Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-149/2025 12.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X3 Elmar oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı Həsən oğlunun Cavabdeh qarşı “qeyri-yaşayış evindən məcburi qaydada çıxarılma” tələbinə dair dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdi: Tələb:
1. İddiaçı Həsən oğlu “23” dekabr 2024-cü ildə iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 10.50 m² sahəsi olan qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar: 2.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 12 iyul 2024-cü il tarixli 4125 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportla ünvan 1 ünvanında yerləşən 10.50 m² sahəsi olan qeyri-yaşayış sahəsi onun mülkiyyətinə verilmişdir. 5 ildən artıq olar ki, Şərur rayon Zeyvə kənd sakini Cavabdeh onun mülkiyyətində olan qeyri-yaşayış sahəsini qanunsuz olaraq zəbt edərək anbar kimi istifadə edir. Ondan dəfələrlə onun mülkiyyətində olan qeyri-yaşayış sahəsini boşaltmasını istəsə də, o, ona məhəl qoymamış və bu günə kimi onun əmlakından qanunsuz olaraq isifadə edir. Belə olan halda o qərara gəlib ki, cavabdeh onun mülkiyyətindən məcburi çıxarılmalıdır.
İşdə iştirak edən tərəflər:
3. xx.xx.2026-cı il tarixdə İddiaçı Həsən oğlu məhkəməyə ərizə göndərərək Şərur Rayon Məhkəməsində Cavabdeh qarşı “qeyri-yaşayış evindən məcburi qaydada çıxarılma” tələbinə dair iddia qaldırdığını, hal-hazırda cavabdehlə razılıq əldə etdiyini, buna görə də iddiasından imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etdiyini, həmçinin məhkəmə iclasını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. 4.Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
6. Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-cü mаddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 261.0.4-cü maddəsinə əsasən iş üzrə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır.
7.Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.
Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddiaçının iş üzrə icraata xitam verilməsinə dair ərizəsini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən hazırki iş üzrə icraata xitam verilməlidir.
9. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.
10. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya kommersiya mübahisələrinə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur.
11. Məhkəmə iddiadan imtinaya dair ərizəni araşdırıb hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır.
13. Məhkəmə iş üzrə icraata xitam verərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən "xxxx" ASC-nin Şərur Filialının vasitəsi ilə X2 hesabına ödənmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. 14.Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:
İddiaçı Həsən oğlunun Cavabdeh qarşı “qeyri-yaşayış evindən məcburi qaydada çıxarılma” tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən "xxxx" ASC-nin Şərur Filialının vasitəsi ilə X2 hesabına ödənmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə verilə bilər.
Hakim: Abil Orucəliyev