Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-88/2022 05.07.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, Muradov Vüsal Hicran oğlunun məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən azad edilməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-568/2021 nömrəli, 27 may 2022-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi X3 və iddiaçının vəkili Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 469 kvadrat metr torpaq s ahəsinin Cavabdeh qanunsuz istifadəsində olan 109 kvadrat metr hissəsinin cavabdehin sahibliyindən azad edilməsi, torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(078)-568/2021 nömrəli qətnaməsi ilə iddia əsassız olduğundan rədd edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(078)-568/2021 nömrəli qətnaməsinin surəti 16 sentyabr 2021-ci il tarixdə məlumat üçün tərəflərə göndərilmiş, iddiaçı və onun nümayəndəsi qətnaməni xx.xx.2021-ci il tarixdə imza etməklə qəbul etmişdir. İş üzrə iddiaçının nümayəndəsi X3 04 oktyabr 2021-ci il tarixdə apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(078)-568/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddia ərizəsinə mahiyyəti üzrə baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Mülki iş apellyasiya şikayəti ilə birlikdə 26 oktyabr 2021-ci il tarixdə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsi mülki kollegiyasına göndərilmiş, Naxçıvan MR Ali Məhkəməsi mülki kollegiyasının 11 noyabr 2021-ci il tarixli 2(108)-200/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək Naxçıvan Şəhər Məhkəməsinə geri qaytarılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 361 və 363-cü maddələrinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmışdır. İddiaçının nümayəndəsi X3 01 mart 2022-ci il tarixdə apellyasiya şikayəti verərək, Naxçıvan Şəhər Məhkəmə sinin 13 sentyabr 2021-ci il tarixli, 2(078)-568/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 03 mart 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmışdır. Sözügedən qərardadda iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətində yol verilən nöqsanlar ərtaflı şəkildə göstərilmiş və həmin nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən apellyasiya şikayəti ilə müraciət etmək hüququ ona izah edilmişdir. 11 mart 2022-ci il tarixdə iddiaçının nümayəndəsi X3 tərəfindən apellyasiya şikayəti verilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 14 mart 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmışdır. İş üzrə iddiaçının nümayəndəsi X3 həmin qətnamədən şikayət verərək, Naxçıvan Şəhər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(078)-568/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin bərpa olunmasını xahiş etmiş, şikayət ərizəsi 17 may 2022-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(078)-568/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən azad edilməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(078)-568/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair iddiaçının nümayəndəsi X3 tərəfindən verilmiş ərizənin təmin edilməməsi, Naxçıvan Şəhər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(078)-568/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin iddiaçının nümayəndəsi X2 münasibətdə bərpasından imtina edilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(078)-568/2021 saylı qərardadının ləğv edilməsi və İddiaçı Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(078)-568/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinə və prosessual müddətin bərpasına dair ərizəsi nin təmin edilərək, apellyasiya şikayətinin baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(078)-568/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən azad edilməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi X1 və onun vəkili Vəkil Naxçıvan Şəhər Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(078)-568/2021 nömrəli qərardadından verdiyi şikayətin baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi X3 və iddiaçının vəkili Vəkil şikayəti onunla əsaslandırmışdırlar ki, buraxılmış prosessual müddətin bərpasından imtina haqqında qərardad belə əsasl andırılmışdır ki, “işə 13 sentyabr 2021-ci il tarixdə baxılaraq müvafiq qətnamə qəbul edilmişdir. Mülki iş üzrə verilən apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsində mümkünlüyün yoxlanılması üzrə məhkəmə iclasında iddiaçının nümayəndəsi iştirak etmişdir. Həmin vaxt iddiaçının nümayəndəsi qeyri-mümkünlük əsaslarını öyrənmişdir. Daha sonra 15 dekabr 2021-ci il tarixdə birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytarmışdır. Həmin müddətdən 01 mart 2022-ci il tarixədək iddiaçı və ya onun nümayəndəsi tərəfindən prosessual səhvlər düzəldilərək yenidən apellyasiya şikayəti ilə müraciət edilməmişdir. Bundan sonra iddiaçı və ya onun nümayəndəsi elektron qaydada apellyasiya şikayəti ilə müraciət etmiş, müxtəlif prosessual əsaslarla geri qaytarılmışdır. Qeyd edilən müddət kifayət qədər uzun müddətdir və 01 oktyabr 2021-ci il tarixdə məhkəmələrdə şikayətlərin qəbulu elektron kabinet vasitəsilə aparılır və tez bir zamanda bu proses elektron imza ilə elektron şikayətlərin qəbulu artıq formalaşmışdır. İddiaçının hüquqi savadı olmadığı üçün elektron qaydada şikayət verə bilməməsi barədə müddətin bərpası üçün ərizəsində bildirdiyi əsası məhkəmə üzürlü hal hesab etmir”. Hesab edirlər ki, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(078)568/2021 saylı qərardadı qanunsuz və əsassız olduğundan və iddiaçının məhkəməyə müraciət etmək hüququ pozulduğundan ləğv edilməli, buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilərək apellyasiya şikayəti baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilməlidir. Naxçıvan MR Şəhər Məhkəməsi iddiaçının mə hkəməyə çatımlıq hüququnu məhdudlaşdırmış, əsassız olaraq hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə məhdudiyyət qoymuşdur. Naxçıvan Şəhər Məhkəməsi hakimi qətnamə çıxararkən Ali qanunumuz olan Azərbaycan Respublikasının Konstitusiyasının tələblərini, həmçinin hakim andını pozmuşdur. (Məhkəmələr və hakimlər haqqında Qanun, maddə 95 «Ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyimə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağıma, yüksək hakim adına hörmət ruhunda davranmağıma and içirəm». Andiçmə dövlətin, vətəndaşın və ədalət mühakiməsinin qarşısında hakimlərin məsuliyyətinin təcəssümüdür).Məhkəmə iddiaçının Konstitusiya ilə təminat altına alınan və qorunan məhkəməyə müraciət hüququnu tə min etməmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(078)-568/2021 saylı qətnaməsindən apellyasiya şikayətini 1 aylıq şikayət vermə müddətini ötürmədən 04 oktyabr 2021-ci il tarixində məhkəməyə təqdim etmişdir. Naxçıvan Şəhər Məhkəməsi də şikayətini Naxçıvan MR Ali Məhkəməsinə göndərmişdir. Lakin 01 oktyabr 2021-ci il tarixdə Mülki Prosessual Məcəllədə yeni dəyişiklik qüvvəyə mindiyindən Naxçıvan MR Ali Məhkəməsi apellyasiya şikayətini qeyri-mümkün hesab edərək geri qaytarmışdır. Bundan sonra Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, qərardadı ilə apellyasiya şikayəti MPM-nin 361-ci və 363-cü maddələrinin tələblərinə riayət edilməməsi əsası ilə geri qaytarılmışdır. Lakin nümayəndəsi (atası X3) qanunvericilikdəki dəyişikliyi və hüquqları bilmədiyinə görə, elek tron şikayət verilməsini bilməmiş, Naxçıvan MR Ali Məhkəməsində qəbula getmiş, orada ona deyilmişdir ki, vəkilə müraciət et, elektron məhkəmə sistemi vasitəsilə apellyasiya şikayətini versin. Ondan sonra nümayəndəsi Bakı şəhərində fəaliyyət göstərən Vəkilla müqavilə bağlamış və vəkil yeni formada apellyasiya şikayətini və buraxılmış prosessual müddətin bərpası barədə ərizəni hazırlayaraq nümayəndənin imzası ilə xx.xx.2022-ci il tarixində elektron qaydada Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Lakin Naxçıvan Şəhər Məhkəməsi apellyasiya şikayətini qərəzli olaraq formal əsaslarla (apellyasiya şikayətinə kimin imza atmasının məlum olmaması, dövlət rüsumu barədə qəbzin PDF formada elektron iddia ərizəsinə əlavə edilməməsi) geri qaytarılmışdır. Halbuki, pdf formatında olan apellyasiya şikayəti ndə şikayəti verən şəxsin mümayəndəsi kimi X3 qeyd edilmişdir və şikayəti də o, imzalamışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadında göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən apellyasiya şikayəti elektron qaydada verilmişdir. Bu dəfə xx.xx.2022-ci il tarixli qərardadla yenə də apellyasiya şikayəti formal əsasla geri qaytarılmış və qərardadda bildirilmişdir ki, Məhkəmənin 15 dekabr 2021-ci il tarixli qərardadında dövlət rüsumu ilə bağlı qanunvericilik normaları iddiaçının nümayədəsinin diqqətinə çatdırılmaqla göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 mart 2011-ci il tarixli, 3 nömrəli Plenum qərarının 19-cu bəndində qeyd olunur ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə müvafiq olaraq apellya siya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa hakim apellyasiya şikayətini geri qaytarır”.Lakin məhkəmə hansı məbləğin 50% faizi miqdarında dövlət rüsumunun ödənilməsini nə xx.xx.2022-ci il tarixli qərardadında, nə də ki, xx.xx.2022-ci il tarixli qərardadında bildirməmişdir. Ona görə də nümayəndəsi və vəkili 50 manat dövlət rüsu mu ödəniməli olmasını bilməmiş və xx.xx.2022-ci il tarixli qərardaddan şikayət vermişdir. Halbuki, məhkəmə iddiaçının məhkəməyə müraciət hüququnun təmin olunması məqsədilə iddiaçıya və ya nümayəndəyə telefonla məlumat verib dövlət rüsumunun 50 manat ödənilməli olduğunu və həmin məbləğin ödənilib qəbzini pdf formatda kabinetə yerləşdirilməsinin mümkünlüyünü deyə bilərdi. Ancaq Naxçıvan Şəhər Məhkəməsinin hakimi, sanki qanunsuz qəbul etdiyi qətnamənin ləğv olunmaması üçün əlindən gələni etmişdir ki, iddiaçının apellyasiya şikayəti icraata qəbul edilməsin. Beləliklə Naxçıvan Şəhər Məhkəməsi müddətin bərpasına dair prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və iddiaçının məhkəməyə müraciət hüququnu pozmuşdur. Sonda iddiaçının nümayəndəsi X3 və iddiaçının vəkili Alışov X4 Şəhər Məhkəm əsinin xx.xx.2022-ci il tarixli, 2(078)-568/2021 saylı qərardadının ləğv edilməsi və İddiaçı Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(078)-568/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinə və prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilərək, apellyasiya şikayətinin baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışında İddiaçı nümayəndəsi X3 şikаyətini müdаfiə еdərək şikayətlə eyni məzmunlu izahatında 13 sentyabr 2021-ci il tarixli Naxçıvan Şəhər Məhkəməsi tərəfindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edildiyini, mülki iş üzrə qətnamədən verilən apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsində mümkünlüyü yoxlanılması üzrə məhkəmə iclasında özünün iştirak etd iyini, həmin vaxt ona apellyasiya şikayətinin qeyri-mümkünlüyünün əsaslarının izah edildiyini, daha sonra 15 dekabr 2021-ci il tarixdə birinci instansiya məhkəməsinin apellyasiya şikayətini geri qaytardığını bildirdiyini, 15 dekabr 2021-ci il tarixdən 01 mart 2022-ci il tarixədək və daha sonra iddiaçı və ya onun nümayəndəsi tərəfindən prosessual səhvlər düzəldilərək yenidən apellyasiya şikayəti ilə müraciət edilməməsini səbəbinin vəkil tapa blməməsi ilə əlaqədar olmasını, müddətin bərpası ilə bağlı kollegiyaya yalan danışa bilməyəcəyini, bununla bağlı müxtəlif fikirlər irəli sürə bilməyəcəyini, müddətin bərpa edilməsi üçün əlində məhkəməyə təqdim etməyə elə bir sübutu olmamasını, bununla belə ədalətin bərpası üçün müddətin bərpa edilməsinin vacib olmasını göstərərək şikayətinin təmin edilə rək Naxçıvan Şəhər Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(078)-568/2021 saylı qərardadının ləğv edilməsi və prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya inst ansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya belə hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən azad edilməsi və torpaq sahəsinin boşadılması tələbinə dair mülki iş üzrə 13 sentyabr 2021-ci il tarixli qətnamənin surəti 16 sentyabr 2021-ci il tarixdə tərəflərə göndərilmiş, sözügedən qətnamə iddiaçı və onun nümayəndəsi tərəfindən 22 sentyabr 2021-ci il tarixdə qəbul edilərək bu barədə bildirişə müvafiq imza edilmişdir. Bundan sonra iddiaçı və ya onun nümayəndəsi elektron qaydada apellyasiya şikayəti ilə müraciət etmiş, müxtəlif prosessual əsaslarla g eri qaytarılmışdır. Qeyd edilən müddət kifayət qədər uzun müddətdir və 01 oktyabr 2021-ci il tarixdən məhkəmələrdə şikayətlərin qəbulu elektron kabinet vasitəsilə aparılır və tez bir zamanda bu proses elektron imza ilə elektron şikayətlərin qəbulu artıq formalaşmışdır. İddiaçının hüquqi savadı olmadığı üçün elektron qaydada şikayət verə bilməməsi barədə müddətin bərpası üçün ərizəsində bildirdiyi əsası məhkəmə üzürlü hal hesab etmir. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən mülki prosessual qanunvericiliyin norma və prinsiplərini, Konstitusiya Məhkəməsinin qərarlarını, həmçinin presedent hüququ ilə bağlı Avropa İnsan Hüquqları üzrə Məhkəmənin qərarlarında formalaşmış hüquqi mövqeyini nəzərə almışdır. Bütün bu sadalananlara əsasən məhkəmə belə hesab edir ki, Naxçıvan Şəhər Məhkəməs inin 13 sentyabr 2021-ci il tarixli, 2(078)-568/2021 nömrəli qətnaməsindən şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması üçün heç bir əsas yoxdur. Çünki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 133.1-ci maddəsində qeyd olunur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Şikayətdə göstərilən dəlillər isə buraxılmış prossual müddətin bərpası və qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edil məsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Ona görə də məhkəmənin mövqeyi cavabdehin hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Kollegiya belə hesab edir ki, iddiaçının nümayəndəsi X3 və iddiaçının vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 27 may 2022ci il tarixli, 2(078)-568/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-568/2021 nömrəli, 27 may 2022-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi X3 və iddiaçının vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-568/2021 nömrəli, 2 7 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(108)-88/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-88/2022
05.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver