Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-71/2025 21.05.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrlik edən və məruzəçi), Əliyev Zamiq Xudaverdi oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh Hüseynova (İsmayılova) Gültəkin Vəli qızının iştirakları ilə, İddiaçı cavabdeh Hüseynova (İsmayılova) Gültəkin Vəli qızına qarşı “mirasın faktiki qəbulu və həmin miras əmlakda payın müəyyən edilməsi tələbi”nə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsindən cavabdeh Hüseynova (İsmayılova) Gültəkin Vəli qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Hüseynova (İsmayılova) Gültəkin Vəli qızına qarşı 24 iyun 2024-cü il tarixdə iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət edərək mərhum anası X7 miras qalmış ünvan 1 ünvanında 0,0403 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı, 50.42 kv.m yaşayış, 25.14 kv.m qeyri-yaşayış, 79.08 kv.m köməkçi sahədən ibarət olan daşınmaz əmlakın (fərdi yaşayış evinin) onun-İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunması və miras əmlakdakı payının bütün miras kütləsinə şamil edilməklə payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, mərhum X7 miras qalmış ünvan 1 ünvanında 0,0403 ha torpaq sahəsin də yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı, 50.42 kv.m yaşayış, 25.14 kv.m qeyriyaşayış, 79.08 kv.m köməkçi sahədən ibarət olan daşınmaz əmlakın (fərdi yaşayış evinin) İddiaçı tərəfindən faktiki qəbul edilməsi müəyyən edilərək həmin evdə tam payının müəyyən edilməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh Hüseynova (İsmayılova) Gültəkin Vəli qızı 19 sentyabr 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsini ləğv edib və onu da qanun üzrə vərəsə kimi nəzərə alıb paylarının bərabər müəyyən olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 dekabr 2024-cü il tarixli, 2(108)-190/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Hüseynova (İsmayılova) Gültəkin Vəli qızına qarşı “mirasın faktiki qəbulu və həmin miras əmlakda payın müəyyən edilməsi tələbi”nə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsindən cavabdeh Hüseynova (İsmayılova) Gültəkin Vəli qızı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh Hüseynova (İsmayılova) Gültəkin Vəli qızına qarşı “mirasın faktiki qəbulu və həmin miras əmlakda payın müəyyən edilməsi tələbi”nə dair mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 dekabr 2024-cü il tarixli, 2(108)-190/2024 nömrəli qərardadı ilə razılaşmayan İddiaçı vəkili və nümayəndəsi Vəkil kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək apellyasiya şikayətinin təmin olunmasını, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 dekabr 2024-cü il tarixli, 2(108)-190/2024 nömrəli qərardadının tamamilə ləğv olunmasını, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-559/2025 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 dekabr 2024-cü il tarixli, 2(108)-190/2024 nömrəli qərardadı ləğv olunaraq iş Cavabdeh apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. Cavabdeh Hüseynova (İsmayılova) Gültəkin Vəli qızı apellyasiya şikayətində mərhum anası X9 05 noyabr 2015-ci il tarixdə Naxçıvan şəhərində vəfat etdiyini, mərhum anasının 3 vərəsəsinin olduğunu, həmin vərəsələrin xx xxxx 1987-ci il təvəllüdlü İddiaçı, xx xxxx 1989-cu il təvəllüdlü Vəli qızı və həyat yoldaşı X13 olduğunu, X8 17 dekabr 1990-cı il tarixdə vəfat etdiyi ni, mərhum anası X2 və vəfatından sonra onun mütəmadi olaraq onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gəlib-getdiyini və anasının vəfatından sonra da həmin miras qalmış fərdi yaşayış evinə bağlılığını itirmədiyini, bu halların da məhkəmə tərəfindən qətnamə qəbul edərkən nəzərə alınmadığını, həmin fərdi yaşayış evinə gəlib–getməyini iddiaçı tərəfdən dəvət olunmuş və 1-ci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 da ifadəsində təsdiq etdiyini, qətnamədə İddiaçı tərəfindən evin kommunal ödənişləri və digər ödənişləri ödədiyi qeyd olunsa da təbii ki, orada yaşadığından kommunal xərcləri həmin evdə yaşayan 1 (bir) nəfərin ödəməli olduğunu, ailə qurub Ordubad rayonu, Düylün kəndində yaşadığından və ailəsinin bütün qayğılarını çəkdiyindən onun tez-tez həmin miras qalmış fərdi yaşayış evinə gedib-gəlməyinin imkan xaricində olduğunu, bütün bu hallarla bağlı 1-ci instansiya məhkəməsində ifadə versə də, məhkəmə tərəfindən buna hüquqi qiymət verilmədiyini və mirasın yalnız bacısı İddiaçı tərəfindən yanlış olaraq qəbul edilməsi faktı nəticəsinə gəlindiyini, Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsi üzrə onun cavabdeh qismində mərhum anası X9 qanun üzrə vərəsəsi qismində cəlb edildiyini və məhkəmə tərəfindən onun qanun üzrə vərəsə sayılmağına baxmayaraq iddiaçı tərəfin əsassız olaraq mirasın bütünlüklə qəbul etdiyi qənaətinə gəlindiyini, mərhum anası X9 1-ci növbəli vərəsəli olub və qanun üzrə bərabər hüquqlu vərəsəsi sayılsa da, Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)19 7/2024 nömrəli qətnaməsi üzrə onun qanun üzrə vərəsə olaraq miras əmlakdan mərhum olduğunu, Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)197/2024 nömrəli qətnaməsi ilə İddiaçı ona mirasın faktiki qəbulu və həmin miras əmlakdan payın müəyyən olunmasına mərhum anası X7 miras qalmış ünvan 2 ünvanında 0.0403 ha. torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli 2 otaqlı, 50.42 kv.m yaşayış, 25.14 kv.m qeyri-yaşayış, 79.08 kv.m köməkçi sahədən ibarət olan daşınmaz əmlakın (fərdi yaşayış evinin) İddiaçı tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilərək həmin evdə tam müəyyən etməklə məhkəmə araşdırılmasından irəli gələn həqiqəti müəyyən etmədiyini, birinci instansiya məhkəməsi tərəfindən işə baxılıb nəticəyə gələrkən məhkəmə öz qətnaməsində iş üçün mühüm əhəmiyyətli olan bütün fakt iki halları aydınlaşdırılmadığını, işə apellyasiya qaydasında baxılarkən məhkəmə heyətinin şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdırıb qanuni və əsaslı qərar qəbul edəcəyinə inandığını, apellyasiya instansiya məhkəməsində işə baxılarkən tərəfindən birinci instansiya məhkəməsinə onlardan asılı olmayan səbəblərə görə təqdim edilməyən sübutlar olmadığını qeyd etmişdir. Cavabdeh Hüseynova (İsmayılova) Gültəkin Vəli qızı apellyasiya şikayətinin hüquqi əsası kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134 və 1159-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77 və 88-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Plenum Qərarına istinad etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil a pellyasiya şikayətinə qarşı verdiyi etirazında vəkili və nümayəndəsi olduğu İddiaçı vəkil və nümayəndəsi vasitəsilə Ordubad Rayon Məhkəməsində Cavabdeh qarşı "mirasın faktiki qəbulu və miras əmlakdakı payın bütün miras kütləsinə şamil edilməklə payının müəyyən olunması" tələbinə dair iddia qaldırmasını, mülki işin mübahisə predmetinin (miras əmlak) onun anası X7 miras qalmış və miras əmlak ünvan 3 ünvanında yerləşən 0.0403 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı 50.42 kv.m yaşayış, 25.14 kv.m qeyri-yaşayış və 79.08 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış ev olduğunu, işə baxan birinci instansiya məhkəməsinin işə düzgün hüquqi qiymət verdiyini hesab etdiklərini və hal-hazırda apellyasiya qaydasında mübahisələndirilən 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 saylı qətnamənin qəbul edildiyini, cavabdehin isə bu qatnamədən narazı qalaraq Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verdiyini, verilmiş olan apellyasiya şikayəti ilə qəti olaraq razılaşmadıqlarını və aşağıdakı əsaslara görə etiraz etdiklərini, ilk olaraq cavabdehin apellyasiya şikayətində AR Mülki Məcəlləsinin 1133-cü maddəsinə istinad edərək məhkəmə tərəfindən vərəsə kimi (qanun üzrə) işə cəlb edildiyini, lakin mirasın bütünlüklə iddiaçı tərəfindən qəbul edildiyini və bütün payın ona aid edildiyini qeyd etmək lazım olduğunu, o dövrdə qüvvədə olan qanunvericiliyə görə miras əmlakın qanunla müəyyən olunmuş müddətdə (3 ay) notariat orqanına ərizə verməklə qəbul edilməli olduğunu, yaxud həmin miras əmlakda və ya miras bir neçə yerdə yerləşirsə onlardan birində qeyd olunan müddətdə faktiki yaşamaqla və miras əmlakı qəbul etməyi aşkar nümayiş etdirməklə miras əmlakı qəbul etməli olduğunu (hazırda həmin normalar AR Konstitusiya Məhkəməsinin müvafiq plenum qərarı ilə qüvvədən düşmüşdür), iddiaçının da həmin miras əmlakda mərhum anası rəhmətə getdikdən sonra faktiki yaşamaqla (hal-hazırda da orada yaşayır) və miras əmlakı idarə etməklə mirasın qəbul etdiyini aşkar nümayiş etdirdiyini və bu mirasın faktiki qəbulu məhkəmədə müvafiq sənədlər (kommunal ödənişlər) və şahid ifadələri ilə öz təsdiqini tapdığını, cavabdehin məhkəmədə verdiyi ifadəsində özünün orada yaşamadığını (anasının vəfatından bir neçə il əvvəl ailə quraraq Ordubad rayonun Düylün kəndinə köçmüşdür) və iddiaçının onu orada yaşamağa qoymadığını qeyd etdiyini, yəni dolayı yolla özünün orada yaş amadığını etiraf etdiyini, mülki hüquqda (vərəsəlik institunda) mümkün vərəsə və həqiqi vərəsə anlayışlarının olduğunu, miras qoyanın bütün vərəsələrinin mirasın qəbul edilibedilməməsindən asılı olmayaraq mümkün vərəsə hesab edildiyini, həqiqi vərəsənin isə məhz miras əmlakı notariusa ərizə verməklə və ya faktiki yaşayıb qəbul etməklə mirası qəbul edən vərəsə olduğunu, hazırki işdə isə miras qoyanın 3 vərəsəsi olduğunu, atasının anasından əvvəl rəhmətə getdiyini, cavabdehin isə miras əmlakı qəbul etmədiyini, məhz iddiaçının bu miras əmlakı bütünlüklə qəbul etdiyini və bütün miras payının (miras kütləsi) ona aid edildiyini, cavabdehin daha sonra anasının sağlığında və vəfatından sonra mütəmadi olaraq həmin evə (miras əmlaka) gedib-gəldiyini qeyd etdiyini, miras əmlakın faktiki qəbulu üçün m ütəmadi olaraq gedib-gəlməyin (hansı ki, bu hal olmayıbdır) miras əmlakın qəbulu demək olmadığını, miras əmlakın qəbulunun müəyyən olunmuş müddətdə həmin miras əmlaka aşkar şəkildə nümayiş etdirməklə həmin əmlakda yaşamaq və onu idarə etmək olduğunu, hansı ki, iddiaçının həmin dövrdə də və hal-hazırda da həmin miras əmlakda yaşadığını, AR Mülki Məcəlləsinin müvafiq maddələrinin tələbinə görə miras əmlak miras açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığını, yəni iddiaçının artıq mülkiyyət hüququnu özündə yaratdığını, cavabdehin ziddiyyətli ifadələr verdiyini, cavabdehin işə cəlb edildiyini, lakin qanun üzrə vərəsə olaraq mirasdan məhrum edildiyini qeyd etdiyini, mirasdan məhrum edilmənin hüquqi baxımdan tamamilə başqa məsələ olduğunu və cavabdehin əgər pay və ya miras əmlakın qəbulunu i stəyirdisə, bu barədə iddia tələbi ilə məhkəməyə müraciət edə biləcəyini, cavabdehin işə baxan birinci instansiya məhkəməsinin faktiki halları tam araşdırmadığını və həqiqəti müəyyən etmədiyini qeyd etdiyini, məhkəmənin işin faktiki hallarını tam araşdırdığını, iddiaçının həqiqətən mirası faktiki olaraq qəbul etdiyini müəyyən etdiyini, bunun mötəbər sübutlar (sənədlər və şahid ifadələri) ilə təsdiqlədiyini, miras əmlaka dair digər faktiki halları tam araşdırdığını və həqiqəti müəyyən etdiyini, apellyasiya şikayətinin formal mülahizələrə əsaslandığını, istinad olunan maddi hüquq normaları ilə verilmiş apellyasiya şikayətinin ziddiyyət təşkil etdiyini və məhkəmə qətnaməsinin qüvvəyə minməsinin qarşısını almaq məqsədi daşıdığını bildirərək, yuxarıda qeyd edilənləri nəzərə alaraq Cavabdeh tərə findən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxİanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin apellyasiya qaydasında məhkəmə baxışı iclası zamanı cavabdeh Hüseynova (İsmayılova) Gültəkin Vəli qızı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini və anası X9 xx.xx.2015-ci ildə vəfat etdiyini, anası vəfat etməmişdən əvvəl də, vəfat etdikdən sonra da anasından miras qalan ünvan 4 ünvanında 0,0403 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı, 50.42 kv.m yaşayış, 25.14 kv.m qeyri-yaşayış, 79.08 kv.m köməkçi sahədən ibarət olan daşınmaz əmlaka (fərdi yaşayış evinə) gedib-gəldiyini, qarşı tərəfin birinci instansiya məhkəməsində də onun oraya gəlib-getmədiyinə etiraz etdiyini, halbuki qarşı tərəfin şahidi Şahid1 də öz sözləri ilə onu orada gördüyünü təsdiq etdiyini, yəni anasından miras qalan evə gedibgəldiyini, Bülbültəkin xanımın anasının vəfatından sonra o evdə qalsa da, türk vətəndaşı ilə ailəli olduğuna görə, onun da kənddə ailəsinin qayğısına qaldığına görə o evə gedibgəlməyinin imkan xaricində olduğunu, amma bacardığı qədər mütəmadi olaraq həmişə o evə gedib-gəldiyini, hətta 2 il öncədən öz evlərində itin açılaraq onun ayağını dişlədiyini, bunun da onun yenə də mütəmadi olaraq o evə gedib gəldiyinin sübutu olduğunu, amma qarşı tərəfin bunu heç bir halda qəbul etmədiyini, müvafiq halın araşdırılmasını xahiş etdiyini, onun o evin bir vərəsəsi olduğunu, Azərbaycan Respub likasının qanunlarına və məhkəmənin ədalətinə inandığını, anasına sağlığında da gücü çatdığı qədər baxdığını, qulluq etdiyini, köməklik etdiyini, onların həyətində yaşayış evindən əlavə, qeyri-yaşayış sahəsi kimi 2 otaqlı ev olduğunu, oranın baxımsızlıqdan uçub dağıldığını, hətta onun iddiaçının özü ilə o evi təmir edib, onun mütəmadi orada yaşaması barədə danışıq apardıqlarını, lakin iddiaçının buna razı olmadığını, hər dəfə miras qalmış evə gedibgəlməyinə iddiaçının qarşı çıxdığını, anasının sağlığında ondan miras qalan mübahisəli evdə bacısı olan iddiaçı ilə yaşadığını, mərhum anasının ünvan 5 ünvanında 0.0403 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı, 50.42 kv.m yaşayış, 25.14 kv.m qeyriyaşayış, 79.08 kv.m köməkçi sahədən ibarət olan daşınmaz əmlakı 2008-ci ildə alqı-satqı yolu ilə əldə etdiyini, 2010-cu ildə isə adına qeydiyyata aldırdığını, 2009-cu ildə ailə qurduğunu, onun o evdən gəlin köçdüyünü, iddiaçının anası ilə birlikdə yaşadığını, anası vəfat etdikdən sonra da o evdə yaşadığını, miras qalmış evə sadəcə gedib-gəlməyin təbii ki, miras qalmış əmlakı qəbul etmək sayılmadığını, amma bu mülkün onun anasının mülkü olduğunu, mirası qəbul etməyi ilə bağlı notariusa ərizə verməli olduğunu bilmədiyini, onun da anasının övladı olduğu üçün o evin vərəsəsi kimi evdə hər hansı işlər aparmaq istədiyini, amma qarşı tərəfin heç cür imkan vermədiyini, həmin mirasa faktiki sahiblik etməyi ilə bağlı heç bir sübutunun olmadığını, evin qaz, su, işıq pulunu və s. heç birini ödəmədiyini, iddiaçı ailəli olduğu üçün yoldaşının o evdə qalmağına icazə vermədiyini, iddiaçının təmir etdiyi evi istəmədiyini, sadəcə vərəsə olaraq anasının mirasından payını istədiyini, anasının sağlığında “evi siz iki bacınındır” dediyini, həmçinin “yaşadıqları yer bacım olan iddiaçınındır, həyətdə olan 2 otaqlı isə Gültəkinindir” deyə dediyini, anasının sağlığında vəsiyyətnamə qoymadığını, iddiaçının özü Məşədə ibadətə gedəndə o vaxt anasına onun baxdığını, anası xəstəxanadan qayıdanda 1 ay müddətində o evə tək başına baxdığını, 2 uşağının ortada qaldığını, həmin mirasa faktiki sahiblik etməyi ilə bağlı heç bir sübutunun olmadığını, iddiaçının təmir edib düzəltdiyi, özlərinin yaşadığı evi deyil, həyətdə olan 2 otaqlı evi istədiyini, iddiaçının təmir etdirdiyi evin yola qapısının əvvəllər olduğunu, oranı tutduqlarını, evin plan sxemində də olduğunu, anasının evi ola-ola bu gün u şağını Naxçıvan şəhərinə gətirəndə pul verib kirayədə qaldığını bildirib, apellyasiya şikayətinin təmin edilməsini, Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsinin ləğv edilərək, onun da qanun üzrə vərəsə kimi nəzərə alıb payların bərabər müəyyən olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. İşin apellyasiya qaydasında məhkəmə baxışı iclası zamanı iş üzrə İddiaçı izahatında apellyasiya şikayətini qəbul etmədiyi, anasından miras qalan ünvan 4 ünvanında 0,0403 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı, 50.42 kv.m yaşayış, 25.14 kv.m qeyri-yaşayış, 79.08 kv.m köməkçi sahədən ibarət olan daşınmaz əmlakda (fərdi yaşayış evində) yaşadığını, mirası qəbulu ilə bağlı Ordubad Rayon Məhkəməsinə müraciət etdiyini, mərhum an asının ünvan 5 ünvanında 0.0403 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı, 50.42 kv.m yaşayış, 25.14 kv.m qeyri-yaşayış, 79.08 kv.m köməkçi sahədən ibarət olan daşınmaz əmlakı 2008-ci ildə alqı-satqı yolu ilə əldə etdiyini, 2010-cu ildə isə adına qeydiyyata aldırdığını, 2009-cu ildə cavabdehin ailə qurduğunu, 2011-ci ildən anası ilə o evdə yaşadığını, 2014-cü ildə anasının insult keçirdiyini, 2 il yataqda qaldığını, bu 2 il müddətində anasına baxdığını, şahidlərinin də bu faktları- mübahisəli evdə qaldığını, evdə təmir işləri gördüyünü və s təsdiq etdiklərini, çünki anasının o evi alanda mətbəxi, hamamı, ümumiyyətlə heç bir şəraitinin olmadığını, sadəcə olaraq 1 salon olduğunu, daha sonra o evin dam örtüyünü vurdurduqlarını, mətbəx düzəltdirdiklərini, hamamı evin daxilində təş kil etdiklərini, digər otaqların düzəldildiyini və s, qonşularının da müvafiq hallara şahid oluqlarını, onların şahid kimi məhkəmə tərəfindən dinlənildiyini, 2015-ci il noyabr ayının 5-də anasının rəhmətə getdiyini, dekabr ayında anasının qırx mərasimindən sonra cavabdehin o evə gəlmədiyini, həmçinin mart ayında anasının qara bayramında da cavabdehin gəlmədiyini, cavabdeh şəxsin “mübahisəli evə gəlməyinə mən icazə vermirdim” deyə bildirdiyini, amma elə olmadığını, cavabdehin gah da “o ailə qurub deyə gələ bilməyib” dediyini, dediklərində tutarsızlıqların olduğunu, heç bir zaman evin qapısını heç kimin üzünə bağlamadığını, sonradan təhsil aldığını, 2019-cu il tarixdən Naxçıvan Poçtda əməliyyatçı olaraq işlədiyini, 2 övladı olduğunu, övladlarına həm ata, həm ana olduğunu, anasından miras qal an evdə də əməyinin həqiqətən çox olduğunu, hal-hazırda mübahisəli evdə onun heç bir əməyi olmasa idi, onun o evi qoyub çıxıb gedəcəyini, sadəcə əməyinə, əziyyətinə heyf olduğunu, xanım olmadığını, o evdə fəhlə olduğunu, fəhləyə əlavə pul verməmək üçün tikinti materiallarını özünün daşıdığını, onun dediklərinə ustaların da, qonşularının da şahid olduğunu, mübahisəli evin ünvan 4 ünvanında 0,0403 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı, 50.42 kv.m yaşayış, 25.14 kv.m qeyri-yaşayış, 79.08 kv.m köməkçi sahədən ibarət olduğunu, cavabdehin qeyd etdiyi tikiliyə münasibətdə o tikilinin elə evin içində olduğunu bildirdiyini, əvvəllər bu evlərin məsələn 3A, 3B və s. kimi qeyd olunduğunu, əvvəllər bir həyət olduğunu, sonradan müvafiq hissələrin ayrı-ayrı satıldığını, cavabdehin qeyd e tdiyi tikiliyə heç ev də deməyin mümkün olmadığını, ev deyil, əl damı olduğunu, köməkçi sahə olduğunu, oranın ayrıca girişinin olmadığını, ayrıca qapı açmağa imkanın da olmadığını, cavabdeh olan bacısı ilə münasibətlərində olan bu korlanmanın mirasdan əvvəl də olduğunu, onun gəlməyinə və s icazə verilmədiyini, anasının qara bayramına da gəlmədiyini, mirasdan sonra isə münasibətlərinin tamamilə pozulduğunu, 2006-cı ildə birinci dəfə evləndiyini, 2011-ci ildə boşandığını, evdə təmir işlərini 2015-ci ildən sonra, anası öləndən sonra apardığını, anasının borclarını da ödədiyini, anasının xəstə olduğu vaxtı şifahi olaraq ev Bülbültəkinindir dediyini, cavabdehin də hətta “bilirəm ki, ev Bülbülündür, sənə baxan odur, mənim evim var” dediyini, evi təmir etdirməklə bağlı bacısı olan cavabdehə hər h ansı bir təklif vermədiyini bildirib, apellyasiya şikayətinin təmin olunmamasını, Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)197/2024 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasını kollegiyadan xahiş etdi. İşin apellyasiya qaydasında məhkəmə baxışı iclası zamanı iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında apellyasiya şikayətini qəbul etmədiyini, müvafiq məhkəmə prosesinin 2023-cü ilin əvvəllərindən getdiyini, yəni həmin dövrdə cavabdeh tərəfin vəkilinin də olduğunu, proseslərdə də iştirak etdiyini, həmçinin, cavabdeh tərəfin anası öldükdən sonra miras əmlakla bağlı hər hansı bir fikrinin olmadığını və yaxud da iddiaçının dediyi kimi cavabdehin öz ailəsi, evi olduğu üçün bu evdə gözünün olmadığını, sonradan müəyyən proseslər getdiyini, hər hansı səbəblərdən müvafiq məsələnin qalxdığını, bundan əlavə iddiaya birinci instansiya məhkəməsində baxıldığı zaman da kifayət qədər şahidlərin dindirildiyini, müvafiq miras əmlakın iddiaçı tərəfindən qəbul olunduğunun sübut olunduğunu, mirasın iddiaçı tərəfindən qəbulunun iş materialları ilə öz təsdiqini tapdığını, 2023-cü ilin noyabr ayında müvafiq məsələ ilə bağlı qərardad çıxarıldığını bildirib, apellyasiya şikayətinin təmin olunmamasını, Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasını kollegiyadan xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məc əllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutlar ı tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materialları ilə aşağıdakıları müəyyən etmişdir. İş materiallarında olan: -Daşkənd vilayəti Bukin rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 23 mart 1987-ci il tarixli, Vİİİ-ЮС № 333168 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxx 1987-ci il tarixdə Daşkənd şəhərində doğulmuş, atası X13, anası İsmayılova Əminədir. Daşkənd vilayəti Buka rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 18 iyul 1989-cu il tarixli, İX-ЮС № 385060 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxx 1989-cu il tarixdə Daşkənd şəhərində doğulmuş, atası X13, anası X11r. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 17 dekabr 1990-cı il tarixdə bloetomasn xəstəliyindən ölmüşdür. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 05 noyabr 2015-ci il tarixdə Beyinə qansızması səbəbindən ölmüşdür. 2822 nömrəli, 27.09. 2023-cü il tarixli arayışdan görünür ki, X3 şəhəri, Naxçıvan küçəsi, döngə 3, ev 3A ünvanında yaşayıb, aşağıdakı tərkibdə ailə üzvləri var:
1. X13-Həyat yoldaşı-vəfat edib.
2. X5-qızı-1987
3. X10-qızı-1988 2796 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X1 şəhəri, Naxçıvan küçəsi, döngə 3, ev 3A ünvanında qeydiyyatdadır. 159 saylı xx.x x.2023-cü il tarixdə Naxçıvan Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 6 ünvanında yaşayan İddiaçı tərəfindən 2019-2023-cü ilə qədər vergi borcunu ödəmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* saylı çıxarışın surətindən görünür ki, X9 mülkiyyətində olan ünvan 6da 0.0403 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı, 50.42 kv.m yaşayış, 25.14 kv.m qeyri yaşayış, 79.08 kv.m köməkçi sahədən ibarət 3A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X9 adına daşınmaz əmlakın dövlət reyestrində 18/5 nömrə reyestr kitabında 955 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə Naxçıvan şəhəri 3 saylı Notariat ofisinə müraciət edərək ona qanun üzrə mirasın tam payına ş əhadətnamə verilməsini xahiş etsə də, Naxçıvan şəhəri 3 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə mirası qəbul etmə müddəti ötürüldüyündən rədd cavabı verilmişdir. Kollegiya cavabdeh Hüseynova (İsmayılova) Gültəkin Vəli qızı tərəfindən verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, cavabdehin verdiyi apellyasiya şikayəti mübahisələndirilən Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, məhkəmə aktı tam yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Kollegiya iş materiallarını araşdırıb tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini müzakirə edib aşağıdakıları qeyd edir. Apellyatorun şi kayətində qeyd etdiyi mərhum anası X2 və vəfatından sonra onun mütəmadi olaraq onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gəlib-getməsi və anasının vəfatından sonra da həmin miras qalmış fərdi yaşayış evinə bağlılığını itirməməsi, bu halların da məhkəmə tərəfindən qətnamə qəbul edərkən nəzərə alınmaması, həmin fərdi yaşayış evinə gəlib–getməyini iddiaçı tərəfindən dəvət olunmuş və 1-ci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 da ifadəsində təsdiq etməsi, qətnamədə İddiaçı tərəfindən evin kommunal ödənişləri və digər ödənişləri ödədiyi qeyd olunsa da təbii ki, orada yaşadığından kommunal xərcləri həmin evdə yaşayan 1 (bir) nəfərin ödəməli olması, ailə qurub Ordubad rayonu, Düylün kəndində yaşadığından və ailəsinin bütün qayğılarını çəkdiyindən on un tez-tez həmin miras qalmış fərdi yaşayış evinə gedib-gəlməyinin imkan xaricində olması dəlillərinə münasibətdə kollegiya aşağıdakıları qeyd edir. Mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Hüseynova (İsmayılova) Gültəkin Vəli qızına qarşı 24 iyun 2024-cü il tarixdə iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət edərək mərhum anası X7 miras qalmış ünvan 1 ünvanında 0,0403 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı, 50.42 kv.m yaşayış, 25.14 kv.m qeyri-yaşayış, 79.08 kv.m köməkçi sahədən ibarət olan daşınmaz əmlakın (fərdi yaşayış evinin) onun-İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunması və miras əmlakdakı payının bütün miras kütləsinə şamil edilməklə payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etm işdi. Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, mərhum X7 miras qalmış ünvan 1 ünvanında 0,0403 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı, 50.42 kv.m yaşayış, 25.14 kv.m qeyriyaşayış, 79.08 kv.m köməkçi sahədən ibarət olan daşınmaz əmlakın (fərdi yaşayış evinin) İddiaçı tərəfindən faktiki qəbul edilməsi müəyyən edilərək həmin evdə tam payının müəyyən edilməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı mülki iş üzrə hüquq münasibətləri (vərəsəlik) X9 05 noyabr 2015-ci ildə Naxçıvan şəhərində vəfat etməsi ilə yaranmış və mirasın faktiki qəbulu həmin vaxtda başa çatmışdır. Həmin vaxt da İddiaçı faktiki olaraq hərəkətləri ilə mirası qəbul etmişdir. Həmin vaxt Cavabdeh nə faktiki, nə də notariat orqanına müraciət etməklə vərəsəliyi qəbul etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, mərhum X7 miras qalmış ünvan 8 ünvanında 0,0403 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı, 50.42 kv.m yaşayış, 25.14 kv.m qeyri-yaşayış, 79.08 kv.m köməkçi sahədən ibarət olan daşınmaz əmlakın (fərdi yaşayış evinin) İddiaçı tərəfindən faktiki qəbul edilməsi müəyyən edilərək həmin evdə tam payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vll hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa ş əxslərə(vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr sırasına daxildirlər. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bolüşdürülür. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə ra zılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətlə ri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Yuxarıda da qeyd olunan maddələrin məzmunundan və qərarlardan da göründüyü kimi Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur:
1. Miras əmlaka sahiblik etmək üsulu,
2. Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq, vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdə n gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakını lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s... Cavabdehin apellyasiya şikayətində “Ailə qurub Ordubad rayonu, Düylün kəndində yaşadığından və ailəsinin bütün qayğılarını çəkdiyindən onun tez-tez həmin miras qalmış fərdi yaşayış evinə gedib-gəlməyinin imkan xaricində olduğunu, bütün bu hallarla bağlı 1-ci instansiya məhkəməsində ifadə versə də, məhkəmə tərəfindən buna hüquqi qiymət verilmədiyini və mirasın yalnız bacısı İddiaçı tərəfindən yanlış olaraq qəbul edilməsi faktı nəticəsinə gəlindiyini, Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)197/2024 nömrəli qətnaməsi üzrə onun cavabdeh qismində mərhum anası X9 qanun üzrə vərəsəsi qismində cəlb edildiyini və məhkəmə tərəfindən onun qanun üzrə vərəsə sayılmağına baxmayaraq iddiaçı tərəfin əsassız olaraq mirasın bütünlüklə qəbul etdiyi qənaətinə gəlindiyini, mərhum anası X9 1-ci növbəli vərəsəli olub və qanun üzrə bərabər hüquqlu vərəsəsi sayılsa da, Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsi üzrə onun qanun üzrə vərəsə olaraq miras əmlakdan mərhum olduğu” ilə bağlı gətirdiyi dəlillərə qiymət verərək kollegiya qeyd edir ki, cavabdeh ailə qurub Ordubad rayonu, Düylün kəndində yaşadığından və ailəsinin bütün qayğılarını çəkdiyindən onun tez-tez həmin miras qalmış fərdi yaşayış evinə gedib-gəlməyinin imkan xaricində olduğunun göstərməsi onun dolayı olaraq mirası qəbul etməməsini təsdiq edir. Cavabdeh birinci instansiya məhkəməsinin mirasın yalnız bacısı İddiaçı tərəfindən yanlış olaraq qəbul edilməsi faktı nəticəsinə gəlindiyini qeyd etsə də, bu yanlışlığın nədə ifadə olunduğunu əsaslandıra bilməmişdir. Məhkəmə tərəfindən onun cavabdeh qismində mərhum anası X9 qanun üzrə vərəsəsi qismində cəlb edilməsi və qanun üzrə vərəsə sayılması onun tərəfindən mirasın qanun üzrə qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Cavabdeh apellyasiya şikayətində mərhum anası X2 və vəfatından sonra onun mütəmadi olaraq onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gəlib-getməsi və anasının vəfatından sonra da həmin miras qalmış fərdi yaşayış evinə bağlılığını itirməməsini bildirsə də, kollegiya yu xarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək qeyd edir ki, apellyatorun anasından miras qalmış fərdi yaşayış evinə gedib-gəlməsi və həmin evə bağlılığının itməməsi mirasın faktiki qəbul edilməsi hesab edilmir. Eyni zamanda apellyator şikayətində qeyd etdiyi halları təsdiq edəcək sübutu təqdim etməmişdir. Kollegiya apellyatorun birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində cavabdehin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gəlibgetməsinin bildirməsi dəlilinə qiymət verərək, qeyd edir ki, cavabdehin mübahisələndirilən evə vaxtaşırı gəlib-getməsi onun tərəfindən qanunvericiliklə müəyyən olunmuş əsaslarla mirasın qəbul olunması anlamına gəlmir. Apellyatorun şikayətində “birinci instansiya məhkəməsi tərəfindən işə baxıb nəticəyə gələrkən m əhkəmənin öz qətnaməsində iş üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmaması” dəlilinə münasibət bildirərək, kollegiya qeyd edir ki, apellyasiya şikayətində bu pozuntu halları sadəcə sadalanmış konkret həmin pozuntuların nədə ifadə olunduğu göstərilməmişdir. Belə olan halda isə bu dəlil mülahizə xarakterlidir, mübahisələndirilən qətnamə forma və məzmuna dair şərtlərə əməl olunmaqla maddi və prosessual normalara uyğun olaraq əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmış, qanuni və əsaslı qərar qəbul edilmişdir. İşin göstərilmiş hallarına əsasən kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazların ın əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya belə nəticəyə gəlir ki, cavabdeh Hüseynova (İsmayılova) Gültəki Vəli etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, kollegiya hazırki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla q eyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları və tərəflərin izahatları ilə müqayisəli şəkildə müzakirə edərək onların əsassız olması qənaətinə gəlir və hesab edir ki, həmin dəlillər qətnamənin ləğv olunması üçün əsas sayıla bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessual Məcəllənin 88 -ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmi n iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Hüseynova (İsmayılova) Gültəkin Vəli qızına qarşı “mirasın faktiki qəbulu və həmin miras əmlakda payın müəyyən edilməsi tələbi”nə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsindən cavabdeh Hüseynova (İsmayılova) Gültəkin Vəli qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 402.1, 403.1, 404.1.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı cavabdeh Hüseynova (İsmayılova) Gültəkin Vəli qızına qarşı “mirasın faktiki qəbulu və həmin miras ə mlakda payın müəyyən edilməsi tələbi”nə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsindən cavabdeh Hüseynova (İsmayılova) Gültəkin Vəli qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.