Məhkəmə qərarları › İş №2(108)-99/2022

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-99/2022

25.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-99/2022 25.08.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, Hüseynbəyli Məftunə Firəddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, Babək Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(079)-183/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Babək Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(079)-183/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı onun mülkiyyətində olan Naxçıvan Muxtar Respublikası Babək Rayon Gülşənabad kəndində yerləşən yeməkxana sahəsindən məcburi qaydada çıxarılma tələbin ə dair iddiası təmin edilərək Cavabdeh Babək rayonu Gülşənabad kəndində yerləşən ümumi sahəsi 100.25 m2 olan, Babək rayon Payız bələdiyyəsinə məxsus 1006.94 m2 torpaq sahəsi üzərində icarə hüququ əsasında inşa edilmiş qeyri-yaşayış binasından məcburi qaydada çıxarılması, iddiaçı tərəfindən iddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı qaytarılması qət edilmişdir. İşin halları: İddiaçı 28 mart 2022-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh onun mülkiyyətində olan Naxçıvan Muxtar Respublikası Babək rayon Gülşənabad kəndində yerləşən yeməkxana sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(079)-183/2022 nömrəli qətnaməsi ilə id dia təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh 14 iyul 2022-ci il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək məhkəmənin qətnaməsinin ləğv olunub iddianın rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Mülki iş Cavabdeh apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 1997-ci ildən Payız bələdiyyəsinə məxsus torpaq sahəsini icarəyə götürüb müxtəlif məqsədlərlə maşınqayırma sexi və s. kimi istifadə etmiş, daha sonra oranı yaşıllaşdırıb, bulağını təmizlədib, açdırmışdır. Bütün bunları vergi ödə yicisi kimi qeydiyyata düşüb müxtəlif təşkilatlardan kreditlər götürərək etmişdir. 1998-ci ildə oranın təyinatını dəyişib yeməkxana sahəsi inşa etməyə başlamışdır. Birgə nikah dövründə 2013-cü ildə Payız bələdiyyəsinə məxsus 1006.94 m2 torpaq sahəsi üzərində icarə hüququ əsasında Babək rayonu Gülşənabad kəndində 100.25 m2 ölçüdə qeyri yaşayış binası - ictimai iaşə obyektini inşa edib başa çatdırmışdır. Yeməkxana sahəsini 2000-ci ildə Aqrar Bankdan 2000 manat məbləğində, 2010-cu ildə İqtisadi İnkişaf Nazirliyindən arıçılığın inkişafı üçün 10000 manat, 2013-cü ildə isə balıqçılığın inkişafı üçün isə 27000 manat məbləğində, 2012-ci ildə isə Naxçıvan MMC-dən abadlaşdırma işləri üçün 5000 manat məbləğində kredit götürərək inşa etmişdir. Həmin kreditləri restoranın təmir-tikintisinə sərf etmişdi r. Hazırda həmin restoran "Körpü" Ailəvi Restoranı" adı ilə fəaliyyət göstərir. Yeməkxana sahəsinin üzərində yerləşdiyi 1006.94 m2 torpaq sahəsi 11 iyul 2013-cü ildə Payız Bələdiyyəsinin 11 iyul 2013-ci il tarixli, 7 nömrəli qərarı əsasında 15 il müddətinə icarəyə götürmüşdür. 20132016-cı illərdə oranı özü işlətmişdir. Daha sonra 2016-cı il fevral ayının 10-dan Babək rayon Cəhri kənd sakini X5 ilə həmin restoranı şərik olaraq işlətmək barədə razılaşmışlar. Restoranı 1 il ortağı, 1 il o işlədirdi. Lakin daha sonra onunla münasibətləri pozulmuş və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin qətnaməsi əsasında X3 50000 manat məbləğində borcunun olması barədə qətnamə qəbul olundu. Hazırda həmin qətnamə hissə-hissə ödəmə şərti ilə icra olunur və o ayda 1000 manat Sənan Novruzova pul öd əyir. Həmin vaxtadək iddiaçı ilə münasibətləri normal idi. X4 adlı qadın işə düzəldi və ona banklara olan borclarının bağlanması üçün borc verdi. Bundan sonra o gecəgündüz restoranda qalıb borcunu ödəmək üçün işləmiş, iddiaçı isə ona xəyanət etdiyini düşünüb nikahın pozulması barədə məhkəməyə müraciət etmişdir. 2021-ci ilin sentyabr ayında aralarında olan məhkəmə mübahisəsi zəminində qarşılıqlı razılığa gələrək restoranı iddiaçının adına keçirmişdir. Bundan əvvəl yeməkxananı Kəngərli rayonu Xok kənd sakini X6 yazılı sadə müqavilə əsasında ayda 1500 manata icarəyə vermişdir. Hazırda da həmin müqavilə əsasında yeməkxananı X7 işlədir. Bunun qarşılığında isə ayda 1500 manat icarə haqqı ona ödənilir. Özü də yeməkxanada qalaraq oraya nəzarət edir, bağına baxır, gecələr isə mühafizə edir. Hazırda orada 4 nəfər işçi - 1 xadimə, 2 ofisiant və 1 kababçı işləyir. Onlarla əmək müqaviləsi bağlamışdır, aylıq əmək haqlarını, həmçinin sosial sığorta haqlarını dövlət büdcəsinə ödəyir. Yəni, obyekt onun tərəfindən İddiaçı bağışlansa da faktiki olaraq oranı özü idarə edir. Hesab edir ki, məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Belə ki, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və bir tərəfli baxılmış, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. İddia tələbinin təmin edilməsi barədə qətnaməni qanunsuz və ədalətsiz sayır. İddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesa b edir. Hesab edir ki, məhkəmə qeyd etdikləri halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən icarə hüququ əsasında inşa edilmiş qeyri-yaşayış binasından məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilərkən obyektin VÖEN-in ona məxsus olması, obyektin vergi ödəyicisinin onun olmağının nəzərə alınmamasını tətbiq edilən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi kimi qiymətləndirir. Onun yeməkxana sahəsindən çıxarılacağı halda iddiaçı oradan istifadə edə bilməyəcək, o vergi ödəyicisi deyildir. Həmçinin yeməkxana sahəsinin üzərində yerləşdiyi torpaq sahəsi üzərində icarə hüququ ona məxsusdur. "İcarə haqqında” 30 aprel 1992-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən:

1. Əmlakın icarəyə verilməsi bu əmlak üzərində mülkiyyət hüquq unun verilməsinə səbəb olmur.

2. İcarəçinin icarəyə götürdüyü əmlakdan istifadə nəticəsində əldə etdiyi məhsul və gəlir, habelə icarəyə götürülmüş əmlakdan alınan gəlir hesabına əldə etdiyi əmlak onun mülkiyyətidir.

3. Əgər icarə müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə pozulduqda icarəyə verən həmin binaların və qurğuların bazar dəyərini icarəçiyə ödəməlidir. İcarəyə götürülmüş ərazidə icarəyə verənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəyə verənə məxsusdur. İcarəyəverən bunların sökülməsini tələb etdikdə icarəçi onları öz hesabına sökməyə və ya sökülmə xərclərini ödəməyə borcludur. Məhkəmə sübutlara tam və obyektiv qiymət verməmişdir. Məhkəmənin qətnaməsində göstərilən nəticələr işin həqiqi halları ilə uzlaşmır. Göstərilənlərə əsasən məhkəmənin qətnaməsinin ləğv olunub iddianın rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında ümumi sahəsi 100.25 m2 olan qeyri-yaşayış binasını Babək Rayon Dövlət Notariat ofisində Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinə əsasən İddiaçı adına keçirildiyini, bununla da könüllü olaraq qeyri-yaşayış binasına dair mülkiyyət və istifadə hüququdan imtina etdiyini, lakin obyektin VÖEN-in ona məxsus olmasını, məhkəmə tərəfindən icarə hüququ əsasında inşa edilmiş qeyri-yaşayış binasından məcbur i qaydada çıxarılması barədə qətnamə qəbul edilərkən obyektin VÖEN-in ona məxsus olması, obyektin vergi ödəyicisinin onun olmağının nəzərə alınmadığını, onun yeməkxana sahəsindən çıxarılacağı halda iddiaçının oradan istifadə edə bilməyəcəyini, onun vergi ödəyicisi olmamasını, bundan əlavə yeməkxana sahəsinin üzərində yerləşdiyi torpaq sahəsi üzərində icarə hüququnun ona məxsus olmasını, hazırda Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin qətnaməsi əsasında 50000 manat məbləğində borcunun olması barədə qətnamə qəbul olunduğunu, hazırda həmin qətnamənin hissə-hissə ödəmə şərti ilə icra olunduğunu, onun ayda 1000 manat Sənan Novruzova ödədiyini bildirərək, Babək Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(079)-183/2022 nömrəli qətnaməsinin rədd edilərək, iddianın rədd olunması b arədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında cavabdehin atası olduğunu, atasının 2016-cı ilədək yeməkxanadan gələn gəliri ailə üzvləri ilə paylaşdığını, daha sonra isə ortağı Sənanla oranı işlətməyə başladığını, sonra atasının həmin əmlakı 16 sentyabr 2022-ci il tarixdə anası, yəni İddiaçı adına keçirdiyini, həmin tarixdən əvvəl cavabdehin yeməkxananı Rəşad Məmmədova icarəyə verdiyini, icarədən hər ay 18000 manat pul aldığını, cavabdehin oradan gələn gəlirdən yalnız özünün faydalandığını, iddiaçıya 1 manat belə olsun pul vermədiyini, icarədən aldığı aylıq gəlirin yarısının iddiaçıya, yarısının cavabdehə bölünməsinə razı olduqlarını, lakin cavabdehin bununla razılaşmadığını bildirərək Ba bək Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(079)-183/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. İş üzrə İddiaçı işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhk əmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmən in qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı 28 mart 2022-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Cavabdeh ilə 27 noyabr 1990-cı il tarixdə nikahımızı rəsmiləşdirib ailə qurublar. Həmin nikahdan üç nəfər övladları doğulmuşdur. Hal-hazırda müəyyən səbəbl ərdən aralarında olan nikahın pozulması barədə Babək rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin mülki iş məhkəmənin icraatındadır. Nikahda olduqları müddətdə Naxçıvan Muxtar Respublikası Babək rayon Gülşənabad kəndində 100.25 ha torpaq sahəsi alıb üzərində yeməkxana binası inşa etmişlər. Həmin yeməkxananı bağışlama müqaviləsi əsasında o xx.xx.2021-ci il tarixdə **********26-06301 reyestr və ********** qeydiyyat nömrəsi ilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində qeydiyyatdan keçirib adına çıxarış almışdır. Lakin boşanma ərəfəsində olduğu əri Cavabdeh həmin yeməkxananı onun xəbəri və razılığı olmadan başqalarına icarəyə verib, aldığı icarə haqqını özü mənimsəyib, ona vermir və onunla nikahda ola-ola yeməkxanada qeyri-rəsmi saxladığı qadına x ərcləyib. Ona və övladlarına həmin aldığı icarə haqqından bir qəpik olsun belə vermir. Mülkiyyətçi kimi ondan bu kimi hərəkətlərinə son qoyub, mülkiyyətində olan yeməkxananın icarə haqqını ondan dəfələrlə tələb etsə də bundan boyun qaçırıb, birmənalı olaraq vermək istəmir. Qeyd edir ki, həmin yeməkxananın ½ hissəsi əvvəldən onun mülkiyyətində olub, digər ½ hissəsini isə bağışlama müqaviləsi əsasında hədiyyə kimi əldə etmişdir. Hal-hazırda onun mülkiyyətindədir. Lakin qazancını Cavabdeh mənimsəyir. Onun mülkiyyətində olan yeməkxananı istədiyi kimi istifadə edib, işlətməyinə imkan vermir. Hesab edir ki, mübahisə yalnız məhkəmə qaydasında həll edilməlidir. Göstərilənlərə əsasən Cavabdeh onun mülkiyyətində olan Naxçıvan Muxtar Respublikası Babək rayon Gülşənabad kəndində yerləşən yeməkxana s ahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək mülki işə “Cavabdeh Naxçıvan Muxtar Respublikası Babək rayonu Gülşənabad kəndində yerləşən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus, sahəsi 100.25 m2 olan qeyri-yaşayış binasından məcburi qaydada çıxarılması” şəklində baxılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Babək Rayon Dövlət Notariat ofisində 4Ə-346 reyestr nömrəsi ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinə əsasən hədiyyə verən Zeynalov X1 Muxtar Respublikası Babək rayonu, Gülşənabad kəndində 0.1006 ha bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 100.25 kv.m olan qeyri-yaşayış binasını h ədiyyə alan İddiaçı vermişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Babək rayonu Gülşənabad kəndində yerləşən ümumi sahəsi 100.25 m2 olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə **********26-06301 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2021-ci tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş daşınmaz əmlakın texniki pasportuna əsasən, Babək rayonu Gülşənabad kəndində yerləşən qeyri-yaşayış binası 1 mətbəx, 1 bar, 4 otaqdan ibarət olmaqla tikinti altı sahə 117.39 m2, digər s ahələr 889.55 m2 olmaqla 1006.94 m2 torpaq sahəsi üzərində yerləşir. Azərbaycan Respublikası “Standartlaşdırma, metrologiya və patent üzrə Dövlət Komitəsi” tərəfindən verilmiş əmtəə nişanı şəhadətnaməsindən belə məlum olur ki, xx.xx.2010-cu il tarixdən Cavabdeh əmtəə nişanı sahibi olmaqla “kafe, restoran xidmətləri və mehmanxanaların idarə olunması üçün” “KÖRPÜ” nişanı əmtəə nişanı kimi Azərbaycan Respublikası əmtəə nişanlarının Dövlət reyestrində qeydə alınmış, xx.xx.2020-ci il tarixə qədər qüvvədə olmuşdur. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestri şöbəsinin bildirişindən əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddəti xx.xx.2030-cu il tarixə qədər uzadılmış və dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. Babək Rayon Pa yız Bələdiyyəsinin 11 iyul 2013-cü il tarixli, 7 nömrəli qərarı ilə Gülşənabad kənd sakini Cavabdeh ərizəsinə baxılaraq Cavabdeh istifadəsində olan yeməkxananın yerləşdiyi və əhatə etdiyi 0.12 ha torpaq sahəsi 15 il müddətinə ona icarəyə verilmişdir. Kollegiya Cavabdeh işə baxan məhkəmənin icarə hüququ əsasında inşa edilmiş qeyri-yaşayış binasından məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edərkən obyektin VÖEN-in ona məxsus olması, obyektin vergi ödəyicisinin onun olmağının nəzərə alınmamasını tətbiq edilən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi kimi qiymətləndirməsi, onun yeməkxana sahəsindən çıxarılacağı halda iddiaçının oradan istifadə edə bilməyəcəyi, onun vergi ödəyicisi olmaması, bundan əlavə yeməkxana sahəsinin üzərində yerləşdiyi torpaq sahəsi üzərində icarə hü ququ ona məxsus olduğundan qətnamənin ləğv olunması ilə əlaqədar dəlillərinə münasibətdə qeyd edir ki, hazırda tərəflərin mübahisələndirdiyi Babək rayonu Gülşənabad kəndində yerləşən ümumi sahəsi 100.25 m2 olan qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehin həmin qeyri-yaşayış sahəsindən istifadə etməsi və vergi ödəyicisi olmaqla VÖEN-in olması, tikilinin yerləşdiyi torpaq sahəsini icarəyə götürməsi iddiaçının mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə maneə, o cümlədən cavabdehin həmin sahədən çıxarılmaması üçün əsas ola bilməz. Eyni zamanda işin araşdırılmış hallarından da göründüyü kimi, iddiaçı cavabdehin Payız bələdiyyəsinə məxsus torpaq sahəsindən deyil, iddiaçının mülkiyyətində olan 100.25 m2 sahəsi olan qeyri-ya şayış binasından çıxarılmasını tələb edir ki, bununda onun icarə müqaviləsi əsasında istifadə etdiyi torpaq sahəsinə aidiyyəti yoxdur. Həmçinin hazırda Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin qətnaməsi əsasında 50000 manat məbləğində borcu hissə-hissə ödəməsi və yeməkxananı icarəyə verməsini göstərməsi apellyasiya şikayətinin təmin olunmaqla məhkəmənin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya eyni zamanda qeyd edir ki, iş üzrə Cavabdeh ümumi sahəsi 100.25 m2 olan qeyri-yaşayış binasını Babək Rayon Dövlət Notariat ofisində 4Ə-346 reyestr nömrəsi ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinə əsasən İddiaçı adına keçirilməsinə etiraz etməmiş, bununla da könüllü olaraq qeyriyaşayış binasına dair mülkiyy ət və istifadə hüququdan imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunda göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi vurğulamışdır ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səla hiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göstərilənlərə əsasən kollegiya cavabdehin dəlillərini əsassız hesab edir. Kollegiya işin araşdırılmış hallarına hüquqi qiymət verərək belə hesab edir ki, məhkəmənin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münas ibətlərinə uyğun əsaslandırılmaqla tərəflərin təqdim etdiyi sübutlara obyektiv qiymət verilməsi təmin olunmuşdur. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya belə nəticəyə gəlir ki, Cava bdeh öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübu tlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə qanuni nəticə verilmişdir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmaqla işə düzgün nəticə verilmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olduğundan Cavabdeh apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393, 403, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Babək Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(079)-183/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətna mədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar