Məhkəmə qərarları › İş №2(110)-16/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-16/2024

08.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-16/2024 08.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X15 məhkəmə iclas katibliyi, İddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “payların naturada bölünməsi tələbi” barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Süleymanova (Əkbərova) Nuriyyə İslam qızının, Telmanlı (Süleymanov) Allahyar Elman oğlunun, Telmanlı (Süleymanov) Elmar Elman oğlunun mülkiyyətlərində olan Şərur rayon Yengicə kəndində yerləşən ümumi sahəsi 0.26 ha olan torpaq sahəsində paylarının naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı1 iddia ərizəsində onun Cavabdeh ilə 1991-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduğunu, birgə nikahdan iki övladının olduğunu, lakin müəyyən səbəblərdən nikahlarının pozulduğunu, Şərur Rayon Aqrar İslahat Komissiyasının 28 iyul 1998-ci il tarixli 05 nömrəli qərarı ilə Şərur rayon Yengicə kəndində yerləşən ümumi sahəsi 0.26 ha olan torpaq sahəsinin Cavabdeh, Süleymanova (Əkbərova) Nuriyyə İslam qızının, X8, İddiaçı2 istifadəsinə verildiyini, oğlu X3 2020-ci il tarixdə vətən uğrunda gedən döyüşlər zamanı şəhid olduğunu, özünün və övladlarının adına olan pay torpağının sabiq həyat yoldaşı tərəfindən Şərur rayon Yengicə kənd sakini X1 25 ildən sonra ona məlum olduğunu, onun heç bir razılığı olmadan pulu sabiq həyat yoldaşının mənimsədiyini, onun və övladlarının mülkiyyət toxunulmazlığının kobud surətdə pozulduğunu, 25 ildir ki, başqasının pul alaraq qeyri-qanuni istifadə etdiyini, bu gün qüvvədə olan qanuna görə mülkiyyətin toxunulmaz olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 iddia ərizəsində qeyd etdikləri ilə eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında Şərur rayon Aqrar İslahat Komissiyasının 28 iyul 1998-ci il tarixli 05 nömrəli qərarı ilə Şərur rayon Yengicə kəndi ərazisində Cavabdeh, Süleymanova (Əkbərova) Nuriyyə İslam qızının, Telmanlı (Süleymanov) Allahyar Elman oğlunun və Telmanlı (Süleymanov) Elmar Elman oğlunun adlarına JN-813 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında verilmiş 0.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verildiyini, oğlu X3 2020-ci il tarixdə vətən uğrunda gedən döyüşlər zamanı şəhid olduğunu, oğlundan qalan miras əmlakdan tam pay almasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldığını, ona görə də həmin torpaq sahəsindən oğluna düşən payında ona çatdığını, ona görə də həmin torpaq sahəsindən onun və oğlu İddiaçı2 paylarının naturada ayrılsı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, lakin nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı2 nümayəndəsi İddiaçı1 iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, bunun üzrlü sayılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin göstərişlərinə əsaslanan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və digər iddiaçının nümayəndəsinin izahatlarına və iş materiallarında olan və tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - JN-813 KOD 10207018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 28 iyul 1998-ci il tarixli 05 nömrəli qərarı ilə Şərur rayon Yengicə kəndində Cavabdeh, X6, X7 və X13 ümumi birgə mülkiyyət hüququ əsasında 0.26 ha torpaq sahəsi verilmişdir; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ 084521 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.2020-ci il tarixdə odlu silah güllə yarası, bədənin bir neçə nahiyyəsini əhatə edən açıq yaralar səbəbindən ölmüşdür; - Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 001654 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı1 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır; -Şərur rayon Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümyəndəlik tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 156 nömrəli arayışdan görünür ki, JN 813 №li torpaq sənədində texniki səhvlikdən mərhum X8 adı X2 yazılmışdır. - Şərur rayon Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümyəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 155 nömrəli arayışdan görünür ki, JN 813 №li torpaq sənədində texniki səhvlikdən mərhum İddiaçı2 adı X5 yazılmışdır. - Babək rayon Şəkərabad kənd inzibati ərazi dairəsi üzrə nümyəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 532 nömrəli arayışdan görünür ki, İddiaçı2 aşağıdakı tərkibdən ibarət ailə üzvləri vardır.

1. İddiaçı1-anası-1972 - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 oktyabr 2009-cu il tarixli AZ-İ № 120437 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X11 arasında bağlanmış nikaha 07 may 2009-cu il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 20 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Əkbərova” soyadı verilmişdir; - Şərur rayon Məhkəməsinin 2(110)-747/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “payların naturada bölünməsi tələbi” barədə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 947 nömrəli rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə baxış zamanı və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən tərtib edilmiş bölgü plan-sxeminə əsasən Şərur rayon yengicə kəndində 0.26 ha torpaq sahəsindən Süleymanova (Əkbərova) Nuriyyə İslam qızına Telmanlı (Süleymanov) Allahyar Elman oğluna və Telmanlı (Süleymanov) Elmar Elman oğluna düşən payın naturada ayrılması texniki baxımdan mümkün olduğu müəyyən edilmişdir. Tədqiq olunan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ayrı-ayrılıqda ¼ ( dörddə bir) hissələrinin payının ayrılması (bölünməsi) zamanı həmin torpaq sahələri üzrə hansı dəyişikliklərin aparılması tərəflərin sərəncamına düşən hansı sahələrdən ibarət olması eləcə də onların paylarına nə qədər sahələr düşdüyü rəyin tədqiqat hissəsində eləcə də rəyə əlavə olunmuş plan-sxemdə ətraflı göstərilmişdir; - Şərur rayon Məhkəməsinin 2(110)-747/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “payların naturada bölünməsi tələbi” barədə mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 28 iyul 1998-ci il tarixli 05 nömrəli qərarı ilə Şərur rayon Yengicə kəndində yerləşən JN-813 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.26 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi mülkiyyət hüququ üzrə 4 nəfərin- Cavabdeh, X4, X3 və X12 adlarına qeydə alınmışdır. Mülkiyyətçilərin payları onların razılaşmasında ayrı qayda nəzərdə tutulmadığına görə bərabər hesab edilir. Həmçinin həmin torpaq sahəsi ümumi mülkiyyətdə olduğundan və cavabdehlə münasibətləri olmadığından, onlar həmin torpaq sahəsinə istədikləri kimi sahiblik və istifadə edə bilmirlər, torpaq sahəsinə dair tək başına sərəncam vermək hüquqları yoxdur. Qeyd olunmalıdır ki, qanunvericilik normalarının tələbinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 947 nömrəli rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə baxış zamanı və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən tərtib edilmiş bölgü plan-sxeminə əsasən Şərur rayon yengicə kəndində 0.26 ha torpaq sahəsindən Süleymanova (Əkbərova) Nuriyyə İslam qızına Telmanlı (Süleymanov) Allahyar Elman oğluna və Telmanlı (Süleymanov) Elmar Elman oğluna düşən payın naturada ayrılmasının texniki baxımdan mümkün olduğu müəyyən edilmişdir. Tədqiq olunan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ayrı-ayrılıqda ¼ ( dörddə bir) hissələrinin payının ayrılması (bölünməsi) zamanı həmin torpaq sahələri üzrə hansı dəyişikliklərin aparılması tərəflərin sərəncamına düşən hansı sahələrdən ibarət olması eləcə də onların paylarına nə qədər sahələr düşdüyü rəyin tədqiqat hissəsində eləcə də rəyə əlavə olunmuş plan-sxemdə ətraflı göstərilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçılar iddia ərizəsində Telmanlı (Süleymanov) Allahyar Elman oğlunun da Şərur rayon Yengicə kəndində yerləşən ümumi sahəsi 0.26 ha olan torpaq sahəsində payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsələrdə, qeyd olunmalıdır ki, iş materialında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 2020-ci il tarixdə vətən uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur. Eyni zamanda iş materialında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 oğlunun qanun üzrə vərəsəsi olaraq oğlundan qalan miras əmlakdan tam hissədə pay almalıdır. Ona görə də həmin torpaq sahəsindən Telmanlı (Süleymanov) Allahyar Elman oğluna düşən pay da İddiaçı1 verilməli olduğundan, iddia tələbi üzrə Telmanlı (Süleymanov) Allahyar Elman oğluna payın müəyyən olunması və naturada ayrılması tələbini məhkəmə texniki səhvlik kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; -213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; - 213.3-cü maddəsinə görə, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; - 213.5-ci maddəsinə görə, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. - 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır; - 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; - 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; - 223.2-ci maddəsinə görə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; - 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Aqrar İslahat Komissiyasının 28 iyul 1998-ci il tarixli 05 nömrəli qərarı ilə Şərur rayon Yengicə kəndi ərazisində Cavabdeh, Süleymanova (Əkbərova) Nuriyyə İslam qızının, Telmanlı (Süleymanov) Allahyar Elman oğlunun və Telmanlı (Süleymanov) Elmar Elman oğlunun adlarına JN-813 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında verilmiş 0.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı1 və İddiaçı2 birlikdə 3/4 (dörddə üç) hissədə (plan sxemdə göstərilən 1-ci, 2-ci, 3-cü hissələr olmaqla) payları naturada ayrılsın. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar