Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-96/2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə (Açar söz: əsassız varlanma, pul tələbi) 04.07.2025 Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrlik edən və məruzəçi), Quliyev Vüqar Kərim oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, Məmmədov Qərib Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(111)-24/2025 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları
1. İddiaçı ilə cavabdeh X6 08 oktyabr 2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. 2017-ci ildə Kəngərli rayon Şahtaxtı kənd sakini X2 həmin kənddə yerləşən 0.2264 ha torpaq sahəsini və üzərində yerləşən yaşamaq üçün hazır olmayan yarımçıq tikilini 8300 manata almışlar. İlkin olaraq 2500 manat ödəmişlər, qalanının hissə-hissə ödəməyə razılaşmışlar (tam məbləği 2020-ci ilədək ödəmişlər). Lakin həmin zaman alğısatqını rəsmiləşdirməmişlər. Həmin torpaq sahəsində olan yarımçıq tikilini tamamlayaraq təmir etdirmişlər və 2018-ci ildə yaşamaq üçün həmin evə köçmüşlər. Evin təmir olunmasına və yaşamaq üçün şəraitin yaradılmasına 3500 manat xərc çəkmişlər. İddiaçı ilə X6 arasında olan nikaha 15 iyul 2024-cü il tarixdə xitam verilmişdir. X5 (haliyədə vəfat edib) həmin torpaq sahəsini 12 a vqust 2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında X3 anası Cavabdeh mülkiyyətinə keçirmişdir. İİ. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh torpaq sahəsinin alınmasına, yaşayış evinin tikintisinə, təmirinə çəkilmiş 6517 (altı min beş yüz on yeddi) manatın, hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manatın və ödənilmiş 88.37 (səksən səkkiz manat, 37 qəpik) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 08 oktyabr 2015-ci il tarixdə Kəngərli rayon Qeydiyyat şöbəsində rəsmi olaraq nikaha daxil olmaqla Cavabdeh oğlu X6 ilə evlənmişlər. 20 sentyabr 2017-ci ildə Kəngərli rayon Şahtaxtı kəndində yerləşən 0.226 4 ha torpaq sahəsini və üzərində yerləşən yaşamaq üçün hazır olmayan yarımçıq tikilini Kəngərli rayon Şahtaxtı kənd sakini X2 almışlar. Bunun üçün Nurəsdə Seyidova ilə 8300 manata razılaşaraq ilkin olaraq ona 2500 manat ödəmiş, qalan pulu isə ayda 250 manat olmaqla ödəyəcəklərinə razılaşmışlar. Onlar tərəfindən pul anası Şahid1 vasitəsi ilə X4 verilirdi. Oranı alandan sonra 2 otaq, salon, mətbəx, 2 zirzəmini tikib qurtarıb, təmir edib və həyətdə tualet tikdikdən sonra 11 aprel 2018-ci il tarixdə aldıqları evə köçmüşlər. Evin tikintisinin başa çatdırılmasına, təmir olunmasına aşağıda qeyd etdiyi işlər görülmüş və inşaat materiallarından istifadə olunmuşdur:
1. Hörgü 100 kv.m - 900 manat, 2. 2 maşın daş - 160 manat, 3. 2 maşın qum - 520 manat,
4. Otaqların gəci - 122 kv.m - 610 manat (usta p ulu),
5. Gəc 150 tay- 450 manat,
6. Sement 20 tay - 130 manat,
7. Sement yerə 48 kv.m - 144 manat (usta pulu),
8. Evin üstünə strapila 20 ədəd - 300 manat,
9. Reyka - 200 manat,
10. Pəncərə 3 ədəd - 450 manat,
11. Qapı 3 ədəd - 150 manat,
12. Padval qapısı 180 manat,
13. Padval pəncərəsi 2 ədəd - 80 manat,
14. Padvalın sementi - 200 manat,
15. Pirket - 150 manat,
16. Elektrik sistemi - 110 manat, cəmi: 4734 manat. X1 ödəyib qurtarmaqlarına baxmayaraq notariusa gedib alqı-satqı müqaviləsini bağlamamışlar. Evə işıq, qaz xətləri çəkilmiş, onların pullarını ödəmişlər. 2020-ci ilin mart ayına kimi orada yaşamışlar və özünə məxsus cehiz əşyaları həmin evdədir. 2020-ci ilin mart ayında onlar Bakı şəhərinə köçərək orada yaşamağa başlamışlar. Yola gedə bilmədiklərindən 2024-cü ilin mart ayında an asının yanına qayıtmalı olmuşdur. Ondan sonra Əfsun nikahın pozulması tələbi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Kəngərli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(111)-151/2024 nömrəli qətnaməsi ilə onların nikahı pozulmuşdur. Nikahları pozulduqdan sonra sabiq qaynanası Cavabdeh onların birgə nikah dövründə aldıqları və yaşayış üçün xərc çəkərək yararlı hala saldıqları evi X2 12 avqust 2024-cü il tarixdə Kəngərli rayon Notariat Ofisində 4Ə-58 reyestr nömrəli alqı-satqı müqaviləsi rəsmiləşdirməklə saxta yolla almışdır. Bununla da o, onu birgə nikah dövründə qazandıqları əmlakdan məhrum etmişdir. Onlar həmin evin və torpaq sahəsinin alınmasına 8300 manat pul vermiş, əlavə olaraq tikililərin başa çatdırılmasına, təmirinə 4734 manat olmaqla, ümumilikdə 13034 manat xərc çəkmişlər ki, bunun da yarısını, yəni 6517 manatının Cavabdeh alınıb ona verilməsini istəyir.
4. Kəngərli Rayon Məhkəməsinin 2(111)-24/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Z.Əhmədov) iddia qismən təmin edilmiş, Cavabdeh 5900 manat, hüquqi yardıma görə vəkilə ödədiyi 320 manat və 80 manat dövlət rüsumunun əvəzi, cəmi 6300 manat pul alınaraq İddiaçı verilmiş, iddia qalan hissədə rədd edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 37.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1 və 1091.1-ci maddələri ilə əsaslandırmışdır. İİİ. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdehin nümayəndəsi və və kili Rəcəbov X9 rayon Məhkəməsinin (sədrlik edən hakim X7) 18 fevral 2025-ci il tarixli, 2(111)-24/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir.
7. Cavabdehin nümayəndə və vəkili apellyasiya şikayətini aşağıdakı kimi əsaslandırmışdır: “Hazırkı mülki iş üzrə tərəflər hüquqi münasibətdə olmasalar da, iddia tələbinin qanuni əsasını əsassız varlanma təşkil edir...” və“...cavabdeh isə həmin torpaq sahəsinin alınmasına və onun üzərində olan yarımçıq tikiliyə çəkilmiş xərcin pulunun özləri tərəfindən “Ramazan” adlı şəxs vasitəsi ilə Türkiyədən göndərildiyini və oğlu Məhərrəmov Əfsun tərəfindən ödənilməklə özü aldığını qeyd edərək iddianı qəbul etmədiyini bildirir. Bu halı iş üzrə müstəqil tələb irəli sürmə yən üçüncü şəxs X6 da təsdiq edərək iddianı qəbul etmədiyini bildirmişdir. Lakin qeyd edilənlərlə bağlı cavabdeh və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəməyə heç bir sübut təqdim etməmişdir”. Halbuki, iddiaçının da məhkəmə iclasları zamanı etiraf etdiyi kimi onun özü heç bir yerdə işləməmiş, yəni müstəqil şəkildə ailə büdcəsinə yardımı olmamışdır. Ərinin qazancı isə onların övladları olmadığından qadının müalicəsinə və gündəlik tələbatlarını ödəməyə ancaq yetmişdir. Onların evi (iddiaçının gəlin köçdüyü evi) tərk etməsinin səbəbi də məhz onun digər ciddi ehtiyacları olduğu halda ailə büdcəsinin gəlirlərini boşuna israf etməsi (bahalı marka mobil telefon alması) olmuşdur. Bu halın özü də onların sonradan alınmış evlə bağlı hər hansısa vəsait xərcləmələrini, o cümlədən ilki n olaraq “alınmış” daşınmaz əmlaka 2500 (iki min beş yüz) manat pulu bir dəfəyə ödəmələrini istisna edir. Ər-arvadın digər gəlirləri olmadığından və “əllərinə düşəni” isə müalicəyə və gündəlik məişət tələbatlarına xərclədiklərindən onlar həmin daşınmaz əmlakı hər hansısa formada əldə edə bilməzdilər. Buna görə də həmin evdə onların müvəqqəti olaraq yaşaması iddiaçının əmlak tələbini, indiki konkret vəziyyətdə pul tələbini istisna etməlidir. Çünki, iddiaçının müvəqqəti yaşadığı yerdə hər hansısa işin görülməsində iştirakı onun mülkiyyətçilik baxımından ən yaxşı halda müvəqqəti sahibliyinə dəlalət edir. Bu isə o demək deyil ki, o, müvəqqəti olaraq yaşadığı evlə bağlı pul tələbi irəli sürə bilər, həmdə həmin əmlakı qanuni olaraq alqı-satqı ilə vicdanlı olaraq əldə edən şəxsə qarşı. Bunlara baxmayaraq məhkəmə yanlışlıqla tərəflərin subyektiv tərkibini düzgün qiymətləndirməmiş və nəticədə işə baxan məhkəmə qanunvericiliyin tələblərini ciddi şəkildə pozmuşdur... Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilir: “Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir”. Birinci instansiya məhkəməsinin mövqeyini heç də tam qanuni və əsaslı hesab etmək doğru olmaz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə AR Ali Məhkəməsi MİÜMK-nın 04/05/07-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında da vurğulandığı kimi “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır”. İndiki işdə isə iddiaçıya münasibətdə subyektiv hüququn üç əsas elementindən biri olan “Başqa şəxsdən (borcludan) tələb etmək hüququ”nun olmasına lazımınca diqqət yetirilməmiş və nəticə etibarı ilə tərəflərin subyektiv tərkibi düzgün müəyyənləşdirilməmişdir. Belə ki, “başqa şəxs (borclu)” olaraq iddiaya cavab verməli olmayan şəxs hədəf seçilmişdir. Beləliklə də iddiaçının tələbi həmin tələbə cavab verməli olmayan şəxsə yönəlmişdir. Bu hal həm də məhkəm ə araşdırması zamanı iddianın əsasını və predmetini təşkil edən hüquq normalarına münasibətdə də yanlışlığa səbəb olmuşdur... Azərbaycan Respublikasının Mülki Məcəlləsində də aydın şəkildə ifadə olunduğu kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsi, xitamı və dəyişilməsi üçün bir çox prosedur – hüquqi faktın olması zəruridir. Mülki hüquq münasibətləri eyni predmetlə bağlı müxtəlif əsaslar üzrə formalaşmış olsa belə, məhkəmələr mülki mübahisələri həll edən zaman həmin mübahisənin obyektiv həlli üçün məhz mübahisəyə zəmin yaradan, tərəflər arasındakı münasibətləri ilkin olaraq müəyyən edən münasibətlərin hansı mülki hüquq və vəzifələrdən törəndiyini, əmələ gəldiyini mütləq müəyyənləşdirməlidir. İndiki halda mübahisə predmeti pul (maddi dəyər) olmuş olsa da, əslində həmin tələb cavabdehin vicdanlı olaraq əldə etdiyi daşınmaz əmlakın ekvivalenti kimi çıxış edir. Belə ki, iddiaçının fikrincə həmin əmlakın əldə edilməsinə və yenidən qurulmasına sərf edilmiş vəsait, dolayısı ilə cavabdehə məxsus əmlak mübahisə predmetini təşkil edir. Bu halda isə aralarında heç bir mülki hüquq münasibəti olmayan şəxsə qarşı iddianın təmin edilməsi yolverilməzdir. Belə ki, hazırkı işdə iddia predmeti ilə bağlı mülki hüquqi münasibətin yaranması üçün zəmin “ailə hüquq” münasibətindən irəli gəlir. Çünki, iddiaçının həmin əmlaka olan hüquqlarının əsasında yaranmış “ona çatası payın” bünövrəsində “birgə nikah dövründə əldə edilmiş əmlak”a olan tələb durur ki, belə olan təqdirdə də o, iddianı onunla birgə nikahda olmuş şəxsə qarşı yönəltməli idi. İddiaçının əmlaka dair hüquqları (əgər varsa) nikah mü nasibəti fonunda formalaşdığından burada tərəflərin həm subyektiv tərkibində, həm də iddianın əsasına münasibətdə (əsassız varlanmağa münasibətdə) məhkəmə yanlışlığa yol vermişdir. Əsassız varlanmanın dispozitiv anlayışından da göründüyü kimi cavabdeh əmlakı iddiaçının hesabına deyil, müqavilə əsasında alqı-satqı yolu ilə əldə etmişdir. Əgər həmin əmlakın qanuni əsas olmadan, müqavilə əsasında olsa belə cavabdehin mülkiyyətinə keçməsi iddiaçının qanunla qorunan mənafeyinə xələl gətirmişdisə, bu zaman o, onun həmin əmlaka olan hüquqlarını heçə sayaraq əmlakı özgəninkiləşdirən satıcıya qarşı iddia tələbi ilə çıxış etməlidi... Digər bir məsələ isə ondan ibarətdir ki, birinci instansiya məhkəməsi qətnamə ilə cavabdehin əsassız varlanması qənaətinə gəlməklə yanaşı iddiaçının mübahisəsi, yəni iddia tələbi olmadan cavabdehə məxsus daşınmaz əmlaka onun hüquqlarının olduğunu daşınmaz əmlakla bağlı mübahisə olmadığı, eləcə də həmin əmlaka dair iddiaçını hər hansı hüququnun olmasını araşdırmadan da təsbit etmiş olur. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçının hesabına əsassız varlandığını sübuta yetmiş hesab etməklə, həmçinin məhkəmə prosesinə iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 hesabına da əsassız varlandığını müəyyən etmiş olur. Bütün bunlar isə məhkəmə qətnaməsinin qanunsuz və obyektivlikdən uzaqlığına dəlalət edir... Məhkəmə sübutlara qiymət verərkən mübahisənin düzgün həlli üçün başqa mühüm halların olmasına, məs: iddiaçının müstəqil tələb irəli sürməyən üçüncü şəxslə evli ikən həmin əmlakı hansı vəsait, hansı gəlir hesabına əldə edə bilməsinə, cavabdeh in həmin əmlakı alqı-satqı müqaviləsi əsasında almasına, xüsusilə də daşınmaz əmlakın yerində müayinə edilməli və lazım gələrsə ekspertiza təyin olunmasına diqqət yetirməmişdir. Beləliklə də məhkəmə araşdırması obyektiv və hərtərəfli aparılmadan qətnamə qəbul edilmişdir... İddia indiki cavabdehə qarşı yox, həmin daşınmaz əmlakın əvvəlki sahibinə və yaxud hazırkı işdə müstəqil tələb irəli sürməyən üçüncü şəxsə qarşı irəli sürülməli idi. Çünki, cavabdehlə iddiaçının arasında heç bir hüquqi bağlılıq olmayıb. Cavabdeh hal-hazırda mülkiyyətçisi olduğu əmlakı vicdanlı olaraq əldə edibdir. Buna görə də qarşı tərəfin iddiasına daşınmaz əmlakın əvvəlki sahibi, ya da hazırkı işdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavab verməli idi. Bu hal birinci instansiya məhkəməsinin nəzərinə çatdırılsa d a, iddiaçı tərəflə müzakirə edərək məhkəmə əsassız olaraq əsl cavabdehin Cavabdeh olması qənaətində qaldı. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir”... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarı: “Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətindən irəli gələn maddi hüquqi tələbi başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsası dedikdə isə iddiaçının öz tələbini təsdiq etmək üçün irəli sürdüyü hallar, yəni tərəflər arasındakı maddi-hüquq münasibətlərinin yaranması, dəyişməsi və xitamının bağlı olduğu hallar başa düşülür. İddianın faktiki əsasına iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar, iddianın hüquqi əsasına isə iddiaçının cavabdehə qarşı olan tələbinin hüquqi cəhətdən əsaslandırılması aiddir”... Birinci instansiya məhkə məsinin qətnaməsində isə iddiaçı və cavabdeh arasında hər hansı maddi-hüquq münasibətlərinin olması istisna edilir. İddiaçının tələbini əsaslandırmağa çalışdığı hüquq münasibəti isə ailəhüquq münasibətindən irəli gəlir ki, belə olan təqdirdə də nə cavabdehin əsl cavabdeh olmasından, nə iddianın əsası və predmetinin düzgün seçilməsindən, nə də bütövlükdə tərəflərin subyektiv tərkibinin qanunauyğunluğundan danışmaq lüzumsuzdur. Birinci instansiya məhkəməsi iddiaçının ilk növbədə həmin daşınmaz əmlaka (ona sərf edilmiş vəsaitə) hansı hüququnun olmasını, həmin hüququn necə və hansı əsaslarla əmələ gəlməsini müəyyənləşdirmədən məhkəmə qətnamə qəbul etmişdir. Belə olmasa idi birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırmadan yanlış qətnam ə qəbul edilməzdi. İddiaçının iddia etdiyi hallar əsaslandırılıb sübuta yetirilməmişdir. Belə ki, iddiaçı tələb etdiyi pulu birgə nikah dövründə qazandığını iddia etməsinə baxmayaraq niyə həmin vəsaiti keçmiş ərindən yox, daşınmaz əmlaka qanuni yolla, alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ qazanan şəxsdən istədiyini əsaslandırmamışdır. Qətnamə ilə gəlinmiş nəticə işin hallarına uyğun deyildir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixdə verdiyi izahatında, tərəflərin subyektiv tərkibinin düzgün müəyyən edilmədiyini, cavabdehin əsassız varlanma ilə bağlı cavabdeh ola bilmədiyini, mübahisəli əmlakın müqavil ə əsasında alındığını, ailə münasibətlərindən irəli gəldiyini, məhkəmənin yalnız etirafedici ifadələrlə kifayətlənməyib ekspertiza aparmalı olduğunu, iddiaçının və onun sabiq ərinin maddi imkanlarının məhdud olduğunu, evdən çıxarılma səbəbinin bahalı telefon alınması ilə bağlı olduğunu, valideynlərin qeyri-rəsmi yolla mülk aldıqlarını, iddiaçının həmin əmlaka çəkilən xərcləri iddia etdiyini, lakin bunun sübut edilmədiyini, müdafiə etdiyi tərəfin xərclərin yarısını ödəməyə razı olduğunu, vəsaitlərin oğul vasitəsilə mülkiyyətçiyə çatdırıldığını, vasitəçiliyin əsassız varlanmaya əsas vermədiyini, ekspertiza ilə bağlı yazılı vəsatətlərinin olmadığını, tikintiyə çəkilən 3500 manat xərci qəbul etdiklərini, 8300 manatın isə kim tərəfindən ödənilməsinin mübahisəli olduğunu, əmlakın bazar dəyərinin müəyyənləşdirilməsi barədə şifahi vəsatətinin rədd edildiyini, ilkin ödəniş kimi 2500 manatın çəkildiyini, cavabdehlə iddiaçı arasında birbaşa hüquqi münasibət olmadığını, Əfsun Məhərrəmovun atasından aldığı pulu mülkiyyətçiyə verdiyini, lakin başqa sübut olmadığını, tərəflərin barışmadığını və qanunvericiliyin vasitəçiliklə pul göndərməyi qadağan etmədiyini bildirmişdir.
10. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 izahatında, tərəflərin 2015-ci ilin oktyabr ayında ailə qurduğunu, 2016-cı ildə isə evdən çıxarıldıqlarını, evdən çıxarılma səbəbinin bahalı telefonla bağlı olmayıb, iddiaçının Əfsunun bacısının uşağını təbrik etməməsindən qaynaqlandığını, sonradan iddiaçının nənəsinin evində yaşadıqlarını, həmin müddətdə ev axtardıqlarını, mübahisəli mənzilin iddiaçının atasının, qardaşının və Əfsunun hesabına tapıldığını, mənzilin alınması üçün ilkin 2500 manatın müxtəlif mənbələrdən, o cümlədən iddiaçının atasından, iddiaçının satdığı qızıllardan və Əfsunun lotereya pulundan təmin edildiyini, qalan məbləğin 2020-ci ilə qədər hissə-hissə ödənildiyini, tərəflərin 2018-ci ilin aprelindən 2020-ci ilə qədər həmin evdə yaşadıqlarını, daha sonra Bakıya köçdüklərini, 2024-cü ildə problem səbəbindən Naxçıvana qayıtdıqlarını və həmin ilin iyununda nikahlarının pozulduğunu, 2024-cü ilin avqustunda isə mübahisəli əmlakın Əfsunun anasının adına keçirildiyini, məhkəmədə əmlakın birgə nikah dövründə əldə edildiyini və yarısının Əfsuna məxsus olduğunu əsas gətirərək hazırkı iddianın qaldırılmasına qərar verdiklərini, əmlakın alınmasına ümumilikdə 8300 manat, təmirinə isə 3500 manat xərclənmə si barədə tərəflər arasında razılığın olduğunu, bu səbəbdən ekspertiza keçirilməsinə ehtiyac duymadıqlarını, evi satanın Nurəsdə xanım olduğunu, əgər onun pul almış olsaydı ona qarşı məhkəməyə müraciət edəcəklərini, lakin pul almadığını, hazırda isə 8300 manat müqabilində Xədicə xanımın mülk sahibi olduğunu, məhkəmə araşdırmasında evin Əfsun tərəfindən alınmasının təsdiqləndiyini və buna görə də apellyasiya şikayətinin təmin edilməməsini, Kəngərli Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdiyini bildirmişdir.
11. İddiaçı, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azər baycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. İV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Ailə Məcəlləsi
12. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
13. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. b) Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
15. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxs in (məhrum olanın) hesabına əmlak əldə etsin.
16. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
17. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
18. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. c) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbi q edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
25. Maddə 402.1. Ape llyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. V. Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq no rmalarına riayət etməsini yoxlayır.
27. Hazırkı apellyasiya şikayətində Cavabdeh vəkili və nümayəndəsi Rəcəbov X9 Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(111)-24/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən qətnamə apellyasiya şikayəti həddində yoxlanılır. Vİ. Məhkəmə kollegiyasının mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Əvvəla, işin halları və tərəflərin izahatları təsdiq edir ki, İddiaçı iddia tələbi ilə torpaq sahəsi və onun üzərindəki evə mülkiyyət hüququ tələb etmir, yalnız həmin tikilinin alınması və təmirinə çəkilmiş xərclərin, yəni birgə nikah dövründə faktiki sərf etdikləri maddi vəsaitin geri qaytarılmasını istəyir. Bu tələb mülkiyyət hüququna dair deyil, ödənilmiş xərclərin əvəzinin alınmasına yönəlmiş pul tələbidir.
30. İş materiallarından və xüsusən tərəflərin və şahidlərin izahatından göründüyü kimi, torpaq sahəsi və yarımçıq tikili 8300 manata alınmış, tikilinin tamamlanmasına isə əlavə olaraq 3500 manat xərclənmişdir. Bu xərclər tərəflərin birgə nikah dövründə həyata keçirilmişdir. Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələrinə görə, nikah dövründə əldə edilən əmlak və bu əmlaka çəkilən xərclər ümumi birgə mülkiyyət hesab edilir və ərlə arvad arasında bərabər bölünür.
31. Apellyasiya şikayətində cavabdeh iddiaçının qazancının olmamasına, ailə büdcəsinə töhfə vermədiyinə istinad edir. Lakin Ailə Məc əlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak birgə mülkiyyət hesab edilir və bu, ər-arvaddan kim tərəfindən qazandığından asılı deyildir. İddiaçının işləməməsi onun birgə nikah dövründə qazanılmış əmlakda pay hüququnu inkar etmir.
32. Digər tərəfdən, cavabdehin iddiası əsassız varlanma ilə bağlı dəlilləri də qəbul edilə bilməz. Mülki Məcəllənin 1091.1 və 1092.1-ci maddələrinə əsasən, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edən şəxs həmin əmlakı və ya onun dəyərini qaytarmağa borcludur. İşin materiallarından göründüyü kimi, Cavabdeh 2024-cü ilin avqust ayında həmin torpaq sahəsini və üzərindəki tikilini rəsmi olaraq öz adına rəsmiləşdirmişdir. Həmin vaxt onun pul ödəmədiyi işin mübahisəsiz halıdır. Nəticə etibarilə, iddiaçının və keçmi ş ərinin əmlakın alınması və təmirinə çəkdiyi xərclər cavabdehin mülkiyyətinə keçmişdir. Bu isə cavabdehin hüquqi əsas olmadan iddiaçının və keçmiş ərinin hesabına varlanması halıdır.
33. Cavabdeh iddia edir ki, torpaq sahəsini və tikilini müqavilə əsasında qanuni əldə edib və buna görə iddia əsassızdır. Lakin iddiaçı həmin müqavilənin tərəfi deyildir, cavabdehin üçüncü şəxslə bağladığı alqı-satqı müqaviləsi iddiaçının sərf etdiyi xərclərin cavabdeh üzərində doğurduğu əsassız varlanma halını aradan qaldırmır. Çünki cavabdeh həmin əmlakı, üzərində tikinti və təmir xərcləri ilə birlikdə dəyəri artmış vəziyyətdə faktiki olaraq əvəzsiz əldə etmişdir.
34. Cavabdeh iddia edir ki, iddiaçı yalnız müvəqqəti istifadəçi olub. Halbuki işin hallarından görünür ki, iddiaçı tikiliyə münasibətdə yalnız is tifadəçi deyil, birbaşa tikinti və təmir işlərinə, yəni birgə maddi sərmayə qoymuş şəxs kimi iştirak etmişdir. İddiaçının 6 ilə yaxın həmin evdə yaşaması da yalnız müvəqqəti istifadə deyil, orada faktiki mülkiyyət marağının mövcudluğunu təsdiq edir.
35. Cavabdeh həmçinin iddia edir ki, iddiaçı əslində iddianı sabiq ərinə və ya satıcıya qarşı qaldırmalı idi. Məhkəmə kollegiyası bu dəlili də əsassız hesab edir. Nikah dövründə əldə edilmiş əmlaka çəkilmiş xərclərin yarısı, iddiaçının birgə mülkiyyətdən ona düşən payı hesab olunur. Həmin əmlak isə cavabdehə keçdiyindən, iddiaçının xərclərinin cavabdehdən tələb edilməsi tam qanunidir. Məhkəmə təcrübəsi göstərir ki, nikah pozulduqdan sonra sabiq ər-arvad əmlak bölgüsü ilə bağlı iddiaları yalnız bir-birinə deyil, həmin əmlak üzərində mülkiyyət hü ququ qazanan üçüncü şəxslərə qarşı da qaldıra bilərlər. Bu, Mülki Məcəllənin 1091-ci maddəsi ilə tənzimlənir.
36. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Cavabdeh həmin əmlakı qanuni yolla əldə etməsi faktı iddiaçının əsassız varlanma ilə bağlı tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 37.1-ci maddələrinə, Mülki Məcəllənin 1091.1, 1092.1-ci maddələrinə uyğun qəbul edilmiş, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmış, düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər əsassızdır və qətnamənin ləğvi üçün əsas vermir.
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuna uyğun, əsaslandırılmış və ə dalətli hesab edilməli, apellyasiya şikayəti isə əsassız olduğundan rədd edilməlidir.
38. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Kəngərli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(111)-24/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına el ektron qaydada kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Vüqar Quliyev, Zamiq Əliyev