Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-64/2025 03.04.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, Naxçıvan Şəhər Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, e-2(078)-471/2025 nömrəli qərardadından iddiaçıların vəkil-nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı əmlak, əmlak tam yararsız vəziyyətə düşdükdə və ya mövcud olmadıqda əmlakın dəyərinin və əldən çıxmış faydanın ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh X1 məxsus olan **-RP-*** qeydiyyat nişanl ı, X7 markalı avtomobil, **-RE-*** qeydiyyat nişanlı, X7 markalı avtomobilin, İddiaçı3 məxsus olan **SA-*** qeydiyyat nişanlı, X7 markalı avtomobilin, İddiaçı1 məxsus olan **-FF-*** qeydiyyat nişanlı, X7 markalı avtomobilin, **-TA-*** qeydiyyat nişanlı, X7 markalı avtomobilin, **-NV*** qeydiyyat nişanlı, X7 markalı avtomobilin, **-MO-*** qeydiyyat nişanlı, X7 markalı avtomobilin, cavabdehin təşəbbüsü ilə X3 adına rəsmiləşdirilmiş lakin, İddiaçı4 vəsaiti hesabına alınmış **-BA-*** qeydiyyat nişanlı, X7 markalı avtomobilin, tam yararlı vəziyyətdə cavabdehin qanunsuz sahibliyindən alınaraq müvafiq qaydada iddiaçılara verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmin avtomobillər tam yararsız vəziyyətə düşdükdə və yaxud mövcud olmadığı təqdirdə avtomobillərin dəyərlərinin, yəni, hər bi r avtomobil üçün 10.000 manat olmaqla, 80.000 manat məbləğin cavabdehdən tutularaq müvafiq qaydada iddiaçılara ödənilməsi, Cavabdeh 36 ay ərzində 1-ci bənddə qeyd olunan iddiaçılara məxsus avtomobilləri qanunsuz sahibliyində saxlamaqla, iddiaçıların əgər avtomobillər onlarda olardısa hər biri üçün alacağı aylıq 600 manat məbləğində əldən çıxmış faydaların, yəni, X1 məxsus olan 99RP-941 qeydiyyat nişanlı, X7 markalı avtomobil, **-RE-*** qeydiyyat nişanlı, X7 markalı avtomobil üçün 43200 manat, İddiaçı3 məxsus olan **-SA-*** qeydiyyat nişanlı, X7 markalı avtomobil üçün 21600 manat, İddiaçı1 məxsus olan **-FF-*** qeydiyyat nişanlı, X7 markalı avtomobil, **-TA-*** qeydiyyat nişanlı, X7 markalı avtomobil, **-NV-*** qeydiyyat nişanlı, X7 markalı avtomobil, **-MO-*** qeydiyyat nişanlı, X7 markalı avtomobil üçün 86400 manat, İddiaçı4 vəsaiti hesabına alınmış **-BA-*** qeydiyyat nişanlı, X7 markalı avtomobil üçün 21600 manat məbləğində əldən çıxmış faydanın müvafiq qaydada iddiaçılara ödənilməsi, Cavabdeh tərəfindən satılaraq ödənişi iddiaçılara qaytarılmamış, X1 məxsus **-SN-*** qeydiyyat nişanlı, X7 markalı avtomobil üçün avtomobilin dəyərinin, eyni zamanda İddiaçı4 məxsus **-UL-*** qeydiyyat nişanlı, X8 markalı avtomobil üçün avtomobilin dəyərinin, hər biri üçün 10.000 manat, ümumilikdə 20.000 manatın cavabdehdən tutularaq müvafiq qaydada iddiaçılara ödənilməsi, məhkəməyə dövlət rüsumu üçün ödənilmiş 563 manat məbləğin cavabdehdən tutularaq İddiaçı4 ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(078)-47 1/2025 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı əmlak, əmlak tam yararsız vəziyyətə düşdükdə və ya mövcud olmadıqda əmlakın dəyərinin və əldən çıxmış faydanın ödənilməsi tələblərinə dair iddia ərizəsinin geri qaytarılması, İddiaçı4 tərəfindən X6 vasitəsilə 10 fevral 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 563 (beş yüz altmış üç) manat dövlət rüsumunun İddiaçı4 geri qaytarılması qərara alınmışdır. İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə biləcəkləri izah edilmişdir. Məhkəmənin qərardadından narazı qalan iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 vəkil-nümayəndəsi Nümayəndə 26 f evral 2025-ci il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-471/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadını ləğv edərək iddia ərizəsinin icraata götürülməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçıların vəkili və nümayəndəsi Nümayəndə şikayətini əsaslandıraraq qeyd etmişdir ki, “Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-471/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı əmlak, əmlak tam yararsız vəziyyətə düşdükdə və ya mövcud olmadıqda əmlakın dəyərinin və əldən çıxmış faydanın ödənilməsi tələblərinə dair iddia ərizəsinin geri qaytarılması, İddiaçı4 tərəfindən X6 vasitəsilə 10 fevral 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 563 (beş yüz altmış üç) manat dövlət rüsumunun İddiaçı4 geri qaytarılması, iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilməsi qərara alınmışdır. Məhkəmə qərardadında geri qaytarılmanın əsası kimi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddələrinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib m üəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa riayət edilmədən verilmişdir. Belə ki, iddiaçı X4 iddia ərizəsində öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 264-cü maddəsində qərardadın məzmunun necə olması, necə tərtib olunması barədə məlumatlar qeyd olunub, həmin maddəni nəzərinizə çatdırıram. 264.0. Ayrıca akt şəklində qəbul edilən qərardadda aşağıdakılar göstərilməlidir: 264.0.1. qərardadın çıxarılma vaxtı və yeri; 264.0.2. qərardadı çıxaran məhkəmənin adı, hakim və ya məhkəmənin tərkibi və məhkəmənin iclas katibi; 264.0.3. işdə iştirak edən şəxslər, mübahisən in predmeti və ya irəli sürülmüş tələb; 264.0.4. qərardadın hansı məsələ barədə çıxarılması; 264.0.5. məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi; 264.0.6. baxılan məsələ üzrə nəticə; 264.0.7. qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti. Göründüyü kimi, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri tam dəqiqliklə yoxlayan məhkəmə, görünür ki, öz yazdığı qərardadına diqqət yetirməmiş, mövcud tələb üzrə iddiaçıların adları İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 olduğu halda, iddiaçı kimi, X2 adını qeyd etmişdir. Qeyd edim ki, qərardadda adı keçən X2 iddia ərizəsi ilə heç bir əlaqəsi yoxdur. Nəzərə almağınızı xahiş edirik! İddia ərizəsi və ona əlavə edilmiş sənədləri tam dəqiqliklə yoxlayan məhkəmə qərardadında idd ia ərizəsinin geri qaytarılmasının əsası kimi, iddia ərizəsində öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısının qeyd olunmaması göstərilsə də, təəssüf ki, iddia ərizəsində həmin halları təsdiq edən sübutların ardıcıllıqla qeyd edildiyini ya diqqətindən qaçırmış, ya da ki, diqqətindən kənara saxlamışdır. Belə ki, iddia ərizəsində iddiaçıların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlarla bağlı həmin hissələri nəzərə çatdırıram; İddia ərizəsinə əlavə edilmiş Xətai Rayon Prokurorluğunun müstəntiqi Aqil Əşrəfov tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh vermiş olduğu izahatında və həmçinin araşdırma mərhələsində vermiş olduğu iltizamda da qey d olunan xüsusatları təsdiq etmiş, lakin, hərəkətsizlik nümayiş etdirərək ödənişi icra etməmişdir. Həmçinin qeyd edim ki, Xətai Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda hazırki iş üzrə Cavabdeh verdiyi ifadəsində 14 ədəd avtomobilin onda olduğunu, həmin avtomobillərdən 4 avtomobili qaytardığını, onda qalan avtomobillərdən bəzi ehtiyyat hissələrinin yararsız vəziyyətə düşdüyünü, buna görə də Xəlilin avtomobili qəbul etmədiyini, avtomobili təmir etdirdikdən sonra qəbul edəcəyini, maddi imkanı olmadığı üçün avtomobilləri təmir etdirə bilmədiyini, buna görə də avtomobillərin servisdə qalaraq tam yararsız vəziyyətə düşdüyünü qeyd etmişdir. Həmçinin qeyd edim ki, hazırki iş üzrə cavabdeh 22.000 manat borcunun olduğunu etiraf etmiş dir. Əlavə olaraq qeyd edim ki, cavabdeh İddiaçı4 məxsus olan **-UL*** qeydiyyat nişanlı, X8 markalı avtomobili satıb pulunu iddiaçıya verməsi ilə bağlı öhdəlik götürməsinə baxmayaraq, iddiaçı tərəfindən ona verilmiş xx.xx.2022-ci il tarixli, 7-E1473 reyestr nömrəli etibarnamə əsasında avtomobili satmış və pulunu verməmişdir. Həmçinin Xətai Rayon Prokurorluğunda araşdırma mərhələsində cavabdeh **-SN-*** dövlət qeydiyyat nişanlı, “Reno Meqan” markalı avtomobili satılması üçün etibarnamə verilməsini, sözügedən avtomobili satdıqdan sonra, həmin pulla digər avtomobilləri təmir etdirib onları satıb öhdəlikdən yaranmış pulu ödəyəcəyini bildirmişdir. Mülki iş üzrə cavabdehin Xətai Rayon Prokurorluğunda araşdırma mərhələsində verdiyi izahatdan da görünür ki, cavabdeh 2022-ci ilin may ayından etibar ən, 2023-cü ilin mart ayına kimi, yəni, 10 ay ərzində 78000 manat məbləğində iddiaçıya pul verdiyini qeyd edir. Cavabdehin də ifadəsindən yola çıxmış olsaq 13 avtomobil üçün (bir avtomobil 2022-ci ilin may ayında satılmış onun pulu iddiaçıya ödənilməmişdir) 78000 manat ödədikdə aylıq olaraq hər bir avtomobil üçün 600 manat məbləğində pul ödədiyini təsdiq etmiş olur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 762/23 saylı vəkil sorğusu əsasında Bakı şəhəri Xətai Rayon Prokurorluğundan alınmış xx.xx.2023-cü il tarixli, xx/xx-2023 saylı cavab məktubuna əlavə edilmiş iltizamdan da göründüyü kimi, cavabdeh 40.000 manat məbləğində öhdəliyi üzrə etiraf etdiyi məbləği xx.xx.2023-cü il tarixinədək ödəyəcəyini öz öhdəsinə götürmüşdür. İstər cinayət işinin başlanmasının rədd edilməsi haq qında qərardan, cavabdehin prokurorluğa təqdim etdiyi iltizamdan da göründüyü kimi, hər dəfəsində öhdəliyi üzrə yaranmış pul məbləğini fərqli məbləğlərdə qeyd etməklə pulun geri ödənilməsindən bilavasitə boyun qaçırdığını nümayiş etdirmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, cavabdehin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda da verdiyi izahatından göründüyü kimi, 2023-cü ilin aprel ayından etibarən heç bir ödəniş icra etməyib və 9 avtomobili bizə təhvil verməyib. Hərçənd ki, biz həmin avtomobilləri təkrardan başqa bir şəxsə icarəyə vermiş olsaydıq hər bir avtomobil üçün ödənilməli olan 600 manat məbləğində vəsaiti aylıq olaraq əldə edə bilərdik ki, bu gün cavabdehin qanunsuz hərəkətləri nəticəsində həmin gəlirləri də əldə edə bilməmişik. İddia ərizəsinə əlavə edilmiş “Whatsapp” tətbiqindən çıxarılmış mesajlardan da göründüyü kimi, 2021-ci ilin dekabr ayından etibarən bu günkü tarixədək cavabdeh tərəfindən şifahi razılaşmaya əsasən hər bir avtomobil üçün ödəməli olduğu aylıq 600 manat məbləğ ödənilməmiş, onun tərəfindən müxtəlif bəhanələr gətirilərək, bu gün, sabah ödəyəcəyini qeyd etmiş, lakin, heç bir ödəniş həyata keçirilməmişdir. İddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa riayət edilmədən verildikdə məhkəmənin qərardadı ilə geri qaytarılır. Nəzərinizə çatdırım ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəllənin 149.2.3-cü maddəsinin tələbini əsas gətirərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair qərardad çıxarmışdır. Həmi n maddənin tələblərini diqqətinizə çatdırıram. 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Nəzərinizə çatdırım ki, Mülki Prosessual Məcəllədə apellyasiya və kassasiya şikayətlərinin təsdiq edilmiş forması kimi, iddia ərizəsinin təsdiq edilmiş forması mövcud deyil. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsi iddia ərizəsində sübutların siyahısının olmasını qeyd edir. Həmin maddədə sübutların siyahısının iddia ərizəsinin hansı hissəsində yerləşdirilməsi, hansı formada yazılmasına dair hər hansı bir imperativ norm a mövcud deyil. Yuxarıda qeyd olunan iddia ərizəmdə qeyd etdiyim ardıcıllığına nəzər yetirmiş olsanız, açıq-aşkar görərsiniz ki, sübutların ardıcıllığı ilə öz tələblərimizi və tələbimizin əsası kimi istinad etdiyimiz fakt və hallar və onları təsdiq edən sübutları ardıcıllıqla qeyd etmişik və hansı halları təsdiq etdiyini də göstərmişik. Həmçinin iddia ərizəsinin yekununda da iddiaçılar olaraq iddia ərizəsinə əlavə edilmiş sənədlər siyahısında təkrarən həmin sübutları qeyd etmişik. Həmin sübutların iddia ərizəsinin giriş hissəsində, əsaslandırıcı hissəsində və yaxud əlavə edilən sənədlərin siyahısı hissəsində qeyd olunmasını da qadağan edən, imperativ bir norma mövcud deyil. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə münasibətdə bizim mövcud tələbin ək s yanaşmasına diqqət yetirək, iddiaçı olaraq biz iddiaçıların iddia tələbimizi təsdiq edən hər hansı bir sübutumuz olmadığı təqdirdə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinin tələbini əsas gətirərək iddia tələbimizi icraata götürməyərək gerimi qaytarmalıdır? Belə olan halda bizim məhkəməyə müraciət etmək hüququmuz məhdudlaşdırılmırmı? Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbindən (Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir) də göründüyü kimi, sübutumuz olm adığı təqdirdə məhkəmə iddia tələbinə münasibətdə iddia tələbinə baxıb, yekun nəticəyə gələrək iddia tələbini rədd edə bilir. Belə olan halda, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 267-ci maddəsinin tələbinə əsasən; 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 267.2. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. 267.3. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir”. Şikayət verən Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-471/2025 saylı xx.xx.2025ci il tarixli qərardadının ləğv olunmasını, iddia ərizəsini icraata götürülməsinə dair qərardad çıxarılmasını xahi ş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-471/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı əmlak, əmlak tam yararsız vəziyyətə düşdükdə və ya mövcud olmadıqda əmlakın dəyərinin və əldən çıxmış faydanın ödənilməsi tələblərinə dair mülki iş üzrə vəkil-nümayəndəsi Nümayəndə Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-471/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından verdiyi şikayət əsaslı hesab edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutu lmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 139.4-cü maddəsi rəhbər tutulmaqla ərizəçiyə verilmiş şikayətlə bağlı izahatını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi təklif edilsə də, ərizəçi tərəfindən kollegiyaya şikayətə dair izahat daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib onlara hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Naxçıvan Şəhər Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, e-2(078)-471/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məq sədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. Bunun üçün ilkin olaraq müvafiq ərizə (və ya iddia ərizəsi) ilə məhkəməyə müraciət etməli və onu MPM-in tələblərinə əməl etməklə tərtib etməlidir. Buna əməl edilməməsi isə müvafiq prosessual nəticələrə səbəb olur. İş materiallarından müəyyən edilir ki, iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı əmlak, əmlak tam yararsız vəziyyətə düşdükdə və ya mövcud olmadıqda əmlakın dəyərinin və əldən çıxmış faydanın ödənilməsi tələbi ilə nümayəndə vasitəsilə 10 fevral 2025-ci ildə Naxçıvan Şəhər Məhkəməsinə ər izə ilə müraciət edərək Cavabdeh X1 məxsus olan **-RP-*** qeydiyyat nişanlı, X7 markalı avtomobil, **-RE-*** qeydiyyat nişanlı, X7 markalı avtomobilin, İddiaçı3 məxsus olan **-SA-*** qeydiyyat nişanlı, X7 markalı avtomobilin, İddiaçı1 məxsus olan **-FF-*** qeydiyyat nişanlı, X7 markalı avtomobilin, **-TA-*** qeydiyyat nişanlı, X7 markalı avtomobilin, **-NV-*** qeydiyyat nişanlı, X7 markalı avtomobilin, **-MO-*** qeydiyyat nişanlı, X7 markalı avtomobilin, cavabdehin təşəbbüsü ilə X3 adına rəsmiləşdirilmiş lakin, İddiaçı4 vəsaiti hesabına alınmış **-BA-*** qeydiyyat nişanlı, X7 markalı avtomobilin, tam yararlı vəziyyətdə cavabdehin qanunsuz sahibliyindən alınaraq müvafiq qaydada iddiaçılara verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmin avtomobillər tam yararsız vəziyyətə düşdükdə və yaxud mövcud olmadığı təqdirdə avtomobillərin dəyərlərinin, yəni, hər bir avtomobil üçün 10.000 manat olmaqla, 80.000 manat məbləğin cavabdehdən tutularaq müvafiq qaydada iddiaçılara ödənilməsi, Cavabdeh 36 ay ərzində 1-ci bənddə qeyd olunan iddiaçılara məxsus avtomobilləri qanunsuz sahibliyində saxlamaqla, iddiaçıların əgər avtomobillər onlarda olardısa hər biri üçün alacağı aylıq 600 manat məbləğində əldən çıxmış faydaların, yəni X1 məxsus olan 99RP-941 qeydiyyat nişanlı, X7 markalı avtomobil, **-RE-*** qeydiyyat nişanlı, X7 markalı avtomobil üçün 43200 manat, İddiaçı3 məxsus olan **-SA-*** qeydiyyat nişanlı, X7 markalı avtomobil üçün 21600 manat, İddiaçı1 məxsus olan **-FF-*** qeydiyyat nişanlı, X7 markalı avtomobil, **-TA-*** qeydiyyat nişanlı, X7 markalı avtomobil, **-NV-*** qeydi yyat nişanlı, X7 markalı avtomobil, **-MO-*** qeydiyyat nişanlı, X7 markalı avtomobil üçün 86400 manat, İddiaçı4 vəsaiti hesabına alınmış **-BA-*** qeydiyyat nişanlı, X7 markalı avtomobil üçün 21600 manat məbləğində əldən çıxmış faydanın müvafiq qaydada iddiaçılara ödənilməsi, Cavabdeh tərəfindən satılaraq ödənişi iddiaçılara qaytarılmamış, X1 məxsus **-SN-*** qeydiyyat nişanlı, X7 markalı avtomobil üçün avtomobilin dəyərinin, eyni zamanda İddiaçı4 məxsus **-UL-*** qeydiyyat nişanlı, X8 markalı avtomobil üçün avtomobilin dəyərinin, hər biri üçün 10.000 manat, ümumilikdə 20.000 manatın cavabdehdən tutularaq müvafiq qaydada iddiaçılara ödənilməsi, məhkəməyə dövlət rüsumu üçün ödənilmiş 563 manat məbləğin cavabdehdən tutularaq İddiaçı4 ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 14 fevral 2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi ərizənin forma və məzmununa riayət edilmədiyi əsası ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapmışdır. 149.2.-ci maddəsinə əsasən iddia ərizəsində onun verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənil diyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riay ət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. 150.1.4-cü maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sübutlarla birlikdə qarşı tərəfə göndərilərək, ona özünü müdafiəsinə hazırlaşmaq, həmçinin iddia tələbinə qarşı etiraz etmək imkanı yaradılır. Elə bu səbəbdən də prosessual sənəd kimi iddia ərizəsi cavabdehə qarşı olan tələbin əsaslandırmasını və bunu təsdiq edəcək sübutların siyahısını özündə əks etdirməlidir. MPM-in 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şikayətin dəlillərindən göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin tərəfin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını ərizədə göstərmədiyi, iddia ərizəsinin forma və məzmununa riayət edilmədiyi əsası ilə geri qaytarılmasına baxmayaraq şikayətdə qərardadın əsassız olması MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunması ilə əsaslandırılmış, iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısının iddia ərizəsinin qoşma hissəsində göstərildiyinə dair dəlillərə istinad olunmuşdur. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı qarışdırılmamalıdır. Belə ki, ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizəyə əlavə edilmiş bütün sənədlərin cəmini özündə ehtiva etdiyi halda, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısının mülki icraatın həyata keçirilməsinin əsas prinsipi olan çəkişmə prinsipinin ilkin təzahürü və tələbidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Kollegiya işin araşdırılmış hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 vəkil-nümayəndəsi Nümayəndə apellyasiya şikayətində göstərdiyi dəlillər Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-471/2025 saylı, 14 fevral 2025ci il tarixli qərardadının ləğ v edilməsi üçün əsas hesab edilə bilməz. Ona görə də şikayət təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-471/2025 saylı, 14 fevral 2025ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 365, 395.1.1, 397.2, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 vəkil-nümayəndəsi Nümayəndə Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-471/2025 saylı, 14 fevral 2025-ci il tarixli qərardadının ləğv edilməsinə dair verdiyi şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-471/2025 saylı, 14 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-64/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-64/2025
03.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver