Məhkəmə qərarları › İş №2(108)-89/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-89/2021

11.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-89/2021 11.11.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlunun (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı1 Cavabdeh qarşı pul tələbi barədə mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(080)-17/2020 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı1 vəkili və nümayəndəsi Vəkil Cavabdeh qarşı 05 sentyabr 2019-cu il tarixdə pul tələbinə dair iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 7700 manat məbləğində borcun, mənəvi zərər kimi 2000 manat pulun, əldən çıxmış fayd a kimi 1000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ordubad Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(080)-17/2020 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı1 25 fevral 2020-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Ordubad Rayon Məhkəməsinin 2(080)-17/2020 nömrəli, 10 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam şəkildə təmin edilməsi barədə qərar çıxarılmasını kollegiyadan xahiş etmişdir. İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə düzgün hüquqi qiymət verməmiş, məhkəmə iclasında təqdim etdiyi sübutlar məhkəmənin diqqətindən kənarda qalmış, işə öz prizm asından yanaşaraq qanunun tətbiqində səhvə yol vermiş, bununla da onun hüquqlarını kobud surətdə pozmuşdur. İş materiallarında mövcud olan cavabdehin Bakı şəhəri, Xətai Rayon Polis İdarəsində verdiyi izahatında pulu ondan almasını etiraf etsə də məhkəmə bu etirafa düzgün hüquqi qiymət verməmişdir. İşə baxan hakim Mülki Məcəlləni bir kənara qoymuş, öz parametrləri ilə işə baxıb nəticə çıxarmışdır. Bununla da məhkəmə maddi hüququn tətbiqində səhvə yol vermişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 12 iyun 2020-ci il tarixli, 2(108)-91/2020 nömrəli qətnaməsi ilə Ordubad Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(080)-17/2020 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin e dilməmiş, Ordubad Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(080)17/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 12 iyun 2020-ci il tarixli, 2(108)-91/2020 nömrəli qətnaməsindən narazı qalan İddiaçı1 və onun vəkili Vəkil kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2021-ci il tarixli, 2(102)-301/2021 nömrəli qərarı ilə İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 12 iyun 2020ci il tarixli, 2(108)-91/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası belə hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmişdir. İddianı rədd edən məhkəmələr mövqelərini onunla əsaslandırmışlar ki, iddiaçı tərəfindən tərəflər arasında borc müqaviləsinin mövcudluğu barədə sübutlar təqdim olunmamışdır. Bununla bağlı məhkəmələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə istinad edərək göstərmişlər ki, iddiaçı tərəflər arasında bağlanmış yazılı borc müqaviləsini təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya inst ansiyası məhkəməsinin iddia tələbinin iddia ərizəsində göstərilməyən əsaslar üzrə araşdırılmasının iddiadan kənara çıxılması kimi qiymətləndiriləcəyi barədə mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı tələbində cavabdehdən “borcun” tutulmasını xahiş etsə də, iddianın əsasını borc müqaviləsi təşkil etdiyini göstərməmişdir. İddiadan görünür ki, iddiaçı alqı-satqı müqaviləsinə əsaslanan münasibətlərdən irəli gələrək alınan əmlakın dəyərinin qabaqcadan cavabdehə ödənildiyi məbləği geri tələb etmişdir. Digər tərəfdən məhkəmə kollegiyası izah etmişdir ki, prosessual qanunvericiliyində “Jura novit curia”, yəni “Məhkəmə qanunları bilir” prinsipi tətbiq olunur ki, iddiaya baxan məhkəmə iddia tələbinin əsaslandırılmasından asılı olmayaraq təqdim olunmuş sübutlara əsasən tərəflər arasında ya ranmış hüquq münasibətlərini müəyyən etmək və Azərbaycan Respublikası MPM-in 220.4cü maddəsinə əsasən həmin münasibətlərə uyğun olaraq maddi hüquq normanı tətbiq etməklə, mübahisəni həll etməlidir. Məhz həmin prinsipə uyğun olaraq 26 may 2009-cu il tarixli Qanunla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsindən iddia ərizəsində “qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif”in göstərmə vəzifəsinin iddiaçının üzərinə qoyulmasına dair müddəa çıxarılmışdır. Bu səbəbdən məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələrin Azərbaycan Respublikası MM-in 740-cı maddəsinə istinadı əsassız olmuşdur. İddiaçı tələbinin sübutu qismində Xətai rayon Polis İdarəsində qəbul olunmuş qərarı və ibtidai araşdırma zamanı cavabdehin polis orqanlarına verdiyi izahatı təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 82.3 və 82.4-cü maddələrinə uyğun, əsaslı olaraq həmin sənədlərin preyudisial əhəmiyyətə malik olmamasını qeyd etsə də MPM-in 77.1, 81, 88-ci maddələrinə uyğun təqdim olunmuş sübutlara hüquqi qiymət verməmişdir. Halbuki, cavabdeh polis orqanına verdiyi 28 iyun 2019-cu il tarixli izahatında iddiaçıdan cəmi 4700 manat faizə borc aldığını, sonradan həmin borcun faizini və əsas borcu qaytardığını göstərmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab etmişdir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir v ə işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmaraq Cavabdeh və İddiaçı1 məhkəmə baxışı iclaslarında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə qabaqcadan məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiyada işə baxılarkən tərəflərin dindirilməsinə ehtiyac olduğundan Sabunçu Rayon Məhkəməsinə məhkəmə tapşırığı göndərilmiş və orada tərəflərin izahatları alınmışdır. Cavabdeh Sabunçu Rayon Məhkəməsində verdiyi izahatında iddianı qəbul etməyər ək göstərmişdir ki, «Ovçular MMC»-də satış təmsilçisi vəzifəsində işlədiyi vaxt «Murad» marketdə işləyən İddiaçı1 ilə ona mal verərkən tanış olmuş, 2018-ci ildə firmada problemləri yarandığından Almazdan borc pul istəmişdir. Almaz bildirmişdir ki, özündə pul yoxdur, lakin tanışı 15% ödəmək şərti ilə borc pul verir. Həmin tanışından onun üçün borc pul götürməsini xahiş etmiş, Almaz ona 15% ödəmək şərti ilə 3000 manat və 1000 ABŞ dolları borc pul vermişdir. Bundan sonra mən hər ay Almaza 705 manat faiz pul ödəmiş, bir müddətdən sonra maddi vəziyyəti pisləşdiyindən Almazdan xahiş etmişdir ki, faizi dayandırsın, əsas borcu isə 2-3 aya tam qaytaracaqdır. Almaz onunla razılaşmış, lakin bir müddətdən sonra pulu tələb etməyə başlamışdır. Almazdan bir az gözləməsini xahiş etmişdir. Bundan sonra A lmaz onu qohumu Baba adlı şəxslə calaşdırmışdır. Baba ona telefonda bildirmişdir ki, Almaz onun bibisidir. Babaya borcunu yalnız hissə-hissə qaytara biləcəyini dedikdə Baba bildirmişdir ki, Almaz pulun hissə-hissə ödənilməsinə razı deyil. Bundan sonra az bir müddətdə pulu tam yəni 4700 manat düzəldib Baba ilə görüşüb Babaya verəndə ondan pulu alması barədə hansısa bir təsdiq istədikdə həmin vaxt Baba Almazla telefon əlaqəsi saxlamış və Almaz ona demişdir ki, pulu Babaya versin və bununla da söhbət bağlanacaq. O da pulu Babaya vermiş, bir az müddət keçdikdən sonra Almaz ona zəng edib yenə pulunu tələb etməyə başladıqda ona pulu Babaya verdiyini bildirmiş, Almaz da Babanın ona pul vermədiyini bildirmişdir. Baba adlı şəxsi əvvəllər tanımamış, Almaz telefonda Babanı ona öz qohumu kimi təqdim e tmişdir. İddiaçı1 Sabunçu Rayon Məhkəməsində verdiyi izahatında bildirmişdir ki, 2018-ci ilin yanvar-fevral aylarında işlədiyi mağazaya kolbasa məhsulları gətirən Cavabdehla tanış olmuş, aralarında normal münasibətlər yaranmışdır. Bir gün Razi ona satdığı «Ovçular» kolbasa məmulatlarını daha ucuz qiymətə verə biləcəyini təklif etmiş və bunun üçün əvvəlcədən pul istəmişdir. Bir-birinə qarşılıqlı inam olduğundan ona əvvəlcə 5000 manat, daha sonra isə 2700 manat məbləğində pul vermiş, lakin Razi kolbasaları verməmiş və aldığı pulları da qaytarmamışdır. Dəfələrlə Razidən pulunu tələb etsə də o pulu qaytarmamışdır. Bir müddət sonra Razinin nömrəsindən ona zəng gəlmiş, telefona cavab verəndə adını sonradan bildiyi Baba adlı şəxs ondan Raziyə pul verib-verməməyini soruşduqda pul verdiyini bildirm işdir. Baba ona demişdir ki, Razidən 5000 manat alıb verəcək və bir daha pul istəmə. Onunla razılaşmayıb pulunun tam qaytarılmasını tələb etdikdə Baba «onda sən pul görmədin» deyib telefonu söndürmüş, lakin 5 dəqiqədən sonra yenidən zəng edib 5000 manatı götürməyə razıdırsa Sumqayıta gəlib götürə biləcəyini dedikdə fikirləşmişdir ki, 5000 manat pulu Babadan götürərəm, qalan pulu isə sonradan tələb edərəm. Buna görə də Babaya 5000 manatı götürməyə razı olmasını, lakin Sumqayıta gələ bilmədiyini demişdir. Bundan sonra Baba demişdir ki, özləri işlədiyi mağazaya gəlirlər. Sonra bir necə dəfə də onlarla telefonla danışmış, onlar yolda olduqlarını bildirmişlər. Lakin saat 23:30- dək onları gözləsə də onlar gəlməmişlər. Bundan sonra polisə şikayət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarına riayət edilibedilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Kollegiya apellyasiya şikayətinin məhkəmənin işə düzgün hüquqi qiymət verməməsi, məhkəmə iclasında təqdim etdiyi sübutların məhkəmənin diqqətindən kənarda qalması, məhkəmənin işə öz prizmasından yanaşaraq qanunun tətbiqində səhvə yol verməsi, bununla da onun hüquqlarını kobud surətdə pozması, iş materiallarında mövcud olan cavabdehin Bakı şəhəri, Xətai Rayon Polis İdarəsində verdiyi izahatında pulu ondan almasını etiraf etsə də məhkəmənin bu etirafa düzgün hüquqi qiymət verməməsi, işə baxan hakimin Mülki Məcəlləni bir kənara qoyması, öz parametrləri ilə işə baxıb nəticə çıxarması, bununla da məhkəmənin maddi hüququn tətbiqində səhvə yol vermə si dəlillərini müzakirə edərək, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2021-ci il tarixli, 2(102)-301/2021 nömrəli qərarında şərh edilən göstərişləri nəzərə alaraq apellyasiya şikayətinin göstərilən dəlillərini əsaslı hesab edir. Belə ki, mülki işin materiallarından göründüyü kimi Cavabdeh Bakı şəhəri, Xətai Rayon Polis İdarəsində verdiyi 28 iyun 2019-cu il tarixli izahatında, eləcə də Sabunçu Rayon Məhkəməsində verdiyi izahatında iddiaçıdan 2018-ci ilin fevral ayında cəmi 4700 manat faizə borc pul aldığını, sonradan həmin borcun faizini və əsas borcu Baba adlı şəxs vasitəsi ilə qaytardığını göstərmişdir. Yəni cavabdeh 4700 manat pulu iddiaçıdan almasını qəbul edir. Lakin həmin pulu qaytarmasını sübut edə bilmir. Birinci instansiya məhkəməsi işə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddianı rədd edərkən mövqeyini düzgün olmayaraq onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən tərəflər arasında borc müqaviləsinin mövcudluğu barədə sübutlar təqdim olunmamışdır. Bununla bağlı birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə istinad edərək göstərmişdir ki, iddiaçı tərəflər arasında bağlanmış yazılı borc müqaviləsini təqdim etməmişdir. Halbuki iddiaçı tələbində cavabdehdən “borcun” tutulmasını xahiş etsə də iddianın əsasını borc müqaviləsi təşkil etdiyini göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. K ollegiya qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsinə əsaslanan münasibətlərdən irəli gələrək alınan əmlakın dəyərinin qabaqcadan cavabdehə ödənildiyini göstərərək verdiyi məbləği geri tələb etmişdir. Lakin cavabdehlə arasında alı-satqı münasibətlərinin olmasını sübut edə bilmir. Cavabdeh iddiaçıdan 4700 manat pul almasını qəbul etsə də həmin pulun etibarlı borc müqaviləsi əsasında alınması da sübuta yetmir. Belə olan təqdirdə iş üzrə cavabdeh hüquqi əsası olmadan iddiaçının hesabına əmlak əldə etmiş, yəni əsassız varlanmışdır. İş üzrə cavabdeh 4700 manat pulu iddiaçıya qaytarmasını bildirsə də bunu sübut edə bilməmişdir. Buna görə də varlanmış şəxs olan iş üzrə cavabdeh 4700 manat pulu iş üzrə iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ü mumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci və 106.1-ci maddələrinin tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli, həmçinin, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işdə toplanmış digər sübutlarla yanaşı yoxlanılmaqla qiymətləndirilməlidir. Kollegiya işdə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən qanunun yuxarıda sadalanan normalarının tələblərinə düzgün əməl edilməmiş və iddia tələbini təmin etməməklə yanlış nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum unun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında izah edilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin prosessual normanın məzmunundan da göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasına görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları məhkəmədə sübut etməyə borcludur. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə ç ıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, ş ahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar A zərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki,... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam v ə obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həm in məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qa nunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi » haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Bütün bunlara əsasən kollegiya belə hesab edir ki, İddiaçı1 apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olduğundan apelly asiya şikayəti qismən təmin edilərək Ordubad Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(080)-17/2020 saylı qətnaməsi tamamilə ləğv edilərək mülki iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4700 manat pul məbləği alınaraq İddiaçı1 ödənilməli, iddia tələbi qalmış hissədə rədd edilməlidir. Belə ki, iddia tələbində əsas borc məbləği 7700 manat göstərilsə də bu məbləğin 4700 manatlıq hissəsi sübuta yetir, iddiaçı qalan məbləği cavabdehə verməsini sübut edə bilmir. Eləcə də iddianın mənəvi ziyan kimi 2000 manat və əldən çıxmış fayda kimi 1000 manat tələbinə dair hissəsi də sübuta yetirilmədiyindən, yəni əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələb lərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 13 manat 18 qəpiyi Cavabdeh alınaraq İddiaçı1 qaytarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının qətnamələrindən kassasiya şikayəti verilə biləcəyi nəzərdə tutulmuşdur. Buna görə də hazırkı mü lki iş üzrə iddianın təmin edilmiş hissəsi 4700 manat olduğundan işdən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 402.1, 403.1, 404.1.1, 405.0.1 və 406-cı m addələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Ordubad Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(080)-17/2020 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ordubad Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(080)-17/2020 saylı qətnaməsi tamamilə ləğv edilsin və mülki iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı1 Cavabdeh pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 4700 (dörd min yeddi yüz) manat pul məbləği alınaraq İddiaçı1 ödənilsin. İddia tələbi qalmış hissədə rədd edilsin. İddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun 13 manat 18 qəpiyi Cavabdeh alınaraq İddiaçı1 qaytarılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar