Məhkəmə qərarları › İş №2(110)-145/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-145/2021

12.02.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-145/2021 12.02.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi nümayəndəsi Nümayəndə “doğum haqqında akt qeydiyyatı kitabında qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi barədə” ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəyə əlavə edilmiş sənədləri sübut növü kimi nəzərə alaraq, Ərizəçi doğum aktlarının qeydiyyatı kitabında qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi və Ərizəçi doğum aktları kitabında adının “Nərminə" kimi düzəliş edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, izahatında bacısı Ərizəçi xx xxxxxx 1963-cü ildə Şərur rayon Tumaslı kəndində anadan olduğunu, onun adının bütün sənədlərdə düzgün olaraq qeyd olunduğunu, lakin doğum haqqında akt qeydiyyatı kitabında onun onun adının səhvən “Nargilə” kimi yazıldığını, bu barədə onların yenidən doğum şəhadətnaməsi almaq üçün müraciət edəndə xəbərlərinin olduğunu, onun doğum haqqında şəhadətnaməsini yenidən almaq üçün Qeydiyyat şöbəsinə müraciət etdikdə onun doğum aktlarının qeydiyyatı kitabında adının səhvən “Nargilə” kimi yazıldığının onlara məlum olduğunu, bu yalnışlıq barədə Şərur rayon Qeydiyyat şöbəsinə müraciət etsələr də, Qeydiyyat şöbəsi doğum haqqında akt qeydiyyatı nkitabında düzəliş etməkdən imtina edildiyini və onların səlahiyyətində olmadığı haqqında onlara məlumat verildiyini qeyd edərək, ərizəsinə əlavə etdiyi sənədləri sübut növü kimi nəzərə alaraq, Ərizəçi doğum aktlarının qeydiyyatı kitabında qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi və Ərizəçi doğum aktları kitabında adının “Nərminə" kimi düzəliş edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Naxçıvan MR Ədliyyə Nazirliyi Maraqlı şəxs iş üzrə maraqlı şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, sübutları məcmu halında qiymətləndirib hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Şərur rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il arxiv arayışında qeyd olunur ki, Şərur rayon Dövlət Arxivində mühafizə olunan İbadulla kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 1983-1985-ci illərə aid 12 № li təsərrüfatbaşına kitabında Vayxır kənd sakini X3 ailə başçısı olmaqla xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi ailə üzvü kimi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan SSR Dövlət X7 Komitəsi tərəfindən verilmiş A № 685423 saylı diplomun surətindən görünür ki, Ərizəçi adı “Nərminə” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli doğum haqqında akt qeydiyyatı kitabından çıxarışdan görünür ki, X1 xx.xx.1963-cü ildə Şərur rayon Tumaslı kəndində doğulmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 05/2-314/76 nömrəli məktubda qeyd olunmuşdur ki, doğum haqqında akt qeydində adı “Nargilə” yazıldığından düzəliş etmək mümkün olmadığı üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş Suraxanı rayon VVAQ şöbəsinin xx.xx.1999-cu il tarixli, Vİİ- ЖГ 391906 nömrəli nikahın bağlanması haqqında şəhadətnanənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 Ərizəçi arasında xx.xx.1999-cu il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 555 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Hüseynova” soyadı verilmişdir. Məhkəmə tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, iş üzrə Ərizəçi doğum haqqında akt qeydi kitabında adının "Nargilə" kimi yazılmasının düzgün olmaması müəyyən edilməlidir. Çünki iş materialında tədqiq olunmuş ərizəçiyə məxsus sənədlərin notarial qaydada təsdiq olunmuş surətləri ilə təsdiq olunur ki, ərizəçinin adı "Nərminə" kimi qeyd edilməsinə baxmayaraq, doğum haqqında akt qeydi kitabında adı düzgün olmayaraq "Nargilə" kimi yazılmış, müvafiq qeydiyyat orqanı da vətəndaşlıq vəziyyəti haqqındakı akt qeydində düzəliş və ya dəyişiklik etməkdən imtina etmişdir. Ərizəçinin nümayəndəsi izahatında ərizəçinin adının əslində "Nərminə" olduğunu, bunun iş materiallarına əlavə etdiyi bir neçə sənədlərdə də öz təsdiqini tapdığını, düzəliş edilərkən ərizəçinin adının "Nərminə" kimi yazılmasını xahiş etdiyindən, məhkəmə bu qənaətə gəlir ki, Maraqlı şəxs doğum haqqında akt qeydiyyatı kitabında “Nargilə“ adına düzəliş edilərək ərizəçinin adı "Nərminə" kimi yazılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 339.1-ci maddəsinə əsasən, hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır; 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 341-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək, hazırki iş üzrə hüquq haqqında mübahisə olmamasını, müvafiq düzəlişin edilməsinə müvafiq icra hakimiyyəti tərəfindən imtina olunduğunu, həmçinin iş üzrə tədqiq edilmiş bütün sübutlar və ərizəçinin xahişini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi barəsində Maraqlı şəxs doğum haqqında akt qeydiyyatı kitabında qeydiyyatın düzgün olmaması müəyyən edilməli və onun Maraqlı şəxs doğum haqqında akt qeydiyyatı kitabında “Nargilə“ adına düzəliş edilərək adı "Nərminə" kimi yazılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220ci, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ərizəçi barəsində Maraqlı şəxs doğum haqqında akt qeydiyyatı kitabında qeydiyyatın düzgün olmaması müəyyən edilsin. Ərizəçi Maraqlı şəxs doğum haqqında akt qeydiyyatı kitabında “Nargilə“ adına düzəliş edilərək adı "Nərminə" kimi yazılsın. Qətnamə düzəlişin edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar