Məhkəmə qərarları › İş №2(108)-71/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-71/2024

10.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-71/2024 10.05.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı təşkilat "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, e-2(078)-1480/2023 nömrəli qətnaməsindən Cavabdeh vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8195.2 (səkkiz min bir yüz doxsan beş manat iyirmi q əpik) manat borcun və 102 ( bir yüz iki) manat məbləğində ödənilməmiş dövlət rüsumunun ümumilikdə 8297.2 (səkkiz min iki yüz doxsan yeddi manat iyirmi qəpik) manat məbləğinin tutularaq İddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, e-2(078)-1480/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən G.X.Səfərəliyeva) iddia təmin edilmiş, Cavabdeh 8195.2 (səkkiz min bir yüz doxsan beş manat iyirmi qəpik) manat borc tutularaq iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilməsi, iddia ərizəsi verilərkən iddiaçı təşkilat tərəfindən ödənilən 102 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, e-2(078)-1480/2023 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh vəkili-nümayəndəsi Vəkil 29 yanvar 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, e-2(078)-1480/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" MMC hansı subyektiv hüquqla Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi 20 saylı çoxmənzilli binanın idarəedicisi kimi çıxış etdiyini, iddia ərizəsində nə də ona əlavə edilmiş sənədlərdə "xxxx" MMC-nin belə bir hüququnu təsdiq edən sənədin mövcud olmadığını, Azərbaycan Respublikası Əlliyyə Nazirliyin dən qeydiyyatdan keçməsini təsdiq edən sənədin məhkəməyə təqdim edilmədiyini, 20 saylı binanın sahə mülkiyyətçilərinin X3 keçirilən Ümumi Yığıncağının 31 yanvar 2017-ci il tarixli protokolunun məhkəməyə təqdim edildiyini, həmin protokola əsasən 20 saylı ünvanda yerləşən çoxmənzilli binanın saxlanması, cari təmiri və binaya göstərilən xidmətlərə görə ödənilməli olan məbləğ aylıq sahə mülkiyyətçinin mülkiyyətində olan sahənin 1 kv.m üçün 0,80 qəpik, payız qış mövsümündə istilik xidmətlərinə görə hər 1 kv.m üçün əlavə 0.50 manat müəyyənləşdirilməsi 100 faiz səsvermə nəticəsində qəbul edilməsini, qeyd edilən ümumi yığıncaqda iddiaçının da iştirak etdiyi qeyd edilmiş və 61-ci sırada iddiaçının adı soyadı qeyd edilməklə imzası olduğu görsənməkdə olduğunu, iddiaçının həmin yığıncaqda iştirak etmə diyini, imzanın ona məxsus olmadığını, onun ümumiyyətlə 2017-ci ildə Azərbaycan Respublikasında olmadığını, Rusiya Federasiyasında yaşadığını, onun verdiyi məlumatlara əsasən digər sakinlərində imazalardan xəbərləri olmadığını, hesab edirlər ki, bu haqda xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməli olduğunu, göründüyü kimi ümumi yığıncaq keçirilməmiş, saxta sənədlər əsasında protokolun tərtib edildiyini, binanı inşa edən şirkətin binanın idarə edilməsinin bina sakinlərinə buraxmaq istəmədiyini, binanın sahə mülkiyyətçilərinin könüllü birliyi olan mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaranmasına imkan verilmədiyini, özünə məxsus "xxxx" MMC-ni güya ümumi yığıncaq vasitəsilə binanı idarəetməyə götürdüyünü, qanunvericiliyə əsasən müştərək cəmiyyətin hesabat verən qurum ol duğunu, "xxxx" MMC məhz bu hesabatdan yayınmaq üçün binanı inşa edən şəxs tərəfindən təsis olunduğunu, müştərək cəmiyyətin hesabat verən qeyri-kommersiya təşkilatı olduğunu, "xxxx" MMC isə hesabat verməyən kommersiya fəaliyyəti ilə məşğul olduğunu, binanın mülkiyyətçilərinin "xxxx" MMC-yə qazanc vermək üçün deyil binanın saxlanılması üçün kommunal ödənişlər etməli olduqlarını, iddiaçının Mənzil Məcəlləsinin 125.2.8, 127.1,128.03.,130.3.2, 130.3.3, 142.13-cü maddələrinin tələblərindən xəbərsizdilər yoxsa yığılan pul kütləsinin şəxsi vəsaitləri hesab etdiklərini, cavabdehin istifadə etdiyi qaza, suya və işığa görə quraşdırılmış sayğaclara görə bütün ödənişlərini həyata keçirdiyini, cavabdehin binada quraşdırılmış ümumi istilik sisteminə qoşulmadığını, mənzilin isitməsini şəxsi vəsaiti hesabı na quraşdırdığı, kombi vasitəsi ilə təmin etdiyini, cavabdehin mənzilinin yerləşdiyi bina ilə hansı əlaqənin olduğunun bəlli olmadığını, "xxxx" MMC-dən hər hansı xidmət əldə etmədiyini, iddiaçının qanunvericiliyə zidd olaraq mənzili aldığı tarixdən cavabdehi aldadaraq kommunal xərclər adı altında mənzilə köçdüyü tarixədək dövrün pulunu aldığını, cavabdehin qanunvericiliyi bilmədiyindən qanuna zidd ödənişləri ödədiyini, daha sonra binanı inşa edən şirkətin belə səlahiyyətinin olmadığını öyrəndiyini, evdə yaşamadığı müddətdə cavabdehi aldadıb kommunal xərclər altında külli miqdarda vəsaitini ələ keçirdiklərini, dəfələrlə ödədiyi pulları geri ödənilməsini tələb etsə də həmin vəsaitlərin geri qaytarmadıqlarını, Daşınmaz Əmlakların Dövlət Reyestr xidmətinin verdiyi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (0036987 nömrəli xx.xx.2010-cu il tarixli) əsasən 98 saylı mənzilin ümumi sahəsi 167.5 kv.m. olduğu halda 197 kv.m görə xidmət haqqının tələb edildiyini, bütün sənədləri saxtalaşdıran iddiaçı mənzili 197 kv.m adı altında satmış, lakin reyestr xidmətinin isə satılan mənzilin 167.5 kv.m. olduğunu müəyyən etdiyini, məhkəmənin iddiaçı tərəfindən təqdim edilmiş bu iş üçün predusiyal əhəmiyyəti olmayan məhkəmə aktının təsiri altında qərar qəbul edərkən mənzilin 197 kv.m deyil 167 kv.m olduğuna belə diqqət yetirmədiyini, məhkəmənin cavabdehin ümumi istilik sisteminə qoşulmamasına ayrıca kombi sistemi quraşdırılmasına, hər ay bu məqsədlə xeyli miqdar qaz pulu ödəməsinə ümumiyyətlə qiymət vermədiyini, məhkəmənin qanunvericiliyə istinad etməklə işdə olan sübutlara qiymət vermədən qətnamə qəbul etdiyini, məhkəmənin imza məsələsini araşdırmamış mənzilin 167.5 kv.m. olduğunu nəzərə almamış tələm-tələsik qətnamə qəbul etdiyini, iddiaçının subyektiv hüquqa malik olduğunu əsaslandırmadığını, göstərərək apellyasiya şikayətinin təmin olunmasını, Naxçıvan Şəhər Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, e-2(078)-1480/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyator verdiyi apellyasiya şikayətində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1, 119.2, 119.6, 128.0.7, 130.3.2, 130.3.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 97.1-ci maddələrinə istinad etmişdir. İddiaçı "xxxx" MMC Naxçıvan Muxtar Respublikası Ali Məhk əməsinin Mülki kollegiyasının icraatında olan 2(108)-71/2024 nömrəli mülki iş üzrə Cavabdeh vəkilinümayəndəsi Vəkil apellyasiya şikayətinə qarşı verdiyi etirazında "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi ünvanında yerləşən 20 saylı binanın (“Green Palace”) idarəedici təşkilatının olduğunu, həmin binada cavabdehin mənzilinin də yerləşdiyini, idarəedici təşkilat kimi iddiaçı tərəfindən binanın saxlanması üçün bütün tədbirlər görüldüyünü, sakinlərinin rahatlığı üçün aşağıdakı əlavə xidmətlərin də göstərildiyini, binada elektrik enerjisi olmadıqda generatorun dərhal işə düşdüyünü, qaz kəsintisi olduqda isə dizel yanacağından istifadə edilməklə mənzillər fasiləsiz olaraq isti su və mövsümə uyğun istilik enerjisi ilə təmin edildiyini, binanın 1 ha yaxın yaşıllıqlar la əhatə olunmuş geniş və həyətyanı sahəsində, həmçinin binanın fasadı, ümumi istifadədə olan hissələrində daima abadlıq, cari və əsaslı təmir və yaxşılaşdırma işlərinin aparıldığını, binaya gələn avtomobil yolunun təmir olunduğunu, xarab olmuş asfalt örtüyü yenisi ilə əvəz olunaraq bina sakinlərinin rahatlığının təmin edildiyini, binaya göstərilən xidmətlərə görə sakinlər tərəfindən idarəedici təşkilata xidmət haqqı ödənildiyini, xidmət haqqı müəyyən edilərkən onun görülən işlərə və xidmətlərə uyğun hesablanmasına, real qiymətləri əks etdirməsinə, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmasına xüsusi diqqətin yetirildiyini, binada əvvəllər xidmət haqqının məbləği hər kv.m. üçün 0.80 manat müəyyən edildiyini, 2017-ci ilin y anvar ayından etibarən xidmət haqqını formalaşdırmasında xüsusi çəkiyə malik olan qazın, işığın, suyun və s qiymətinin artması payız-qış mövsümü üçün istilik xidmətlərinə görə hər kv.m. üçün əlavə 0.50 manat artımına gətirib çıxardığını, binanın sahə mülkiyyətçilərinin X3 keçirilmiş xx.xx.2017-ci il tarixli Ümumi yığıncağının Protokoluna əsasən "xxxx" MMC-nin binanın idarəedici təşkilatı seçildiyini, idarəedici təşkilata sahə mülkiyyətçilərini məlumatlandırmaqla aylıq ödənişi birtərəfli qaydada dəyişdirmək səlahiyyəti verildiyini, sözügedən binanın digər sakini ilə olan əvvəlki məhkəmə prosesslərində araşdırılmış və bu protokola hüquqi qiymət verildiyini, protokolun cavabdeh tərəfindən imzalanıb imzalanmaması cavabdehi kommunal xidmətlərinin ödənilməsindən azad etmədiyini, Bakı şəhəri, Nər imanov rayonu, Tələt Şıxəliyev küçəsi ünvanında yerləşən 20 saylı “Green Palace” binası memarlıq əsəri kimi Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qeydiyyata alınmış və "xxxx" MMC-yə müvafiq Şəhadətnamənin verildiyini, binaya qaz təminatı ilə bağlı verilmiş texniki şərtə və müvafiq orqanla razılaşmaya görə binanın qaz təminatında fərdi mənzillərin isidilməsi üçün qazla işləyən isidicilərin istifadəsi nəzərdə tutulmadığını, texniki şərtə uyğun olaraq fərdi mənzillərdə PQ-4 (4 gözlü) qaz piltəsi quraşdırılmasına icazə verildiyini, bina mərkəzi isitmə sistemi ilə təmin edildiyindən, mənzillərin istilik və isti su təminatı binanın qazanxanası vasitəsi ilə həyata keçirildiyini, cavabdehin apellyasiya şikayətində iddiaçının bina sakinlərinə mənzil mülkiyyətçilərin müştərə k cəmiyyətinin yaranmasına imkan verilməməsi göstərilməsinin absurd olduğunu, çünki mənzil mülkiyyətçilərin müştərək cəmiyyətinin yaratması bina sakinlərinin iradəsindən və istəyindən asılı olduğunu, iddiaçının buna heç cürə müdaxilə edə bilmədiyini, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinin tələbinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borclu olduqlarını, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.10-ci maddəsinə görə mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas olmadığını, iddiaçının binanın sakinlərinin çoxusu ilə müqavilə bağladığını, bəzi mülkiyyətçilərin, o cümlədən cavabdehin özünün, bu müqavilənin bağlanmasından boyun qaçırdığını, dəfələrlə ona müraciət edərək müqavilə bağlanmasını təklif edildiyini, cavabdeh müqavilə bağlamasa belə, kommunal xidmətlər cavabdehin yaşadığı binanın idarəedicisi kimi iddiaçı tərəfindən görülmüşdür və görülməyə davam edildiyini, cavabdeh 2019-cu ilin may ayından kommunal xidmətlərə görə xidmət haqqını ödəmədiyini, bu müddətdən qabaq isə ödədiyini qeyd edərək yuxarıda göstərilənləri nəzərə alaraq Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nə iclaslarının yeri və vaxtı barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmiş, Naxçıvan M uxtar Respublikası Ali Məhkəməsinə ünvanlandığı xx.xx.2024-cü il və xx.xx.2024-cu il tarixli vəsatətlərində mülki işə iddiaçının iştirakı olmadan baxıb apellyasiya şikayətini təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya "xxxx" MMC-nin vəsatətlərini nəzərə alaraq işə onun iştirakı olmadan baxmışdır. Cavabdeh vəkili-nümayəndəsi Vəkil kollegiyada apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək Naxçıvan Şəhər Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, e-2(078)-1480/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. Cavabdeh kollegiyada apellyasiya şikayətini müdafiə edərək vəkili-nümayənd əsi Vəkil izahatında göstərdikləri ilə razılaşdığını, verilmiş izahatla bağlı əlavəsinin olmadığını göstərərək Naxçıvan Şəhər Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, e-2(078)-1480/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. “Elektron məhkəmə” informasiya sistemində Cavabdeh aid şəxsi məlumatlarda mülkiyyətində olan daşınmaz əmlaklardan birinin ünvan 2 ünvanında yerləşən 167.50 kv.m ümumi sahəsi olan 4 otaqlı mənzil ********* qeydiyyat **********59-05301-093048 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri, Tələt Şıxəliyev ünvanında yerləşən çoxmənzilli 20 saylı binanın sahə mülkiyyətçilərinin X3 keçirilən ümumi yığıncağının 31 yanvar 2017-ci il tarixli protokolundan aydın olur ki, həmin çoxmənzilli bin a idarəedici təşkilat tərəfindən idarə edilməsi, "xxxx" MMC-nin binanın idarəedici təşkilatı seçilməsi barədə səsvermə nəticəsində qərar qəbul edilmişdir. "xxxx" MMC tərəfindən verilən 25 sentyabr 2023-cü il tarixli arayışdan aydın olur ki, Nərimanov rayonu, T.Şıxəliyev 20, ünvanında ümumi sahəsi 197 kv.m olan 98 saylı 4 otaqlı mənzilin kommunal xidmətlər üzrə hesablanmış borcu 2019-cu ilin may ayından 2023-cü ilin avqust ayı daxil olmaqla 8195.2 (səkkiz min bir yüz doxsan beş manat iyirmi qəpik) təşkil edir. 08 sentyabr 2023-cü il tarixli xəbərdarlıq məktubu ilə Cavabdeh ümumi borc məbləği barədə pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əl avə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müdd əalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Kollegiya iş materiallarını araşdırıb tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakıları qeyd edir. Belə ki, iddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8195.2 (səkkiz min bir yüz doxsan beş manat iyirmi qəpik) manat borcun və 102 ( bir yüz iki) manat məbləğində ödənilməmiş dövlət rüsumunun ümumilikdə 8297.2 (səkkiz min iki yüz doxsan yeddi manat iyirmi qəpik) manat məbləğinin tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nü mayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. İş üzrə C avabdeh vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7ci maddəsinin tələbinə uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayarkən iş materiallarından məlum olmuşdur ki, iddiaçı "xxxx" MMC-nin tərəfindən Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi verilərkən ərizə "xxxx" MMC tərəfindən imzalansada, həmin təşkilatın mövcudluğunu təsdiq edən hər hansı hüquqi sənəd (təsis sənədi, nizamnamə, müqavilə, şəhadətnamə və.s) iddia ərizəsinə əlavə olunmamış, eyni zamanda hazırki mübahisə üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər elektron qaydada verildiyindən “El ektron məhkəmə” informasiya sistemi vasitəsi ilə də qeyd olunan halın müəyyən olunması mümkün olmamışdır. Maddənin mənasından da aydın olduğu kimi, məhkəmədə iddia hüquqi şəxs tərəfindən qaldırılırsa mülki prosessual qanunvericilik tələb edir ki, ilk növbədə həmin hüquqi şəxsin səlahiyyətlərini təsdiq edən müvafiq sənəd (təsis sənədi, nizamnamə, və.s) iddia ərizəsinə əlavə olunmalı və yalnız bundan sonra hüquqi şəxsin hüquqi qüvvəsi olacaqdır. Yuxarıda da qeyd olunduğu kimi, hazırki işin araşdırılmış hallarından məlum olmuşdur ki, "xxxx" MMC-nin tərəfindən Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi verilərkən mülki prosessual qanunvericiliyin bu tələblərinə əməl olunmamış, birinci instansiya məhkəməsi tərəfindən isə iddia ərizəsi icraata qəbul olunarkən və prosesin sonrakı mərhələlərində bu xüsusatlara diqqət yetirilməmiş, mülki prosessual qanunvericiliyin yuxarıda sadalanan tələbləri pozularaq işə mahiyyəti üzrə baxılmaqla yekun nəticə verilmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsində qeyd olunur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İş materiallarından isə göründüyü kimi iddiaçı təşkilat tərəfindən birinci instansiya məhkəməsinə müraciət olunarkən bu Məcəllənin tələblərinə riayət edilməmiş, belə olan halda işə baxan hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1, 152.1.2-ci maddələrinin tələbinə uyğun olaraq geri qaytarmalı olduğu halda qaytarmamış, sonrakı mərhələdə isə həmin Məcəllənin 259.0.3-cü maddəsinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərar qəbul etməli olduğu halda bunu etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1, 152.1.2-ci maddələrinin tələbinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2, 387.2.8-ci maddələrinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Kollegiya 23 aprel 2024-cü il tarixli 2(108)-71/ 2024 nömrəli məhkəmə bildirişini "xxxx" MMC-yə göndərməklə iddiaçı təşkilat "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsinə dair Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1480/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı iclası 10 may 2024-cü il tarixə saat 11:00 Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasına təyin edilməsini göstərərək, göstərilən tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada səlahiyyətləri təsdiq olunmuş nümayəndənin məhkəmə baxışı iclasında iştirakını, həmçinin, işin hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən "xxxx" MMC-nin nizamnamə sənədləri, fəaliyyət istiqamətləri, rəhbər vəzifəli şəxsinin, onun qanuni təmsilçisinin kim olması, cavabdehlə aralarında bağlanmış müqavilənin surəti barədə məlumatların və müvafiq sənədlərin 10 may 2024-cü il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsinin təmin edilməsi xahiş edilmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə Qeys Siraclı tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmiş 10 may 2024-cü il tarixli vəsatətdə cavabdehə dəfələrlə müqavilə bağlanmasının təklif olunması, ca vabdehin bundan boyun qaçırması,........Naxçıvana həmin tarixə aviabiletlərin mövcud olmadığı, mümkün olduğu halda məhkəmə iclasının təxirə salınması, mümkün olmayacaqsa 2(108)-71/ 2024 saylı mülki işə iddiaçının iştirakı olmadan baxıb apellyasiya şikayətini təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanması barədə qərar qəbul edilməsini qeyd etmişdir. Kollegiya tərəfindən işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırılması üçün göndərdiyi bildirişdə müddət müəyyən edilməsinə baxmayaraq, iddiaçı həmin nöqsanları aradan qaldırmamış, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmiş 10 may 2024-cü il tarixli vəsatətdə cavabdehə dəfələrlə müqavilə bağlanmasının təklif olunması, cavabdehin bundan boyun qa çırması, Naxçıvana həmin tarixə aviabiletlərin mövcud olmadığı, mümkün olduğu halda məhkəmə iclasının təxirə salınması, mümkün olmayacaqsa 2(108)-71/ 2024 saylı mülki işə iddiaçının iştirakı olmadan baxıb apellyasiya şikayətini təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanması barədə qərar qəbul edilməsini qeyd etməklə kifayətlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-cu maddədə ərizənin baxılmamış saxlanmasının əsasları təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyə n edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Kollegiya qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1480/2023 saylı 21 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməklə ərizə baxılmamış saxlanılmalıdır. Cavabdeh vəkili-nümayəndəsi Vəkil Naxçıvan Şəhər Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, e-2(078)-1480/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə apellyasiya şikayəti qismən təmin edilməlidir. Kollegiya qeyd edir ki, iddiaçı təşkilat "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə iş üzrə iddia ərizəsi baxılmamış saxlanıldığından apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsinə zərurət qalmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.2-ci maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Həmin Məcəllənin 260.4-cü maddəsinə əs asən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya baxışı zamanı şikayətin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübu tları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Cavabdeh vəkili-nümayəndəsi Vəkil Naxçıvan Şəhər Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, e-2(078)-1480/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə verdiyi apellyasiya şikayəti qismən təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, e-2(078)-1480/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilməklə, iddia tamamilə baxılmamış saxlanılmalı, iddiaçı "xxxx" MMC-nə yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd edilən normanın tələbinə uyğun olaraq kollegiya qeyd edir ki, iddiaçı təşkilat "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi X2 vasitəsilə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 102 (bir yüz iki) manat məbləğində dövlət rüsumu iddiaçı təşkilat "xxxx" MMC-nə geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263, 264, 266.1-ci 384.0.5-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l d ı: Naxçıvan Şəhər Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, e-2(078)-1480/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə Cavabdeh vəkilinümayəndəsi Vəkil verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 21 dekabr 202 3-cü il tarixli, e-2(078)-1480/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı təşkilat "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsə ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət müraciət etmək hüququ izah edilsin. İddiaçı təşkilat "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi X2 vasitəsilə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 102 (bir yüz iki) manat məbləğində dövlət rüsumu iddiaçı təşkilat "xxxx" MMC-nə geri qaytarılsın. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar