Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-11/2022 11.02.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqrasiya tələbinin təmin edilməsi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı “Atəşgah" Sığorta Şirkəti ASC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı məhkəməyə müraciət edərək “Saipa” markalı, ** RG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1020 (bir min iyirmi) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 1050.40 (bir min əlli manat qırx qəpik) manat Cavabdeh tutularaq "xxxx" Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə əlavə araşdırmanın aparılması və müəyyən prosessual hərəkətlərin edilməsi məqsədilə Şərur Rayon Məhkəməsinin 2(110)-11/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqrasiya tələbinin təmin edilməsi barədə” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqda iddia tələbinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı təşkilat “Atəşgah" Sığorta Şirkəti ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayənəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə məhkəmə baxışı iclasının iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçiriiməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidi. İş materiallarında olan Bakı şəhəri 1 saylı “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 dekabr 2019-cu il tarixli AZ-İİ № 057708 nömrəli, ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 18.11.2019cu il tarixdə vəfat etmişdir. Eyni zamanda “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh 18.11.2019-cu il tarixdə vəfat etmişdir. Beləliklə də məhkəmə bu qənaətə gəlir ki, iddiaçı vəfat etmiş şəxsə qarşı məhkəmədə iddia qaldırmaqla qanunvericiliyin tələblərinə düzgün riayət etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər; - 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. - 25.2-ci maddəsinə əsasən bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Göründüyü kimi iddia ərizəsi üzrə tələb yalnız fiziki və ya hüquqi şəxsə yönələ bilər. Fiziki şəxsin ölümü ilə onun hüquq qabiliyyətinə xitam verilir, yəni şəxs öldükdən sonra heç bir hüquqa malik ola və vəzifə daşıya bilmədiyindən ona qarşı iddia tələbi də yönələ bilməz. Hazırki, iddia tələbi üzrə də qeyd olunmalıdır ki, iddiaçı “Atəşgah" Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh 18.11.2019-cu il tarixdə vəfat etdikdən sonra, yəni 04.12.2019-cu il tarixdə ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, şəxsin mülki prosessual hüquq münasibətlərinin subyekti qismində çıxış etməsi üçün zəruri olan şərtlərdən biri də şəxsin məhz prosessual hüquq qabiliyyətinə, yəni mülki prosessual hüquq və vəzifələr daşımaq qabiliyyətinə malik olması şərtidir. Hüquq qabiliyyəti isə şəxsin ölümü ilə xitam olunur. Ona görə də, məhkəmə bu qənaətə gəlir ki, hazırki mülki iş üzrə iddia tələbi vəfat etmiş (prosessual hüquq qabiliyyəti olmayan) şəxsə qarşı irəli sürüldüyündən, məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; - 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir; - 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Eyni zamanda “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair" Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilən hüquqi mövqeyə görə məhkəmə həmçinin izah edir ki, sübutetmə yükünün iddiaçının üzərində olmasından irəli gələrək kreditoru öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçün miras qoyanın hüquqi varisini müəyyən etməklə ona qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Bununlada məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" Sığorta Şirkəti ASC Cavabdeh vərəsələrinə qarşı iddia qaldırmalı olduğu halda, ölmüş şəxsə qarşı iddia qaldırdırmışdır ki, bu da ölmüş fiziki şəxsin hüquq qabiliyyəti olmadığından ona hər hansı tələb yönələ bilməyəcəyindən hazırkı mülki işə məhkəmə qaydasında baxılması qeyri-mümkündür. İddiaçıya izah edilir ki, hazırkı mübahisənin həlli üçün Cavabdeh mirasını qəbul etmiş vərəsələrindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə uyğun olaraq iddia ərizəsi geri qaytarıldığından, iddiaçı “Atəşgah" Sığorta Şirkəti ASC tərəfindən hökümət ödəniş portalı vasitəsi ilə 28.11.2019-cu il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 170, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqrasiya tələbinin təmin edilməsi barədə” mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, kreditorun mənafelərinin təmin edilməsi məqsədi ilə cavabdehin (miras qoyanın) hüquqi varislərini müəyyən etməklə eyni tələblə onlara qarşı məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı “Atəşgah" Sığorta Şirkəti ASC tərəfindən hökümət ödəniş portalı vasitəsi ilə 28.11.2019-cu il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-11/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-11/2022
11.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver