Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-69/2022 09.06.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Ali Məhkəmənin hakimi Allahverdiyev Əli Kərim oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər Abbasov Fərman Məmməd oğlunun və Qarayev Sənan Məmməd oğlunun heyətində, Rəhimova Aybəniz Məhəmməd qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X7 və Babək Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyətdə olan maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(078)-80/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyən etdi: Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim G.K.Əliyeva) 13 yanvar 2022-ci il tarixli, 2(078)-80/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyətdə olan maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilərək Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 20 avqust 2021-ci il tarixli, 04 nömrəli qərarı ilə müəyyən edilmiş İddiaçı 01 iyul 2017-ci il təvəllüdlü X9 ilə ünsiyyətdə olmasına dair maneə aradan qaldırılmaqla həmin qərar ilə müəyyən edilmiş İddiaçı 01 iyul 2017-ci il təvəllüdlü X9 ilə hər həftənin bazar günləri saat 10:00-dan saat 16:00-dək ünsiyyətdə olmasının Cavabdeh tərəfindən təmin edilməsi, Cavabdeh 50 (əlli) manat miqdarında dövlət rüsumunun alınaraq İddiaçı ödəni lməsi qət edilmişdir. İşin halları: İş üzrə İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyətdə olan maneənin aradan qaldırılmasına dair tələblə məhkəməyə müraciət edərək Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 20 avqust 2021-ci il tarixli, 04 nömrəli qərarının icrasına olan maneənin (uşaqla ünsiyyətdə olan maneənin) aradan qaldırılması və həmin qərarla müəyyən olunmuş (gün, saat) ünsiyyətdə olma qaydasının icra olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(078)-80/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh 30 mart 2022-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(078)-80/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş Cavabdeh apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. İş üzrə Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qətnaməsində İddiaçı nəvəsi İddiaçı Atəş oğlu ilə ünsiyyətdə olmasına dair maneələrin aradan qaldırılması və hər həftənin bazar günləri saat 10.00-dan 16.00-dək ünsiyyətdə olması qət edilmişdir. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Lakin Naxç ıvan Şəhər Məhkəməsi həm Babək Rayon İcra Hakimiyyəti yanında, həm də Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyalarının əsassız və düzgün olmayan qərarlarına əsaslanaraq özü də eyni qanunsuzluğu təkrar etmişdir. İstər Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının, istərsə də Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının qərarları qəbul edilərkən heç bir halda uşaqla - İddiaçı Atəş oğlu ilə maraqlanılmamış, onun mənəvi və psixoloji durumu öyrənilməmiş, uşağın babası ilə görüşün onun psixoloji durumuna necə təsir edəcəyi ilə heç bir iş həyata keçirilməmişdir. Əksinə Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası uşaqla İddiaçı Atəş oğlu ilə görüşmədiyi halda onunla g örüşdüklərini və maraqlandıqlarını yazmaqla tamamilə yalan, qeyri-dəqiq, həqiqətə söykənməyən rəy vermişdir. Naxçıvan Şəhər Məhkəməsi isə Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının qanunsuz rəyini əsas götürərək, daha böyük qanunsuzluq edərək heç bir araşdırma aparmadan, həqiqəti üzə çıxarmadan tamamilə qanunvericiliyin tələblərinə zidd və uşağın mənafeyinə uyğun olmayan əsassız qərar vermişdir. Halbuki məhkəmə prosesində həqiqət üzə çıxarılmalı, qəbul edilmiş qərar isə qanuni və əsaslı olmalıdır. İddiaçı heç bir zaman nəvəsi ilə görüşməsi ilə bağlı onlara müraciət etməmişdir. Belə olan təqdirdə məhkəmə hansı əsaslara söykənərək belə bir tələbi icraata qəbul edib iddianı təmin edə bilərdi. Hesab edir ki, məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessua l hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Belə ki, birinci instansiya məhkəməsində işə qeyriobyektiv və birtərəfli baxılmış, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. İddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. Azərbaycan Respublikası MPM-in 62.2-ci maddəsinə əsasən valideynlər (onlardan biri ) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Bu maneə faktiki olaraq mövcud olmadığına görə mülki iş üzrə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə baxışı iclasında Babək rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayə Komissiyasının işə cəlb olunmaması prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. Məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyildir. İşin faktiki halları aydınlaşdırılmamışdır. Belə ki, uşaqla ünsiyyətə maneə olmadığı halda məhkəmə qərarı qəbul edilmişdir. Uşaqla babanın ünsiyyət saxlamağına maneə olmadığı halda işə baxıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi birinci instansiya mə hkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsidir. Nəticə etibarı ilə hesab edir və inanır ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə heyəti şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdırıb qanuni və əsaslı qərar qəbul edəcəkdir. Göstərilənlərə əsasən məhkəmənin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh işə apellyasiya icraatı üzrə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək kollegiyada kı izahatında iddiaçının nəvəsi ilə görüşməyinə heç bir maneçilik olmadığı halda məhkəmə tərəfindən hansı əsasla belə bir qərar qəbul edildiyinin onlara məlum olmadığını, yəni hal- hazırda onların iddiaçıya nəvəsini görməkdə heç bir maneə törətmədiklərini, istənilən vaxt iddiaçının nəvəsi ilə görüşə biləcəyini, Babək Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayə orqanı tərəfindən müvafiq qərar qəbul edilərkən nə uşaq, nə anası, nə də onun-heç birinin Naxçıvanda olmadıqlarını, onların fikrinin öyrənilmədiyini, bu məsələnin ümumiyyətlə araşdırılmadığını, birinci instansiya məhkəməsi tərəfindən də qanunsuz olaraq Babək Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayə orqanı tərəfindən qəbul edilmiş qərarın qüvvədə saxlanıldığı üçün narazı olduğunu, yəni onların əslind ə Babək Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayə orqanı tərəfindən qəbul edilmiş qərardan narazı olduqlarını, Babək Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayə orqanı tərəfindən müvafiq qərar qəbul edilməmişdən əvvəl onun uşağı uşağın anası və nənəsi ilə birlikdə Bakı şəhərinə psixoloq yanında müalicə üçün apardığını, təqribən 2021-ci ilin avqust ayının ya 2, ya da 10-u onların Naxçıvandan çıxdıqlarını, getdikdən sonra onlara Babək Rayon İcra Hakimiyyətinə çağırıldıqları, Sevda xanımın yanına getməli olduqları barədə məlumat verildiyini, onun isə Bakıda olduqlarını, ayın axırına qayıdacaqlarını, Naxçıvana qayıdan kimi Babək Rayon İcra Hakimiyyətinə gedəcəyini bildirdiyini, biletlərinin də, uşağın psixoloq yanında olmasına dair sənədlərinin də olduğunu, onun özünün Bakı şəhərindən Dubaya getdiyini, orada koronavirus pandemiyasına yoluxduğu üçün xəstəxanada qaldığını, ona görə də Naxçıvana gəlməsinin gecikdiyini, Naxçıvana qayıdan kimi də Babək Rayon İcra Hakimiyyətinə getdiyini, orda da ona artıq müvafiq qərarının yazıldığının bildirildiyini, uşaqla görüş olmadan, anası ilə görüş olmadan Babək Rayon İcra Hakimiyyəti yanında qəyyumluq və himayə orqanı tərəfindən müvafiq qərar qəbul edildiyinə görə apellyasiya şikayəti verdiyini, onların iddiaçının nəvəsi ilə görüşməyinə maneçilik törədib-törətmədiklərinin araşdırılmadığını, ona görə birinci instansiya məhkəməsinin qərarından narazı olduqlarını, onun dəfələrlə Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciət etdiyini, amma heç kimin heç nə ilə maraqlanmadığını, hər hansı bir araşdırılma aparılmadığın ı, birinci instansiya məhkəməsində məhkəmə iclası zamanı əsəbləşdiyini və buna görə də məhkəmənin nümayəndəsi olmadan uşağı iddiaçıya verməyəcəklərini bildirdiyini, lakin hal-hazırda iddiaçının nəvəsi ilə görüşməsinə etirazlarının olmadığını, onlar tərəfindən iddiaçının nəvəsi ilə görüşməyinə hər hansı maneə törədilmədiyinə görə apellyasiya şikayətinin təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddia tələbinin rədd olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında birinci instansiya məhkəməsi tərəfindən qanuni və əsaslı qərar qəbul edildiyini, bu gün cavabdehin nümayəndəsinin məhkəmə prosesində onun nəvəsi ilə görüşməyinə heç bir maneə törətmədiklərini bildirsə də məsələnin həqiqətdə belə olmadığını, uşağı görməl ərinə cavabdehin imkan vermədiyini, nəvəsi ilə görüşməyinə maneə yaratdıqları üçün iddia qaldırmaq məcburiyyətində qaldığını, Naxçıvan Şəhər Məhkəməsində məhkəmə prosesi zamanı hakimin cavabdehin nümayəndəsindən iddiaçının nəvəsi ilə görüşməsinə razı olub-olmadığını soruşduğunu, qarşı tərəfin isə cavabında razı olmadığını, iddiaçıya inanmadıqlarını, güvənmədiklərini, ona görə də məhkəmə icraçısı-dövlət nümayəndəsi ilə gəlib uşağı görə biləcəyini, yalnız bundan sonra işə dair mahiyyəti üzrə məhkəmə qərarı qəbul edildiyini, uşağı görmək üçün dəfələrlə cavabdehin nümayəndəsinə müraciət olunduğunu, amma onun görüşə razı olmadığını, cavabdehin nümayəndəsinin ona məhkəməyə müraciət etməsini bildirdiyini, onun 2021-ci ilin yanvar ayının 27-dən uşağı görə bilmədiyini, uşaqla hər hansı bir münasibə tlərinin olmasına qarşı tərəfin imkan vermədiyini göstərərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Kollegiyadakı izahatında Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X7 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadığını, apellyasiya şikayətinin təmin edilməməsini, qanunvericiliyin tələblərinə müvafiq olaraq babanın nəvəsi ilə görüş hüququnun olmasını, birinci instansiya məhkəməsi tərəfindən qanuni və əsaslı qərar qəbul edildiyini göstərərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Kollegiyadakı izahatında Babək Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyas ının nümayəndəsi X3 qəbul etdikləri müvafiq rəyin qanuni və əsaslı olduğunu, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadığını, apellyasiya şikayətinin təmin edilməməsini, qanunvericiliyin tələblərinə müvafiq olaraq babanın nəvəsi ilə görüş hüququnun olmasını göstərib birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları və işin kollegiyada araşdırılmış halları ilə birlikdə yoxlayıb aşağıdakı qənaətə gəlir: Belə ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək oğlu X10 ilə gəlini Gülnar arasında 16 may 2016-cı ildə bağlanmış nikahın gəlini Gülnarın tələbi ilə 17 iyun 2021-ci ildə Babək Rayon Məhkəmə sinin qətnaməsi ilə məhkəmə qaydasında pozulduğunu, onların birgə nikahlarından doğulan uşaqları 01 iyul 2017-ci il təvəllüdlü X4 nikah pozulandan sonra anasının yanında yaşadığını, baba olaraq nəvəsini görmək üçün cavabdehə dəfələrlə müraciət etsə də, nəvəsi ilə görüşməyə imkan verməyib, ciddi şəkildə görüşməyə qoymayacaqlarını bildirdiklərini, bu səbəbdən də Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına nəvəsi ilə görüşmək üçün müraciət etdiyini və həmin Komissiyanın 20.08.2021-ci il tarixli 04 nömrəli qərarı ilə ona nəvəsi ilə hər həftənin bazar günü saat 10:00-dan axşam saat 16:00-dək ünsiyyət saxlama müddətinin müəyyən edildiyini, buna baxmayaraq cavabdehin həmin qərarın tələbini pozaraq yenə də ona nəvəsi ilə görüşüb ünsiyyət saxlamağına imkan verməyərək nəvə si ilə ünsiyyətinə maneə yaratdığını, uzun müddətdir ki, nəvəsi ilə ünsiyyətdə ola bilmədiyini bildirərək Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 20 avqust 2021-ci il tarixli, 04 nömrəli qərarının icrasına olan maneənin (uşaqla ünsiyyətdə olan maneənin) aradan qaldırılması və həmin qərarla müəyyən olunmuş (gün, saat) ünsiyyətdə olma qaydasının icra olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin araşdırılmış hallarından aydın olur ki, X10 ilə Cavabdeh 16 may 2016-cı il tarixdə nikaha daxil olmuş, X10 ilə Cavabdeh birgə nikahından 01 iyul 2017-ci ildə X9 doğulmuşdur. İş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(079)-112/2021 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən aydın olur ki, X10 ilə X5 arasında 16 may 2016-cı il tarixdə Babək rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından olan 01 iyul 2017-ci il təvəllüdlü X4 anası Cavabdeh yanında qalması qət edilmişdir. İş materiallarında olan Babək rayon İcra Hakimiyyəti Məzrə kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 iyun 1994-cü il tarixli, XVİ-JQ seriyalı, 418694 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən İddiaçı X6 atası olması aydın olur. İş materiallarında olan Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 20 avqust 2021-ci il tarixli, 04 nömrəli qərarından aydın olur ki, Babək rayon Kalbaoruc Dizə kənd sakini X2 övladı X4 babası İddiaçı ilə ünsiyyətdə olmasına şərait yaratması tələb edilmiş, hər həftənin bazar günləri səhər saat 10:00-dan a xşam saat 16:00-dək X9 ilə babası İddiaçı ünsiyyət saxlaması müddəti müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 62.1-ci maddəsinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Həmin Məcəllənin 62.2-ci maddəsinə görə valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmam ağını tələb edə bilər. Həmin Məcəllənin 62.3-cü maddəsinə əsasən valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Həmin Məcəllənin 62.4-cü maddəsinə əsasən məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi məhkəmənin uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll etməli olduğu, lakin Naxçıvan Şəhər Məhkəməsinin həm Babək Rayon İcra Hakimiyyəti yanında, həm də Naxçıvan Şəhər İcra Hakimiyy əti yanında Qəyyumluq və Himayə Komissiyalarının əsassız və düzgün olmayan qərarlarına əsaslanaraq eyni qanunsuzluğu təkrar etməsi, istər Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının, istərsə də Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının qərarları qəbul edilərkən heç bir halda uşaqla - İddiaçı Atəş oğlu ilə maraqlanılmaması, onun mənəvi və psixoloji durumunun öyrənilməməsi, uşağın babası ilə görüşün onun psixoloji durumuna necə təsir edəcəyi ilə heç bir işin həyata keçirilməməsi, əksinə Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının İddiaçı Atəş oğlu ilə görüşmədiyi halda onunla görüşdüklərini və maraqlandıqlarını yazmaqla tamamilə yalan, qeyri-dəqiq, həqiqətə söykənməyən rəy verməsi, Naxçıvan Şəhər Məhk əməsinin isə Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının qanunsuz rəyini əsas götürərək daha böyük qanunsuzluq edərək heç bir araşdırma aparmadan, həqiqəti üzə çıxarmadan tamamilə qanunvericiliyin tələblərinə zidd və uşağın mənafeyinə uyğun olmayan əsassız qərar verməsi ilə əlaqədar dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Belə ki, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli, 6/2011 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedibgetməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Qərarın 4-cü bəndinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin qərarın 10-cu bəndində göstərilir ki, valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 20 avqust 2021-ci il tarixli, 04 nömrəli qərarı ilə X2 övladı X4 babası İddiaçı ilə ünsiyyətdə olmasına şərait yaratması tələb edilməklə hər həftənin bazar günləri saat 10:00-dan saat 16:00-dək ünsiyyət saxlaması müddəti müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının 11 yanvar 202 2-ci il tarixli rəyi ilə X10 ilə Cavabdeh rəsmi nikahlarından doğulmuş 01 iyul 2017-ci il təvəllüdlü X4 ata babası İddiaçı ilə komissiya tərəfindən müəyyən olunmuş ünsiyyətdə olma müddətinə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və qeyd olunan formada görüş qaydasının müəyyən olunması barədə qətnamə qəbul edilməsi uşağın hüquq və mənafeyi baxımından məqsədəuyğun hesab edilmişdir. Kollegiya yuxarıda göstərilən apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh X4 babası ilə ünsiyyətdə olmasının onun mənafeyinə zidd olması ilə əlaqədar dəlilini təsdiq edəcək hər hansı sübutunu istər birinci instansiya məhkəməsinə, istərsə də kollegiyaya təqdim etməmişdir. Həmçinin cavabdeh apellyasiya şikayətində də uşağın babası ilə ünsiyyət saxlamasına heç bir maneə yar atmadığını bildirmişdir. Eləcə də cavabdehin nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsindəki izahatında uşağın babası, İddiaçılə ünsiyyətinə heç bir maneə yaratmadıqlarını, sadəcə məhkəmə işçisi vasitəsilə uşağı babasına verə biləcəklərini, lakin stres və narahatlığa görə uşağın danışığında problemlər yarandığını, babası ilə görüşməsinin onun sağlamlığına mənfi təsir edə biləcəyini, buna görə hazırda onların görüşmələrini istəmədiklərini bildirmişdir. Yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenum Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, uşaqla ünsiyyətdə olmaq onun sağlamlığına zərər vurduqda məhkəmə valideynin, yaxud uşaq himayəsinə verilmiş digər şəxsin, yaxud da icra məmurunun ərizəsinə əsasən uşağın müəyyən yaş həddinə çatmasına kimi görüşün məhdudlaşdırılması və yaxud həmin mü ddətdə görüşün qadağan olunması barədə qərar qəbul edə bilər. Məhkəmə qərar qəbul edərkən tərəflərin izahatları, uşağın tibb müəssisələrində müəyyən xəstəlikdən müalicə olunması, yaxud uçotda olması barədə verilmiş sənədlərlə kifayətlənməməli, müvafiq ekspertizalar keçirməklə qəbul etdiyi qərarı əsaslandırmalıdır. İşin kollegiyada araşdırılmış hallarından da göründüyü kimi cavabdeh tərəfindən İddiaçı nəvəsi X9 ilə ünsiyyətdə olmasının onun sağlamlığına hər hansı zərər vurması, həmçinin uşağın tibb müəssisələrində müəyyən xəstəlikdən müalicə olunmasına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Kollegiya apellyasiya şikayətində göstərilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının rəyində İddiaçı Atəş oğlu ilə görüşmədiyi halda onunla görüşdüklərini və maraqlandıqlarını göstərməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Naxçıvan şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının 11 yanvar 2022-ci il tarixli rəyində Qəyyumluq və Himayə Komissiyasının üzvlərinin X9 ilə görüşməsi halı qeyd edilməmişdir. Qəyyumluq və Himayə Komissiyasının həmin rəyindən də göründüyü kimi iş üzrə İddiaçı yaşadığı mənzil, onun həyat şəraiti müayinə edilməklə Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 20 avqust 2021-ci il tarixli, 04 nömrəli qərarı ilə iş üzrə İddiaçı nəvəsi X9 ilə ünsiyyətdə olmasına maneənin aradan qaldırılması və həmin qərarda qeyd olunan formada görüş qaydasının müəyyən olunması uşağın hüquq və mənafeyi baxımından məqsədəuyğun hesab edilmişdir. İşin ar aşdırılmış hallarından da göründüyü kimi, iddiaçının uşaqla ünsiyyətdə olmasına şərait yaratmasının tələb edilməsi və ünsiyyət vaxtının müəyyən olunması ilə əlaqədar Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 20 avqust 2021-ci il tarixli, 04 nömrəli qərarı cavabdeh tərəfindən mübahisələndirilməmiş və hazırda tərəflər arasında mübahisənin predmeti qeyd olunan həmin qərara tabe olmamaqla əlaqədar maneənin aradan qaldırılmasıdır. Ona görə də kollegiya cavabdehin bu dəlilini əsassız hesab edir. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi iddiaçının heç bir zaman nəvəsi ilə görüşməsi ilə bağlı onlara müraciət etməməsi, babasının uşaqla ünsiyyət saxlamasına maneə olmadığı halda məhkəmənin işə baxıb iddianın təmin olunması barədə qətnamə qəbul etməsi ilə ə laqədar dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsindəki izahatında uşağın babası İddiaçılə ünsiyyətinə heç bir maneə yaratmadıqlarını, sadəcə məhkəmə işçisi vasitəsilə uşağı babasına verə biləcəklərini, lakin stres və narahatlığa görə uşağın danışığında problemlər yarandığını, babası ilə görüşməsinin onun sağlamlığına mənfi təsir edə biləcəyini, buna görə də onların görüşmələrini istəmədiklərini, uşağa onun nənəsini, babasını unutdurmağa çalışdıqlarını bildirmişdir. Göstərilən həmin hallar iddiaçının Ailə Məcəlləsinin 62.1-ci maddəsində müəyyən edilmiş uşaqla ünsiyyət hüququnun həyata keçirilməsinə maneə və yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının qəbul etdiyi müvafiq qərarına tabe olmama kimi qiymətləndirilir. Qeyd olunanlara əsasən kollegiya cavabdehin bu dəlilini də əsaslı hesab etmir. “Uşaq hüquqları haqqında” BMT Konvensiyanın 3-cü maddəsinə əsasən, istər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqa nların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. «Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.10.2011-ci il tarixli, 6/2011 saylı qərarının 10-cu bəndində də, göstərilir ki, valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də, yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. Kollegiya belə nəticəyə gəlir ki, işə baxan birinci inst ansiya məhkəməsi Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 20 avqust 2021-ci il tarixli, 04 nömrəli qərarı ilə müəyyən edilmiş İddiaçı nəvəsi X9 ilə ünsiyyətdə olmasına dair maneənin aradan qaldırılması və hər həftənin bazar günləri saat 10:00-dan saat 16:00-dək ünsiyyətdə olmasının Cavabdeh tərəfindən təmin edilməsi ilə əlaqədar düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Kollegiya belə nəticəyə gəlir ki, Cavabdeh öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməs i tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmaqla işə düzgün nəticə verilmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olduğundan cavabdehin apellyasiya şikayətinin dəlillərinə əsasən məhkəmənin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393, 403, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(078)-80/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sax lanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-69/2022
Ali Məhkəmə Qətnamə — İş №2(108)-69/2022
09.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver