Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-280/2022 15.09.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Səfərova Ayşən Fazil qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında Şərur Rayon Qeydiyyat Şöbəsində bağlanmış xx.xx.2014-cü il tarixli 97 saylı nikahın pozulması, birgə nikahdan olan xx.xx.2015-ci il tarixdə doğulmuş X3 anasının yanında qalmasının müəyyən edilməsi və həmin uşağın saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində alimentin təyin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi cavabdehlə xx.xx.2014-cü il tarixdə Şərur Rayon Qeydiyyat Şöbəsində rəsmi olaraq nikahın bağlanması haqqında akt qeydləri kitabında 97 nömrə qeydiyyatdan keçməklə ailə qurduqlarını, birgə yaşadıqları müddətdə 1 övladı - xx.xx.2015-ci il təvəllüdlü X3 doğulduğunu, ailə qurduqları ilk vaxtlardan cavabdehlə mehriban yaşasalar da, sonradan xasiyyətlərinin uyğun gəlmədiyini, yola gedə bilmədiklərini, Səyyadın ailəyə baxmadığını, işləmədiyini, uşağa qayğı göstərmədiyini, dəfələrlə Səyyadı bu əməllərdən çəkindirməyə cəhd etsə də, heç bir xeyri olmadığını, bütün bu narahatlıqların nəticəsi olaraq 6 aydan artıqdır ki cavabdehdən ayrılaraq valideynlərinin himayəsində yaşamaq məcburiyyətində qaldığını, aralarındakı ailə münasibətlərinin tamamilə pozulduğunu, aralarındakı nikahın formal xarakter daşıdığını, maddi vəziyyəti aşağı olduğundan birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün maddi çətinlik çəkdiyini, Səyyadın uşağın saxlanmasında ona heç bir köməklik etmədiyini, cavabdehin sabit gəliri olmadığını, qazancının qeyri-müntəzəm olduğunu Səyyadın məhkəmədən qabaq ilkin mediator çağırışına gəlmədiyini, bunun üçün də məhkəməyə müraciət etdiyini bildirmişdir. Tərəflərə barışıq üçün 3 ay vaxt verilməklə mülki işin baxışı təxirə salınmış, yekun məhkəmə aktı çıxarılana qədər müvəqqəti aliment təyin edilmişdir. İşdə iştirak edən şəxsin izahatı: İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində sadaladığı halları bir daha təsdiqləmiş və əlavə olaraq cavabdehlə xx.xx.2022-ci il tarixdə ayrıldıqlarını, Səyyadın ailəsinə qarşı laqeyd münasibət göstərdiyini, uşağının böyrək xəstəsi olduğunu, indiyədək 8 dəfə əməliyyat olunduğunu, onu əməliyyat üçün Türkiyə Respublikasının İstanbul şəhərinə apardıqlarını, özü əvvəl bir müddət işləsə də, sonradan səhhətində problem yarandığı üçün işləyə bilmədiyini, uşağı ilə birlikdə valideynlərinin evində qaldığını, valideynlərinin pensiya almadığını, uşağın əlilliyə görə aldığı 280 manat pensiyası hesabına yaşadıqlarını, cavabdehin uşaqla maraqlanmadığını, 3 ay vaxt ərzində aralarında barışıq əldə olunmadığını, boşanmaq barədə fikrinin qəti olduğunu bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdehə xx.xx.2022-ci il tarixdə telefonoqram göndərilən zaman məhkəmə iclası barədə məlumatlı olduğunu, Bakı şəhərində yaşadığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı qəbul etmədiyini, ailəsinin dağılmasını istəmədiyini bildirmişdir. Cavabdeh sonuncu məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014cü il tarixli, AZ-l № 785021 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah xx.xx.2014-cü il tarixdə 97 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şərur rayon Axaməd kənd İƏD üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Az-lll № 304508 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə doğulmuş X3 valideynləridir. İş materiallarında olan Şərur rayon Axaməd kənd İƏD üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 63 saylı arayışdan görünür ki, X4 həqiqətən anası İddiaçı ilə birlikdə yaşayır. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)- 280/2022 saylı qərardadından görünür ki, yekun məhkəmə aktı çıxarılanadək Şərur rayon Axaməd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh ərizənin məhkəməyə daxil olduğu xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2015-ci il tarixdə doğulmuş X2 üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində müvəqqəti aliment tutularaq iddiaçı Şərur rayonu Axaməd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı xeyrinə ödənilməsi qət olunmuş və qərardad dərhal icraya yönəldilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2014cü il tarixdə nikaha daxil olublar. Birgə yaşadıqları müddətdə xx.xx.2015-ci il tarixdə X4 doğulmuşdur. Tərəflər arasındakı münasibətlər pozulduğundan hal-hazırda ayrı yaşayırlar. Yetkinlik yaşına çatmayan uşaq anası ilə birlikdə yaşayır. Tərəflərə barışıq üçün 3 ay vaxt verilərkən Şərur Rayon Məhkəməsinin qərardadı ilə müvəqqəti aliment təyin edilmişdir. Tərəflərə verilmiş 3 ay vaxt ərzində onlar barışmamışlar. İş üzrə iddiaçı cavabdehin aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə və ya tərəflər üçün məhkəmə tərəfindən müəyyən edilmiş müddət ərzində barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasını təkid etdikdə nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.2-ci maddəsinə əsasən ər-arvad həmin məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə həmin Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulmuş qaydada onların mənafeyinin müdafiəsi üçün tədbirlər görür. Həmin Məcəllənin 22.2, 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən isə tərəflər bu məsələlərə dair saziş təqdim etmədikdə məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalmasını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulmasını müəyyən etməlidir. Tərəflər uşaqları barədə məhkəməyə saziş təqdim etməmişlər. Məhkəmə iş materiallarını araşdırarkən birgə nikahdan xx.xx.2015-ci il tarixdə doğulmuş X3 iddiaçının yanında qaldığını müəyyən etmişdir. Məhkəmə uşağın mənafeyini, onun azyaşlı olduğunu, ana qayğısına daha çox ehtiyacının olduğunu nəzərə alaraq belə nəticəyə gəlir ki, tərəflər arasında nikah pozulduqdan sonra da xx.xx.2015-ci il tarixdə doğulmuş X4 anası İddiaçı yanında qalmalıdır. Məhkəmə İddiaçı izah edir ki, uşaqlardan ayrı yaşayan valideynin, onunla ünsiyyət hüququ, uşağın tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququ vardır. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynin qazancı və ya sair gəliri yoxdursa uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin konkret hallarını nəzərdən keçirib uşağın anasının yanında yaşamasını, uşağın səhhətində olan problemlərlə bağlı yaranan xərclərin iddiaçının üzərinə düşməsini, cavabdehin qazancının qeyri-müəyyən olmasını, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən hər ay bir uşaq 180 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Alimentin tutulması iddiaçının ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2022-ci il tarixdən hesablanmalı və dərhal icraya yönəldilməlidir. Məhkəmə MPM-in 162.4-cü maddəsinə uyğun olaraq hesab edir ki, alimentin tutulmasına dair Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-280/2022 saylı qərardadı ləğv edilməli, qətnamənin alimentə dair hissədə icrası zamanı isə həmin qərardad əsasında aparılmış aliment ödənişləri nəzərə alınmalıdır. Məhkəmə məhkəmə xərcləri ilə bağlı ailə qanunvericiliyinin xüsusiyyətlərini və nikahın könüllülüyü prinsipini nəzərə alaraq belə nəticəyə gəlir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, nikahın pozulması dövlət qeydiyyatına alınan zaman “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.2-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumu cavabdehdən tutulmalı, iddiaçı həmin rüsumu ödəməkdən azad edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin olunsun. İddiaçı və Cavabdeh arasındakı xx.xx.2014-cü il tarixdə Şərur Rayon Qeydiyyat Şöbəsində bağlanmış 97 saylı nikah pozulsun Tərəflərin birgə nikahından xx.xx.2015-ci il tarixdə doğulmuş X3 anası İddiaçı yanında qalması müəyyən edilsin. Şərur rayon Axaməd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh X1 üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq uşaq yetkinlik yaşına çatanadək anası Şərur rayon Axaməd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablansın və dərhal icraya yönəldilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-280/2022 saylı qərardadı ləğv edilsin. Alimentin tutulmasının icrası zamanı Şərur Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(110)-280/2022 saylı qərardadı əsasında aparılmış aliment ödənişləri nəzərə alınsın. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin və nikahın pozulması dövlət qeydiyyatına alınan zaman Cavabdeh dövlət rüsumu tutulsun, İddiaçı bu rüsumu ödəməkdən azad edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-280/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-280/2022
15.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver