Məhkəmə qərarları › İş №2(108)-74/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-74/2022

20.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-74/2022 20.05.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğluna etirazına açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 14 sentyabr 2021-ci ildə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, girov qoyduğu qızıl-zinət əşyalarının satılması nəticəsində dəymiş maddi zərərə görə 6800 (altı min sə kkiz yüz) manat, mənəvi zərərə görə 1000 (bir min) manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumunun onlardan müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli, 2(005)4606/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə 2(005)-4606/2021 nömrəli mülk iş baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinə göndərilmişdir. 04 aprel 2022-ci il tarixdə Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil etirazla Babək Rayon Məhkəməsinə müraciət edərək 2(079)-29/2022 saylı mülki iş üzrə hazırki hakim Zamiq Əliyevə etiraz etdiklərini və işin hazırki hakimin icraatında n alınaraq başqa hakimin (və ya məhkəmənin) icraatına verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil etirazının əsas dəlilləri ondan ibarətdir ki, hakim tərəfindən qanunvericiliyin tələblərinin gözlənilməməsi, hüquqlarını müdafiə etdiyi şəxslərin prosessual hüquqlarının məhdudlaşdırılması işə ədalətli baxacağına onlarda ciddi şübhələr yaratmışdır. Məhkəmə tərəfindən 21.12.2021-ci il, saat 11:00-a, 01.02.2022-ci il, saat 16:00-a və 01.03.2022, saat 11:00, 14.03.2022, saat 12:00-a baxış iclasları təyin edilsə də, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı üç baxış iclasına da gəlməmişdir. Bu səbəbdən 25.02.2022-ci il tarixində Naxçıvan MR Babək Rayon Məhkəməsinin hakimi Zamiq Əliyevə ərizə ilə müraciət edərək iddianın baxılm amış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Lakin ərizə təmin edilməmişdir. Göründüyü kimi iş 22 noyabr 2021-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. Hakim iddiaçının prosesə gəlməməsinə baxmayaraq prosessual qanunvericiliyin tələblərini gözləməmiş, öz təşəbbüsü ilə iş üzrə ekspertiza təyin edərək icraatı dayandırmışdır. Bundan başqa hüquqlarını müdafiə etdiyi şəxslər tərəfindən ərizə vəsatətlər məhkəməyə təqdim etmək istəsələr də həmin ərizə və vəsatətlər qəbul edilmədiyindən sonradan kuryer vasitəsi ilə göndərməyə məcbur olmuşlar. Məhkəmənin öhdəliyi icra etməyən şəxsin əsassız iddiası üzrə ekspertiza təyin etməsi onları narahat edir. İddiaçı süni şəkildə öz həyat yoldaşını cavabdeh qoymaqla hazırki cavabdehlərə Suraxanı Rayon Məhkəməsində iddia qaldı rmışdı. Digər cavabdehin əri olduğunu aşkar edəndən sonra iddiasını geri götürdü. Bu hal hazırki mülki işə obyektiv və qərəzsiz baxılacağını ciddi şübhə altına alır. Məhkəmə etirazın dəlillərini iş materialları ilə əlaqəli olaraq yoxlayıb belə hesab edir ki, etiraz təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsi hakim tərəfindən işə baxılmasına yol verilməməsi və hakimə etiraz etmək üçün əsaslar müəyyən etməklə mülki işlər üzrə obyektiv, qanuni və əsaslı məhkəmə qərarlarının çıxarılması təminatı kimi çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun un “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, 5 saylı qərarının 7-ci bəndinə əsasən, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr qərəzsizliyin təmin olunmasına nail olmalıdırlar. Qərəzsizliyinə şübhə olan hər bir hakim işə baxan məhkəmə tərkibindən çıxarılmalıdır. Kollegiya qeyd edir ki, hakimin obyektivliyi onun öz vəzifələrini lazımi qaydada icra etməsinin zəruri şərti sayılır. O, təkcə çıxarılan qərarın məzmununda deyil, həm də onun çıxarılmasını müşayiət edən bütün prosessual hərəkətlərdə təzahür edir. İddiaçıların verdikləri etiraz ərizəsindən aydın olur ki, hakimin o byektivliyi və qərəzsizliyi onlarda şübhə yaratdığından onlar iş üzrə sədrlik edən hakimə etiraz etmişlər. Kollegiya iş materiallarına əsaslanaraq mülki işin müvafiq hakimin sədrliyi ilə baxılmasının məqsədəmüvafiq olmadığı qənaətinə gəlir. Belə ki, hazırki mülki işin Babək Rayon Məhkəməsində hakim Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi ilə baxılması, gələcəkdə həmin işə obyektiv və qərəzsiz nəticə verilməsinin şübhə altına alınmasına gətirib çıxara bilər ki, bu hal yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərarında da qeyd edildiyi kimi “Məhkəmələr nəzərə almalıdırlar ki, mülki, kommersiya, inzibati və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır.”. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğluna etirazı təmin edilməli, mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23.1-ci maddəsinə uyğun olaraq başqa hakimin sədrliyi ilə baxılması üçün Babək Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Məcəlləsinin 21-23-cü maddələrini rəh bər tutub kollegiya Mülki Prosessual q ə r a r v e r d i: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğluna etirazı təmin edilsin. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş başqa hakimin sədrliyi ilə baxılması üçün Babək Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar