Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-176/2025 06.03.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 qarşı mənzilə yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 otaqdan ibarət yaşayış mənzilindən istifadə hüququna xitam verilməklə, həmin mənzildən pasport qeydiyyatından çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi mərhum atası X2 adında olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı yaşayış mənzili xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinə əsasən onun adına qeydiyyata alınaraq Naxçıvan MR DƏTM DX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********* nömrəli çıxarışın verildiyini, qardaşı Cavabdeh1 və X3 ailə quraraq ayrıldıqlarını, Cavabdeh1 ailə üzvləri ilə birlikdə Şərur rayon Yengicə kəndində, X7 isə Şərur rayon Məmmədsabir kəndində özlərinə məxsus fərdi yaşayış evlərində yaşadıqlarını, buna baxmayaraq qardaşı Cavabdeh1, arvadı Cavabdeh2, övladları Cavabdeh3, Cavabdeh4 və X4 hələdə onun mülkiyyətində olan mənzildə qeydiyyatda olduğunu, qardaşı Cavabdeh1 və X7 ailə qurub ayrıldıqdan sonra nə özləri, nə də ailə üzvlərinin bir daha mülkiyyətində olan mənzilinə qayıtmadıqlarını, lakin formal olaraq qardaşı Cavabdeh1, arvadı Cavabdeh2, övladları Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Şunasi qızının həmin yaşayış mənzilində qeydiyyatda durduqlarını, onların qeydiyyatda olmaları onun mülkiyyətindən istədiyi kimi istifadə etməsinə maneçilik törətməklə hüquqlarını məhdudlaşdırdığını, dəfələrlə onlara qeydiyyatdan çıxmalarını xahiş etsə də, hər dəfə bir bəhanə ilə qeydiyyatdan çıxmaqdan yayındıqlarını, onların mülkiyyətində olan ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsini, pasport qeydiyyatından çıxarılmasını istədiyini bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 otaqdan ibarət yaşayış yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, ərizə məhkəmə təərfindən qəbul edilmiş və işə dəyişdirilmiş iddia tələbi hüdudlarında baxılmışdır. İşdə iştirak edən şəxsin izahatı: İddiaçı izahatında ərizəsində qeyd etdiyi halları təsdiq etdiyini, qardaşı Hafizin və uşaqları Şahin, Aqşin və digər qardaşı Şünasinin qızı Günayın həmin evdə doğulduğunu, qardaşlarının evləndikdən və uşaqları doğulduqdan qısa müddət onlarla birlikdə yaşadıqlarını, təxminən 2000-ci illərin əvvəllərində uşaqlar azyaşlı olarkən özlərinə ev alıb ayrıldıqlarını, lakin o vaxtdan həmin evdə qeydiyyatda qaldıqlarını, qardaşıgilin hal-hazırda Türkiyədə yaşadıqlarını, qardaşı, onun yoldaşı və qardaşı uşaqlarının evin satılmasına heç bir etirazlarının olmadıqlarına dair ərizələrinin olduğunu, əslində heç bir etirazlarının olmadığını, sadəcə qeydiyyatdan çıxmaq üçün ərizə göndərmədiklərini, buna görə də iddia qaldırdığını bildirmiş və iddianın təmin olunması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, məhkəmə sənədləri qeydiyyatda olduğuyerin icra nümayəndəliyinə göndərilmişdir. Lakin cavabdehlər məhkəmə baxışı iclasına heç bir üzürlü səbəb göstərmədən gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən X5 ifadəsində və verilən suala cavabında 1988-ci ildən onlarla qonşu olduqlarını, İdrakın atası Vaqif kişinin 10-15 ildir ki, rəhmətə getdiyini, İdrakın qardaşlarının evləndikdən sonra həmin evdə bir müddət yaşadıqlarını, Vaqif kişi vəfat edəndə Hafiz burada olmadığını, əmlakla bağlı onların arasında mübahisənin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən X6 ifadəsində 1987-ci ildən onlarla qonşu olduğunu, İdrakın atası Vaqif müəllimin onun müəllimi olduğunu, onun dörd oğlu olduğunu, bir oğlu Akifin rəhmətə getdiyini, Hafiz evləndikdən sonra həmin evdə ailəsi ilə bərabər yaşadığını, onların uşaqlarının həmin evdə doğulduğunu, uşaqlarının balaca olduğu vaxt Hafizin ailəsi ilə birlikdə Türkiyəyə getdiyini, Şünasinin də evləndikdən bir müddət yaşadıqdan sonra Məmmədsabir kəndikə köçdüyünü bildirmişdir. Məhkəmə iclasında iştirak edən X1 ifadəsində və verilən suallara cavabında dörd qardaş, bir bacı olduqlarını, onunla İdrakın toyunun eyni vaxtda olduğunu, qızı Günayın bir yaşı olanda kirayə evdə yaşamağa başladığını, sonra isə Məmmədsabir kəndinə köçdüyünü, Hafizin isə burada bir müddət yaşadıqdan sonra Türkiyəyə getdiyini və o vaxtdan da orada yaşadığını, Hafizin Türkiyəyə gedən vaxtı uşaqlarının balaca olduğunu, əmlakla bağlı qardaşların arasında heç bir narazılıq olmadığını bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** saylı çıxarışdan görünür ki, ünvan 4 yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Şərur şəhər Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 879 nömrəli arayışdan görünür ki, ünvan 3 ünvanında İddiaçı (1982), Cavabdeh1 (1975), Cavabdeh2 (1976), Cavabdeh3 (1999), Cavabdeh4 (2002), Cavabdeh5 (2004) ... qeydiyyatdadır. İş materiallarında olan olan notarial ərizələrdən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ünvan 4 ünvanında yerləşən mənzilin satılmasına etirazlarının olmadığını bildirmişdirlər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları: İddiaçı mərhum atası X2 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən mənzili xx.xx.2023-cü il tarixdə vərəsəlik şəhadətnaməsinə əsasən mülkiyyət hüququ əldə etmiş və reyestrdə qeydiyyata alınmışdır. Həmin mənzildə qardaşı Cavabdeh1, onun arvadı Cavabdeh2, oğlanları 1999-cu ildə doğulmuş Cavabdeh3, 2002-ci ildə doğulmuş Cavabdeh4 və digər qardaşının qızı 2004-cü ildə doğulmuş Cavabdeh5 qeydiyyatda qalmışlar. Həmin şəxslər 20 ilə yaxındır ki, sözügedən evdə yaşamırlar. Bu hallar məhkəmə iclasında iştirak edən şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına uyğun çıхarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 1982-ci ildən 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər... Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Bu maddə Mülki Məcəlləyə 21 oktyabr 2005-ci il tarixli 1038-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş, həmin qanuna əsasən yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ Mülki Məcəllənin qüvvəyə mindiyi 01 sentyabr 2000-ci il tarixdən yaranmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından da göründüyü kimi, cavabdehlərdən iddiaçının qardaşı Cavabdeh1, onun arvadı Cavabdeh2, oğlanları 1999cu ildə doğulmuş Cavabdeh3 istifadə hüququ 1982-ci ildən qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 123-cü maddəsinə, 2002-ci ildə doğulmuş Cavabdeh4 və digər qardaşının qızı 2004-cü ildə doğulmuş Cavabdeh5 istifadə hüququ isə 2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaranmışdır. Məhkəmə cavabdehlərin yaşayış və istifadə hüquqularının itirilməsi ilə bağlı məsələyə isə 1982-ci ildən 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsini tətbiq edir. Həmin Məcəllənin 87-ci maddəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından da göründüyü kimi, cavabdehlər 20 ilə yaxındır qeydiyyatda olduqları mənzildən çıxmış, özlərinə daimi yaşayış yeri seçmişdir. Onlar Azərbaycan SSR Mənzil Məcəlləsinin 60 və 87-ci maddəsinin tələbləri baxımından hazırda qeydiyyatda olduqları mənzildə yaşayış və istifadə hüquqlarını itirmişlər. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəlarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, məhkəmələr hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun olub-olmaması məsələsini araşdırmalıdır. Həmçinin müvafiq Plenum qərarında qeyd olunmuşdur ki, "Yaşayış yeri olduğu yer haqqında” AR Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Belə qənatə gəlmək olarki, məhkəmə qətnaməsi ilə yaşayış və istifadə hüququ itirilmiş hesab olunursa, məhz həmin qətnamə əsasında şəxs yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən mənzilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 yaşayış və istifadə hüququ itirilmiş hesab edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-176/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-176/2025
06.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver