Məhkəmə qərarları › İş №2(110)-130/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-130/2021

07.01.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-130/2021 07.01.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, ərizəçinin nümayəndə-vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsi cəlb etdiyi doğum haqqında akt qeydiyyatı kitabında qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı X3 doğum haqqında akt qeydləri kitabında qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi, xx.xx.2005-ci il tarixdə Şərur rayon Siyaqut kəndində doğlmuş X3 doğum haqqında akt qeydləri kitabında soyadının Xəlilbəyli kimi yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin yetkinlik yaşına çatmayan qızına verilmiş doğum şəhadətnaməsində qızının soyadı Xəlilbəyli yazılmasına baxmayaraq doğum akt qeydiyyatı kitabında qızının soyadı Xəlilova yazıldığından yanlışlıqlarını düzəldilməsi üçün qeydiyyat şöbəsinə müraciət etmiş, qeydiyyat şöbəsi doğum akt qeydində düzəlişdən imtina etmişdir. Buna görə də ərizəçi məhkəməyə müraciət etmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndə-vəkili Nümayəndə izahatında nümayəndəsi olduğu Ərizəçi xx.xx.2005-ci il tarixdə doğulmuş qızı X3 bütün sənədlərində (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sinif jurnallarında) soyadı Xəlilbəyli olaraq yazıldığını, lakin sonradan onun soyadı doğum haqqında aktların qeydiyyatı kitabında Xəlilli kimi yazıldığının məlum olduğunu, hal-hazırda bu ziddiyyətin aradan qaldırılaraq onun sənədlərinin Xəlilli soyadına keçirilməsi mümkün olmadığından yanlışlığın düzəldilməsi üçün qeydiyyat şöbəsinə müraciət etdiklərini, Maraqlı şəxs düzəliş etməkdən imtina edərək məhkəməyə müraciət etməyi bildirdiyini bildirərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi keçirilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin müddəalarına əsaslanaraq, mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/2-304/76 saylı məktubundan görünür ki, X3 doğum haqqında akt qeydiyyatı kitabında soyadı “Xəlilli” yazıldığından həmin şəxsin soyadında düzəliş edilməkdən imtina edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərfindən verilmiş xx.xx.2006-ci il tarixli AZ-İ № 624965 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Xəlilbəyli olaraq qeyd edilmişdir. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, şəxsin adı X4 olaraq qeyd edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxsin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, iş məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin yetkinlik yaşına çatmayan qızı X4 xx.xx.2005-ci il tarixdə Şərur rayon Siyaqut kəndində doğulmuşdur. Onun doğum şəhadətnaməsi əsasında alınmış bütün hüquqmüəyyənedici sənədlərində soyadı Xəlilbəyli yazılmışdır. Lakin sonradan məlum olmuşdur ki, Maraqlı şəxs doğum aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmaması, yəni soyadının Xəlilli kimi yazılması müəyyən edilmişdir. Qeyd olunan hallar işə əlavə olunmuş yazılı sübutlarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.7-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Mülki Prosessual Məcəllənin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin məcəllənin 339.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 341-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 339-341-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Şərur rayon Siyaqut kəndində xx.xx.2005-ci il tarixdə doğulmuş X3 doğum haqqında akt qeydiyyatı kitabında qeydiyyatın düzgün olmaması müəyyən edilsin. X1 Xəlilbəyli müəyyən edilməklə, doğum akt qeydiyyatı kitabında düzəliş edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 1 ay müddətinə Şərur Rayon Məhkəməsi vasitəsilə X5 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikyəti vermək olar Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar