Məhkəmə qərarları › İş №2(108)-67/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-67/2025

03.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-67/2025 03.04.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 Cavabdeh qarşı əmlak, əmlak tam yararsız vəziyyətə düşdükdə və ya mövcud olmadıqda əmlakın dəyərinin və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2025-ci il tarixli, 2(078)-503/2025 nömrəli qərardadından iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 vəkili-nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 vəkili-nümayəndəsi Nümayəndə vasitəsi ilə 17 fevral 2025-ci ildə Cavabdeh qarşı əmlak, əmlak tam yararsız vəziyyətə düşdükdə və ya mövcud olmadıqda əmlakın dəyərinin və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişlər (iş vərəqə 1-6). Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2025-ci il tarixli, 2(078)-503/2025 nömrəli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır (iş vərəqə 69-71). Birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılmasını iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 məhkəməyə ünvanladığı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən, icraatın başlanmasına səbəb olan prosessual sənədə əlavə olunmuş İddi açı2 tərəfindən X1 vasitəsilə 10 fevral 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 563 (beş yüz altmış üç) manat məbləğində dövlət rüsumunun Naxçıvan Şəhər Məhkəməsinin iddia ərizəsinin geri qaytarılması haqqında “14” fevral 2025-ci il tarixli, 2(078)-471/2025 nömrəli qərardadı ilə İddiaçı2 geri qaytarılmasının qərara alınması, hazırkı iddia ərizəsinə iddiaçıların yenidən 10 fevral 2025-ci il tarixli, ********** nömrəli qəbzin surətini əlavə etməsi, yəni iddiaçı tərəfin qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət rüsumunu ödəməməsi ilə əsaslandırmışdı. İddiaçıların vəkili və nümayəndəsi Nümayəndə 10 mart 2025-ci il tarixdə şikayətlə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Məhkəmənin 22 fevral 2025-ci il tarixli, 2(078)-503/2025 nömrəli qərardadını ləğv edərək iddia əri zəsinin icraata götürülməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir (iş vərəqə 79-86). Vəkil-nümayəndə şikayətini əsaslandıraraq qeyd etmişdi ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə tərəfindən iddia ərizəsinin icraata qəbul edilməsi zamanı yoxlanılmalı məsələlərdən biri də iddia ərizəsinə əlavə edilməli sənədlərin mövcud olub-olmamasıdır. Belə ki, həmin Məcəllənin 150-ci maddəsində iddia ərizəsinə əlavə edilməli sənədlər qeyd olunmuşdur. Sözügedən Məcəllənin 150.1.2-ci maddəsinə əsasən bu sənədlərdən biri də dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəddir. Naxçıvan Şəhər Məhkəməsinin “14” fevral 2025-ci il tarixli, 2(078)-471/2025 nömrəli iddia ərizəsinin geri qaytarılması haqqında qərardadı ilə dövlət rüsumunun İddiaçı2 ger i qaytarılması qərara alınmışdır. Hazırkı iddia ərizəsinə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 yenə də 10 fevral 2025-ci il tarixli, ********** nömrəli qəbzin surətini əlavə etdiyindən və həmin sənədlə ödənilmiş dövlət rüsumunun geri qaytarılması qərara alınmış olsa da, həmin rüsumla təkrar məhkəməyə müraciət etmiş və həmin rüsumu geri almayacaq və bununla da dövlət rüsumunun ödənilməsinə dair həmin qəbz nömrəsi artıq istifadə olunduğundan icrası mümkün olmadığı üçün müvafiq icra şöbəsində geri qaytarılacaqdır. Həmçinin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən məhkəmələrdə oxşar münasibətlərlə bağlı dəfələrlə iddia tələbi üzrə işin fərqli əsaslarla geri qaytarılmasından sonra, həmin rüsumu təsdiq edən ödəniş qəbzi ilə məhkəməyə müraciət edilmiş və iddia tələbi i craata götürülərək işə yekun nəticələr verilmişdir. İddiaçılar olaraq o rüsumdan istifadə edə bilməyəcəklərsə, nə üçün elektron məhkəmə sistemi həmin rüsumun qəbz nömrəsini qəbul edir? Məgər elektron məhkəmə sistemi qanunvericiliyin tələbinə zidd şəkildəmi tənzimlənmişdir? Əgər elektron məhkəmə sistemi həmin qəbz nömrəsini təkrardan qəbul edirsə, Azərbaycan Respublikası məhkəmələri həmin rüsumun qəbz nömrəsini təkrar qəbul edib, iddia tələblərini icraata götürürsə, nə üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılaraq süründürməçiliyə yol verilir? İddiaçılar olaraq həmin rüsum məbləğini toplamaq üçün aylarla gözləyib və həmin rüsumun məbləği nə 5, nə də ki, 20 manat deyil, Azərbaycan Respublikası üzrə nəzərdə tutulmuş minimum əmək haqqı məbləğinin az qala 2 qatında bir məbl əğdir. Nə üçün respublika ərazisində fəaliyyət göstərən bütün məhkəmələr və həmin məhkəmələrin hakimləri həmin məbləği təkrardan ödənilmiş hesab edib, iddia tələbini icraata götürür, biz iddiaçılar bu problemi yalnız Naxçıvan Şəhər Məhkəməsində yaşayır? Həmin rüsumun qaytarılması qərara alınmış olsa da yuxarıda qeyd etdiyim kimi, rüsum istifadə edildikdən sonra müvafiq icra şöbələrində icrası mümkün olmadığı üçün geri qaytarılacaq. İddiaçılar çıxarılmış qərardadlardan belə nəticəyə gəlir ki, vahid məhkəmə təcrübəsinin formalaşması üçün məhkəmənin hakimi tərəfindən heç bir addım atılmır. Respublika ərazisində olan bütün hakimlərmi yanlış qənaətə gələrək oxşar işlər üzrə mülki iddia tələblərini icraata götürürlər? Bütün hakimlər yanlış, qanunvericiliyin tələblərinə zidd olan nəticəyə gəlirlə r? İddiaçılar tərəfindən 2(078)-471/2025 və 2(078)-503/2025 saylı işlər üzrə dəfələrlə müraciətlər olub. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində qeyd olunan müddətlərdən əhəmiyyətli dərəcədə artıq olan müddətlərdə prosessual hərəkət icra edilir və qərardadlar sistemə əlavə edilir. Bütün bunlar da müddətlərin lüzumsuz şəkildə uzadılmasına və qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının kobud formada pozulmasına gətirib çıxarır. Həmin müraciətlər Naxçıvan Şəhər Məhkəməsinə və Naxçıvan MR Ali Məhkəməsinə ünvanlanmışdır. Həmin müraciətlərdən öncə iş üzrə nümayəndə və vəkillərinin dəfələrlə etdiyi təkidlər əsasında prosessual müddətlərin vaxtında təmin edilməsi məqsədilə də ərizələr Sizə ünvanlanmışdır. Azərbaycan Respublikası Prezidenti, cənab Ali Baş Komandanın dəfələ rlə media nümayəndələrinin iştirakları ilə çıxışları olmuş və həmin çıxışların məzmunu isə vəzifəli şəxslər tərəfindən vətəndaşlara süründürməçiliyin qarşısının alınması ilə bağlı iradları olmuşdur. Lakin artıq bu gün iddiaçılar bu qərara gəlib ki, qanunvericiliyin tələbinə zidd qaydada iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıla və vətəndaşların pozulmuş hüquqlarının bərpası süni şəkildə ləngidilə bilirmiş. Naxçıvan Şəhər Məhkəməsinin “14” fevral 2025-ci il tarixli, e2(078)-471/2025 saylı geri qaytarılma qərardadı çıxarılması elan olunduqdan bir gün sonra, yəni, 15 fevral 2025-ci il tarixindən vəkil və nümayəndələri vasitəsilə elektron məhkəmə sistemindən rüsumun qaytarılmaması ilə bağlı ərizə ilə müraciət olunsa da hakim tərəfindən nəzərə alınmamışdır. Həmin müraciətin də nəzərə alınmaması süründürməçiliyin davamı üçün əsas olmuşdur. Şikayət edən apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150, 152 və 267-ci maddələrinə istinad etmişdi. Mülki iş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2(078)-503/2025 nömrəli qərardadından aydın olur ki, iddiaçıların vəkili- nümayəndəsinin şikayəti təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməsi qərara alınmışdır (iş vərəqə 88-93). Şikayət mülki işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına 17 mart 2025-ci il tarixdə daxil olmuşdur. Verilmiş şikayətin hüquqi həllinə keçməzdən öncə məhkəmə kollegiyası ilk olara q işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şikayətə Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdı. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə isə həmin Məcəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür. Həmçinin şikayəti iş materialları ilə birlikdə və qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil v ə qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya verilmiş şikayəti yuxarıda qeyd edilən normanın tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 vəkilinümayəndəsi Nümayəndə müraciəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə yönəldiyindən, şikayətin obyekti tam həcmdə yoxlanılmalıdır. “Elektron məhkəmə” in formasiya sistemindən çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin “14” fevral 2025-ci il tarixli, 2(078)-471/2025 nömrəli qərardadından aydın olur ki, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 Cavabdeh qarşı əmlak, əmlak tam yararsız vəziyyətə düşdükdə və ya mövcud olmadıqda əmlakın dəyərinin və əldən çıxmış faydanın ödənilməsi tələbi ilə həmin məhkəməyə müraciət etsə də, birinci instansiya məhkəməsi iddia ərizəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş məzmununa riayət edilmədən verilməsi əsası ilə onun və İddiaçı2 tərəfindən X1 vasitəsilə 10 fevral 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 563 (beş yüz altmış üç) manat məbləğində dövlət rüsumunun İddiaçı2 geri qaytarılmasını qərara almışdı. İddiaçıların vəkili-nümayəndəsi Nümayə ndə şikayəti Naxçıvan Şəhər Məhkəməsinin “14” fevral 2025-ci il tarixli, 2(078)-471/2025 nömrəli qərardadı ilə geri qaytarılması qərara alınmış dövlət rüsumunun yenidən istifadə edilməsinə yönəlmiş və bununla bağlı hüquqi mövqeyini: - elektron məhkəmə sisteminin 10 fevral 2025-ci il tarixli, ********** nömrəli dövlət rüsumu qəbzini qəbul etməsi; - Naxçıvan Şəhər Məhkəməsinin “14” fevral 2025-ci il tarixli, 2(078)-471/2025 nömrəli qərardadı ilə geri qaytarılması qərara alınmış dövlət rüsumunu geri almayacağı; - başqa məhkəmələr tərəfindən oxşar münasibətlərlə bağlı dəfələrlə iddia tələbi üzrə işin fərqli əsaslarla geri qaytarılmasından sonra, həmin rüsumu təsdiq edən ödəniş qəbzi ilə məhkəməyə müraciət etməsi və iddia tələbinin icraata götürülərək işə yekun nəticələr verilməsi ilə əsaslan dırmışdı. Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2025-ci il tarixli, 2(078)-503/2025 nömrəli qərardadından iddiaçıların vəkili-nümayəndəsinin verdiyi şikayəti və ona baxılması ilə bağlı araşdırılmış sübutları nəzərdən keçirən kollegiya şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Hər bir şəxs məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və özünün qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, həmçinin mülki məhkəmə icraatı üzrə Mülki-Prosessual Məcəllənin 4-cü maddəsindən irəli gəlir. Belə ki, həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını q orumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd edilən prosessual normanın tələbindən də görünür ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil, yəni bu hüququn məhdudiyyətə məruz qalması istisna edilmir. Həmin hüquqa olan məhdudiyyətlərdən ən başlıcası isə şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə məhkəməyə müraciət etməsidir. Kollegiya bildirir ki, qanunların aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Belə ki, hüquqi dövlətdə bütün münasibətlər, hakimiyyət növlərinin sərhədləri, davranışları qanunla tənzimlənməlidir. Sözügedən prinsipin mahiyyətinə görə hər bir kəs vəzifəsindən, səlahiyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq qanunun müəyyənləşdirdiyi norma və tələ blərə əməl etməlidir, heç bir kəs özünü qanunlardan yüksəkdə tutmamalıdır. Qanunun aliliyi prinsipi həmçinin mövcud qanunların pozulmasını qadağan edir. Bu prinsip hamının qeyd-şərtsiz qanunlara əməl etməsini tələb edir. Bu prinsipə görə qanunlar icra edilməsə, ona tabe olunmasa hüquqi dövlətin strukturları formalaşmaz, onun varlığı hiss edilməz. Buna görə də hüquqi dövlətin formalaşması üçün qanunların aliliyini təmin etmək olduqca əhəmiyyətlidir. Azərbaycan Respublikası Konstitusiyasının preambulasında elan edilən Azərbaycan xalqının ülvi niyyətlərindən biri də qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır. Bundan başqa qanunçuluq hər kəs tərəfindən normativ-hüquqi aktların dəqiq və dönmədən əməl olunmasında və həyata keçirilməsində ifadə olunan hüquqi rejimdir. Qanunçuluq, əsa sən özündə qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsini, qanunların icra edilməsi və onlara əməl olunmasını və qanunların icrasına nəzarətin həyata keçirilməsini ehtiva edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). Həmin Qanunun 2.0-cı və 2.0.1-ci maddələrinin mahiyyətindən görünür ki, dövlət rüsumunun tutulduğu hallardan biri məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə akt ının surətinin təkrar verilməsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə iddia ərizəsinə əlavə edilən sənədlər sırasına dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd də daxildir ki, bu sənədin əlavə edilməməsi iddia ərizəsinin geri qaytarılmasına səbəb olur (150.1,150.1.2, 152.1 və 152.1.5-ci maddələr). İddiaçıların vəkili-nümayəndəsi Nümayəndə şikayəti Naxçıvan Şəhər Məhkəməsinin “14” fevral 2025-ci il tarixli, 2(078)-471/2025 nömrəli qərardadı ilə geri qaytarılması qərara alınmış dövlət rüsumunun yenidən istifadə edilə bilmə imkanına yönəldiyindən kollegiya bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir; - 2.2-ci maddəsinə görə mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir; - 3.1-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır; - 15.1 və 15.2-ci maddələrinin tələbinə görə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. M əhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır; - 114.1, 114.1.2 və 114.1.3-cü maddələrinin mahiyyətindən aydın olur ki, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda qeyd edilən prosessual normaların tələbindən aydın olur ki, qanunçuluq prinsipinin tələbi baxımından birinci instansiya məhkəməsi mülki məhkəmə icraatının başlanmasına səbəb olan ərizənin və iddia ərizəsinin geri qaytarılması zamanı mütləq şəkildə ödənilmiş dövlət rüsumunun da geri qaytarması barədə məhkəmə aktı qəbul etməlidir. Məhkəmə aktının qəbul edilib, qanuni qüvvəyə minməsindən sonra isə onun icrası prosesi başlayır ki, bununla bağlı kollegiya “İcra haqqında” Azərbaycan Respublikası Qanununun aşağıdakı normalarını diqqətə çatdırmağı vacib hesab edir. - 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır; - 6.1 və 6.1.1-ci maddələrinin mahiyyətindən aydın olur ki, Azərbaycan Respublikası məhkəmələrinin qərarları əsasında verilən icra vərəqələri icra sənədi sayılır; - 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilmə si bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. - 13.1 və 13.1.1-ci maddələrinin mahiyyətindən görünür ki, həmin Qanunun 13.1.3-2-ci, 13.1.4-1-ci və 13.1.5-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, məhkəmələrin qərarları əsasında verilən icra vərəqələri və məhkəmə əmrləri bir ay ərzində icraya yönəlməlidir; - 13.2 və 13.2.1-ci maddələrinin tələbinə görə Qanunun 13.1-ci maddəsi ilə müəyyən olunmuş müddətlər həmin Qanunun 13.1.1-ci, 13.1.4-cü və 13.1.4-2ci maddələrində göstərilmiş icra sənədlərinin (məhkəmə əmrləri istisna olmaqla) icraya yönəldilməsi zamanı - məhkəmə qərarının qanuni qüvvəyə mindiyi yaxud onun icrasının təxirə salınması və ya icrasına möhlət verilməsi ilə bağlı müəyyən edilmiş müddətin başa çatdığı vaxtdan, məhkəmə qərarı dərh al icra edilməli olduqda - onun qəbul edildiyi günün ertəsi günündən hesablanır. Həmçinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 99-cu maddəsi ilə hakimlərin vəzifəsi kimi ədalət mühakiməsini həyata keçirərkən qanunların tələblərinə dəqiq və dönmədən əməl etmək, məhkəmə fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin etmək, ədalətli və qərəzsiz olmaq müəyyən edilmişdi. Qeyd olunanlardan görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı onu qəbul edən məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ərzində icraya yönəlməlidir. Yəni faktiki baxılan mübahisə üzrə Naxçıvan Şəhər Məhkəməsinin “14” fevral 2025-ci il tarixli, 2(078)-471/2025 nömrəli qərardadı ləğv edilməyibsə və o qanuni qüvvəyə minibsə, artıq həmin məhkəmə aktı icraya yönəlməlidir. Məhkəmə aktının icraya yönəlməməsinin hüquqi nəticələrinə gəldikdə isə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 86-cı maddəsinə görə Məhkəmə-Hüquq Şurası məhkəmə statistikasının aparılması, məhkəmə qərarlarının icrası, məhkəmələrdə kargüzarlığın təşkil edilməsi, hakimlərin əmək və sosial hüquqlarının təmin edilməsi, məhkəmələrdə icra və əmək intizamına riayət edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 111-1-ci maddəsindən aydın olur ki, işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə və ya kobudcasına, həmçinin hakim etikasını, habelə əmək və icra intizamı haqqında qanunvericiliyin tələblərini pozması hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin əsasları kimi müəyyən edilib. Beləliklə yuxarıda qeyd edilənlərə əsaslanaraq kollegiya belə nəticəyə gəlir ki, q anunun aliliyi prinsipinin tələblərinə uyğun olaraq İddiaçı2 tərəfindən ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını qərara almış birinci instansiya məhkəməsinin müvafiq məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra onu icraya yönəltməlidir ki, bu özlüyündə müvafiq qəbzin yenidən istifadə olunma imkanını istisna edir. Yəni həmin qəbzin “Elektron məhkəmə” informasiya sistemində aktiv sənəd kimi müəyyən edilməsi qanunvericiliyin tələbinə zidd olduğu üçün birbaşa qəbuledilən sayıla bilməz. Ən əsası ona görə ki, müvafiq dövlət rüsumunun geri qaytarılması barədə məhkəmə aktının icraya yönəlməsi, həmin qəbzin yenidən istifadə halına, yəni yaranmış boşluqdan bəhrələnərək bir qəbzdən iki dəfə istifadə etmə imkanına şərait yaradır. Dispozitivlik prinsipinin tələblərini nəzərə alaraq kollegiya onu q eyd etməyi zəruri hesab edir ki, sonuncu qeyd edilən hal, müvafiq rüsumu ödəmiş şəxsi “Elektron məhkəmə” informasiya sistemində “istifadə edilməmiş” statusuna malik dövlət rüsumu qəbzindən, yenidən istifadə etmək imkanından birbaşa məhrum etmir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1 və 23.1.1-ci maddələrinin mahiyyətinə görə tələbkarın ərizəsi əsasında tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 2.1, 2.1.1, 2.1.2 və 2.1.3-cü bəndlərinə görə dövlət rüsumu qanunla müəyyən edilmiş miqdardan artıq ödənildikdə; ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə; məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin yazılı müraciətinə əsasən 20 gün müddətində qaytarılır. Yuxarıda qeyd edilən normaların tələbindən çıxış edərək kollegiya bildirir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yal nız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu baxımdan tələbkarın ərizəsi əsasında tələbin icra edilmədən geri qaytarılması dispozitivlik prinsindən irəli gələn hüquqi addımdır. Yəni qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla (məs: aliment tələbi) tələbkar onun xeyrinə olan məhkəmə aktının icrasından imtina edə və ya onun icra edilməməsini tələb edə bilər. Sözügedən hüquqi imkanı hazırkı mübahisə ilə əlaqələndirdikdə deyə bilərik ki, məhkəmə qərarı ilə qaytarılmalı olan, lakin dövlət büdcəsində saxlanılan pul məbləği ilə, natura formasında olan ayrıca pul məbləği arasında mülkiyyət hüququnun tələbi baxımından fərq yoxdur, yəni onların hər biri müvafiq tələbkarın mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinin mahiyyətinə görə isə mülkiyyətçi əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməkdə sərbəstdir. Belə olan halda müvafiq qəbzlə ödənilən, lakin məhkəmə aktı əsasında ona qaytarılmalı olan və dövlət büdcəsində saxlanılan pul məbləğindən istifadə etmək imkanı onun mülkiyyətçisinin iradəsindən asılıdır. Yəni o, müvafiq məhkəmə aktının qanuni qüvvəyə minib icraya yönəlməsinədək həmin məbləğin geri qaytarılmaması və yenidən istifadə etmək istəyi barədə həmin məhkəməyə vəsatət verdikdə, prosessual qənaət prinsipi baxımından bunun təmin edilməsi qanunilik prinsipinin mahiyyətinə zidd deyil. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq k ollegiya belə hesab edir ki, müvafiq məhkəmə aktı ilə geri qaytarılması qərara alınmış dövlət rüsumunun ödənilməsi ilə bağlı qəbzin “Elektron məhkəmə” informasiya sistemində aktiv olmasının məhkəmə tərəfindən qəbuledilən hesab edilməsi üçün aşağıdakı iki şərt birlikdə mövcud olmalıdır: dövlət rüsumunun geri qaytarılması barədə məhkəmə aktı icraya yönəlməməli; həmin rüsumun yenidən istifadə edə bilmə imkanından yararlanmaq üçün onun geri qaytarılmaması barədə ödəyicinin vəsatəti olmalıdır. Çünki icra mərhələsində tələbkarın rüsumun geri qaytarılmasının icra edilməməsi, yəni icra sənədinin icra edilmədən geri qaytarılması ilə bağlı etdiyi müraciət, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinin tələbi baxımından sonradan icra sənədinin tələbkarın müraciəti əsasında yeni dən icraya yönəlməsini, yəni dövlət rüsumunun ona geri qaytarılmamasını istisna etmir. Mülki iş materiallarını nəzərdən keçirdikdə isə 10 fevral 2025-ci il tarixli, ********** nömrəli qəbzlə dövlət rüsumu ödəmiş İddiaçı2 və ya onun vəkili-nümayəndəsinin Naxçıvan Şəhər Məhkəməsinin “14” fevral 2025-ci il tarixli, 2(078)-471/2025 nömrəli qərardadının, dövlət rüsumunun geri qaytarılmasına dair hissəsinin icraya yönəldilməməsi ilə bağlı vəsatətinin olması öz təsdiqini tapmır. Bu səbəbdən kollegiya iddiaçıların vəkili-nümayəndəsi Nümayəndə şikayətinin dəlili kimi göstərdiyi elektron məhkəmə sisteminin 10 fevral 2025-ci il tarixli, ********** nömrəli qəbzi qəbul etməsi və geri qaytarılması qərara alınmış dövlət rüsumunu geri almayacağı ilə bağlı hüquqi mövqeyini əsaslı hesab etmir. Onun şikayəti ndə qeyd etdiyi “formalaşmış məhkəmə təcrübəsinə əsasən digər məhkəmələrin oxşar hüquqi şəraitlə əlaqədar dövlət rüsumu qəbzlərini qəbul etməsinə dair” hüquqi mövqeyinin həllinə gəldikdə isə kollegiya bildirir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Hazırkı məsələ il ə bağlı kollegiyaya Azərbaycan Respublikası Ali Məhkəməsinin hər hansı bir hüquqi mövqeyinin mövcudluğu məlum olmadığından, iddiaçıların vəkilinümayəndəsi Nümayəndə bu dəlilini də kollegiya əsaslı hesab etmir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya yekunda belə nəticəyə gəlir ki, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 Cavabdeh qarşı əmlak, əmlak tam yararsız vəziyyətə düşdükdə və ya mövcud olmadıqda əmlakın dəyərinin və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2025-ci il tarixli, 2(078)-503/2025 nömrəli qərardadı qanunidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını də yişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyətləri vardır. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: - iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 vəkili-nümayəndəsi Nümayəndə tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2025-ci il tarixli, 2(078)-503/2025 nömrəli qərardadından verilmiş şikayət təmin edilməməli; - Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2025-ci il tarixli, 2(078)-503/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Pros essual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icra ata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i: İd diaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 vəkili-nümayəndəsi Nümayəndə tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2025-ci il tarixli, 2(078)-503/2025 nömrəli qərardadından verilmiş şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2025-ci il tarixli, 2(078)-503/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev. Vera Kuimova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar