Məhkəmə qərarları › İş №2(108)-9/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-9/2023

08.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-9/2023 08.02.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Ali Məhkəmənin hakimi Allahverdiyev Əli Kərim oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu və Qurbanov Yusifəli Süleyman oğlundan ibarət tərkibdə, Muradov Vüsal Hicran oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Babək Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(079)-164/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilən apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Babək Rayon Məhkəməsinin (sədrlik edən hakim Z.X.Əliyev) 27 oktyabr 2022-ci il tarixli, 2(079)-164/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakların naturada ayrılması tələbinə dair iddiası rədd edilmiş və İddiaçı tərəfin dən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. İşin halları: İş üzrə İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakların naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.1394 kvadrat metr torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 96.36 kvadratmetr təşkil edən fərdi yaşayış evindən ona çatan ½ (ikidə bir) hissəsinin naturada ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(079)-164/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə İd diaçı 17 noyabr 2022-ci il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək məhkəmənin qətnaməsinin ləğv olunması və ekspertiza keçirilməklə Cavabdeh ilə birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.1394 kvadrat metr torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 96.36 kvadratmetr təşkil edən fərdi yaşayış evindən ona çatan ½ (ikidə bir) hissəsinin naturada ayrılaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş İddiaçı apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə adına olan ünvan 1 ünvanında yerləşən 0.1394 kvadrat metr torpaq sahəsi və onun üz ərində olan ümumi sahəsi 96.36 kvadratmetr təşkil edən fərdi yaşayış evi birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə Babək Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli 2 (079)-331/2021 nömrəli qətnaməsi ilə ½ (ikidə bir) hissəsi Cavabdeh mülkiyyətində saxlanılmaqla, digər ½ (ikidə bir) hissəsinə onun mülkiyyət hüququ müəyyən edilib. Cavabdeh ilə adına ünvan 1 ünvanında yerləşən 0.1394 kvadrat metr torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 96.36 kvadratmetr təşkil edən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X2 Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində, cavabdehin payı ½ hissə olmaqla daşınmaz əmlakın dövlət reyestrində 23/10 nömrəli reyestr kitabının 1949 nömrəli vərəqi ndə qeydiyyatdan keçməklə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2022-ci il tarixdə verdiyi 205 nömrəli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 0.1394 kvadrat metr torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 96.36 kvadratmetr təşkil edən fərdi yaşayış evinin ½ (ikidə bir) hissəsi təcrid olunmuş qaydada ayrılaraq onun mülkiyyətçilərindən biri olan İddiaçı verilməsi Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-in “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə müvafiq olaraq mümkün olduğu yenə müəyyən edilmişdir. Ekspert so nradan bir sıra yenidən qurma işlərinin yerinə yetirilməli olduğunu göstərməklə ziddiyyətli bir rəy vermişdir. Babək Rayon Məhkəməsi tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi ziddiyyətli rəylərdə nəzərdə tutulan ünvan 1 ünvanında yerləşən 0.1394 kvadrat metr torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 96.36 kvadratmetr təşkil edən fərdi yaşayış evinin naturada bölünməsi əsaslandırılmamışdır. Keçirilən ekspertizalardan aydın görsənir ki, yaşayış evinə münasibətdə evin bərabər bölgüsü mümkündür. Torpaq sahəsinə münasibətdə rəylərdə də göstərilir ki, küçəyə müxtəlif iki yerlərdən giriş-çıxış imkanı vardır. Həmçinin əgər torpaq sahəsi bölünərsə bir sıra tikililərin cavabdehdə qalmaqla bölünməsinə heç bir narazılığının olmadığını b ildirməyinə məhkəmə tərəfindən diqqət yetirilmədən mübahisəli torpaq sahəsinin naturada bölgüsündən imtina olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmənin 27 oktyabr 2022-ci il tarixli qətnaməsini ləğv edib, ekspertiza keçirilməklə Cavabdeh ilə birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.1394 kvadrat metr torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 96.36 kvadratmetr təşkil edən fərdi yaşayış evinindən ona çatan ½ (ikidə bir) hissəsinin naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında 1988-ci ildə İsmətlə nikaha daxil olduqlarını, birgə nikahlarından 3 uşaqlarının olduğunu, 2021-ci ilin aprel ayında boşandıqlarını, ünvan 2 ünvanında birgə nikah dövründə torpaq alıb ev tikdiklərini, İsm ətin iddiası əsasında daşınmaz əmlaklar üzərində ½ paylarının müəyyən edildiyini, yaşayış evinin 2 otaq, 1 salon, 1 mətbəx, hamam-tualet, dəhliz, açıq eyvan və zirzəmidən ibarət olduğunu, hazırda həm özünün, həm də cavabdehin həmin evdə qaldıqlarını, torpaq şöbəsindən bölgü ilə bağlı evə nümayəndə gəldiyini, onların dediyi bölgü ilə əvvəl İsmətin razı olmasına baxmayaraq, sonradan razılıq vermədiyini, evdə olan otaqlardan birində cavabdehin, digərində isə özünün qaldığını, hazırda özlərinin yaratdığı şərti bölgü ilə razı olmadığını, ekspertin rəyində qeyd etdiyi şərtlərlə bölgüyə etiraz etmədiyini, həmçinin rəydə qeyd edilən mənzillərin hər hansı birinin ona verilməsinə fərq qoymadığını, mənzildə olan yardımçı sahələrin hamısının cavabdehə verilməsinə razı olmadığını, cavabdeh razı olduğu halda özünün yaşadığı otağı onunla dəyişə biləcəyini, həyətin vəziyyətinə uyğun olaraq yəni kanalizasiya xəttinə görə özünə başqa bir tərəfdən hamam tualet tikmək imkanının olmadığını, bu səbəbdən də həmin hissəsini qarşı tərəfə güzəşt etmək istəmədiyini, bir dəfə evə gələndə qaldığı otağın qapısının açıldığını və əşyalarının bayıra atıldığını gördüyünü, indi də bu səbəblərə görə payının ayrılmasını istədiyini, əslində isə payının ayrılması barədə iddia qaldırmasının səbəbi cavabdehin evi ayırmaq istəməsindən qaynaqlandığını, hazırda İsmətin qızı və onun iki övladı ilə yaşadığını, məhkəmənin əsassız olaraq iddianı rədd etdiyini göstərərək apellyasiya şikayətinin təmin olunmaqla məhkəmənin qətnaməsinin ləğv edilib iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh a pellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında 2021-ci ilin aprel ayında aralarında bağlanmış nikahlarının pozulduğunu, tələbinə əsasən Babək Rayon Məhkəməsinin qətnaməsi ilə Babək rayonu, Babək şəhəri, M.Hüseyinzadə küçəsi, döngə 5, ev 1 A-da yerləşən evə və Nizaminin istifadə etdiyi maşına ½ hüququnun tanındığını, hazırda özünün və iddiaçının həmin evdə qaldıqlarını, evinin 2 otaq, 1 salon, 1 mətbəx, hamam-tualet, dəhliz, açıq eyvan və zirzəmidən ibarət olduğunu, evin iki otağında iddiaçının, bir otağında isə oğlu, qızı və iki nəvəsi ilə birlikdə özünün qaldığını, iddiaçıya otağın birini verməsini və ona əvəzində pay verməsini təklif etdiyini, amma Nizaminin onun bu təklifini qəbul etmədiyini, iddiaçının əmisi qızı ilə nikaha daxil olmasına baxmayaraq onlarla birlikdə yaş amadığını, ekspertin rəyində qeyd etdiyi bölgü ilə razı olmadığını, buna səbəb isə iddiaçıya münasibətdə özünün ailəsinin geniş olduğunu, bu səbəbdən həm mətbəxə, həm də hamam-tualetə ehtiyacı olduğunu, hazırda özlərinin yaratdığı bölgüyə uyğun evin bölünməsini istədiyini, bunu isə Nizaminin qəbul etmədiyini, hazırda özünün yaşadığı otağı qarşı tərəfə vermək istəmədiyini, əgər iddiaçı qəbul edərsə hamam-tualeti, mətbəxi özü götürüb əvəzində ona otaq vermək istədiyini, maddi imkanının olmadığı üçün həyətdə əlavə tikili apararaq hamam-tualet tikə bilmədiyini göstərərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Tərəflərin izahatları dinlənildikdən və Babək rayonu, Babək şəhəri, M.Hüseyinzadə küçəsi, döngə 5, ev 1 A-da yerləşən evə tərəflərin və mütəxəssis qismində dəvət olunmuş Naxçıv an Muxtar Respublikası Daşınmaz Əmlak və X2 Dövlət Xidmətinin Babək Rayon İdarəsinin nümayəndəsi X1 iştirakı ilə baxış keçirilməklə məhkəmə tərəfindən hər ikisinin razılığı ilə yaşayış evi və həyətyanı torpaq sahəsinin tərəflərin paylarına uyğun olaraq bölünməsi qaydası barədə müvafiq məlumat və təkliflər verildikdən sonra müvafiq bölgünün rəsmiləşdirilməsi üçün məhkəmə iclası təxirə salınmışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X2 Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən kollegiyaya göndərilmiş 19 yanvar 2023-cü il tarixli 02/20 nömrəli məktubla iddiaçı və cavabdehin dövlət reyestrindən çıxarışın verilməsi üçün ərizə ilə müraciət etməklə dövlət rüsumunu ödəmələri və hər ikisinin çıxarış almaları üçün işlərin davam etdirildiyi bildirilmiş və İddiaçı tərəfindən tərəflə rin imzaladığı bölgü planı təqdim edilmişdir. 08 fevral 2023-cü ildə apellyasiya şikayətinə baxılarkən İddiaçı kollegiyaya ərizə təqdim edərək Babək Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(079)164/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya şikayətinə münasibətdə icraata xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 369.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Kollegiya apellyasiya şikayətindən imtina ilə əlaqədar İddiaçı ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətindən imtinanı rədd etmək üçün işdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci, 191 və 369.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də, İddiaçı apellyas iya şikayətindən imtinası qəbul edilməli və apellyasiya şikayətindən imtina etmiş şəxsə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Мülki-Prosessual Мəcəlləsinin 114.1.6-cı maddəsinə uyğun olaraq, apellyasiya icraatına xitam verildiyindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilərkən "xxxx" ASC-nin Naxçıvan filialına 16 noyabr 2022-ci il tarixdə, büdcə səviyə kodu 142214, GPP qəbz nömrəsi **********, terminal nömrəsi K0500014, qəbz nömrəsi 23512 ilə nağd ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakların naturada ayrılması təl əbinə dair mülki iş üzrə İddiaçı Babək Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(079)-164/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya şikayəti vermiş şəxsə münasibətdə apellyasiya icraatına xitam verilsin. "xxxx" ASC-nin Naxçıvan filialına 16 noyabr 2022-ci il tarixdə, büdcə səviyə kodu 142214, GPP qəbz nömrəsi **********, terminal nömrəsi K0500014, qəbz nömrəsi 23512 ilə nağd ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar