Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-1081/2025 16.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X13 Elmar oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3 qarşı “birgə əmlakın bölünməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı məhkəməyə müraciət edərək, Şərur rayon Şəhriyar kəndində yerləşən JN-271A və JN-0061 nömrəli şəhadətnamələrə əsasən paylı mükiiyyətdə əmlakın (torpaq sahəsinin) naturada bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, marhum X3 iİə anası Cavabdeh3 ötən əsrin 70ci illərində ailə qurmuş onların bu nikahından-X12, Abbasova (Babayeva) Səkinə Əsgər qızı, X9, X4, X8, X6, İddiaçı Əsgər oğlu, X5 adında yeddi övladları doğulmuşdur. Sonradan ölkədə aparılan torpaq islahatı zamanı Şərur Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci iİ tarixli 10 nömrəli va 24.l2.1997-ci il tarixli 9 nömrəli qərarları iİə ailəsinə JN-271A kod 10214018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.35 hektar torpaq sahəsi, JN-0061 kod 10214018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.44 hektar torpaq sahəsi verilmişdir. Verilmiş torpaq sahələri da daşınmaz əmlakın dövlət reyestrinda atası Əsgər, anası İsmət, qardaşə Elsəvər, bacısı Ceyhunə və onun adına qeydiyyata alınmışdır. X3 isə xx.xx.2003-cü il tarixdə vəfat etmiş və ondan Şərur rayon Şəhriyar kəndində JN-271A va JN-0061 nömrəli şəhadətnamələrə əsasən ailəsinə verilmiş torpaq sahələrindəki payı miras qalmışdır. Sonradan onun tələbi əsasında Şərur Rayon Məhkəməsinin qəbul etdiyi 2(110)-642/2024 saylı xx.xx.2024-cü iİ tarixli qətnaməyə əsasən xx.xx.2003-cü il tarixdə vəfat etmiş X3ndan miras qalmış əmlaka İddiaçı Əsgər oğlunun 1/3 (üçdə bir) hissədə payı, qardaşı cavabdeh X2 isə 2/3 (üçdə iki) hissədə payı müəyyən olunmuşdur. JN-271A kod 10214018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.35 hektar torpaq sahəsi üzərində 450 kv.m olan iki mərtəbəli, 16 otaqdan ibarət fərdi yaşayış evi və təqribən sahəsi 40 kv.m olan qeyri yaşayış binası vardır ki, cavabdeh olan anası İsmət, qardaşı Elsəvər və ailəsi həmin iki mərtəbəli binada, o və ailəsi isə qeyd etdiyi 40 kv.m qeyri yaşayış sahəsində yaşayırlar. Hazırda yaşadığı yerdə özü və ailəsi üçün şərait qurmaq, əlavə tikinti işləri aparmaq istəyir. Mübahisələndirilən əmlakın paylı mülkiyyətdə olması onun hüquqlarını məhdudlaşdırır. Birgə mülkiyyətdə olan əmlak naturada tam və dəqiq bölünmədiyindən istəklərrini yerinə yetirə bilmir. Aralarında faktiki mövcud olan sərhədlər isə reallığı əks etdirmir. Mülki iş üzrə 16 oktyabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Bununla əlaqədar olaraq yalnız İddiaçı xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək X5, Cavabdeh2, Cavabdeh3 qarşı birgə əmlakın bölünməsi tələbinə dair iddia qaldırdığını, mübahisəni məhkəmədənkənar həll edəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1 və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Şərur filialına xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3 qarşı “birgə əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №2(110)-1081/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-1081/2025
16.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver