Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-176/2023 05.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X16 məhkəmə iclas katibliyi, İddiaçı-cavabdeh İddiaçı, cavabdeh-iddiaçı Cavabdeh və cavabdeh-iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İlkin iddia tələbi üzrə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinin boşaldılması və istifadəyə olan maneələrin aradan qaldırılması tələbinə dair” və qarşılıqlı iddia tələbi üzrə cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia tələbi üzrə iddiaçı-cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh-iddiaçı Cavabdeh Şərur rayon Aqrar İslahat Komissiyası tərəfindən JN-150 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.55 ha torpaq sahəsini boşaldılması və torpaqdan istifadəyə olan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı-cavabdeh İddiaçı iddia ərizəsində Şərur Rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında ona və ailə üzvlərinə 1,55 ha təsərrüfat təyinatlı torpaq sahəsi verildiyini, həmin torpaq sahəsinə JN- 150 nömrəli 10218018 kod ilə torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə verildiyini, atası Bakı şəhərində olduğundan və onlarda balaca olduqlarından həmin torpaq sahəsini əkib-becərmədiklərini, anasının həmin torpaq sahəsini istifadə etmədiklərindən Danyeri kənd sakini Cavabdeh kirayə verdiyini, Cavabdeh neçə ildir ki, həmin torpaq sahəsini kirayə olaraq əkdiyini, uzun illərdir ki, torpaqlarını Qurban əkdiyindən kübrə alması üçün anası torpağın sənədini də ona verdiyini, anasının 2016-cı ildə vəfat etdiyini, anası vəfat edəndən sonra torpaq sahəsini özlərinin əkmək qərarına gəldiklərini, bu barədə Qurbana müraciət edərək torpaq sahəsi geri qaytarmasını istədiklərini, lakin Qurbanın həmin torpaq sahəsini mərhum anasının ona satdığını dediyini, onun isə torpağın ona satılmadığını, bu barədə dəfələrlə anasından torpağın kirayə verildiyini eşitdiyini dediyini, lakin Qurbanın əlində torpağın ona satılmasına dair heç bir sübutu olmadan bu il də həmin torpaq sahəsini əkdiyini, onun dəfələrlə Qurbandan torpağın boşaldılmasını istəsə də buna nail ola bilmədiyini, ona görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh-iddiaçı Cavabdeh qarşlıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddiasının təmin edilməsi, iddiaçı-cavabdeh İddiaçı iddia tələbinin rədd edilməsi və mərhum anaları Xanım Abdullayevadan aldığı torpaq sahəsinin əvəzinə başqa yerdən 1.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alınıb verilməsi və ya olmadıqda həmin torpaq sahəsini almaq üçün ödədiyi 3000 (üç min) ABŞ qolları (5100 manat) pulun və əldən çıxmış fayda qismində həmin torpaq sahəsinin bu günə olan bazar qiyməti ilə dəyərinin fərqini 25000 (iyirmi beş min) manat, ümumilkidə 30000 (otuz min) manat pulun iddiaçı-cavabdeh İddiaçı alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh-iddiaçı Cavabdeh iddia ərizəsində Şərur rayon Xanlıqlar kənd sakini İddiaçı Şərur rayon Məhkəməsinə ona qarşı iddia ərizəsi ilə müraciət edərək Şərur rayon Aqrar İslahat Komissiyası tərəfindən JN-150 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onun və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 1.55 ha torpaq sahəsinin boşaldılması və torpaqdan istifadəyə qarşı maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etdiyini, onun iddiaya etiraz etdiyini və iddianı qəbul etmədiyini, belə ki, 2001-ci ildə Şərur rayon Xanlıqlar kənd ərazisində həmkəndlisi Həbib Həbibbəylinin torpaq sahəsini suvararkən iddiaçıcavabdeh İddiaçı anası, əvvəlcədən tanımadığı Şərur rayon Xanlıqlar kənd sakini X11 ona yaxınlaşaraq 1.55 ha torpaq sahəsini satmaq istədiyini, həmin torpaq sahəsinin Həbib müəllimin torpaq sahəsinə yaxın olduğunu, əgər almaq istəsə onu gəlib görməsini bildirməyini xahiş etdiyini, onun isə ona torpaq sahəsinin kənddən çox aralı olduğunu, əgər qiymətində razılaşarıqsa torpaq sahəsini satıb onun torpaq sahəsini ala biləcəyini bildirdiyini, onun X20 ilə birlikdə onun 1.55 ha torpaq sahəsinə yerində baxdıqdan sonra Xanım Abdullayevanın hələlik torpağın bir hissəsini 2000 (iki min) ABŞ dollarına satmaq istədiyini, bir payını isə hələlik satmaq istəmədiyini, əgər gələcəkdə torpağın qalan hissəsini də satarsa əvvəlcədən ona bildirəcəyi barədə razılaşdıqlarını, onun Püsyan kəndinə yaxın ərazidə yerləşən torpaq sahəsini sataraq həmkəndlisi X21 yanında ilk olaraq Xanım Abdullayevaya 1000 (bir min) ABŞ dolları pul verdiyini, pulun qalanını isə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni verdikdən sonra verəcəyimi bildirdiyini, Xanım Abdullayevanın isə evi yandığını, torpağın sənədlərinin də yandığını, bu səbəbdən də torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməni verə bilməyəcəyini bildirdiyini, onun daha sonra Şərur rayon Püsyan kənd sakini X31 rayon Filialında işləyən X12 ilə görüşüb söhbət edərkən X10 Şəhadətnaməsini banka qoyaraq pul götürdüyünü öyrəndiyini, onun bu barədə Xanım Abdullayevaya bildirdikdə o torpaq sənədlərini həqiqətən bankda olduğunu etiraf etdiyini və torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməni bankdan götürmək üçün pulun qalanını verməyimi tələb etdiyini, onunda torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni götürməsi üçün əlavə olaraq ona 1000 (bir min) ABŞ dolları pul verdiyini və bir neçə gündən sonra Xanımın Torpağın mülkiyyətə verilməsinə dair X7 götürüb ona verdiyini, daha sonra onların ailəliklə Türkiyə Respublikasına getdiklərini, təqribən 2007-ci ildə onun Xanım Abdullayevanın torpaq sahəsinin qalan hissəsini başqasına satmaq istədiyini öyrəndiyini, onun X18 rayon Mahmudkənd kəndində yaşayan qardaşı Mamed müəllimdən Xanımın telefon nömrəsini alaraq onunla danışdığını və torpaq sahəsinin qalan hissəsini də almaq istədiyimi bildirdiyini, Xanımın ona torpaq sahəsinin qalan hissəsini almaq üçün pulu Xanlıqlar kənd sakini Cəlilov Qadirin evinə verilməsini bildirdiyini, onun 700 (yeddi yüz) ABŞ dolları pulu Xanlıqlar kəndində Qadirin evində arvadı Əntiqəyə verdiyini, iki-üç gün sonra onun yenidən Xanım Abdullayevaya mobil telefonla zəng etdiyini və pulu Qadirin arvadı Əntiqəyə verdiyimi bildirdiyini, Xanımın ona Türkiyədən gəldiyini kənddə olduğunu, onunla görüşmək istədiyini bildirdiyini, onun Xanlıqlar kəndində Xanımla görüşdükdə Xanımın ona əlavə olaraq 300 (üç yüz) ABŞ dolları da verməli olduğumu dediyini və onun qonşusu Məmmədov İsanın yanında Xanıma əlavə olaraq ona 300 (üç yüz) ABŞ dolları pul verdiyini, ümumilikdə onun həmin torpaq sahəsini almaq üçün Xanım Abdullayevaya 3000 (üç min) ABŞ dolları pul ödədiyini, lakin həmin vaxt Xanım ona uşaqları azyaşı olduğunu və evləri yanarkən şəxsiyyət vəsiqələrinin yandığını bildirərək torpağın alqı-satqısını rəsmiləşdirə bilməyəcəyini bildirdiyini və yaylığından yapışaraq bu yaylıq gərək mənə haram ola ki mən sənin torpağı almağını danam dediyini, onunda bir qonşu kəndli kimi ona inandığını və heç bir rəsmi sənəd almadan torpağın alqı-satqısını daha sonra rəsmiləşdirmələri barədə razılaşdıqlarını, həmin torpaq sahəsinin 2001-ci ildən bu günə kimi onun istifadəsində olduğunu, bu gün həmin torpaq sahəsini qiyməti təqribən 30000 (otuz min) manat olduğunu, Xanım Abdullayevanın 2016-ci ildə vəfat etdikdən sonra onun ailə üzvləri 2022-ci ildə Türkiyə Respublikasından Xanlıqlar kəndinə qayıtdıqlarını, torpağın qiymətlərinin qalxdığını öyrəndikdən sonra torpağı qaytarmaq istədiklərini bildirdiklərini, onun isə onlara torpağı 2001-ci ildə mərhum anaları Xanım Abdullayevaya 3000 (üç min) ABŞ dolları pul ödəməklə satın aldığını, onlara halallıq olsun deyə əlavə olaraq 1000 (bir min) manat pul təklif etdiyini və torpağın alqı-satqısını rəsmiləşdirilməsini xahiş etdiyini, əks təqdirdə torpağı qaytarmaq üçün ona həmin 1.55 ha torpaq sahəsinin bu günə olan qiymətini - 30000 (otuz min) manat pul vermələrini və ya əvəzində başqa bir yerdə torpaq alıb verəcəkləri təqdirdə torpaqlarını onlara geri qaytaracağımı bildirdiyini, İddiaçı isə ona heç nə odəməyəcəyini, torpaq sahəsini məhkəmə yolu ilə əlimdən alacağını bildirdiyini, daha sonra İddiaçı ona qarşı mülkiyyətində olan torpaq sahəsinin boşaldılması və istifadəyə olan maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etdiyini öyrəndiyini, onun Xanım Abdullayevadan 2001-ci ildə 3000 (üç min) ABŞ dollarna aldığı həmin torpaq sahəsini bu gün 30000 (otuz min) manata satsaydı burdan 25000 (iyirmi beş min) qazanc əldə etmiş olacağını, iddiaçıcavabdeh Sədaqət Hüseynova 2001-ci ildə mərhum anaları X8 aldığı 1.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini geri qaytarmaqla onu 25000 (iyirmi beş) min zərərə salacaqlarını, ona görə də Xanım Abdullayevadan aldığı torpaq sahəsini qaytaracağı təqdirdə iddiaçı-cavabdeh İddiaçı həmin torpaq sahəsinin əvəzinə ona başqa bir yerdən 1.55 ha torpaq sahəsi alıb verməli və ya həmin torpaq sahəsini almaq üçün ödədiyi 3000 (üç min) ABŞ qolları (5100 manat) pulun və əldən çıxmış fayda qismində həmin torpaq sahəsinin bu günə olan bazar qiyməti ilə dəyərinin fərqini 25000 (iyirmi beş min) manat, ümumilkidə 30000 (otuz min) manat pul ödəməli olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında anasından eşitdiyinə görə anasının ümumi mülkiyyətlərində olan torpaq sahəsini Cavabdeh 1000 manata icarəyə verdiyini, amma hansı müddətə icarəyə verdiyini bilmədiyini, 2013-cü ildə anası rəhmətə getdiyini, özlərinin 2022-ci ildə ailəliklə Türkiyə Respublikasından köçərək kəndlərinə gəldiklərini, Cavabdeh telefon nömrəsini taparaq artıq kəndə qayıtdıqlarını, torpaq sahəsini özünün əkmək istədiyini bildirdiyini, o da “ananızın həmin torpağı mənə satdığını” dediyini, onun dediklərinə etiraz etdikdən sonra onun da “satacaqsanızsa mənə satın” dediyini, ona “torpağı satın almısınızsa, neçə olur ki, aldığınız torpağın birdə sizə satılmağını istəyirsiniz” dediyini, onunda “almışam amma sənədləşdirməmişəm, pulunu verim mənim adıma sənədləşdirək” dediyini, onunla razılaşmadığını, çünki torpağı satmaq fikirlərinin olmadığını, özlərinin əkəcəklərini, cavabdeh-iddiaçının 15 ildən çoxdur həmin torpağı əkib becərdiyini, bu illər ərzində xeyli qazanc əldə etdiyini, artıq torpağı geri qaytarmasını istədiyini bildirərək məhkəmədən iddia tələbinin təmin olunması və qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh-iddiaçı Cavabdeh izahatında qarşılıqlı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddiaçı-cavabdeh İddiaçı iddia tələbinin rədd edilməsi qarşılıqlı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh-iddiaçının nümayəndəsi Nümayəndə da izahatında cavabdeh-iddiaçının qarşılıqlı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddiaçı-cavabdeh İddiaçı iddia tələbinin rədd edilməsi qarşılıqlı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. 06 mart 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdeh-iddiaçının təşəbbüsü ilə məhkəməyə dəvət edilərək ifadə verən X24 ifadəsində X17 onun atası olduğunu, atası özlərinə məxsus torpaq sahəsinin uzaq olduğu üçün 2001-ci ildə satdığını, əvəzində Xanlıqlar kəndində yerləşən hazırkı mübahisəli torpaq sahəsini satın aldığını, həmin torpaq sahəsini 3000 dollara satın aldığını, pulunu 2 dəfəyə verdiklərini bildirmişdir. 06 mart 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdeh-iddiaçının təşəbbüsü ilə məhkəməyə dəvət edilərək ifadə verən X22 ifadəsində X17 onun atası olduğunu, təxminən 2000-ci ildə özlərinə məxsus torpaq sahəsini Nazimə satdıqlarını, Xanlıqlar kəndində yerləşən torpaq sahəsini 3000 dollara aldıqlarını, pulunu 3 dəfəyə verdiklərini, torpağın sahibinin pasportu sovet pasportu olduğu üçün həmin vaxt sənədləşdirə bilmədiklərini bildirmişdir. 06 mart 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdeh-iddiaçının təşəbbüsü ilə məhkəməyə dəvət edilərək ifadə verən X4 ifadəsində 2001-ci ildə Xanlıqlar kəndində, eyni zamanda Danyeri kəndində icra nümayəndəsi işlədiyini, 2001-ci ildə Qurbanla birlikdə Abdullayev Hüseyn və həyat yoldaşı Xanımın torpaq sahəsini alqı-satqısını rəsmiləşdirmək üçün nümayəndəliyə gəldiklərini, onunda onlara notarius getmələrini tövsiyyə etdiyini, sənədlərinə baxdığını, Hüseynin pasportunun müddətinin bitdiyini gördüyünü, buna görə də hazırkı vəziyyətdə sənədləşdirmənin mümkün olmayacağını bildirmişdir. 06 mart 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdeh-iddiaçının təşəbbüsü ilə məhkəməyə dəvət edilərək ifadə verən X25 ifadəsində təxminən 10 il əvvəl Qurbanın ona zəng edərək, torpaq sahəsini satmaq istədiyini bildirdiyini, Qurbanın evinə getdiyini, ona torpaq alacağını, lakin pulunun çatmadığını, buna görə də torpağını satmaq istədiyini bildirdiyini, Qurbanla 700 dollara razılaşdıqlarını, torpağın pulunu verdiyini, sonradan Xanım, o və Qurban birlikdə Xanımın torpaq sahəsinə baxmağa getdiklərini, onun yanında Qurban və Xanım torpağın alqı-satqısı barədə razılığa gəldillərini, onun Qurbandan aldığı torpaq sahəsini 2021-ci ildə sənədləşdirdiyini bildirmişdir. 06 mart 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdeh-iddiaçının təşəbbüsü ilə məhkəməyə dəvət edilərək ifadə verən X26 ifadəsində onun traktor sürdüyünü, 2013-cü ildən bəri hazırkı mübahisəli torpaq sahəsinin şumlanması, əkilməsi və biçilməsi işlərini gördüyünü, həmin torpaq sahəsində Qurbanın qarğıdalı əkdiyini, onun torpağın kimi adına olduğunu bilmədiyini, işini görüb pulumu aldığını bildirmişdir. 05 aprel 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdeh-iddiaçının təşəbbüsü ilə məhkəməyə dəvət edilərək ifadə verən X12 ifadəsində əvvəllər Aqrarkredit təşkilatında kredit mütəxəssisi işlədiyini, həmin dövrdə kredit borcu olanların evlərinə gedərək borclarını ödəmələrini tələb etdiklərini, adını xatırlamasada Cavabdeh dediyi qadının da kredit borcuna görə evlərində olduqlarını, borcunu ödəməsini tələb etdikdə pul tapıb ödəyəcəyini dediyini, eyni zamanda torpağının sənədini kredit təşkilatından necə götürə biləcəyini soruşduğunu, ona borcunu ödədikdən sonra bunun mümkün olduğunu izah etdiyini, xeyli vaxt keçdikdən sonra həmin qadının gəlib borcun ödədikdən sonra torpağın sənədini alaraq getdiyini, həmin vaxtı təşkilata tək gəldiyini, onunla başqa kiminsə gəldiyini xatırlamadığını, torpağı kimə satması barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə iddiaçı-cavabdehin, cavabdeh-iddiaçının, onun nümayəndəsinin izahatlarına, şahid ifadələrinə və tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - JN-150 KOD 10218018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Şərur rayon Xanlıqlar kəndi ərazisində 1.55 ha torpaq sahəsi X5, X13, X2, X6 və X3 mülkiyyətinə verilmişdir; - Şərur rayon Xanlıqlar kənd Bələdiyyəsinin 30 yanvar 2023-cü il tarixli 06 nömrəli arayışıdan qeyd olunmuşdur ki, 2003-cü il tarixdən Xanlıqlar kənd ərazisində X9 məxsus olan 1.55 ha + 0.1807 ha torpaq sahəsini aralarında olan danışığa görə həqiqətən Cavabdeh bugünədək əkib becərir. Hər il istifadə etdiyi torpağın su pulunu ödəyib. 2020-2021-ci ilin torpaq vergilərini ödəyib; Beləliklə məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Şərur rayon Xanlıqlar kəndi ərazisində yerləşən 1.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X14 və onun ailə üzvləri - X13, X2, X6 və X3 ümimi birgə mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsi haliyədə cavabdeh-iddiaçı Cavabdeh tərəfindən qanuni əsaslar olmadan istifadə edilir. Məhkəmə baxışı zamanı cavabdeh-iddiaçı həmin torpaq sahəsinə hər hansı hüququnun olmasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı-cavabdeh və ailə üzvləri birgə mülkiyyətlərində olan həmin torpaq sahəsindən istifadə edə bilmir, iddiaçı-cavabdeh bir neçə dəfə cavabdehiddiaçıdan həmin torpaq sahəsinə törədilən maneənin aradan qaldırılmasını tələb etsədə də, cavabdeh-iddiaçı könüllü olaraq həmin torpaq sahəsinə törədilən maneəni aradan qaldırmaq istəməmişdir. Eyni zamanda mübahisə predmeti təşkil edən torpaq sahəsi iddiaçı-cavabdehin və ailə üzvlərinin birgə mülkiyyətlərində olmağına baxmayaraq, həmin torpaq sahəsindən cavabdehiddiaçının maneə yaratması nəticəsində birgə mülkiyyətçilər olan həmin torpaq sahəsi üzərində sahiblik və ondan istifadə edə bilmirlər. Halbuki hər bir kəs mülkiyyətində olan əmlakı üzərində digər şəxslərin hüquqlarını məhdudlaşdırmadan sərbəst surətdə sahiblik, istifadə və sərəncam vermək səlahiyyətinə malikdir. Ona görədə ilkin iddia təmin edilərək cavabdeh-iddiaçı tərəfindən iddiaçıcavabdeh və onun ailə üzvlərinin birgə mülkiyyətlərində olan və Şərur rayon Xanlıqlar kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1.55 ha torpaq sahəsi cavabdeh-iddiaçı Cavabdeh tərəfindən boşaldılmalı və onun tərəfindən torpaqdan istifadəyə olan maneələr aradan qaldırılmalıdır. İlk öncə qeyd edilməlidir ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçı-cavabdehin və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olması işin mübahisəsiz halıdır. Mülkiyyətin müdafiəsi isə konstitusion hüquqdur. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Yuxarıda qeyd olunan həm milli, həm beynəlxalq hüquq normalarının, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçilərin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçilərin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizələrinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətləridir. Həmçinin Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur; - 111-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 239.2-ci maddəsinə əsasən fizik və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Beləliklə, işin müəyyən olunmuş faktiki hallarından aydın olur ki, cavabdeh-iddiaçının hazırki vəziyyətdə iddiaçı-cavabdeh və onun ailə üzvlərinə məxsus torpaq sahəsindən istifadəyə müdaxiləsi hər hansı qanuni-hüquqi əsasa söykənməməklə, mülkiyyətçilərin daşınmaz əmlak üzərində əmlak hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbi üzrə cavabdeh-iddiaçı Cavabdeh qarşlıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddiasının təmin edilməsi, iddiaçı-cavabdeh İddiaçı iddia tələbinin rədd edilməsi və mərhum anaları Xanım Abdullayevadan aldığı torpaq sahəsinin əvəzinə başqa yerdən 1.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alınıb verilməsi və ya olmadıqda həmin torpaq sahəsini almaq üçün ödədiyi 3000 (üç min) ABŞ qolları (5100 manat) pulun və əldən çıxmış fayda qismində həmin torpaq sahəsinin bu günə olan bazar qiyməti ilə dəyərinin fərqini 25000 (iyirmi beş min) manat, ümumilkidə 30000 (otuz min) manat pulun iddiaçıcavabdeh İddiaçı alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsədə, iddia tələbi üzrə mübahisə predmeti olan torpaq sahəsini əldə etməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh-iddiaçının təşəbbüsü ilə məhkəmədə dindirilən şahidlərin ifadələri də mübahisənin həlli üçün mühüm əhəmiyyətə malik deyil. Çünki şahid ifadələri cavabdehiddiaçının mübahisə predmeti olan torpaq sahəsini alqı-satqı nəticəsində əldə etməsi faktınının mövcudluğunu etibarlı surətdə təsdiq etmək üçün mötəbər sübut rolunu oynamamış, sadəcə sadalanan sözlərdən ibarət olmuşdur. Məhkəmə cavabdeh-iddiaçının 1.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçı-cavabdehin anasından satın alması, torpaq sahəsinin ona məxsus olması tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. - 144.1-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsinə dair müqavilələr notariat qaydasında təsdiqlənməlidir. - 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); - 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; - 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Ona görə də məhkəmə cavabdehin bu tələbini əsaslı hesab etmir. Çünki məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında sözügedən torpaq sahəsinə dair notariat qaydada alqı-satqı müqaviləsi bağlanmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı-cavabdeh İddiaçı hazırki iddia tələbi üzrə tələbin yönəldiyi subyekt olmadığından iddiaçının qarşısında hər hansı öhdəlik daşımır. Çünki cavabdeh-iddiaçı qarşılıqlı iddia tələbində mübahisə predmeti olan torpaq sahəsini iddiaçı-cavabdehin anasından aldığını iddia edir.İddiaçı-cavabdehin anası isə rəhmətə getdiyindən cavabdeh-iddiaçı onun vərəsələrinin dairəsini müəyyən etdikdən sonra, qarşılıqlı iddia tələbini onlara qarşı qaldırmalı idi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Həmçinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, iddiaçı-Cavabdehiddiaçının qarşılıqlı iddiasına cavab verməli olan şəxs olmadığından, hazırki iş üzrə cavabdeh-iddiaçı ona qarşı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməklə Şərur rayon Xanlıqlar kəndi ərazisində JN-150 KOD 10218018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə iddiaçı-cavabdeh X1 və onun ailə üzvlərinin ümimi birgə mülkiyyətlərinə verilmiş 1.55 ha torpaq sahəsi cavabdeh-iddiaçı Cavabdeh tərəfindən boşaldılmalı və onun tərəfindən torpaqdan istifadəyə olan maneələr aradan qaldırılmalı, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəməyə müraciət edilərkən iddiaçı-cavabdeh tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində və cavabdeh-iddiaçı tərəfindən ödənilmiş 180 (bir yüz səksən) manat məbləğində dövlət rüsumları özlərinə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia təmin edilsin. Şərur rayon Xanlıqlar kəndi ərazisində JN-150 KOD 10218018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə iddiaçı-cavabdeh X2 və onun ailə üzvlərinin ümimi birgə mülkiyyətlərinə verilmiş 1.55 ha torpaq sahəsi cavabdeh-iddiaçı Cavabdeh tərəfindən boşaldılsın və onun tərəfindən torpaqdan istifadəyə olan maneələr aradan qaldırılsın. Məhkəməyə müraciət edilərkən iddiaçı-cavabdeh tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qarşılıqlı iddia rədd edilsin. Məhkəməyə müraciət edilərkən cavabdeh-iddiaçı tərəfindən ödənilmiş 180 (bir yüz səksən) manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-176/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-176/2023
05.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver