Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-7/2022 24.10.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X10 məhkəmə iclas katibliyi hüquqi varislər X2, X5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər (eyni zamanda hüquqi varislər) Nümayəndə3 və X8 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə qarşı “Daşınmaz əmlakın dövlət reyestrində düzəlişin aparılması tələbi”nə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(078)-190/2020 nömrəli qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələb irəli sür məyən üçüncü şəxs Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraatın təzələnməsi məsələsinə baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə və Cavabdeh1 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Culfa rayonunun Saltaq kəndində yerləşən Cavabdeh1 mülkiyyətinə verilmiş 0.17 ha həyətyanı torpaq sahəsinin Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindəki reyestrində qeyddə düzəlişin aparılaraq 8.5 kv.metr torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(078)-190/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Culfa rayonunun Saltaq kəndində yerləşən Cavabdeh1 mülkiyyətinə verilmiş 0.1 7 ha həyətyanı torpaq sahəsinə dair Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindəki reyestrində qeyddə düzəliş edilərək İddiaçı mülkiyyətinə verilməsi, qətnamənin icrasının Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə həvalə olunması qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə3 08 may 2020-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət etmişdir. Apellyator şikayətinin dəlillərində qeyd etmişdir ki, qətnamə ilə razılaşmır ona görə ki, sözügedən 8.5 kv.m torpaq sahəsində tikililər iddiaçının atası Vəli tərəfindən 1997-ci ildən əvvəl tikilmişdir. Bir neçə il istifadə ol unduqdan sonra orada yaşamadıqları üçün həmin tikililərdən istifadə olunmamışdır. Cavabdeh1 1997-ci il tarixdən həmin tikililərin sökülməsi üçün İddiaçı dəfələrlə şifahi olaraq müraciət edərək, “gəlib həmin tikililəri sökün, mənə aid olan torpağın üzərindədir və mənə maneələr yaradaraq həyətyanı sahəmə mane olur” demiş, cavabdeh iddiaçıya həmin tikililərin sökülməsini bildirsə də, tikililərin sökülməsi ilə bağlı heç bir tədbir görməyincə Cavabdeh1 məcbur qalıb Culfa Rayon Məhkəməsində tikililərin sökülməsi ilə əlaqədar iddia qaldırmış və iddiası qismən təmin olunmuşdur. Culfa Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh İddiaçı apellyasiya şikayəti vermiş və cavabdeh İddiaçı məhkəmədə yenidən iddia qaldırdığı üçün apellyasiya şikayəti üzrə icraat dayandırılmışdır. İddiaçı Culfa Rayon Məhkəməsində daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər apararaq 8.5 kv.m torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş etmiş, İddiaçı məhkəməyə etirazı əsasında mülki iş Naxçıvan Şəhər Məhkəməsinə göndərilmiş və Naxçıvan Şəhər Məhkəməsi həmin tikililərlə bağlı yerində heç bir araşdırma aparmadan Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə3 mülkiyyətinə verilmiş 0.17 ha. həyətyanı torpaq sahəsinə dair Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindəki reyestrə düzəliş edilməklə 8.5 kv.m ölçüdə torpaq sahəsi İddiaçı mülkiyyətinə vermişdir. Cavabdeh1 və mənim mülkiyyətimdə olan torpaq sahəsinə yerində baxış keçirmədən, faktiki hallar nəzərə alınmadan reyestr qeydində düzəlişlər edilməklə həmin torpaq sahəsi İddiaçı mülkiyyətinə ve rilmişdir. 1988-ci il tarixində atasının adına Culfa rayon Saltaq kəndində yerləşən evə texniki pasport alındığını, lakin nədənsə həmin yardımçı tikililərin pasportda öz əksini tapmadığını bildirən apellyator bundan əlavə Culfa rayon Aqrar İslahat Komissiyasının 29 fevral 1977-ci il tarixli, 03 saylı qərarı ilə onun ailə üzvləri ilə birlikdə Culfa rayon Saltaq kənd ərazisindən 0.17 ha. həyətyanı torpaq sahəsi verildiyini qeyd etmişdir. 1997-ci ildə aqrar islahat aparılan zaman torpaqların ölçülüb verilməsində müəyyən nöqsanlar olmuş bunun nəticəsində yenidən 2005-ci ildə ölçüdə dəqiqləşdirmə aparılmış yenidən həmin torpaq sahəsi cavabdehin mülkiyyətinə verilmişdir. Qətnamənin üçüncü səhifəsində Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi İ.Fərzəliyev ifadəsində qeyd etmişdir ki, iddiaçı və cavabdehin torpaq sahələri bitişik olmuş, hasarlar bir-birindən ayırmışdır. Lakin həmin tikililər tövləyə və digər tikililərə bitişikdir və həmin tikililər arasında heç bir hasar yoxdur. (şəkillər ərizəyə əlavə olunur). Əlavə olaraq qətnamədə qeyd edilir ki, texniki səhvlik nəticəsində iddiaçının hasarında olan onun tərəfindən inşa edilmiş tikililər cavabdehin adına işlənmişdir. Həmin tikililər heç bir vaxt hasarda olmayıb, cavabdehin tikililərinə bitişik olmuş hətta bir divar hörgüsü tövləyə düşür. Əlavə olaraq qətnamədə qeyd olunur ki, 2005-ci ildə torpaqlarda düzəlişlərin olması ilə yenidən ölçü aparılarkən iddiaçı və cavabdehin torpaq sahələri arasında yolun eni 1 metrdən biraz artıq olması göstərilmişdir. Şikayətçi qeyd etmişdir ki, həmin binala r arasında olan yolun eni iki metrdən artıqdır və həmin yoldan maşın yolu olaraq gələcəkdə istifadə olunacağı üçün həmin tikililər yola maneələr yaradır. Əlavə olaraq 1997-ci il tarixdəndir, həmin torpaq yəni 23 ildir cavabdehin mülkiyyətindədir. Cavabdehin mülkiyyətində olan həmin yardımçı tikililər mane yaratdığı üçün dəfələrlə sökülməsini iddiaçıdan xahiş etmişdir. Lakin iddiaçı həmin tikililərin sökülməsi ilə əlaqədar heç bir tədbir görməmişdir. Tərəflər arasında mübahisə təxminən 1997-1998-ci ildən davam edir. Lakin tərəflər arasında uzun sürən mübahisəyə baxmayaraq məhkəmə heç bir araşdırma aparmadan qərar qəbul etmişdir. Apellyator sonda Naxçıvan Şəhər Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(078)-190/2020 nömrəli qətnaməsinin tamamilə ləğv olunaraq iddianın rədd olunması barədə q ətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş apelyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. 13 iyul 2020-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı mülki iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə3 tərəfindən kollegiyaya təqdim olunmuş Culfa rayonunun Saltaq kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 13 aprel 2020-ci il tarixdə verilmiş “Ölüm haqqında şəhadətnamə”nin surətində məlum olmuşdur ki, iş üzrə Cavabdeh1 05 aprel 2020-ci il tarixdə “Prostat vəzinin xərçəngi” səbəbindən vəfat etmişdir. Kollegiya tərəfindən verilən suallar mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nüm ayəndə3 tərəfindən cavablandırılarkən o, mərhum atası Cavabdeh1 əmlakına dair vərəsəlik açılmadığını, miras əmlakın hazırki vaxtadək vərəsələr tərəfindən qəbul edilmədiyini bildirmişdir. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 13 iyul 2020-ci il tarixli, 2(108)128/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə qarşı “Daşınmaz əmlakın dövlət reyestrində düzəlişin aparılması tələbi”nə dair mülki işin apellyasiya baxışında icraatının hazırki iddia tələbi üzrə mübahisə predmeti olan Culfa rayonunun Saltaq kəndində yerləşən JN-271A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında Cavabdeh1 mülkiyyətinə verilmiş daşınmaz əmlaka hüquq varisliyi məsələsi həll edilə nədək apellyasiya baxışında icraatın dayandırılması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının Culfa rayon Notariat ofisinə göndərdiyi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarla mərhum Cavabdeh1 əmlakına dair vərəsəlik açılıb-açılmadığı və miras əmlakın hazırki vaxtadək vərəsələr tərəfindən qəbul edilib-edilməməsi barədə sorğusuna cavab olaraq Culfa rayon Notariat ofisindən məhkəməyə ünvanlanan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli cavab məktublarında Culfa rayonun Saltaq kəndində yerləşən JN 217A nömrəli şəhadətnamə əsasında mərhum Cavabdeh1 məxsus əmlaka dair vərəsəlik işi ilə bağlı müraciət olunmadığı və vərəsəlik işi açılmadığı göstərilmişdir. Bunu nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası nın 11 oktyabr 2022-ci il tarixli, 2(108)-07/2022 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnərək Cavabdeh1 vərəsələri X13, X6, X14, X7, X11 və Nümayəndə3 hüquq varisləri qismində prosesə cəlb olunmuşdurlar. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə İddiaçı, cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsinə, hüquqi varislər X12 və X4 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə kollegiyaya qabaqcadan məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə uyğun olaraq İddiaçı, cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövl ət Xidmətinin nümayəndəsinin, hüquqi varislər X9 və X3 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilən məhkəmə iclası zamanı izahat verən cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (eyni zamanda cavabdehin hüquqi varisi) Nümayəndə3 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək Naxçıvan Şəhər Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(078)-190/2020 nömrəli qətnaməsinin tamamilə ləğv olunaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilən məhkəmə iclası zamanı izahat verən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (eyni zamanda hüquqi varis) X13, hüquqi varislər X6 və X1 qanun i qərar qəbul olunmasını xahiş etmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə qarşı “Daşınmaz əmlakın dövlət reyestrində düzəlişin aparılması tələbi”nə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(078)-190/2020 nömrəli qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(078)-190/2020 nömrəli q ətnaməsi tamamilə ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi, iş üzrə İddiaçı cavabdehlər Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə və Cavabdeh1 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən Culfa rayonunun Saltaq kəndində yerləşən Cavabdeh1 mülkiyyətinə verilmiş 0.17 ha həyətyanı torpaq sahəsinin Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindəki reyestrində qeyddə düzəlişin aparılaraq 8.5 kv.metr torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin hüquqi əsasından da göründüyü kimi, iddiaçı tələbində Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində aparılmış reyestrdəki səhvliyi mübahisələn dirərək həmin reyestrdəki müvafiq düzəlişin aparılmasını xahiş etmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarı”nın (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli Qərarı ilə) 2-ci bəndində qeyd olunmuşdur ki, “Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Kollegiya qeyd edir ki, tərəflər arasında olan mübahisənin hüquqi mahiyyətinə nəzər saldıqda aydın olur ki, onlar arasında mövcud olan münasibətlər xüsusi hüququn deyil, məhz ümumi (publik) hüququn nizamlanma prosesinə aiddir. Qərarın 3.2-ci bəndində qeyd olunur ki, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 noyabr 2015-ci il tarixli, 349 nömrəli qərarına əsasən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri ü zrə Dövlət Komitəsi inzibati orqanların siyahısına daxil edilmişdir. Qərarın 4-cü bəndində qeyd olunur ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Qərarın 5.1-ci bəndində qeyd olunur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul e dilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qərarın 17-ci bəndində qeyd olunur ki, “Daşınmaz əml akın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlam a, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzi bati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibat i orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Beləliklə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında əks olunmuş mövqeyə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə tərəflərinin aras ındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı birinin “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olması, reyestrdəki qeydiyyatın inzibati akt əsasında aparılması və iddianın faktiki əsasını bu aktın qanunsuzluğunun təşkil etməsi, həmçinin iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmalıdır. Apellyasiya baxışı zamanı hazırki işin tədqiq olunmuş hallarından da göründüyü kimi, tərəflər arasında olan mövcud mübahisə hüquqi təbiətinə görə inzibati mübahisədir və iddiaçının düzəliş edilməsini arzuladığı reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə əsaslanmadan aparılmış, iddiaçı tələbində həmin hüquq müəyy ənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirmişdir. Belə olan halda isə hazırki mübahisəyə mülki icraat qaydasında deyil, inzibati icraat qaydasında baxılmalı idi. Lakin işə baxan birinci instansiya məhkəməsi yuxarıda sadalanan xüsusatlara diqqət etmədən mülki işi icraata qəbul etmiş, daha sonra isə mahiyyəti üzrə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılm alı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Beləliklə, kollegiya işin apellyasiya qaydasında baxılması zamanı tədqiq olunmuş hallarına əsaslanmaqla belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə qarşı “Daşınmaz əmlakın dövlət reyestrində düzəlişin aparılması tələbi”nə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(078)-190/2 020 nömrəli qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(078)-190/2020 nömrəli qətnaməsi tamamilə ləğv olunmalı, iş üzrə icraata xitam verilməli, İddiaçı aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmə hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən l əğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kollegiya qeyd edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(078)190/2020 nömrəli qətnaməsi ləğv olunaraq iş üzr icraata xitam verildiyindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsinə zərurət qalmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bunu nəzərə alan kollegiya hesab edir ki, iş üzrə icraata xitam verildiyindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə3 tərəfi ndən “Kapital Bank”-ın Naxçıvan filialına 06 may 2020-ci il tarixdə K**********32379 nömrəli qəbzlə ödənilmiş 5 (beş) manat dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənlərə əsаsən və Аzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400 və 402.2.4-cü maddələrini rəhbər tutaraq, kollegiya qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə qarşı “Daşınmaz əmlakın dövlət reyestrində düzəlişin aparılması tələbi”nə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(078)-190/2020 nömrəli qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(078)-190/2020 nömrəli qətnaməsi tamamilə ləğv olunsun İş üzrə icraata xitam verilsin. İddiaçı aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmə hüququ izah olunsun. Nümayəndə3 tərəfindən “Kapital Bank”-ın Naxçıvan filialına 06 may 2020-ci il tarixdə K**********32379 nömrəli qəbzlə ödənilmiş 5 (beş) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-7/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-7/2022
24.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver