Məhkəmə qərarları › İş №2(108)-83/2023

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-83/2023

06.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-83/2023 06.07.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və X1 ibarət tərkibdə, X16 məhkəmə iclas katibliyi, Cavabdeh-iddiaçı Cavabdeh, onun vəkili Vəkil və nümayəndəsi Nümayəndə iştirakı ilə, Şərur Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(110)-176/2023 nömrəli qətnaməsindən cavabdeh-iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Şərur Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(110)-176/2023 nömrəli qətnaməsi ilə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsinin boşaldılması və istifadəyə olan maneələrin aradan qaldırılması tələbinə dair ilkin iddias ı təmin edilərək Şərur rayon Xanlıqlar kəndi ərazisində JN-150 KOD 10218018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə iddiaçı-cavabdeh X2 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.55 ha torpaq sahəsinin cavabdeh-iddiaçı Cavabdeh tərəfindən boşaldılması və onun tərəfindən torpaqdan istifadəyə olan maneələrin aradan qaldırılması, məhkəməyə müraciət edilərkən iddiaçıcavabdeh tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun özünə aid edilməsi, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi, məhkəməyə müraciət edilərkən cavabdeh-iddiaçı tərəfindən ödənilmiş 180 (bir yüz səksən) manat məbləğində dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. İşin halları: İlkin iddia tələbi ü zrə iddiaçı-cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh-iddiaçı Cavabdeh Şərur rayon Aqrar İslahat Komissiyası tərəfindən JN150 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.55 ha torpaq sahəsinin boşaldılması və torpaqdan istifadəyə olan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh-iddiaçı Cavabdeh qarşlıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddiasının təmin edilməsi, iddiaçı-cavabdeh İddiaçı iddia tələbinin rədd edilməsi və mərhum anaları Xanım Abdullayevadan aldığı torpaq sahəsinin əvəzinə başqa yerdən 1.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alınıb verilməsi və ya olmadıqda həmin torpaq sahəsini alm aq üçün ödədiyi 3000 (üç min) ABŞ dolları (5100 manat) pulun və əldən çıxmış fayda qismində həmin torpaq sahəsinin bu günə olan bazar qiyməti ilə dəyərinin fərqini 25000 (iyirmi beş min) manat, ümumilikdə 30000 (otuz min) manat pulun iddiaçı-cavabdeh İddiaçı alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(110)-176/2023 nömrəli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə cavabdeh-iddiaçı Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək məhkəmənin qətnaməsinin ləğv edilib, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş cavabdeh-iddiaçı Cavabdeh apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. Cavabdeh-iddiaçı Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2001-ci ildə Şərur Rayon Xanlıqlar kəndi ərazisində həmkəndlisi Həbib Həbibbəylinin torpaq sahəsini suvararkən iddiaçı-cavabdeh İddiaçı anası, əvvəlcədən tanımadığı Şərur rayon Xanlıqlar kənd sakini X23 ona yaxınlaşaraq 1.55 ha torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Həmin torpaq sahəsinin Həbib müəllimin torpaq sahəsinə yaxın olduğunu, əgər almaq istəsə onu gəlib görməsini bildirməyini ondan xahiş etmişdir. X23 ilə birlikdə onun 1.55 ha torpaq sahəsinə yerində baxdıqdan sonra Xanım Abdullayeva hələlik torpağın bir hissəsini 2000 (iki min) ABŞ dollarına satmaq istədiyini, bir payını isə hələlik satmaq istəmədiyini, əgər gələcəkdə torpağın qalan hissəsini də satarsa, əvvəlcədən ona bildirəcəyi barədə razılaşmışlar. Püsyan kəndinə yaxın ərazidə yerləşən torpaq sahəsini sataraq həmkəndlisi X24 yanında ilk olaraq Xanım Abdullayevaya 1000 (bir min) ABŞ dolları pul vermişdir. Pulun qalanını isə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni verdikdən sonra verəcəyini bildirmişdir. Xanım Abdullayeva isə evinin yandığını, torpağın sənədlərinin də yandığını, bu səbəbdən də torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməni verə bilməyəcəyini ona bildirmişdir. Sonra Şərur rayon Püsyan kənd sakini X32 rayon Filialında işləyən X17 ilə görüşüb söhbət edərkən X12 mülkiyy ətə verilməsinə dair şəhadətnaməni banka qoyaraq pul götürdüyünü öyrənmişdir. Xanım Abdullayeva sənədlərin həqiqətən bankda olduğunu etiraf etmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni bankdan götürmək üçün pulun qalanını verməyini tələb etmişdir. Torpağın verilməsinə dair şəhadətnaməni götürməsi üçün əlavə olaraq X.Abdullayeva 1000 ABŞ dolları almışdır. Təqribən 2007-ci ildə Xanım Abdullayevanın torpaq sahəsinin qalan hissəsini başqasına satmaq istədiyini öyrənmişdir. X22 rayon Mahmudkənd kəndində yaşayan qardaşı Mamed müəllimdən Xanımın telefon nömrəsini alaraq onunla danışmış və torpaq sahəsinin qalan hissəsini də almaq istədiyini bildirmişdir. Xanım ona torpaq sahəsinin qalan hissəsini almaq üçün pulu Xanlıqlar kənd sakini Cəlilov Qadirin evinə verilməsini bildirmişdir. 700 (yeddi yüz) ABŞ dolları pulu Xanlıqlar kəndində Qadirin evində arvadı Əntiqəyə vermişdir. İki-üç gün sonra yenidən Xanım Abdullayevaya mobil telefonla zəng etmiş və pulu Qadirin arvadı Əntiqəyə verdiyini bildirmişdir. Xanımla görüşdükdə Xanım ona əlavə olaraq 300 (üç yüz) ABŞ dolları da verməli olduğunu demiş və onun qonşusu Məmmədov İsanın yanında Xanıma əlavə olaraq ona 300 (üç yüz) ABŞ dolları pul vermişdir. Ümumilikdə həmin torpaq sahəsini almaq üçün Xanım Abdullayevaya 3000 (üç min) ABŞ dolları pul ödəmişdir. Lakin həmin vaxt Xanım ona uşaqların azyaşlı olduğunu və evləri yanarkən şəxsiyyət vəsiqələrinin yandığını bildirərək torpağın alqı-satqısını rəsmiləşdirə bilməyəcəyini bildirmiş və yaylığından yapışaraq bu yaylıq gərək mənə haram ola ki mən sənin torpağı almağını danam demi şdir, həmin torpaq sahəsi 2001-ci ildən bu günə kimi onun istifadəsində olmuşdur. Bu gün həmin torpaq sahəsinin qiyməti təqribən 30000 (otuz min) manatdır. Xanım Abdullayeva 2016-cı ildə vəfat etdikdən sonra onun ailə üzvləri 2022-ci ildə Türkiyə Respublikasından Xanlıqlar kəndinə qayıtmışlar, torpağın qiymətlərinin qalxdığını öyrəndikdən sonra torpağı qaytarmaq istədiklərini bildirmişlər. 2001-ci ildə mərhum anaları Xanım Abdullayevaya 3000 (üç min) ABŞ dolları pul ödəməklə satın aldığını, onlara halallıq olsun deyə əlavə olaraq 1000 (bir min) manat pul təklif etmiş, 1.55 ha torpaq sahəsinin bu günə olan qiymətini - 30000 (otuz min) manat pul vermələrini və ya əvəzində başqa bir yerdə torpaq alıb verəcəkləri təqdirdə torpaqlarını onlara geri qaytaracağını bildirmişdir. Xanım Abdullayeva dan 2001-ci ildə 3000 (üç min) ABŞ dollarına aldığı həmin torpaq sahəsini bu gün 30000 (otuz min) manata satsaydı burdan 25000 (iyirmi beş min) qazanc əldə etmiş olardı. Mərhumla torpaq sahəsilə bağlı aralarında yaranmış münasibəti iş üzrə dindirilmiş şahidlər bir daha təsdiq etmişlər. Mülki iddianın sübutu olaraq şifahi qaydada verdiyi şahidlərin, yəni X4 və X30 məhkəməyə çağırılıb dindirilməmişlər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar, yəni iyirmi il ərzində torpaq sahəsinə hansı səbəbdən sahiblik etməyi aydınlaşdırılmamışdır. Göstərilənlərə əsasən, Şərur Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(110)176/2023 nömrəli qətnaməsini ləğv edərək, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh-iddiaçı Cav abdeh apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında birinci instansiya məhkəməsində şikayətinə səthi yanaşıldığını, məhkəməyə təqdim etdiyi şahidlərin ifadələrinə münasibətdə düzgün hüquqi qiymət verilmədiyini, mübahisəli torpaq sahəsinin 1.55 ha olmaqla Şərur rayonu, Xanlıqlar kəndində Həbib adlı şəxsin torpaq sahəsinə bitişik ərazidə yerləşdiyini, 2001-ci ildə həmin vaxt Həbib adlı şəxsin torpaq sahəsini suvardığını, suvarmanı bitirdikdən sonra kənd mərkəzinə gedən zaman Xanım adlı bir qadının yaxınlaşaraq kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsini satmaq istədiyini bildirdiyini, torpaq sahəsinə baxdıqdan sonra Xanım Abdullayeva həmin torpaq sahəsinin bir hissəsini satdığını ona bildirdiyini, əgər gələcəkdə torpağın digər hissəsini də sat acağı təqdirdə ona verəcəyi barədə Xanımla razılaşdıqlarını, öz torpaq sahəsini 7 nəfər ailə üzvləri ilə birlikdə Nazim Novruzov adlı şəxsə 700 ABŞ dollarına satdıqlarını, Nazim adlı şəxsin iştirakı ilə Xanım Abdullayevaya 1000 ABŞ dolları verib torpaq sahəsinin sənədini ondan istədiyini, Xanımın isə ona evi yandığından evin digər əşyaları ilə birlikdə torpağın sənədinin də yandığını bildirdiyini, daha sonra isə başından yaylığını açaraq “torpaq sahəsi sənindir, əgər bunun əksi olarsa onda gərək başımdakı yaylıq mənə haram ola” dediyini, ona inanıb daha torpağın sənədlərini ondan istəmədiyini, bir neçə gün sonra torpağın sənədlərinin yanmadığını, X12 sənədini banka qoyaraq oradan pul götürdüyünü öyrəndiyini, bunu bildikdən sonra həmin torpaq sahəsinin mübahisəli yer olduğunu görüb birbaşa Xanımın yanına gedib torpağı istəmədiyini, pulunu qaytarmasını istədiyini, Xanımın isə borcu olduğundan torpağın sənədini banka girov qoyub pul götürərək borcunun bir hissəsinə verdiyini, ondan aldığı pulu da borcuna verdiyini bildirdiyini, verdiyi pulu ala bilmədiyindən məcbur qalıb X.Abdullayeva ilə razılaşdığını, torpaq sahəsini ümumilikdə 3000 ABŞ dollarına alqı-satqı etmək barədə razılaşdıqlarını, torpaq sahəsini girovdan azad edib sənədini bankdan götürməsi üçün Xanıma əlavə 1000 ABŞ dolları verdiyini, Xanımın isə torpağın sənədini bankdan alıb cavabdeh-iddiaçıya verdiyini, ona ancaq ümumi mülkiyyətdə olan torpaq sahəsinin sənədinin verildiyini, Xanım Abdullayeva torpağın sənədini ona verdikdən sonra birlikdə həmin vaxt Xanlıqlar kənd icra nümayəndəsi işləyən Fəxrəddin adlı şəxsin ya nına gedib torpaq sahəsini cavabdeh-iddiaçının adına sənədləşdirmək istədiklərini ona bildirdiklərini, icra nümayəndəsinin isə sənədlərə baxdıqdan sonra Xanım Abdullayevanın sənədlərinin köhnə olduğunu, həmçinin alqı-satqı üçün notariusa getməli olduqlarını bildirdiyini, daha sonra Xanım Abdullayevanın uşaqları ilə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərinə gedib orada yaşamağa başladıqlarını, həmin vaxtdan indiyə kimi torpaq sahəsindən özünün istifadə etdiyini, torpağın dövlət vergisini və digər xərclərini özünün çəkdiyini, X6yıtdıqdan sonra, yəni 2013-cü ildə rəhmətə getdiyindən torpaq sahəsini yenə də cavabdeh-iddiaçının adına rəsmiləşdirə bilmədiklərini, torpaq sahəsini alması ilə bağlı birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələrindən və mübahisəli torpaq sahəsin in sənədinin onda olmasından başqa heç bir sübutunun olmadığını, 20 ildən artıqdır ki, həmin torpaq sahəsindən özü və ailə üzvlərinin istifadə etdiklərini və bu müddətdə buna mübahisəli torpaq sahəsinin heç bir mülkiyyətçisinin etiraz etmədiyini, ancaq 2023-cü ilin yanvar ayında mülkiyyətçilərdən biri olan mərhum X3 İbrahimovanın ona qarşı iddia qaldırıb torpaq sahəsini tələb etdiyini, bu səbəbdən də tələbinin ona qarşı yönəldiyini, İddiaçı iddia qaldırdıqdan sonra onun yaşadığı evə gedib torpaq sahəsinin mülkiyyətçilərinin hər birinə halallıq olsun deyə 1000 manat verib torpaq sahəsini onun adına sənədləşdirməyi təklif etdiyini, ancaq mərhum Xanım Abdullayevanın qızı İddiaçı onun təklifini qəbul etmədiyini, belə olan halda ona dəymiş ziyanı iddiaçıdan tələb etdiyini, 1.55 ha mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olmasını təsdiq edən hər hansı bir sübutunun olmadığını bildirərək kollegiyadan göstərdiklərimin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin olunmaqla məhkəmənin qətnaməsinin ləğv olunaraq qarşılıqlı iddiasının təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh-iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək cavabdeh-iddiaçı Cavabdeh ilə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh-iddiaçı Cavabdeh vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək cavabdeh-iddiaçı Cavabdeh ilə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edlməsi, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul e dilməsini xahiş etdi. İddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X18, X10 və X19 işə baхılmanın vaхtı və yeri haqqında lazımi qaydada хəbərdar edilmələrinə baхmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı-cavabdeh İddiaçı 06 iyul 2023-cü il tarixində kollegiyaya teleqram göndərərək xəstəliyi ilə əlaqədar olaraq Bakı şəhərində müalicə aldığından məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini, apellyasiya şikayətini qəbul etmədiyini, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən iddiaçıcavabdeh İddiaçı, iddiaçı tərəfində mübahisə predmeti barəsində müs təqil tələb irəli sürməyən üçüncü şəxslər X18, X10 və X7 iştirakları olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Аzərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci mаddəsinin tələbinə əsаsən аpеllyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə işdə оlаn və əlаvə təqdim оlunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bахır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamal ıdır. İşin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, iddiaçıcavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur Rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında ona və ailə üzvlərinə 1,55 ha təsərrüfat təyinatlı torpaq sahəsi verildiyini, həmin torpaq sahəsinə JN-150 nömrəli 10218018 kod ilə torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə verildiyini, atası Bakı şəhərində olduğundan və onlar da balaca olduqlarından həmin torpaq sahəsini əkib-becərmədiklərini, anasının həmin torpaq sahəsini istifadə etmədiklərindən Danyeri kənd sakini Cavabdeh kirayə verdiyini, Cavabdeh neçə ildir ki, həmin torpaq sahəsini kirayə olaraq əkdiyini, uzun illərdir ki, torpaqlarını Qurban əkdiyindən kübrə alması üçün anasının torpağın sənədini də ona verdiyini, anasın ın 2016-cı ildə vəfat etdiyini, anası vəfat edəndən sonra torpaq sahəsini özlərinin əkmək qərarına gəldiklərini, bu barədə Qurbana müraciət edərək torpaq sahəsi geri qaytarmasını istədiklərini, lakin Qurbanın həmin torpaq sahəsini mərhum anasının ona satdığını dediyini, onun isə torpağın ona satılmadığını, bu barədə dəfələrlə anasından torpağın kirayə verildiyini eşitdiyini dediyini, lakin Qurbanın əlində torpağın ona satılmasına dair heç bir sübutu olmadan bu il də həmin torpaq sahəsini əkdiyini, dəfələrlə Qurbandan torpağın boşaldılmasını istəsə də buna nail ola bilmədiyini göstərərək, cavabdeh-iddiaçı Cavabdeh Şərur rayon Aqrar İslahat Komissiyası tərəfindən JN-150 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.55 ha torpaq s ahəsinin boşaldılması və torpaqdan istifadəyə olan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Xanlıqlar kənd sakini İddiaçı Şərur rayon Məhkəməsinə ona qarşı iddia ərizəsi ilə müraciət edərək Şərur rayon Aqrar İslahat Komissiyası tərəfindən JN-150 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onun və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 1.55 ha torpaq sahəsinin boşaldılması və torpaqdan istifadəyə qarşı maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etdiyini, onun iddiaya etiraz etdiyini və iddianı qəbul etmədiyini, belə ki, 2001-ci ildə Şərur rayon Xanlıqlar kənd ərazisində həmkəndlisi Həbib Həbibbəylinin torpaq sahəsini suv ararkən iddiaçı-cavabdeh İddiaçı anası, əvvəlcədən tanımadığı Şərur rayon Xanlıqlar kənd sakini X13 ona yaxınlaşaraq 1.55 ha torpaq sahəsini satmaq istədiyini, həmin torpaq sahəsinin Həbib müəllimin torpaq sahəsinə yaxın olduğunu, əgər almaq istəsə onu gəlib görməsini bildirməyini xahiş etdiyini, cavabdeh-iddiaçının isə ona torpaq sahəsinin kənddən çox aralı olduğunu, əgər qiymətində razılaşarıqsa torpaq sahəsini satıb onun torpaq sahəsini ala biləcəyini bildirdiyini, onun X23 ilə birlikdə onun 1.55 ha torpaq sahəsinə yerində baxdıqdan sonra Xanım Abdullayevanın hələlik torpağın bir hissəsini 2000 (iki min) ABŞ dollarına satmaq istədiyini, bir payını isə hələlik satmaq istəmədiyini, əgər gələcəkdə torpağın qalan hissəsini də satarsa əvvəlcədən ona bildirəcəyi barədə razılaşdıqlarını, onun Püsyan kəndinə yaxın ərazidə yerləşən torpaq sahəsini sataraq həmkəndlisi X24 yanında ilk olaraq Xanım Abdullayevaya 1000 (bir min) ABŞ dolları pul verdiyini, pulun qalanını isə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni verdikdən sonra verəcəyini bildirdiyini, Xanım Abdullayevanın isə evinin yandığını, torpağın sənədlərinin də yandığını, bu səbəbdən də torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməni verə bilməyəcəyini bildirdiyini, onun daha sonra Şərur rayon Püsyan kənd sakini X32 rayon Filialında işləyən X17 ilə görüşüb söhbət edərkən X12 Şəhadətnaməsini banka qoyaraq pul götürdüyünü öyrəndiyini, bu barədə Xanım Abdullayevaya bildirdikdə o torpaq sənədlərini həqiqətən bankda olduğunu etiraf etdiyini və torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməni bankdan götürmək üçün p ulun qalanını verməyini tələb etdiyini, onunda torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni götürməsi üçün əlavə olaraq ona 1000 (bir min) ABŞ dolları pul verdiyini və bir neçə gündən sonra Xanımın Torpağın mülkiyyətə verilməsinə dair X9 götürüb ona verdiyini, daha sonra onların ailəliklə Türkiyə Respublikasına getdiklərini, təqribən 2007-ci ildə onun Xanım Abdullayevanın torpaq sahəsinin qalan hissəsini başqasına satmaq istədiyini öyrəndiyini, onun X22 rayon Mahmudkənd kəndində yaşayan qardaşı Mamed müəllimdən Xanımın telefon nömrəsini alaraq onunla danışdığını və torpaq sahəsinin qalan hissəsini də almaq istədiyini bildirdiyini, Xanımın ona torpaq sahəsinin qalan hissəsini almaq üçün pulu Xanlıqlar kənd sakini Cəlilov Qadirin evinə verilməsini bildirdiyini, onun 700 (yeddi yüz) ABŞ dolları pulu Xanlıqlar kəndində Qadirin evində arvadı Əntiqəyə verdiyini, iki-üç gün sonra onun yenidən Xanım Abdullayevaya mobil telefonla zəng etdiyini və pulu Qadirin arvadı Əntiqəyə verdiyini bildirdiyini, Xanımın ona Türkiyədən gəldiyini, kənddə olduğunu, onunla görüşmək istədiyini bildirdiyini, onun Xanlıqlar kəndində Xanımla görüşdükdə Xanımın ona əlavə olaraq 300 (üç yüz) ABŞ dolları da verməli olduğunu dediyini və onun qonşusu Məmmədov İsanın yanında Xanıma əlavə olaraq ona 300 (üç yüz) ABŞ dolları pul verdiyini, ümumilikdə onun həmin torpaq sahəsini almaq üçün Xanım Abdullayevaya 3000 (üç min) ABŞ dolları pul ödədiyini, lakin həmin vaxt Xanım ona uşaqların azyaşlı olduğunu və evləri yanarkən şəxsiyyət vəsiqələrinin yandığını bildirərək torpağın alqı-satqısını rəsmiləşdirə bilm əyəcəyini bildirdiyini və yaylığından yapışaraq bu yaylıq gərək mənə haram ola ki mən sənin torpağı almağını danam dediyini, onun da bir qonşu kəndli kimi ona inandığını və heç bir rəsmi sənəd almadan torpağın alqı-satqısını daha sonra rəsmiləşdirmələri barədə razılaşdıqlarını, həmin torpaq sahəsinin 2001-ci ildən bu günə kimi onun istifadəsində olduğunu, bu gün həmin torpaq sahəsini qiyməti təqribən 30000 (otuz min) manat olduğunu, Xanım Abdullayevanın 2016-cı ildə vəfat etdikdən sonra onun ailə üzvlərinin 2022-ci ildə Türkiyə Respublikasından Xanlıqlar kəndinə qayıtdıqlarını, torpağın qiymətlərinin qalxdığını öyrəndikdən sonra torpağı qaytarmaq istədiklərini bildirdiklərini, onun isə onlara torpağı 2001-ci ildə mərhum anaları Xanım Abdullayevaya 3000 (üç min) ABŞ dolları pul ödəməklə sat ın aldığını, onlara halallıq olsun deyə əlavə olaraq 1000 (bir min) manat pul təklif etdiyini və torpağın alqı-satqısının rəsmiləşdirilməsini xahiş etdiyini, əks təqdirdə torpağı qaytarmaq üçün ona həmin 1.55 ha torpaq sahəsinin bu günə olan qiymətini - 30000 (otuz min) manat pul vermələrini və ya əvəzində başqa bir yerdə torpaq alıb verəcəkləri təqdirdə torpaqlarını onlara geri qaytaracağını bildirdiyini, İddiaçı isə ona heç nə ödəməyəcəyini, torpaq sahəsini məhkəmə yolu ilə əlindən alacağını bildirdiyini, daha sonra İddiaçı ona qarşı mülkiyyətində olan torpaq sahəsinin boşaldılması və istifadəyə olan maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etdiyini öyrəndiyini, onun Xanım Abdullayevadan 2001-ci ildə 3000 (üç min) ABŞ dollarına aldığı həmin torpaq sahəsini bu gün 3000 0 (otuz min) manata satsaydı burdan 25000 (iyirmi beş min) qazanc əldə etmiş olacağını, iddiaçı-cavabdeh Sədaqət Hüseynovaya 2001-ci ildə mərhum anaları X11 aldığı 1.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini geri qaytarmaqla onu 25000 (iyirmi beş) min zərərə salacaqlarını, ona görə də Xanım Abdullayevadan aldığı torpaq sahəsini qaytaracağı təqdirdə iddiaçı-cavabdeh İddiaçı həmin torpaq sahəsinin əvəzinə ona başqa bir yerdən 1.55 ha torpaq sahəsi alıb verməli və ya həmin torpaq sahəsini almaq üçün ödədiyi 3000 (üç min) ABŞ qolları (5100 manat) pulun və əldən çıxmış fayda qismində həmin torpaq sahəsinin bu günə olan bazar qiyməti ilə dəyərinin fərqini 25000 (iyirmi beş min) manat, ümumilikdə 30000 (otuz min) manat pul ödəməli olduğunu göstərərək iddiaçı-cavabdeh İddiaçı göstərilən məb ləğdə pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiya sına dair 1 saylı Protokolun mülkiyyətin müdafiəsi adlanan 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Torp aq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Kollegiya apellyasiya şikayətində göstərilmiş mərhumla torpaq sahəsilə bağlı aralarında yaranmış münasibəti iş üzrə dindirilmiş şahidlərin təsdiq etməsi, mülki iddianın sübutu olaraq şifahi qaydada verdiyi şahidlərin, yəni X4 və X25 məhkəməyə çağırılıb dindirilməməsi ilə əlaqədar dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan JN-150 KOD 10218018 nömrəli, 09 dekabr 1999-cu il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Şərur Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Şərur rayon Xanlıqlar kəndi ərazisində 1.55 ha torpaq sahəsi kənd təsərrüatı məhsullarının ist ehsalı üçün X18 və onun ailə üzvləri X13, X2, X7 və X5 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həm in əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və to rpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Kollegiya qeyd edir ki, mübahisələndirilən Şərur rayonunun Xanlıqlar kəndi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı 1.55 ha torpaq sahəsi üzərində X18 və onun ailə üzvləri X13, X2, X7 və X5 mülkiyyət hüquqları torpağın mülkiyyətə verilm əsi haqqında dövlət aktı ilə müəyyən edilmişdir. Cavabdeh-iddiaçı Cavabdeh mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüququnun yaranmasına dair yuxarıda göstərilmiş normalarda qeyd edilən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilə, X18 və onun ailə üzvləri X23, X8, X19 və X10 ilə cavabdeh-iddiaçı arasında bağlanan müqavilə və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında hüquq əldə etməsi və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmə li hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya cavabdeh-iddiaçının apellyasiya şikayətində göstərdiyi torpağı 2001-ci ildə iddiaçının mərhum anası Xanım Abdullayevaya 3000 (üç min) ABŞ dolları pul ödəməklə alması, məhkəmədə dindirilmiş şahidlərin onun mərhum Xanım Abdullayeva ilə torpaq sahəsi ilə bağlı aralarında yaranmış münasibətləri təsdiq etdiyini göstərsələr də, birinci instansiya məhkəməsinin həmin şahid ifadələrini işin digər araşdırılmış halları ilə birlikdə düzgün qiymətləndirməməsinə dair dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, mülki işin materiallarından da göründüyü kimi, mübahisələndirilən torpaq sahəsi üzərində JN-150 KOD 10218018 nömrəli, 09 dekabr 1999-cu il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə X18 və onun ailə üzvləri X13, X2, X7 və X5 mülkiyyət hüququ müəyyən edilmişdir. Şahidlərin həmin torpaq sahəsini mərhum X13 cavabdeh-iddiaçı Cavabdeh satmasını bildirməsi isə Şərur rayonunun Xanlıqlar kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1.55 ha torpaq sahəsi üzərində cavabdehiddiaçının mülkiyyət hüququnun olmasına əsas vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının ərazisində aparılan vahid qeydiyyat toplumudur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Res publikası Qanununun 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 iyul 2015-ci il tarixli qərarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəm əsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli və Müşfiq Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Az ərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinin tələbinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi ilə əlaqədar müqavilələrin notariat qaydasında təsdiq olunmalı olması qanunla müəyyən edildiyindən, müqavilənin forması tərəflərin razılığı ilə dəyişdirilə bilməz. Notarial qaydaya riayət olunmamaqla tərəflər arasında bağlanmış müqavilələri qanun etibarsız hesab etdiyindən həmin sənədlərə əsasən tərəflər arasındakı əqdlər etibarlı hesab oluna bilməz. Eləcə də tərəflər arasında notarial qaydada təsdiq olunmadan tərtib olunmuş ikitərəfli və yaxud çoxtərəfli müqavilələr, daşınmaz əmlakın satılması və pulun veri lməsinə dair qəbzlər və sair sənədlər daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi üçün əsas hesab oluna bilməz. İşin yuxarıda şərh olunmuş hallarından da göründüyü kimi, cavabdeh-iddiaçı Cavabdeh apellyasiya şikayətində göstərdiyi həmin paylı mülkiyyətdə olan torpaq sahəsini iddiaçının anası mərhum Xanım Abdullayevadan 3000 (üç min) ABŞ dollarına almasına və qanunun yuxarıda qeyd olunmuş normalarında müəyyənləşdirilmiş qaydada və əsaslarla daşınmaz əmlaka mülkiyyət hüququ əldə etməsinə dair hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir və birinci instansiya məhkəməsi şikayətdə göstərilən həmin hallara hüquqi qiymət vermişdir. Göstərilənlərə əsasən kollegiya apellyasiya şikayətində göstərilmiş bu dəlilləri əsassız hesab edir. Kollegiya apellyasiya şikayətində göstərilmiş məhkəmənin g əldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların, yəni iyirmi il ərzində torpaq sahəsinə hansı səbəbdən sahiblik etməsinin aydınlaşdırılmaması ilə əlaqədar dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.4-cü maddəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2006-cı il tarixli qərarında göstərilmişdir ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri e tməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. İşin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən olunduğu kimi, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. Cavabdeh-iddiaçı Cavabdeh apellyasiya şikayəti və izahatında 20 il ərzində mübahisələndirilən torpaq sahəsinə xüsusi hüquqa əsaslanmayan faktiki sahiblik etməsini göstərməsinin isə onun (iddiaçı AA******* nömrəli fərdi identifikasiya nömrəsi xxxxxxx olan şəxsiyyət vəsiqəsi üzrə soyadı İbrahimova olan) X8 və iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin mülkiyyətində olan qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi anlamına gəlmir. Kollegiya göstərilən lərə əsasən apellyasiya şikayətində göstərilmiş bu dəlilləri də əsassız hesab edir. İşin yuxarıda şərh olunmuş hallarına əsasən kollegiya belə nəticəyə gəlir ki, işə baxan birinci instansiya məhkəməsi iddiaçı-cavabdeh İddiaçı iddiasının təmin edilməsinə və cavabdeh-iddiaçı Cavabdeh isə qarşılıqlı iddiasının rədd olunmasına münasibətdə düzgün nəticəyə gəlmişdir Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsı MPM-in 217.4-cü maddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya belə nəticəyə gəlir ki, cavabdeh-iddiaçı Cavabdeh öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neqauti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avro pa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə düzgün nəticə verilmişdir və apellyasiya şikayə tinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya cavabdeh-iddiaçı Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Аzərbаycаn Rеspublikаsı MPM-in 382, 384.0.1, 392, 393, 402, 403, 404, 405 və 406-cı mаddələrini rəhbər tutaraq kollegiya qətеtdi: Cavabdeh-iddiaçı Cavabdeh tərəfindən verilmiş аpеllyаsiyа şikаyəti təmin еdilməsin. Şərur Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(110)-176/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar