Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-72/2025 06.05.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsinə dair ilkin, Cavabdeh İddiaçı qarşı zərərin ödənilməsi, əmlakdan çıxarılma və onun təhvil verilməsinə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(078)-756/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil3 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaç ı Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdİ: İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 vasitəsi ilə “18” aprel 2024-cü ildə Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin dəyəri olan 500.000 (beş yüz min) manat pulun real zərər və həmin qeyri-yaşayış sahəsinin istifadəsindən əldə edilməli olan 100.000 (bir yüz min) manat pulun əldən çıxmış fayda hesab edilməklə, ümumilikdə 600.000 (altı yüz min) manat pulun, həmçinin ödənilmiş 890 (səkkiz yüz doxsan) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 1- 4). Cavabdeh isə vəkili-nümayəndəsi Vəkil2 vasitəsi ilə “07” may 2024-cü ildə qarşılıqlı iddia ərizəsi ilə işə baxan birinci instansiya məhkəməsinə müraciət edərək 300.000 (üç yüz min) manat əldən çıxmış fayda və 270.150 (iki yüz yetmiş min bir yüz əlli) manat əsassız olaraq əldə edilmiş gəlir olmaqla, ümumilikdə 570.150 (beş yüz yetmiş min bir yüz əlli) manat vəsaitin və ödənilmiş 861 (səkkiz yüz altmış bir) manat dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 68-70). Naxçıvan Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdi (mülki iş İ cild, iş vərəqə 93). Daha sonra ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkilinümayəndəsi Vəkil2 “27” may 2024-cü ildə qarşılıqlı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh əlindən çıxmış fayda olan 300.000 (üç yüz min) manat və İddiaçı əsassız olaraq əldə etdiyi gəlir olan 270.150 (iki yüz yetmiş min bir yüz əlli) manat olmaqla, 570.150 (beş yüz yetmiş min bir yüz əlli) manat vəsaitin və ödənilmiş 861 (səkkiz yüz altmış bir) manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh ödənilməsi, həmçinin İddiaçı ünvan 2 ünvanında 1020.0 kvadrat metr torpaq sahəsində yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsindəki ümumi sahəsi 312.14 kvadrat metr olan torpaq sahəsindən və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan çıxarılması, daşınmaz əmlakın və torpaq sahəsinin Cavabdeh təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məh kəmədən xahiş etmişdi (mülki iş İ cild, iş vərəqə 116-117). Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2024-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 ərizəsi təmin edilmiş və qarşılıqlı iddia tələbinə onun həcminin artırılması nəzərə alınmaqla baxılması qərara alınmışdı (mülki iş İ cild, iş vərəqə 125-127). Bundan başqa ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 mülki işin baxış mərhələsində, yəni “02” dekabr 2024-cü ildə bir daha qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə işə baxan birinci instansiya məhkəməsinə müraciət etmiş və Cavabdeh əlindən çıxmış fayda olan 300.000 (üç yüz min) manat, İd diaçı əsassız olaraq əldə etdiyi gəlir olan 370.150 (üç yüz yetmiş min bir yüz əlli) manat olmaqla, ümumilikdə 670.150 (altı yüz yetmiş min bir yüz əlli) manat vəsaitin İddiaçı tutularaq Cavabdeh ödənilməsi, İddiaçı ünvan 2 ünvanında 1020.0 kvadrat metr torpaq sahəsində yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsindəki ümumi sahəsi 312.14 kvadrat metr olan torpaq sahəsindən və üzərində yerləşən ünvan 1 ünvanında olan daşınmaz əmlakdan çıxarılması, daşınmaz əmlakın və torpaq sahəsinin Cavabdeh təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (mülki iş İİ cild, iş vərəqə 133-134). Naxçıvan Şəhər Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli qərardadı ilə Cavabdeh vəkili-nümayəndəsinin qarşılıqlı iddia tələbinin həcminin artırılmasına dair ərizəsi də təmin edilmiş və yekunda mülki işə həmin həcmdə baxılmışdı (mülki iş İİ cild, iş vərəqə 163-166). Birinci instansiya məhkəməsi tərəfindən ilkin və qarşılıqlı iddia tələbləri üzrə yekun məhkəmə aktı 23 dekabr 2024-cü ildə qəbul edilmiş və Məhkəmənin 23 dekabr 2024-cü il tarixli, 2(078)-756/2024 nömrəli qətnaməsi ilə həm ilkin, həm də qarşılıqlı iddia tələbləri əsassız olduğundan rədd edilmişdi (mülki iş İİ cild, iş vərəqə 198-223). Məhkəmənin 23 dekabr 2024-cü il tarixli, 2(078)-756/2024 nömrəli qətnaməsi ilə razılaşmayan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkilinümayəndəsi Vəkil2 vasitəsi ilə 04 fevral 2025-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək həmin qətnamənin qismən ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir (mülki iş İİ cild, iş vərəqə 233-239). O, apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdi ki, məhkəmə araşdırmasının gedişində İddiaçı qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun mövcudluğu heç bir sübutla təsdiq olunmamış və məhkəmə tərəfindən lazımi araşdırmalar həyata keçirilməmişdir. Bu hal qanuni qüvvəyə minmiş qərardad ilə də öz təsdiqini tapmışdır. Məhkəmə İddiaçı daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyasına əsasən qeyri-yaşayış sahəsinin həqiqi mülkiyyətçisi hesab etmişdir. Daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının ərazisində aparılan vahid qeydiyyat toplumudur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bunda n sonra-“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edi lməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Məhkəmə İddiaçı qeyri-yaşayış sahəsini torpaq sahəsinə dair bağışlama müqaviləsinin bağlanması nəticəsində əldə etməsini araşdırmamışdır. Daha sonra o, üzərindəki əmlaka dair fərdi yaşayış evi kimi çıxarış əldə etmiş, qeyri-yaşayış sahəsinə çevirmək üçün sərəncam almış və sonda qeyri-yaşayış sahəsinə çevirmişdir. Əvvəlki məhkəmə mübahisələri və icrada dönüş qərardadları ilə müəyyən olunur ki, Ə. İsmayılovun əmlaka mülkiyyət hüququnun yaranması torpağa bağışlama müqaviləsinin bağlanması ilə əlaqədardır. Məhkəmə bu mübahisəni araşdırarkən və qiymətləndirərkən bu səbəbli əlaqəni görməzdən gəlmişdir. Məhkəmə Mülki Məcəllənin 241, 243-cü maddələrini mübahisəyə tətbiq edərkən səhvə yol vermişdir. Məhkəmə bu hüququ S almana qanunsuz şəkildə hakim Qabil Məmmədovun verdiyini müəyyən etməmiş, sonra həmin qətnamə ləğv edilmişdi. Daha sonra Vera Kuimovanın qeyri-adi qərardadları nəticəsində Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə çıxarış almasının qarşısı alınmışdır. Mübahisəsiz hal ondan ibarətdir ki, torpaq sahəsi ilk dəfə müqavilə bağlanandan bəri Cavabdeh mülkiyyətindədir. Qanunsuz məhkəmə qətnaməsi əsasında verilmiş icra vərəqəsinə əsasən Salman bu torpaq sahəsini Ərəstuna bağışlamışdır. Bu o deməkdir ki, Ərəstunun heç vaxt torpaq sahəsinə legitim mülkiyyət hüququ olmayıb. Bu torpaq sahəsi və üzərindəki tikili məlumdur ki, Naxçıvan Muxtar Respublikasının əvvəlki rəhbərlərinin qanunsuz göstərişləri ilə 2017-ci ildə Nəzərin əlindən alınıb. Bu mübahisəsiz halları qanunla əlaqəli şərh etmək lazımdır. B elə ki, qanuna görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Mülki Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hü ququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Göründüyü kimi işdə Ərəstunun əmlakın istifadəsinə dair Nəzər ilə hər hansı razılaşması olması müəyyən edilmir. Bu o deməkdir ki, Ərəstun bu əmlakdan qanunsuz istifadə edir. Məhkəmədə dindirilmiş şahid ifadələri də sübut edir ki, bu əmlakı Ərəstun tikməyib. O, bir hala əsasən mülkiyyət hüquq u əldə edib ki, bu halın da qanunsuz olduğu məhkəmədə sübuta yetib. Bu hal ondan ibarətdir ki, qanunsuz məhkəmə qətnaməsi əsasında verilən icra vərəqəsi ilə Salmanın mülkiyyət hüququ bərpa edilib, həmin torpaq sahəsi ilə Ərəstuna bağışlanıb. Hansı ki, o bağışlama müqaviləsi qanunsuz olduğu üçün məhkəmənin qərardadı ilə ləğv edilib. Belə olan halda Ərəstunun bu əmlaka dair mülkiyyət hüququnun mövcudluğuna dair dəlilləri qanun özü-özlüyündə əsassız hesab edir. Digər dəlil ondan ibarətdir ki, Salmanın kassasiya şikayəti Ali Məhkəmədə təmin edilməyəndə Ərəstun bu torpaq sahəsinin ona məxsus olmadığı, üzərində tikinti aparmadığını dərk etmişdir. Lakin o, əsassız şəkildə bu halı mübahisələndirmişdir. Məhkəmə isə bu halları araşdırmadan, maddi hüquq normalarını düzgün tətbiq etmədiyi üçün belə nəticəyə gəlmişdir. Bunun məntiqi ardıcıllığı olaraq, məhkəmə qarşılıqlı iddia tələbinə dair qalan hissədə də düzgün olmayan nəticəyə gəlmişdir. Torpaq sahəsi Nəzərə məxsus olduğundan, tikilini öz hesabına tikdiyindən, icrada dönüşdən sonra bütün reyestr qeydləri məhkəmə qərardadı ilə ləğv edildiyindən, Ərəstun Nəzərə aid torpaq sahəsindən və üzərindəki əmlakdan Mülki Məcəllənin tələblərinə uyğun istifadə etmədiyindən əsassız olaraq varlandığı məbləği də geri qaytarmalıdır. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti üzrə 30 dekabr 2008-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il və N.Manafovun şikayəti üzrə 13 iyul 2009-cu il tarixli Qərarlar). Konstitusiya Məhkəməsinin Plenumu “İ.Ağayevin şikayəti üzrə” 22 yanvar 2013-cü il tarixli Qərarında xüsusi ilə bildirmişdir ki, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi ha llara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə bu mübahisəyə baxarkən çəkişmə prinsipini pozmuş, sübutların bölüşdürülməsini də düzgün etməmişdir. İddiaçının iddia etdiyi hər dəlil də bu halları onun sübut etmədiyi üçün əsassız olduğu qənaətinə gəlsə də, cavabdehə qeyd olunanların əksini sübut etməsi ilə bağlı sübutları təqdim etməsi təklif etməmiş, hətta cavabdehin izahatında iddiaçının halını pisləşdirən faktları əsaslı hesab etmişdir. Beləliklə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmayaraq, qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə, qətnaməsini özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, m ülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar bir qayda olaraq prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları). Qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu mübahisə üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərur əti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir. Buna görə də məhkəmə cavabdehin hazırkı mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini– məhkəmə iclaslarında sübutların tam təmin edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə almalı idi. Məhkəmənin qətnaməsində Ərəstunun qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmasına dair gəldiyi nəticə işin hallarına uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbayca n Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il qərarında göstərilir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı konstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə la zımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun “A.Şoşanovun şikayəti üzrə” 2015-ci il 11 fevral tarixli, “F.Şirinovun şikayəti üzrə” 2016-cı il 16 noyabr tarixli qərarları). Məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması hesab edilməklə, həmin qətnamənin ləğv edilməsi əsaslarından biri kimi çıxış edir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmamas ı da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Mülki-Prosessual Məcəllənin 385, 388 və 390-cı maddələri). Beləliklə, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Lakin hazırkı işdə qarşılıqlı iddia üzrə əsasların mövcud olmadığı qənaətinə gəlsə də, hansı dəlillər və hüquqi faktlar əsasında bu nəticəyə gəldiyini əsaslandırmamışdır. Məhkəmə Nəzərin torpaq sahəsinin mülkiyyətçisi olduğu halda onun üzərində başq a şəxsin adına əmlakın olmasının qanuni əsası olmadığını araşdırmamış, bu hallara məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında dəfələrlə qeyd etmişdir ki, belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin həqiqiliyi, tərəflərin əsl hüquqi niyyəti ilə bağlı faktlara dair məlumatları əks etdirən sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən məhkəmə qərarlarının əsaslılıq meyarı ilə bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş göstərişlərə riayət etməmiş, çəkişmə prinsipinin təmin edilməsinə dair vəzifələrini yerinə yetirməmiş, bununla da MülkiProsessual Məcəllənin 9, 14, 88, 217.4-cü maddələrinin tələblərinin pozulması ilə nəticələnən qətnaməni qəbul etmişdir. Nəticədə Cavabdeh Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulmuş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ pozulmuşdur. Hazırda İddiaçı hüquqdan sui-istifadə edir və məhkəmə bu halı dəstəkləyir. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Qətnamə qəbul edilmiş kobud pozuntulara görə işə baxan hakimin barəsində xüsusi qərardad qəbul edib Məhkəmə-Hüquq Şurasına göndərilməlidir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili- nü mayəndəsi apellyasiya şikayətinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6, 18.1, 139,140,178, 240, 241, 242, 243, 425 və 560-cı maddələrinə, prosessual əsası kimi isə Mülki-Prosessual Məcəllənin 9, 14, 77, 88, 185, 217, 385, 388 və 389-cu maddələrinə istinad etmişdi. Bundan başqa Naxçıvan Şəhər Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(078)756/2024 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı da razılaşmamış və vəkili-nümayəndəsi Vəkil3 vasitəsi ilə 11 fevral 2025-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, həmin qətnaməni qismən, ilkin iddia ərizəsinə aid olan hissədə ləğv edərək, işdə olan və əlavə sübutlarla tam və hər tərəfli araşd ıraraq ilkin iddia ərizəsi ilə bağlı olan hissədə iddianın tam təmin olunmasına dair qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir (mülki iş İİ cild, iş vərəqə 244-248). İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili-nümayəndəsi apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdi ki, məhkəmə qətnamə çıxararkən qanunun normalarına düzgün hüquqi qiymət verməmiş və mübahisəni işdə olan sübutlarla düzgün qiymətləndirməmişdir. Hətta çıxarılan yekun məhkəmə qətnaməsi ilə tərəflər arasındakı mübahisə nəinki yekun həll olunmamış, əksinə əvvəlki vəziyyətində qalmışdır. Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulm uş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdı. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna, mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 3.5-ci bəndində göstərilir ki, Mülki-Prosessual Mə cəllənin 218.3-cü maddəsinə əsasən hakim (məhkəmə tərkibi) işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim (məhkəmə tərkibi) qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bu zaman hakim qətnamədə istinad etdiyi qanunu göstərməli və müstəsnalığın nədən ibarət olmasını əsaslandırmalıdır. Plenum qərarının tələblərindən də göründüyü kimi məhkəmə qətnaməsi ilə tərəflər arasında olan mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı və mübahisə həll edilməlidir. Lakin Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-756/2024 saylı qətnaməsi ilə nəinki tərəflər arasında olan mübahisə həll edilmir, heç tərəflər arasında olan münasibətlərdəki qeyri-müəyyənlik belə aradan qalxmır. Əksinə, sanki tərəflər arasında ümumiyyətlə mübahisə yox imiş kimi h ər şey əvvəlki vəziyyətində saxlanılır. Bu isə həmin qərarında qeyd edilənlərə açıqdan-açığa ziddir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə nəzər saldıqda görürük ki, əsassız varlanmanın yaranması üçün bir şəxsin heç bir hüquqi və ya qanuni əsas olmadan digər şəxsin hesabına əmlak əldə etməsi kifayət edir. Hətta 1091.2-ci maddədə qanunverici bu cür varlanma üçün iki əsasın olub-olmamasını araşdırmağı tövsiyə edir ki, bu əsaslardan biri hüquqi əsas, digəri isə müqavilə əsasıdır. Qeyd edilən normaları hazırkı mübahisəyə tətbiq etsək görərik ki, həqiqətən də ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh torpaq sahəsini boşaltmaq dedikdə, məhz ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin boşaldılıb ona təhvil ver ilməsini istəyir. Yəni Cavabdeh heç bir ödəniş etmədən, xərc çəkmədən İddiaçı hesabına (sonuncunun mülkiyyətində olan əmlak hesabına) əmlak əldə edir, hüquqi və ya müqavilə əsası olmadan varlanır. Çünki tərəflər arasında əmlakın ötürülməsi ilə bağlı heç bir müqavilə yoxdur və məhkəmə aktları ilə əmlakın verilməsi nəzərdə tutulmamışdı. Hətta məhkəmənin özü belə tərəflər arasında olan münasibətləri aydınlaşdırarkən mülki qanunvericiliyin heç bir normasına istinad edə bilməmişdir ki, bunun özü də iddia tələbinin düzgün əsaslandırıldığını göstərən haldır. İddiaçı torpaq sahəsini Salman Həsənovdan əldə etmiş, sonuncunun mülkiyyət hüquqları isə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının 18 iyul 2023-cü il tarixli, 2(108)-70/2023 nömrəli qətnaməsi ilə ləğv edilmişdir. Yəni iddia təmin olun acağı təqdirdə Cavabdeh üçün hüquqi əsas olmadan varlanma, sonralar aradan qalxmış əsasa söykənmiş olacaqdır. Maraqlıdır ki, məhkəmə bu normanın tələblərini də pozmuş, tərəflər arasında olan mübahisə həll edilmədən qalmış, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qanunla qorunan hüquqları və mənafeləri tam nəzərə alınmamışdır. Məhkəmə bilərəkdən iddiaçıya cavabdehdən daha üstün münasibət bəsləmiş və bu aşkar fərqi öz qətnaməsində də əks etdirmişdir. Belə ki, məhkəmə araşdırmaları zamanı dəfələrlə Cavabdeh qeyri-yaşayış sahəsinin İddiaçı tərəfindən inşa edildiyini gördüyü halda susması və bu binaya yiyələnmək üçün onun hazır vəziyyətə gətirilməsini gözləməsi məhkəmənin diqqətinə çatdırılmışdı. Hətta iş materiallarında olan Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyy ətinin 05 avqust 2024-cü il tarixli, 13-2/2-2396/2024 nömrəli məktubundan görünür ki, 2017-2023-cü illər üzrə Cavabdeh Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə 2017, 2019, 2020, 2021, 2022 və 2023-cü illər üzrə müxtəlif vaxtlarda Bakı-Naxçıvan, Naxçıvan-Bakı istiqaməti üzrə hava limanı vasitəsilə Naxçıvan Muxtar Respublikasına daxil olmuşdur. Bu isə əldən çıxmış fayda ilə bağlı hissədə iddianın əsaslılığını göstərən haldır. Lakin məhkəmə bu qeyd edilənlərə laqeyd yanaşmış, icarəçilərdən tam icarə haqqı almamağını inandırıcı hesab etməməsi ilə müqayisədə Cavabdeh bu hərəkətsizliyinə qiymət verməməklə bərabərlik və qərəzsizlik prinsiplərini pozmuşdur. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələblərindən də göründüyü kimi, həmin şəxs torpaq sahəsinin boşaldılıb onlar a təhvil verilməsini tələb edir ki, torpaq sahəsinin daşınmaz əmlak olması və ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin sahədə qeyri-yaşayış sahəsi inşa etməklə mülkiyyət hüquqlarını qeydə aldırması bu iki mülkiyyət arasında bağlılığı yaradır. Heç şübhəsiz ki, hər iki əmlakın daşınmaz əmlak olması onların ayrılmaz olduğunu nəzərdə tutur və Cavabdeh torpaq sahəsinin boşaldılması dedikdə, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin özünə verilməsini tələb edir. Maraqlıdır ki, məhkəmə çıxardığı qətnaməsində bunun əksini iddia edərək, Cavabdeh qeyri-yaşayış sahəsinin hüquqmüəyyənedici sənədini etibarlı olub-olmamasını mübahisələndirmədiyini qeyd edir. Bu qənaət düzgün deyil və tərəflər arasında olan mübahisənin həll edilmədən qalmasına səbəb olan ən böyük fak tor məhz budur. Çünki, qeyri-yaşayış sahəsinin sonrakı taleyinə aydınlıq gətirilmədən tərəflər arasında olan mübahisə həll edilə bilməz, yəni torpaq sahəsinin boşaldılıb-boşaldılmaması, boşaldılacaqsa hansı qaydada boşaldılacağı, boşaldıldıqdan sonra tərəflərin mülkiyyət hüquqlarına hansı qaydada qiymət veriləcəyi məhz bu əsas halın qiymətləndirilməsindən asılıdır. Heç təsadüfi deyildir ki, məhkəmə öz qətnaməsində guya mübahisənin əsassız varlanmanın normaları ilə əsaslandırılmasına baxmayaraq iddianın əsasını təşkil edən halların bu normanın dispozisiyasına uyğun gəlmədiyini qeyd etsə də, özü də tərəflər arasında olan münasibətlərə hansı mülki hüquq normalarının tətbiq ediləcəyini qeyd etmir. Bunun ən əsas səbəbi isə məhz məhkəmənin iddiaçı və cavabdeh arasında olan mülkiyyətin bir-birinə bağlılığının sonrakı aqibətini aydınlaşdırmamasıdır ki, bu münasibətlərin yuxarı məhkəmə instansiyası tərəfindən aydınlaşdırılmasını mühüm hesab edir. Əgər qeyd edilən münasibətlər araşdırılarsa həqiqətən aydın olacaq ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh öz mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını bərpa etmək üçün, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsini əldə etməli və oraya yiyələnməlidir ki, bu qeyriyaşayış sahəsinin heç bir əvəz ödənilmədən əldə edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan normaları yaradır. İş materiallarında istər ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabde h olaraq tərəflərindən, istərsə də ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi tərəfindən iddia tələbinin digər hissəsi - əldən çıxmış fayda və maddi zərərlə bağlı təkzibolunmaz sübutlar təqdim edilmişdi. Məhkəmə bu sübutları da qiymətləndirməmiş, iddia tələbinin digər hissəsi olan qeyri-yaşayış sahəsinə çəkilən xərclərin və əldən çıxmış faydanın Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılması ilə bağlı qeyd edərək, məhkəməyə sübutlar təqdim etmiş, Nəzər Abbasovun gələrək qeyri-yaşayış sahəsində çalışan icarədarlara orada işləməməyi bildirmiş və bu sözdən sonra icarədarlardan bir qismi həmin sahədə fəaliyyətlərini dayandırmış, digər qismi isə öz biznes fəaliyyətlərini azaltmışlar. Burada isə məqsəd zərərə düşməmək olmuşdur ki, nəticədə Nəzər Ab basovun bu hərəkətləri nəticəsində onlar icarə haqlarını yarı qiymətlə almaq məcburiyyətində qalmış, yəni əldən çıxmış fayda yaranmışdır. Hətta məhkəməyə şahid qismində dəvət edilən Səbuhi Həsənov 20 dekabr 2024-cü il tarixli iclasda verdiyi ifadədə qeyd etmişdir ki, həmin obyektin əvvəlki sahibi ona bu obyektdə işləməməyi, obyektin ona məxsus olduğunu dediyi üçün burada icarəyə götürdüyü avtomobil yuyucu məntəqəsinin fəaliyyətini dayandırmış, vergi qeydiyyatından keçməmişdir. Bundan əlavə elə həmin iclasda dindirilən şahid Natiq Salayev də oxşar ifadə vermiş və orada icarəyə götürdüyü cilalama sexini qeyd edilən səbəblərdən işlətmədiyini, məhkəmə mübahisəsinin yekunlaşmasını gözlədiyini, ünvanda quraşdırılan aqreqatların sökülüb daşınmasının böyük vəsait tələb etdiyini nəzərə alaraq, müvə qqəti orada saxlancda saxladığını, qeyri-yaşayış sahəsinin taleyinə aydınlıq gəldikdən sonra ya orada olan avadanlığını köçürəcəyini, ya da mülkiyyətçi ilə müqavilə bağlayıb fəaliyyətə başlayacağını bildirmişdir. Məhz buna görə də vergi orqanında qeydiyyatını dayandırdığını məhkəmənin diqqətinə çatdırmışdır. Daha sonra şahid qismində ifadə verən Vüsal Səfərli bildirmişdir ki, həmin qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində icarəyə götürdüyü marketi işlədir, tərəflər arasında mübahisədən əvvəl Cavabdeh ona da yaxınlaşaraq, obyektin ona məxsus olduğunu və tez bir zamanda obyekti əldə edib onu oradan kənarlaşdıracağını bildirdiyi üçün o da marketi tam gücü ilə işlətmir ki, zərərə düşməsin. Şübhəsiz ki, adları qeyd edilən bu şahidlər və digər şəxslər həmin qeyri-yaşayış sahəsinin mübahisəli olduğunu bildikləri üçün bura gəlməməklə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əldən çıxmış faydasının yaranmasına səbəb olurlar ki, Cavabdeh bunda “müstəsna rolu” danılmazdır. Lakin maraqlıdır ki, məhkəmə bu hissənin də üstündən ötəri keçmiş, “Əmlakı icarəyə götürən və icarəyə götürmək istəyən şahidlərin müəyyən müdaxilələr nəticəsindən tam fəaliyyət göstərə bilməmələrinə dair bildirdikləri halları isə məhkəmə inandırıcı hesab etmir” qeyd etməklə işə səthi yanaşdığını bu hissəni sübuta yetirmək üçün səy göstərmədiyini büruzə vermişdir. Vəkil3 apellyasiya şikayətinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nö mrəli qərarına, prosessual əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2.1 və 8-ci maddələrinə istinad etmişdi. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmasa da, Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 29 aprel 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə kollegiyaya müraciət edərək bildirmişdi ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Ali Məhkəmənin Plenumunun qərarına əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqa vilə münasibətlərindən yaranan tələblər aiddir. İddiaçı (**********) və Cavabdeh (**********) VÖEN-i var. Əsas mübahisə qeyri-yaşayış sahəsindən istifadə nəticəsində dəymiş zərər, əldən çıxmış fayda, əmlakdan çıxarılma və əmlakın təhvil verilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi məhkəmə aidiyyəti qaydalarını pozmaqla işə baxmış və qətnamə qəbul etmişdir. Gələcəkdə Azərbaycan Respublikası Ali Məhkəməsi məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən edərsə, hazırda apellyasiya icraatı qaydasında baxılan iş üzrə çıxarılacaq yekun məhkəmə aktı ləğv ediləcək, beləliklə işin baxılması uzanacaq. Qeyd olunanlar nəzərə alınmaqla, işin aidiyyəti üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdi. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş m əhkəmə baxışı iclasının vaxtı və yeri barədə işdə iştirak edən şəxslərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili-nümayəndəsi Vəkil2 05 may 2025-ci ildə "Elektron məhkəmə" informasiya sistemi vasitəsi ilə kollegiyaya müraciət edərək, Sumqayıt İnzibati Məhkəməsində 2-1(118)-74/2025 saylı işdə iddiaçının vəkili və nümayəndəsi kimi iştirakı zəruri olduğundan, məhkəmə iclasında iştirak edə bilməməyinin üzrlü hesab edilməsini, təyin edilmiş məhkəmə iclasının Cavabdeh və onun vəkilinin iştirakı olmadan keçirilməsini və təqdim edilmiş vəsatətinin təmin edilməsi barədə qərardad qəbul edilməsini kollegiyadan xahiş etmişdi. Kollegiya Azə rbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətlərinə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. Verilmiş apellyasiya şikayətlərinin və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili-nümayəndəsi Vəkil2 vəsatətinin hüquqi həllinə keçmədən öncə kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir. Sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edi lir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respu blikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisələndirilən aktını maddi hüquq normalarına riayət edilməsini mübahisələndirilən hissəsində, prosessual hüquq normalarına riayət etməsini isə şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya ilkin və qarşılıqlı iddia tələblərini bir-biri ilə, həmçinin onları mülki prosessual qanunvericilik normaları ilə əlaqəli şəkildə tədqiq edərək belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsinə dair ilkin, C avabdeh İddiaçı qarşı zərərin ödənilməsi, əmlakdan çıxarılma və onun təhvil verilməsinə dair qarşılıqlı iddia tələblərinə dair mülki işə baxan Naxçıvan Şəhər Məhkəməsi məhkəmə aidiyyəti qaydalarını pozmaqla işi icraatına qəbul etmiş və ona mahiyyəti üzrə baxmışdı. Belə ki, şəxsin məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan xüsusi təminatlardan biri aidiyyət institutudur. Buna fərqli yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulması ilə nəticələnir. Ali Qanunun normasının mahiyyətindən aydın olur ki, işin baxılması üçün aidiyyət müvafiq sahəvi qanunvericiliklə tənzimlənir. Hazırda baxılan mübahisə mülki məhkəmə icraatı ilə bağlı olduğundan kollegiya qeyd edir ki, həmin icraat üzrə aidiyyət qaydaları Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin İİİ fəsli ilə tənzimlənir. Məhkəmə kollegiyası bildirir ki, hər bir kəs özünün qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, həmçinin mülki məhkəmə icraatı üzrə Mülki-Prosessual Məcəllənin 4-cü maddəsindən irəli gəlir. Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müda fiəsindən istifadə etmək hüququna malikdirlər. Şəxs öz hüquqlarının və mənafeyinin müdafiəsi üçün birinci instansiya məhkəməsinə iddia ərizəsi və ya müvafiq icraat növü üzrə ərizə ilə müraciət edən zaman o, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl etməklə verilməlidir ki, bu tələblərdən biri müraciətin aidiyyəti üzrə qanunla müəyyən edilmiş məhkəməyə təqdim olunmasıdır. Mülki prosessual qanunvericiliyə görə məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhk əmədə baxılması məsələsində qeyrimüəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 24.3-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır; - 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır; - 26.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydası nda kommersiya məhkəmələri baxır; - 30-cu maddəsi ilə müəyyən edilir ki, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır; - 31-ci maddəsinin mahiyyətindən görünür ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir; - 32.3 və 32.4-cü maddələrinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır; - 34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır; - 152.1 və 152.1.3-cü maddələrinin mahiyyətinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki prosessual qanunvericiliyin tələblərindən aydın olur ki, iddia ərizəsi (və ya ərizə) məhkəməyə daxil olarkən ilkin olaraq məhkəmə onun ərazi və ya məhkəmə aidiyyəti qaydalarına əməl etməklə verilib-verilməməsini yoxlamalı, buna əməl edilməməsi halında iddia ərizəsi geri qaytarılmalı, iddia ərizəsini səhvən icraatına qəbul etdikdə isə iddia tələbinin aidiyyəti üzrə göndərilməsinə dair müvafiq məhkəmə aktı qəbul etməlidir. Mübahisənin ümumi və ko mmersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsinə gəldikdə isə Mülki-Prosessual Məcəllənin 24-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılm asının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarının 11-ci bəndində qeyd edilir ki, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Mülki iş materiallarını yuxarıda qeyd edilən hər bir şərtin mövcudluğu baxımından tədqiq edən kollegiya birinci şərtin araşdırılmasına münasibətdə bildirir ki, "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan həm ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, həm də ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olması və vergi ödəyicisi kimi qeydiyyata alınması müəyyən olunur. Belə ki, sözügedən məlumatlardan İddiaçı 19 avqust 2019-cu ildən və Cavabdeh isə 16 iyun 2017-ci ildən vergi ödəyicisi kimi qeydiyyata alınması, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin fəaliyyətinin “torpaqların istismara və kirayəyə verilməsi”, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının fəaliyyətinin “çayxanalar tərəfindən xidmətlərin göstərilməsi”ndən ibarət olması aydın olur. Həmçinin həmin məlumatlardan İddiaçı fəaliyyətinin müvəqqəti dayandırılması müəyyən edildiyindən, kollegiya “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Mə hkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarının 28-ci bəndini işdə iştirak edən şəxslərin nəzərinə çatdırılmasını vacib hesab edir. Həmin normaya əsasən fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır k i, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Yuxarıda göstərilənlərdən tərəflərin subyektiv tərkibinin sahibkarlıq statusuna malik olan şəxs olması öz təsdiqini tapır. İkinci şərtin, yəni mübahisənin predmetinin yoxlanılmasına gəldikdə kollegiya "Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarına istinadən bildirir ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: -birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; -ikincisi, iddiaçı məhkəmədən hüquq münasibət lərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; - üçüncüsü, iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (MPM-in 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. Mülki işin faktiki hallarından ünvan 2 ünvanında olan və 1020 kvadrat metr torpaq sahəsində yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsindən ümumi sahəsi 312.14 kvadrat metr olan torpaq sahəsinin X3 tərəfindən 01 sentyabr 2015-ci ildə AN-İ seriyalı, ******* nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh hədiyyə edilməsi, müqavilənin bağlanmasından təqribən altı il sonra hədiyyə edənin 2021-ci ildə sözügedən bağışlama müqaviləsinin etibarsız sayılmasına dair iddia tələbi ilə Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırması, onun tələbinin məhkəmənin 11 oktyabr 2021-ci il tarixli, 2(078)-968/2021 nömrəli qətnaməsi ilə təmin edilməsi (mülki iş İ cild, iş vərəqə 71-75), bundan sonra X2 16 fevral 2022-ci ildə 4Ə-58 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında ünvan 3 ünvanında olan 1989 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin 306.28 kvadrat metr hissəsini İddiaçı hədiyyə etməsi (mülki iş İ cild, iş vərəqə 9-10), sonuncunun həmin ünvanda yerləşən daşınmaz əmlaka olan hüquqlarını müvafiq reyestrdə 16 mart 2022-ci ildə qeydə aldırması (mülki iş İ cild, iş vərəqə 11), daha sonra İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciət etməsi və sonuncunun 18 aprel 2022-ci il tarixli, 55 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi, həmin daşınmaz əmlakın kafe, mağaza, avtoyuma və avtomobil təmiri sexi kimi istifadə edilməsinə icazə verilməsi (mülki iş İ cild, iş vərəqə 22), Naxçıvan Şəhər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(078)-968/2021 nömrəli qətnaməsindən Vəkil2 tərəfindən 07 fevral 2023-cü il tarixdə verilmiş apellyasiya şikayəti əsasında həmin məhkəmə aktının Naxçıvan Muxtar Respublika sı Ali Məhkəməsinin mülki kollegiyasının 18 iyul 2023-cü il tarixli, 2(108)70/2023 saylı qətnaməsi ilə tamamilə ləğv edilməsi və iddiaçı X2 cavabdehlər Cavabdeh və Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddiasının rədd edilməsi (mülki iş İ cild, iş vərəqə 43-55), sonuncu qeyd edilən məhkəmə aktından verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2(102)-64/2024 nömrəli qərarı ilə təmin edilməməsi (mülki iş İ cild, iş vərəqə 56-63), yekunda isə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 15 may 2024-cü il tarixli, 2(108)-70/2024 nömrəli icrada dönüş qərardadı əsasında (mülki iş İ cild, iş vərəqə 235-239) Cavabdeh ünvan 1 ünvanında yerləşən 312 kvadrat metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi (mülki iş İİ cild, iş vərəqə 135) müəyyən olur. Hazırkı mübahisənin başlanması isə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 sentyabr 2015-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli bağışlama müqaviləsinin etibarlı olub-olmamsına dair məhkəmə mübahisəsi üzrə kassasiya instansiyası məhkəməsinin yekun məhkəmə aktı qəbul etməsindən sonraya təsadüf edilir. İddiaçı Cavabdeh qarşı olan ilkin iddia tələbindən isə aydın olur ki, o sonuncudan: - ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin dəyəri üçün 500.000 (beş yüz min) manat məbləğində real zərər; - həmçinin həmin qeyri-yaşayış sahəsinin istifadəsindən əldə edilməli olan 100.000 (bir yüz min) manat miqdarında əldən çıxmış faydanı tələb edir. İlkin i ddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin ilkin iddia tələbinin əsaslandırmasının mahiyyətindən onun birinci tələbinin mübahisə predmeti olan qeyriyaşayış sahəsinin tikinti, təmir-bərpası ilə bağlı xərc çəkməsi, ikinci tələbinin həmin daşınmaz əmlakın icarəyə verilməsindən əldə etməli olduğu gəlirdən məhrum etməsi ilə bağlı olması aydın olur. Cavabdeh İddiaçı qarşı olan qarşılıqlı iddia tələbindən müəyyən edilir ki, o ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən: - ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin öz mülkiyyətindən müəyyən müddət çıxması nəticəsində əlindən çıxmış 300.000 (üç yüz min) manat məbləğində fayda; - İddiaçı həmin qeyri-yaşayış sahəsindən onun mülkiyyətində olması nəticəsində əsassız olaraq əldə etdiyi 370.150 (üç yüz yetmiş min bir yüz əlli) manat gəlir; - İddiaçı ünvan 2 ünvanında 1020.0 kvadrat metr torpaq sahəsində yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsindəki ümumi sahəsi 312.14 kvadrat metr olan torpaq sahəsindən çıxarılmasını və onun təhvil verilməsini; - həmin torpaq sahəsi üzərində yerləşən ünvan 1 ünvanında olan daşınmaz əmlakdan çıxarılmasını və onun təhvil verilməsini tələb edir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfin verdiyi qarşılıqlı iddia ərizəsi və onun həcminin artırılmasına dair ərizələrinin mahiyyətindən aydın olur ki, o birinci tələbini mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin İddiaçı mülkiyyətində olduğu müddətdə əsassız qazanc əldə etməsi, ikinci tələbini ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququna x itam verildikdən sonra onu sahibliyində saxlamaqla, həmin əmlakdan əldə ediləcək gəlirdən özünün məhrum olması və üçüncü-dördüncü tələblərini isə mülkiyyət hüquqlarının pozulması ilə əsaslandırır. Hər iki tərəfin verdiyi tələblərin ümumi mahiyyətindən görünür ki, tələblər (mübahisənin predmeti) ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə əlaqədar yaranmış zərərlə bağlı olub, əsasən onun dəyərindən, icarəsindən əldə ediləcək gəlir, həmçinin daşınmaz əmlaka mülkiyyət hüquqlarının müdafiəsi, yəni mülki hüquq münasibətləri ilə əlaqədardır. Sonuncu şərtin-hüquq münasibətlərinin xarakterinin qiymətləndirilməsi ilə bağlı kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeyd hissəsinə görə bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlı q fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti dedikdə şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -700.1-ci maddəsindən görünür ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına ba xılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarının 12-ci bəndində göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. İlkin və qarşılıqlı iddia tələblərini sonuncu qeyd edilə n normanın tələbi ilə əlaqəli şəkildə öyrəndikdə aydın olur ki, ilkin iddia tələbinin ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin istifadəsindən əldə edilməli olan 100.000 (bir yüz min) manat miqdarında əldən çıxmış fayda hissəsi, qarşılıqlı iddia tələbinin isə ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin Cavabdeh mülkiyyətindən müəyyən müddət çıxması nəticəsində onun əlindən çıxmış 300.000 (üç yüz min) manat məbləğində fayda və İddiaçı həmin qeyriyaşayış sahəsindən onun mülkiyyətində olması nəticəsində əsassız olaraq əldə etdiyi 370.150 (üç yüz yetmiş min bir yüz əlli) manat gəlir tələbi hissəsi tərəflərin hər birinin ayrıayrılıqda mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin icarəsindən irəli gələn qazancla bağlıdır. Birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin iza hatlarından hər iki tərəfin ayrı-ayrılıqda mübahisə predmeti olan daşınmaz əmlakı müxtəlif vaxtlarda (hər birinin sahibliyində olduğu müddət ərzində) icarəyə verməsi və ondan gəlir əldə etməsi öz təsdiqini tapır. Bu qeyd edilənlər onu deməyə imkan verir ki, tərəflər arasında olan mübahisənin yuxarıda qeyd edilən hissələri üzrə hüquq münasibətlərinin xarakteri qanundan irəli gələn öhdəlik münasibətləri (zərərin ödənilməsi və əsassız varlanma) olmaqla, onların ayrıayrılıqda həyata keçirdiyi sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şi kayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. - 385.1-ci maddəsinin mahiyyətinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; - 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun; - 387.2, 387.2.9 və 387.3-cü maddələrinin mahiyyətindən görünür ki, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılması, prosessual normaların kobud pozuntusu hesab edilməklə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq kollegiya hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili-nümayəndəsi Vəkil2 vəsatəti əsaslı olduğundan, İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsinə dair ilkin, Cavabdeh İddiaçı qarşı zərərin ödənilməsi, əmlakdan çıxarılma və onun təhvil verilməsinə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(078)-756/2024 nömrəli qətnaməsi ləğv edilməli və mülki iş aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməlidir. Mülki işin göndərilməli olduğu kommersiya məhkəməsinin müəyyən edilməsinə gəldikdə isə kollegiya bildirir ki, Cavabdeh qarşılıqlı iddia tələbinin İddiaçı ünvan 2 ünvanında 1020.0 kvadrat metr torpaq sahəsində yerləşən ya şayış evinin həyətyanı torpaq sahəsindəki ümumi sahəsi 312.14 kvadrat metr olan torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən ünvan 1 ünvanında olan daşınmaz əmlakdan çıxarılmasına dair hissələri mülkiyyət hüququnun müdafiəsinə yönəlmiş və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 39-cu maddəsi ilə müəyyən edilmiş müstəsna aidiyyətlə bağlı iddia tələbidir. Mülki prosessual qanunvericilik müstəsna aidiyyəti olan iddia tələblərinin yalnız ümumi məhkəmədə baxılmasını müəyyən etmir. Yəni bu iddialar Mülki-Prosessual Məcəllənin 25 və 39-cu maddələrinin tələbi baxımından mübahisənin xarakterindən asılı olaraq ümumi və ya kommersiya məhkəmələrinə verilir. Hazırkı iş üzrə mübahisə predmeti olan qeyri-yaşayış sahəsi Naxçıvan şəhəri ərazisində yerləşdiyindən, həmçinin Naxçıva n Muxtar Respublikası Kommersiya Məhkəməsinin yurisdiksiyası bütünlükdə Naxçıvan Muxtar Respublikasının ərazisinə şamil edildiyindən, yuxarıda qeyd edilənlərə əsaslanaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsinə dair ilkin, Cavabdeh İddiaçı qarşı zərərin ödənilməsi, əmlakdan çıxarılma və onun təhvil verilməsinə dair qarşılıqlı iddia tələblərinə dair mülki işin həmin məhkəməyə göndərilməsinə dair qərardad çıxarılmalıdır. İş məhkəmə aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməli olduğundan kollegiya onu da tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 365-ci maddəsinə görə apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Ümumilikdə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkilinümayəndəsi Vəkil3 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(078)-756/2024 nömrəli qətnaməsindən verdikləri apellyasiya şikayətlərinin hüquqi taleyinə gəldikdə isə kollegiya belə hesab edir ki, həmin şikayətlərin mahiyyəti sözügedən qətnamənin ləğv edilməsinə, müvafiq olaraq hər bir tərəfin öz tələbinin təmin, qarşı tərəfin tələbinin isə rədd edilməsinə yönəlsə də, kollegiya şikayətin obyektini nə maddi, nə də prosessual hüquq normalarına münasibətdə mübahisələ ndirilən hissədə deyil, mülki prosessual qanunvericiliyin tələbi baxımından apellyasiya şikayətinin dəlilindən asılı olmayaraq aparılmış yoxlamanın yekununa əsasən, mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair qərardad qəbul edilməli olması nəticəsinə gəlmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin mahiyyətindən isə aydın olur ki, iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Bu isə onu deməyə imkan verir ki, birinci instansiya, apellyasiya və kassasiya məhkəmələrində olan icraatlar üzrə yekun məhkəmə aktının qərardad formasında çıxarılması həmin mübahisəni mahiyyəti üzrə həll etmir (istisna hal barışıq sazişinin bağlanması əsası ilə iş üzrə icraata xitam verilməsidir). Həmçinin həmin Məcəllənin normalarını ü mumi nəzərdən keçirdikdə aydın olur ki, mülki məhkəmə icraatı qaydasında hər üç instansiya üzrə qərardad formasında qəbul edilən və qanuni qüvvəyə minmiş aşağıdakılar məhkəmə qərardadları həmin iş üzrə yekun məhkəmə aktı hesab olunur: - ərizənin (iddia ərizəsinin, apellyasiya şikayətinin, kassasiya şikayətinin) geri qaytarılması (yenidən müraciət edilmədiyi hallarda); - ərizənin baxılmaq üçün qəbul etməkdən imtina edilməsi; - iş üzrə icraata (həmçinin apellyasiya və kassasiya şikayətləri üzrə icraata) xitam verilməsi; - ərizənin baxılmamış saxlanılması. Hazırkı vəziyyətdə kollegiyanın gəldiyi nəticə üzrə mübahisə mahiyyəti ilə bağlı həll edilmədiyindən və buna müvafiq olaraq məhkəmə aktının formasını qanunvericilik qərardad formasında müəyyən etdiyindən, yuxarıda qeyd edilənlərə əsaslanıb kollegiya şikayətlərin təmin edilməməsini qanuni sayır. Çünki əks yanaşma, yəni verilmiş apellyasiya şikayətlərinin hüquqi cəhətdən həll edilməməsi, həmin müraciət əsasında başlanmış apellyasiya icraatının yekunlaşmaması ilə nəticələnər ki, belə olan halda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 5.5-ci maddəsinin tələbi baxımından mübahisənin müvafiq kommersiya məhkəməsinin icraatında baxılması qanunauyğun hesab edilə bilməz. Hazırkı apellyasiya şikayətlərinin təmin edilməsindən o zaman söhbət gedə bilər ki, kollegiyanın gəldiyi nəticə, həmin müraciətlərdə mübahisələndirilmiş dəlillərin hüquqi nəticəsindən əmələ gəlsin (yəni apellyasiya şikayətində məhkəmə aidiyyətinin pozulması mübahisələndirilsin). Bundan başqa kollegiya yuxarıda qeyd edilənlərə əsaslanıb onu da bildirmək i stəyir ki, mülki prosessual qanunvericiliyin tələblərindən müvafiq işin (tələb) və ya icraatın yekun məhkəmə aktının qərardad formasında sonlanması halında, həmin tələb və ya iş üzrə ödənilmiş dövlət rüsumunun geri qaytarılmalı olmasını müəyyən etmək olur (İstisna iddiaçının iddiadan imtina etməsi və tərəflər arasında barışıq sazişinin bağlanması ilə bağlı iş üzrə icraata xitam verilməsi halları- MPM maddə 114, 122, 262.2). Hazırkı vəziyyətdə verilmiş apellyasiya şikayətləri üzrə icraatın mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair qərardad çıxarılması ilə yekunlaşmasına, yəni nəinki apellyasiya şikayətlərinin, hətta iddia və qarşılıqlı iddia tələblərinin mahiyyəti üzrə həll edilməməsinə baxmayaraq, qanunvericilikdə belə bir hüquqi şəraitin mövcud olması zamanı ödənilmiş dövlət rüsumunun hüquqi taleyinə aydınlıq gətirilməmişdi. Kollegiya belə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinin, yəni “barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.2-ci maddəsinin –“əvvəlcə qanunun analogiyasından istifadə olunur, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir” normalarını rəhbər tutmaqla yuxarıda qeyd olunan məsələ həll edilməlidir. Mülki kollegiyanın mövqeyinə görə həmin Məcəllənin 114-cü maddəsi ndə qeyd edilən qərardadların qəbul edilməsi ilə bağlı dövlət rüsumunun geri qaytarılması əsasları, hazırkı vəziyyətdə tətbiq edilməli və ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil3 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 tərəfindən apellyasiya şikayətləri verilməsi zamanı ödənilmiş dövlət rüsumları geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: - ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil3 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkilinümayəndəsi Vəkil2 tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(078)-756/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli; - ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili-nümayəndəsi Vəkil2 vəsatəti təmin edilməli; - Naxçıvan Şəhər Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(078)-756/2024 nömrəli qətnaməsi ləğv edilməli; - İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsinə dair ilkin, Cavabdeh İddiaçı qarşı zərərin ödənilməsi, əmlakdan çıxarılma və onun təhvil verilməsinə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş, bu qərardaddan şikayət vermə müddəti bitdikdən sonra məhkəmə aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməli; - Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi ilə bağlı 04 fevral 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 481 (dörd yüz səksən bir) manat məbləğində dövlət rüs umu ona geri qaytarılmalı; - İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi ilə bağlı 11 fevral 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 445 (dörd yüz qırx beş) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xit am verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 263-264, 384, 402 və 405.0.2-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil3 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkilinümayəndəsi Vəkil2 tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(078)-756/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili-nümayəndəsi Vəkil2 vəsatəti təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(078 )-756/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsinə dair ilkin, Cavabdeh İddiaçı qarşı zərərin ödənilməsi, əmlakdan çıxarılma və onun təhvil verilməsinə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş, bu qərardaddan şikayət vermə müddəti bitdikdən sonra məhkəmə aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilsin. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi ilə bağlı 04 fevral 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 481 (dörd yüz səksən bir) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi ilə bağlı 11 fevral 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 445 (dörd yüz qırx beş) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev Hakimlər: Mehman Allahverdiyev Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(108)-72/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-72/2025
06.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver