Məhkəmə qərarları › İş №2(108)-96/2021

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-96/2021

01.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-96/2021 01.06.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlu (sədrliyi və məruzəsi ilə), Mirzəyev İlqar Məhərrəm oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçılar İddiaçı1 və X4, iddiaçıların vəkili Vəkil, Cavabdeh1 və cavabdeh təşkilat Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və X3 cavabdehlər Cavabdeh1 və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı daşınmaz əmlakın texniki pasportunun etibarsız hesab olunması, onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab olunmas ı, həmin çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(078)-18/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və X7 cavabdehlər Cavabdeh1 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ünvan 1 ünvanında yerləşən X8 adına verilmiş 12 oktyabr 2018-ci il tarixli 1756 inventar nömrəli **********09-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportunun etibarsız s ayılması, 12 oktyabr 2019-cu il tarixli 1756 inventar nömrəli **********09-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportu əsasında verilmiş ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız sayılması, həmin Çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Naxçıvan Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(078)-18/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin olunması, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ünvan 1 ünvanında yerləşən X8 adına verilmiş 12 oktyabr 2018-ci il tarixli 1756 inventar nömrəli **********09-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportunun etibarsız hesab edilməsi, 12 oktyabr 2019-cu il tarixli 1756 inventar nömrəli **********09-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportu əsasında verilmiş ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və həmin çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh1 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(078)-18/2021 nömrəli qətnaməsini ləğv edib iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 apellyasiya şikayətini onunla ə saslandırmışdır ki, İddiaçı1 məhkəmədəki izahatından aydın olur ki, mərhum qayınatası X8 adına olan ilkin texniki pasportda 2 otaq göstərilmiş, daha sonra əlavə otaq, bağlı eyvan, açıq eyvan inşa edilmişdir. Lakin qayınatası Məhəmməd Bədəlov vəfat etdikdən sonra həyətdə mətbəx, sanitar qovşağı, depo onlar tərəfindən tikilmişdir. Digər tikililər mərhum qayınatasının sağlığında inşa edilsə də sənədləşdirilməmişdir. İddiaçı1 izahatında göstərir ki, mərhum qayınatası M.Bədəlovun sağlığında otaq, bağlı eyvan və açıq eyvan inşa edilmişdir. Lakin açıq eyvan atasının vəfatından sonra qardaşı Allahverdi tərəfindən 1995-ci ildə inşa edilmişdir. İnşa edilmiş mətbəx açıq eyvanın altında yerləşdiyindən onun (mətbəxin) yuxarıdan görünməsi mümkün deyildir. Bundan əlavə mətbəxin atasının sağlığında tikilm əsi ilə bağlı məhkəməyə fotoşəkillər təqdim etsə də məhkəmə həmin fotoşəkilləri qəbul etməmişdir. Belə ki, həmin fotoşəkillərdə göstərilən ailə üzvlərinin, oradakı uşaqların yaşlarından və doğum tarixlərindən aydın olur ki, mətbəx atasınının ölümündən əvvəl tikilmişdir. Məhkəməyə təqdim etdiyi diskdə də mətbəxin 1990-cı illərdə inşa edildiyi öz təsdiqini tapsa da məhkəmə qətnaməni qəbul edərkən bu halı nəzərə almamışdır. Məhkəmə qətnaməsində 1962-ci ilin texniki pasportunda göstərilməyən mətbəx, hamam, sanitar qovşağı, depo olan köməkçi tikililərin “X20” proqramının foto görüntülərinə əsasən 24.06.2012-ci il tarixdə həmin görüntülərdə öz əksini tapmadığını, lakin 24.06.2013-cü ildə mətbəx təyinatlı tikilinin orada öz əksini tapdığını göstərmişdir. Mütəxəssis tərəfindən məhkəməyə yanlış rəy verilmiş, qeyd etdiyi kimi mətbəx tikilişi açıq eyvanın altında yerləşdiyindən onun yuxarıdan görünməsi qeyri-mümkündür. Açıq eyvandan kənarda yerləşən hamam, sanitar qovşağı, depo olmasına baxmayaraq mütəxəssis tam aydınlaşdırmayaraq həmin tikilini mətbəx hesab etmiş, bununla da mütəxəssis mətbəxin 2012-ci ildən sonra tikildiyi qənaətinə gəlməklə düzgün olmayan rəy verməklə məhkəmənin yanlış qərar qəbul etməsinə səbəb olmuşdur. X15 adına 1962-ci ildə texniki pasport işlənmiş və həmin tarixdən sonra 32 il həmin ünvanda yaşamaqla əlavə tikililər inşa etmiş və təbii ki, həmin tikililər də onun adına sənədləşdirilməlidir. Ekspert qarşısında qoyulmuş tədqiq olunan ünvan 2 ünvanında mərhum X8 adına verilmiş 1962-ci il tarixli texniki pasportda göstərilməyən mətbəx, hamam, sanitar qovşağı və de ponun neçənci ildə inşa (hər biri ayrı-ayrılıqda göstərilməklə) edilib-edilməməsini müəyyən etmək barədə sualı cavablandırılarkən “X20” proqramının foto görüntüləri zamanı müəyyən araşdırmalar əsasında müşahidə olunaraq həmin köməkçi tikililərin (mətbəxin) 2013-cü ildə tikilməsi barədə ekspert tərəfindən yalnış rəy verilmişdir. Həmin mətbəx 1995-ci ildə qardaşı Bədəlov Allahverdi tərəfindən inşa edilmiş açıq eyvanın navesinin altında qaldığından həmin tikilinin yuxarıdan çəkilmiş fotoşəkildə görünməsi mümkün deyildir. Ekspert də həmin fotolara əsaslanaraq düzgün olmayan rəy vermiş, bunun nəticəsində məhkəmənin qanunsuz qətnamə qəbul etməsinə səbəb olmuşdur. Hesab edir ki, məhkəmə atasının sağlığında tikilmiş mətbəxin onun ölümündən sonra tikildiyi qənaətinə gəlməsini əsas götürərək iddianı təmin etməklə yanlış nəticə qəbul etmişdir. Sonda Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-530/2020 nömrəli (2(078)-18/2021 nömrəli) mülki iş üzrə verilmiş 190/20 nömrəli, 09 dekabr 2020-ci il tarixli məhkəmə ekspertizasının rəyinin ləğv edilməsini və Naxçıvan Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(078)-18/2021 nömrəli qətnaməsini ləğv edib iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. İddiaçılar İddiaçı1, X7 və iddiaçıların vəkili Vəkil apellyasiya şikayətinə etirazla kollegiyaya müraciət edərək göstərmişlər ki, cavabdeh apellyasiya şikayətində məlum tikililərin atasının sağlığında tikilməsini qeyd etmiş, onun sağlığında müvafiq tikililər sənədləşdirilməmişdir. Lakin məhkəməyə təqdim etdiyi sübutların nəzərə alınmadığını qeyd etmişdir. B elə ki, mübahisəli əmlakda yerləşən tikililərin tikilmə tarixi ilə bağlı məhkəmə tərəfindən məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, ekspert tərəfindən verilən rəydə tikililərin inşa edildiyi tarix göstərilməmişdir. Daha sonra yenidən ekspertiza təyin edilmiş, ekspert tərəfindən verilmiş 09 dekabr 2020-ci il tarixli 190/20 nömrəli rəyindən aydın olur ki, ünvan 3 ünvanında mərhum X8 adına verilmiş 1962-ci il tarixli texniki pasportda göstərilməyən mətbəx, hamam, sanitar qovşaq, depo olan köməkçi tikililəri “X20” proqramının foto görüntülərinə əsasən 24.06.2012-ci il tarixdə həmin görüntülərdə öz əksini tapmadığı, lakin həmin illərdən sonrakı yəni təxminən 24.06.2013cü ildə mətbəx təyinatlı tikilinin orada öz əksini tapdığı, eyni zamanda 24.06.2016-cı ildə isə (3 ildən sonra) de po (anbar) hamam, ayaqyolu və dəhliz təyinatlı tikililərin inşa edildiyi görüntülərinin əks olunduğu müəyyən edilmişdir. Bundan əlavə X8 adına olan 1962-ci ildə texniki pasportun işlənib hazırlanmasına baxmayaraq daha sonra onun sağlığında və vəfatından sonra hazırkı iş üzrə iddiaçılar tərəfindən tikilən tikililərin Cavabdeh1 tərəfindən miras qoyanın adına sənədləşdirilməsi əsassız olaraq miras kütləsinin artımı ilə nəticələnmiş, həmin tikililəri inşa edən şəxslərin hüquqların pozulmasına gətirib çıxarmışdır. Hazırkı iş üzrə cavabdeh əsassız olaraq sonradan tikilmiş tikililəri miras əmlak kimi miras qoyanın adına sənədləşdirmişdir. AR Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələri n (miras passivi) toplusu daxildir. Bu maddənin də məzmunundan aydın olur ki, sonradan tikilmiş tikililər heç bir halda miras əmlaka aid edilə bilməz. Miras əmlak yalnız miras qoyanın öldüyü məqamadək malik olduqlarıdır. Hazırkı məhkəmə mübahisəsində isə miras əmlak 1962-ci ilə aid olan X8 adına verilmiş texniki pasport əsasında müəyyən olunmalıdır. Eyni zamanda cavabdeh ekspert rəyini də mübahisələndirmiş və həmin rəyin də ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh ekspert rəyi ilə razı deyildirsə təkrar ekspertiza keçirilməsi barədə vəsatət qaldıra bilərdi. O bundan istifadə etməmişdir. Apellyasiya qaydasında ekspert rəyinin ləğvinin tələb edilməsi hüquqi baxımdan düzgün deyildir. Heç bir sübutun məhkəmə üçün əvvəlcədən məcburi hüquqi qüvvəsi yoxd ur. Narazı qalınan ekspert rəyindən mülki prosessual qanunvericilik şəxsə təkrar ekspertiza tələb edilməsi hüququnu verir. Eyni zamanda cavabdeh apellyasiya şikayətinə fotoşəkil əlavə etmişdir. Həmin fotoşəkillərin mülki işə heç bir aidiyyatı yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin olunmaması, Naxçıvan Şəhər Məhkəməsinin 10.02.2021 -ci il tarixli, 2(078)-l8/2021 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişlər. Məhkəmə baxışı iclasında iştirak edən iş üzrə Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-530/2020 nömrəli (2(078)-18/2021 nömrəli) mülki iş üzrə verilmiş 190/20 nömrəli, 09 dekabr 2020-ci il tarixli məhkəmə ekspertizasının rəyinin ləğv edilməsini və Naxçıvan Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(078)-18/2021 nömrəli qətnaməsini ləğv edib iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən iş üzrə iddiaçılar İddiaçı1, X7 və iddiaçıların vəkili Vəkil izahatlarında apellyasiya şikayətinin təmin edilmədən, Naxçıvan Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(078)-18/2021 nömrəli qətnaməsinin isə dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını kollegiyadan xahiş etdilər. Məhkəmə baxışı iclasında iştirak edən iş üzrə cavabdeh təşkilat Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X9 izahatında təmsil etdiyi Xidmətin qismən səhvə yol verdiyi ni göstərərək məhkəmə kollegiyasından qanuni qərar çıxarılmasını xahiş etdi. Mülki işin materiallarına əlavə olunmuş 1962-ci il tarixdə verilmiş 1756 inventar nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportunun surətindən məlum olur ki, X11 adına olan fərdi yaşayış evinin cəmi tikinti sahəsi 121.7 kv.metr, cəmi meydança sahəsi 530.7 kv.metr olmuş, orada olan tikililər- sahəsi 48.5 kv.metr olan yaşayış evi, sahəsi 17.2 kv.metr olan tövlə, sahəsi 15.9 kv.metr olan təndir, sahəsi 7.5 kv.metr olan ayaqyolu, sahəsi 21.3 kv.metr olan sərhəd barış, sahəsi 7 kv.metr olan hovuz, sahəsi 0.5 kv.metr olan quyu, sahəsi 3.8 kv.metr olan hin, sahəsi 32.9 kv.metr olan bağ və sahəsi 80 kv.metr olan həyət X11 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqınd a şəhadətnamənin surətindən aydın olur ki, X12 22 avqust 1994-cü ildə Naxçıvan şəhərində qara ciyərin serrozu diaqnozu ilə vəfat etmiş, bu barədə ölüm kitabında 30 sentyabr 1994-cü ildə 232 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən 18.10.2018-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum olur ki, Naxçıvan şəhəri, Behbud ağa Şahtaxtınski küçəsi döngə 1, ev 3-də 0.0524 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 107.72 kv. metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 18/34 nömrəli reyestr kitabının 6629 nömrəli vərəqində qeydiyya ta alınmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 10 iyun 2020-ci il tarixli 208 nömrəli məktubdan aydın olur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X8 adınadır. Məhəmməd Bədəlovun vərəsəsi X6 04.07.2006-cı il tarixli müraciəti əsasında həmin əmlaka dair 1962ci ildə tərtib olunmuş texniki pasportun dublikatı çıxarılaraq ona verilmişdir. 28.09.2018-ci il tarixdə vərəsə Cavabdeh1 əmlaka dair texniki pasportun itməsini təsdiq edən və vərəsə olması ilə bağlı sənədləri təqdim etməklə əmlakın yenidən inventarlaşdırılması, dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar müraciət etmişdir. Nəticədə yeni verilən texniki pasportdakı ölçülərlə 1962-ci ildə verilən texniki pasportdakı ölçülər arasında fə rq yaranmışdır. İş materiallarına əlavə edilmiş 12 oktyabr 2018-ci il tarixdə verilmiş X8 adına verilmiş texniki pasportdan aydın olur ki, sənəd üzrə torpaq sahəsi 524.17 kv.metr, tikinti altı sahə 223.22 kv.metr, digər 300.95 kv.metr olaraq göstərilmişdir. Yaşayış evlərinin texniki göstəriciləri tikildiyi il 1955-2000-ci illər olaraq qeyd edilmiş, otaqların təsnifatı sahəsi 25.80 kv.metr olan salon, 18.75 kv.metr sahəsi olan otaq, 12 kv.metr sahəsi olan dəhliz, 22.20 kv.metr sahəsi olan otaq, 3.70 kv.metr sahəsi olan qarderob, 10.58 kv.metr sahəsi olan mətbəx, 2.50 kv.metr sahəsi olan dəhliz, 5.12 kv.metr sahəsi olan anbar, 1.85 kv.metr sahəsi olan dəhliz, 3.79 kv.metr sahəsi olan hamam, 1.43 kv.metr sahəsi olan sanitar qovşaq olaraq qeyd edilmiş, həyətyanı tikililərin və qurğuların texni ki göstəriciləri sahəsi 64.91 kv.metr olan naves, 11.97 kv.metr sahəsi olan hasar qeyd olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-530/2020 nömrəli (2(078)-18/2021 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçılar İddiaçı1 və X3 cavabdehlər Cavabdeh1 və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı daşınmaz əmlakın texniki pasportunun etibarsız hesab olunması, onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr indən çıxarışın etibarsız hesab olunması, həmin çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbinə dair iddia ərizəsindən görünür ki, iddiaçılar iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ünvan 1 ünvanında yerləşən X8 adına verilmiş 12 oktyabr 2018-ci il tarixli 1756 inventar nömrəli **********09-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportunun etibarsız sayılması, 12 oktyabr 2019-cu il tarixli 1756 inventar nömrəli **********09-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportu əsasında verilmiş ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız sayılması, həmin Çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1 və X3 cavabdehlər Cavabdeh1 və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı daşınmaz əmlakın texniki pasportunun etibarsız hesab olunması, onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması, həmin çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbinə dair iddia ərizəsinə ümumi məhkəmədə baxıla bilməzdi. Belə ki, iddia ərizəsindən və iş materiallarından aydın olur ki, tələb Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ünvan 1 ünvanında yerləşən X8 adına verilmiş 12 oktyabr 2018-ci il tarixli 1756 inventar nömrəli **********0910301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportunun etibarsız sayılması, 12 oktyabr 2019-cu il tarixli 1756 inventar nömrəli **********09-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportu əsasında verilmiş ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız sayılması, həmin Çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsidir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, texniki pasportda mübahisələndirilən tikililərin əks etdirilməsi, bununla əlaqədar olaraq daşınmaz əmlakın Dövlət r eyestrində müvafiq qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi dövlət reyestrini aparan orqanın səhvi ilə əlaqələndirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndində göstərilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmam ası əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmin Qərarın 17-ci bəndinə əsasən Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu q əbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyy at inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaql a inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yax ud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsələyə münasibət bildirilərək göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hə dlərini müəyyən edir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməmə si də təsbit olunmuşdur. MPMin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Yuxarıda qeyd olunmuş müddəaların mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatının 27-ci maddəsinə görə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti inzibati orqan sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1-ci maddə sinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və hüquqi şəxsin ərizəsidir (İPM-in 28.1-ci mad.). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin XX fəslində olan 261.0.1-cü maddəsinə görə işə məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, iddia tələbinə məhkəmədə baxılmalı olmadığından Naxçıvan Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(078)-18/2021 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməli, iddiaçılar İddiaçı1 və X3 Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə yazılı m üraciət etmək, sözügedən orqan onların ərizəsini təmin etməkdən imtina etdiyi halda müvafiq iddia tələbi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmək hüququ onlara izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262-264, 387, 402, 403.1, 404.1.1, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l ı r: Apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(078)-18/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçılar İddiaçı1 və X3 cavabdehlər Cavabdeh1 və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı daşınmaz əmlakın texniki pasportunun etibarsız hesab olunması, onun əsasında verilmiş hüquqların dövlət qey diyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması, həmin çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçılar İddiaçı1 və X5 izah edilsin ki, onlar Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə yazılı müraciət etməli, sözügedən orqan onların ərizəsini təmin etməkdən imtina etdiyi halda müvafiq iddia tələbi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etməlidirlər. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində tələbləri təmin olunmayan şəxslər Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir..

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar