Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-178/2022 14.04.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Səfərova Ayşən Fazil qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subraqasiya qaydasında pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən “QAZ” markalı, **- CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə ödənilmiş 400 manat pulun və 30,40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 18.09.2014-cü il tarixdə “Nissan Sunny” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtmobillə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “QAZ” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq “QAZ” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 400 manat məbləğində ödəniş həyata keçirmişdir. Cavabdeh 18.09.2014-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. “Nissan Sunny” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtmobili idarə etmək üçün cavabdehin adına verilən etibarnaməyə 18.09.2014-cü il tarixdə xitam verilmişdir. Hadisə baş verən müddətdə etibarnamə mövcud olmamış, Cavabdeh “Nissan Sunny” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtmobili etibarnaməsiz idarə etmişdir. İddiaçının iş materiallarına əlavə olunmuş 17.12.2021-ci il tarixli ərizəsinə əsasən iddiaçı bütün məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxsin izahatı: 17.03.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh izahatında və ona verilən suallara cavabında “Nissan Sunny” markalı avtomobili X1 kreditlə aldığını və etibarnamə əsasında istifadə etdiyini, etibarnamənin son gününün hadisənin baş verdiyi 18.09.2014-cü il tarixə təsadüf etdiyini, iddiaçının “Qaz” markalı avtomobilə dəymiş zərərə görə 400 manat pul ödəmədiyini, Axundov Çingizi tanımadığını bildirib iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan 04.08.2014-cü il tarixli PAT********** saylı icbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, X2 mülkiyyətində olan Nissan Sunny” markalı **- DD-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti tərəfindən sığortalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin tərtib etdiyi CYP 401311 saylı, 18.09.2014-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh həmin tarixdə saat 12:00-da Avtovağzal ərazisində Nissan Sunny” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən manevr etmə qaydasını pozaraq “QAZ” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. İş materiallarında olan 31.10.2014-cü il tarixli nəqliyyat vasitələrinin yol hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, “Hyundai Elantra” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 400 manat dəyərində hesablanmışdır. İş materiallarında olan 11.11.2014-cü il tarixli 011829 nömrəli sığorta aktının surətindən görünür ki, sığrotalanmış “QAZ” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 400 manat ziyan dəymişdir. İş materiallarında olan Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən verilmiş 04.11.2014cü il tarixli 9/3287 nömrəli arayışdan görünür ki, “QAZ” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4r. İş materiallarında olan 13.11.2014-cü il tarixli 5587 saylı ödəniş tapşırığından görünür ki, X3 hesabına siğorta ödənişi edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh 04.08.2014-cü il tarixdə Avtovağzal ərazisində Nissan Sunny” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən QAZ” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və inzibati xəta törətmişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq “QAZ” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 400 manat məbləğində ödəniş həyata keçirmişdir. Ona görə də məhkəmə göstərilən məbləğin cavabdehdən tutulması qənaətinə gəlmişdir. Mülki Məcəllənin 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına yuxarıda qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurduğu zərərə görə 400 (dörd yüz) manat pul alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsaən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia təmin olunduğundan ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayonu Yuxarı Aralıq kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh vurduğu zərərə görə 400 (dörd yüz) manat və iddiaçı tərəfindən ödənilmiş 30.40 manat (otuz manat qırx qəpik) dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-178/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-178/2022
14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver