 29 yanvar 2024-cü il tarixli qərardadından iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Göstərilənləri və Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin 358.0.3, 365, 366.2, 366.4, 400, 402.2.1 və 405.0.2-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l ı r: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 2(079)-34/2022 nömrəli, 29 yanvar 2024-cü il tarixli qərardadından iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-61/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-61/2024
26.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver