Məhkəmə qərarları › İş №2(108)-8/2022

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-8/2022

26.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-8/2022 26.04.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Xıdırov Əhliman Mehman oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, üçüncü şəxs Maraqlı şəxs vəkili və nümayəndəsi Vəkil, iş üzrə İddiaçı vəkili və nümayəndəsi X12, cavabdeh təşkilatın nümayəndəsi X5 və üçüncü şəxs Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naxçıvan şəhər şöbəsinə qarşı torpaq sahəsinin planı və ölçüsünün yenidən tərtib edilməsi və tikililərə mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 27 iyul 2009-cu il tarixli, 2(078)-272/2009 s aylı qətnaməsindən mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.2009-cu il tarixdə 1308 nömrə ilə uçota aldığı, Naxçıvan şəhəri 60-cı məhəllə yer 19a dair Maraqlı şəxs adına tərtib edilmiş A003153 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi və həmin yerə İddiaçı adına “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi və üzərində yerləşən tikililərə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 27 iyul 2009-cu il tarixli, 2-272/2009 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Naxçıvan MR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naxçıvan şəhəri 60-cı məhəllədə yerləşən 19 nömrəli torpaq sahəsinə dair Maraqlı şəxs adına verilmiş A003153 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ləğv edilmiş və həmin torpaq sahəsinə İddiaçı adına “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilməklə üzərində yerləşən, ölçüləri-27,45 kv.metr, 27,00 kv.metr olan iki yaşayış otağı, 6,10 kv.metr olan hamam, 1.60 kv.metr olan tualet və 2,32 kv.metr olan girişdən ibarət tikililərə İddiaçı mülkiyyət hüququnun tanınması qət olunmuşdur. Məhkəmənin həmin qətnaməsindən narazı qalan mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs 14 iyul 2020-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciə t edərək Naxçıvan Şəhər Məhkəməsinin 2-272/2009 saylı, 27 iyul 2009-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ünvan 5 iyul 2009-cu il tarixli qətnaməsi qəbul olunarkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuşdur. Eyni zamanda iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 134.1, 134.1.1, 138, 138.1, 138.1.2, 138.1.3, 165, 166, 166.1, 166.2, 167, 167.1.1; 167.1.2; 167.1.5; 167.1.7; 167.2,214, 214.4 maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. Əlavə olaraq bildirir ki, məhkəmə baxışının gedişatı zamanı onun xəbəri olmadığından prosesdə iştirak etməmiş, bundan istifadə olunaraq xəbəri olmadan vəkil xidmətindən istifadə olunmuşdur. Məlum edir ki, qətnamədə qanuni nümayəndə kimi qeyd olunan X8 tanımır və onunla arasında heç bir müqavilə və etibarnamə imzalanmamışdır. Vəkil X13 ilə heç bir müqavilə etibarnamənin olmadığını Naxçıvan Şəhər Məhkəməsinin elektron ünvanına göndərdiyi cavabdan da görmək olar. Ən nəhayət ünvan 5 iyul 2009-cu il tarixli qətnaməsi AR Mülki Prosessual Məcəlləsinin 135, 135.1 maddələrinin tələbləri pozularaq ona çatdırılmamışdır. Maraqlı şəxs sonda apellyasiya şikayətində qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 361384.0.2-385.1.1-387.2.2 maddələrinə əsasən, Naxçıvan Şəhər Məhkəməsinin 2272/2009 say lı, 27 iyul 2009-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Apellyasiya şikayətinə qarşı İddiaçı vəkili və nümayəndəsi X16 tərəfindən etiraz daxil olmuş, etiraz ərizəsində hazırki mülki iş üzrə qətnamənin qəbul olunmasından 11 il müddət keçdiyi, Maraqlı şəxs məhkəmə baxışında iştirak etməməsini və təmsil olunmadığını bildirməsinin cəfəngiyyat olduğu, Naxçıvan Şəhər Məhkəməsinin 2272/2009 saylı, 27 iyul 2009-cu il tarixli qətnaməsinin ədalətli və qanuni olduğu, iş materiallarında olan arxiv arayışından da Naxçıvan şəhər XDM İK-nin 245 saylı qərarına əsasən 60-cı məhəllədə yerləşən 19 nömrəli torpaq sahəsinin İddiaçı verildiyinin göründüyü qeyd olunmaqla Naxçıvan Şəhər Məhkəməsinin 2-272/2009 saylı, 27 iyul 2009-cu il tarixli qətnaməsinin qüvvədə saxlanılması xahiş olunmuşdur. Mülki işin apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsində maraqlı şəxs qismində prosesə cəlb olunmuş Maraqlı şəxs Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 57-ci maddəsinin tələbinə əsasən cavabdeh tərəfindən mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş, eyni zamanda birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi qismində iştirak etmiş Nümayəndə iddiaçı tərəfindən ona verilmiş etibarnamənin müddəti bitdiyindən və qəbul olunacaq yekun məhkəmə aktı onun da hüquq və mənafelərinə toxunacağından prosesə iddiaçı tərəfi ndən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmə baxışı iclasında izahat verən mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs vəkili və nümayəndəsi Vəkil mülki iş materialları ilə tanış olduğunu, iş materiallarına əsasən təmsil etdiyi Maraqlı şəxs ümumiyyətlə birinci instansiya məhkəməsində keçirilən proseslərdə iştirak etmədiyini, bu mülki işdən isə yeni xəbər tutduğunu, məhz bu səbəbdən də qətnamənin qəbul olunduğu gündən 11 il sonra apellyasiya şikayəti verdiyini, təmsil etdiyi şəxsin guya birinci instansiya məhkəməsində nümayəndə vasitəsilə təmsil olunduğu göstərilsə də, bununla bağlı iş materiallarında hər hansı sənədin olmadığını, iş materiallarında Naxçıvan Şəhər Məhkəməsini n sədri tərəfindən üçüncü şəxsə göndərilmiş cavab məktubundan da bunun təsdiqini tapdığını, hazırki mübahisənin yaranmasının səbəbinin cavabdeh təşkilat olduğunu, bu halı cavabdeh təşkilatın nümayəndəsinin də məhkəmə iclaslarında özünün etiraf etdiyini, yol verilmiş bu səhv nəticəsində Maraqlı şəxs yarana biləcək mülkiyyət hüququnun artıq mövcud olmadığını bildirmiş və qeyd etmişdir ki, iddiaçının iddianı qaldırması və cavabdeh təşkilatın nümayəndəsinin bu tələbi etiraf etməsi üçüncü şəxsin hüquqlarının pozulması və bu minvalla da işin faktiki hallarının araşdırılmadan qətnamə çıxarılması ilə nəticələnmişdir. Verilən sualları cavablandıran Vəkil mülki iş materiallarına əsasən təmsil etdiyi şəxsə həqiqətən də Naxçıvan şəhər XDS İK-nin 813 nömrəli qərarı ilə Naxçıvan şəhəri, 60-cı məhəllənin 19 nömrəli torpaq sahəsinin deyil, Naxçıvan şəhəri, 59-cu məhəllənin 19 nömrəli torpaq sahəsinin verildiyini gördüyünü, Naxçıvan şəhəri, 60-cı məhəllənin 19 nömrəli torpaq sahəsinin uzun illərdir Nümayəndə mülkiyyətində olmaqla özünə orada yaşayış evinin tikməsindən məlumatlı olduqlarını, qətnamədən şikayət verməkdə məqsədlərinin həmin şəxsin evini əlindən almaq və ya sökdürmək olmadığını, sadəcə təmsil etdiyi şəxsin adına verilmiş torpaq sahəsinin hazırda mövcud olmadığını və bu məsələnin həllinin vacibliyini diqqətə çatdırmışdır. Vəkil sonda yuxarıda qeyd etdiyi xüsusatların və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Mülki Prosessual Məcəllənin tələblərinin pozulduğunu nəzərə alaraq Naxçıvan Şəhər Məhkəməsinin 2-272/2009 saylı, 27 iyul 2009-cu il tarixli qətnaməsinin lə ğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən iş üzrə İddiaçı vəkili və nümayəndəsi X4 məhkəmə iclaslarından Maraqlı şəxs xəbərinin olduğunu, onun nümayəndəsi Ələkbər Cəfərovun bütün məhkəmə proseslərində iştirak etdiyini, iş materiallarında olan rəsmi sənədlərdən də, Maraqlı şəxs Naxçıvan şəhəri, 59-cu məhəllənin 19 nömrəli ünvanında torpaq sahəsi verildiyinin aydın olduğunu, Naxçıvan şəhəri, 60-cı məhəllənin 19 nömrəli ünvanında yerləşən torpaq sahəsinin isə rəsmi qərarla təmsil etdiyi İddiaçı verildiyini, İddiaçı həmin torpaq sahəsini təxminən 2000-ci ildə Nümayəndə satdığını, Nümayəndə 20 ildir ki, müəllim maaşı ilə həmin sahədə ev inşa edərək yaşadığını, hər hansı bir şəxsin 20 il torpaq sa həsinin başqası tərəfindən istifadə olunması və onun belə bir şeydən xəbərinin olmamasının inandırıcı olmadığını, Maraqlı şəxs bu torpaq sahəsi ilə heç bir əlaqəsinin olmadığını, əgər onun iddiası varsa bu gün də Naxçıvan şəhəri, 59-cu məhəllənin 19 nömrəli ünvanına qarşı irəli sürə biləcəyini bildirmişdir. Ə.X14 həmin proseslərdə Maraqlı şəxs nümayəndəsi kimi iştirak etdiyini, əgər bugün verilmiş etibarnamə iş materiallarında yoxdursa bunun hər hansı saxtalaşdırma baş verdiyi anlamına gəlmədiyini, digər tərəfdən də bu məsələnin onların deyil, məhkəmənin problemi olduğunu, yəni bu halın işin nəticəsi ilə heç bir əlaqəsinin olmadığını, apellyasiyanın dəlillərinin əsassız və ya əsaslı olmasından asılı olmayaraq məhkəmənin qərarını düzgün saydığını, birinci instansiya məhkəməsinin mahiyyətcə düzgün qərar verdiyini diqqətə çatdırmış və sonda apellyasiya şikayətinin təmin olunmadan, birinci instansiya məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən cavabdeh təşkilatın nümayəndəsi X2 Məmmədova Naxçıvan şəhər XDM İK-nin qərarı ilə Naxçıvan şəhəri, 59-cu məhəllənin 19 nömrəli ünvanında torpaq sahəsi verildiyini, bu qərarın qanuni olduğunu, lakin mübahisə olunan torpaq sahəsinə dair plan və ölçü tərtib edilərkən özünün diqqətsizliyi səbəbindən səhvən 60-cı məhəllədə yerləşən 19 nömrəli torpaq sahəsi kimi onun işlənildiyini, ona verilən cizgi planın 60-cı məhəllənin planı olduğunu, lakin qərarda 59-cu məhəllədə yerləşən 19 nömrəli torpaq sahəsinin Maraqlı şəxs adına verildiyini, torpağın sahibinin (iddiaçının) müraciətindən sonra həqiqətən ona aid torpaq sahəsinin başqa adamın adına sənədləşdirildiyinin məlum olduğunu, Naxçıvan şəhər XDM İK-nin qərarı ilə rəsmi sənədlərdə həqiqətən də Naxçıvan şəhəri, 60-cı məhəllədə yerləşən 19 nömrəli torpaq sahəsinin İddiaçı adına verildiyini, sadəcə plan-cizgidə eyni torpaq sahəsinin bu iki şəxsin adına işlənildiyini, 59-cu məhəllənin 60-cı məhəlləyə ünvan olaraq dəyişilmədiyini, 59-cu məhəllənin 59-cu məhəllə, 60-cı məhəllənin isə 60-cı məhəllə olaraq qaldığını, mübahisəli torpaq sahəsinin uzun illərdir ki, Nümayəndə adına rəsmi reyestrdə qeydə alınaraq çıxarış verildiyini bildirmişdir. H.Mahmudov iddiaçının Komitəyə 2009-cu ildə müraciət etdiyi zaman bu səhvliyin aradan qaldırılması üçün ona məhkəməyə müraciət etməsini töv siyyə etdiklərini, Naxçıvan şəhəri, 59-cu məhəllədə yerləşən 19 nömrəli torpaq sahəsinin də başqa bir şəxsə-Fəxrəddin Əliyevə verildiyini, onun plan cizgisində də ünvanın Naxçıvan şəhəri, 59-cu məhəllə, 19 nömrəli torpaq sahəsi yazıldığını diqqətə çatdırmış, iddianı qismən qəbul edərək, apellyasiya şikayətinin rədd olunmasını kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə 1999-cu ildə Naxçıvan şəhəri, 60-cı məhəllədə yerləşən 19 nömrəli torpaq sahəsini İddiaçı çox ağır maddi çətinliklərlə aldığını, aldığı vaxt Namiqin sadəcə torpağa dair qərarı ona verdiyini, həmin vaxt torpaq sahəsinin boş bir ərazidən ibarət olduğunu və həmin məhəllədə cəmi 3 evin mövcud olduğunu, torpaq sahəsini aldıqda n sonra uzun illər ərzində müəllim maaşı ilə orada ev tikməyə başladığını, 2009-cu ildə iki nəfər Torpaq Komitəsindən əməkdaşın onun evinə gəldiyini və torpaq sahəsində ev tikildiyini bildirərək öz aralarında danışıb getdiklərini, bu məsələdən narahat olduğu üçün sənədləri ilə birlikdə Torpaq Komitəsinə getdiyini və orada sənədlərə dair qeyd olunan səhvliyin olduğunu, lakin bu səhvliyi düzəltmək üçün məhkəməyə müraciət etməli olduğunun ona bildirildiyini qeyd etmişdir. Nümayəndə qeyd etmişdir ki, bu məsələdən sonra o, müvafiq sənədləri toplayaraq məhkəmədə iddia qaldırmış, məhkəmənin hazırki qətnaməsindən sonra isə torpaq sahəsini və onun üzərində tikdiyi evi daha əvvəl İddiaçı, daha sonra isə öz adına dövlət reyestrində qeydiyyata aldırmışdır. Qeyd olunan torpaq sahəsini almaq üçün kənddə ki iki torpağını, yarımçıq evini, 5 iribuynuzlu heyvanını satdığını, 3 il yay tətilllərində gedib Türkiyə Respublikasında işlədiyini, tikdiyi evdə hazırda doqquz nəfər ailə üzvünün yaşadığını, bu illər ərzində ümumiyyətlə Rövşən adlı şəxsi görmədiyini və tanımadığını bildirən Nümayəndə etibarnamənin mülki iş materiallarında olmamasının onun günahı olmadığını, təqdim etdiyi sənədlərdə də Naxçıvan XDS İK-nin qərarı ilə 60-cı məhəllədə yerləşən 19 nömrəli torpaq sahəsinin İddiaçı adına verildiyini, Maraqlı şəxs isə Naxçıvan XDS İK-nin qərarı ilə 59-cu məhəllədə yerləşən 19 nömrəli torpaq sahəsinin verildiyini, bu şəxsin tələbi varsa belə yalnız öz torpaq sahəsinə münasibətdə iddia sürə biləcəyini qeyd etmiş, apellyasiya şikayətinin rədd olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin d əyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı və mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmə baxışı iclaslarında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdirlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahis ənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iş üzrə üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə qətnaməni tam həcmdə mübahisələndirmişdir. Ona görə də mə hkəmə kollegiyası hesab edir ki, belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi qətnamənin əsaslılığının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəsində tam yoxlanılmalıdır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, məhkəmə baxışı iclasında mülki iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir. Belə ki, apellyator Maraqlı şəxs şikayətinin dəlili kimi ünvan 5 iyul 2009-cu il tarixli qətnaməsi qəbul olunarkən bir sıra maddi və prosessual hüquq normaları pozulmasını, eyni zamanda iş üçün mühüm əhəmiyyət kəsb edən bütü n faktiki halların məhkəmə tərəfindən araşdırılmamasını, belə ki, məhkəmə baxışının gedişatı zamanı onun xəbəri olmadığından prosesdə iştirak etməməsini, bundan istifadə olunaraq xəbəri olmadan vəkil xidmətindən istifadə olunmasını, qətnamədə qanuni nümayəndə kimi qeyd olunan şəxs X8 tanımadığını və onunla arasında heç bir müqavilə və etibarnamə imzalanmadığını, vəkil X13 ilə heç bir müqavilə etibarnamənin olmadığının Naxçıvan Şəhər Məhkəməsinin elektron ünvanına göndərdiyi cavabdan da göründüyünü, ünvan 5 iyul 2009-cu il tarixli qətnaməsinin AR Mülki Prosessual Məcəlləsinin 135, 135.1-ci maddələrinin tələblərinin pozularaq ona çatdırılmadığını göstərmiş və məhz bu əsaslara görə də Naxçıvan Şəhər Məhkəməsinin 2-272/2009 saylı, 27 iyul 2009-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya Maraqlı şəxs şikayətində qeyd etdiyi dəlilləri mülki işin materialları ilə qarşılıqlı tədqiq edərək göstərilən bu dəlillərin əsaslı olması qənaətinə gəlir və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, kollegiya tərəfindən apellyasiya şikayətinin sadalanan dəlilləri ilə bağlı araşdırma aparılarkən məlum olmuşdur ki, İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.2009-ci il tarixdə 1308 nömrə ilə uçota aldığı, Naxçıvan şəhəri 60-ci məhəllə yer 19-a dair Maraqlı şəxs adına tərtib edilmiş A003153 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi və həmin yerə İddiaçı adına “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi və üzərində yerləşən tikililərə mülkiy yət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 27 iyul 2009-cu il tarixli, 2-272/2009 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Naxçıvan MR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naxçıvan şəhəri 60-cı məhəllədə yerləşən 19 nömrəli torpaq sahəsinə dair Maraqlı şəxs adına verilmiş A003153 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ləğv edilmiş və həmin torpaq sahəsinə İddiaçı adına “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilməklə üzərində yerləşən, ölçüləri-27,45 kv.metr, 27,00 kv.metr olan iki yaşayış otağı, 6,10 kv.metr olan hamam, 1.60 kv.metr olan tualet və 2,32 kv.metr olan girişdən ibarət tikililərə İddiaçı mülkiyyət hüququnun tanınması qət olunmuşdur. Mülki iş materiallarından aydın olmuşdur ki, birinci instansiya məhkəməsində i şə baxılarkən hazırda apellyasiya şikayəti verən Maraqlı şəxs tərtib olunan məhkəmə sənədlərində maraqlı şəxs qismində göstərilmiş, lakin onun prosesə maraqlı şəxs qismində cəlb olunması ilə bağlı hər hansı prosessual hərəkət (məhkəmə iclas protokolları və ya məhkəmə hazırlıq iclasının qərardadında) aparılmamışdır. İş materiallarından görünür ki, maraqlı şəxs qismində çəlbetmə ilə bağlı heç bir prosessual hərəkət olunmadığı halda xx.xx.2009-cu il tarixli məktubla (iş səh.26) Maraqlı şəxs xx.xx.2009-cu il tarixdə keçiriləcək məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, məlumat verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.3-cü maddəsi ilə müəyyən olunmuş müddət göstərilməmiş, həmçinin mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə bildiriş inin həmin şəxsə çatdırılmasını təsdiq edəcək hər hansı sənəd məhkəməyə təqdim olunmadığı (iş materiallarına əlavə olunmadığı) halda qeyd olunan tarixdə təxirə salmadan işə mahiyyəti üzrə baxılaraq qətnamə çıxarılmışdır. Bundan sonra Naxçıvan Şəhər Məhkəməsi tərəfindən qəbul olunmuş, 27 iyul 2009-cu il tarixli, 2272/2009 nömrəli qətnamənin surəti göndərilmə tarixi məktubda qeyd olunmadan (iş səh.39) Maraqlı şəxs göndərilmişdir ki, qətnamənin həmin şəxsə təqdim olunmasına dair rəsmi sənəd də iş materiallarına əlavə olunmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (2009-cu ildə qüvvədə olan redaksiya ilə) 11-ci fəslində rəsmi qaydada verilən məhkəmə sənədlərinin dairəsi, onların proses iştirakçılarına rəsmi çatdırılması və verilməsi qaydaları müəyyən olunmuşdur. Lakin mülki işin araşdırılmış hallarından aydın olmuşdur ki, birinci instansiya məhkəməsində qeyd olunan mülki işə baxılarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 11-ci fəslinin tələblərinə ümumiyyətlə əməl olunmamış, məhkəmə sənədlərinin rəsmi qaydada çatdırılması üçün qanunvericiliklə müəyyən olunmuş tədbirlər görülməmiş və eyni zamanda müddətlər gözlənilməmişdir ki, bu da son nəticədə apellyasiya şikayətinin dəlillərində qeyd edildiyi kimi Maraqlı şəxs məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədən və onun iştirakı olmadan baxılması ilə nəticələnmişdir. Maraqlı şəxs apellyasiya şıkayətində qeyd etdiyi digər dəlil olan “...məhkəmə baxışının gedişatı zamanı onun xəbəri olmadığından prosesdə iştirak etməməsinə, bundan istifadə olunaraq xəbəri olmadan vəkil xidmətindən istifadə olunmasına, qətnamədə qanuni nümayəndə kimi qeyd olunan X8 tanımadığına və onunla arasında heç bir müqavilə və etibarnamə imzalanmadığına, vəkil X13 ilə heç bir müqavilə etibarnamənin olmadığına” dair dəlillərə gəlincə kollegiya iş materiallarına əsaslanaraq bu dəlilin də əsaslı olması qənaətinə gəlir və qeyd edir ki, bununla bağlı iş materialları tədqiq olunarkən müəyyən olunmuşdur ki, həqiqətən də birinci instansiya məhkəməsində işə baxılarkən bütün məhkəmə sənədlərində X3 Rövşən Əsgər oğlunun qanuni nümayəndəsi kimi qeyd olunmuş, hətda 27 iyul 2009-cu il tarixdə keçirilən yekun məhkəmə prosesində onun Maraqlı şəxs qanuni nümayəndəsi kimi iştirak edərək iddia tələbini etiraf etməsi də öz əksini tapmışdır. Kollegiya ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 72-ci maddəsində qanuni nümayəndə anlayışı və qanuni nümayəndələrin kimləri təmsil edə bilmələri ilə bağlı anlayış verilmişdir ki, hazırki işdə belə bir hal mövcud olmamışdır. Digər tərəfdən isə araşdırılmış mülki iş materiallarından məlum olmuşdur ki, həqiqətən də Maraqlı şəxs nümayəndə qismində təmsil etmək üçün X7 adına hər hansı etibarnamə verilməmiş və iş materiallarında da belə bir sənəd aşkar olunmamışdır. Apellyasiya instansiyasında işə baxılan zaman iş üzrə iddiaçının vəkili və nümayəndəsi X16 tərəfindən kollegiyaya təqdim olunmuş Naxçıvan şəhər 2 saylı notariat ofisinin notariusu M.Ə.Əsgərov tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 125 nömrəli, Naxçıvan şəhər bir saylı notariat ofisinin notariusu C.Ə.Eyvazov tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 195 nömrəli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat idarəsinin rəisi Mehman Şabanov tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 05/R-29-14 nömrəli cavab məktublarında da qeyd olunmuşdur ki, 2008-2009-cu il tarixlər aralığında “Elektron notariat” informasiya sistemində və notariat ofislərinin arxivlərində Maraqlı şəxs adından X7 adına etibarnamə verilməsi aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin tələbinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq ic ra hakimiyyəti orqanı tərəfindən, əhalinin sosial müdafiəsi müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə-profilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir. Lakin yuxarıda da qeyd olunduğu kimi, tədqiq olunmuş iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl olunmamış, Maraqlı şəxs adından X7 adına təmsilçilik üçün hər hansı etibarnamə verilmədiyi halda, Ə.Ə.Cəfərovun məhkəmə iclasında Maraqlı şəxs qanuni nümayəndəsi qismində iştirakı təmin olunmuşdur. Beləliklə, kollegiya Maraqlı şəxs apellyasiya şikayətində qeyd etdiyi dəlillərlə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki işə baxılarkən yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Bütün bu sadalanan hallar isə apellyasiya şikayəti verən Maraqlı şəxs apellyasiya şikayətində qeyd etdiyi dəlillərin əsaslı olmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci maddəsinin tələbinə əsasən Naxçıvan Şəhər Məhkəməsinin 27 iyul 2009-cu il tarixli, 2(078)-272/2009 saylı qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Belə ki, həmin maddənin tələbinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən yol verilmiş yuxarıda qeyd olunan prosessual pozuntular səbəbindən qətnamənin ləğv olunması qərara alındığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinin tələbinə uyğun olaraq hazırki vəziyyətdə işə yenidən baxılaraq birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəb ul edilməlidir. Beləliklə iş materiallarından da göründüyü kimi, İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.2009-ci il tarixdə 1308 nömrə ilə uçota aldığı, Naxçıvan şəhəri 60-cı məhəllə yer 19-a dair Maraqlı şəxs adına tərtib edilmiş A003153 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi və həmin yerə İddiaçı adına “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi və üzərində yerləşən tikililərə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhər XDM İcraiyyə Komitəsinin 31 may 1993-cü il tarixli, 245 saylı qərarı ilə Naxçıvan şəhər 60-cı məhəllədə fərdi yaşayış evi tikmək üçün 19 nömrəli torpaq sahəsi ilə təmin edilmiş, sonradan həmin torpaq sahəsində yaşayış evi tikilmiş, su quyusu qazılmış, həyətyanı sahə çəpərlənmiş və meyvə ağacları əkilmişdir. Qeyd olunan torpaq sahəsini sənədləşdirmək üçün Cavabdehnə müraciət edərkən ona məlum olmuşdur ki, artıq həmin sahə başqa bir şəxsin-Maraqlı şəxs adına sənədləşdirilmişdir. Məhz bu səbəbdən də o həmin torpaq sahəsini öz adına sənədləşdirə bilməmişdir. Göstərilənlərin nəzərə alınaraq məhkəmədən yuxarıda göstərilən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Kollegiya tərəfindən işə baxılarkən iddiaçı tərəfindən sübut kimi təqdim olunmuş və iddia ərizəsinə əlavə edilmiş Naxçıvan MR Dövlət Arxivi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş arxiv çıxarışından və plan ölçüdən məlum olmuşdur ki, Naxçıvan Şəhər XDM İcr aiyyə Komitəsinin 31 may 1993-cü il tarixli, 245 nömrəli qərarı ilə 1993-cü ildən ümumi mənzil növbəsində dayanan İddiaçı şəhərin 60-cı məhəlləsində 19 nömrəli torpaq sahəsi verilmişdir. İş materiallarında olan Naxçıvan şəhər Torpaq şöbəsinin tərtib və təsdiq etdiyi ayrılmış sahənin plan ölçüsündən də təsdiq olunur ki, Naxçıvan Şəhər XDM İcraiyyə Komitəsinin 31 may 1993-cü il tarixli, 245 nömrəli qərarı nəzərə alınaraq həmin qərar əsasında İddiaçı şəhərin 60-cı məhəlləsində 19 nömrəli torpaq sahəsi ayrılaraq təhvil verilmişdir. İstər iddia ərizəsindən, istərsə də apellyasiya baxışı zamanı işdə iştirak edən şəxslərin izahatlarından və mülki işin kollegiya tərəfindən araşdırılmış digər hallarından məlum olmuşdur ki, İddiaçı həmin torpaq sahəsini 1998-ci ildə Nümayəndə öz aralarında qeyri-r əsmi olaraq razılaşmaqla satmış, Nümayəndə isə həmin ildən etibarən qeyd olunan torpaq sahəsində müvafiq tikililər aparmaqla özü və ailə üzvləri üçün yaşayış evi və əlavə tikililər aparmış, 2000-ci ildən isə rəsmi olaraq orada yaşamağa başlamışdır. Lakin qeyd olunan torpaq sahəsini öz adına sənədləşdirmək üçün Cavabdehnə müraciət edərkən ona məlum olmuşdur ki, artıq həmin sahə başqa bir şəxsin-Maraqlı şəxs adına sənədləşdirilmişdir. Məhz bu səbəbdən də həmin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsindən imtina olunmuş və bununla bağlı məhkəməyə müraciət olunması hüququ ona izah edilmişdir. Kollegiya tərəfindən bu faktın aydınlaşdırılması zamanı iddia ərizəsinə əlavə olunmuş Cavabdeh müdiri olmuş X9 tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndən belə məlum olmuşdur ki, həqiq ətən də həmin sənədlə Naxçıvan şəhəri 60-cı məhəllədə yerləşən 19 nömrəli torpaq sahəsi Maraqlı şəxs adına işlənmişdir. Sənədin mətnindən görünür ki, “Torpaq sahəsinin planı və ölçüsü”nün Maraqlı şəxs adına işlənməsinin əsası kimi Naxçıvan Şəhər XDM İcraiyyə Komitəsinin 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarına istinad olunmuşdur. Halbuki, apellyasiya baxışı zamanı apellyatorun vəkili və nümayəndəsi tərəfindən kollegiyaya təqdim olunmuş Naxçıvan MR Dövlət Arxivi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş arxiv çıxarışından və plan ölçüdən məlum olmuşdur ki, Naxçıvan Şəhər XDM İcraiyyə Komitəsinin 30 dekabr 1992ci il tarixli, 813 nömrəli qərarı ilə 1986-cı ildən ümumi mənzil növbəsində dayanan Maraqlı şəxs şəhərin 60-cı məhəlləsində deyil, 59-cu məhəlləsində 19 nömrəli torpaq sah əsi verilmişdir. Bu fakt apellyatorun vəkili və nümayəndəsi tərəfindən kollegiyaya təqdim olunmuş Naxçıvan şəhər Torpaq şöbəsinin tərtib və təsdiq etdiyi ayrılmış sahənin plan ölçüsü ilə də öz təsdiqini tapmışdır. Belə ki, qeyd olunan sənəddən də görünür ki, Naxçıvan Şəhər XDM İcraiyyə Komitəsinin 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarı nəzərə alınaraq həmin qərar əsasında Maraqlı şəxs şəhərin 60-cı məhəlləsində deyil, 59cu məhəlləsində 19 nömrəli torpaq sahəsi ayrılaraq təhvil verilmişdir. İş üzrə üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil da apellyasiya baxışı zamanı mübahisəyə münasibət bildirərkən təmsil etdiyi Maraqlı şəxs Naxçıvan Şəhər XDM İcraiyyə Komitəsinin 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarı ilə Naxçıvan şəhərinin 60-cı məhəlləsində deyil, 59-cu məhəlləsində 19 nömrəli torpaq sahəsinin ayrılaraq verildiyini, onların Naxçıvan şəhəri 60-cı məhəllədə yerləşən 19 nömrəli torpaq sahəsinə dair hər hansı iddialarının olmadığını, lakin hazırki vəziyyətdə təmsil etdiyi şəxsin ona Naxçıvan Şəhər XDM İcraiyyə Komitəsinin 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsindən məhrum olduğunu bildirmişdir. Bundan başqa apellyasiya baxışı zamanı mübahisəyə münasibət bildirən iş üzrə cavabdeh təşkilatın nümayəndəsi X9 həmin dövrdə Naxçıvan şəhər Torpaq şöbəsinin müdiri vəzifəsində özünün işlədiyini, Naxçıvan şəhəri 60-cı məhəllədə yerləşən 19 nömrəli torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün də onun tərəfindən səhvən Maraqlı şəxs adına işlənildiyini, bu yanlışlığın onun tərəfindən edildiyini, birinci instansiya məhk əməsində işə baxılarkən də bu halı etiraf etdiyini, bütün bu halların təqdim olunan Naxçıvan Şəhər XDM İcraiyyə Komitəsinin qərarlarında öz təsdiqini tapdığını, Nümayəndə Naxçıvan şəhəri 60-cı məhəllədə yerləşən 19 nömrəli torpaq sahəsinin onun adına işlənilməsi ilə bağlı Komitəyə müraciət etdiyi zaman bu yanlışlığa yol verdiklərini müəyyən etdiklərini və bundan sonra müvafiq düzəlişin aparılması üçün Nümayəndə məhkəməyə müraciət etməsi hüququnu izah etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya qeyd edir ki, iş üzrə təqdim olunan sübutlar kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Kollegiya mülki işin apellyasiya baxışı zamanı tədqiq olunmuş sənədlərə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun sübutların qiymətləndirilməsi baxımından yanaşaraq qeyd edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi faktlar yuxarıda qeyd olunan mötəbər sübutlarla öz təsdiqini tapır. Belə ki, mülki işin apellyasiya baxışı zamanı tədqiq olunmuş yuxarıda sadalanan hallarından Naxçıvan Şəhər XDM İcraiyyə Komitəsinin 31 may 1993-cü il tarixli, 245 nömrəli qərarı i lə 1993-cü ildən ümumi mənzil növbəsində dayanan İddiaçı şəhərin 60-cı məhəlləsində 19 nömrəli torpaq sahəsinin verilməsi, Naxçıvan Şəhər XDM İcraiyyə Komitəsinin 31 may 1993-cü il tarixli, 245 nömrəli qərarı nəzərə alınaraq həmin qərar əsasında İddiaçı şəhərin 60-cı məhəlləsində 19 nömrəli torpaq sahəsinin ayrılaraq təhvil verilməsi, İddiaçı həmin torpaq sahəsini 1998-ci ildə Nümayəndə satması, Nümayəndə isə həmin ildən etibarən qeyd olunan torpaq sahəsində müvafiq tikililər aparmaqla özü və ailə üzvləri üçün yaşayış evi və əlavə tikililər aparması, 2000-ci ildən rəsmi olaraq orada yaşamağa başlaması, qeyd olunan torpaq sahəsini öz adına sənədləşdirmək üçün Cavabdehnə müraciət edərkən həmin torpaq sahəsinin başqa bir şəxsin-Maraqlı şəxs adına sənədləşdirilməsi, kollegiya tərəfindən bu fak tın aydınlaşdırılması zamanı iddia ərizəsinə əlavə olunmuş Cavabdeh müdiri olmuş X9 tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndən həqiqətən də həmin sənədlə Naxçıvan şəhəri 60-cı məhəllədə yerləşən 19 nömrəli torpaq sahəsinin Maraqlı şəxs adına işlənməsi, “Torpaq sahəsinin planı və ölçüsü”nün Maraqlı şəxs adına işlənməsinin əsası kimi Naxçıvan Şəhər XDM İcraiyyə Komitəsinin 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarına istinad olunması, halbuki, Naxçıvan MR Dövlət Arxivi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş arxiv çıxarışından Naxçıvan Şəhər XDM İcraiyyə Komitəsinin 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarı ilə Maraqlı şəxs şəhərin 60-cı məhəlləsində deyil, 59-cu məhəlləsində 19 nömrəli torpaq sahəsinin verildiyi, bu faktın Naxçıvan şəhər Torpaq şöbəsinin tə rtib və təsdiq etdiyi ayrılmış sahənin plan ölçüsü ilə də öz təsdiqini tapdığı, belə ki, qeyd olunan sənəddən də Naxçıvan Şəhər XDM İcraiyyə Komitəsinin 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarı nəzərə alınaraq həmin qərar əsasında Maraqlı şəxs şəhərin 60-cı məhəlləsində deyil, 59-cu məhəlləsində 19 nömrəli torpaq sahəsinin ayrılaraq təhvil verildiyi və iş üzrə cavabdeh təşkilatın nümayəndəsi X5 həmin dövrdə Naxçıvan şəhər Torpaq şöbəsinin müdiri vəzifəsində məhz özünün işləyərkən Naxçıvan şəhəri 60-cı məhəllədə yerləşən 19 nömrəli torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün onun tərəfindən səhvən Maraqlı şəxs adına işlənildiyi mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Bütün bunlarla bərabər kollegiya qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayəti verən iş üz rə üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil da apellyasiya baxışı zamanı mübahisəyə münasibət bildirərkən təmsil etdiyi Maraqlı şəxs Naxçıvan Şəhər XDM İcraiyyə Komitəsinin 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarı ilə Naxçıvan şəhərinin 60-cı məhəlləsində deyil, 59-cu məhəlləsində 19 nömrəli torpaq sahəsinin ayrılaraq verildiyini, onların Naxçıvan şəhəri 60-cı məhəllədə yerləşən 19 nömrəli torpaq sahəsinə dair hər hansı iddialarının olmadığını bildirmişdir. Həmçinin xüsusən qeyd olunmalıdır ki, apellyator Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilərkən şikayətinin dəlillərində də bununla bağlı hər hansı bir nüansa toxunulmamış, sadəcə birinci instansiya məhkəməsində işə baxılarkən prosessual pozuntulara yol verilməsi halları mübahisələndirilmişdir. Bundan başqa apellyasi ya baxışı zamanı mübahisəyə münasibət bildirən iş üzrə cavabdeh təşkilatın nümayəndəsi X9 da həmin dövrdə Naxçıvan şəhər Torpaq şöbəsinin müdiri vəzifəsində məhz özünün işlədiyini, Naxçıvan şəhəri 60-cı məhəllədə yerləşən 19 nömrəli torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün də onun tərəfindən səhvən Maraqlı şəxs adına işlənildiyini, bu yanlışlığın onun tərəfindən edildiyini, birinci instansiya məhkəməsində işə baxılarkən də etiraf etdiyini, bütün bu halların təqdim olunan Naxçıvan Şəhər XDM İcraiyyə Komitəsinin qərarlarında da öz təsdiqini tapdığını, Nümayəndə Naxçıvan şəhəri 60-cı məhəllədə yerləşən 19 nömrəli torpaq sahəsinin onun adına işlənilməsi ilə bağlı Komitəyə müraciət etdiyi zaman bu yanlışlığa yol verdiklərini müəyyən etdiklərini və bundan sonra müvafiq düzəlişi n aparılması üçün Nümayəndə məhkəməyə müraciət etməsi hüququnu izah etdiyini bildirmişdir. Apellyasiya baxışı zamanı mülki iş materiallarından məlum olmuşdur ki, İddiaçı adına verilmiş torpaq sahəsinin üzərində ölçüləri 27.45 kv.metr və 27.00 kv.metr olan iki yaşayış otağı, 6.10 kv.metr olan hamam, 1.60 kv.metr olan tualet, həmçinin 2.32 kv.metr olan girişdən ibarət tikililər inşa olunmuşdur. Cavabdeh təşkilatın nümayəndəsi tərəfindən kollegiyaya təqdim olunmuş 16 sentyabr 2020-ci il tarixli, Q 84 nömrəli məktubdan məlum olmuşdur ki, İddiaçı 603.00 kv.m torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına dair 04 sentyabr 2009-cu il tarixli ərizəsi əsasında Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 14145 inventar nömrəli daşınmaz əmlakın texniki pasportu və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” hazırlanaraq verilmiş, Naxçıvan şəhər 2-ci Dövlət notariat kontorunda xx.xx.2009-cu il tarixdə qeydiyyata alınan 4/Ə-453 reyestr nömrəli bağışlama müqaviləsi əsasında İddiaçı Naxçıvan şəhəri 60-cı məhəllə, 19 ünvanında mülkiyyətində olan 603.00 kv.m torpaq sahəsini, torpaq sahəsinin üzərində olan yaşayış və qeyriyaşayış binalarını Nümayəndə bağışlamışdır. İş üzrə üçüncü şəxs Nümayəndə tərəfindən kollegiyaya təqdim olunmuş Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş **********41-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın surətindən məlum olur ki, Naxçıvan şəhəri 60-cı məhəllədə mülkiyy ətdə olan 0.0603 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 54.45 kv.m yaşayış,---kv.m qeyri-yaşayış, 10.02 kv.m köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Nümayəndə adına daşınmaz əmlakın dövlət reyestrində 18/3 nömrəli reyestr kitabının 445 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 141.1-141.3-cü maddələrinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Yuxarıda da qeyd olunduğu kimi, iş materiallarında olan Naxçıvan MR Dövlət Arxivi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş arxiv çıxarışından və plan ölçüdən məlum olmuşdur ki, Naxçıvan Şəhər XDM İc raiyyə Komitəsinin 31 may 1993-cü il tarixli, 245 nömrəli qərarı ilə 1993-cü ildən ümumi mənzil növbəsində dayanan İddiaçı şəhərin 60-cı məhəlləsində 19 nömrəli torpaq sahəsi verilmişdir. Belə olan halda isə həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması hüququ müstəsna olaraq İddiaçı məxsus olmuşdur. Lakin buna baxmayaraq qeydiyyat orqanı tərəfindən qanunvericiliyin tələbləri pozularaq heç bir qanuni əsas olmadığı halda Naxçıvan şəhəri 60-cı məhəllədə yerləşən 19 nömrəli torpaq sahəsinə Maraqlı şəxs adına “Torpaq sahəsinin planı və cizgisi” işlənilmişdir ki, bu da son nəticədə İddiaçı gözlənilən mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya qurğuya və d igər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, kollegiya nəticə olaraq iddia tələbinin əsaslı olması qənaətinə gəlir və hesab edir ki, sadalanan xüsusatlar nəzərə alınaraq iddia təmin olunmalıdır. Sonda qeyd olunanları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naxçıvan şəhər şöbəsinə qarşı torpaq sahəsinin planı və ölçüsünün yenidən tərtib edilməsi və tikililərə mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 27 iyul 2009-cu il tarixli, 2(078)-272/2009 saylı qətnaməsindən mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 27 iyul 2009-cu il tarixli, 2(078)-272/2009 nömrəli qətnaməsi tamamilə ləğv olunmalı, i ş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naxçıvan şəhər şöbəsinə qarşı torpaq sahəsinin planı və ölçüsünün yenidən tərtib edilməsi və tikililərə mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin olunmalı, Naxçıvan MR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naxçıvan şəhəri 60-cı məhəllədə yerləşən 19 nömrəli torpaq sahəsinə dair Maraqlı şəxs adına verilmiş A 003153 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ləğv edilməli və həmin torpaq sahəsinə İddiaçı adına “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilməklə üzərində yerləşən, ölçüləri 27.45 kv.metr, 27.00 kv.metr olan iki yaşayış otağı, 6.10 kv.metr olan hamam, 1.60 kv.metr olan tualet və 2.32 kv.metr olan girişdən ibarət tikililərə İddiaç ı mülkiyyət hüququ tanınmalı, qətnamənin icrası Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Naxçıvan Muxtar Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinə həvalə edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 402, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naxçıvan şəhər şöbəsinə qarşı torpaq sahəsinin planı və ölçüsünün yenidən tərtib edilməsi və tikililərə mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 27 iyul 2009-cu il tarixli, 2(078)-272/2009 saylı qətnaməsindən mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyə n üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 27 iyul 2009-cu il tarixli, 2(078)-272/2009 nömrəli qətnaməsi tamamilə ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naxçıvan şəhər şöbəsinə qarşı torpaq sahəsinin planı və ölçüsünün yenidən tərtib edilməsi və tikililərə mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin olunsun. Naxçıvan MR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naxçıvan şəhəri 60-cı məhəllədə yerləşən 19 nömrəli torpaq sahəsinə dair Maraqlı şəxs adına verilmiş A003153 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ləğv edilsin və həmin torpaq sahəsinə İddiaçı adına “Torpaq sahəsinin planı və ölçüsü” tə rtib edilməklə üzərində yerləşən, ölçüləri 27.45 kv.metr, 27.00 kv.metr olan iki yaşayış otağı, 6.10 kv.metr olan hamam, 1.60 kv.metr olan tualet və 2.32 kv.metr olan girişdən ibarət tikililərə İddiaçı mülkiyyət hüququ tanınsın. Qətnamənin icrası Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Naxçıvan Muxtar Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinə həvalə edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Мuxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar