Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-97/2024 16.04.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X3 və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İddiaçı məhkəmə iclasına sədrlik edən Şahbuz Rayon Məhkəməsinin hakimi X5 etdiyi etiraza açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı kompensasiya və pul tələbi barədə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ona olan 46580 manat borcun, 230 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin, ümumilikdə 46860 manatın alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə ba xışı iclası zamanı İddiaçı 02 aprel 2024-cü il tarixli etiraz ərizəsi ilə məhkəmə iclasına sədrlik edən Şahbuz Rayon Məhkəməsinin hakimi X5 işə onun sədrliyi ilə baxılmasına etiraz edərək, qeyd etmişdir ki, son vaxtlar keçmiş həyat yoldaşı Cavabdeh ona qarşı olan müxtəlif tələbli mülki işlərinə baxılmış, ilk dəfə olaraq onun həmin şəxsin birgə evlilikləri dövründə, inam və etibarından sui-istifadə etməklə, ona vurduğu maddi ziyanla əlaqədar məhkəmədə iddia qaldırmışdır. Onun risk dairəsinə daxil olmayan səbəblər ucbatından məhkəmənin ilkin hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin olunmuşdur. Həmin tarixdə keçirilən iclasda əvvəlcədən 27 fevral 2024-cü il tarixdə məhkəməyə göndərdiyi yazılı ərizəsi elan olunmuş və sonra tərəflərin iştirakı ilə müzakirə edilmədən, sanki cavabdehə vəkill ik etməklə onun xeyrinə dərhal rədd edən hakim D.Səfərov, onu aşağılayacaq tərzdə xx.xx.2024-cü il tarixdə yazdığı ərizəni elan edib qarşı tərəfin vəkilinin münasibətini öyrəndikdə, o, qeyd olunanlara öz etirazın bildirmiş, sonra da nəzakəti səslə Cavabdeh yazılanlara qarşı münasibətini öyrəndikdə o, yazılanların yalan və böhtan olduğunu bildirmiş və əlavə olaraq iddiaçının bundan xəbəri yoxdur bütün bunları törədən onun qardaşıdır demişdir. Sonradan amiranə səslə hakimə “bunun üstünə cinayət işi açın!” demişdir. Sonra nümayəndəsi əvvəlcədən bunları təmkinlə dinləyən hakimə etirazını bildirdikdə, hakim onun üzərinə çığırmış, “sən məhkəmənin işin pozursan, vəsatətiniz təmin olunmur” demişdir. Səbəbin də cavabdehin narazılığı ilə izah etmişdir. Nümayəndəsi söz istədikdə, hakim aqresiv şəkild ə onun üzərinə çığırmış, “qanundan xəbəriniz yoxdur, buna görə də sizi MPM-nin 120-ci maddəsi ilə son dəfə xəbərdar edirəm, əkstəqdirdə 500 manatadək cərimələnəcəksiniz” demişdir. Görəsən hakim D.Səfərov cavabdehin təqdim etdiyi hansı mötəbər sübutu obyektiv şəkildə araşdırıb müvafiq qiymət vermiş və hansı meyarlar əsasında məhkəmənin ilk iclasında müəyyən etmişdir ki, tərəfindən verilmiş iddia ərizəsi əsassız və vicdansızcasına verilmiş bir iddiadır. Güya o, mübahisələr edərək işə düzgün və tezliklə baxılaraq həll edilməsinə maneçiliklər törətməklə, məqsədli şəkildə məhkəmənin və tərəfin iş vaxtını süni şəkildə itirməyə cəhdlər edir. (Maraqlıdır, görəsən bunun müqabilində məqsədi və qazancı nə ola bilərdi.) İddia tələbindəki müəyyən çatışmazlıqlar və sonrakı proseslər zamanı onların ara dan qaldırılması barədə əvvəlcədən xx.xx.2024-cü il tarixində məhkəməyə yazılı müraciəti olmuşdur. Belə olan halda özünün müdafiə hüquqlarına əsaslanaraq Şahbuz Rayon Məhkəməsinin hakimi X5 qarşı AR MPM-nin 21.2-ci maddəsinin tələbləri baxımından etiraz etmişdir. Çünki sonradan bildiyinə görə əvvəllər hakim D.Səfərov tərəfindən Cavabdeh ona qarşı olan iddia tələbi təmin olunarkən qərəzli məqsədlə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq, yanında qalan tam yetkinlik yaşına çatmayan məktəbli övladının aliment məsələsinin həll olunması, eləcə də istər Cavabdeh və onun Naxçıvan MR Vəkillər Kollegiyasının üvzü olan vəkili Vəkil tərəfindən açıq şəkildə qərəzli məqsədlə mənafeyinə zidd olaraq övladlığa götürmə sirrinin yayılması barəsindəki çox saylı şikayətlərinə, onun tərəfindən faktiki olaraq baxılmaması və s. həmçinin eləcə də hazırkı iş üzrə sərgilədiyi hərəkətlər onda X1, bu işin nəticəsində birbaşa maraqlı olduğunu və bir hakim kimi bu işə ədalətlə baxacağına və həll edəcəyinə əsaslı şübhələr yaradır. Hesab edir ki, bundan sonrakı proseslərdə iştirakının heç bir mənası yoxdur. Çünki iddia tələbinə istinad etdiyi əsas sübutu müstəqil sürətdə əldə etmək imkanı xaricində olduğundan, həmin sübutu məhkəmə vasitəsi ilə əldə etmək üçün hakimə daha müraciət edə bilməyəcəkdir. Çünki bu barədə əvvəlcədən xəbərdar olunmuşdur, 500 manatadək cərimə olunub tərəf qarşısında gülünc vəziyyətə düşmək istəmir. İddiaçı sonda yuxarıda qeyd olunan işin faktiki hallarına, sadalanan hüquq normalarına və posessual hüquqlarına əsaslanaraq pozulmuş konstitusion hüquqlarının bərpası məqsədi ilə yazılı etirazının təmin edilib, iddia ərizəsinin X1 icraatından götürülərək sonrakı prosessual hərəkətlərin davam etdirilməsini, məhkəmənin başqa hakiminə həvalə edilməsini xahiş etmişdir. Mülki iş İddiaçı etirazına əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiya etirazda göstərilən dəlili iş materialları ilə əlaqəli olaraq yoxlayıb belə hesab edir ki, etiraz əsassızıdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Konstitusiyanın 127-ci maddəsinin 1-3-cü bəndlərində qeyd olunur ki, hakimlər müstəqildi r, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin birinci hissəsinə uyğun olaraq hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. Qeyd olunan maddələrin məzmunundan da göründüyü kimi, Azərbaycan Respublik asında məhkəmə hakimiyyətinin fəaliyyəti və hakimlərin müstəqilliyi Azərbaycan Respublikasının ali qanunu olan Azərbaycan Respublikası Konstitusiyasında, həmçinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununda öz təsbitini tapmışdır. Belə ki, istinad olunan normalardan da aydın olur ki, hakimlər işlərə baxarkən müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. Kollegiya iş üzrə İddiaçı məhkəmə iclasına sədrlik edən Şahbuz Rayon Məhkəməsinin hakimi X5 etdiyi etirazı tamamilə mülahizə xarakterli hesab edərək, əsassız sayır və qeyd edir ki, ərizədə göstərilən dəlillərin hər hansı hüquqi və faktiki əsası yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.1 və 19.1.7-ci maddələrinə əsasən onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa hakimin işə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 3 saylı qərarının 5.1-ci bəndində qeyd olunur ki, “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə və yaxud hakimin öz-özünə etiraz etməsi əsaslandırılmalıdır.” Həmin Qərarın 5.5-ci bəndində qeyd olunur ki, “Azərbaycan Respublikası MPM-nin 19.1.7-ci maddəsinə əsasən etiraz verildikdə və ya özüözünə etiraz edildikdə hakimin, məhkəmə tərkibinə daxil olan bir və ya bir neçə hakimin, habelə məhkəmə tərkibinin işin nəticəsində maraqlı olmasının, onun obyektivliyinə və q ərəzsizliyinə dair şübhələrin konkret nədə ifadə olunması göstərilməli, Azərbaycan Respublikası MPM-nin 21.2-ci və 21.3-cü maddələrinə uyğun olaraq əsaslandırılmalı və buna dair sübutlar təqdim olunmalıdır.” Kollegiya yuxarıda istinad olunan normalara əsaslanmaqla belə hesab edir ki, İddiaçı etiraz ərizəsində göstərdiyi dəlil mülahizə xarakterlidir. Ərizədə etirazın konkret əsasları göstərilməmiş, eyni zamanda bunu təsdiq edəcək hər hansı sübutlar təqdim olunmamışdır. Etiraz ərizəsində qeyd olunanlar Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.2.3-cü maddəsində nəzərdə tutulan halın tətbiqi üçün əsas deyildir. Bu səbəbdən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İddiaçı məhkəmə iclasına sədrlik edən Şahbuz Rayon Məhkəməsinin hakimi X5 qarşı etirazı təmin edilməmə li və mülki iş eyni hakimin sədrliyi ilə baxılması üçün Şahbuz Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19 və 22-ci maddələrini rəhbər tutaraq, kollegiya qərarverdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İddiaçı məhkəmə iclasına sədrlik edən Şahbuz Rayon Məhkəməsinin hakimi X5 qarşı etdiyi etiraz təmin edilməsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş eyni hakimin sədrliyi ilə baxılması üçün Şahbuz Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-97/2024
Ali Məhkəmə Qərardad — İş №2(108)-97/2024
16.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver