Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-95/2024 26.04.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin buraxılmış prosessual müddətin bərpasından imtina barədə “29” yanvar 2024-cü il tarixli, 2(079)-34/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Babək Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli 2(079)-34/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh Babək Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(079)-34/20 22 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəsi təmin edilməmiş və buraxılmış prosessual müddətin bərpasından imtina edilmiş və ərizəyə əlavə edilmiş apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər cavabdehə qaytarılmışdır. İşin halları: İddiaçı 26 noyabr 2021-ci il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 84000 (səksən dörd min) manat pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu olaraq ödədiyi 343 (üç yüz qırx üç) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(079)-34/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 84000 (səksən dörd min) manat məbləğində pulun və 342 (üç yüz qırx iki) manat miqdarında dövlət rüsumu tutularaq İddiaçı verilməsi qət edilmişdi. Cavabdeh “17” yanvar 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Babək Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(079)-34/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli 2(079)-34/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh Babək Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(079)-34/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəsi təmin edilməmiş və buraxılmış prosessual müddətin bərpasından imtina edilmiş və ərizəyə əlavə edilmiş apellyas iya şikayəti və ona əlavə edilmiş sənədlər cavabdehə qaytarılmışdır. Şikayətin dəlilləri: İş üzrə Cavabdeh 12 fevral 2024-cü il tarixli şikayəti ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 13 fevral 2024-cü ildə məhkəməyə müraciət edərək Babək Rayon Məhkəməsinin 2(079)-34/2022 saylı 29 yanvar 2024-cü il tarixli qərardadının ləğv edilməklə apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin Cavabdeh münasibətdə bərpa edilməsini xahiş etmişdir. Şikayətə Babək Rayon Məhkəməsi tərəfindən 13 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsində nəzərdə tutulmuş qaydada baxılmış, şikayət əsaslı hesab edilmədiyindən mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mü lki Kollegiyasına göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2024-cü il tarixli, 2(108)-61/2024 nömrəli qərardadı ilə cavabdeh tərəfindən məhkəmənin 29 yanvar 2024-cü il tarixli qərardadından şikayət verilməsi müddəti 8 fevralda başa çatdığı halda cavabdeh tərəfindən 13 fevral 2024-cü ildə şikayət verildiyindən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 2(079)34/2022 nömrəli, 29 yanvar 2024-cü il tarixli qərardadından iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayəti qeyri-mümkün hesab edilmişdir. Babək Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh Babək Rayon Məhkəməsinin 2(079)-34/2022 nömrəli, 29 yanvar 2024-cü il tarixli qərard adından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə 26 fevral 2024-cü il tarixli vəsatəti əsaslı olduğundan təmin edilməklə Cavabdeh münasibətdə həmin qərardaddan şikayət vermək üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. 03 aprel 2024-cü il tarixdə Babək Rayon Məhkəməsində şikayətə baxılaraq şikayət əsaslı hesab edilməmiş və Azərbaycan Respublikası MPM-in 269.3-cü maddəsində nəzərdə tutulmuş qaydada işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qanunvericiliklə müəyyən olunmuş müddəti 1 il 8 ay ötürməyini əsas gətirərək apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpasından imtina etmişdir. Məhkəmənin istinad etdiyi qanunların Azərbaycan Respublikas ında mövcud olması danılmaz həqiqətdir. Lakin burada bir həqiqət də mövcuddur ki, Naxçıvan Muxtar Respublikasında Ali Məclisin keçmiş sədri Vasif Talıbovun tapşırığı hamı üçün qanun olmuşdur. Onun şikayət etdiyi şəxsin Ali Məclisin keçmiş sədri Vasif Talıbovun bacısı oğlu olması isə işin mübahisəsiz həlli demək idi. Belə olan təqdirdə heç bir şikayətdən söhbət belə gedə bilməzdi. Hazırki dövrdə Babək Rayon Məhkəməsinin müddətin buraxılmasını əsas gətirməsi onun məhkəməyə müraciət hüququnun birmənalı şəkildə pozulmasına dəlalət edir. Göstərilənlərə əsasən Babək Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(079)-34/2022 nömrəli qərardadının ləğv edilərək apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin Cavabdeh münasibətdə təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Kollegiya daxil olmuş şikayətin dəlillər ini işin materialları ilə birlikdə əhatəli şəkildə yoxlayaraq aşağıdakı nəticəyə gəlir. Belə ki, işin araşdırılmış hallarından aydın olur ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Babək Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(079)-34/2022 nömrəli qətnaməsinin surəti həmin tarixdə cavabdehə rəsmi qaydada verilmişdir. Birinci instansiya məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(079)-34/2022 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddət üzrlü səbəb olmadan buraxıldığından məhkəmənin 29 yanvar 2024-cü il tarixli, 2(079)-34/2022 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasına dair 17 yanvar 2024-cü il tarixli ərizəsi təmin edilməyərək buraxılmış proses sual müddətin Cavabdeh münasibətdə bərpasından imtina edilmişdir. Azərbaycan Respublikası MPM-in 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikası MPM-in 135.5-ci maddəsinin tələbinə əsasən bu halda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İş vərəqə (cild 1) 174-də olan qətnamənin surətinin təqdim olunması barədə qəbzin surəti ilə müəyyən edilmişdir ki, Babək Rayon Məhkəməsinin 19 aprel 2 022-ci il tarixli, 2(079)-34/2022 nömrəli qətnaməsi həmin gün saat 1615-də rəsmi qaydada cavabdehə verilməklə qətnamənin surətini aldıqdan sonra şikayət vermək hüququnun olması ona izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Konstitusiya Məhkəməsinin Plenumu Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair 29 iyun 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (q ərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli Plenum Qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kollegiya qeyd edir ki, cavabdeh məhkəmə qətnaməsi xx.xx.2022-ci il tarixdə qüvvəyə mindikdən 1 il 8 ay sonra, yəni 17 yanvar 2024-cü ildə buraxılmış müddətin bərpasına dair ərizə ilə birlikdə apellyasiya şikayəti vermiş və bu zaman qanunla müəyyən edilmiş həmin müddəti üzrlü səbəblər olmadan buraxmışdır. Kollegiya belə hesab edir ki, cavabdehin şikayətində göstərdiyi dəlillər apellyasiya şikayəti vermək üçün buraxılmış pro sessual müddətin bərpa edilməsi üçün üzrlü səbəblər hesab edilə və qərardadın ləğvi üçün əsas ola bilməz. Buna görə də kollegiya qeyd olunanlara əsasən Cavabdeh şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir. Kollegiya işin şərh olunmuş halları və Cavabdeh şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, qərardad qəbul olunarkən prosessual hüquq normalarının tələblərinə düzgün əməl olunmuşdur və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair iş üzrə cavabdehin ərizəsinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, Cavabdeh şikayəti təmin edilməməli, Babək Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(079)34/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 365, 395.1.1, 397.2, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Babək Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(079)-34/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-95/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-95/2024
26.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver